Məhkəmə qərarları › İş №1(125)-131/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-131/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-131/2022 24.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan “heroin”i şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımış və özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,864 qram təşkil edən narkotik vasitə olan “heroin”i əldə edib üzərində saxlayaraq daşımış, 08 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində saxlanılaraq Kəpəz rayon Polis İdarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,864 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 2021-ci ilin avqust ayından dekabr ayına qədər olan müddət ərzində istintaq zamanı dəqiq müəyyən edilməyən tarixdə tamah niyyəti ilə özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə yaşadığı ünvan 2 ünvanından anası Zərərçəkmiş şəxs məxsus 1400 manat dəyərində 10 qramlıq qızıl ortalıq, 600 manat dəyərində 5 qramlıq qızıl sırğa, 700 manat dəyərində 6 qramlıq qızıl üzük, 2800 manat dəyərində 25 qramlıq qızıl boyunbağı, 400 ABŞ dolları, 500 manat pul, 50 Euro, 300 manat dəyərində 1,5 metr enində 2,5 metr uzunluğunda qədimi xalçanı, iki ədəd hər biri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 1 metr enində 2 metr uzunluğunda qədimi xalçanı, 35 manat dəyərində tefal tavanı, 8 manat dəyərində ipək şərfi, 18 manat dəyərində 6 ədəd stəkanı, 15 manat dəyərində 6 ədəd stəkanı, 22 manat dəyərində 6 ədəd stəkanı, 15 manat dəyərində 6 ədəd boşqabı, 48 manat dəyərində 12 ədəd boşqabı, 12 manat dəyərində 6 ədəd kasanı, 35 manat dəyərində bir ədəd kətan süfrəni, hər biri 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 3 ədəd alüminium ləyəni, 40 manat dəyərində tefal ütünü, 45 manat dəyərində alüminium qazanı, 20 manat dəyərində süzgəci, hər biri 8 manat olmaqla 16 manat dəyərində 2 ədəd balaca qazanı, 18 manat dəyərində 6 ədəd kasanı, 12 manat dəyərində balaca qazanı, 24 manat dəyərində orta ölçülü qazanı, hər biri 36 manat olmaqla 72 manat dəyərində 2 ədəd çuqun qazanı, 7 manat dəyərində bir ədəd kəfkiri, 18 manat dəyərində 6 boşqabı, 6 manat dəyərində bir ədəd çayniki və 65 manat dəyərində bir ədəd elektrikli ətçəkən maşını, 8126 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamlardan özünü CM-nin 234.1-ci maddəsi ilə tam, CM-nin 177.2.4-cü maddəsi ilə isə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Təxminən 7-8 ildir ki, narkotik vasitə istifadəçisidir. Tanımadığı müxtəlif şəxslərdən öz istifadəsi üçün narkotik vasitə alaraq istifadə edir. 07 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən “Gəc” zavodunun yaxınlığında tək gəzərkən yerdə bükülü vəziyyətdə siqaret qutusunun sellofanı diqqətini cəlb etmişdir. O, həmin bükülü sellofanı götürmüş, sellofanı açıb içərisinə baxanda içərisində kakosa oxşar kütlə olduğunu görmüşdür. Özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin kütlənin narkotik vasitə olan “heroin” olduğunu başa düşmüşdür. Həmin bükümü şəxsi istifadəsi üçün cibinə qoyaraq üzərində saxlamışdır. Bu barədə heç kəsə deməmiş, sonra həmin narkotik vasitə olan “heroin”in üzərindən götürərək özü istifadə etmiş və qalan narkotik vasitəni sonra istifadə etmək üçün cibinə qoymuşdur. 08 oktyabr 2021-ci il tarixdə saat təxminən 20 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis idarəsinə getməyi təklif etmişlər və onlarla birlikdə Kəpəz rayon Polis İdarəsinə getmiş və idarədə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qadağan olunmuş əşya varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sol cibindən 1 ədəd sellofana bükülmüş halda olan kütləni təqdim edərək narkotik vasitə olan “heroin” olduğunu və 07 oktyabr 2021-ci il tarixdə “Gəc” zavodunun yanından tapdığını bildirmişdir. Bundan başqa əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd içərisində alışqan və siqaretlər olan “Arqo” markalı siqaret qutusu, həmin şalvarın sol arxa cibindən isə 4 ədəd 1 manatlıq olmaqla, ümumilikdə 4 manat pul aşkar edilmişdir. Bundan sonra üzərində əlavə olaraq hər hansı bir qadağan olunmuş əşya olubolmaması üçün baxış keçirilmiş və kənar qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra həmin siqaret, alışqan və 4 manat pul ona qaytarılmışdır. Üzərinə baxış keçirildikdən sonra təqdim etdiyi bir ədəd sellofan bükümdə içərisində kakosa bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin sellofan bükümlə birlikdə ümumi çəkisi 2 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. O, əldə edib saxladığı narkotik vasitə olan “heroin”i heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. Onun narkotik vasitə olan “heroin”i əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Bundan başqa onun narkotik vasitə aludəçisi olduğu üçün ağrıları olur. Buna görə də, yaşadığı evdən gizlin əşyalar götürüb sataraq öz ehtiyaclarını ödəmişdir. Beləki, 2021-ci il avqust-sentyabr aylarında o, yaşadıqları evdən ümumilikdə 300 ABŞ dolları, 50 euro, 500 manat nağd pul, bir ədəd 21 qram qızıl boyunbağı, bir ədəd qızıl sırğa, iki ədəd 1,5 metr uzunluğunda xalça, bir ədəd velosiped və müxtəlif növ qab-qacaqları və məişət əşyalarını müxtəlif vaxtlarda götürərək satmışdır. O, evdən gizlin götürdüyü boyunbağını Mərkəzi Univermaqda tanımadığı qızıl mağazasına 1100 manata, bir ədəd qızıl sırğanı Gəncə şəhərində yerləşən “Tağıyev Mall” adlı ticarət mərkəzinin yaxınlığında zərgərlik mağazasına 147 manata satmışdır. Xalçanın birini 10 manata “Kolxoz bazarı” adlanan yerin yaxınlığında Lidya adlı şəxsə, digərini isə tanışı Mehdi adlı şəxsə 12 manata satmışdır. Evdən götürdüyü qab-qacaqları və məişət əşyalarını həmin Lidya adlı şəxsə sataraq ümumilikdə 120 manat pul almışdır. O, bunlardan başqa evdən heç bir əşya götürməmişdir. O, yuxarıda göstərdiyi 300 ABŞ dolları, 50 euro, 500 manat nağd pul, bir ədəd 21 qram qızıl boyunbağı, bir ədəd qızıl sırğa, iki ədəd 1,5 metr uzunluğunda xalça, bir ədəd velosiped və müxtəlif növ qabqacaqları və məişət əşyalarından başqa heç bir şey götürməmişdir. Qeyd olunan digər əşyalardan onun xəbəri olmamışdır. Törətdiyi cinayət əməllərini könüllü etiraf edir, əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini və aralarında barışıq əldə olunduğunu nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai sirtintaq zamanı ifadəsi alınmış və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur. Şahlar uzun müddətdir ki, narkotik vasitə istifadə edir. O, Şahları bu əməlindən nə qədər çəkindirmək istəsə də heç bir nəticə olmamış və o, mütəmadi olaraq istifadə etməyə davam etmişdir. Şahlar narkotik vasitə istifadə etmək üçün müxtəlif yollara əl atmış, ondan, nənəsindən müxtəlif vasitələrlə pul almışdır. Onlar pul vermədikdə isə gizlin evdən pul, qızıl-zinət əşyaları və müxtəlif əşyaları oğurlayaraq satır və həmin pula özünə narkotik vasitə alaraq istifadə edir. O, Şahların narkotik vasitə istifadə etdiyinin şahidi olmasa da, həyətdən dəfələrlə şpris və limon duzu tapmışdır. Buna görə də, o, Şahların mütəmadi olaraq narkotik vasitə istifadə etdiyini anlamışdır. Şahlar çox vaxt evdə olmur, bəzən gecələr də evə gəlmir. O, işlədiyi üçün gündüzlər evdə olmur. O, evdə olmadığı müddətdə Şahlar gizlin evə gələrək evdən pul, qızıl-zinət əşyaları, müxtəlif məişət əşyaları və digər əşyalar oğurlayır. Şahlar evdən oğurluq etməyə 2021-ci ilin avqust ayından başlamışdır. 2021-ci ilin avqust ayından 2021ci ilin dekabr ayında inzibati qaydada həbs edilənədək evdən ona məxsus 1400 manat dəyərində 10 qramlıq qızıl ortalıq, 600 manat dəyərində 5 qramlıq qızıl sırğa, 700 manat dəyərində 6 qramlıq qızıl üzük, 2800 manat dəyərində 25 qramlıq qızıl boyunbağı, 400 ABŞ dolları, 500 manat pul, 50 euro, 300 manat dəyərində 1,5 metr enində 2,5 metr uzunluğunda qədimi xalçanı, iki ədəd hər biri 200 manat dəyərində 1 metr enində 2 metr uzunluğunda qədimi xalçanı, 35 manat dəyərində tefal tavanı, 8 manat dəyərində ipək şərfi, 18 manat dəyərində 6 ədəd stəkanı, 15 manat dəyərində 6 ədəd stəkanı, 22 manat dəyərində 6 ədəd stəkanı, 15 manat dəyərində 6 ədəd boşqabı, 48 manat dəyərində 12 ədəd boşqabı, 12 manat dəyərində 6 ədəd kasanı, 35 manat dəyərində bir ədəd kətan süfrəni, hər biri 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 3 ədəd alüminium ləyəni, 40 manat dəyərində tefal ütünü, 45 manat dəyərində alüminium qazanı, 20 manat dəyərində süzgəci, hər biri 8 manat olmaqla 16 manat dəyərində 2 ədəd balaca qazanı, 18 manat dəyərində 6 ədəd kasanı, 12 manat dəyərində balaca qazanı, 24 manat dəyərində orta ölçülü qazanı, hər biri 36 manat dəyərində olmaqla 72 manat dəyərində 2 ədəd çuqun qazanı, 7 manat dəyərində bir ədəd kəfkiri, 18 manat dəyərində 6 boşqabı, 6 manat dəyərində bir ədəd çayniki və 65 manat dəyərində bir ədəd elektrikli ətçəkən maşını oğurlamışdır. Şahların oğurladıqlarının dəyəri 8126 manat təşkil edir. Şahlar həmin pulları, qızılları, əşyaları hamıdan gizlin oğurlayıb aparıb satır. Onlar həmin əşyaların oğurlandığını bir qədər sonra fərqinə varmışlar. Pul və qızıl-zinət əşyaları onun yataq otağında olmuşdur. Digər əşyalar isə, mətbəxdə, anbarda və digər otaqlarda olmuşdur. Şahların həmin əşyaları oğurlaması nəticəsində ona 8126 manat məbləğində maddi ziyan dəymişdir. Həmin zaman onun işləri olduğu üçün qaynanası polisə gedərək ərizə yazmışdır. Həmçinin, qaynanasının da onlarla birlikdə yaşadığını qeyd etmişdir. Lakin oğurlanmış pullar, qızıl-zinət əşyaları və digər əşyalar ona məxsusdur və Şahların oğurluğu nəticəsində ona maddi ziyan dəymişdir. O, həmin zaman ona dəymiş ziyanı 6580 manat göstərsə də, sonradan evə baxan zaman Şahlar tərəfindən oğurlanmış bir çox əşyaları orada qeyd etmədiyini başa düşdüm. Şahların oğurluğu nəticəsində ona 8126 manat məbləğində maddi ziyan dəymişdir. Şahlar da onlarla birlikdə yaşadığı üçün evə, otaqlara və anbara daxil olmasında heç bir maneə olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Nəriman qızı da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, “Köhnə Kolxoz Bazarı” adlanan yerdə mağaza işlədir. O, həmin mağazada ikinci əl malları alıb satır. Əsasən işlənmiş ev əşyaları alıb satır. 2021-ci ilin sentyabr ayının 10-da tanımadığı bir nəfər cavan oğlan, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs yaxınlaşaraq ona ehtiyacı olduğu üçün ev əşyalarını satmaq istədiyini demişdir. O, həmin əşyaların ona məxsus olduğunu, öz evlərindən götürdüyünü, pula ehtiyacı olduğunu bildirmişdir. O, onun gətirdiyi xalça, tava və şərfə baxaraq onunla 20 manat məbləğində pula razılaşmış, bu barədə qeydiyyat aparmış və hər ikisinin imzalarla təsdiq etmişlər. 13 sentyabr 2021-ci il tarixdə Şahlar yenə mağazaya gəlmiş və bu dəfə Şahlar müxtəlif stəkanlar, boşqablar, kasalar və süfrə gətirmişdir. Bu dəfə onlar 36 manata razılaşmış, bu barədə qeydiyyat aparmış və hər ikisi imzalarla təsdiq etmişlər. Şahlar yenə də həmin əşyaların özünə məxsus olduğunu, oğurlamadığını, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Şahlar növbəti dəfə 25 sentyabr 2021-ci il tarixdə 3 ədəd alüminium ləyən və ütü gətirmişdir. Onlar 60 manata razılaşmışlar, bu barədə qeydiyyat aparmış və hər ikisi imzalarla təsdiq etmişlər. 28 sentyabr 2021-ci il tarixdə Şahlar yenə gələrək alüminium qazan, aş süzən, 2 ədəd balaca qazan və 6 ədəd kasa gətirərək satmışdır. Mən həmin əşyaların qarşılığında Şahlara 25 manat pul vermiş və yenə də bu barədə qeydiyyat aparmış və hər ikisi imzalarla təsdiq etmişlər. 03 oktyabr 2021-ci il tarixdə isə Şahlar balaca qazan, adi qazan, 2 ədəd çuqun qazan, kəfkir, 6 boşqab, çaynik və ət çəkən gətirərək 30 manata ona satmışdır. O, bu barədə qeydiyyat apararaq imzalarla təsdiq etmişdir. Şahlar həmin əşyaları öz evlərinin əşyaları olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, da qeydiyyat aparıb pulunu verib aldığı üçün heç bir problem olmadığını düşünmüşdür. Budan sonra da o, həmin əşyaları müxtəlif şəxslərə satmışdır. O, həmin əşyaları Şahların evdən gizlin götürərək satdığını bilməmişdir. Bu barədə heç bir məlumatı olmamışdır. Yalnız polis əməkdaşları ona bu barədə dedikdən sonra o bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Z.Xəlil küçəsi ev 13-də yaşayan Şahlar adlı şəxsin mütəmadi olaraq narkotik vasitə əldə edib saxlaması, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin xx.xx.1995-ci təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, bundan sonra xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, Kəpəz RPİ-nin əməkdaşı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində dayandığını görmüşlər. Həmin vaxt onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu 2-ci PŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra sonuncunun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol cibindən bir ədəd sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə olan “heroin”ə oxşar, kəskin iyli kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən 1 ədəd içərisində 1 ədəd alışqan və siqaretlər olan “Arqo” markalı siqaret qutusu, həmin şalvarın sol arxa cibindən isə 4 ədəd 1 manatlıq olmaqla ümumilikdə 4 manat pul aşkar edilmişdir. Həmin siqaret, alışqan və 4 manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyindən baxış zamanı Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə olan heroinə oxşar maddə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə ümumi çəkisinin 2 qram olması müəyyən edilmiş, zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunan həmin kütlənin “kokos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olduğunu, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində olan zaman tapdığını, istifadəçisi olduğu üçün götürdüyünü, bir qədər istifadə etdikdən sonra gələcəkdə istifadə etmək üçün üzərində saxladığını və həmin narkotik vasitəni satmaq fikrinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 09 oktyabr 2021-ci il tarixli, 16/1068 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bükümdə narkotik olan heroin.” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,864 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. “Materialın cinayət işinə birləşdirilməsi” haqqında 19 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, HK-1/2914 saylı material Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və həmin xüsusatlar üzrə əlavə istintaq hərəkətləri aparılması qərara alınmışdır. “Baxış” haqqında 16 oktyabr 2021-ci il tarixli protokoldan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş fotoşəkillərdən görünür ki, oğurluq cinayətinin törədildiyi ev ünvan 1 ünvanında yerləşir. “Cinayət əməlinin tövsif edilməsi” haqqında 02 mart 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən, həmin məcəllənin 234.1 və 177.2.4-cü maddələrinə tövsif edilərək istintaqı davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 9/2114 nömrəli rəyindən görünür ki, 10 qram çəkidə qızıl ortalıq 1300 manat, 5 qram çəkidə qızıl sırğa 350 manat, 6 qram çəkidə qızıl üzük 600 manat 25 qram çəkidə qızıl boyunbağı 2400 manat, 1,5 metr enində 2,5 metr uzunluğunda qədimi xalça 200 manat, 1 metr enində 2 metr uzunluğunda qədimi xalça hər biri 150 manat olmaqla ümumilikdə 300 manat, tefal tava 25 manat, ipək şərf 10 manat, 6 ədəd xrustal stəkan 30 manat, 6 ədəd stəkan 15 manat, 6 ədəd stəkan 15 manat, 12 ədəd boşqab dəsti 55 manat, 12 ədəd boşqab dəsti 55 manat, 6 ədəd kasa 12 manat, kətan süfrə 30 manat, 3 ədəd aliminium ləyən hər biri 40 manat olmaqla 120 manat, tefal ütü 35 manat, aliminium qazan 40 manat, süzgəc 12 manat, 2 ədəd balaca qazan hər biri 6 manat olmaqla 12 manat, 6 ədəd kasa 12 manat, balaca qazan 8 manat, balaca qazan 10 manat, orta ölçülü qazan 24 manat, 2 ədəd çuqun qazan hər biri 60 manat olmaqla 120 manat, kəfkir 3 manat, 6 ədəd boşqab 18 manat, çaynik 5 manat, elektrikli ətçəkən maşın 45 manat olmaqla 2021-ci ilin avqust-dekabr aylarına nəzəri orta bazar qiyməti nəzəri qaydada təxminən 5861 (beş min səkkiz yüz altmış bir) manat müəyyən edilir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2021-ci il tarixli, 5917 arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2021-ci il tarixli, 5431 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda dumur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 29 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3-cü maddələrinə əsasən 01 il 05 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 05 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(044)-48/2021 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CMnin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 ay 14 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs oğlu olduğu üçün onun əlehinə ifadə verməkdən imtina edir və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,864 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”i satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq ictimai təhlükəli əməli törətmiş, həmçinin 2021-ci ilin avqust ayından dekabr ayına qədər olan müddət ərzində istintaq zamanı dəqiq müəyyən edilməyən tarixdə tamah niyyəti ilə özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 8126 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində saxlanılaraq Kəpəz rayon Polis İdarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,864 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayından dekabr ayına qədər olan müddət ərzində istintaq zamanı dəqiq müəyyən edilməyən tarixdə tamah niyyəti ilə özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə yaşadığı ünvan 2 ünvanından anası Zərərçəkmiş şəxs məxsus 1400 manat dəyərində 10 qramlıq qızıl ortalıq, 600 manat dəyərində 5 qramlıq qızıl sırğa, 700 manat dəyərində 6 qramlıq qızıl üzük, 2800 manat dəyərində 25 qramlıq qızıl boyunbağı, 400 ABŞ dolları, 500 manat pul, 50 Euro, 300 manat dəyərində 1,5 metr enində 2,5 metr uzunluğunda qədimi xalçanı, iki ədəd hər biri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 1 metr enində 2 metr uzunluğunda qədimi xalçanı, 35 manat dəyərində tefal tavanı, 8 manat dəyərində ipək şərfi, 18 manat dəyərində 6 ədəd stəkanı, 15 manat dəyərində 6 ədəd stəkanı, 22 manat dəyərində 6 ədəd stəkanı, 15 manat dəyərində 6 ədəd boşqabı, 48 manat dəyərində 12 ədəd boşqabı, 12 manat dəyərində 6 ədəd kasanı, 35 manat dəyərində bir ədəd kətan süfrəni, hər biri 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 3 ədəd alüminium ləyəni, 40 manat dəyərində tefal ütünü, 45 manat dəyərində alüminium qazanı, 20 manat dəyərində süzgəci, hər biri 8 manat olmaqla 16 manat dəyərində 2 ədəd balaca qazanı, 18 manat dəyərində 6 ədəd kasanı, 12 manat dəyərində balaca qazanı, 24 manat dəyərində orta ölçülü qazanı, hər biri 36 manat olmaqla 72 manat dəyərində 2 ədəd çuqun qazanı, 7 manat dəyərində bir ədəd kəfkiri, 18 manat dəyərində 6 boşqabı, 6 manat dəyərində bir ədəd çayniki və 65 manat dəyərində bir ədəd elektrikli ətçəkən maşını, 8126 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.4 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Özgə əmlakını qanunsuz ələ keçirmə və talama işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 9 saylı Qərarının 8-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin 93-8-ci maddəsində nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə təqsirli şəxs tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israfetmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür.Mənimsəmə və ya israfetmə yolu ilə özgəsinin əmlakını talama əmlakın oğurluq yolu ilə qanunsuz götürülməsindən bununla fərqlənir ki, birinci halda təqsirli şəxs taladığı özgə əmlak barəsində ona edilmiş etibardan istifadə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən və həmin Məcəllənin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, mülkiyyət əleyhinə törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini və zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum olunması və məhkumluğu ödənilsə də, qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğunu, bundan əvvəl oğurluq cinayətini törətdiyini, cəzanı çəkib qurtadıqdan sonra islah olunmadığını və yenidən talama cinayətini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarndan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 (iyirmi bir) gün müddətinə, yəni 11 iyul 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalında həbsə alınması, həbs etmənin əvvəlinin 21 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixdən 20 gün müddətinə uzadılmışdır. Gəncə Şəhər Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə məhkəməyə verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək barəsində “həbs” qətimkan tədbiri seçilməmişdən qabaq həbsdə saxlanması müddətinin azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək 02 (iki) gün həmin cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəəli şəxs qismində həbsdə saxlandığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq, cəmi 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 1,864 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalıq çəkisi, yəni 1,814 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 82,40 (səksən iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi, 1,814 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 82,40 (səksən iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar