Məhkəmə qərarları › İş №1(125)-125/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-125/2023

18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-125/2023 18.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 hüquqi varisi Şahid2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili HəsənovaGövhərşah İzzət qızının, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1988-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Göygöl rayonu Üçtəpə kəndiendə qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1995-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Göygöl rayonu Üçtəpə kəndiendə qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx.xx.1999-cu il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.6-cı maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 25 avqust 2022ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatında olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 və xx.xx.1994-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olan və Göygöl rayonu, Üçtəpə kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdətəqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ona görə ki, o, 20 mart 2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Gəncə şəhəri, 28 May küçəsində yerləşən “Qarabağ” çay evində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq ona sol göz nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər, daha sonra isə Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan vuraraq zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Təqsirləndirilən şəxs1 20 mart 2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Gəncə şəhəri, 28 May küçəsində yerləşən “Qarabağ” çay evində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq ona sol göz nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxs3 20 mart 2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Gəncə şəhəri, 28 May küçəsində yerləşən “Qarabağ” çay evində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq ona sol göz nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxs4 20 mart 2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Gəncə şəhəri, 28 May küçəsində yerləşən “Qarabağ” çay evində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq ona sol göz nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər, sonra isə o, Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan vuraraq zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 verilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, X3 təxminən 5 ilə yaxındır tanıyır, Gülnarla çox yaxın dostluq münasibətində olmuş, Gülnar Muradova ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2021-ci ilin mart ayında günorta saatlarında o, Gülnar Muradovanın icarəyə işlətdiyi Gəncə şəhəri 28 May küçəsində yerləşən “Qarabağ” çay evinin qarşısında olmuş, orada onunla birlikdə Gülnarın qohumu Mahmud, Gülnarın atası Zərərçəkmiş şəxs1, qardaşı X8 və dostu Təqsirləndirilən şəxs4 da olmuşdur. Həmin vaxt çay evindən mübahisə səsi gəldiyi üçün Mahmud və Vaqif çay evinin içərisinə girmiş, sonra o, qardaşı Eltun və Elşad çay evinin içərisinə girmişlər. O, çay evinə girdikdə Vaqiflə tanımadığı bir nəfər təxminən 25-30 yaşlı oğlanın mübahisə etməsini görmüş, o, da yaxınlaşıb nə olduğunu soruşduqda, Vaqiflə mübahisə edən şəxsin yanında olan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 söyüş söyərək ona bir dəfə təpiklə vurmuşdur. O, da bir dəfə Ruslanı təpiklə vurmuş, Ruslanın əlində nə isə olduğundan şübhələnmiş, buna görə də qardaşı Eltun da Ruslanı yumruqla bir dəfə vurmuş, sonra Ruslanın əlində heç nə olmadığı üçün mübahisəni sakitləşdirməyə başlamışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxslərdən bir nəfəri, Zərərçəkmiş şəxs2 spirtli içkinin təsiri altında olmuş, bundan sonra onlar həmin şəxslərlə üzrxaqlıq edib ayrılmışlar. Sonra o,“Qarabağ” çay evində Vaqiflə mübahisə edib onlarla dalaşan şəxsləri görməmişdir. O, qardaşı Eltun, dostları Elşad və Şahin Zərərçəkmiş şəxs1 vurmamışlar və döyməmişlər, əksinə həmin vaxt onlar Vaqifi vuran şəxslərlə dalaşmışlar. O, heç vaxt Gülnar Muradova və ailə üzvülərinə qarşı heç bir təhdid hər hansı bir təzyiq etməmişdir. Gülnar Muradova, Şahid1, Şahid2 və Vaqif Müradov onun barəsində dedikləri şər və böhtan olmuşdur. O, Zərərçəkmiş şəxs1 heç vaxt vurmamış, sonuncu ilə aralarında heç bir narazılığı olmamış, əksinə onun Vaqiflə münasibətləri çox yaxşı olmuş, X5 və ailə üzvüləri ilə onun heç bir narazılığı və düşmənçiliyi olmamışdır. Sonda o, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 verilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X3 təxminən 5 ilə yaxındır tanıyır, yaxın dostluq münasibətində olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2021-ci ilin mart ayında günorta saatlarında o, qardaşı X8 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Gülnar Muradovanın icarəyə işlətdiyi Gəncə şəhəri 28 May küçəsində yerləşən “Qarabağ” çay evinin qarşısında olmuş, həmin vaxt Gülnarın qohumu Mahmud və Gülnarın atası Zərərçəkmiş şəxs1 da onlarla birlikdə olmuşdur. Birdən çay evindən mübahisə səsi gəldiyi üçün əvvəlcə Mahmud və Vaqif, sonra o, qardaşı Əhməd və Elşad çay evinin içərisinə girmişlər. O, çay evinə girdikdə Vaqiflə tanımadığı bir nəfər təxminən 25-30 yaşlı oğlanın mübahisə etməsini və itələşməsini görmüşdür.O, da yaxınlaşıb nə olduğunu soruşmaq istədik də, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 qardaşı Əhmədi bir dəfə təpiklə vurduğunu, Əhmədin də həmin şəxsi təpiklə vurduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs2 əlində nə isə olduğundan şübhələndiyi üçün həmin şəxsi yumruqla bir dəfə vurmuş, sonra həmin şəxsin əlində heç nə olmadığı üçün mübahisəni sakitləşdirməyə başlamışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxslərdən Rusan Tağıyev spirtli içkinin təsiri altında olmuş, bundan sonra onlar həmin şəxslərlə üzrxaqlıq edib ayrılmışlar, həmin şəxsləri sonradan görməmişdir. Lakin onun Vaqif, Gülnar, Firəngiz və Təranə ilə aralarında hər hansı bir mübahisə və ya anlaşılmazlıq olmamış, o, Zərərçəkmiş şəxs1 heç vaxt vurmamış, onunla aralarında heç bir narazılığı olmamışdır. Ümumiyyətlə o, qardaşı Əhməd, Elşad və Şahin Zərərçəkmiş şəxs1 vurmamış və döyməmiş, həmin vaxt onlar Vaqiflə dalaşan şəxslərlə dalaşmışlar. Həmçinin, o heç vaxt Gülnar Muradova və ailə üzvülərinə qarşı heç bir təhdid, hər hansı bir təzyiq etməmişdir. Gülnar Muradova, Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs1onun barəsində dedikləri şər və böhtan olmuşdur.Sonda o, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs4 verilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 təxminən 3 ilə yaxındır X13ya görə tanımış, Gülnarı isə çay evini işlədən kimi tanımış, onun Gülnar Muradova ilə yaxın münasibətləri yaranmışdır. O, müharibə vaxtı könüllü müharibəyə getmiş, onu Qazax rayonuna göndərmişlər. O, anası xəstələndiyi üçün bir günlük icazəsiz evə gəlmiş, buna görə də barəsində hərbi hissədə araşdırma aparılmışdır. Həmin vaxt Gülnar onun barəsində olan cinayət işini həll etmək üçün ailə üzvlərindən pul almış, lakin barəsində olan işi həll etməmişdir. 20 mart 2021-ci il tarixdə yenə hərbi məhkəmədən onu çağırdıqda, o, da Gülnara zəng vuraraq hərbi məhkəmədən çağırdıqlarını bildirmişdir. Gülnar Muradova da onu işlətdiyi “Qarabağ” çay evinə dəvət etmiş, o, da Gülnarla görüşmək üçün günorta saatlarında Gülnar Muradovanın icarəyə işlətdiyi “Qarabağ” çay evinə getmişdir. O, Gülnarın atası Zərərçəkmiş şəxs1, X8 və X9 ilə birlikdə çay evinin arxa tərəfində dayanmış, çay evindən səs-küy gəldiyi üçün hamısı bir yerdə çay evinə girmişlər. O, çay evinə girdikdən sonra bir nəfər tanımadığı şəxsin, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 qızı döyməsini görmüş, həmin vaxt Əhməd, Şahin və Eltun yaxınlaşaraq aralamaq istəmiş, sonra Zərərçəkmiş şəxs2 Əhməd və Eltunla davaları düşmüşdür. Tanımadığı şəxslər həmin vaxt Vaqifi vurmuş, o, dalaşanları aralaşdırmış, Ruslanın vurduğu qızı aralayıb kənara çəkmiş, heç kimi vurmamış və döyməmişdir. Sonra polis əməkdaşları gəlmiş, onları çay evindən çıxardıb videogörüntüyə baxmışlar. O, sonradan “Qarabağ” çay evində Vaqiflə mübahisə edib dalaşan şəxsləri görməmiş, Vaqif, Gülnar, Firəngiz və Təranə ilə aralarına hər hansı bir mübahisə və ya anlaşılmazlıq olmamışdır. O, Zərərçəkmiş şəxs1 heç vaxt vurmamış, aralarında heç bir narazılıq olmamış, əksinə onun Vaqiflə münasibətləri çox yaxşı olmuş, X5 və ailə üzvüləri ilə heç bir narazılığı və düşmənçiliyi olmamışdır. Hətta hadisənin səhəri günü o, Gülnarla danışmaq üçün “Qarabağ” çay evinə getdikdə Əhmədin polislər tərəfindən saxlanıldığını bildiyi üçün Vaqif və Gülnar ilə birlikdə idarə etdiyi avtomobillə Gəncə şəhər Baş polis idarəsinə gəlmişlər, Vaqif və Gülnar Əhmədin polis idarəsindən çıxmasına köməklik etmişdir. Hadisədən 1 il sonra Vaqifin və ailə üzvlərinin onlardan şikayət etməsinin səbəbi onun barəsində olan cinayət işi ilə bağlı Gülnar Muradovanın valideynlərindən pul alıb aldatdığına görə valideyninin Gülnardan şikayət etməsi və şikayət nəticəsində sonuncu barəsində cinayət işinin başlanması olmuşdur. Sonda o, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 verilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X3 təxminən 3 ilə yaxındır tanıyır, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2021-ci ilin mart ayında günorta saatlarında o, Gülnar Muradovanın icarəyə işlətdiyi “Qarabağ” çay evinin qarşısında olmuş, həmin vaxt X9, qardaşı X8 və Təqsirləndirilən şəxs4 onunla birlikdə olmuşlar,Gülnarın qohumu Mahmud və atası Zərərçəkmiş şəxs1 da orada olmuşdur. Onlar çay evindən mübahisə səsi eşitmişlər, Mahmud və Vaqif çay evinin içərisinə girmiş, sonra o, Əhməd, Eltun və Elşad çay evinin içərisinə girmişlər.O, çay evinə girdikdə Vaqiflə tanımadığı bir nəfər təxminən 25-30 yaşlı oğlan mübahisə etməsini görmüş, o, yaxınlaşdıqda, Vaqiflə mübahisə edən şəxsin yanında olan adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 Əhmədə bir dəfə təpiklə vurmuş və Əhmədlə əlbəyaxa olmuşlar.Həmin vaxt o, kənarda dayanaraq dalaşanlara baxmış, heç kimlə dalaşmamış və heç kimi vurmamış, mübahisəni sakitləşdirməyə başlamışdır. Sonra həmin şəxslərdən Zərərçəkmiş şəxs2 spirtli içkinin təsiri altında olmasını bilmiş, bundan sonra həmin şəxslərlə Əhmədgil üzürhaqlıq edib ayrılmışdır. O, Vaqiflə mübahisə edib dalaşan şəxsləri sonradan görməmişdir. Əhməd, Eltun və Elşad Zərərçəkmiş şəxs1 vurmamış və döyməmiş, həmin vaxt Əhməd və Eltun çayxanada olan şəxslərlə dalaşmışlar, Zərərçəkmiş şəxs1 isə vurmamışlar və ayaqlarını qapının arasında qoymamış, Vaqifin özü xəstə olduğu üçün ayaqlarında çürümə olmuşdur. Sonda o, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 20 mart 2021-ci il tarixdə o, Gəncə şəhəri, 28 may küçəsində yerləşən “Qarabağ” çay evinə getmişdir. O, çay evində olan vaxt Nigar kimi tanıdığı qızla söhbət edərkən aralarında narazılıq yaranmış və mübahisə etmişlər. Mübahisə vaxtı o, əsəbləşərək Nigarı yumruqla vurmuşdur. Bundan sonra sonradan tanıdığı Əhməd və Eltun adlı şəxslər onun üzərinə gələrək onu vurmuşlar. Həmin vaxt çayxanada çoxlu sayda adamlar olmuş, tam olaraq onu kimlərin vurduğunu görməmiş, çayxanada olan şəxslər onları aralaşdırmış, həmin vaxt o, özünü pis hiss etdiyi üçün onu çayxanadan küçəyə çıxartmışlar. O, çayxanadan küçəyə çıxan vaxt hələdə çayxanada dava-dalaş olmuş, lakin o, kimlərin dalaşmasını görməmiş və bilməmişdir. Ümumiyyətlə hadisə vaxtı o, spirtli içki qəbul etdiyindən hadisəni tam olaraq xatırlamır. İbtidai istintaqdakı ifadəsini tam oxumadan imza etmişdir. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əridir. Əri Vaqif ayağındakı yaralar səbəbindən vəfat etmiş, həmin xəsarətləri hadisə vaxtı almışdır. X6, X7, Təqsirləndirilən şəxs4, X4 və Şahin adlı şəxsləri bir neçə ildir qızı Gülnarın vasitəsi ilə tanımış, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. X13 2021-ci ilin fevral ayında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində “Qarabağ” çay evini icarəyə götürərək işlətmiş, o, həmin çay evinə heç vaxt getməmişdir. 20 mart 2021-ci il tarixdə saat təxminən 19 radələrində evdə olan vaxt əri Vaqif evə gəlmiş, həmin vaxt o, Vaqifin dodaq hissəsində çapıq, əllərində sıyrıqlar və sağ əlində kəsik xəsarətləri, ayağında qızartı və qaraltı olduğunu görmüşdür. O, Vaqifdən nə olmasını soruşduqda, Vaqif ona yıxıldığını, ayaqlarının böyrəyinə görə olduğunu bildirmişdir. Lakin 2021-ci ilin dekabr ayında Vaqifin sol ayağının barmaqlarında çürümə başladığını görmüş, bundan sonra onlar Vaqifi Gəncə şəhər TTY xəstəxanasına aparmışlar. Xəstəxanada Vaqifin sol ayağının əvvəlcə 2 barmağı çürümüş, daha sonra isə 3 barmağını amputasiya etmişlər. Vaqif İ Qarabağ müharibəsi iştirakçısı olmuş, həmin müharibədə Vaqifin ayaq barmaqlarını şaxta vurmuş, buna görə də ayaq barmaqlarında qaralmalar olmuş, həkimlər Vaqifin ayaq barmaqlarını kəsməməyi məsləhət görmüşlər. 2022-ci ilin may ayında qızı Firəngiz ona 20 mart 2021-ci il tarixdə əri Vaqifi çayxanada döydüklərini, həmin davada Əhməd, Eltun, Elşad və Şahinin olduğunu bildirmişdir. Sonda o, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və onlara ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, X5 onun doğma bacısıdır. X6, X7, Təqsirləndirilən şəxs4 və Şahin adlı şəxsləri Gülnarın vasitəsi ilə tanımışdır. X10 2021-ci ilin fevral ayında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində “Qarabağ” çay evini icarəyə götürərək işlətmiş, həmin çay evi onların yaşadığı evin yaxınlığında yerləşdiyi üçün o, da boş olan vaxt kömək etmək məqsədilə həmin çay evinə getmişdir. 20 mart 2021-ci il tarixdə saat təxminən 17 radələrində o, “Qarabağ” çay evinin mətbəxində olan vaxt çay evində qışqırıq səsləri eşitmişdir. O çay evinin zalına keçərkən 4 nəfər tanımadığı şəxsin çay evində xidmətçi işləyən Nigar adlı qızı döydüklərini görmüş, həmin vaxt Eltun, Əhməd, Elşad və Şahin da onlara tərəf getmiş, atası Vaqif isə onlara yaxınlaşaraq dalaşanları aralaşdırmaq istəmişdir.Həmin vaxt Elşad atasını yumruqla vurub yerə yıxmış, atası yerə yıxıldığından Mahmud adlı tanışları atasını sürüyərək çayxanadan çıxartmağa çalışmışdır. Mahmud atası Vaqifi sürüyərək çayxanadan çıxardan vaxt dəmir qapıdan keçirdərkən Elşad həmin qapını sıxıb atasının ayaq barmaqlarını qapının arasında əzmişdir. Bundan sonra onlar atası Vaqifi çayxanadan çıxardıb evə aparmışlar. Həmin hadisə təxminən 30 dəqiqəyə yaxın davam etmiş, hadisə vaxtı çayxanada olan digər müştərilər də işçilərlə birlikdə dalaşanları aralaşdırmışlar. 2021-ci ilin noyabr ayından atası Vaqifin səhhətində ağırlaşmalar başlanmış, belə ki, atasının ayaq barmaqları çürüməyə başlamış, kürəyindən aldığı xəsarətin yerində isə kirs əmələ gəlmiş, həmin vaxtda qədər atası Vaqifi heç bir tibb müəssisəsinə aparmamışlar. 2021-ci ilin noyabr ayında atası Vaqifin ayaq barmaqlarının çürüdüyünü görmüş, atası Vaqifin sol ayaq barmaqları çürüdüyü üçün həkim tərəfindən Gəncə şəhər TTY xəstəxanasında amputasiya edilmiş, sonra isə sağ ayağının barmaqları çürüməyə başlamış və iki barmağı amputasiya edilmiş, digər barmaqları isə çürümüşdür. Həmin hadisə baş verən vaxtı Təqsirləndirilən şəxs2 da orada olmuş, sonuncunun kimisə vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, X3 və Zərərçəkmiş şəxs1 3-4 ildir tanıyır, o, avtomobil yuyucu sexində işləyən vaxt sonuncularda həmin sexin yanında çayxana işlətmişlər, həmin vaxtdan da Zərərçəkmiş şəxs1 tanımış, onun Zərərçəkmiş şəxs1 ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. X6, X7, Təqsirləndirilən şəxs4, X4 və Şahin adlı şəxsləri tanımamış, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2021-ci ilin mart ayındao, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində “Qarabağ” çay evinin yanında olan avtomobil yuyucu sexində işləmişdir. Təxminən 20 mart 2021-ci il tarixdə saat 17 radələrində o, işdə avtomobili “Rotters”aparatı ilə yuduğu üçün həmin aparatın səsindən ətrafda olanları eşitməmişdir.O, avtomobili yuyub qurtardıqdan sonra “Qarabağ” çay evindən səs-küy gəldiyini eşitmiş, səs-küyə görə çay evinə getmişdir. O, çay evinin qapısından baxdıqda çayanada bir qrup şəxsin əlbəyaxa dalaşdıqlarını görmüş, həmçinin həmin vaxt Zərərçəkmiş şəxs1 yumruqla döymələrini görmüş, o, da buna görə arxaya qayıdaraq yenidən çayxananın qabaq qapısına yaxınlaşıb həmin qapıdan çayxanaya girmişdir. O, çayxanaya girən vaxt Zərərçəkmiş şəxs1 qapının yanında yerdə uzanıqlı vəziyyətdə olmuş, çayxanada dalaşan şəxslərin isə onun üzərindən keçib getdiklərini görmüşdür. O, tez su gətirərək Zərərçəkmiş şəxs1 içməsi üçün su vermiş, həmçinin bundan başqa ona ilkin yardım göstərmiş və sonra da təcili yardıma zəng vuraraq çağırmış, bundan sonra avtomobil yuma sexinə müştəri gəldiyi üçün getmişdir. O, həmin hadisəni təxminən 5 dəqiqəyə yaxın görmüş, ondan əvvəl isə hadisənin nə qədər davam etməsini bilməmişdir. O, Zərərçəkmiş şəxs1 konkret olaraq kimin vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, X3 və Zərərçəkmiş şəxs1 təxminən 6 ilə yaxındır ki, tanıyır. Belə ki, o, Gülnar Muradovanın açmış olduğu “Dizayn Dekor”da işləmiş, həmin vaxtdan da Gülnar Muradova və Zərərçəkmiş şəxs1 tanımışdır. X6, X7, Təqsirləndirilən şəxs4, X4 və Şahin adlı şəxsləri tanımır. Gülnar Muradova 2021-ci ilin mart ayında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində “Qarabağ” çay evini icarə əsasında işlətmişdir. Onun işlədiyi “Dekor Dizayn”ın qeydiyyat dəftəri “Qarabağ” çay evində olduğu üçün o, xx.xx.2021-ci il tarixdə saat təxminən 17 radələrində qeydiyyat dəftərini götürmək üçün həmin çay evinə getmişdir. O, “Qarabağ” çay evinin qapısından baxanda çayxanada bir qrup şəxsin əlbəyaxa dalaşdıqlarını görmüşdür. Həmin vaxt cavan oğlanlar stolun yanında dalaşmışlar, onlar yerdə uzanmış bir nəfər oğlanı və qızı döymüşlər, həmçinin həmin vaxt o, Zərərçəkmiş şəxs1 da yumruqla döymələrini görmüşdür. Həmin hadisə vaxtı o, “Qarabağ” çay evində tanıdıqlarından işləyən Nigarı, Sevinci, Lamiyəni, Gülnarın atası Vaqifi görmüş, Firəngizi gördüyünü xatırlamır, başqa olanları tanımamışdır. Həmin hadisə vaxtı Zərərçəkmiş şəxs1 vuran şəxslərin adlarını sonradan bildiyi Elşad, Alı və Anar adlı şəxslər olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 qapının yanında yerdə uzanıqlı vəziyyətdə olmuş, bir neçə tanımadığı şəxs Vaqifi təpiklə vurmuşdur. Sonradan o, zəng vuraraq Gülnarın anası Təranəni çağırmış, Gülnar isə özü gəlmiş, sonuncunu kimin çağırmasını isə bilməmişdir. Onlar Zərərçəkmiş şəxs1 çayxananın qabağında üzünə su vurmuşlar, sonra Zərərçəkmiş şəxs1 o, Gülnar Muradova və Şahid2 ilə bir yerdə Gəncə şəhər 3 saylı X14 Xəstəxanasına aparmışlar. O, həmin hadisəni təxminən 5 dəqiqəyə yaxın görmüş, ondan əvvəl isə hadisənin nə qədər davam etməsini bilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 17 may 2022-ci il tarixli 760 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində xx.xx.2021-ci il tarixə uyğun gələn hər hansı bir xəsarət aşkar edilməmişdir. Sağ ayağın İV-V, sol ayağın isə İ-İİ-İİİ-İV-V barmaqlarının infeksiyalaşmış yaralarının əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlmir. Zərərçəkmiş şəxs1 sağ ayağının İV-V, sol ayağının isə İ-İİ-İİİ-İV-V barmaqlarının infeksiyalaşmış yaraları isə bağlı ilkin tibbi sənədlər olmadığından, həmin yaraların hansı səbəbdən və nə vaxt əmələ gəlmələri haqda hər hansı bir fikir söyləmək mümkün deyildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan DVD diskdə olan videogörüntüdən görünür ki, Gəncə şəhəri, 28 May küçəsində yerləşən “Qarabağ” çay evində Zərərçəkmiş şəxs2 əvvəlcə qızla qucaqlaşıb oturaraq söhbət edir, daha sonra isə aralarında mübahisə yaranır və dalaşırlar. Həmin vaxt adları məlum olmayan iki nəfər şəxs yaxınlaşaraq Ruslanla qızı vurur, bu zaman qıraqdan gələn şəxslər həmin iki nəfəri aralamağa çalışır, Təqsirləndirilən şəxs3 qızın üstünə gedən şəxsi kənara dartır. Sonra Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və digərləri çöldən çay evinin içərisinə daxil olurlar. Zərərçəkmiş şəxs1 qızı vuran şəxsi sakitləşdirməyə çalışır, həmin vaxt Təqsirləndirilən şəxs1 stolun yanında yerdə olan Zərərçəkmiş şəxs2 yaxınlaşır, Ruslan Əhmədə təpik atır, bu zaman Əhməd və Təqsirləndirilən şəxs3 Ruslanı bir neçə dəfə vururlar. Həmin anda da Vaqif Mradovun sakitləşdirməyə çalışdığı, adı məlum olmayan şəxs Zərərçəkmiş şəxs1 yumruqla vurur, bundan sonra Təqsirləndirilən şəxs2, Eltun və Təqsirləndirilən şəxs1lər Zərərçəkmiş şəxs1 vuran şəxslərə tərəf gedərək həmin şəxslərə yumruq atırlar, həmin şəxslər və Zərərçəkmiş şəxs1 görüntüdən itirlər, hiss olunur ki, həmin vaxt qapı tərəfə çıxırlar. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs2 yaxınlaşaraq onu vururlar, sonra Təqsirləndirilən şəxs4 qızı Zərərçəkmiş şəxs2 yanından çəkib aralaşdırır. Ətrafda toplaşan şəxslər Təqsirləndirilən şəxs1 aralaşdıraraq kənara çəkirlər və görüntü dayanır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinintərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə əsaslanmışdır. Halbuki ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadə ilə məhkəmədə verdiyi ifadəsi ziddiyyətli olduğundan, həmçinin DVD diskdə olan video görüntülərlə həmin ittiham əsaslı hesab edilə bilməz. Çünki məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 20 mart 2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Gəncə şəhəri, 28 May küçəsində yerləşən “Qarabağ” çay evində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq ona sol göz nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi, daha sonra isə Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan vuraraq zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri və DVD diskdə olan görüntülər ilə həmin xuliqanlıq hərəkətlərdə Təqsirləndirilən şəxs2 kiməsə zor tətbiq etməsi müəyyən edilməmişdir. Belə ki, hadisənin şahidi olmuş Şahid1 məhkəmədəki ifadəsində Təqsirləndirilən şəxs2 hadisə zamanı orada olduğunu, lakin sonuncunun kimisə vurduğunu görmədiyini bildirmişdir. Digər şahidlər də ifadələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 vurduğunu görmədiklərini bildirmişlər. Eyni zamanda Zərərçəkmiş şəxs2 məhkəmədəki ifadəsində Əhməd və Eltunun onu vurduğunu bildirmişdir. Bundan başqa DVD diskdə olan görüntülərdə də Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmadığı, onlara zor tətbiq etmədiyi və dalaşan şəxsləri aralaşdırdığı görünür. Göründüyü kimi qeyd edilənlərdən belə nəticə çıxır ki, Təqsirləndirilən şəxs2 həmin xuliqanlıq hərəkətlərdə Zərərçəkmiş şəxs2 vurması və Zərərçəkmiş şəxs1 zor tətbiq etməsi ilə bağlı zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmur. Beləliklə də, zərərçəkmiş şəxslərin ibtidai istintaqdakı ifadələri artıq mövcud olan digər sübutlarla uzlaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilər. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman “in dubiapro red” şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimalı qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yolverilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadanfərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs2 istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, yəni bir qrup şəxs halında xuliqanlıq etməsi ilə razılaşmır və hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki Təqsirləndirilən şəxs2 barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən kifayət qədər sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır; 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-nin 221.2.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları, zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələri, video görüntüvə digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsində xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsvir edilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Göründüyü kimi xuliqanlıq cinayəti təqsirkarın özünü hamıdan üstün hesab etməsi, hamının fövqündə dayanmağa cəhd etməsi, özünün təsdiq etməyə yönəlməsi, ciddi səbəblər olmadan hadisələr törətməsi və cəmiyyətin diqqətini cəlb etməsi ilə müşaiyət olunan cinayətdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş Zərərçəkmiş şəxs2 təkləyib bir neçə dəfə yumruq və təpik vurub, eyni zamanda Təqsirləndirilən şəxs4 əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 zor tətbiq edib üstünlüklərini göstərmək, güclərini nümayiş etdirmək, onların, habelə başqa şəxslərin şüurunda özlərini müstəsna şəxsiyyət olduqlarını, qarşı tərəfdən və başqalarından əsaslı surətdə fərqləndikərini təsdiq etmək məqsədi ilə xuliqanlıq hərəkətləri etmişlər. İş materiallarında olan mötəbər sübutların məcmusu ilə təsdiq edilir ki,təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 belə hərəkətlər iictimai qaydanı qərəzli olaraq kobud surətdə pozmuş, ətrafdakılar üçün qorxu, vahimə yaratmış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hərəkətlərində qeyd edilən xüsusatlar CM-in 221-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əlamətlərlə üst-üstə düşür və əhatə olunur. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab edilir ki, əməl iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmiş şəxsin özünə xəsarət yetirmiş və ya onun əmlakını zədələmiş olsun. Nəzərə almaq lazımdır ki, xuliqanlıq cinayətində bilavasitə iştirak edən şəxslər, cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edirlər, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görür və bunu arzu edirlər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-in 221.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlində Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmək hərəkəti olmamışdır. Çünki DVD diskdə olan görüntülərdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 vurduqları görünsə də, Zərərçəkmiş şəxs1 zor tətbiq etməkləri və ya xəsarət yetirmələri öz əksini tapmamış, əksinə onların hər ikisinin Zərərçəkmiş şəxs1 vuran şəxsə tərəf getdikləri və sonra aralaşdırdıqları görünür. Həmçinin məhkəmə iclasında ifadə vermiş şahidlərin heç biri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 hər hansı zor tətbiq etmələrini gördüklərini bildirməmişlər. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xuliqanlıq hərəkətləri etmələrinə baxmayaraq Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmələri barədə mötəbər sübut yoxdur. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmələri barədə bəndlər ittihamdan çıxarılmalıdılar. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduqlarızərərçəkmiş və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, video görüntü və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir.İttihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-nin 221.2.1-ci maddəsiilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi əməli etiraf etməmələri, yəni xuliqanlıq etməmələri barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxlsər və şahidlərin ifadələri, video görüntü, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özlərini təqsirli bilməməsi barədə ifadələrinə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə istintaqı zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadələr kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin ediləcək cəzanın növü və həddi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üçlədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 221.2.1 maddəsi ilə törədilən əməllər cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Cinayət qanununun sadalanan normalarının təhlilindən də görünür ki, cinayət törətmişşəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa, bunu cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə edirsə, habelə törətdiyi cinayətin zərərli nəticələrini tez bir zamanda aradan qaldırmağa yönələn davranış nümayiş etdirirsə və sadalanan müsbət davranışı iləözünün formalaşmış mənfi obrazını cəmiyyətin yaddaşından silmək istəyirsə, bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Belə hərəkətlər islah olunmanın başlanığıc nöqtəsi kimi çıxış edir və həm təqsirkarın tam islah olunmasını stimullaşdırır, həm də cəzanın məqsədlərini təmin edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs4Gəncə Hərbi Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.6. maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 333.6., 62 maddələrinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ciil tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq qəti 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 25 avqust 2022-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 04 ay 03 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. 28 dekabr 2022-ci ildə cəzası tam bitmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 333.6-cı maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Gəncə Hərbi Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmüdəyişdirilərək Təqsirləndirilən şəxs4Azərbaycan Respublikası CM-in 333.6, 62-ci maddələrinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ciil tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq qəti 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs4 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onların cəzasını yüngülləşdirən hallarla yanaşı, ağırlaşdıran halın olmaması, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətlərini, xüsusilə təyin olunan cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında olanhəddə islah işləri növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, şəxslər Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs3 onlara təyin olunacaq islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətlərinin əvvəli qazanclarından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmaması, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətini, xüsusilə təyin olunan cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona CM-in 221.2.1-ci maddəsinin sanksiyasında olan həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1-1(104)-129/2021 nömrəli qərarı çıxarılmamışdan əvvəl törətdiyinə görə, hazırki iş üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası həmin qərarla təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməklə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, xx.xx.2022-ci il tarixdə həmin cəzadan şərti olaraq vaxtından əvvəl azad olunaraq xx.xx.2022-ci il tarixdə cəzası tam bitdiyi üçün cəzasını çəkmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Hazırda Təqsirləndirilən şəxs4 azadlıqdan məhrumetmə cəzasının başa çatdığı nəzərə alınmalı və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi1 Təqsirləndirilən şəxs4, Müdafiəçi4 Təqsirləndirilən şəxs1 və Müdafiəçi3 Təqsirləndirilən şəxs2 məhkəmədə 30 saat dövlət hesabına göstərdikləri hüquqi yardıma görə işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla hər bir müdafiəçi üçün 180 manat, cəmi 540 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs4 təyin olunmuş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1- 1(104)-129/2021 nömrəli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əhatə edilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin və cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi1, Müdafiəçi4 və Müdafiəçi3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən hər bir müdafiəçi üçün 180 manat olmaqla cəmi 540 (beş yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar