Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-124/2022 30.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Məmmədova Urfanə Rüfət qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X2, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Bakı şəhər 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “psixiatrik stasionara yerləşdirilmə” təhlükəsizlik tədbiri seçilmiş, hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə alan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair materiala Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sayıqlama pozuntusu nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmədən, habelə onları idarə edə bilmədən, anlaqsız vəziyyətdə 08 aprel 2022-c il tarixdə saat 22 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən evin həyətində heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə əl zərbəsi ilə Zərərçəkmiş şəxs vuraraq yerə yıxmış, bundan sonra əldə edilməsi mümkün olmayan alətlə sonuncunun baş və bədən nahiyəsinə zərbələr endirərək Zərərçəkmiş şəxs burun, sağ almacıq, sağ və sol əng sümüklərinin və alın sümüyünün xarici sümük səhifəsinin sınıqları, alın, burun nahiyələrinin, döş qəfəsinin ön səthinin əzilmiş yaraları, hər iki gözün alt qapaqlarının və boyun, hər iki bazu nahiyələrinin qançırları ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımış, sonuncu ilə heç vaxt ədavət saxlamamış, 15-20 ildir ki, Zərərçəkmiş şəxs görməmiş və maraqlanmamışdır. Təqsirləndirilən şəxs əlavə suala cavab olaraq bildirmişdir ki, o, heç vaxt Zərərçəkmiş şəxs evində olmamış, ümumiyyətlə Rəşidi unutmuş, hadisə barədə Nizami Rayon Polis İdarəsində polis əməkdaşları tərəfindən məlumatlanmış, onu Rəşidin döyülməsini boynuna götürməyə məcbur etmişlər, lakin o, razı olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin iştirakı ilə dindirilərkən bildirmişdir ki, Zərərçəkmiş şəxs o hücum etməmiş, ona xəsarət yetirməmişdir. Hadisə vaxtı o öz evində olmuşdur. Hadisədən iki gün sonra onu polis idarəsinə gətirərək, orada onun guya Zərərçəkmiş şəxs hücum edib onu döydüyü bildirilmişdir. Lakin, o, bununla razılaşmamış və hadisənin onun tərəfindən törədilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi Mitsubishi Pajero markalı, **-CU-*** markalı avtomobillə Gəncə şəhəri, Ə.Əliyev küçəsində yaşadığı fərdi yaşayış evinə gəlmiş, həmin vaxt uzaqdan idarəedici ilə evin həyət darvazasını açıb avtomobillə evin həyətinə daxil olmuşdur. Evin həyətində avtomobildən düşüb darvazanı bağlamaq istədikdə evin işıqları sönmüş, lakin küçədə küçə lampaları yanılı olmuşdur. Həmin vaxt o, işığın elektrik sayğacından söndüyünü düşünüb sayğacdan elektriki qoşmaq üçün evin qarşısına çıxmaq istəyən zaman bir nəfər uca boylu şəxs həyətinə daxil olub onun üzərinə cummuşdur. Həmin şəxs ona polis olduğunu demişdir. Həmin şəxsin üzündə maska olduğundan və başında papaq olduğundan əvvəlcə onu tanıya bilməmişdir. O, həmin şəxsdən nə istədiyini soruşduqda həmin şəxs ona əli ilə zərbələr endirməyə başlamışdır. O, həmin şəxsə müqavimət göstərməyə çalışmış, lakin gücü çatmadığı üçün həmin şəxs onu vurub yerə yıxmış, həmin vaxt əlində nə olduğunu görmədiyi küt dəmir alətlə onun baş nahiyəsinə ardıcıl dəfələrlə zərbələr endirərək sağlamlığına xəsarət yetirmişdir. O, qışqırıq salıb kömək çağıran zaman həmin şəxs onun üzərindən durub qaçıb getmişdir. Həmin vaxt o, ona yetirilən xəsarətlər nəticəsində huşunu itirmiş və sonra xəstəxanada özünə gəlmişdir. Hadisə vaxtı o, onu vuran şəxsin üzünü görməsə də, səsindən və xarici görünüşündən əvvəldən tanıdığı Təqsirləndirilən şəxs olduğunu başa düşmüşdür. Lakin, onun Təqsirləndirilən şəxsla heç bir ədavəti olmamışdır. Təxminən 10-15 il bundan qabaq Gəncə şəhərində yerləşən İmamzadədə müdür işlədiyi vaxt Rizvan orada gözətçi işləmiş, sonradan isə Rizvan səsvermə əsasında işdən çıxarılmış, həmin vaxt Rizvanı onun işdən çıxardığını düşündüyü üçün onunla ədavət saxlamağa başlamışdır. Həmin vaxtdan Rizvan onunla düşmənçilik münasibətində olmuş, dəfələrlə onun barəsində polisə əsassız şikayətlər etmişdir. Lakin, onun Rizvana qarşı heç vaxt ədavəti olmamışdır. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqında ölkə hüdudlarından kənarda olduğundan “Whatsapp” sosial şəbəkəsində səsli telefon danışığı vasitəsi ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır, Rəşid dayı onunla qonşuluqda yaşayır, Rəşidin evi onun evi ilə yanbayan yerləşir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evə gəlmiş və evin darvazasını açıb içəri daxil olmuşdur. Həmin vaxt yolun digər tərəfində arıq bədən quruluşlu, hündürboylu, başı papaqlı bir nəfər şəxsin dayandığını görmüşdür. O, evə daxil olduqdan sonra evin həyətində olarkən, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs evinin darvazasının açıldığını, daha sonra isə Zərərçəkmiş şəxs qışqırıq səslərini eşitmişdir. O, dərhal qapıdan çıxıb Zərərçəkmiş şəxs evinin həyətinə daxil olmuşdur. Oraya daxil olduqda Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduğunu, bir nəfər şəxsin Zərərçəkmiş şəxs üzərində əlində olan dəmir parçası ilə ona zərbələr endirdiyini görmüşdür. O, Zərərçəkmiş şəxs kömək edə bilmək hərhansı bir alət gətirmək üçün evlərinə qayıtmışdır. Geri qayıdana kimi həmin şəxsin qaçaraq getdiyini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs sifət, üz və baş nahiyəsinin müxtəlif yerlərindən qan gəlmişdir. O, dərhal evin giriş qapısını döyüb Zərərçəkmiş şəxs yoldaşı Nailə xanımı çağırmışdır. Nailə xanım gəldikdən sonra isə zəng edib qardaşı Qədirə hadisə barədə məlumat vermişdir. Sonra isə Nailə xanım ilə Zərərçəkmiş şəxs yaralarını spirtlə təmizləmişlər. Ardınca Qədir bir nəfər Taleh adlı şəxslə birlikdə gəlmiş və onlar Zərərçəkmiş şəxs avtomobillə xəstəxanaya aparmış, o, isə oradan çıxıb yaşadığı ünvana getmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs xəsarət yetirmiş şəxsi əvvəllər tanımamış, hadisə vaxtı onun üzündə maska olduğundan və başında papaq olduğundan onun üzünü görməmişdir. Lakin, həmin şəxs arıq bədən quruluşlu və hündürboylu olduğundan, istintaq zamanı keçirilən tanınma zamanı bədən quruluşuna görə həmin şəxsi tanımışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, əri Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində yaşadığı evdə tək olmuşdur. Yorğun olduğu üçün otağında yatmışdır. Həmin vaxt evin həyətindən əri Rəşidin qışqırıq səslərini, həmçinin qonşusu Pərvizin evin həyətində evə açılan qapısını döydüyünü və onu çağırdığını eşitmişdir. Dərhal həyətə çıxdıqda əri Rəşidin evin həyətində darvazanın yaxınlığında yerdə qan içində uzandığını, başının və üzünün qan içində olduğunu, ona çoxsaylı xəsarətlər yetirildiyini görmüşdür. O, Rəşiddən bunu kimin etdiyini soruşduqda o, Təqsirləndirilən şəxs onun üzərinə hücum etdiyini bildirmişdir. Bundan sonra Pərvizin qardaşı Qədir, sonra isə Taleh gələrək Rəşidi 3 saylı TTYX-ya aparmışlar. Şahid2 əlavə suallara cavab olaraq bildirmişdir ki, o, həmin hadisənin bilavasitə şahidi olmamış, Pərviz çağıran zaman həyətə çıxdıqda Rəşid yerdə qan içində olmuş, sonuncuya xəsarətlər yetirən şəxs isə artıq qaçıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, Rəşid onunla qonşuluqda yaşayır, Rəşidin evi onların evi ilə yanbayan yerləşir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində onunla qonşuluqda yaşayan dostu İsanın yaşadığı evdə onunla birlikdə olmuşdur. Həmin vaxt qardaşı Pərviz ona zəng edərək qonşuları Rəşid dayının yaşadığı evin həyətində bir nəfər şəxs tərəfindən döyülərək başı qan içində olduğunu və onu xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir. O, dərhal dostu İsa ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Onlar evə getdikdə Rəşid dayı başı qan içində yerdə uzanıqlı vəziyyətdə olmuş, yoldaşı Nailə xala isə onun başının qanını spirtlə təmizləyib qanı dayandırmağa çalışmışdır. O, Rəşidin vəziyyətini gördükdən sonra dərhal qonşuluqda yaşayan Rəşidin qardaşı Tahir müəllimin ünvanına gedərək baş vermiş hadisə barədə məlumat vermiş və onların ailə sürücüsü olan Talehlə birlikdə Rəşidin yaşadığı ünvana qayıdıb Rəşidi Talehlə birlikdə avtomobillə Gəncə şəhər TTYX-ya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində o, Zərərçəkmiş şəxs qardaşı Tahir müəllimin evində olarkən onların qapısı döyülmüşdür. Həmin vaxt Tahir müəllimin qardaşı Zərərçəkmiş şəxs qonşusu Qədir onlara Zərərçəkmiş şəxs yaşadığı evdə qan içində olduğunu, Rəşidə xəsarət yetirilib döyüldüyünü və onu xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir. O, dərhal Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, ora çatdıqda Zərərçəkmiş şəxs yaşadığı evin həyətində qan içində uzanıqlı vəziyyətdə görmüşdür. Rəşidin yanında isə həyat yoldaşı Nailə xanım və yan qonşusu Pərviz olmuşdur. Bundan sonra onlar Qədirlə birlikdə Zərərçəkmiş şəxs avtomobilə qoyub 3 saylı TTYX-ya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, tanıyan Şahid1 ona təqdim olunmuş 4 nəfər şəxsin arasında dayanmış Təqsirləndirilən şəxs tanıyıb göstərərək bildirmişdir ki, həmin şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Ə.Əliyev küçəsində yaşadığı evdə Zərərçəkmiş şəxs xəsarət yetirib qaçan şəxsdir. Keçirilmiş istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş istintaq hərəkəti zamanı Şahid1 xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evin həyətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına xəsarət yetirməsini onun üzünə qarşı demişdir. “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evin həyətində Təqsirləndirilən şəxs onun sağlamlığına xəsarət yetirməsini onun üzünə qarşı demişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 590 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun, sağ almacıq, sağ və sol əng sümüklərinin və alın sümüyünün xarici sümük səhifəsinin sınıqları, alın, burun nahiyələrinin, döş qəfəsinin ön səthinin əzilmiş yaraları, hər iki gözün alt qapaqlarının və boyun, hər iki bazu nahiyələrinin qançırları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-17/2012 saylı xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-187/2014 saylı xx.xx.2014-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilmiş, onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəkildə tibbi xarakterli məcburi tədbirlər təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxs tərəfindən verilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 70 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs “sayıqlama pozuntusundan” fəziyyət çəkir. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən sayıqlama pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi sayıqlama pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dəkr etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əziyyət çəkdiyi sayıqlama pozuntusu hal-hazırda da davam edir. Buna görə Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Təqsirləndirilən şəxs barəsində qarşı Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi vardır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 4(044)-100/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri təhlükəsizlik tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs barəsində “xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirmək” təhlükəsizlik tədbiri tətbiq edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 4(044)-101/2022 saylı xx.xx.2022-ci il tarixli qərarındn görünür ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə baş verən vaxt o, yaşadığı evin qarşısına çıxmaq istəyən zaman bir nəfər uca boylu şəxs həyətinə daxil olub onun üzərinə cummuş, həmin şəxs ona polis olduğunu demiş, həmin şəxsin üzündə maska olduğundan və başında papaq olduğundan əvvəlcə onu tanıya bilməmiş, həmin şəxsdən nə istədiyini soruşduqda həmin şəxs ona zərbələr endirməyə başlamışdır. O, qışqırıq salıb kömək çağıran zaman həmin şəxs onun üzərindən durub qaçıb getmişdir. Həmin vaxt o, ona yetirilən xəsarətlər nəticəsində huşunu itirmiş və sonra xəstəxanada özünə gəlmişdir. Hadisə vaxtı o, onu vuran şəxsin üzünü görməsə də, səsindən və xarici görünüşündən əvvəldən tanıdığı Təqsirləndirilən şəxs olduğunu başa düşmüşdür. Zərər çəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, həmin vaxt o, işığın elektrik sayğacından söndüyünü düşünüb sayğacdan elektriki qoşmaq üçün evin qarşısına çıxmaq istəyən zaman əvvəldən tanıdığı Təqsirləndirilən şəxs evin həyətinə daxil olub onun üzərinə cummuş, Rizvan başında papaq olduğu və evin işığı söndüyü üçün tanımayacağını düşünərək ona polis olduğunu demiş, lakin o, həmin vaxt Rizvanın üzünü görərək və səsini eşidərək tanımış, həmçinin işığı elektrik sayğacından Rizvanın söndürdüyünü başa düşmüşdür. O, Rizvandan nə istədiyini soruşduqda sonuncu ona heç nə deməyərək ona əli ilə zərbələr endirməyə başlamış, o, sonuncuya müqavimət göstərməyə çalışmış və onun baş nahiyəsinə yumraqla zərbə endirmiş, lakin gücü çatmadığı üçün Rizvan onu vurub yerə yıxmış, həmin vaxt Rizvan əlində nə olduğunu görmədiyi küt dəmir alətlə onun baş nahiyəsinə ardıcıl dəfələrlə zərbələr endirərək sağlamlığına xəsarət yetirmiş, onun baş nahiyəsindən, üzünün bir neçə yerindən qan açılaraq axmağa başlamış, o, qışqırıq salan zaman Rizvan onun üzərindən durub qaçıb getmişdir. Zərər çəkmiş şəxsdən ifadələri arasında olan ziddiyyətləri nə ilə izah etməsi soruşulduqda o, cavab olaraq bildirmişdir ki, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi daha düzgündür. Belə ki, həqiqətən də o, hadisə vaxtı onun üzərinə hücum etmiş şəxsin üzünü görməmişdir. Lakin, həmin şəxs polis əməkdaşı olduğunu ona bildirdiyindən səsindən VƏ xarici görünüşündən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu başa düşmüşdür. Hadisə vaxtı ona yetirilmiş xəsarətlər və çoxlu qan itirməsinə görə halsız vəziyyətdə olmuş, özündə olmamış, yalnız xəstəxanada özünə gəlmişdir. Həmin vaxtı halsız vəziyyətdə olsa da, səsindən ona hücum etmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu başa düşdüyündən, hadisədən sonra yanına gəlmiş həyat yoldaşı Şahid2 hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini demişdir. İş üzrə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 isə bir mənalı olaraq ifadələrində göstərmişdir ki, O, Rəşiddən hadisəni kimin etdiyini soruşduqda o, Təqsirləndirilən şəxs onun üzərinə hücum etdiyini bildirmişdir. Zərər çəkmiş şəxslə şahidin ifadələrini müqayisəli təhlil etdikdə müəyyən olunur ki, hadisə baş verən vaxt zərər çəkmiş şəxs ona hücum etmiş şəxsin üzündə maska və başında papaq olsa belə, onun səsindən və xarici görünüşündən əvvəldən tanıdığı Təqsirləndirilən şəxs olduğunu başa düşmüş və hadisədən bilavasitə sonra hadisə yerinə gələn həyat yoldaşı Şahid2 da ona xəsarət yetirənin məhz Təqsirləndirilən şəxs olduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 isə ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evə gəlmiş və evin darvazasını açıb içəri daxil olmuşdur. Həmin vaxt yolun digər tərəfində arıq bədən quruluşlu, hündürboylu, başı papaqlı bir nəfər şəxsin dayandığını görmüşdür. O, evə daxil olduqdan sonra evin həyətində olarkən, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs evinin darvazasının açıldığını, daha sonra isə Zərərçəkmiş şəxs qışqırıq səslərini eşitmişdir. O, dərhal qapıdan çıxıb Zərərçəkmiş şəxs evinin həyətinə daxil olmuşdur. Oraya daxil olduqda Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduğunu, bir nəfər şəxsin Zərərçəkmiş şəxs üzərində əlində olan dəmir parçası ilə ona zərbələr endirdiyini görmüşdür. O, Zərərçəkmiş şəxs kömək edə bilmək hərhansı bir alət gətirmək üçün evlərinə qayıtmışdır. Geri qayıdana kimi həmin şəxsin qaçaraq getdiyini görmüşdür. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı da Şahid1 eyni məzmunlu ifadə vermiş, Zərərçəkmiş şəxs xəsarət yetirən şəxsin kim olduğunu bildirməmiş, həmin vaxt Şahid2 Rəşiddən kimin xəsarət yetirdiyini soruşduqda Zərərçəkmiş şəxs ona Rizvan adlı tanışlarının xəsarət yetirdiyini bildirdiyini demişdir. Bundan əlavə, iş materiallarından görünür ki, istintaq zamanı şəxsin tanınması istintaq hərəkəti keçirilmiş və Şahid1 ona təqdim edilmiş dörd nəfər şəxsin arasından Təqsirləndirilən şəxs tanıyıb göstərərək bildirmişdir ki, həmin şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Ə.Əliyev küçəsində yaşadığı evdə Zərərçəkmiş şəxs xəsarət yetirib qaçan şəxsdir. Məhkəmə istintaqı zamanı isə Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı o, Zərərçəkmiş şəxs xəsarət yetirən şəxsin üzündə maska olduğundan və başında papaq olduğundan onun üzünü görməmişdir. Lakin, həmin şəxs arıq bədən quruluşlu və hündürboylu olduğundan, istintaq zamanı keçirilən tanınma zamanı bədən quruluşuna görə həmin şəxsi tanımışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı Şahid1 ona verilən suala cavab olaraq ibtdai istintaq zamanı Təqsirləndirilən şəxs ilə onun arasında üzləşdirmə istintaq hərəkətinin keçirilmədiyini bildirsə də, iş materiallarında olan “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş istintaq hərəkəti zamanı Şahid1 xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evin həyətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına xəsarət yetirməsini onun üzünə qarşı demişdir. Həmin protokolda Şahid1 “üzləşmədə ifadəmi oxudum, imzamla təsdiq edirəm” qeydi yazaraq protokolu imzalamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs psixi pozuntu nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarətlər yetirərək Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində müəyyən olunmuş əməli törətməsi zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizasının rəyləri, istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən onun əməli düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsində qeyd edilir ki, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.1-ci maddələrinə əsasən həmin Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Həmin Məcəllənin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər. Azərbaycan Respublikası CPM-in 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun düçar olduğu psixi patologiya hal-hazırda da davam etdiyindən onun barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin onun barəsində tətbiq edilmiş “xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirmək” təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344, 346, 348, 381, 384, 385 və 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyindən, o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş “psixiatrik stasionara yerləşdirilmə” təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dayişdirilməsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №1(125)-124/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-124/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver