Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-127/2024 16.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri “Köhnə ət kombinatı” ərazisində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarınını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 01 oktyabr 2022-ci il tarixdə saat 20:22 radələrində idarə etdiyi “Mercedes Benz E220” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, X30 prospekti Azərbaycan Texnologiya Universitetinin qarşısından keçən avtomobil yolunda “X20” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, “X20” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə riayət etməyərək Gəncə şəhər Dədə Qorqud küçəsi istiqamətində soldan birinci hərəkət zolağı ilə, yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 70-80 km/saat sürətlə hərəkətdə olarkən, yolu sağdan sola doğru keçən piyada X12 avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan X9 baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına sol təpə ənsə nahiyəsində qansızma, ənsə sümüyünün xətti sınığı, sol ənsətəpə nahiyəsinin əzilmiş yarası, sol körpücük sümüyünün sınığı, döş qəfəsinin sol tərəfində İ, İİ, İİİ, İV qabırğalar ön qoltuqaltı xətt üzrə, döş qəfəsinin sağ tərəfində İ qabırğa məmə xətti üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ baldır sümüyünün sınığı, sağ baldır nahiyəsinin yarası, sol gözətrafı nahiyəsinin hematoması, hər iki qaş, burun nahiyələrinin əzilmiş yaraları, hər iki said nahiyəsinin sıyrığı, sol bazu nahiyəsinin səthi yarası ilə müşayiət edilən, həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına və sonuncunun hadisə yerində ölməsinə səbəb yol-nəqliyyat hadisəsi törədərək, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, “X20” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən hadisə haqqında müvafiq orqanlara xəbər verməli olduğu halda, “X20” Azərbaycan Respublikası Qanununun bu tələbini pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 264-cü maddəsi ilə təsqirli bilməyərək, CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhərində ailəsi ilə birlikdə yaşamaqla fərdi əməklə məşğul olur. Yol-nəqliyyat hadisəsi törətdiyi “Mercedes Benz E220” minik markalı **-AE-*** qeydiyyat nişanlı avtomobil özünə məxsus olmuş, lakin hazırda həmin avtomobili satmışdır. 01 oktyabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində tanışı Elmin adlı şəxslə Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən “Dubay bazarı” adlanan bazarın yaxınlığında olarkən azyaşlı 6 yaşında olan oğlu da avtomobildə olmuşdur. Həmin vaxt Elmin ona demişdir ki, Gəncə şəhərində bir neçə nəfərlə görüşməlidir və xahiş etmişdir ki, idarə etdiyi avtomobillə onu şəhərin Cavadxan qəsəbəsinə sonra isə Sadıllı qəsəbəsinə aparsın. O, razılaşmış və Elminlə idarə etdiyi “Mercedes Benz E220” minik markalı **-AE-*** qeydiyyat nişanlı avtomobillə Cavadxan qəsəbəsinə getmişlər. Orada Elminin tanışı adını sonradan bildiyi Aqil adlı oğlan idarə etdiyi avtomobilə minmiş və birlikdə Sadıllı qəsəbəsinə getmişlər. Elmin Sadıllı qəsəbəsində görüşəcəyi adamı tapa bilməmiş və ona demişdir ki, “Metallurq” stadionunun yanına getsinlər və orada başqa bir şəxslə görüşəcəkdir. Həmin günü saat təxminən 20:22 radələrində o, idarə etdiyi avtomobillə Gəncə şəhəri, X30 prospekti ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsi istiqamətində hərəkətdə olan zaman Elmin avtomobildə qabaqda, Aqil və azyaşlı oğlu isə avtomobildə arxada oturmuşdur. O, idarə etdiyi avtomobillə sol zolaqla hərəkətdə olub Texnologiya Universitetinin qarşısından keçən zaman ani bir vaxtda qarşısına bir piyada çıxmış və avtomobilin qabaq sol hissəsi ilə o, piyadanı vurmuşdur. Həmin vaxt piyada yolu soldan sağa keçmişdir. O, hərəkətini davam etdirib bir qədər qarşıdan dönüb geri qayıtmış və vurduğu piyadanın yanında gəlib dayanmışdır. O, avtomobildən düşənə kimi Elminlə Aqil avtomobildən düşmüş, həmin şəxsi başqa avtomobilə qoyub xəstəxanaya aparmışlar. O isə avtomobilin onun tərəfindəki qapısı açılmadığı üçün həmin an düşə bilməmişdir. Dostuna zəng vuraraq xəstəxanaya getmək istəsə də, dostu ona “sən gəlmə vurduğun şəxsin ailə üzvləri buradadır” demişdir. Vurduğu piyada tanıdığı Aslan adlı şəxs olmuşdur. Sonradan hadisə yerinə polis əməkdaşları gəlmiş, o, özünü təqdim etmiş, hadisəni törətdiyini, vurduğu piyadanı xəstəxanaya yola saldığını bildirmişdir. Sonra polislər idarə etdiyi avtomobili cərimə meydançasına aparmış, onu da sərxoşluq müayinəsindən keçirib Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə aparıb təhvil vermişlər. Əlavə olaraq bildirdirmişdir ki, adları qeyd edilən şahidlərin dedikləri doğru deyil, belə ki, o, piyadanı vurduqdan sonra hadisə yerindən çıxıb getməmiş, piyadanı vurduqdan sonra qarşıdan dönüb hadisə yerinə gəlmiş, vurduğu piyadanı Elmin və Aqillə birlikdə Pərvin adlı şəxsin idarə etdiyi ağ rəngli “VAZ 2106” markalı avtomobillə xəstəxanaya yola salmış, sonra isə polislər hadisə yerinə gəlmişlər. Şahid Elmin adlı şəxsdə sonuncu ifadəsində düzgün danışmır. Belə ki, onlar xəsarət alan piyadanı xəstəxanaya yola salandan sonra o, Elminə deməmişdir ki, gedib polisə təslim olacaqdır, o, xəsarət alan şəxsi xəstəxanaya yola salandan sonra hadisə yerində qalmış, X28 adlı tanıdığı şəxsin avtomobili ilə hadisə yerindən xəstəxanaya getmiş, özü isə azyaşlı uşağını başqa bir tanış şəxslə evlərinə yola salmışdır. Sonda baş vermiş hadisəyə görə peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş zərərçəkmiş şəxs X15 onun əri olmuşdur. 01 oktyabr 2022-ci il tarixdə saat təxminən 21 radələrində ona məlumat verib bildirmişlər ki, əri Aslanı Gəncə şəhəri, X30 prospektində, Texnologiya Universitetinin qarşısında avtomobil vurmuş və onu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. O, da xəstəxanaya getmiş, Aslanın vəziyyəti çox ağır olmuş, buna görə də onu X7 Gəncə Beynəlxalq xəsətəxanasına yola salmışlar. Lakin yolda olarkən məlum olmuşdur ki, Aslan aldığı xəsarətlərdən vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, Aslanı əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs adında şəxs idarə etdiyi markasını və qeydiyyat nişanını sonradan bildiyi “Mercedes Benz E” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuş və hadisə yerindən qaçıb getmiş, Aslanı isə başqa şəxslər xəstəxanaya aparmışlar. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X8 çıxışında bildirdi ki, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi X10 Təqsirləndirilən şəxs ilə barışmamışdır, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, ev 28-də kirayədə yaşayır və Gəncə Texnologiya universitetinin 2-ci kurs tələbəsidir. 2022-ci ilin oktyabr ayında o, universitetdən çıxandan sonra universitetin qarşısında Gəncə şəhəri, X30 prospektində yerləşən köşkdə satıcı işləmişdir. Köşkün hər tərəfi şüşə olmaqla, qarşısı prospektə tərəfdir. 01 oktyabr 2022-ci il tarixdə təxminən saat 20:22 radələrində köşkdə olan zaman görmüşdür ki, markasını və qeydiyyat nişanını sonradan bildiyi metallik rəngli “Mercedes Benz E” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda hərəkətdə olan zaman qarşıdan “Füzuli” parkı tərəfdən köşkə tərəf yolu keçmək istəyən piyadanı vurdu və piyada yerə yıxıldı. O, köşkdən çıxıb vurulan piyadanın yanına gedəndə piyadanı vuran avtomobil də qayıdıb gəlib bir neçə metr irəlidə dayanmış, avtomobildə sürücüdən başqa iki nəfər sərnişin də olmuş, lakin avtomobildən həmin vaxt heç kim düşməmiş, avtomobil dayandıqdan təxminən bir az keçmiş sürücü hadisə yerindən “Dəyirman” dairəsi istiqamətində çıxıb getmiş və sonra qayıdıb gəlməmişdir. Sonra oraya toplaşmış şəxslər yol avtomobili ilə xəsarət alan şəxsi hadisə yerindən xəstəxanaya aparmışlar. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Həsrətov Yaşar qardaşları küçəsi, bina 10, mənzil 15-də yaşayır. Texnologiya universitetinin qarşısında Gəncə şəhəri, Şah İsmayıl prospektində yerləşən mağazada işləyir. 01 oktyabr 2022-ci il tarixdə saat təxminən 20:22 radələrində işlədiyi mağazanın qarşısında iş yoldaşı Şahid3 ilə birlikdə oturub üzü Fizuli parkına tərəf dayanıb, yola baxmışlar. Həmin vaxtı görmüşdür ki, “Dəyirman” dairəsi istiqamətindən gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi metallik rəngli “Mercedes Benz E” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan Füzuli parkı tərəfdən yolu keçən piyadanı vurub getmişdir. Bunu görüb onlar yola qaçmış və görmüşlər ki, vurulan piyada bir müştəri kimi tanıdığı Aslan adlı şəxsdir və o, ağır dərəcəli xəsarət almışdır. “Mercedes Benz E” markalı avtomobil piyadanı vurduqdan sonra bir neçə metr irəli gedib sonra qayıdıb həmin yerə gəlmiş və avtomobildə sürücüdən başqa iki nəfər sərnişin olmuşdur. O, avtomobildən qabaqdan sağdan bir oğlan düşəndə maşındakılardan kiminsə “Sür gedək” sözünü deməsini eşitmişdir. Həmin avtomobil təxminən 15-20 saniyə ərzində dayandıqdan sonra hadisə yerindən uzaqlaşıb “Dəyirman” dairəsi istiqamətində getmişdir. Sonra xəsarət alan Aslan adlı şəxsi hadisə yerinə gəlmiş şəxslər orada taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilinə qoymuş və onu xəstəxanaya aparmışlar. Hadisədən təxminən 35-40 dəqiqə sonra hadisə yerinə polislər gəlmiş və onlar hadisə yerini müayinə etmişlər. Sonradan ona məlum olmuşdur ki, avtomobilin vurduğu piyada ölmüşdür. Polislər hadisə yerinə gələndə sürücü hadisə yerində olmamış və artıq çıxıb getmişdir. Məhkəmə baxışı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 23A, mənzil 2-də yaşayır. Fərdi əməklə məşğul olur, Gəncə Texnologiya Universitetinin qarşısında Gəncə şəhəri, X30 prospektində yerləşən Vüsalə adlı qadının mağazasında ev alğı-satqısı ilə məşğul olur. 01 oktyabr 2022-ci il tarixdə saat təxminən 20:22 radələrində işlədiyi mağazanın qarşısında mağaza sahibi Vüsalə ilə birlikdə oturub üzü Füzuli parkına tərəf yola baxan zaman görmüşdür ki, “Dəyirman” dairəsi istiqamətindən gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi gümüşü metallik rəngli “Mercedes Benz E” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan Füzuli parkı tərəfdən yolu keçən piyadanı vurub getmişdir. O, Vüsalə ilə yola qaçmış və baxanda vurulan piyadanın ağır xəsarət aldığını və asfalt üzərində qaldığını görmüşdür. Həmin vaxt piyadanı vuran “Mercedes Benz E” markalı avtomobil piyadanı vurduqdan sonra gedib qarşıdan dönərək, qayıdıb həmin yerə gəlmiş, baxanda avtomobildə sürücüdən başqa iki sərnişin olduğunu görmüş, həmin avtomobil təxminən bir neçə saniyə ərzində dayandıqdan sonra hadisə yerindən uzaqlaşıb “Dəyirman” dairəsi tərəfə getmişdir. Bundan sonra xəsarət alan piyadanı oraya yığışmış şəxslər, səhv etmirsə “VAZ 2106” minik markalı avtomobilə qoyub xəstəxanaya aparmışlar. Hadisədən təxminən 40 dəqiqə sonra isə hadisə yerinə polislər gəlmiş və sonradan ona məlum olmuşdur ki, “Mercedes Benz E” markalı avtomobilin vurduğu piyada ölmüşdür. Polislər hadisə yerinə gələndə sürücü hadisə yerində olmamış və polislər gələnə kimi o, çıxıb getmişdir. Məhkəmə baxışı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, T.Arani küçəsi, ev 17, mənzil 15-də yaşayır. 01 oktyabr 2022-ci il tarixdə saat təxminən 20:22 radələrində X30 prospektində yerləşən Fizuli parkı tərəfdə yolun kənarında dayanmışdır. Bu zaman guppultu səsi eşitmiş və baxanda görmüşdür ki, orada olan adamlar yola tərəf qaçırlar. O da yola qaçanda görmüşdür ki, asfalt üzərində bir kişini avtomobil vurmuşdur. Yaxınlaşanda görmüşdür ki, gümüşü metallik rəngli “Mercedes Benz E” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil vurulan piyadanın yanında üzü “Dəyirman” dairəsi istiqamətində dayanmışdır. Məlum olmuşdur ki, piyadanı həmin avtomobil vurmuş, həmin avtomobildə sürücü ilə iki nəfər sərnişin olmuş, onlar avtomobildən düşməmiş, o, sağ tərəfdən avtomobilə yaxınlaşıb açıq pəncərədən tanımadığı sürücüyə “Piyadanı vurubsan niyə götürüb aparmırsan?” sözlərini demiş, sürücü ona evə gedib özünün polisə gedəcəyini demiş və avtomobili “Dəyirman”dairəsi istiqamətində sürüb getmişdir. O, vurulan piyadaya yaxınlaşanda görmüşdür ki, xəsarət alan şəxs tanıdığı Aslan adlı şəxsdir. Orada olan şəxslər Aslanı həmin vaxt hadisə yerində tanıdığı Pərvin adlı şəxsin idarə etdiyi “VAZ 2106” markalı avtomobilə qoymuş və onu xəstəxanaya aparmışlar. Hadisədən təxminən 30-40 dəqiqə sonra hadisə yerinə polislər gəlmişlər. Ona məlum olmuşdur ki, Aslan aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. O, hadisənin necə baş verməsini görməmiş, yalnız səsə hadisə yerinə gəlmişdir. Hadisəni törətmiş “Mercedes Benz E” minik markalı avtomobil hadisə yerindən “Dəyirman” dairəsi istiqamətində getdikdən sonra qayıdıb gəlməmiş və polislər gələndən sonra da həmin avtomobil orada olmamışdır. Məhkəmə baxışı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri 2 nömrəli UGİM-də “kikboks” idman növü üzrə məşqçi işləyir. İşlədiyi zal Gəncə şəhər 44 nömrəli məktəbdə yerləşir və həmin məktəb Azərbaycan Texnologiya Universitetinin yaxınlığında yerləşir. 01 oktyabr 2022-ci il tarixdə təxminən saat 20:22 radələrində o, işdən çıxıb evə gedərkən Texnologiya Universitetinin qarşısında Füzuli parkı tərəfdə X30 prospektində yolun kənarında dayanmış, həmin vaxtı o, guppultu səsi eşitmiş, baxanda görmüşdür ki, bir nəfər asfalt üzərində yerə yıxılmışdır. O, avtomobil yolunu keçib vurulan piyadanın yanına gələn zaman görmüşdür ki, həmin şəxs onun təhsil almış olduğu orta məktəbdə təhsil almış tanıdığı Aslan adlı şəxsdir. O, hadisə yerinə toplaşmış şəxslərin köməyi ilə Aslanı tanıdığı Pərvin adlı şəxsin idarə etdiyi “VAZ 2106” minik markalı avtomobilə qoymuş və onu hadisə yerindən xəstəxanaya göndərmişlər. Bundan sonra o, yaşadığı evə getmiş və sonra ona məlum olmuşdur ki, Aslan aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Məhkəmə baxışı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Vaqif küçəsi, dalan 7, ev 4-də yaşayır. 01 oktyabr 2022-ci il tarixdə Gəncə şəhəri, X30 küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada Aslan Aslanovu vuran zaman o da avtomobildə olmuşdur. Ondan başqa avtomobildə qaynı Şahid8 və Seymurun azyaşlı oğlu da olmuşdur. O, əvvəl verdiyi ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə baş verdikdən sonra bir insan kimi Aqillə xəsarət almış mərhum Aslanı xəstəxanaya aparmaqda köməklik göstərmişdir. Belə ki, o, hadisə yerinə yaxın olan qeydiyyat nişanı yadında qalmayan ağ rəngli “VAZ 2106” minik markalı avtomobilə mərhum Aslanı qoymaqda köməklik etmişdir. Tanımadığı sürücüdən başqa iki nəfər şəxs “VAZ 2106” markalı avtomobilə minib xəsarət alanı avtomobilə aparan zaman həmin şəxslərdən biri arxa oturacaqda oturub Aslanı baş tərəfdən saxlamış, digəri isə qabaqda oturduqdan sonra xəstəxanaya aparmışlar. Seymur ona avtomobilində olan azyaşlı uşağını evə aparıb düşürəndən sonra polisə təqdim olunacağını bildirmişdir. Sonra Seymur hadisə yerindən getmiş, lakin onun polisə gedibgetməməsindən xəbəri olmamışdır. Aslan hadisə yerindən xəstəxanaya aparıldıqdan sonra o, hadisə yerində Vüqar adlı tanışını görüb onu və Aqillə avtomobili ilə xəstəxanaya aparmasını xahiş etmişdir. Onlar Aslanın vəziyyətini öyrənmək üçün Abbas Səhhət adına xəstəxanaya getmişlər. Aslanı X7 Gəncə Beynəlxalq xəstəxanaya aparmışlar və orada Aslanın öldüyünü eşitmişdir. Sonra Aqillə evə getmişlər. O, Seymura bu barədə zəng edib məlumat vermişdir. Seymurun polisə təslim olmasını bilməmişdir. Məhkəmə baxışı zamanı Şahid8 ifadəsində göstərmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə saat 20:22 radələrində Gəncə şəhəri, X30 prospektində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədən zaman o da həmin avtomobildə olmuşdur. Yeznəsi Elminlə birlikdə Seymurun idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolu keçən piyada Aslan Aslanovu vurmuşdur. Seymur avtomobillə piyadanı vurduqdan sonra bir qədər qarşıdan dönüb hadisə yerinə gəlib avtomobili saxlamışdır. Avtomobildə qabaqda sağda yeznəsi Elmin oturmuş, arxada o və Seymurun azyaşlı oğlu oturmuşdur. O, Elminlə hadisə yerində düşmüş, xəsarət alan piyadanı ətrafdan toplaşan şəxslərin köməkliyi ilə qeydiyyat nişanı yadında qalmayan “VAZ 2106” minik markalı avtomobilə mindirib xəstəxanaya yola salmışlar. “VAZ 2106” minik markalı avtomobildə tanımadığı iki nəfər xəsarət alanı xəstəxanaya aparmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs hadisə yerində görməmişdir. Onlar xəsarət alan piyadanın arxası ilə əvvəlcə Abbas Səhhət adına xəstəxanaya getmiş, sonra isə X4 getmişlər. Aslanın ölməsini orada bilmişdir. Məhkəmə baxışı zamanı Şahid9 ifadəsində göstərmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə saat 20:22 radələrində o, idarə etdiyi “Mercedes Benz E220” minik markalı **-AA- *** qeydiyyat nişanlı avtomobillə X30 prospekti ilə Dədə Qorqud küçəsi istiqamətində hərəkətdə olan zaman Texnologiya Universitetinin qarşısında avtomobil yolunda çox sayda adamların toplaşdığını görüb avtomobildən düşüb həmin yerə gəlmişdir. Görmüşdür ki, asfalt üzərində bir nəfər vardır. O, orada tanışı Elmini görmüş, tanışı Seymurun idarə etdiyi “Mercedes Benz E” minik markalı avtomobil orada olmuş və bilmişdir ki, Seymur avtomobillə piyadanı vurmuşdur. O, Elmin və digər şəxslərin köməkliyi ilə xəsarət alan piyadanı “VAZ 2106” minik markalı avtomobilə qoymuş və Abbas Səhhət adına xəstəxanaya yola salmışlar. O da idarə etdiyi avtomobillə Elmin və Elminin tanışı Aqil adlı şəxslə birlikdə Abbas Səhhət adına xəstəxanaya getmiş, həmin xəstəxanadan xəsarət alan şəxsin X4 aparıldığını öyrəndikdən sonra birlikdə həmin xəstəxanaya gedəndə yolda məlum olmuşdur ki, avtomobillə vurulmuş piyada ölmüşdür. O, hadisə yerinə gələn zaman Seymurun idarə etdiyi “Mercedes Benz E” markalı avtomobili orada görmüş, lakin başı xəsarət alan şəxsin xəstəxanaya yola salınmasına qarışdığı üçün Seymurun hadisə yerində olub-olmamasını görməmişdir. Məhkəmə baxışı zamanı cinayət prosesi tərəflərinin razılığı ilə ifadəsi tədqiq edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, onun “VAZ 2106” minik markalı **- BK-*** qeydiyyat nişanlı avtomobili olmuş və hazırda həmin avtomobili satmışdır. 01 oktyabr 2022-ci il tarixdə saat təxminən 20:22 radələrində o, X30 prospektində “Dəyirman” dairəsi istiqamətinin sağında Texnologiya Universitetinin yaxınlığında yola yaxın çayxanada oturmuş, yola baxmış və həmin vaxtı görmüşdür ki, tanışı Aslan yolun qarşı tərəfindən oturduğu çayxana tərəfə keçir. Bu zaman “Dəyirman” dairəsi istiqamətindən gələn “Mercedes Benz E” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Aslanı vurmuş və dayanmayıb getdiyi istiqamətdə getmişdir. O da yola qaçıb gələndə həmin “Mercedes Benz E” minik markalı avtomobil qayıdıb gəlmiş, görmüşdür ki, avtomobili idarə edən tanıdığı Seymur adlı şəxsdir, ondan başqa avtomobildə iki sərnişin olmuş, onlardan avtomobildə qabaqda sağda oturan tanıdığı Vüqar adlı şəxs olmuş, Seymur avtomobillə bir neçə saniyə orada qaldıqdan sonra hadisə yerindən çıxıb getmişdir. Aslan ağır xəsarət almış, onu orada olan şəxslərin köməkliyi ilə avtomobilinə qoymuş, avtomobilinə ona kömək edən tanımadığı iki nəfər də minmişdir, birlikdə X25 adına xəstəxanaya aparmışlar. O, xəstəxanada Seymurun avtomobilində olan Vüqarı görmüşdür. Aslanın xəsarəti ağır olduğu üçün onu X7 təcili tibbi yardım avtomobili ilə X4 aparmışlar, o da həmin xəstəxanaya getmişdir. Orada artıq onlara məlumat vermişlər ki, Aslan aldığı xəsarətlərdən vəfat etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Hadisənin baş vermə anının qeydə alındığı DVD diskə məhkəmədə baxış keçirilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi təsdiq edilir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti Texnologiya Universitetinin qarşısında baş vermişdir. Hadisə baş verən yol asfalt örtüklü və düz olmaqla hadisə baş verən zaman quru vəziyyətdə olmuşdur. Yolun ümumi eni 18 metrdir, yol iki istiqamətlidir, hərəkət hissəsinin eni 9 metrdir, hərəkət hissəsi qarşı-qarşıya, yol nizamlanandır. Piyada yolun sağ tərəfindən sola tərəf 9 metr məsafədə vurulmuşdur. Bu barədə protokol tərtib edilmiş, yol-nəqliyyat hadisəsinin sxemi, fotoşəkilləri çəkilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə məxsus videomüşahidə kamerasından qeydə alınmış 01 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs “Mercedes Benz E220” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, X30 prospekti Azərbaycan Texnologiya Universitetinin qarşısından keçən avtomobil yolu ilə sol zolaqla hərəkətdə olub yolu sağdan sola keçmək istəyən piyadanı qoşa xəttə yaxın yerdə avtomobilin qabaq sol hissəsi ilə vurur, piyada zərbədən əks istiqamətə doğru atılıb asfalt üzərinə düşür və “Mercedes Benz E220” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmadan hərəkətini davam etdirib təxminən 23 saniyə sonra hadisə yerinə qayıdıb gəlir, avtomobilin sağ qapısından iki nəfər sərnişinin düşməsi və ətrafdan adamların toplaşması müşahidə olunur, daha sonra videogörüntü 53-cü saniyədə bitir, bundan sonra görüntü müşahidə olunmur. Bu barədə protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi törətdikdən sonra Təqsirləndirilən şəxs hadisə yerində qalıbqalmadığının müəyyən edilməsi məqsədilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinin anten dairəsi müvafiq mobil operatordan sorğu edilərək CD diskə əlavə edilməklə götürülmüşdür. Həmin “CD” diskə baxış protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə hadisənin baş verdiyi saat 20:22 radələrindən sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi, saat 20:24:19 radələrində UGNJ1165E/GGNJ1165 Ganja AME MMC/ “Gəncə şəhəri Gəncə AMEA Vəli Xuluflu” /Ganja/40.70xx/xx.3952 anten dairəsində, saat 20:24:34 radələrində UGNJ3815A/GGNJ3815 Ganja6/ “Gəncə şəhəri, Yevlax şosesi 15” /Ganja/40.687xx/xx.40431 anten dairəsində, saat 20:24:59 radələrində UGNJ1581C/GGNJ1581 Senyayejihaz / “Gəncə şəhəri Xətai və Nərimanov prospektinin kəsişməsi” /Ganja/40.682xx/xx.39118 anten dairəsində, saat 20:44:11 radələrində UGNJ1581C/GGNJ1581 Senyayejihaz / “Gəncə şəhəri Xətai və Nərimanov prospektinin kəsişməsi” /Ganja/40.682xx/xx.39118 anten dairəsində, saat 20:48:09 radələrində UGNJ1581C/GGNJ1581 Senyayejihaz / “Gəncə şəhəri Xətai və Nərimanov prospektinin kəsişməsi” /Ganja/40.682xx/xx.39118 anten dairəsində, saat 20:48:31 radələrində UGNJ1581C/GGNJ1581 Senyayejihaz / “Gəncə şəhəri Xətai və Nərimanov prospektinin kəsişməsi” /Ganja/40.682xx/xx.39118 anten dairəsində, saat 20:54:43 radələrində UGNJ1581C/GGNJ1581 Senyayejihaz / “Gəncə şəhəri Xətai və Nərimanov prospektinin kəsişməsi” /Ganja/40.682xx/xx.39118 anten dairəsində, saat 20:55:00 radələrində UGNJ3815A/GGNJ3815 Ganja6/ “Gəncə şəhəri, Yevlax şosesi 15” /Ganja/40.687xx/xx.40431 anten dairəsində, saat 20:55:07 radələrində UGNJ3815A/GGNJ3815 Ganja6/ “Gəncə şəhəri, Yevlax şosesi 15” /Ganja/40.687xx/xx.40431 anten dairəsində, saat 20:55:31 radələrində UGNJ3815A/GGNJ3815 Ganja6/ “Gəncə şəhəri, Yevlax şosesi 15” /Ganja/40.687xx/xx.40431 anten dairəsində, saat 20:57:07 radələrində UGNJ3815A/GGNJ3815 Ganja6/ “Gəncə şəhəri, Yevlax şosesi 15” /Ganja/40.687xx/xx.40431 anten dairəsində, saat 21:00:54 radələrində UGNJ3815A/GGNJ3815 Ganja6/ “Gəncə şəhəri, Yevlax şosesi 15” /Ganja/40.687xx/xx.40431 anten dairəsində, saat 21:04:29 radələrində UGNJ3815A/GGNJ3815 Ganja6/ “Gəncə şəhəri, Yevlax şosesi 15” /Ganja/40.687xx/xx.40431 anten dairəsində, saat 21:06:33 radələrində UGNJ1581C/GGNJ1581 Senyayejihaz / “Gəncə şəhəri Xətai və Nərimanov prospektinin kəsişməsi” /Ganja/40.682xx/xx.39118 anten dairəsində, saat 21:07:04 radələrində UGNJ1581C/GGNJ1581 Senyayejihaz / “Gəncə şəhəri Xətai və Nərimanov prospektinin kəsişməsi” /Ganja/40.682xx/xx.39118 anten dairəsində, saat 21:08:17 radələrində UGNJ0231D/GGNJ0231 X29-2/ “Gəncə şəhəri T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi” /Ganja/40.460xx/xx.38523 anten dairəsində, saat 21:08:24 radələrində UGNJ0231D/GGNJ0231 X29-2/ “Gəncə şəhəri T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi” /Ganja/40.460xx/xx.38523 anten dairəsində olmuşdur. İş üçün əhəmiyyət kəsb edən məlumatlara baxış keçirildikdən sonra CD diskdə olan yazılar kompüter vasitəsilə “Canon MF-4410” markalı printerlə A-4 formatlı ümumilikdə 06 vərəqə çap edilib çıxarılaraq əhəmiyyət kəsb edilən cədvəldə ümumi sarı rənglə işarələnmiş və siyahı protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 8/2779 nömrəli rəyindən görünür ki, “Mercedes Benz E220” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X20” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X20” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X22 01 oktyabr 2022-ci il tarixli, 81 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına sol təpə ənsə nahiyəsində qansızma, ənsə sümüyünün xətti sınığı, sol ənsə-təpə nahiyəsinin əzilmiş yarası, sol körpücük sümüyünün sınığı, döş qəfəsinin sol tərəfində İ, İİ, İİİ, İV qabırğalar ön qoltuqaltı xətt üzrə, döş qəfəsinin sağ tərəfində İ qabırğa məmə xətti üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansımza, sağ baldır sümüyünün sınığı, sağ baldır nahiyəsinin yarası, sol gözətrafı nahiyəsinin hematoması, hər iki qaş, burun nahiyələrinin əzilmiş yaraları, hər iki said nahiyəsinin sıyrığı, sol bazu nahiyəsinin səthi yarası – həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X2 ölümünə səbəb açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması olmuşdur. X2 bədənində müəyyən edilən xəsarətlər yol nəqliyyat hadisəsi zamanı da əmələ gələ bilər. X2 meyitindən götürülmüş qanın məhkəməkimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Azərbaycan Respublikası BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2022-ci il tarixli 313-7746-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AE 124017 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 06 yanvar 2023cü il tarixli, 77 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 06 yanvar 2023-cü il tarixli, 93 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 2263/2022 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə”si aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZ-İİİ seriyalı, 890188 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Valideynləri: atası – Təqsirləndirilən şəxs, anası – X13r. AZ-İV seriyalı, 054649 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Valideynləri: atası – Təqsirləndirilən şəxs, anası – X13r. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarınını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilməyib hadisə yerindən qaçmadığını, həmin vaxt o, avtomobildən düşənə kimi Elminlə Aqil avtomobildən düşmüş, həmin şəxsi başqa avtomobilə qoyub xəstəxanaya aparıldığını və özünün isə avtomobilin onun tərəfindəki qapısı açılmadığı üçün həmin an düşə bilmədiyini göstərsə də, məhkəmə onun həmin ifadəsini özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Belə ki, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı toplanmış təkzibedilməz sübutların məcmusu, o cümlədən şahid ifadələri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefonun anten dairəsinə dair məlumat cədvəlləri ilə Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə saat 20:22 radələrində idarə etdiyi “Mercedes Benz E220” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, X30 prospekti Azərbaycan Texnologiya Universitetinin qarşısından keçən avtomobil yolunda piyadanı vuraraq yolnəqliyyat hadisəsi törətdikdən sonra şəxsiyyəti barədə heç kəsə məlumat vermədən hadisə yerindən qaçıb getməsi tam təsdiq olunmuşdur. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı aparılan araşdırmada cinayət işi materiallarında olan sübutlar şahid ifadələri ilə paralel yoxlandıqda Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə saat 20:22 radələrində idarə etdiyi “Mercedes Benz E220” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, X30 prospekti Azərbaycan Texnologiya Universitetinin qarşısından keçən avtomobil yolunda piyadanı vurduqdan sonra zərərçəkmiş şəxsə və hadisə yerinə toplaşan şəxslərə özü barədə məlumat vermədən, sonuncunu ağır vəziyyətdə orada qoyaraq özü şəxsən xəstəxanaya aparmadığı, zərərçəkmiş şəxsin isə hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə orada olan “VAZ 2106” minik markalı avtomobil vasitəsilə Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına, daha sonra isə “Gəncə Beynəlxalq” xəstəxanasına aparılması müəyyən edilmişdir. Hansı ki, təsqiləndirlən şəxsin özü də xəstəxənaya getməsini bildirsə də, cinayət işində olan mötəbər sübutlarla göstərdiyi xüsusatlar təkzib edilmişdir. Belə ki, sonuncunun şəxsi istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinin xx.xx.2022-ci il saat 00:00 tarixdən, xx.xx.2022-ci il saat 23:59 tarixə qədər olan zənglərin anten dairəsinin məlumatlarında hadisə baş verən zamana, yəni 01 oktyabr 2022-ci il tarixdə saat 20:22-dən və saat 21:06-a qədər olan müddət ərzində – “Gəncə şəhəri Gəncə AMEA Vəli Xuluflu”, “Gəncə şəhəri, Yevlax şosesi 15” “Gəncə şəhəri Xətai və Nərimanov prospektinin kəsişməsi”, “Gəncə şəhəri Xətai və Nərimanov prospektinin kəsişməsi”, “Gəncə şəhəri, Yevlax şosesi 15” ünvanlarında olması öz əksini tapmışdır. Halbuki, Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası Gəncə şəhəri, Məmməd Xələfov küçəsində və “ünvan 5 ünvanında yerləşir. Göründüyü kimi, hadisənin təsadüf etdiyi 01 oktyabr 2022-ci il tarixdə saat 20:22 radələrindən sonra təqsirləndirilən şəxs nəqliyyat vasitəsi ilə vurduğu piyadanı köməksiz vəziyyətdə yaralı olaraq hadisə yerində qoymuş və hadisədən sonra da anten məlumatları ilə onun fərqli ünvanlarda olduğu müəyyən edilmişdir. Bununla da, həqiqətən də Təqsirləndirilən şəxs verdiyi ifadə özünü müdafiə xarekterli olmaqla cinayət məsuliyyətindən yayınmaq üçün verilmiş, istər ibtidai istintaq orqanına, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə səmimi olmadığı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə saat 20:22 radələrində idarə etdiyi “Mercedes Benz E220” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, X30 prospekti Azərbaycan Texnologiya Universitetinin qarşısından keçən avtomobil yolunda “X20” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, “X20” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə riayət etməyərək Gəncə şəhəri, Dədə Qorqud küçəsi istiqamətində soldan birinci hərəkət zolağı ilə yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 70-80 km/saat sürətlə hərəkətdə olarkən, yolu sağdan sola doğru keçən piyada X12 avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan X9 baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına sol təpə ənsə nahiyəsində qansızma, ənsə sümüyünün xətti sınığı, sol ənsətəpə nahiyəsinin əzilmiş yarası, sol körpücük sümüyünün sınığı, döş qəfəsinin sol tərəfində İ, İİ, İİİ, İV qabırğalar ön qoltuqaltı xətt üzrə, döş qəfəsinin sağ tərəfində İ qabırğa məmə xətti üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansımza, sağ baldır sümüyünün sınığı, sağ baldır nahiyəsinin yarası, sol gözətrafı nahiyəsinin hematoması, hər iki qaş, burun nahiyələrinin əzilmiş yaraları, hər iki said nahiyəsinin sıyrığı, sol bazu nahiyəsinin səthi yarası ilə müşayiət edilən, həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına və sonuncunun hadisə yerində ölməsinə səbəb yol-nəqliyyat hadisəsi törədərək, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, “X20” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən hadisə haqqında müvafiq orqanlara xəbər verməli olduğu halda, o, “X20” Azərbaycan Respublikası Qanununun bu tələblərini də pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Qeyd edilməlidir ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, “X20” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “X20” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X20” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Digər tərəfdən, “X20” Azərbaycan Respublikası Qanunun İV bəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadisəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. Məhkəmə baxışında aydın olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçması, zərərçəkmiş şəxsə və hadisə yerinə toplaşmış şəxslərə öz şəxsiyyəti barədə məlumatları çatdırmadan, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirmədən, hadisə barədə aidiyyəti qurumlara məlumat vermədən, o cümlədən tibbi yardım göstərilməsi məsələsini həll etmədən zərərçəkmiş şəxsi qəza baş vermiş yerdə köməksiz vəziyyətdə qoyaraq yolnəqliyyat hadisəsi yerindən yayınmışdır. Yəni, hadisəni törədən avtomobilin “Mercedes Benz E220” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil olması “Təhlükəsiz şəhər” kamerası vasitəsi ilə və şahidlərin ifadələri ilə müəyyən edilmişdir. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə barədə aidiyyəti qurumlara məlumat vermək və zərərçəkmiş şəxsə öz şəxsiyyəti barədə məlumatları çatdırmaq iqtidarında olmasına baxmayaraq o, həmin zaman zərərçəkmiş şəxsə özü barədə məlumatlar vermədən, özü birbaşa yardım göstərməyərək, üçüncü şəxs(lər) tərəfindən yardım göstərilərək zərərçəkmiş şəxs xəstəxanaya çatdırılmış və həmin zaman isə Təqsirləndirilən şəxs hadisə yerində olmamışdır. Qeyd olunan halı isə hadisə yerində olmuş şahidlər də verdikləri ifadələrdə təsdiq etmişlər. Bu hal isə özüözlüyündə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayındığını bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi “hadisə yerindən qaçmaması” barədə ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin faktiki halları ilə uyğunluq təşkil etmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq üçün verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarda qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsinə münasibətdə səmimi peşmançılığını və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə (263.2-ci və 264-cü maddələrinə əsasən) müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qeyd olunan əsas və əlavə cəzalar qismən toplanmalıdır. Çünki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulması zamanı faktiki həbsə alındığı andan hesablanmalı olduğunun zəruriliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı hökmün çıxarıldığı tarixdən, yəni 16 sentyabr 2024-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan hadisənin baş vermə anının qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz E220” minik markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş əlavə və əsas cəzalar qismən toplanmaqla 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 sentyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz E220” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-127/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-127/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver