Məhkəmə qərarları › İş №1(125)-127/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-127/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-127/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən külli miqdarda özgənin əmlakını yandırmaqla məhv etmiş və zədələmişdir. Belə ki, o, 22 iyun 2021-ci il tarixdə gecə saat 01-02 radələrində üzərində keçmiş arvadı Şahid1 ilə aralarında mülki mübahisə nəticəsində yaranmış mülki öhdəliyə görə Şahid1 qisas almaq məqsədi ilə sonuncunun anası Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən evinə arxa hasardan aşıb həyətinə daxil olub, pilləkənlə mansard hissəsinə çıxıb əvvəlcədən əldə etdiyi əlindəki plastik qabda olan 1 litr benzini evin mansardının girişində olan taxta qapısının üzərinə tökərək üzərində olan alışqanla qəsdən yandırmaqla ümumilikdə 137,2 kvadrat metr ölçüdə evin 50000 manat dəyərində təmir bərpa xərcləri ilə birlikdə, həmçinin həmin evin içərisində olan 1 ədəd 1500 manat dəyərində “Dəmir döküm” markalı kombi, birinin dəyəri 150 manat olmaqla hər biri 10 seksiyalı olmaqla 1650 manat dəyərində 11 ədəd radiatoru, 1 ədəd 900 manat dəyərində 107 sm dioqonal ölçülü “FG” markalı plazma televizoru, 1 ədəd 300 manat dəyərində 81 sm dioqonal ölçülü “LG” markalı plazma televizoru, 1 ədəd 135 manat dəyərində “Regular” markalı aspiratoru, 1 ədəd 140 manat dəyərində “Regular” markalı qaz piltəsini, 1 ədəd 270 manat dəyərində “Arzum” markalı tozsoranı, 1 ədəd 150 manat dəyərində çörək bişirmək üçün istifadə olunan sobanı, 1 ədəd 260 manat dəyərində “Evalar” markalı 2 tonluq plastik çəni, 1 ədəd 270 manat dəyərində 5 hissədən ibarət olmaqla “Qalaksi” markalı qazan dəstini, 150 manat dəyərində 150 metr ölçüdə taxta döşəmə haşiyəsini, 30 manat dəyərində 15 kq döşəmə üçün istifadə olunan “Pengvin” markalı boya, 210 manat dəyərində 70 kv.metr ölçüdə divar kağızını, 840 manat dəyərində 60 kv.metr ölçüdə İran istehsalı olan kafeli, 50 manat dəyərində 50 metr uzunluğunda Türkiyə istehsalı “Sədəf’ markalı elektrik naqilini, 1 ədəd 50 manat dəyərində “Geepas” markalı ütünü, 1 ədəd 2700 manat dəyərində Türkiyə istehsalı “İstikbal” markalı yataq mebel dəstini, 1 ədəd 2500 manat dəyərində “İstikbal” markalı qonaq mebel dəstini, 1 ədəd 1200 manat dəyərində “Saloğlu” markalı künc divanı, 1 ədəd 400 manat dəyərində Malayziya istehsalı 1 stol - 8 stuldan ibarət olmaqla stol-stul dəstini, 750 manat dəyərində 50 kv.metr ölçüdə “Briliyant” markalı tül pərdəni, 1 ədəd 800 manat dəyərində “Embawood” markalı uşaq mebel dəstini, 1 ədəd 230 manat dəyərində yığılma paltar dolabını, 1 ədəd 50 manat dəyərində İran istehsalı 100 litrlik tutumlu su qızdırıcısını, 1 ədəd 270 manat dəyərində Türkiyə istehsalı moydadırı, 1 ədəd 200 manat dəyərində İran istehsalı unitazı, 1 ədəd 100 manat dəyərində “Esba” markalı su gücləndirici hidrafonu, 1 ədəd 800 manat dəyərində sifarişlə yığılma mətbəx mebel dəstini yandırmaqla, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 66905 manat məbləğində külli miqdarda əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, psixi xəstəlikdən əziyyət çəkməklə, həbs edilənə kimi anası ilə birlikdə yaşamışdır. 2004-cü ildə Gəncə şəhər sakini Şahid1 ilə ailə həyatı qurmuş və həmin nikahdan Gülçin, Aylin və Elvin adlı üç övladları dünyaya gəlmişdir. Yola getmədikləri üçün keçmiş arvadı Nilufər ilə 2017-ci ildə rəsmi olaraq boşansada, 2019-cu ilin dekabr ayının 15-nə kimi bir yerdə yaşamışlar. Nilufərlə ayrılan zaman iki qız övladı Nilufərdə qalmış, Nilufər iki qız övladı ilə anası Azadə ilə birgə yaşamış, oğlu Elvin isə onunla birgə yaşamışdır. Keçmiş qaynanası Zərərçəkmiş şəxs Gəncə şəhəri, Cavadxan qəsəbəsində ev tikdirmişdir. Onlar Nilufərlə boşandıqdan sonra aralarında mütəmadi olaraq narazılıq olmuş və xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən toy zamanı Nilufərə verilmiş 9000 manat dəyərində qızıl-ziynət əşyalarının dəyərinin sonuncuya ödənilməsi barədə qərar çıxarılmış, həmçinin Nilufərlə boşandıqdan sonra onun 4000 manat aliment öhdəliyi yığılmışdır. Buna görə də o, Nilufərə əsəbi olduğu üçün ondan heyf çıxmaq istəmiş və xx.xx.2021-ci il tarixdə axşam saatlarında Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən “Fanar” kafesində yemək yeyən zaman spirtli içki qəbul etmiş və həmin vaxt Nilufərin ona qarşı etdiklərinin əvəzini çıxmaq üçün anası Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evi yandırmaq qərarına gəlmişdir. Bundan sonra o, piyada Zərərçəkmiş şəxs məxsus Cavadxan qəsəbəsində yerləşən ev istiqamətində hərəkət edib Ş.İ.Xətai prospekti ilə N.Nərimanov prospektinin kəsişməsinə gələrək orada yolun kənarında dayanan qeydiyyat nömrə nişanını xatırlamadığı VAZ 2106 markalı taksi avtomobilinin sürücüsünə yaxınlaşıb yalandan avtomobilinin benzinin qurtardığı üçün yolda qaldığını və ona yanacaq doldurma məntəqəsindən benzin alıb gətirməsini xahiş etmişdir. Həmin vaxt taksi sürücüsünə 1 manat benzin üçün və 1 manat yol haqqı olmaqla 2 manat pul vermiş, həmin taksi sürücüsü təxminən beş dəqiqə müddətində N.Nərimanov prospekti ilə “Əlillər dairəsi” kimi tanınan dairə istiqamətində gedib bir litrlik plastik qabda benzin alaraq geri qayıtmışdır. O, həmin şəxsdən benzini götürdükdən sonra piyada N.Nərimanov prospekti ilə Cavadxan qəsəbəsinin girəcəyi istiqamətinə, oradan isə Zərərçəkmiş şəxs məxsus ev istiqamətində getmiş, Azadəyə məxsus evə çatdıqdan sonra həmin yerdə ətrafa baxaraq heç kimin olmadığını görüb, xx.xx.2021-ci il tarixdə təxminən saat 01:30 radələrində Zərərçəkmiş şəxs evini yandırmaq məqsədi ilə əlindəki benzinlə evin arxa hasarından aşıb evin həyətinə daxil olmuş, evin mansar hissəsinə çıxmaq üçün düzəldilmiş pilləkənlə evin mansar hissəsinə çıxıb əlində plastik qabda olan 1 litr benzini evin mansarının girişində olan taxta qapısının üzərinə tökərək üzərində olan alışqanla yandırıb od vurmuşdur. Həmin yer alışaraq yanmağa başlamış, bundan sonra alışqan və plastik qabı əlində götürüb dərhal evin həyətinə düşüb, hasardan aşaraq evdən çıxmış, piyada Cavadxan qəsəbəsinin içərisi ilə Gəncə şəhəri, Yeni Avtovağzala gəlib Gəncə-Bakı yolunda yolun əks tərəfinə keçərək xatırlamadığı taksi avtomobili ilə yaşadığı evə getmiş və Cavadxan qəsəbəsi ilə Yeni Avtovağzala gələrkən plastik qab və alışqanı orada olan dərəyə atmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, onun evi yandırmaqda məqsədi ziyan vurmaqla qayınanasıgildən heyf çıxmaq olmuş və evi yandırarkən evdə heç kimin yaşamadığını əvvəlcədən bilmişdir. O, həmin evi yandıran zaman evin mansard və tavan hissəsi yanmış, evə nə qədər ziyan dəydiyini dəqiq bilməmiş, evi yandırmaqda ona heç kim kömək etməmiş, evi yandırmağından nə əvvəl, nə də sonra heç bir kəsin xəbəri olmamışdır. Hazırda maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmiş və dəymiş zərəri ödəməmişdir. Psixi xəstəlikdən əziyyət çəkməsini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qızı Şahid1 2004-cü ildə Təqsirləndirilən şəxs ailə həyatı qurmuş və həmin evlilikdən 2 qız və 1 oğlan övladları dünyaya gəlmişdir. Arzunun spirtli içki və narkotik vasitələr qəbul etməsi səbəbindən 2017-ci ildə qızı Nilufər Arzu ilə rəsmi olaraq boşanmış, lakin Arzunun təkidi ilə yenidən barışsalar da 2019-cu ilin dekabr ayının 15-dən etibarən Nilufər həmin evdən çıxıb tamamilə ayrılaraq onunla birgə yaşamışdır. O, Gəncə şəhəri, Cavadxan qəsəbəsində 8 sot torpaq sahəsində 4 otaqlı ev tikdirmiş, xx.xx.2021-ci il tarixdə günorta saatlarında həmin evdə olmuş, sonra isə qapıları bağlayıb həmin evdən çıxmışdır. Həmin günün gecəsi xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Cavadxan qəsəbəsində qonşuluqda yaşayan Ceyhun adlı şəxs ona zəng edərək ona məxsus həmin evin yandığını bildirmiş, o, dərhal oğlu Ramil və qızı Nilufərlə birlikdə Cavadxan qəsəbəsində yerləşən ona məxsus evə getmişlər. Ora çatan zaman evin alışıb yandığını görmüşdür. Biraz keçmiş isə oraya Fövqaladə Hallar Nazirliyinin əməkdaşları gəlib təxminən 1 saatdan artıq müddətə yanğını söndürmüşlər. Araşdırma zamanı evinin Təqsirləndirilən şəxs tərəfindən qəsdən yandırıldığı məlum olmuş, həmin hadisə nəticəsində Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ona məxsus 4 otaqlı, 1 mətbəx, 1 mansar və 1 sanitar qovşağı olan fərdi yaşayış evinin mansarı, dam örtüyü, döşəmə-tavan hissəsi yanaraq tamamilə sıradan çıxmışdır. Həmçinin həmin evin içərisində olan 1 ədəd 1500 manat dəyərində “Dəmir döküm” markalı kombi, birinin dəyəri 150 manat olmaqla hər biri 10 seksiyalı olmaqla 1650 manat dəyərində 11 ədəd radiator, 1 ədəd 900 manat dəyərində 107 sm dioqonal ölçülü “LG” markalı plazma televizor, 1 ədəd 300 manat dəyərində 81 sm dioqonal ölçülü “LG” markalı plazma televizor, 1 ədəd 135 manat dəyərində “Regular” markalı aspirator, 1 ədəd 140 manat dəyərində “Regular” markalı qaz piltəsi, 1 ədəd 270 manat dəyərində “Arzum” markalı tozsoran, 1 ədəd 150 manat dəyərində çörək bişirmək üçün istifadə olunan soba, 1 ədəd 260 manat dəyərində “Evalar” markalı 2 tonluq plastik çən, 1 ədəd 270 manat dəyərində 5 hissədən ibarət olmaqla “Qalaksi” markalı qazan dəsti, 150 manat dəyərində 150 metr ölçüdə taxta döşəmə haşiyəsi, 30 manat dəyərində 15 kq döşəmə üçün istifadə olunan “Pengvin” markalı boya, 210 manat dəyərində 70 kv.metr ölçüdə divar kağızı, 840 manat dəyərində 60 kv.metr ölçüdə İran istehsalı kafel, 50 manat dəyərində 50 metr uzunluğunda Türkiyə istehsalı “Sədəf’ markalı elektrik naqili, 1 ədəd 50 manat dəyərində “Geepas” markalı ütü, 1 ədəd 2700 manat dəyərində Türkiyə istehsalı “İstikbal” markalı yataq mebel dəsti, 1 ədəd 2500 manat dəyərində “İstikbal” markalı qonaq mebel dəsti, 1 ədəd 1200 manat dəyərində “Saloğlu” markalı künc divan, 1 ədəd 400 manat dəyərində Malayziya istehsalı 1 stol-8 stuldan ibarət olmaqla stol-stul dəsti, 750 manat dəyərində 50 kv.metr ölçüdə “Briliyanf ’ markalı tül pərdə, 1 ədəd 800 manat dəyərində “Embavood” markalı uşaq mebel dəsti, 1 ədəd 230 manat dəyərində yığılma paltar dolabı. 1 ədəd 50 manat dəyərində İran istehsalı 100 litrlik tutumlu su qızdırıcısı, 1 ədəd 270 manat dəyərində Türkiyə istehsalı moydadır, 1 ədəd 200 manat dəyərində İran istehsalı unitaz, 1 ədəd 100 manat dəyərində “Esba” markalı su gücləndirici hidrafon və 1 ədəd 800 manat dəyərində sifarişlə yığılma mətbəx mebel dəsti, ümumilikdə evdə olan 16905 manat dəyərində əşyalar yanmış və yararsız hala düşmüşdür. Həmçinin evdə yanan əşyalardan əlavə ona məxsus 4 otaqlı, 1 mətbəx, 1 mansar və 1 sanitar qovşağı olan fərdi yaşayış evinin evin mansarının, dam örtüyünün, döşəmə-tavan hissəsinin Arzu tərəfindən yandırılması nəticəsində ona 50000 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evini, evin içərisində olan əşyalarla birlikdə yandırması nəticəsində ümumilikdə ona 66905 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmiş və aralarında barışıq əldə olunmamışdır. Odur ki, təqsirləndirilən şəxs X6 barəsində qanuna müvafiq olaraq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2004-cü ildə ailə həyatı qurmuş, həmin evlilikdən 2 qız və 1 oğlan övladı dünyaya gəlmişdir. Onlar Arzunun spirtli içki və narkotik vasitələr qəbul etməsi səbəbindən 2017-ci ildə rəsmi olaraq boşanmış, lakin Arzunun təkidi ilə yenidən barışsalar da 2019-cu ilin dekabr ayının 15-dən etibarən Arzu ilə yaşadığı evdən çıxıb tamamilə ayrılaraq anası Azadə ilə birgə yaşamışdır. Anası Zərərçəkmiş şəxs Gəncə şəhəri, Cavadxan qəsəbəsində 8 sot torpaq sahəsində 4 otaqlı ev tikdirmiş, xx.xx.2021-ci il tarixdə günorta saatlarında həmin evdə olmuş, sonra isə qapıları bağlayıb həmin evdən çıxmışdır. Həmin gün gecə xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Cavadxan qəsəbəsində qonşuluqda yaşayan Ceyhun adlı şəxs anasına zəng edərək həmin evin yandığını bildirmiş, o, dərhal qardaşı Ramil və anası Azadə ilə Cavadxan qəsəbəsində yerləşən sonuncuya məxsus evə getmişlər. Onlar ora çatan zaman evin alışıb yandığını görmüş, biraz keçmiş isə oraya Fövqaladə Hallar Nazirliyinin əməkdaşları gəlib yanğını söndürmüşlər. Həmin yanğın nəticəsində evin dam örtüyündə olan mansar hissəsi, evin tavanı və dam örtüyü yanaraq tamamilə sıradan çıxmış, evi keçmiş həyat yoldaşı Arzu yandırmış və evin yanması nəticəsində onlara 50000 manat, həmçinin əlavə evdə olan əşyaların yanması nəticəsində təxminən 16-17 min manat dəyərində maddi ziyan dəymişdir. Əri Arzu ondan ayrıldığı üçün 2019-cu ilin sonlarından bəri onunla ədavət saxlamış, onunla barışmadığı üçün hər dəfə gördükdə hədəliyib, onun evini yandıracağını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşamışdır. Bacısı Şahid1 2004-cü ildə X8 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2 qız və 1 oğlan övladları dünyaya gəlmiş, Arzunun spirtli içki və narkotik vasitələr qəbul etməsi səbəbindən bacısı Nilufər Arzu ilə rəsmi olaraq boşanmış və onlarla birgə yaşamışdır. Anası Zərərçəkmiş şəxs Gəncə şəhəri, Cavadxan qəsəbəsində ev tikdirmiş, xx.xx.2021-ci il tarixdə günorta saatlarında həmin evdə olmuş, sonra isə qapıları bağlayıb həmin evdən çıxmışdır. Həmin gün gecə xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Cavadxan qəsəbəsində qonşuluqda yaşayan Ceyhun adlı şəxs anasına zəng edərək həmin evin yandığını bildirmiş, onlar dərhal bacısı Nilufər və anası Azadə ilə birlikdə Cavadxan qəsəbəsində yerləşən anasına məxsus evə getmiş, ora çatan zaman evin alışıb yanmasının şahidi olmuş, biraz keçmiş isə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları gəlib yanğını söndürmüşlər. Yanğın nəticəsində evin dam örtüyündə olan mansar hissəsi, evin tavanı və dam örtüyü yanaraq tamamilə sıradan çıxmışdır. Araşdırma ilə evin Nilufərin keçmiş həyat yoldaşı X8 tərəfindən yandırıldığı məlum olmuşdur. Evin yanması nəticəsində onlara 50000 manat, həmçinin evdə olan əşyaların yanması nəticəsində təxminən 16-17 min manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, Azadə onunla qonşuluqda yaşayır. xx.xx.2021-ci il tarixdə saat 02 radələrində o, yaşadığı evdə yatarkən yuxudan oyanmış və su içmək üçün digər otağa keçmişdir. Həmin vaxt o, pəncərədən baxarkən Zərərçəkmiş şəxs məxsus evin mansard hissəsinin alışaraq yandığını görmüş, dərhal Zərərçəkmiş şəxs mobil telefonla zəng edib baş verən yanğın hadisəsi barədə məlumat vermiş və Zərərçəkmiş şəxs məxsus evin hasarından evin həyətinə düşüb evin darvazasını içəri tərəfdən açmış, səs-küy saldıqdan sonra haray qonşular və bir qədər sonra Zərərçəkmiş şəxs övladları ilə birlikdə gəlib çıxmışdır. Həmin vaxt ev alışıb yanmaqda davam etmiş və biraz keçmiş Fövqaladə Hallar Nazirliyinin əməkdaşları gəlib yanğını söndürmüşlər. Yanğın nəticəsində evin dam örtüyündə olan mansar hissəsi, evin tavanı və dam örtüyü yanaraq tamamilə sıradan çıxmışdır. O, həmin vaxt hadisə yerində və yaxınlıqda hər hansı kənar şəxs görməmiş, evin kim tərəfindən yandırılmasını bilməmiş, lakin sonradan evin Azadənin keçmiş kürəkəni Arzu adlı şəxs tərəfindən yandırıldığını eşitmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli, 6/36xx-xx/4186 nömrəli fıziki-kimyəvi və yanğın-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata yanğından sonrakı qalıq nümunələr qismində təqdim olunmuş kül-kömür nümunələrinin üzərilərində neft məhsullarına məxsus izlər yoxdur. Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə yanğının mənbəyi - evin mansard hissəsində olmuşdur. Yanğın - qərarın təsviri hissəsində göstərilən şəraitdə, kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən, yəni evin mansard hissəsinin taxta materialdan olan qapısının üzərinə tökülmüş neft məhsulunun alışqanla yandırılması nəticəsində baş verməsi mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 9/8475 nömrəli məhkəmə-ekspertizası rəyindən görünür ki, anoloji malların markasına, modelinə, ölçüsünə, texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyun ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 780,00 manat müəyyən olunur. Digər ekspertiza təyini haqqında qərarda göstərilən mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli, 10/624 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən fəri yaşayış evində baş vermiş yanğın hadisəsi zamanı dəymiş ziyanın aradan qaldırılması üçün, fərdi yaşayış evində aparılmalı müxtəlif növ tikinti-təmir və yenidən quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1,0 kv.m sahəyə təqribən 200,0 manat dəyərində vəsaitin sərf olacağını nəzərə alaraq fərdi yaşayış evində yanğın nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 27440,0 manat (137,2 x 200) məbləğində müəyyən edilir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında xx.xx.2022-ci il tarixli protokol və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq bir daha göstərib ifadəsini təsdiq etmişdir. “Cinayət əməlinin tövsif edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 186.2.1 və 186.2.2-ci maddələrinə tövsif edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1383 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 205/2022 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri Q.Hacılı küçəsi 3-cü döngə ev 1-də yaşayan, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “şizofreniya fasiləsiz gedişli paranoid forma” diaqnozu ilə PND-də qeydiyyata alınıb. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin Komisyon Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 75 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi patologiya olan şizofreniya xəstəliyinin paranoid formasından əziyyət çəkir. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin, Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs əməli anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs halhazırki müayinə zamanı paranoid şizofreniya xəstəliyinə xas əlamətlər aşkar olunur. Buna baxmayaraq Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi şizofreniya xəstəliyinin paranoid forması remissiya (yaxşılaşma) fazasında olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Təqsirləndirilən şəxs hal- hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, xəstəliyin xroniki gedişə malik olması, əhval-ruhiyyəsində dəyişkənliyə meyillilik qeydə alınması səbəbindən həmin şəxsin ona təyin olunmuş psixotrop dərman preparatlarını müntəzəm qəbul etməsi, daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkimpsixiatrının müşahidəsi altına verilməsi tövsiyə edilir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi şizofreniya xəstəliyinin paranoid forması remissiya fazasında olduğundan onun halhazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi müəyyən edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 17 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə gecə saat 01-02 radələrində keçmiş arvadı Şahid1 ilə aralarında mülki mübahisə nəticəsində yaranmış mülki öhdəliyə görə Şahid1 qisas almaq məqsədi ilə sonuncunun anası Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən evinə arxa hasardan aşıb həyətinə daxil olub pilləkənlə mansard hissəsinə çıxıb əvvəlcədən əldə etdiyi əlindəki plastik qabda olan 1 litr benzini evin mansardının girişində olan taxta qapısının üzərinə tökərək üzərində olan alışqanla qəsdən yandırmaqla, ümumilikdə 137,2 kvadrat metr ölçüdə evin 50000 manat dəyərində təmir bərpa xərcləri ilə birlikdə, həmçinin həmin evin içərisində olan 1 ədəd 1500 manat dəyərində “Dəmir dokum” markalı kombi, birinin dəyəri 150 manat olmaqla hər biri 10 seksiyalı olmaqla 1650 manat dəyərində 11 ədəd radiatoru, 1 ədəd 900 manat dəyərində 107 sm dioqonal ölçülü “FG” markalı plazma televizoru, 1 ədəd 300 manat dəyərində 81 sm dioqonal ölçülü “FG” markalı plazma televizoru, 1 ədəd 135 manat dəyərində “Regular” markalı aspiratoru, 1 ədəd 140 manat dəyərində “Regular” markalı qaz piltəsini, 1 ədəd 270 manat dəyərində “Arzum” markalı tozsoranı, 1 ədəd 150 manat dəyərində çörək bişirmək üçün istifadə olunan sobanı, 1 ədəd 260 manat dəyərində “Evalar” markalı 2 tonluq plastik çəni, 1 ədəd 270 manat dəyərində 5 hissədən ibarət olmaqla “Qalaksi” markalı qazan dəstini, 150 manat dəyərində 150 metr ölçüdə taxta döşəmə haşiyəsini, 30 manat dəyərində 15 kq döşəmə üçün istifadə olunan “Pengvin” markalı boya, 210 manat dəyərində 70 kv.metr ölçüdə divar kağızını, 840 manat dəyərində 60 kv.metr ölçüdə İran istehsalı olan kafeli, 50 manat dəyərində 50 metr uzunluğunda Türkiyə istehsalı “Sədəf’ markalı elektrik naqilini, 1 ədəd 50 manat dəyərində “Geepas” markalı ütünü, 1 ədəd 2700 manat dəyərində Türkiyə istehsalı “İstikbal” markalı yataq mebel dəstini, 1 ədəd 2500 manat dəyərində “İstikbal” markalı qonaq mebel dəstini, 1 ədəd 1200 manat dəyərində “Saloğlu” markalı künc divanı, 1 ədəd 400 manat dəyərində Malayziya istehsalı 1 stol-8 stuldan ibarət olmaqla stol-stul dəstini, 750 manat dəyərində 50 kv.metr ölçüdə “Briliyant” markalı tül pərdəni, 1 ədəd 800 manat dəyərində “Embavood” markalı uşaq mebel dəstini, 1 ədəd 230 manat dəyərində yığılma paltar dolabını, 1 ədəd 50 manat dəyərində İran istehsalı 100 litrlik tutumlu su qızdırıcısını, 1 ədəd 270 manat dəyərində Türkiyə istehsalı moydadırı, 1 ədəd 200 manat dəyərində İran istehsalı unitazı, 1 ədəd 100 manat dəyərində “Esba” markalı su gücləndirici hidrafonu, 1 ədəd 800 manat dəyərində sifarişlə yığılma mətbəx mebel dəstini yandırmaqla ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 66905 manat məbləğində külli miqdarda əmlakını qəsdən məhv edərək zədələmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını yandırmaqla zərərçəkmiş şəxsə külli miqdarda ziyan vuraraq əmlakı qəsdən məhv etmə cinayətini törətməsi nəticəsində, Zərərçəkmiş şəxs 66905 manat məbləğində külli miqdarda əmlakını qəsdən məhv edərək zədələmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, “şizofreniya fasiləsiz gedişli paranoid forma” xəstəliyindən əziyyət çəkməklə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs olmasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan əlavə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib bitirsə də, məhklumluğu ödənilmədən yenidən CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə qəsdən cinayət törətmişdir. Lakin təqsirləndirilən şəxsə təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum olunması onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, mülkiyyət əleyhinə cinayət törətməsi, vurulmuş zərərin ödənilməməsi və zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələrinə əsasən, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş istintaq zamanı hadisə yerindən götürülmüş bir ədəd zərfdə kül-kömür nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 230 (iki yüz otuz) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 07 (yeddi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 42 (qırx iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda, zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə bildirir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş hadisə yerindən götürülmüş bir ədəd zərfdə qablaşdırılmış kül-kömür nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 230 (iki yüz otuz) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 42 (qırx iki) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi, təqsirləndirilən şəxsə münasibətdə isə həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar