Məhkəmə qərarları › İş №1(125)-13/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-13/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-13/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (videokonfrans vasitəsilə) və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, əvvəllər məhkum olunmuş, işsiz, Gəncə şəhəri X10 küçəsi,ev 35-də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində(13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.230 qrampsixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 27 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri Dəmir yolu vağzalının yaxınlığında saxlanılaraq, Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümündə 0.230 qrammaddə kustar üsulla hazırlanmış, psixotrop maddə - metamfetaminaşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik maddə istifadə etsə də 2015-ci ildən bəri narkotik maddə istifadə etməmişdir. Polis bölməsində polis əməkdaşları onun üzərinə narkotik vasitəni qoymuşlar, belə ki, bölmədə ona fiziki zor tətbiq edərək, həmin narkotik vasitənin ona məxsus olmasına dair ifadə verməsini tələb etmişlər.O, ağır vərəm xəstəsi olduğu üçün onların göstərişlərini yerinə yetirmişdir.Sonda o, onun qardaşı İslam Orucovun vətən müharibəsi iştirakçısı olmasını, Fizulinin, Şuşanın azad olunması görə və Vətən müharibəsi medalları ilə təltif olunmasını, QİÇS, hepatit və vərəm xəstəsi olmasını və təqsirsiz olmasını nəzərə alıb barəsində bəraət hökmü verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, tutulmamışdan 1 gün əvvəl Gəncə şəhər 32 saylı tam orta məktəbin yaxınlığında yerləşən avtobus dayanacağında avtobus gözləyərkən,həmin vaxt yolun kənarında bir ədəd siqaret qutusunun olduğunu görmüş, həmin qutu onun diqqətini cəlb etmişdir. O, həmin qutunu götürmüş içərisinə baxdıqda qutunun içərisində bir ədəd ağ selofana bükülmüş büküm olduğunu və həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Sonra həmin psixotrop maddəni cibində saxlamışdır ki, özü istifadə etsin. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Heydər Əliyev prospekti ilə hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarınıdemişlər və özlərini təqdim edərək, onu 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Sonra polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri 2-ci Polis Şöbəsinə getmiş, 2-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqda video çəkiliş ilə müdafiəçisinin Müdafiəçi iştirakı ilə xidməti otaqda onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən, yəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,33 qram gəlmişdir. Sonra həmin büküm qablaşdırılmış üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, heç vaxt psixotrop maddə satışı ilə məşğul olmamış və bu barədə fikri də olmamışdır. O, psixotrop maddəni istifadə etdiyi üçün üzərində saxlamışdır. O, həmin kütləni tapdıqdan sonra üzərindən istifadə etməmişdir. O, yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə saxlamamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsi əsassız olmaqla özünü müdafiə xarakteri daşımaqla məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildimişdir ki, o, 27 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri G.Ə.Şıxlinski küçəsi ev 35- də qeydiyyatda olamaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddə qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra şöbənin əməliyyat müvəkilli Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 27 noyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Dəmiryol vağzalının yaxınlığında olmasını müəyyən etmiş həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürmüş ona yaxınlaşmış xidməti vəsiqələri təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla Səbuhini tanış etmiş və üzərində psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirmiş onu Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi dəvət etmiş, Təqsirləndirilən şəxs təqdim etmiş və Səbuhi ona təqdim olunmuş Nadim adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd alışqanı və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd polietilen sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində ağ rəngli kristal formalı ilk görüşündən pisxotrop maddə metanfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,33 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 132 saylı" möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. X11 şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə el arasında şüşə adlanan metamfetamin olduğunu və həmin maddəni 1 gün əvvəl yəni xx.xx.2022-ci il tarixdə 32 saylı məktəbin yaxınlığında yolun kənarından siqaret qutusunun içərisindən tapdğını, şəxsi istifadəsi üçün üzərində saxlaması, satmaq fikri olmadığını bildirmişdir. Onun Psixotrop maddə satması ilə bağlı məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, o, 27 noyabr 2022-ci il tarixdə Gəncə şəhəriG.Ə.Şıxlinski küçəsi ev 35-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddə qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə bölmənin əməliyyat müvəkkili Şahid1 raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra Şahid1 ilə birlikdə keçirtdiyi əməliyyataxtarış tədbirləri nəticəsində 27 noyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Dəmiryol vağzalının yaxınlığında olmasını müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmişlər və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi dəvət etmişlər Təqsirləndirilən şəxs təqdim etmişlər və Səbuhi ona təqdim olunmuş Nadim adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmiş,bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd alışqanı və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd polietilen sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ağ rəngli kristal formalı ilk görüşündən pisxotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa əşya və ya predment aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,33 qram, olması müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 132 saylı" möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. X11 şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə el arasında şüşə adlanan metamfetamindir və həmin maddəni 1 gün əvvəl yəni xx.xx.2022-ci il tarixdə 32 saylı məktəbin yaxınlığında yolun kənarından siqaret qutusunun içərisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxlamış, satmaq fikri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ciil tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X8 azad edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilmiş “şəxsi axtarış”istintaq hərəkətinin görüntülərini əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki,Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru X9, həmin şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid1, həmin şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2, Gəncə şəhər BPİ-nin KTB-nin inspektor kriminalisti X6 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd alışqanı və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd polietilen sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ağ rəngli kristal formalı ilk görüşündən pisxotrop maddə metanfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,33 qram, olması müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 132 saylı" möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə el arasında şüşə adlanan metanfetamin olduğunu və həmin maddəni 1 gün əvvəl yəni xx.xx.2022-ci il tarixdə 32 saylı məktəbin yaxınlığında yolun kənarından siqaret qutusunun içərisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq fikri olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 16/1340 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunan narkotik vasitə olan matamfetamin...” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,230 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR-nin CM-nin 333.1 -ci maddəsi ilə təqsirli bilinərək N ay İntizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə AR-nin CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə Cəzasının sonu ilə azad olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü AR-nin CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2016-cı ildə AR Milli Məclisin xx.xx.2016-cı il tarixdə Amnistiya qərarının 2.5-ci maddəsinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR-nin CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 02 il 04 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2021 -ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə cəzası 11 ay 08 gün azadlıqdan Məhrum etmə cəzası ilə əvəz edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, AR-nin CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021 -ci il tarixdə Gəncə şəhər Apellyasiya Məhkəməsinin qərarı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü dəyişdirilmiş və ona qəti olaraq 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli 7412nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə opioidlərdən asılılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli 6053 nömrəli Gəncə şəhər Psixoloji Dispanserin arayışından görünür ki, Orucov X7 Dispanser qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 38 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002)-44/2022 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli Qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmü dəyişdirilərək qəti olaraq 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər BPİ-nin 2ci polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-ci il tarixli l(125)-197/2023 nömrəli qərarın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası CM- 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, Gəncə Şəhər Məhkəməsinin hakimi Kənan Hüseynovun 1(125)-38/2023 nömrəli xx.xx.2023 cü il il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə xx.xx.2023-ci il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 köçürülməsi üçün Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-38/2023 tarixli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələ 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına saxlanılmış, cəzasının əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Abbas Səhhət adına xəstəxanın poliklinikasının xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə BŞX poliklinika şöbəsində B 18.2 diaqnozu ilə “D” qeydiyyatda durur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Z.Məmmədov adına xəstəxananın xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hər iki ağ ciyərinin fibroz kavernoz vərəmi dağılma mərhələsi, qanhayxırmaya meyillilik, hepatit C diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X14 Azərbaycan Respublikası ərazi bütövlütü uğrunda gedən döyüş əməliyyatlarında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Fizuli və Şuşa rayonları istiqamətində döyüş əməliyyatlarında iştirak edib. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqələrindən görünür ki,Təqsirləndirilən şəxs qardaşı X14 “Füzulinin azad olunmasına görə” müdalı, “Vətən müharibəsi iştirakçısı” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 1(104)-376/2021 saylı qərarından görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, l(044)-42/2021 nömrəli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(043)-30/2021 saylı qərarına əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 10 (on) ay 17 (on yeddi) gününün iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla, barəsində olan 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin «26» may 2021-ci il tarixli, 1 (044)-42/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət Məcəlləsinin hal-hazırda qüvvədə olan 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin cinayət əməlinin baş verdiyi 09 dekabr 2022-ci il tarixdə qüvvədə olan (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan) mətninin müddəalarına əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsinə əsasən,Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmiş, həmin Qanunun keçid müddəaları olan 2.1-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun 1.3.1-ci, 1.3.4-cü, 1.3.5-ci, 1.4-cü, 1.5-ci maddələri narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir(“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 13 dekabr 2023-cü il tarixdə qüvvəyə mindiyindən, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsi də avtomatik olaraq 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində psixotrop maddə olan metamfetamini polisdə qoymalarını, onu polislərin hədələmələri və hazırda məhkəməyə inandığı üçün indi həqiqəti deyərək həmin narkotik vasitəni polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin videogörüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs el arasında şüşə adlanan metanfetaminin onun tərəfindən 32 saylı məktəbin yaxınlığında yolun kənarından siqaret qutusunun içərisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən özünü 234.1-ci maddə ilə təqsirli bildiyini göstərir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Bundan əlavə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıb-qalmaması məsələsinin araşdırılması ilə bağlı Gəncə Şəhər Prokurorluğuna sorğu ünvanlanmış, Azərbaycan Respublikası Baş Prokurorluğunun 01 aprel 2024-cü il tarixli cavab məktubundan aydın olur ki, qeyd edilən məsələ ilə bağlı araşdırma aparılmış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, fiziki zor tətbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından iş üzrə 01 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindənazad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini tərətdiyi zaman qüvvədə olan cinayət qanunda sonradan edilmiş dəyişikliklər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə əsas vermir, həmçinin tərədilmiş cinayət əməlinə görə təyin edilməli olan cəzanın növünü və həddini dəyişdirmir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hepatit C, QİCS və vərəm xəstəsi olmasını, qardaşının vətən müharibəsi iştirakşısı olub, medallarla təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin mövcudluğu onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə həmin cəzanı tam çəkərək cəzanın sonu ilə azad olunduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğun ödənilməsi üçün 2 il müddət keçmədən yenidən qəsdən cinayət törətmiş, bununla da onun məhkumluğu ödənilməmiş və cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-38/2023saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət – cəmi 04 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,180 qram psixotrop maddə olanmetamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-38/2023 il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün– cəmi 4 (gün) müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın və hazırda Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,180 qram psixotrop maddə olan- metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar