Məhkəmə qərarları › İş №1(125)-13/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-13/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-13/2025 09.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayəti işinə məhkəmənin binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlayaraq daşıyıb, gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında, Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, o, xx.xx.2024-cü il tarixdə saat 17:02 radələrində Gəncə şəhəri, Bayan küçəsində yerləşən “A1” yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın arxa tərəfində kəmərin üzərinə qoyduğu 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9mm kalibrli Makarov konstruksiyalı PM modelli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silah hesab edilən tapança, 07 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan döyüş sursatıhesab edilən ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibrli Makarovkonstruksiyalı tapançaların komplekt hissəsi - daraq aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, üzərindən aşkar olunan silah ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona ya narkotik vasitə, ya da silahı üzərinə götürmək təklif olunmuş, o, da etiraz etmədən silahı seçmişdir. Daha sonra video çəkiliş apararaq guya həmin silah onun üzərindən çıxmışdır. İfadəsinin sonunda o, bildirmişdir ki, ona polis idarəsində heç bir zor tətbiq edilməmiş, o silahı öz seçimi ilə özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Şokolad zavodunun yaxınlığından dəmir keçidinin kənarında olan zaman yerdə bir ədəd “Makarov” tipli tapança görmüş və silahı götürüb baxan zaman sandıqcasının içərisində 07 ədəd patron olmasını görmüşdür. Həmin silahı üzərində saxlamaq üçün şalvarının bel nahyəsinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Bayan küçəsində olan zaman 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq üzərində qanunsuz olaraq odlu silah saxlamağında vəgəzdirməsində şübhəli olduğunu bildirərək Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O, da polislərə etiraz etməyib BPİ-nin inzibati binasına gəlmiş, ona dövlət hesabına müdafiəçi ilə təmin edilmiş və üzərində qanunsuz olaraq saxladığı hər hansı bir əşya varsa çıxarıb təqdim etməyi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O, da üzərində olan 01 ədəd makarov markalı odlu silahı polislərə təqdim etmiş, həmin silaha və silahın sandıqçasında olan 07 ədəd patrona baxış keçirilərkən heç bir nömrəolmaması aşkar edilmişdir. Sorğu zamanı polislərə həmin odlu silahı xx.xx.2024-cü il tarixdə saat 16-17 radələrində Gəncə şəhəri,Z.Hacıyev küçəsi Şokolad zavodunun yaxınlığında dəmir keçidinin kənarından tapdığını, həmin əşyanın silah olduğu üçün maraqına səbəb olduğundan onu götürərərk üzərində saxlamış və həmin silahı tapmağı barədə heç kimin məlumatı olmadığını və həmin silahdan heç vaxt istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 12 yanvar 2024-cü il tarixdə saat təxminən 17:02 radələrində Gəncə şəhər BPİ-də gündəlik xidmətində olarkən Gəncə şəhər sakini Fərhad adlı şəxsin qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi barədə daxil olmuşməlumat əsasında əməliyyat qrupu yaradılmış və Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə adı sonradan məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri Bayan küçəsi “Al” marketin yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-nə gətirmişdir. Ona şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil X6 müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində silah olduğunu bildirərək əynində olan şalvarın arxa tərəfində kəmərin üzərinə taxdığı 1 Makarov tapançası üzərində həmin tapançaya məxsus daraq və daraqda olan 7 ədəd patron aşkar olunaraq götürülmüşdür. Sorğu zaman Təqsirləndirilən şəxs həmin tapançanı tutulmamışdan bir gün öncə yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 16-17 radələrində Gəncə şəhəri “Şokolat” zavodunun yaxınlığından Dəmir yol xəttinin kənarından tapdığını, tapdıqdan sonra həmin tapançanı üzərində gəzdirdiyini bildirmişdir. Həmin tapançadan istifadə etmədiyini və satmaq niyyəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd Makarov tapançasının, 1 ədəd sandıqçanın və7 ədəd patronun atəşə yararlı olub-olmamasını müəyyən etmək üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmış və üzəri DİN-nin 91 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vemiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -13 yanvar 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılaraq icraata qəbul edilmişdir.(i.v.1); -12 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cüil tarixdə saat 17:45 radələrində şübhəli şəxs qismindətutulmuşdur. (i.v.8, 18); -Gəncə şəhəri BPİ-ninİTİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 tərtib etdiyi 12yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokolundan görünür ki,Gəncə şəhəri BPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, həmin idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, BPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X2 və müdafiəçi X3 iştirakları ilə 12 yanvar 2024-cü il tarixdə saat 17:02 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bayan küçəsində saxlanılaraq üzərində odlu silah saxlamasında və gəzdirməsində şübhəli olunduğu üçün Gəncə şəhər BPİ-nininzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir.Axtarış zamanı üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif olunduqda o, üzərində odlu silah olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarın arxa bel hissəsində kəmərin altında saxladığı 1 ədəd Makarov tapançanı təqdim etmişdir.Həmin tapançaya baxış keçirilən zaman üzərində zavod üsulu ilə vurulmuş nömrələrin silinməsi aşkar edilmiş və həmin tapançada 1 ədəd daraq, həmin darağın içərisində makarov tipli tapançasına məxsus 9 mm-lik 7 ədəd patron aşkar olunmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs həmin tapançanı tutulmamışdan bir gün əvvəl yəni xx.xx.2024-cü tarixdə təxminən saat 16-17 radələrindəGəncə şəhəri “Şokolad” zavodunun yaxınlığında Dəmir yol xəttinin kənarından yerdən tapdığını, həmin silah marağına səbəb olduğu üçün onu götürərək üzərində saxladığını, silahı tapması ilə bağlı heç kimin məlumatı olmadığını və həmin silahdan heç vaxt istifadə etmədiyini bildirmişdir. (i.v. 26); -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 13 yanvar 2024-cü il tarixli rəyindən müəyyən edilir ki,1)Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mmkalibrli Makarovkonstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.2)Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov(PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır və döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. 3)Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mmkalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarovkonstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. Qeyd: təqdim edilmiş 07 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi experimentalatəş zamanı istifadə olundu.(i.v. 39-44); -təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 60); -təqsirləndirilən şəxsin dindirilməsi haqqında14 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 228.1-ci maddəsiilə nəzərdə tutulan əməli törətməkdə özünütəqsirli bilmişdir. (i.v. 68-70); -14 yanvar 2024-cü il tarixli təqsirləndrilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 78); - 25 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Z.Hacıyev küçəsi Şokolad zavodunun yaxınlığında dəmir yol xəttinin kənarında üzərindən aşkar edilmiş Makarov və Steçkin konstruksiyalı tapançaların stat patronlarını tapdığı yeri əyanı göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir.(i.v 87-90); -Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 540 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v95); -Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 602 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdənOpioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır.(i.v97); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci və 234.2-ci madələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir.Naftalan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir.Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 180.2.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə ApellyasiyaMəhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək əməli CM-nin180.2.2-ci maddəsindən həmin məcəllənin 180.1-ci maddəsinə tövsif edilərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4 hissəsinə əsasən cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.(i.v 101-103); - iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X5 adlı 4 azyaşlı uşaqları vardır. (i.v 105-108); - 7 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunaraq barəsində heç bir şikayət daxil olmamışdır.(i.v109); -Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-190/2021 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(i.v110-118); - 09 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mmkalibrli Makarovtapança, 7 ədəd patronvə 1 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mmkalibirli patronlar, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk, iş üzrə təqsirləndirilən və şahid ifadələri, şəxsi axtarış və götürmə, baxış protokolu, məhkəmə-ballistik ekspertizasının rəyi, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir. (i.v120-131); -Gəncə Şəhər Məhkəməsinin 1(125)-200/2024 nömrəli,xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyindən barəsində axtarış elan olunaraq“polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. - xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. -Gəncə ApellyasiyaMəhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-190/2021 nömrəli hökmü dəyişdirilmiş,Təqsirləndirilən şəxs əməli CM-nin 180.2.2-ci maddəsindən həmin məcəllənin 180.1-ci maddəsinə tövsif edilərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4 hissəsinə əsasən cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. -Penitensiar Xidməti 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarması ilə bağlı 2 saylı istintaq təcridxanasından cəzadan azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasınaəsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsifolunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstərməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmiş və sübutlar təqdim etməmişdir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə qeyd olunmalıdır ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlayaraq daşıyıb, gəzdirməsi cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında verdiyi ziddiyətli ifadələri, şahidlərin verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Gəncə şəhəri BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı X1, həmin idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, həmin idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, BPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X2 və müdafiəçi X4 iştirakları ilə Təqsirləndirilən şəxsüzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın arxa bel hissəsində kəmərin altında saxladığı 1 ədəd Makarov tapançanı təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cü tarixdə Gəncə şəhəri “Şokolad” zavodunun yaxınlığında Dəmir yol xəttinin kənarından yerdən tapmış, silah marağına səbəb olduğu üçün götürüb üzərində saxlamış və həmin silahdan heç vaxt istifadə etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə vətəqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə verdiyi izahatlarında barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilmədiyini və bununla bağlı hər hansı bir vəsatətin və şikayətin olmadığını bildirmişdir.Təqsirləndirilən şəxsifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs 1 ədəd Makarov tapançanıyerdən tapdığını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsinmüdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir etirazı və vəsatəti olmamışdır. Həmçinintəqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxscinayət əməlini etiraf etmiş və ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir.Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Sadalanan halları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməiki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsifedilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan 4 övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-190/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in180.2.2-ci maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək əməli CM-nin 180.2.2-ci maddəsindən həmin məcəllənin 180.1-ci maddəsinə tövsif edilərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4 hissəsinə əsasən məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək cəzası 06 ay azaldılmış və üzərində qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxsməhkumluğu götürülməmiş, yəni xx.xx.2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunmalıdır ki, 28 iyun 2002-ci il tarixli “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən (5-ci hissəsinin və ç və d bəndləri) aşağıdakılar əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz: azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin amnistiya aktı və ya əfv edilməsi ilə əlaqədar cəza çəkməkdən azad edildiyinə görə faktiki olaraq cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxslər, yaxud CM-nin 80-ci maddəsinə müvafiq olaraq ittiham hökmünün icrası müddətinin keçməsi ilə əlaqədar barəsində hökm icra edilməyən şəxslər və qətimkan tədbiri qismində həbsdə olma müddəti hədlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxslər; Məhkəmənin sorğusuna əsasən Penitensiar Xidməti 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarması ilə bağlı 2 saylı istintaq təcridxanasından cəzadan azad edilməsi haqqında məlumat məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 56.1.3-cü maddəsinə əsasən isə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olsa da o, (28 iyun 2002-ci il tarixli Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən) əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilə bilmədiyi üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədiTəqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mmkalibrli Makarov konstruksiyalı PM modelli yivli tapança, 07 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov PM və Steçkin APS konstruksiyalı ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-daraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 72 (yetmiş iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmdədən saxlanılsın. İş üzrə maddi sübut olan, 01 ədəd içərisində 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mmMakarov konstruksiyalı PM modelli tapança, 04 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov PM və Steçkin APS konstruksiyalı stat patronları və 01 ədəd zavod üsuli ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01(bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar