Məhkəmə qərarları › İş №1(125)-130/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-130/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-130/2025 07.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra– CM) 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs Korus qızına özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı olduğunu bildirərək, sonuncunun vəfat etmiş əri X1 Qarabağ qazisi olduğu üçün ona dövlət tərəfindən avtomobil verilməsi üçün və həmin avtomobili almaq və növbəyə yazdırması üçün həmin işi 3000 manat pul müqabilində görəcəyi barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2023-cü ilin sentyabr ayının 23-də Gəncə şəhəri Nizami prospektində yerləşən Mərkəzi Univermağın yaxınlığında Heydər Əliyev prospekti 398 ünvanında yerləşən “Sevimli kafedə” Zərərçəkmiş şəxs 3000 manat pulu alaraq aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs 3000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, mobil telefon vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs Korus qızına özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı olduğunu bildirərək, sonuncunun vəfat etmiş əri X1 Qarabağ qazisi olduğu üçün ona dövlət tərəfindən 2 otaqlı ev verilməsi və həmin evi almaq üçün həmin işi 5000 manat pul müqabilində görəcəyi barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan təkrar 2023-cü ilin oktyabr ayının 27-də Gəncə şəhəri Nizami prospektində yerləşən Mərkəzi Univermağın yaxınlığında Heydər Əliyev prospekti 398 ünvanında yerləşən “Sevimli kafedə” Zərərçəkmiş şəxs 5000 min manat pulu alaraq aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs 5000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, mobil telefon vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs Korus qızına özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı olduğunu bildirərək, sonuncunun vəfat etmiş əri X1 Qarabağ qazisi olduğu üçün çalışdığı müəssisədə əmək haqqını artıra biləcəyini bildirərək və həmin işi 2000 manat pul müqabilində görəcəyi barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan təkrar 2024-cü ilin fevral ayının 16-da Gəncə şəhərində 2000 manat pulu Zərərçəkmiş şəxs alaraq aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs Korus qızına 2000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəli olmaqla himayəsində 4 övladı var və heç bir yerdə işləmir. 2023-cü ilin avqust ayında Şəki rayonunda yaşadığı evdə olan zaman mobil telefon vasitəsi ilə ***-***-**-** mobil nömrəsindən tanımadığı bir mobil nömrəni yığmış və həmin nömrəni tanımadığı bir qadın, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs açmış və o, Nəcibəyə özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim etmiş, sonra Nəcibəyə dövlət tərəfindən yardım kimi vətəndaşlara ev və maşın veriləcəyini bildirmişdir. O, Nəcibə ilə mobil telefon vasitəsi ilə danışdıqdan sonra 2023-cü ilin sentyabr ayında Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında görüşmüş və orada fəaliyyət göstərən “Sevimli” adlı kafeyə gedib onunla çörək yemişlər. O, Nəcibə ilə görüşən zaman ona yalandan bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşıdır və ona dövlət tərəfindən sosial ev, avtomobil veriləcəyini vəd etmiş, lakin ona sosial yardım düzəltmək və əməkhaqqının artırılacağı ilə bağlı hər hansı bir vəd verməmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında gününü dəqiq xatırlamadığı tarixdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında olan “Sevimli” kafedə 2750 manat pulu Zərərçəkmiş şəxs guya ona avtomobil verilməsi və növbəyə yazdırılması üçün almışdır. Daha sonra Nəcibədən ona iki otaqlı ev veriləcəyi adı ilə 4 min manat pul istəmiş, o isə 2023-cü ilin oktyabr ayının sonlarında gününü dəqiq xatırlamadığı tarixdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında olan “Sevimli” kafedə 3760 manat pulu Zərərçəkmiş şəxs almışdır. O, hər dəfə Nəcibədən pul alıb həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs ona ev və avtomobil veriləcəyi adı ilə təxminən ümumilikdə 9000 manat pul almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, inandırıcı olsun deyə həmin vaxt Gəncə şəhərində bir kirayə ev tutmuş və həmin evə Zərərçəkmiş şəxs apararaq yalandan ona həmin evi göstərib evdə təmir getdiyi üçün hələ orda qala bilməyəcəyini bildirərək evin açarını ona verməmişdir. O, vərəm xəstəsi olduğuna görə Nəcibədən aldığı pulları öz xəstəliyinə görə xərcləmişdir. O, vurduğu ziyandan cəmi 1800 manat Nəcibəyə ödəniş etmiş, qalan pulu isə maddi imkanı olmadığından ödəyə bilmir. Məhkəmədən qeyd etdiklərini nəzərə almağı xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrədən tanımadığı şəxs ona zəng vurmuş və Turanə adlı qadını axtardığını bildirib daha sonra ona adının Elnur olduğunu, Dövlət Sosial Müdafiə fondunda işlədiyini bildirmiş və vəfat etmiş əri X3isi olduğu üçün qazilərə avtomobil veriləcəyini və bunun üçün onada kömək edə biləcəyini bildirib görüşmək istədiyini bildirmişdir. O, da özünü ona Elnur kimi təqdim edən Təqsirləndirilən şəxs yalan sözünə inanmış və onunla 2023-cü ilin avqust ayında ilk dəfə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında görüşmüş, söhbət zamanı Eynur ona vəfat etmiş həyat yoldaşına dövlət tərəfindən “Naz Lifan” markalı avtomobil düşdüyünü və onun avtomobili almaq və növbəyə durmaq üçün 3 min manat pul verməli olduğunu bildirmiş, o, da razılaşıb avtomobil üçün 2023-cü ilin sentyabr ayında sonlarında gününü dəqiq xatırlamadığı tarixdə üç min manat pulu Gəncə şəhəri Mərkəzi Univermağının yaxınlığında yerləşən “Sevimli” kafedə Təqsirləndirilən şəxs vermişdir. Daha sonra Təqsirləndirilən şəxs yenə ona zəng vuraraq mərhum əri qazi olduğu üçün ona sosial ev də düşdüyünü bildirmiş və bunun üçün ondan beş min manat məbləğində pul istəmişdir. O da Eynurla razılaşmış və 2023-cü ilin oktyabr ayının sonlarında gününü xatırlamadığı tarixdə beş min manat məbləğdə pulu sosial ev düzəltməsi üçün Gəncə şəhəri, Heydər Əliyev prospekti 398 ünvanında yerləşən “Sevimli” kafedə Eynura vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan sosial yardım düzəltmək üçün iki min manat, daha sonra mərhum ərinə görə işlədiyi Şəmkir rayonu, Zəyəm qəsəbəsi xəstəxanasında əməkhaqqısını artıra biləcəyi adı ilə iki min manat məbləğində pul istəmişdir. O, da 2024-cü ilin yanvar ayının əvvəllərində gününü dəqiq xatırlamadığı tarixdə Eynura sosial yardım düzəltməsi üçün Gəncə şəhər Mərkəzi Univermağın yaxınlığında adını bilmədiyi parkda iki min manat, daha sonra 2024-cü ilin fevral ayının ortalarında Gəncə şəhərində ünvanını dəqiq xatırlamadığı yerdə onun çalışdığı xəstəxanada əmək haqqısını artırmaqla bağlı iki min manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan ümumilikdə on iki min manat məbləğdə pul almış və o, pulu Eynura verərkən yanınında heç kim olmamışdır. Hətta həmin vaxt Eynur aparıb ona Gəncə şəhərində N saylı hərbi hissənin yaxınlığında binada bir təmirsiz iki otaqlı evdə göstərib həmin evin ona veriləcəyini bildirmişdir. O, Eynurun ona verdiyi vədlərə inanaraq ona 10000 manat kredit götürmüş və 2500 manat isə tam kartdan pul çıxarıb vermişdir. Eynur ona cəmi aldığı on iki min manat puldan min səkkiz yüz manat pul qaytarmış, qalan pullunu istəyən zaman isə ona dəlixanada yatdığını və onu oğlunu öldürəcəyi ilə hədələmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis leytenantı X8 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə başlanmışdır. -“Azərcell Telekom MMC”-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrəsinin anten dairəsini özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**- **” saylı mobil nömrə həmçinin iş üzrə Zərərçəkmiş şəxs məxsus +99***-***-**-** saylı mobil nömrənin anten dairələri xx.xx.2023-cü il tarixdə saat 09:35:12 dəqiqədə və xx.xx.2023-cü il tarixdə saat 10:14:35 dəqiqədə “Gəncə hoteli” ərazisində (“Gəncə hoteli” Sevimli kafenin yaxınlığında yerləşir), xx.xx.2024-cü il tarixdə saat 11:13:44 dəqiqədə ünvan 3 ünvanında yerləşən Mərkəzi Univermağın yaxınlığında olan parkı və xx.xx.2024-cü il tarixdə saat 11:22:20 dəqiqədə Gəncə şəhəri ərazizini göstərir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-9962/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Gəncə şəhəri. Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-21-3-39/2-752/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-in BDYPİ Gəncə RQİTBŞ-dən daxil olmuş xx.xx.2024cü il tarixli, 3-13-16-3/2-6709/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda nəqliyyat vasitəsi yoxdur. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Sumqayıt Qarnizon Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “B” bəndi ilə təqsirli bilinmiş və xx.xx.1999-cu ildə Sumqayıt Qarnizon Hərbi prokurorluğunun qərarı ilə CPM-nin 215 maddəsinin 3-cü hissəsinə əsasən cəzadan azad edilmişdir. -10 oktyabr 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. -12 oktyabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs pul aldığı Gəncə şəhəri, H.Əliyev prospekti, 398 ünvanında yerləşən “Sevimli” kafeni göstərmiş bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əməd oğlu Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirin seçilməsi haqqında” 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli, 4530 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. -Şəki rayonu, Psixiatriya xəstəxanasından alınmış xx.xx.2025-ci il tarixli, 281 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. - Gəncə şəhər rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli, 4470 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. -Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli, 288 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. -Şəki şəhər İcra Hakimiyyətinin başçısının “Böyük Dəhnə” kəndindəki nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı dörd azyaşlı övladı vardır. -Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulan ziyandan 1800 manat ödəniş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs Korus qızının əmək haqqını artıra biləcəyi ilə bağlı olan epizod üzrə təqsirli bilməyərək, bildirmişdir ki, zərərçəkmiş şəxsə əmək haqqının artırılması ilə bağlı heç bir vəd verməmiş ondan bu məsələ ilə bağlı pul almamışdır. Lakin təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən ifadələrində bildirmişdir ki, o, Nəcibə ilə mobil telefon vasitəsi ilə danışdıqdan sonra 2023-cü ilin sentyabr ayında Gəncə şəhəri mərkəzi Univermağın yaxınlığında görüşmüş və adının Zərərçəkmiş şəxs olduğunu bilmiş və Sevimli kafeyə gedib onunla çörək yemişlər. O, Zərərçəkmiş şəxs ilə görüşən zaman ona bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşıdır və ona dövlət tərəfindən sosial ev, avtomobil verəciyini və vəfat etmiş əri qazi olduğu üçün Nəcibənin işlədiyi yerdən aldığı maaşın artırılacağı vədini vermişdir. Lakin o, Nəcibəyə sosial yardım düzəltməklə bağlı hər hansı bir vəd verməmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında gününü dəqiq xatırlamadığı tarixdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında olan Gəncə şəhəri, Heydər Əliyev prospekti 398 ünvanında yerləşən Sevimli kafedə 2750 manat pulu Zərərçəkmiş şəxs guya ona avtomobil verilməsi və növbəyə yazdırılması üçün almışdır. Daha sonra guya ona iki otaqlı ev verilməsi adı ilə ondan 4 min manat pul istəmiş, o isə 2023-cü ilin oktyabr ayının sonlarında gününü dəqiq xatırlamadığı tarixdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında olan Gəncə şəhəri, Heydər Əliyev prospekti 398 ünvanında yerləşən Sevimli kafedə 3760 manat pulu Zərərçəkmiş şəxs almışdır. Bildirmişdir ki, o, hər dəfə zərərçəkmişdən pul alıb həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs guya əməkhaqqısını artırmaq adı ilə ondan 910 manat məbləğdə pul istəmişdir. Nəcibə də onunla razılaşmış, o, həmin puluda 2024-cü ilin yanvar ayının əvvəllərində gününü dəqiq xatırlamadığı tarixdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında yerləşən adını xatırlamadığı parkda Zərərçəkmiş şəxs almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs aldadaraq 2024-cü ilin fevral ayının ortalarında guya əməkhaqqısını artırmaqla bağlı əlavə 300 manat lazım olduğunu bildirmiş və 2024-cü il fevral ayının ortalarında gününü və ünvanını dəqiq xatırlamadığı tarixdə Gəncə şəhərində Zərərçəkmiş şəxs 300 manat pulunu almış, bildirmişdir ki, onun niyyəti Nəcibəni aldatmaq olmuş, aldadıb pulunu ələ keçirtmək olmuş, o, Nəcibəni şəxsi ehtiyaclarını ödəmək üçün aldatmış və pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin o, Nəcibədən hissə-hissə olmaqla gününü dəqiq xatırlamadığı tarixdə həmin məqsədlərlə bağlı əlavə pullar da almış, həmçinin qeyd etmək istəmişdir ki, o, Zərərçəkmiş şəxs ona ev, avtomobil və əməkhaqqını artırmaqla bağlı ümumilikdə təxminən 9000 manat pul almış, sosial yardımla bağlı isə pul almamışdır. Məhkəmə baxışı zamanı ifadəsində Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs həmin məqsədlərlə bağlı ümumilikdə hissə-hissə olmaqla 9 min manat məbləğdə pul almış və o, Nəcibəyə dövlət tərəfindən sosial ev, avtomobil, aldığı əməkhaqqının artırılması vədini vermiş, o, sosial yardım vədi verməmişdir. O, özünü DSMF-nin işçisi kimi təqdim etsədə, əslində o, heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs, öz ifadəsində göstərmişdir ki, hazırda o, Zərərçəkmiş şəxs pul aldığı həmin tarixləri və saatları xatırlamış, o, Zərərçəkmiş şəxs pulları onu aldadaraq ilkin ifadəsində qeyd etdiyi məqsədlər üçün “Azercell Telekomdan” alınmış anten dairəsində göstərilən həmin saat və tarixlərdə almışdır. Həmin saat və tarixlər düzgündür. Eyni zamanda -“Azərcell Telekom MMC”-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrəsinin anten dairəsini özündə əks etdirən diskə baxış keçirilmiş və diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “+99***- ***-**-**” saylı mobil nömrəsi həmçinin iş üzrə Zərərçəkmiş şəxs məxsus +99***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 09:35:12 dəqiqədə əhatə dairəsi “Gəncə hoteli” göstərir. Həmin anten dairəsindən görünür ki, "Gəncə hoteli” Sevimli kafenin yaxınlığında yerləşir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrəsi həmçinin iş üzrə Zərərçəkmiş şəxs məxsus +99***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 10:14:35 dəqiqədə əhatə dairəsi “Gəncə hoteli” göstərir. Həmin anten dairəsindən görünür ki, “Gəncə hoteli” Sevimli kafenin yaxınlığında yerləşir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrəsi həmçinin iş üzrə Zərərçəkmiş şəxs məxsus +99***-***-**-** saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə saat 11:13:44 dəqiqədə əhatə dairəsi Gence şəh. Nizami ray. Seyx Baheyeddin kuc. 22 ünvanını göstərir. Həmin anten dairəsindən görünür ki, Həmin küçə Mərkəzi Univermağın yaxınlığında olan parkı əhatə edir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrəsi həmçinin iş üzrə Zərərçəkmiş şəxs qızma məxsus +994 50-620-74-81 saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə saat 11:22:20 dəqiqədə əhatə dairəsi Gəncə şəhəri ünvanını göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən əmək haqqının artırılması ilə bağlı zərərçəkmiş şəxsdən pul almaması ilə bağlı qeyd etdiyi hallar zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, üzləşdirmə protokolu, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolu, telefon anten məlumatları və digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı həmin epizod üzrə verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü aşağıdakı epizod üzrə də təqsirli bilməyərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs Korus qızına ona sosial yardım düzəldə biləcəyini bildirməmiş və həmin işə görə ondan pul almamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın digər epizodunda qeyd edilir ki, o, mobil telefon vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs Korus qızına özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı olduğunu bildirərək, sonuncunun vəfat etmiş əri X1 Qarabağ qazisi olduğu üçün ona sosial yardım düzəldə biləcəyini bildirərək və həmin işi 2000 manat pul müqabilində görəcəyi barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan təkrar, 2024-cü ilin yanvar ayının 10-da Gəncə şəhəri Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən Mərkəzi Univermağın yaxınlığında adı istintaqa məlum olmayan parkda Zərərçəkmiş şəxs 2000 manat pulu alaraq aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs Korus qızına 2000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə elan olunan ittihamın həmin hissəsi ilə razılaşmır və hesab edir ki, həmin epizod təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan xaric olunmalıdır. Belə ki, iş materiallarında zərərçəkmiş şəxsin ifadəsindən başqa təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı olduğunu bildirərək, sonuncunun vəfat etmiş əri X1 Qarabağ qazisi olduğu üçün ona sosial yardım düzəldə biləcəyini bildirərək və həmin işi 2000 manat pul müqabilində görəcəyi barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan təkrar, 2024-cü ilin yanvar ayının 10-da Gəncə şəhəri Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən Mərkəzi Univermağın yaxınlığında adı istintaqa məlum olmayan parkda Zərərçəkmiş şəxs 2000 manat pulu alaraq aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsi öz təsdiqini tapmır. Məhkəmə həmin epizoda qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə epizodun həmin hissəsində dələduzluq etməsi faktı məhkəmə istintaqında zərərçəkmiş şəxsin ifadəsindən başqa digər sübutlarla öz təsdiqini tapmadığından təqsirləndirilən şəxs həmin epizoda görə təqsirli sayılmamalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayəti obyektiv cəhətdən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmədə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Dələduzluq talamanın bir formasıdır. Lakin, talamanın digər formalarından fərqli olaraq dələduzluq cinayəti obyektiv cəhətdən onun törədilməsi üsullarının özünəməxsusluğu ilə seçilir. Belə ki, qüvvədə olan cinayət qanununda dələduzluq cinayəti üzrə özgənin əmlakının ələ keçirilməsi və ya əmlak hüquqlarının əldə olunması aldatma və etibardan sui-istifadə etmə üsulu ilə həyata keçirilir. Niyyətin müəyyən edilməsi də əməldə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin olması halının müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyə görə «Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun». Məhkəmə işin faktiki hallarına məcmu şəkildə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı olduğunu bildirərək, sonuncunun vəfat etmiş əri X1 Qarabağ qazisi olduğu üçün ona sosial yardım düzəldə biləcəyini bildirərək və həmin işi 2000 manat pul müqabilində görəcəyi barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan təkrar, 2024-cü ilin yanvar ayının 10-da Gəncə şəhəri Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən Mərkəzi Univermağın yaxınlığında adı istintaqa məlum olmayan parkda Zərərçəkmiş şəxs 2000 manat pulu alaraq aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsi epizodu iş materiallarında olan sübutlarla sübuta yetirilmədiyindən həmin epziod ittihamdan xaric olunmalıdır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı ittihamda qeyd olunan digər epizodlar üzrə dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hokum çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqaşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsihaqqında” 2003-cüil 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə dəyən ziyanın bir qismini ödəməsi onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CMnin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın çox hissəsinin ödənilməməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 07 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); Məhkəmə qeyd edilən normalara istinad edərək hesab edir ki, iş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci,xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07 may 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut olan 2(iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 110 (yüz on) manat pul köçürülsün. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar