Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-125/2024 03.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Daşkəsən rayonu, Zivlən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, fərdi əməklə məğul olan, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Zivlən kəndində qeydiyyatda olan və Gəncə şəhəri Məhsəti qəsəbəsində, nömrəsiz fərdi yaşayış evində yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, naməlum tarixdə və şəraitdə döyüş sursatı olan iki ədəd patronu qanunsuz olaraq əldə edib, saxlamaqla Gəncə şəhəri ərazisinə daşıyaraq üzərində gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 oktyabr 2023-cü il tarixdə, saat 18:54-də Gəncə şəhəri, Heydər Əliyev prospekti 187 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavastə tabe olan Qərb bölgəsində regional şöbənin inzibati binasına aparılaraq orada həmin gün saat 20:43 dəqiqədən etibarən üzərində şəxsi axtarış keçirilərkən əlində saxladığı bir ədəd selofan paketin içərisindən istifadə və atəş üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli əl pulemyotlarından, RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x54 millimetr kalibrli döyüş sursatı olan iki ədəd patron aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, tutulmazdan bir gün əvvəl, yəni 04 oktyabr 2023-cü il tarixdə yaşadığı Daşkəsən rayonu, Zivlən kəndində olarkən çayın kənarından qara rəngli selofana bükülmüş bir ədəd tüfəng və iki ədəd patron tapmış, həmin silah onda maraq oyatdığından silahı gətirib yaşadığı evdə gizlətmişdir. Lakin ertəsi gün tapdığı silahın qanunsuz ola biləcəyini və ya başqa bir cinayətdə istifadə oluna biləcəyini fikirləşib silah və sursatı polisə təqdim etmək qərarına gəlmiş, bu məqsədlə o, silah-sursatı götürüb polisə yollanmışdır. Həmin gün, yəni 05 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində ünvan 3 ünvanın yaxınlığında olan zaman Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinin mülki geyimdə olan üç nəfər əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib ondan anket məlumatlarını soruşmuş, o, da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş surtsatı əldə etməsi və saxlaması barədə onlarda məlumat olduğunu bildirmişlər. O, da etiraz etməmiş və həqiqətən də əlində saxladığı selofan torbada tüfəng və patron olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona onlarla birlikdə Gəncə şəhərində yerləşən polis şöbəsinə getməsini təklif etmiş, o, da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əlində saxladığı selofanda tüfəng və patron olduğunu bildirib həmin selofan paketi təqdim etməklə masanın üzərinə qoymuşdur. Onun tapdığı silah-sursatı istifadə etmək fikri olmamışdır, ondan istifadə etməmişdir. Sonda törətdiyi əmələ görə çox peşman olduğunu nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 Əliqulu oğlunun ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında 05 oktyabr 2023-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və bundan sonra Baş idarə rəisinin əmri ilə rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupun tərkibinə həmkarları Şahid3, Fərid Kazımov və və təhqiqatçı Kənan Kərimli daxil edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs cinayət başında yaxalanması istiqamətində əməliyyat tədbirinə başlanmış və əməliyyat qrupunun üzvləri olaraq Gəncə şəhərinə ezam edilmişlər. Həmin gün keçirilmiş tədbir zamanı saat 18:54-də Təqsirləndirilən şəxs Gəncə şəhəri, Heydər Əliyev prospekti 187 ünvanın yaxınlığında əlindəki selofan torba ilə birlikdə tərəflərindən saxlanılmış, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona saxlanmasının əsaslarını bildirib, hüquq və vəzifələrini izah etmiş, sonuncuda səmimi olaraq etiraf edib əlindəki sellofan torbada bir ədəd ov tüfəngi və iki ədəd patron olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavastə tabe olan Qərb bölgəsində regional şöbəsinə getməsini təklif etmişlər, sonuncu da buna etiraz etməmiş və müşahidələri altında onlarla birlikdə qeyd edilən polis şöbəsinə getmişdir. Orada BMCMİ-nin təhqiqatçısı X2 Məmmədovu şübhəli şəxs qismində tutduqdan sonra sonuncunun üzərində müdafiəçisinin iştirakı ilə videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı Kənan Kərimli tərəfindən ilk olaraq Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş surtatı və ya qanunsuz olan hər hansı bir predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də öz növbəsində əlində saxladığı selofan torbada bir ədəd tüfəng və iki ədəd patron olduğunu bildirib selofan torbanı təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs həmçinin əynindəki gödəkçənin cibindən bir ədəd açılıb-qatlanan bıçağı da təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan torba açıldıqda oradan bir ədəd tüfəng və iki ədəd patron aşkar edilmidir. Şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs həmin tüfəngi və patronu yaşadığı kənddən tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş tüfəng, iki ədəd patron və bir ədəd bıçaq təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş digər şahidlər – BMCMİ-nin əməliyyat müvəkilləri Şahid2 və Şahid3 Bəhmən oğlunun ifadələri elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, onlar Şahid1 Əliqulu oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış, baxış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd selofan paketi, üzərində olan göy rəngli qış gödəkçəsinin sol üst cibindən 01 ədəd bıçağa bənzər dəmir predmeti və əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd mobil telefonunu çıxarıb təqdim etməklə masanın üzərinə qoyur, daha sonra Təqsirləndirilən şəxs üstündən əlavə şübhəli əşya və ya predmet aşkar edilmir. Budan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıl olaraq baxış keçirilməyə başlanır. İlkin olaraq təqdim olunan 01 mobil telefona baxış keçirilir. Daha sonra təqdim olunan 01 ədəd bıçağa bənzər dəmir predmetə baxış keçirilir. Qeyd olunan predmet açılıb bağlanan, qırmızı dəstəkli idi. Daha sonra təqdim olunan 01 ədəd selofan paketə baxış keçirilir. Selofan paketin içərisində 01 ədəd tüfəngə bənzər dəmir predmet və 02 ədəd patron aşkar edilir. Tüfəngə bənzər dəmir predmetin üstündə hər hansı bir rəqəm və ya simvol aşkar edilmir. Tüfəngə bənzər dəmir predmetin içərisində də patrona bənzər predmet olması ehtimal olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan tüfəngə bənzər dəmir predmeti içərisində olduğu selofan paketlə birlikdə Daşkəsən rayonu, Zivlən kəndində olan çayın kənarından tapdığını 1 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, qeyd olunan tüfəngə bənzər dəmir predmetdən hər hansı bir məqsədlə istifadə etmədiyini, qeyd olunan dəmir predmet şəhərdə əlində saxlamaqda məqsədi polis əməkdaşlarına təhvil vermək olduğunu, üstündən aşkar edilmiş 01 ədəd bıçağa bənzər dəmir predmeti də məişətdə istifadə etmək üçün üzərində saxladığını bildirir. Sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bıçağa bənzər dəmir predmet 01 ədəd kağız zərfdə, 01 ədəd tüfəngə bənzər dəmir predmet və 02 ədəd patron isə 01 ədəd sellofan paketdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/741R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 6786 nömrəli silah, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş Mauzer konstruksiyalı karabinin əsasında (bazasında) yığılmış 32 kalibrli yivsiz hamar lüləli sürgülü ov tüfəngidir, odlu yivsiz silahdır. Həmin silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuşdur, həmin kalibrli əl pulemyotlardan RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 7,162x54 mm kalibrli döyüş sursatıdırlar, istifadə və atəş üçün yararlıdırlar. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən iki ədəd patron aşkar edildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq ov silahı və döyüş sursatı əldə edib üzərində saxlamaqla daşıması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi ov silahı və döyüş sursatının nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, ov silahı və döyüş sursatının əldə edilmə mənbəyinin müəyyən eidlməsi istiqamətində aparılmış əməliyyataxtarış tədbiri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Daşkəsən RİHB-nın Çanaqçı kənd İƏDÜN-si tərəfindən verilmiç xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1458/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin materiallarından ayrıca materialın ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işinin materiallarından döyüş sursatı olan 02 ədəd patronların əldə edilməsi və daşnması faktlarına görə ayrıca material ayrılması qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən bir ədəd DVD-R disk və onun üzərindən aşkar edilib qablaşdırılmış 2 ədəd patron maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1729/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 15 gün həddində, yəni xx.xx.2024-cü il tarixədək uzadılması qərara alınmışdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstuktiv qurğu və ya əşyalardır. Döyüş sursatınahədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibrindən asılı olmayaraq, hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı, digər bütün elementləri olan müxtəlif odlu silah patronları aid edilir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal olunmuş, kalibrli əl pulemyotlarından, RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x54 millimetr kalibrli döyüş sursatı olan – 02 (iki) ədəd patronu qanunsuz olaraq əldə edərək saxlayıb daşıması məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin yaşını, cinayət məsuliyyətini yüngülləşdirən halların olduğunu, ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası aşağı həddə müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 2 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 2 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-125/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-125/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver