Məhkəmə qərarları › İş №1(125)-127/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-127/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-127/2025 22.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanında yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanında yerləşən 3 saylı yataqxananın qarşısında ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 ətrafda toplaşan çoxsaylı insanların gözü qarşısında nalayiq ifadələrlə təhqir etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını pozub Zərərçəkmiş şəxs1 guya qonşuluqda yaşayan Aytən kimi tanınan X3 guya əxlaqsız təklif etməsini bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul etdiyini cüzi səbəb kimi gətirmiş, şəxslər üzərində zor tətbiq olunması itə müşayiət edilən hərəkətlər edib yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs1 vurmuş, sonuncu onun əlindən qaçarkən onu təqib etmiş, Zərərçəkmiş şəxs1 yerə yıxılmasından istifadə edərək təpik zərbələri ilə onu vurmuş və bu zaman Zərərçəkmiş şəxs1 da sol əlin üst səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, cinayətkar əməllərini davam etdirib üzərində gəzdirdiyi soyuq silah sayılmayan məişət-təsərrüfat təyinatlı turist bıçağını silah qismində tətbiq edib Zərərçəkmiş şəxs1 bir dəfə zərbə yetirib sonuncuya sol kürək nahiyəsinin kəsilmişdeşilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrar olaraq qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edərək, 09 mart 2024-cü il tarixdə yaşadığı Gəncə şəhəri, Yeni Gəncə massivi, 2-ci mikrorayonda yerləşən 19 saylı bina evinin dördüncü mərtəbəsində yerləşən 10 nömrəli mənzilin pəncərəsindən intihar etməyə cəhd edərkən ona mane olmuş polis əməkdaşlarına şərait yaratmasını özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək üçün 25 iyul 2024-cü il tarixdə, saat 23 radələrində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydsizlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan ünvan 3 ünvanında üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində tətbiq edib 09 mart 2024-cü il tarixdə polis əməkdaşlarına köməklik etmiş Zərərçəkmiş şəxs2 döş qəfəsinin ön səthinin, sol çiyin, sağ əlin V barmağının, sağ said, sağ sarğı nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən və bundan başqa sonuncunu əli ilə döyərək sol kürək üstü nahiyənin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə zor tətbiq edib təkrar qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onun yaşadığı binada əvvəllər Aytən adlı yüngül həyat tərzi keçirən qadın yaşamışdır. 14 mart 2023-cü il tarixdə, axşam saatlarında binanın sakinləri ilə birlikdə binanın qarşısında ocağın kənarına toplaşmışlar, o, həmin gün 02 (iki) ədəd spirtli içki olan “GO” qəbul etmişdir. Həmin vaxt bir nəfər tanımadığı şəxs gəlib Aytən adlı qadınla danışmağa başlamış, orada olan hər kəs Aytənin yüngül həyat tərzi keçirdiyini bilmişdir. Həmin şəxslə Aytən danışanda artıq məqsədlərinin nə olduğu başa düşülmüşdür. O, tanımadığı həmin şəxsə yaxınlaşıb gedib söhbətini başqa yerdə etməsini bildirmiş, həmin şəxs isə sərxoş vəziyyətdə olduğuna görə onunla özündən razı şəkildə danışmağa başlamışdır. Həmin vaxt o, yumruq zərbəsi ilə həmin şəxsin sifətinə bir dəfə vurmuş və həmin şəxs oradan qaçmağa başlamışdır. O, da həmin şəxsin ardınca qaçmış, həmin şəxs yerə yıxıldığı üçün o, təpik zərbəsi ilə həmin şəxsi yerdə vurmağa başlamışdır. O, həmin şəxsi vurduqca həmin şəxs yerdə ona nalayiq ifadələr işlətməyə başlamışdır. O, həmin sözlərə görə daha da əsəbləşib üzərində olan qara rəngli cib bıçağını çıxardaraq həmin şəxsin sol kürək nahiyəsinə bir dəfə zərbə vurmuşdur. O, həmin şəxsin sifətinə yumruq zərbəsi vuranda binanın sakinləri bunu görsələr də artıq həmin şəxs qaçıb binanın qarşısından uzaqlaşdığına görə bıçaqla həmin şəxsi vurduğunu heç kim görməmişdir. Hadisəni o, tək törətmiş, o, tək olmuş, başqa heç kim olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 təxminən 6 ilə yaxındır ki tanıyır, Zərərçəkmiş şəxs2 onlarla qonşuluqda yaşayır. 25 iyul 2024-cü il tarixdə, saat 20 radələrində o, yaşadığı evdə spirtli içki olan araq və tərkibində spirt olan “GO” içkisi içmiş, 25 iyul 2024cü il tarixdə, saat 23 radələrində yaşadıqları evin yaxınlığında yerləşən “21 Kafe"nin qabağında olan vaxt Elman ona yaxınlaşaraq “ə, burda nə gəzirsən” demiş, o, da Elmana iradını bildirmişdir. Bundan sonra onların aralarında mübahisə düşmüş, həmin vaxt o, Elmana maşında oturub söhbət etməyi bildirdiyi üçün Elman da özünə məxsus VAZ-2107 markalı avtomobilini gətirmiş, Elman sükan arxasında, o, isə Elmanın yanında qabaq sağ oturacaqda oturmuşdur. Onlar avtomobildə oturub "Xarizma" restoranı istiqamətində hərəkət etməyə başlamışlar, həmin vaxt Elmanla onun arasında mübahisə yarandığı üçün sonuncu avtomobili saxlamış və onlar yerə düşmüşlər. Aralarında yaranmış mübahisə zamanı o, üzərində gəzdirdiyi bıçaqla Elmanın sinəsindən, sol çiynindən və sağ qolundan vurmuşdur. Həmin vaxt Elman qışqırmağa başladığı üçün o, da həmin yerdən uzaqlaşıb getmişdir. O, hadisə yerindən qaçıb gedəndə cinayət törətdiyi bıçağı xatırlamadığı yerə tullamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 həmin günü spirtli içkili olduğunu və hadisənin yadında qalmadığını qeyd edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Odur ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Belə ki, o, 14 mart 2023-cü il tarixdə, axşam saatlarında ilaxır çərşənbə ilə bağlı yaşadığı evdə spirtli içki olan araq içmiş, evdən çıxıb piyada şəhərin mərkəzinə getmiş, Nizami prospektində yerləşən dönərxanada çay içdikdən sonra saat 22 radələrində piyada evinə qayıdan vaxt Gəncə şəhəri, Atatürk prospekti 237, yataqxana ünvanı ilə Uşinski küçəsi ilə piyada gedərkən həmin vaxt yataqxana da yaşayan əvvəlcədən tanıdığı, hamının Aytən kimi tanıdığı Əfsanə adlı şəxs ondan bir ədəd siqaret istəmiş, o, orada dayanıb Əfsanəyə bir ədəd siqaret verib sonuncu ilə söhbət etməyə başlamışdır. Həmin vaxt o, içkili vəziyyətdə olmuşdur. Həmin vaxt yataqxananın qarşısında tonqal qalandığı üçün yataqxananın uşaqları tonqalın ətrafına toplaşmışlar. Aytənlə o, biraz səs-küylə danışan zaman orada olan Əli adlı şəxs ona yaxınlaşaraq orada, insanların narazılıq elədiyini bildirib oradan çıxıb getməyini demişdir. O, Əli ilə razılaşmış və Əli oradan uzaqlaşıb getmişdir. Həmin vaxt adını sonradan bildiyi Amin adlı şəxs ona yaxınlaşaraq oradan çıxıb getməsini deyəndə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Amin adlı şəxs onun üz nahiyəsinə yumruqla zərbə endirmişdir. Bundan sonra o, qaçmağa başlamış və ayağa ilişib yerə yıxılmışdır. O, yerə yıxılarkən Amin onu yerdə təpikləməyə başlamış. Amin onu vurduqca o, sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Amin onu təpiklədikdən sonra üzərində olan bıçaqla onun sol tərəf kürək nahiyəsinə bir dəfə bıçaqla zərbə endirmişdir. Amin onu bıçaqla vurduqdan dərhal sonra oradan uzaqlaşaraq çıxıb getmiş, yataqxananın digər uşaqları ona yaxınlaşmamışlar. Bundan sonra o, yerdən qalxıb yaşadığı evinə tərəf getmiş, üzərində olan paltarları dəyişdikdən sonra təcili-tibbi yardım xidmətinə zəng vuraraq həkim çağırmış, təcili-tibbi yardım avtomobili gəlib onu xəstəxanaya aparmışdır. Sonda isə hadisə zamanı Təqsirləndirilən şəxs əlində bıçağın olub-olmamasının xatırlaya bilmədiyini, xəstəxanada yarasına tikiş qoyulan zaman bıçaq yarası olduğunu öyrəndiyini və hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin olmamasını və ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs qonşusu olduğunu bildirərək ifadəsində qeyd etmişdir ki, həmin günü axşam üstü Təqsirləndirilən şəxs onun qarşısına çıxmış və onunla işinin olduğunu bildirmiş və bu zaman o, Aminə avtomobilə əyləşməsini təklif etmişdir. Onlar təxminən 300-400 metr yol qət etdikdən sonra Amin onun ünvanına söyüş söyərək üzərindəki bıçaqla onun bədən nahiyəsinə bir neçə dəfə zərbələr endirib qaçmışdır. Bu vaxt o, avtomobilin sükanı arxasında avtomobili idarə etmişdir. Sonda dövlət ittihamçısının sualına cavab olaraq təxminən 6-7 ay bundan öncə Amin içkili vəziyyətdə ailə üzvləri ilə dalaşdığına görə evlərinə gedib onu sakitləşdirdiyini və bundan sonra Aminin ona acığı tutduğunu bildirmişdir. Hazırda isə Amini bağışladığını və şikayətçi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Amin onun qonşusudur. Bayram günü həyətdə tonqal qalanmışdır. Aytən adlı qadın sərxoş bir kişi ilə tonqalın ətrafında söyüş söyməyə başladıqda qonşular onlara etirazını bildirmiş, bundan sonra Amin və Elmədinin bir birlərini itələdiklərini görmüş, lakin Aminin əlində bıçağın olduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Amin onun uşaqlıq dostudur. Bayram günü binanın qarşısında tonqal qalanmış və hamı tonqalın ətrafında ailəsi ilə birlikdə dayanmışlar. Həmin vaxt yüngül həyat tərzi keçirən hamının Aytən kimi tanıdığı qadın Elməddinlə tonqalın yanında dayananda qonşular narazılıqlarını bildirərək oradan çıxıb getmələrini istəmişlər. Bir az sonra Amin və Elmədinin arasında mübahisə yaranmış, bir birlərini itələmişlər və daha sonra hər ikisi həmin ərazidən uzaqlaşmışlar. İfadəsinin sonunda isə Təqsirləndirilən şəxs əlində bıçağın olub-olmadığını görmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 26 iyul 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (l cild. i. v.1); - 26 iyul 2024-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli bilinərək həmin tarixdə saat 12:40 dəqiqədə tutulmuşdur.( l cild. i.v.10, 24) - 15 mart 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Uşinski küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının qabaq tərəfində baş vermiş, hadisə yerindən mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmişdir(l cild. i.v. 53-57); - 15 mart 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokol və foto şəkillərdən görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs1 üzərində 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd boz rəngli qollu köynək və 1 ədəd qara rəngli poluver olmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, poluverin və köynəyin üzərində, gödəkçənin isə iç tərəfində qanabənzər izlər var. Gödəkçənin üzəri tozludur. Hər üç geyimin kürək hissəsində bir ədəd yırtılma izi var. Həmin izlər üst üstə düşür (l cild. i.v.63-66) - 15 mart 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokol və foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bıçağa baxış keçirilmiş və bıçağın qara rəngli, əl ilə açılıb bağlanan, üzərində şir təsviri olması müəyən edilmiş, lakin bıçağın üzərində qanabənzər izlər müşahidə edilməmişdir. Həmin bıçaq qablaşdırılaraq götürülmüşdür (l cild. i.v.74-78) - Məhkəmə-Tibbi Ekspertiza və X5 15 mart 2023-cü il tarixli, 368 saylı rəyinə əsasən vət. Zərərçəkmiş şəxs1 Fəxrəddin oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası – deşici-kəsici alətin təsiri nəticəsində; sol əlin üst səthinin sıyrıqları isə bərk küt əşyanın təsiri altında əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol kerək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər – sol əlin üst səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir (l cild. i.v. 86-87); - Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli 16/363 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatı turist bıçağıdır və soyuq silah hesab edilmir.( l cild. i.v 89- .90); - ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 31,50 (otuz bir manat əlli qəpik) manat müəyyən edilmişdir.( l cild. i.v.89); - 28 aprel 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilməsi barədə qərar qəbul edilmişdir (l cild. i. v.93); - 08 may 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığı üçün iş üzrə icraat dayandırılmışdır (l cild. i. v.96); - 10 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (l cild. i. v.98); - 21 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli bilinərək həmin tarixdə saat 17:10 dəqiqədə tutulmuşdur.( l cild. i.v.113, 129); - 22 oktyabr 2023-cü il tarixli “cinayətin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin məcəllənin 221.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır .( l cild. i.v.135); - 23 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (l cild. i. v. 138); - 23 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (l cild. i. v. 146-148); - 23 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (l cild. i. v. 160); - Məhkəmə-Tibbi Ekspertiza və X5 13 oktyabr 2023-cü il tarixli, 33 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə О (İ) alfa - betadır. Təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarlar (bir ədəd gödəkçə, bir ədəd uzunqol köynək, bir ədəd poliver) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi О (İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər (l cild. i. v. 172-175); - Gəncə şəhər Narkoloji Dispanserinin 6992 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur.( l cild. i.v. 178); - Gəncə şəhər Psixonevroloji Dispanserinin 3489 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur.( l cild. i.v. 179); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 315.1-ci maddələri ilə təqsirli bilinərək xx.xx.2020-ci il tarixdə 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə və 02 il şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2022-ci il tarixdə sınaq müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. (l cild. i.v. 181); - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 1(043)-82/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 315.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə və 02 il şərti sınaq müddəti təyin edilmiş (l cild. i.v. 182-187); - ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 31,50 (otuz bir manat əlli qəpik) manat müəyyən edilmişdir.( l cild. i.v.208); - Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli 16/1140 nömrəli rəyində göstərilmişdir ki, 1) təqdim olunan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş gödəkçənin səthində olan "a", “b” zədələri, qara rəngli poluverin səthində olan 01 ədəd zədə və boz rəngli poluverin səthində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş gödəkçənin səthində olan “c” zədəsi fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb - sökülmə zədəsidir. 2) Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloii Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli 368 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “sol kürək nahiyyəsinin deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə gödəkçənin səthində olan “a”, “b” zədələri, qara rəngli poluverin səthində olan 01 ədəd zədə və boz rəngli poluverin səthində olan bir ədəd zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarət üst-üstə düşür (l cild. i.v.209, 210); - Zərərçəkmiş şəxs1 Gəncə şəhər BPİ-nə təqdim etdiyi 23 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdu.( l cild. i.v. 215); - Gəncə şəhər Məhkəməsinin 4(125)-237/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (l cild i.v. 244, 245); - Məhkəmə-Tibbi Ekspertiza və X5 26 iyul 2024-cü il tarixli, 1046 saylı rəyinə əsasən vət. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazu nahiyəsinin qançırı – küt əşyanın təsiri altında əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir (ll cild i.v. 19- 20); - Məhkəmə-Tibbi Ekspertiza və X5 26 iyul 2024-cü il tarixli, 1047 saylı rəyinə əsasən vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlər - döş qəfəsinin ön səthinin, sol çiyin, sağ əlin V barmağının, sağ said, sağ sarğı nahiyələrinin kəsilmişdeşilmiş yaraları, kəsici-deşici alətin (alətlərin); sol kürək üstü nahiyənin sıyrığı - küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin ön səthinin, sol çiyin, sağ əlin V barmağının, sağ said, sağ sarğı nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sol kürək üstü nahiyənin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (ll cild i.v. 22, 23); - Gəncə şəhər Məhkəməsinin 4(125)-335/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır (ll cild i.v. 29-34); - 17 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, 28 may küçəsində yerləşən Baş pasport, qeydiyyat və miqrasiya idarəsinin regional şöbəsinin yaxınlığında baş vermiş, hadisə yerindən mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmişdir(i.v. 46-50); - Gəncə şəhər Məhkəməsinin 4(125)-416/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (ll cild i.v. 64-69); - 17 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 üzərində 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd boz rəngli qollu köynək və 1 ədəd qara rəngli poluver, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bıçaq, məhkəmə - tibbi, məhkəmə - tibbi - biloji və mhkəmə - soyuq silah ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlər sübut növü kimi, bir ədəd bıçaq, bir ədəd gödəkçə,X4 və Təqsirləndirilən şəxs səs yazısını əks etdirənbir ədəd disk iş üzrə maddi sübutlar kimi qəbul edilmişdir.(i. v. 90-108); - Gəncə şəhər Məhkəməsinin 4(125)-100/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. - məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. O, təqsirləndirilən şəxsə cəza təyin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri 63 (altmış üç) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 154 (yüz əlli dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş təqdim etdiyi 1 (bir) ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 63 (altmış üç) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 154 (yüz əlli dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar