Məhkəmə qərarları › İş №1(125)-121/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-121/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-121/2025 26.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X2, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı daxil olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılması Gəncə Şəhər Məhkəməsinə aiddir. İbtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilməmişdir. Yekun protokol cinayət prosessual qanunvericiliyin tələblərə uyğun tərtib edilmişdir. Məhkəmənin hazırlıq iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, özünü elan olunmuş ittiham üzrə təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini bildirdi və barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. İş materiallarında olan -“МТЕ və PA” X4 şəxsin Gəncə şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 82 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər -sol yanaq nahiyəsinin selikli qişasının yarası-küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. -Gəncə şəhər Narkoloji Dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər Psixo-nevroloji dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cü il tarixdə dispanserə müraciət etmiş, “KKBT-nın travmasından sonra əmələ gələn ağıl zəifliyi psixopatabənzər davranış” diaqnozu ilə qeydiyyatdadır. - AR Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik ekspertiza mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli 91 saylı rəydən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anmanestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1. Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman KEÇİRİLMİŞ KƏLLƏ-BEYİN TRAVMASİDAN SONRA ƏMƏLƏ GƏLƏN AZ İFADƏLİ AĞİL ZƏİFLİYİ XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyindən əziyyət çəkmişdir və hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir.2. Təqsirləndirilən şəxs KEÇİRİLMİŞ KƏLLƏ-BEYİN TRAVMASİDAN SONRA ƏMƏLƏ GƏLƏN AZ İFADƏLİ AĞİL ZƏİFLİYİ XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olması səbəbindən o, qeyd edilən hadisəni törədən zaman öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır.3. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. -xx.xx.2025-ci il tarixdə vət, Təqsirləndirilən şəxs adına Gəncə şəhəri 59 saylı “Evlər üçlüyü” tərəfindən tərtib edilmiş və materiala əlavə olunmuş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla himayəsində azyaşlı övladı yoxdur. -Araşdırma zamanı xx.xx.2025-ci il tarixdə vət, Təqsirləndirilən şəxs adına Gəncə şəhəri 59 saylı “Evlər üçlüyü” tərəfindən tərtib edilmiş və materiala əlavə olunmuş xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 21 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. - Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, ittiham üzrə özünü təqsirli bilir, əməlindən peşimandır və zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış və sonuncu zərərçəkmişə dəymiş ziyаnı tam ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 04 (dörd) saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar