Məhkəmə qərarları › İş №1(125)-131/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-131/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-131/2025 11.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək məhkəmə, müəyyən e t d i: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, onun yüksək vəzifədə işləyən tanışının olmasını Zərərçəkmiş şəxs1 inandırmaqla, sonuncunun qızı Şahid4 X3 qəbul etdirməyə köməklik göstərməsini Zərərçəkmiş şəxs1 ondan xahiş etməsindən istifadə edib, Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə həmin işi 5000 manat pul müqabilində görəcəyi barədə yalan vədlər verməklə inandırıb, həmin vədinə əməl etmək və Zərərçəkmiş şəxs1 xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2023-cü ilin iyun ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə sonuncudan 5000 manat məbləğində pulu Gəncə şəhəri, Nizami prospekti 237 ünvanında yerləşən «Ramada Plaza» otelinin qarşısında aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs1 5000 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o,təkrar, tanışı Zərərçəkmiş şəxs1 onun yüksək vəzifədə işləyən tanışlarının olmasını inandırmaqla, sonuncunun arvadı Şahid3 Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 29 avqust 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanından yüksək bal toplamasında köməklik göstərməsini Zərərçəkmiş şəxs1 ondan xahiş etməsindən istifadə edib, zərərçəkmiş şəxsə məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə həmin işi 9000 manat pul müqabilində görəcəyi barədə yalan vədlər verməklə inandırıb, həmin vədinə əməl etmək və Zərərçəkmiş şəxs1 xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan ilkin olaraq 10 iyun 2023-cü il tarixdə 2000 manat pulu və 18 iyun 2023-cü il tarixdə isə 7000 manat pulu Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Nizami prospekti 237 ünvanında yerləşən «Ramada Plaza» otelinin qarşısında aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o,təkrar, tanışı Zərərçəkmiş şəxs1 ilə qabaqcadan əlbir olaraq, onların yüksək vəzifədə işləyən tanışlarının olmasını Zərərçəkmiş şəxs1 tanışı olan Zərərçəkmiş şəxs2 inandırmaqla, sonuncunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 29 avqust 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanından yüksək bal toplamasında köməklik göstərməsini Zərərçəkmiş şəxs2 onlardan xahiş etməsindən istifadə edib, sonuncuya məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmişlər və bu məqsədlə həmin işi 9000 manat pul müqabilində görəcəkələri barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs2 xeyrinə hər hansı iş yerinə yetirmək niyyətləri olmadan vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq 10 iyun 2023-cü il tarixdə 3000 manat pulu Zərərçəkmiş şəxs1 Goranboy rayonu Dəliməmmədli şəhərində, 18 iyun 2023cü il tarixdə isə Zərərçəkmiş şəxs1 yaşadığı Goranboy rayonu Qaradağlı kəndindəki evində 6000 manat pul olmaqla, ümumilikdə 9000 manat pulu Zərərçəkmiş şəxs2 alaraq,həmin tarixdə Gəncə şəhəri, Nizami prospekti 237 ünvanında yerləşən «Ramada Plaza» otelinin qarşısında aldıqları pulu Zərərçəkmiş şəxs1lə aralarında bölüşməklə aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 9000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o,təkrar, tanışı Zərərçəkmiş şəxs1 ilə qabaqcadan əlbir olaraq, onların yüksək vəzifədə işləyən tanışlarının olmasını Zərərçəkmiş şəxs1 tanışı olan Zərərçəkmiş şəxs4 inandırmaqla, sonuncunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 29 avqust 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanından yüksək bal toplamasında köməklik göstərmələrini Zərərçəkmiş şəxs4 onlardan xahiş etməsindən istifadə edib, sonuncuya məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmişlər və bu məqsədlə həmin işi 9000 manat pul müqabilində görəcəkələri barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs4 xeyrinə hər hansı iş yerinə yetirmək niyyətləri olmadan vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq 10 iyun 2023-cü il tarixdə 3000 manat pulu Zərərçəkmiş şəxs1 Goranboy rayonu Dəliməmmədli şəhərində, 18 iyun 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 yaşadığı Goranboy rayonu Qaradağlı kəndindəki evində 6000 manat pul olmaqla, ümumilikdə 9000 manat pulu Zərərçəkmiş şəxs4 alaraq,həmin tarixdə Gəncə şəhəri, Nizami prospekti 237 ünvanında yerləşən «Ramada Plaza» otelinin qarşısında aldıqları pulu Zərərçəkmiş şəxs1lə aralarında bölüşməklə aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 9000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o,təkrar, tanışı Zərərçəkmiş şəxs1 ilə qabaqcadan əlbir olaraq, onların yüksək vəzifədə işləyən tanışlarının olmasını Zərərçəkmiş şəxs1 tanışı olan Zərərçəkmiş şəxs3 inandırmaqla, sonuncunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 29 avqust 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanından yüksək bal toplamasında köməklik göstərməsini Zərərçəkmiş şəxs3 onlardan xahiş etməsindən istifadə edib, sonuncuya məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmişlər və bu məqsədlə həmin işi 9000 manat pul müqabilində görəcəkələri barədə yalan vədlər verməklə inandırıb, həmin vədlərinə əməl etmək və Zərərçəkmiş şəxs3 xeyrinə hər hansı iş yerinə yetirmək niyyətləri olmadan vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq 10 iyun 2023-cü il tarixdə 3000 manat pulu Zərərçəkmiş şəxs1 Goranboy rayonu Dəliməmmədli şəhərində, 18 iyun 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 yaşadığı Goranboy rayonu Qaradağlı kəndindəki evində 6000 manat pul olmaqla, ümumilikdə 9000 manat pulu Zərərçəkmiş şəxs3 alaraq, həmin tarixdə Gəncə şəhəri, Nizami prospekti 237 ünvanında yerləşən «Ramada Plaza» otelinin qarşısında aldıqları pulu Zərərçəkmiş şəxs1lə aralarında bölüşməklə aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 9000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə verilmiş ittihamda nəzərdə tutulan cinayətlərdən ən çoxunun Goranboy rayonu ərazisində baş verdiyindən və cinayət işinə baxılmasının Gəncə Şəhər Məhkəməsinə aid olmadığından işin aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Gəncə Şəhər Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 69-cu maddəsinin tələbinə əsasən Rayon (şəhər) məhkəmələri birinci instansiya məhkəmələri qismində fəaliyyət göstərməklə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə və digər materiallara baxır, һər bir rayon (şəhər) məhkəməsinə isə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir; 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinin tələbinə əsasən cinayət işinin məһkəmənin icraatına qəbul edilməsi məsələsi һəll edilərkən onun məһkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məһkəməyə daxil olmuş cinayət işinin һəmin məһkəməyə aid olmadığı müəyyən edildikdə, məһkəmə onu aidiyyəti üzrə göndərməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, cinayət işi üzrə verilmiş ittihamda nəzərdə tutulan cinayətlərin daha çoxu, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ehtimal olunan cinayət hadisəsi məhz Goranboy rayonu ərazisində baş verdiyindən cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçt vasitəsi ilə göndərilməsi təmin edilsin. Hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar