Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-129/2024 21.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X2 Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən otaqda onun üçün aşkar surətdə on altı yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs könüllü razılığı ilə, cinsi ehtirasını təmin etmək məqsədilə qəsdən öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edib qızlıq pərdəsinin tamlığını pozmuş və 2022-ci ilin oktyabr ayından yaşadığı Gəncə şəhəri, Hərbi şəhərcik 38, bina 392, mənzil 22-də 03 yanvar 2023-cü il tarixədək olan müddət ərzində sonuncu ilə mütəmadi olaraq təbii yolla və anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, göstərilən ünvanda nişanlandığı Zərərçəkmiş şəxs və ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun anasının rəfiqəsinin qızıdır. Zərərçəkmiş şəxs uşaq vaxtından tanıyır. Belə ki, Zərərçəkmiş şəxs anası və atası 2009-cu ildən rəsmi olaraq boşanmış və 2016-cı ildə Nərminin anası Aynur Türkiyə Respublikasına gedərək orda ailə həyatı qurduğu üçün 3 aydan bir Azərbaycana gəlib getmişdir. Əvvəllər hər dəfə Nərminin anası Aynur Türkiyəyə gedən zamanə Nərmini başqa-başqa rəfiqələrinə tapşırıb getmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Nərminin anası Nərmini onun anası Şahid1 tapşıraraq Türkiyəyə getmişdir. xx.xx.2022-ci il tarixdə anası Şahid1 onun Nərminlə sevgili olduğlarına görə narazılığını bildirərək Nərminin anasına zəng vurmuşdur ki, “qızını bizim evdən çıxart getsin başqa evdə qalsın”. Buna görə də Nərmin onların evindən çıxaraq onunla birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindəki anası kirayə tutduğu evə getmişdir. Bir gecə orada qaldıqdan sonra səhəri gün Nərmini bacısı Zəhragilə aparmış və ordanda işə getmişdir. Nərmin bacısı Zəhragildə 1 gecə qaldıqdan sonra Yeni Gəncə qəsəbəsindəki evlərində qalmaq istədiyini bildirmişdir. Buna görədə Nərmin xx.xx.2022-ci il tarixdə Yeni Gəncə qəsəbəsindəki anasının kirayə tutduğu evə getmişdir. Həmin gün axşam saat 20 radələrində o, Nərminin yanına gedərək onunla söhbət etdikdən sonra onu tək qoymayacağına və onunla ailə quracağına söz verərək onunla cinsi əlaqədə olmuşdur. Hadisənin səhəri gün o, Nərminə bildirmişdir ki, “get bizə hər şeyi anamgilə olduğu kimi danış, sən artıq bundan sonra mənə aidsən”. O, Nərmini onlara yola saldıqdan sonra anasına zəng vuraraq hadisə barədə olanları bildirmişdir. Anası ona əsəbləşsədə sonradan bildirmişdir ki, “məsələni yoluna qoyacaqdır”. Bundan sonra o, Nərminlə Gəncə şəhərində hərbi şəhərcik 38, bina 392, ev 22-də ər arvad kimi yaşamağa başlamışlar. O, Nərminlə yaşadıqları evdə bir neçə dəfə öz razılığı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. xx.xx.2022-ci il tarixdə Nərminin anası Aynur ögey qardaşı X5 şəhərinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə Nərminin anası Aynur onların yaşadıqları ünvan 3 ünvanına gələrək Nərminlə onun nişan mərasiminin oğlu Hüseynin kiçik toyu ilə birlikdə olmasını istədiyini bildirmişdir. O, isə buna narazılığını bildirdikdə Nərminin anası Aynur inciyərək “Nə bilirsiz onuda edin” deyib çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Nərmin anası Aynura zəng vurmuşdur ki, xx.xx.2022-ci il tarixdə onun nişan mərasimidir və nənəsigilə də desin gəlsinlər hamısı birlikdə iştirak etsinlər. O, isə Nərminə bildirmişdir ki, “siz mən deyən kimi etmədiniz, buna görədə mən nişanda iştirak etməyəcəyəm”. xx.xx.2022-ci il tarixdə onun Nərmin ilə nişanları olduqda Nərminin anası Aynur gəlib iştirak etməmiş və onları zəng vurub təbrik etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində polis əməkdaşları yaşadıqları ünvana yaxınlaşaraq onları 4-cü Polis Bölməsinə dəvət etmiş və orada ona məlum olmuşdur ki, Nərminin anası Aynur onun Nərminlə ailə həyatı qurduğu üçün polisə şikayət etmişdir. Sonradan onlar barışmış və Nərminin anası ondan şikayətçi olmamışdır. O hal-hazırda zərərçəkmiş şəxslə bir-birlərini sevir, ailə kimi birlikdə yaşayır və bir azyaşlı övladları var. 17 yaşı tamam olan zaman onlar rəsmi olaraq nigaha girəcəklər. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, o, hazırda nişanlandığı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs anasının rəfiqəsinin oğludur. 2009-cu ildə anası və atası rəsmi olaraq boşanmış və 2016-cı ildə anası Aynur Türkiyə Respublikasına gedərək orda ailə həyatı qurduğu üçün üç aydan bir Azərbaycana gəlib getmişdir. Hər dəfə anası Aynur Türkiyəyə gedəndə onu nənəsigilə yaxud rəfiqəsigilə tapşırıb getmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə anası onu rəfiqəsi Rəşadın anası Şahid1 Əli qızına tapşıraraq Türkiyəyə getmişdir. xx.xx.2022-ci il tarixdə Rəşadın anası Şahid1 onun Rəşadla sevgili olduğlarına görə narazılığını bildirərək anasına zəng vurub demişdir ki, “Qızını gəl bizim evdən çıxart getsin başqa evdə qalsın”. Buna görə də o, Rəşadgilin evindən çıxaraq Rəşadın bacısı Zəhragilə getmiş bir gün onlarda qaldıqdan sonra Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində anası Aynurun kirayə tutduğu evə getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində Rəşad onun Yeni Gəncə qəsəbsində ünvanını tam bilmədiyi kirayədə yaşadığı evə gəlmiş və onunla söhbət etdikdən sonra onu tək qoymayacağına söz verərək onunla öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Hadisənin səhəri gün o Rəşadın bacısı Zəhraya əvvəllər işlətdiyi hal hazırda xatırlamadığı mobil nömrə ilə zəng vuraraq Rəşadla birbirlərini sevdiklərini, gələcəkdə yaşı tamam olan zaman ailə quracaqlarını və cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan sonra Zəhra da ona demişdir ki, “narahat olma mən hər şeyi yoluna qoyacam”. Zəhra 1 saatdan sonra ona zəng vuraraq bildirmişdir ki, “gəl bizə bu barədə anama demişəm”. O onlara gedəndə böyük narazılıq yaranmış və Rəşadın anası Şahid1 anası Aynura zəng vuraraq olanlar barədə məlumat vermişdir. Anası Aynurda bu hadisəni eşidəndə əsəbləşərək bildirmişdir ki, “niyə bu hadisə baş verib gərək olmamalı idi, amma gəlib məsələni yoluna qoyacam”. Bundan sonra o, Rəşadla onların yaşadığı evdə ər arvad kimi yaşamağa başlamışdır. Rəşad onunla öz razılığı ilə bir neçə dəfə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. xx.xx.2022-ci il tarixdə anası Aynur onun ögey qardaşı X5 şəhərinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə anası onların yaşadıqları ünvan 3 ünvanına gələrək Rəşadla onun nişan mərasiminin oğlu Hüseynin kiçik toyu ilə birlikdə olmasını istədiyini bildirmişdir. Rəşad isə buna narazılığını bildirdikdə anası inciyərək “nə bilirsiz onuda edin” deyib çıxıb getmişdir. O, xx.xx.2022-ci il tarixdə anası Aynura zəng vurmuşdur ki, “xx.xx.2022-ci il tarixdə Rəşadla mənim nişan mərasimimdir və nənəmgilə də denən gəlin hamınız birlikdə iştirak edin”. Anası isə cavabında ona bildirmişdir ki, “siz mən deyən kimi etmədiniz , buna görədə məndə nişanda iştirak etməyəcəyəm”. xx.xx.2022-ci il tarixdə onun Rəşadla nişanları olduqda anası gəlib iştirak etməmiş və zəng vurub təbrik etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində isə polis əməkdaşları yaşadıqları ünvana gəlib onları 4-cü Polis Bölməsinə dəvət etmişlər. O, 4-cü Polis Bölməsində olan vaxtı ona məlum olmuşdur ki, anası Aynur onun Rəşadla ailə həyatı qurduğu üçün şikayət etmişdir. Həmin ərəfədə onlar barışmış və anası Rəşaddan şikaytçi olmamışdır. O, Təqsirləndirilən şəxslə öz istəyi ilə cinsi əlaqədə olmuş və onunla bir birbirlərini sevirlər. Ona görə onun Rəşaddan hər hansı şikayət və tələbi yoxdur. Hal-hazırda birgə ailə nikah münasibətində yaşayırlar və birgə münasibətdən 1 azyaşlı övladları var. 17 yaşı tamam olduqdan sonra Rəşadla rəsmi olaraq nigaha girəcəkdir. Odur ki, ifadəsində qeyd edilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. xx.xx.2022-ci il tarixdə o, qızı Nərminlə Rəşadın yaşadıqları ünvan 3 ünvanına gedərək, Rəşadla qızının nişan mərasiminin oğlu Hüseynin kiçik toyu ilə birlikdə olmasını istədiyini bildirmişdir. Rəşad isə buna narazılığını bildirdikdə o, incimiş və çıxıb öz evinə getmişdir. xx.xx.2022-ci il tarixdə qızı Nərmin ona zəng vuraraq demişdir ki, “xx.xx.2022-ci il tarixdə Rəşadla mənim nişan mərasimimdir, nənəmgilə də denən gəlin hamınız birlikdə iştirak edin”. O, isə əsəbi olduğundan ona bildirmişdir ki, “siz mən deyən kimi etmədiniz, buna görədə mən nişanda iştirak etməyəcəyəm”. xx.xx.2022-ci il tarixdə qızı Nərminin Rəşadla nişanları olduqda onlara acığı tutduğu üçün nə gedib nişan mərasimində iştirak etməmiş, nədə zəng vurub qızını təbrik etməmişdir. Daha sonra sərxoş olduğu vaxt bir gün polis orqanına zəng edərək qızının Rəşadla azyaşlı olduğu halda ailə qurması barədə məlumat vermişdir. Sonra isə öz etdiyi hərəkətdən peşiman olmuş və Rəşadla barışmışdır. Hal-hazırda qızı Təqsirləndirilən şəxslə ailə münasibətindədir və həmin münasibətdən onların bir azyaşlı övladları var. Onlar bir ailə kimi mehriban yaşayırlar. Ailənin dağılmamasına görə bu halın nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Gəncə şəhərində rəfiqəsi Aynurun qızı Zərərçəkmiş şəxs və ailəsi ilə birlikdə yaşayır. Təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə onun rəfiqəsinin qızıdır. Nərmini uşaq vaxtından tanıyır. Belə ki, Nərmin onun yanında böyümüşdür. Zərərçəkmiş şəxs anası və atası 2009-cu ildən rəsmi olaraq boşanmış və 2016-cı ildə rəfiqəsi Aynur Türkiyə Respublikasına gedərək orda ailə həyatı qurduğu üçün üç aydan bir Azərbaycana gəlib getmişdir. Hər dəfə rəfiqəsi Aynur isə Türkiyəyə gedəndə qızı Nərmini başqa-başqa rəfiqələrinə tapşırıb getmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəfiqəsi Aynur qızı Nərmini ona tapşıraraq Türkiyəyə getmişdir. xx.xx.2022-ci il tarixdə o, oğlu Təqsirləndirilən şəxs Nərminlə sevgili olduğuna görə narazılığını bildirərək rəfiqəsi Aynura zəng vurmuşdur ki, qızını evdən çıxardıb başqa evdə aparıb saxlatsın. Buna görə də Nərmin onların evdən çıxaraq Yeni Gəncə qəsəbəsində anasının kirayə tutduğu evə getmişdir. Nərmin bir gecə orada qaldıqdan sonra səhəri gün qorxduğu üçün qızı Zəhragilə getmişdir. Qızı Zəhra ona zəng vuraraq bildirmişdir ki, “Nərmin bizdədir narhat olma”. Nərmin qızı Zəhragildə 1 gecə qaldıqdan sonra qızı Zəhraya yenidən Yeni Gəncədəki evlərində qalmaq istədiyini bildirmişdir. Buna görədə Nərmin xx.xx.2022-ci il tarixdə Yeni Gəncə qəsəbəsində anası kirayə tutduğu evə getmişdir. Həmin gün axşam saat 20 radələrində oğlu Rəşad ona bildirmişdir ki, “dostum Ceyhunun anasının ilidir, mən bu gecə dostum Ceyhungildə qalacam”. Sonradan ona məlum olmuşdur ki, həmin gecə oğlu Rəşad və Nərmin “Yeni Gəncə” qəsəbəsində yerləşən evdə cinsi əlaqədə olmuşlar. Hadisənin səhəri gün Nərmin onlara gələrək hər şeyi olduğu kimi danışdıqdan sonra, oğlu Rəşadda ona zəng vuraraq hadisə barədə məlumat vermişdir. O, oğluna əsəbləşsədə sonradan bildirmişdir ki, “hər şeyi yoluna qoyacaq”. O, rəfiqəsi Aynura bu barədə məlumat verdikdə o telefonda qışqır-bağır etdiyi üçün o, bildirmişdir ki, “narahat olma qız bizim qızdır”. Bundan sonra oğlu X9 hərbi şəhərcik 38, bina 392, ev 22-də ər-arvad kimi yaşamağa başlamışlar. xx.xx.2022-ci il tarixdə rəfiqəsi Aynur türk vətəndaşından olan oğlu X5 şəhərinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə rəfiqəsi Aynur onların yaşadığı ünvan 3 ünvanına gələrək Nərminlə oğlu Rəşadın nişan mərasiminin oğlu Hüseynin kiçik toyu ilə birlikdə olmasını istədiyini bildirmişdir. Oğlu Rəşad isə buna narazılığını bildirdikdə rəfiqəsi Aynur inciyərək çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Nərmin anası Aynura zəng vurmuşdur ki, “xx.xx.2022-ci il tarixdə bizim nişan mərasimidir, nənəmgilə də denən gəlin hamınız birlikdə iştirak edin”. Aynur isə Nərminə bildirmişdir ki, “siz mən deyən kimi etmədiniz, buna görədə mən nişanda iştirak etməyəcəyəm”. xx.xx.2022-ci il tarixdə oğlu Rəşadın Nərmin ilə nişanları olduqda rəfiqəsi Aynur nə gəlib iştirak etmiş, nədə onlara zəng vurub təbrik etmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində polis əməkdaşları yaşadıqları ünvana gəlib Rəşad və Nərmini 4-cü Polis Bölməsinə dəvət etmişlər.Orada məlu olmuşdur ki, Aynur oğlu Rəşaddan polisə şikayət etmişdir. Bundan sonra polisdə aparılan araşdırma ərəfəsində onlar barışmışlar. Hal-hazırda oğlu Rəşad və gəlini Nərmin onlarla birlikdə bir ailə kmi mehriban yaşayır və onların bir azyaşlı övladları var. 17 yaşı tamam olan zaman Nərmin Rəşadla rəsmi olaraq nigaha girəcəkdir. Ailənin dağılmamasına görə bu halın nəzərə alınaraq oğlu Rəşad barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs isə onun ananının rəfiqəsinin qızıdır. Zərərçəkmiş şəxs uşaq vaxtından tanıyır və onlar birlikdə böyümüşlər. Belə ki, Zərərçəkmiş şəxs anası və atası 2009-cu ildən rəsmi olaraq boşanmış və 2016-cı ildə Nərminin anası Aynur Türkiyə Respublikasına gedərək orda ailə həyatı qurduğu üçün 3 aydan bir Azərbaycana gəlib getmişdir. Hər dəfə Nərminin anası Aynur Türkiyəyə gedəndə Nərmini başqa-başqa rəfiqələrinə o, cümlədən onun anasına tapşırıb getmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Nərminin anası Aynur Nərmini onun anasına tapşıraraq Türkiyəyə getmişdir. xx.xx.2022-ci il tarixdə anası qardaşı Təqsirləndirilən şəxs Nərminlə sevgili olduğuna görə narazılığını bildirərək Nərminin anası Aynura zəng vuraraq bildirmişdir ki, “qızını bizim evdən çıxart getsin başqa evdə qalsın”. Buna görə də Nərmin onların evindən çıxaraq Yeni Gəncə qəsəbəsində anasının kirayə tutduğu evə getmişdir. Bir gecə orada qaldıqdan sonra səhəri gün Nərmin qorxduğu üçün bacısı Zəhragilə getmişdir. Bacısı Zəhra anasına zəng vuraraq bildirmişdir ki, “Nərmin bizdədir narhat olma”. Nərmin bacısı Zəhragildə 1 gecə qaldıqdan sonra bacısı Zəhraya yenidən Yeni Gəncədəki evlərində qalmaq istədiyini bildirmişdir. Buna görədə Nərmin xx.xx.2022-ci il tarixdə Yeni Gəncədəki anasının kirayə tutduğu evə getmişdir. Həmin gün axşam saat 20 radələrində qardaşı Rəşad onlara bildirmişdir ki, “dostum Ceyhunun anasının ilidir, mən bu gecə dostum Ceyhungildə qalacam”. Sonradan onlara məlum olmuşdur ki, həmin gecə qardaşı Rəşad və Nərmin “Yeni Gəncə” qəsəbəsində yerləşən evdə cinsi əlaqədə olmuşlar. Hadisənin səhəri gün Nərmin onlara gələrək hər şeyi olduğu kimi danışdıqdan sonra, qardaşı Rəşadda anasına zəng vuraraq hadisə barədə məlumat vermişdir. Anası ona əsəbləşsədə sonradan bildirmişdir ki, hər şeyi yoluna qoyacaq. Anası rəfiqəsi Aynura da zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra qardaşı X11 şəhəri hərbi şəhərcik 38, bina 392, ev 22də ər-arvad kimi yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə Nərminin anası Aynur türk vətəndaşından olan oğlu X5 şəhərinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə Nərminin anası Aynur onların yaşadıqları ünvan 3 ünvanına gələrək Nərminlə qardaşı Rəşadın nişan mərasiminin oğlu Hüseynin kiçik toyu ilə birlikdə olmasını istədiyini bildirmişdir. Qardaşı Rəşad isə buna narazılığını bildirdikdə Aynur inciyərək çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Nərmin anası Aynura zəng vurmuşdur ki, “xx.xx.2022-ci il tarixdə mənim nişan mərasimimdir, nənəmgilədə denən gəlin hamınız birlikdə iştirak edin”. O, isə Nərminə bildirmişdir ki, “siz mən deyən kimi etmədiniz, buna görədə mən nişanda iştirak etməyəcəyəm”. xx.xx.2022-ci il tarixdə qardaşı Rəşadın Nərmin ilə nişanları olduqda Nərminin anası Aynur nə gəlib iştirak etmiş, nədə onlara zəng vurub təbrik etmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində polis əməkdaşları yaşadıqları ünvana gəlib Rəşad və Nərmini 4-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt məlum olmuşdir ki, Nərminin anası Rəşaddan şikayət etmişdir. Bundan sonra polisdə aparılan araşdırma ərəfəsində onlar barışmışlar. Hal-hazırda qardaşı Rəşad və gəlinləri Nərmin onlarla birlikdə yaşayır və onların bir azyaşlı övladları var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, qeyd olunan tarixdə fakta görə Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə cinayət işi başlanıb icraata qəbul edilmişdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, törətdiyi əməli könüllü şəkildə etiraf etmişdir. 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. 05 fevral 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. 01 dekabr 2023-cü il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında”qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. 04 yanvar 2023-cü il tarixli, “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisənin Gəncə şəhəri, Hərbi şəhərcik 38, bina 392, mənzil 22 ünvanında baş verdiyi müəyyən edilmiş, Zərərçəkmiş şəxs hadisə yerini göstərmiş və bu barədə protokol tərtib edilərək, fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 05 yanvar 2023-cü il tarixli 02 nömrəli rəyindən görünür ki, 2008-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və təqdim olunan tibbi sənədlərə əsasən nəticəyə gəlirik:
1. Azyaşlı Zərərçəkmiş şəxs bədənində xəsarət müəyyən edilmədi.
2. Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 (iki) həftədən artıqdır. (köhnədir).
3. Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyyəsində müəyyən edilmiş anal dəlik sfiktorunun boşalması anal dəlik vasitəsilə qeyri-təbbi yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdəndir.
4. Azyaşlı Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı zöhrəvi xəstəlik və hamiləlik müəyyən edilmədi. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək ona 500 manat cərimə cəzası təyin edilmişdir. Bundan başqa o, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4, 67.1-ci maddələri təqsirli bilinərək ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası və 500 manat cərimə cəzası təyin edilmiş və xx.xx.2018-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası dəyşdirilərək, onun üzərində 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzası saxlanılmışdır. xx.xx.2019-cu il tarixli Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarı ilə ona təyin edilmiş cərimə cəzasl 240 saat ictimai işlər cəzası ilə daha sonra xx.xx.2019-cu il tarixdə isə Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qərarı ilə ictimai işlər cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş və xx.xx.2020-ci ildə onun cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb və narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ərizələrindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. AZ-İVN 959331 nömrəli xx.xx.2024-cü il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs himayəsində xx.xx.2024cü il təvəllüdlü Əlisəccad adında 1 azyaşlı uşaq var. AZE N******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindn görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2008-ci il tarixdə Tovuz rayon Yuxarı Öysüzlü kəndində anadan olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahidlərin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 152.1-cimaddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Cinayət işi üzrə zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur və təqsirləndirilən şəxsin cəzadan azad edilməsini xahiş edir. CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, ziyanın tamamilə ödənilməsini, himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Qanunun yuxarıda şərh edilən tələbləri baxımından, Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, ziyanın tamamilə ödənilməsini, himayəsində 1 azyaşlı uşağının olmasını yüngülləşdirici halların məcmusu kimi həmçinin gələcəkdə-yəni zərərçəkmişin 17 yaşı tamam olduqdan sonra ailəni davam etdirmələri barədə tərəflərin arzularını, ailənin dağılmaması barədə fikirlərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-cimaddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halalrın müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 152.1-cimaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara və CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 06 ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı–“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Elxan Əlizadə