Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-132/2022 27.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şəmkir rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işsiz, Şəmkir rayonu, Muxtariyə kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi VAZ 2107 markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Nizami küçəsində hərəkətdə olan zaman onun avtomobilinin qarşısında hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2106 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin qəza şəraiti yaratması səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs üst dodaq nahiyəsinə qəsdən əli ilə vuraraq, üst dodağın əzilmiş yarası ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımır. 14 iyun 2022-ci il tarixdə, təxminən saat 13 radələrində idarə etdiyi VAZ 2107 markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri Nizami küçəsi ilə hərəkətdə olan zaman onun avtomobilinin qarşısında hərəkət edən VAZ 2106 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol hərəkət qaydasını pozaraq idarə etdiyi avtomobili onun avtomobilinin qarşısına çəkmişdir. Bu zaman avtomobildə olan həyat yoldaşı Gülnar və 3 yaşlı uşağı Mustafa həyacanlandığı üçün əsəbiləşmiş və həmin avtomobilə səs siqnalından istifadə edərək “nə etmək istəyirsən” demişdir. Həmin vaxt VAZ 2106 markalı avtomobilin sürücüsü əl hərəkətini nümayiş etdirib onu günahkar hesab etmişdir. Təqsirləndirilən şəxs ona avtomobili saxlamasını bildirmiş və həmin avtomobil dayandıqdan sonra avtomobilindən düşüb ona yaxınlaşmışdır. O, həmin sürücüyə irad tutub, onun avtomobilində ailə üzvlərinin olduğunu və nəyə görə onlara həyəcan yaşatdığını demişdir. Həmin vaxt sürücünün qarşıda avtomobil getməsini bəhanə gətirməsi onu əsəbləşdirmiş və o, əli ilə onun ağız nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, öz avtomobilinə oturub hadisə yerindən getmişdir. Hazırda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. 14 iyun 2022-ci il tarixdə, təxminən saat 13 radələrində o, özünə məxsus VAZ 2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Nizami prospektində 41 saylı orta məktəbin qarşısı ilə hərəkət edərkən yolun hərəkət hissəsində qazıntı işləri olduğundan o, avtomobili yavaş sürətlə idarə etmiş və bu zaman VAZ 2107 markalı avtomobilin sürücüsü siqnal verərək, əl hərəkəti ilə ona avtomobili saxlamasını işarə etmişdir. O da avtomobili yolun kənarında saxlamış və bu zaman VAZ 2107 markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü, yəni Təqsirləndirilən şəxs öz avtomobilini onun avtomobilinin qarşısında saxlayaraq avtomobildən düşmüş və onun avtomobilinə tərəf gəlmişdir. Həmin vaxt o, öz avtomobilinin sükanının arxasında oturmuşdur. Təqsirləndirilən şəxs ona irad tutaraq demişdir ki, öz avtomobilini nəyə görə onun avtomobilinin qarşısına çəkmişdir. Həmin vaxt o, üzrxahlıq etmək istəyərkən Təqsirləndirilən şəxs onu oturduğu oturacağın arxasında pəncərədən yumuruqla vuraraq, ona xəsarət yetirdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsin barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, 531 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - üst dodağın əzilmiş yarası - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş zərər ödənilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş zərəri tam ödəmiş və barəsində olan cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinindən təqdim olunmuş 351-5062R-3222 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-132/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-132/2022
27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver