Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-126/2024 19.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İsmət Mübariz oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bərdə rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində, Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən Gəncə Ağır Cinayətlər Məhkəməsinin iclas zalında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə hakimlər - Zərərçəkmiş şəxs (sədrlik edən), Şahid7 və Şahid6 ibarət tərkibdə mahiyyəti üzrə baxılarkən, müdafiəçinin dəyişdirilməsi barədə verdiyi yazılı vəsatətin təmin olunmasını tələb edərək məhkəmədə sədirlik edən Zərərçəkmiş şəxs məhkəmə prosesi iştirakçılarının gözü qarşısında şərəf və ləyaqətini alçaldan nalayiq ifadələrlə təhqir edərək məhkəməyə hörmətsizlik etməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən o, cəza çəkir. Belə ki, həmin hökm üzrə barəsində olan cinayət işi təxminən 2022-ci ilin fevral ayında Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işinə hakim Zərərçəkmiş şəxs sədrliyi və digər hakimlərin iştirakı ilə baxılmışdır. Məhkəmə istintaqının sonunda xx.xx.2023-cü il tarixdə o, müdafiçidən imtina etdiyi üçün məhkəməyə yazılı vəsatət təqdim edərək vəsatətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə iclasına sədrlik edən hakim Zərərçəkmiş şəxs vəsatəti təmin etməyərək, prosesin gedişində onu “tərbiyəsiz” və sair sözlərlə təhqir etmişdir. O da öz növbəsində cavab olaraq hakimin sözlərindən əşəbləşərək, hakim Zərərçəkmiş şəxs ünvanına “tərbiyəsiz sizsiniz” və sair nalayiq sözlər işlətmişdir. Bundan sonra da məhkəməyə sədrlik edənin göstərişi ilə həmin hadisə sənədləşdirilmiş və toplanmış sənədlər əsasında onun barəsində başqa bir cinayət işi başlanmış və istintaq aparılaraq iş məhkəməyə göndərilmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı təqsirdirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Belə ki, ibtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun sədrliyi, hakim Şahid6 və hakim Şahid7 iştirakı ilə baxış iclası keçirilmişdir. Baxış iclasında Təqsirləndirilən şəxs yazılı vəsatət verərək, vəsatətin təmin olunması barədə qərar qəbul edilməsini nalayiq sözlərlə kobud formada tələb etmişdir. O, təqsirləndirilən şəxsdən məhkəməyə qarşı rəftar və danışıqlarına fikir verməsini, nəzakətlə davranmasını tələb etmiş, əks təqdirdə iclas zalından çıxarılacağını bildirmiş, buna baxmayaraq təqsirləndirilən şəxs üzünü ona tutaraq nalayiq ifadələrdən istifadə edərək təhqir etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasının davam etdirilməsinə mane olduğundan, o, Təqsirləndirilən şəxs məhkəmə iclasından kənarlaşdırılması barədə göstəriş vermiş və Təqsirləndirilən şəxs sözügedən davranışı ilə əlaqədar akt tərtib edilmişdir. O, Təqsirləndirilən şəxs qabaqcadan tanımadığını, onunla hər hansı ədavət və düşmənçiliyi olmadığını, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında onu təhqir etdiyini, başqa prosesin digər iştirakçılarını təhqir etmədiyini, Təqsirləndirilən şəxs onun ailə üzvlərinin ünvanına nalayiq küçə söyüşlərindən istifadə etməklə təhqir etdiyini, məhkəmə iclasında hakimlərdən, həmçinin digər iştirakçılardan heç kimin Təqsirləndirilən şəxs ünvanına “tərbiyəsiz” sözünü, o cümlədən hər hansı digər nalayiq söz işlətmədiyini göstərmişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hakim Zərərçəkmiş şəxs sədrliyi, hakim Şahid7 və Şahid6 iştirakı ilə baxış iclası keçirilmişdir. Baxış iclasında Təqsirləndirilən şəxs yazılı vəsatət təqdim edərək vəsatətin təmin olunması barədə qərar qəbul edilməsini nalayiq sözlərlə kobud formada tələb etmişdir. Sədrlik edən təqsirləndirilən şəxsdən məhkəməyə qarşı rəftar və danışıqlarına fikir verməsini, nəzakətlə davranmasını tələb etmiş, əks təqdirdə iclas zalından çıxarılacağını bildirmişdir. Buna baxmayaraq təqsirləndirilən şəxs üzünü məhkəmə iclasında sədrlik edən hakim Zərərçəkmiş şəxs tutaraq nalayiq ifadələrdən istifadə edərək onu təhqir etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasının davam etdirilməsinə mane olduğundan, sədrlik edən onun məhkəmə iclasından kənarlaşdırılması barədə göstəriş vermişdir. Təqsirləndirilən şəxs sözügedən davranışı ilə əlaqədar akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında sədrlik edən hakim Zərərçəkmiş şəxs ailə üzvlərinin ünvanına nalayiq söyüşlərdən istifadə etməklə təhqir etmiş, məhkəmə iclasında hakimlərdən, həmçinin digər iştirakçılardan heç kim Təqsirləndirilən şəxs ünvanına “tərbiyəsiz” sözünü, o cümlədən hər hansı digər nalayiq söz işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin X3 polis nəfərləri Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadələri məhkəmə iclasında elan edilmiş şahidlər Şahid1, Şahid5, Şahid7, Şahid6 və Şahid8 Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 13 iyun 2023-cü il tarixli aktdan və məhkəmə iclas protokolunun çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin iclas zalında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə hakimlər - Zərərçəkmiş şəxs (sədrlik edən), Şahid7 və Şahid6 ibarət tərkibdə mahiyyəti üzrə baxılarkən müdafiəçinin dəyişdirilməsi barədə verdiyi yazılı vəsatətin təmin olunmasını tələb edərək məhkəmədə sədrlik edən Zərərçəkmiş şəxs məhkəmə prosesi iştirakçılarının gözü qarşısında şərəf və ləyaqətini alçaldan nalayiq ifadələrlə təhqir edərək məhkəməyə hörmətsizlik etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-18/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CMnin 289.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 289.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, o cümlədən təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza cinayətlərin məcmusu üzrə təyin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-18/2023 saylı hökmü üzrə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsi ilə əlaqədar cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini və Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həmin hökm üzrə müəyyən edilmiş 06 sentyabr 2021-ci il tarixdən hesablanması nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həmin hökm üzrə müəyyən edilmiş 06 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və onun Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-18/2023 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-in 344-347; 349; 351- 353; 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 289.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-18/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-18/2023 nömrəli hökmü ilə müəyyən edilmiş 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə hökmün verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-126/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-126/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver