Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-126/2025 07.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X3, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, evli, işsiz, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında tamah məqsədi ilə qanunsuz olaraq Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 50 saylı yaşayış binasının dəhlizindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 1200 (bir min iki yüz) manat dəyərində olan “Shivaki” markalı kondisioner və 1 ədəd 1800 (bir min səkkiz yüz) manat dəyərində olan “Riffel” markalı kondisioner olmaqla ümumilikdə 2 ədəd kondisioneri gizli yolla oğurlayaraq, Zərərçəkmiş şəxs 3000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin avqust ayında Zərərçəkmiş şəxs arvadı Şəbnəmə zəng edərək ünvan 2 ünvanında təmir işi getdiyini və evində olan kondisionerləri sökmək istədiyini bildirmişdir. Bundan sonra özü Zərərçəkmiş şəxs ilə telefonla danışmış və Zərərçəkmiş şəxs ünvanı dəqiqləşdirdikdən sonra taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid2 ilə birlikdə Hyundai markalı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 50 ünvanına getmişdir. Ünvanda olan zaman mənzildə təmir işi getdiyini görmüşdür. O, mənzilə daxil olduqdan sonra 1 ədəd “Shivaki” və 1 ədəd “Riffel” markalı kondisionerlərin sökülmüş halda olduğunu və həmin kondisionerlərin yaşayış binasının blokunda olduğunu görmüşdür. O, mənzildə işləyən ustaya kondisionerləri sökmək üçün gəldiyini bildirmişdir. Usta isə ona kondisionerləri başqa ustanın sökdüyünü bildirmişdir. O, adını bilmədiyi ustaya kondisionerlərin yuyulub təmizlənməyə ehtiyacı olub-olmadığını soruşmuş və bundan sonra usta ona ev sahibi Zərərçəkmiş şəxs belə bir tapşırıq vermədiyini bildirmişdir. Hər iki kondisioner çox istifadə edilmiş vəziyyətdə olmuşdur. O, həmin kondisionerlərin Zərərçəkmiş şəxs lazımsız olduğunu düşündüyü üçün tamah məqsədilə həmin kondisionerləri gizli yolla götürüb oğurlamaq qərarına gəlmiş və Şahid2 zəng edərək arxaya qayıtmasını xahiş etmişdir. Elgün ona yaxınlıqda olduğunu demiş və bir müddət sonra eriyə qayıtmışdır. O, binanın blokunun giriş hissəsində Elgünlə görüşmüş və Elgünə binanın 9-cu mərtbəsində sökülmüş halda 2 ədəd kondisioner olduğunu bildirərək kondisionerləri yumaq üçün yaşadığı evə aparmaqda ona köməklik göstərməsini xahiş etmişdir. Elgün bundan sonra onunla lift vasitəsilə binanın 9-cu mərtəbəsinə qalxmışdır. Elgünün köməyi ilə həmin kondisionerləri götürüb Elgünün idarə etdiyi Hyundai markalı avtomobilə yükləmişlər. Elgünün kondisioinerləri oğurlamağı barədə heç bir məlumatı olmamışdır. Kondisionerləri Elgün ilə yaşadığı ünvana gətirmiş, bundan sonra Elgün yaşadığı ünvanı tərk edərək getmişdir. Ümumiyyətlə oğurluq etməyi barədə kiməsə məlumat verməmişdir. Bundan sonra həmin kondisionerləri Tap.az elan saytında yerləşdirmiş və maddi ehtiyacı ilə əlaqədar olaraq “Firelli” markalı kondisioneri 550 manata, digər “Shivaki” markalı kondisioneri isə 250 manata tanımadığı şəxslərə satmışdır. Kondisionerləri satmış olduğu şəxslərin həmin kondisionerləri oğurluq yolu ilə əldə etməyindən heç bir məlumatı olmamışdır. Həmin vaxtlar yəni, 2024-cü ilin avqust-sentyabr aylarında isə səhhəti ilə bağlı olaraq problemləri olmuş, beləki, sol ayağında olan tromplaşma xəstəliyindən əziyyət çəkmişdir. xx.xx.2025-ci il tarixində sol ayağından əməliyyat olunmuş və nəticədə sol ayağının bud nahiyəsindən amputasiya edilmişdir. Oğurladığı əşyalardan əldə etdiyi pulu isə xəstəliyi ilə əlaqədar olaraq müalicəsinə xərcləmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, kondisionerləri oğurladığı zaman evdə yalnız bir nəfər usta olmuşdur. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəyərək barışdığını, İİ qrup əlil olmasını, himayəsində 4 azyaşlı uşağının olmasını nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun tanışı Şəbnəmin həyat yoldaşıdır. Onun fərdi qaydada kondisionerləri təmir etməklə məşğul olduğunu bilir. Təqsirləndirilən şəxs qarşı heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Onların münasibəti normal olmuşdur. 2024-cü ilin təxminən avqust ayında yaşadığı ünvanı təmir etmək qərarına gəlmişdir. Həmin vaxtlarda yaşadığı evdə təmir işini Elşən adlı usta görmüşdür. Elşən ona təmir aparılması üçün evdə olan kondisionerlərin sökülməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs kondisioner ustası olduğunu bildiyi üçün Şəbnəmə müraciət etmiş və Kənanın yaşadığı evdə olan kondisionerləri sökməsini istəmişdir. Daha sonra isə Kənanla əlaqə saxlamış və təmir işi gedən evinin ünvanını Təqsirləndirilən şəxs izah etmişdir. Təqsirləndirilən şəxs mənzilə gec getdiyindən kondisionerlər sökülməmiş və bu səbəbdən iş ustalar tərəfindən dayanmışdır. Buna görə Elşən yenidən ona zəng edərək kondisionerləri sökən başqa tanış ustanın olduğunu demişdir. O da kondisionerləri sökməsinə razılıq vermişdir. Bundan sonra ustalar kondisionerləri söküb yaşadığı binanın dəhlizinə qoymuşlar. Həmin ərəfələrdə isə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Kənan ustalara kondisionerləri sökmək və daha sonra isə yuyaraq təmizləmək üçün gəldiyini demişdir. Elşən və digər ustalar isə kondisionerlərin yuyulması barədə tapşırıq olmadığını bildirmişlər. Onlar bu səbəbdən ona kondisionerlərə icazəsiz toxunmamasını deyib işlərinə davam etmişlər. Həmin evdə təmir işi getdiyindən o, bir neçə ay orada yaşamamışdır. Təxminən xx.xx.2025-ci il tarixində təmir işi yekunlaşdıqdan sonra yaşadığı ünvana getmişdir. Evinə nəzər yetirən zaman kondisionerlərin olmadığını görmüşdür. Bundan sonra Elşənə zəng edərək kondisionerlərinin olmadığını demişdir. Elşən isə ona o vaxtı kondisionerləri yuyaraq təmizləmək üçün Təqsirləndirilən şəxs evə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs kondisionerlərin yuyulub təmizlənməsi kimi tapşırıq almadıqlarını və bu səbəbdən kondisionerləri icazəsiz toxunmamasını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs ehtiyac olmadığını bildirmişlər. Elşən elə həmin kondisionerlərin Təqsirləndirilən şəxs tərəfindən gizli yolla binanın dəhlizindən icazəsiz aparıldığını güman etdiyini bildirmişdir. Bundan sonra o, Kənan ilə əlaqə saxlamış, Kənan ona kondisionerləri gizli yolla yaşadığı binanın dəhlizindən kimsəyə demədən icazəsiz götürüb apardığını və kondisionerləri qaytaracağını bildirmişdir. O, Kənandan kondisionerləri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs ona kondisionerləri qaytaracağını demiş və ondan vaxt istəmişdir. O, Təqsirləndirilən şəxs oğurluq əməli etdiyi üçün xx.xx.2025-ci il tarixində Gəncə şəhər 1-ci PŞ-yə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Ona məxsus olan kondisionerlərdən biri 85 kv.m olan Shivaki ART-HME43 markalı olmuşdur. 2022-ci il tarixində 1800 manata satın almışdır. Həmin kondisioner iki il istifadə olunmuş və işlək vəziyyətdə olmuşdur. Halhazırda dəyəri isə 1200 manat olmuşdur. Digəri isə 85 kv.m Riffel ASW-FJ 240/241 markalı olmuşdur. 2025-ci il tarixində 2200 manata satın almışdır. Həmin kondisioner 1 il istifadə olunmuş vəziyyətdə və işlək vəziyyətdə olmuşdur. Hal-hazır ki dəyəri 1800 manat təşkil etmişdir. 2024-cü ilin avqust ayında ünvan 3 ünvanın dəhlizindən təmir işi gedən zaman ona məxsus biri Shivaki ART-HME43 markalı, digəri isə Riffel ASW-FJ 240/241 markalı olmaqla ümumilikdə 2 ədəd kondisionerim tamah məqsədilə və gizli yolla Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Ona məxsus Shivaki ART-HME43 markalı kondisioneri 1200 (bir min iki yüz) manat dəyərində və Riffel ASW-FJ 240/241 markalı kondisioneri isə 1800 (bir min səkkiz yüz) manat dəyərində olmuşdur. Ümumilikdə ona 3000 (üç min) manat maddi ziyan dəymişdir. Qeyd olunan əşyadan başqa hər hansı bir əşyası oğurlanmamışdır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş ziyanın tam ödənildiyini, heç bir şikayəti və tələbi olmadığını, barışdıqlarını bildirərək, Təqsirləndirilən şəxs cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun tanışıdır. Təqsirləndirilən şəxs isə tanımır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2025ci ilin iyul ayında o, Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanını təmir üçün götürmüşdür. Evdə demək olar ki, əsaslı təmir işləri getmişdir. 2025-ci ilin avqust ayında evdə olan kondisionerlər təmir işinə mane olduğu üçün Zərərçəkmiş şəxs kondisionerlərin sökülməli olduğun bildirmişdir. Kondisionerlər 2 ədəd olmuşdur. Bir ədədi Shivaki markalı, digəri isə Riffel markalı olmuşdur. Həmin kondisionerlərin işlək vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs kondisionerlərin sökülməli olduğunu bildirdikdən sonra ona Kənan adlı kondisioner ustasının gələcəyini və gəlib sökəcəyini demişdir. Kondisionerlər sökülmədiyindən iş dayanmış və Kənan isə kondisionerləri sökmək üçün deyilən vaxtda gəlməmişdir. Bu səbəbdən o, yenidən Zərərçəkmiş şəxs ilə əlaqə saxlamış və Zərərçəkmiş şəxs Kənanın gəlmədiyindən işin dayandığını bildirmişdir. Eyni zamanda ona başqa kondisioner ustasının olduğunu və kondisionerləri sökdürə biləcəyini demişdir. Zərərçəkmiş şəxs onun ilə razılaşmış və bundan sonra evin qonaq otağında və yataq otağında olan kondisionerlər sökülərərək binanın dəhlizinə-mənzilin bayır tərəfinə qoyulmuşdur. Bir müddət sonra isə onlar mənzildə iş görən zaman bir nəfər içəriyə gəlmiş və həmin şəxs özünü kondisioner ustası kimi təqdim etmişdir. O, adının Kənan olduğunu bildirmişdir. O, Kənana kondisionerlərin artıq söküldüyünü bildirmişdir. Kənan ona kondisionerləri təmizləyibyuyulmağa ehtiyacı olub-olmadığını soruşmuşdur. O, Kənana Zərərçəkmiş şəxs onlara belə bir tapşırq vermədiyini bildirərək işinə davam etmişdir. Təqsirləndirilən şəxs isə mənzildən binanın dəhlizinə çıxmışdır. Təxminən xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs evi təhvil almışdır. Bir müddət sonra İlhamə ona zəng edərək kondisionerlərinin olmadığını demişdir. O isə Zərərçəkmiş şəxs o vaxtı kondisionerləri yuyaraq təmizləmək üçün Təqsirləndirilən şəxs evə gəldiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs kondisionerlərin yuyulub təmizlənməsi kimi tapşırıq almadıqlarını və bu səbəbdən kondisionerlə icazəsi toxunmamalarını bildirmişlər. Bundan sonra kondisionerlərin Təqsirləndirilən şəxs tərəfindən gizli yolla binanın dəhlizindən oğurlandığı ona məlum olmuşdur. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Kənan kondisionerləri aparmağa gəldiyi zaman kondisionerlər sökülü vəziyyətdə olmuşdur. Kənan kondisionerləri yuyub gətirəcəyini bildirmişdir. Kənanın kondisionerləri hara apardığını bilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 məhkəmə iclasına gəlmədiyi üzün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğuldur. Etibarnamə ilə idarə etdiyi Hyundai 130 markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edir. Zərərçəkmiş şəxs tanımır və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs isə təxminən 3 il olar ki, kondisioner ustası kimi tanıyır. 4-5 dəfə onun avtomobilinə sərnişin qismində əyləşərək müştəri olmuşdur. Təqsirləndirilən şəxs ilə münasbəti yaxşı olmuşdur. Onlar ünvana gedən zaman kondisionerləri yumaq və təmizləmək üçün avtomobilinə qoymaqda köməklik etmiş və Təqsirləndirilən şəxs ünvanına aparıb ödənişini alıb oradan getmişdir. Təxminən 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs ona zəng edərək birlikdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 50 ünvanında yerləşən ünvana kondisioner sökməsi üçün aparmağını xahiş etmişdir. O da həmin günü axşam saatlarında Təqsirləndirilən şəxs ilə birlikdə həmin ünvana getmişdir. Təqsirləndirilən şəxs ona ödəniş etmiş və o oradan çıxaraq getmişdir. Təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs ona yenidən zəng edərək arxaya qayıtmağını xahiş etmişdir. O da Təqsirləndirilən şəxs olduğu Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 50 ünvanına qayıtmışdır. Təqsirləndirilən şəxs yaşayış binanın giriş hissəsinin qarşısında olmuşdur. Təqsirləndirilən şəxs yanında avtomobili saxlamışdır. Kənan ona birlikdə binanın 9-cu mərtəbəsinə qalxmağını və binanın dəhlizində 2 ədəd kondisioner olduğunu bildirmişdir. O, həmin kondisionerləri yumaq üçün yaşadığı evə aparmalı olduğunu və kondisionerləri avtomobilinə qoymaqda köməklik göstərməyini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs ilə birlikdə yaşayış binasının 9-cu mərtəbəsinə lift ilə qalxmış və dəhlizdə motoru ilə birlikdə sökülmüş 2 ədəd kondisioner olduğunu görmüşdür. O, Kənan ilə həmin kondisionerləri götürmüş və onun avtomobilinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Vaqif küçəsi ünvanına gəlmişlər. Kondisionerləri Təqsirləndirilən şəxs evinə qoymuş və bundan sonra Kənandan ödənişini alıb oradan çıxaraq getmişdir. Təqsirləndirilən şəxs ona kondisionerləri yumaq üçün apardığını demişdir. Həmin kondisionerlərin oğurlaması barədə onun heç bir əlaqəsi olmamışdır. O, kondisionerləri avtomobilinə yerləşdirməkdə köməklik göstərmişdir. Təqsirləndirilən şəxs kondisionerləri oğurlaması barədə hər hansı bir məlumatı, eləcə də hər hansı bir əlaqəsi olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“Böyük ictimai təhlükə törətməyən aşkar cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması barədə” 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin tərkibi olduğundan Zərərçəkmiş şəxs ərizəsi əsasında Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* saylı böyük ictimai təhlükə törətməyən aşkar cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması qərara alınmışdır. - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri 1-ci PŞ-in TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 50 saylı yaşayış binasının 9-cu mərtəbəsinin dəhlizinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs məxsus “Shivaki ART-HME43” və “Riffel ASW-FJ 240/241” markalı kondisionerlərin oğurlandığı aşkar edilmiş, hadisə yerindən hər hansı maddi sübut aşkar edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. - Məhkəmə Psixiatrik Ekspertiza X10 şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 84 saylı rəyindən görünür ki, ekspert komissiyanı belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxsda hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozlması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. İİ.Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:
1. Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir.
2. Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədən zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır.
3. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli AR CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. -xx.xx.2025-ci il tarixdə Gəncə şəhər 1-ci PŞ-yə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/965 saylı rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən 02 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 1500.00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hssəsində göstərilmişdir. - 01 ədəd “Shivaki ART-HME43” markalı 85 kv.m sahəlik kondisioner – 500 manat, - 01 ədəd “Riffel ASW-FJ 240/241” markalı, 85 kv.m sahəlik kondisioner – 900.00 manatdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ildə AR CM-nin 127.1-ci maddəsi ilə ittiham elan edilmiş və xx.xx.2022-ci ildə CPM-nin 40.3-cü maddəsinə və CM-nin 73.2ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. - Gəncə şəhər narkoloji dispanserdən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. -“Cinayət əməlini törətmiş şəxs qismində tanınma haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət əməli törətmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Onlar hal-hazırda barışmışlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də bununla bağlı heç bir iddiası olmayacaqdır. -Elektron məhkəmə çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2024-cü il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı azyaşlı övladları vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödəyərək barışdığını, himayəsində 4 azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat (əlli) pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxs Təqsirləndirilən şəxs 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 132 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim Elxan Əlizadə