Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-132/2024 01.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi fərdi qaydada faəliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu niyyətlə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2015-ci il tarixli 9 ş/h №-li əmri ilə Gəncə şəhəri Baş Polis İdarəsinin Post-patrul xidməti taborunun polis nəfəri vəzifəsinə təyin olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli Ə197 ş/h-120-22 №-li əmrlə Gəncə şəhər Baş Polis İdarəsinin Müvəqqəti saxlama yerinin mühafizəsi üzrə polis nəfəri vəzifəsindən azad olunaraq qeyd olunan dövr ərzində 28 oktyabr 1999-cu il tarixli “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsininin tələblərinə uyğun olaraq, ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq, törədilmiş cinayətləri açmaq, cinayətkarları aşkara çıxarmaq və tutmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq və digər səhaliyyətlərə malik vəzifəli şəxs kimi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə, qeyd olunan vəzifədə işləməklə əlaqələrinin olduğunu bildirməklə tanışı Zərərçəkmiş şəxs1 Gəncə Şəhər Məhkəməsində dəftərxanada işə düzəldəcəyini bildirərək, sonuncudan 2022-ci ilin aprel ayının istintaqa məlum olmayan günündə Gəncə şəhəri, X11 prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən “Al market”-in yanında 1.500 (bir min beş yüz) manat, daha sonra 2022-ci ilin aprel ayında istintaqa məlum olmayan tarixlərdə və yerlərdə hissə-hissə olmaqla ümumilikdə N (bir min) manat, daha sonra istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhəri 2-ci Polis Şöbəsinin yanında 1.500 (bir min beş yüz) manat, daha sonra istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən Füzuli parkında 500 (beş yüz) manat, daha sonra Zərərçəkmiş şəxs1 Gəncə Apellyasiya Məhkəməsində dəftərxanada işə düzəldəcəyinə dair yalan vəd verərək sonuncudan 27 iyun 2022-ci il tarixdə Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən Füzuli parkında 1.000 (bir min) manat, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Atatürk prospekti 440 ünvanında yerləşən Gəncə Şəhər Məhkəməsinin yanında 1.000 (bir min) manat, istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri Atatürk prospketində yerləşən Xan bağı ərazisində 500 (beş yüz) manat, daha sonra Zərərçəkmiş şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsində dəftərxanada işə düzəldəcəyinə dair yalan vədlər verərək 2022-ci ilin dekabr ayının 23-dən 30-a qədər istintaq məlum olmayan yerlərdə hissə-hissə olmaqla ümumilikdə 3000 (üç min) manat, 2022-ci ilin dekabr ayının 30-da X12 prospekti ilə X7 prospektinin kəsişməsində olan Gəncə şəhəri avtobus qarajı adlanan yerdə 1.500 (bir min beş yüz) manat, 2023-cü ilin yanvar ayının 5-də Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən Füzuli parkında 2.500 (iki min beş yüz) manat, 2023-cü ilin yanvar ayının 7-si Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən Füzuli parkında 1.000 (bir min) manat, 2023-cü ilin yanvar ayının 10-dan 16-na qədər istintaqa məlum olmayan tarixlərdə və yerlərdə hissə-hissə olmaqla ümumilikdə 3.500 (üç min beş yüz) manat, 2023-cü ilin istintaqa məlum olmayan günündə Gəncə şəhəri, Xaqani küçəsində yerləşən N №-li hərbi hissənin yaxınlığında N (bir min) manat, 2023-cü ilin istintaqa məlum olmayan günündə Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən Füzuli parkında 500 (beş yüz) manat olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə əlaqələrinin olduğunu bildirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə aralarında yaranmış inam və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya mövcud geniş əlaqələrindən istifadə edərək dərman alqı-satqısı ilə məşğul olduğunu və pul verəcəyi halda dərman satışından ortaq pul əldə edəcəklərini bildirərək 11 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 3 ünvanında yerləşən “Spar” marketdə yerləşən pul köçürülməsi üçün istifadə olunan "xxxx" terminalından özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 500 (beş yüz) manat, 19 aprel 2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən “Nəvəmin” marketində yerləşən pul köçürülməsi üçün istifadə olunan "xxxx" terminalından Şahid4 məxsus Unibank ASC-yə aid son 8 rəqəmi 78907908 olan “Leo bank” plastik kartına 650 (altı yüz əlli) manat, 22 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən “Murad” marketdə yerləşən pul köçürülməsi üçün istifadə olunan "xxxx" terminalından özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 500 (beş yüz) manat, 23 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsi, Azərbaycan əsgəri küçəsində “Fama” marketdə yerləşən pul köçürülməsi üçün istifadə olunan "xxxx" terminalından özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə N (bir min) manat, 26 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən “Murad” marketdə yerləşən pul köçürülməsi üçün istifadə olunan "xxxx" terminalından özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 400 (dörd yüz) manat, 26 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən “Murad” marketdə yerləşən pul köçürülməsi üçün istifadə olunan "xxxx" terminalından özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 100 (yüz) manat, 29 aprel 2023-cü il tarixdə Gəncə şəhəri Heydər Əliyev prospektində olan Rabitə bank ASC-nin Gəncə filialının yanında yerləşən pul köçürülməsi üçün istifadə olunan "xxxx" terminalından özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 450 (dörd yüz əlli) manat, 01 may 2023-cü il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospekti 3 ünvanında yerləşən “Spar” marketdə yerləşən pul köçürülməsi üçün istifadə olunan "xxxx" terminalından özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 750 (yeddi yüz əlli) manat, 10 may 2023-cü il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən “Murad” marketdə yerləşən pul köçürülməsi üçün istifadə olunan "xxxx" terminalından özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 1500 (min beş yüz) manat, 12 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 4169 7377 0571 6963 nömrəli “Birbank” plastik kartının ******************** nömrəli hesab nömrəsindən özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 500 (beş yüz) manat, 13 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 4169 7377 0571 6963 nömrəli “Birbank” plastik kartının ******************** nömrəli hesab nömrəsindən özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 450 (dörd yüz əlli) manat, 24 may 2023-cü il tarixdə Gəncə şəhəri Heydər Əliyev prospektində olan "xxxx" ASC-nin Gəncə filialının yanında yerləşən pul köçürülməsi üçün istifadə olunan "xxxx" terminalından özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 1000 (min ) manat, 28 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 4169 7377 0571 6963 nömrəli “Birbank” plastik kartının ******************** nömrəli hesab nömrəsindən özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 600 (altı yüz) manat və 11 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 4169 7377 0571 6963 nömrəli “Birbank” plastik kartının ******************** nömrəli hesab nömrəsindən özünə məxsus olmaqla istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 nömrəli “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olmaqla 2023-cü ilin aprel ayının 11-dən həmin ilin iyun ayının 11-dək olan müddət ərzində cəmi 8.900 (səkkiz min doqquz yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin (qismən), zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 02 fevral 2015-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək X4 polis nəfər kimi xidmət etmiş, 18 iyul 2022-ci il tarixdə isə DİO-dan xaric edilmişdir. Zərərçəkmiş şəxs1 təxminən 2020-ci il tarixdən tanıyır və münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 təklif etmişdir ki, Vaqif Ağacanov adlı şəxs var, həmin şəxs onun dayısıdır və onu Gəncə şəhər məhkəməsində 3-4 aya dəftərxanada işə düzəldə bilər. Zərərçəkmiş şəxs1 yaşının keçdiyini və ehtiyaclarının olduğunu bildirərək onu işə düzəltməyini bildirmişdir. Bundan sonra 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 ilə Gəncə şəhəri X11 prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən “Al” marketin yanında görüşərək 1500 (min beş yüz) manat pulu götürmüş və ona bildirmişdir ki, sənədlərini hazırlasın vaxtı çatanda ona xəbər edəcək. Bundan sonra aprel ayında hissə-hissə olmaqla ümumilikdə 1000 (min) manat pulu müxtəlif bəhanələrlə Zərərçəkmiş şəxs1 almışdır. Daha sonra Zərərçəkmiş şəxs1 sənədlərin toplanılmasında yenə pul lazım olduğunu bildirərək, Gəncə şəhəri 2-ci Polis Şöbəsinin yanında 1500 (min beş yüz) manat pul ondan almışdır. Bundan sonra işininin düzələcəyini və xəbər gözləməsini bildirmişdir. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 yalandan demişdir ki, sənədlərində səhvlik var və əlavə olaraq 500( beş yüz) manat pul lazımdır. Bundan sonra Zərərçəkmiş şəxs1lə Gəncə şəhəri Füzuli parkında görüşərək 500 manat pul almışdır. Pulu aldıqdan sonra Zərərçəkmiş şəxs1 bildirmişdir ki, guya aldığı pulu sənədlərdəki səhvliyin aradan qaldırılması üçün verəcəkdir. Bundan sonra Zərərçəkmiş şəxs1 aldadaraq Gəncə şəhər Məhkəməsinin sədrinin dəyişdiyini və dayısı olduğunu deyərək adını çəkdiyi Vaqif Ağacanov adlı şəxsin Gəncə şəhərinə gələrək özünün Ruslanla şəxsən görüşəcəyini və Gəncə Apellyasiya Məhkəməsində işə düzəldəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Gəncə Apellyasiya Məhkəməsində işə düzəlmək üçün əlavə olaraq 1000 (min) manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Füzuli parkında 1000 (min) manat pulu Zərərçəkmiş şəxs1 almışdır. Bir müddətdən sonra Zərərçəkmiş şəxs1 demişdir ki, Apellyasiya Məhkəməsində maaş Gəncə şəhər Məhkəməsindəki maaşdan çox olduğuna görə əlavə olaraq 1000 (min) manat pul istəyirlər. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1lə Gəncə şəhər Məhkəməsinin yanında görüşərək ondan 1000 ( min) manat pulu almışdır. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 onun işini qabağa salmaqda ötrü 500 (beş yüz) manat şirinlik lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1lə Gəncə şəhəri Xan bağı ərazisində 500 ( beş yüz) manat pulu götürmüş və işinin hazır olduğunu və 1-2 gün gözləməyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ondann işinin nə yerdə olduğunu soruşduqda ona sentyabr ayını gözləməyini və sentyabrda Vaqif Ağacanov adlı şəxsin Gəncə şəhərinə gələrək onu şəxsən Gəncə Apellyasiya Məhkəməsində təqdim edəcəyini bildirmişdir. 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 onla mütəmadi olaraq əlaqə saxladıqda ona müxtəlif bəhanələr gətirərək işinin biraz uzandığını və oktaybr ayının sonu, noyabr ayının əvvəlinə qədər çəkəcəyini bildirmişdir. Noyabr ayının əvvəlində Zərərçəkmiş şəxs1 ona ya onun işi düzəltməyini yada ki, pulunu geri qaytarmağını bildirmişdir. Oda Zərərçəkmiş şəxs1 yalandan demişdir ki, Vaqif Ağacanovla danışsın ona xəbər edəcək. Bundan sonra Zərərçəkmiş şəxs1 bildirmişdir ki, verdiyi pullar yerindədir, narahat olmasın onu Gəncə Ağır Cinayətlər Məhkəməsində işə düzəldəcək və Ağır Cinayətlər Məhkəməsində maaşın daha yüksək olduğundan əlavə olaraq pul lazımdır. Dekabr ayında Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 3000 (üç min) manat pulu komisiyya üçün, dövlət rüsumu üçün və yaşının ötdüyü üçün müxtəlif bəhanələrlə müxtəlif yerlərdə almışdır. 2022-ci ilin dekabr ayının son günlərində Ruslana yalandan Mətləb adlı uydurma ad deyərək pulun ona çatacağını bildirmiş və Ruslandan 1500 (min beş yüz) manat pulu “Avtobus qarajı” adlanan yerdə almışdır. Bundan sonra 2023-cü ilin yanvar ayının əvvəlində Zərərçəkmiş şəxs1 aldadaraq guya ki, Mətləb müəllim deyir ki, pul azdır əlavə olaraq pul lazımdır. Yanvar ayının 5-i Ruslanla Gəncə şəhəri Füzuli parkında 2500 (iki min beş yüz) manat pulu ondan götürmüşdür. Növbəti gün sənədlərdə çatışmazlığın olduğunu bildirərək yenidən pul lazım olduğunu bildirmiş və Zərərçəkmiş şəxs1 1000 (min) manat pul istəmişdir. Yanvar ayının 7-si Ruslandan 1000 (min) manat pulu Gəncə şəhəri Füzuli parkında ondan götürmüş və Ruslana bildirmişdir ki, narahat olmasın fevral ayından işə çıxacaq. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 demişdir ki, forma üçün, vəsiqəsinin adı səhv getdiyindən yeni vəsiqənin hazırlanması üçün, fevral ayında işə tez çıxmağı üçün və sair digər bəhanələr gətirərək ondan yanvar ayının 10-dan 16-dək müxtəlif yerlərdə və vaxtlarda 3500 (üç min beş yüz) manat pulu almışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 işinin hazır olduğunu və komissiyaya görə 1000 (min) manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1lə Gəncə şəhəri N №-li hərbi hissənin yaxınlığında görüşərək 1000 (min) pulu Ruslandan almışdır. Son olaraq isə Gəncə şəhəri Füzuli parkında Zərərçəkmiş şəxs1 şirinlik kimi 500 (beş yüz) manat pulu almışdır. Zərərçəkmiş şəxs1 işinin düzəlmədiyini gördükdə ondan pulunu istəmişdir. O da pulunu geri qaytaracağını və gözləməyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1lə daim əlaqə saxladıqda Zərərçəkmiş şəxs1 ondan pulunu geri istəmiş, özü isə müxtəlif bəhanələr gətirərək yaxın müddət ərzində qaytaracağını bildirmişdir. Bir müddət keçdikdən sonra xatırlamadığı zaman da Zərərçəkmiş şəxs1 zəng edərək dayısı və anası ilə onların evində olduğunu və evə gəlməyini bildirmişdir. Evə gələn zaman Ruslan, onun anası Şahid2 və dayısı Füzuli Mehtiyevin onlarda olduğunu görmüşdür. Onlar evdə atası Şahid3 onun Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirməyi barədə məlumat vermişlər. O, gəldikdən sonra Şahid2 nə haqq-hesabınız varsa gəlin həll edin və pulu qaytarmağını bildirmişdir. O da 20 gün vaxt lazım olduğunu və vaxt qazanmaq üçün Əhməd adlı uydurma şəxsin işi düzələcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 nə işin düzəldiyini nə də ki, pulunun qaytarılmadığını gördükdə yenidən onarın evinə gəlmişlər. Həmin vaxt o, yenə evdə olmamış və Zərərçəkmiş şəxs1 ona zəng etmişdir ki, evə gəlsin. Evə gəldkdə Zərərçəkmiş şəxs1 və Şahid1 onların evində idilər. Biraz danışdıqdan sonra Zərərçəkmiş şəxs1 özünə məxsus mobil telefonla onu videoyaya çəkərək 20000 (iyirmi min) manat pulu işə düzəltmək adı ilə ondan aldığını etiraf etməyi ilə bağlı videoya çəkmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 onla dəfələrlə əlaqə saxlasada müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır.Həmin məbləğdən 2500 manat pulu Zərərçəkmiş şəxs1 qaytarmışdır. Qalmış məbləği isə ödəməyə maddi imkanı yoxdur. İş üzrə digər Zərərçəkmiş şəxs2 isə 8.900 manat borcu olsa da ondan həmin pulu iş qurmaq adı ilə deyil borc kimi almışdır və onun dərman işi ilə bağlı hər hansı əlaqəsi yoxdur. Belə ki, o, Leylanı dərman gətirib Gəncə şəhərində satacaqları ilə bağlı aldadıb pulunu almamışdır. O sadəcə Zərərçəkmiş şəxs2 aldığı pulu borc kimi götürmşdür. Hal-hazırda həmin məbləği qaytarmağa maddi imkanı yoxdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır, təxminən 2-3 il əvvəl tanışı köhnə polis əməkdaşı Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında ona tanışlarının olduğunu bildirmiş və dayısı Vaqif Ağacanov adlı şəxsin onu Gəncə şəhər məhkəməsində dəftərxanada işə düzəldə biləcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, əgər istəsə 3-4 aya işə düzələcək, o da Təqsirləndirilən şəxslə razılaşmışdır. O, ilk olaraq 2022-ci ilin aprel ayında 1500 (min beş yüz) manat pulu Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən”Al market”-in yanında təqdim etmişdir. Daha sonra aprel ayında hissə-hissə olmaqla ümumilikdə 1000 (min manat) pulu müxtəlif yerlərdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs sənədlərin toplanması üçün pul lazım olduğunu bildirərək 1500 ( min beş yüz) manat pulu Gəncə şəhər 2-ci Polis Şöbəsinin yanında ona vermişdir. Bu müddətdə Təqsirləndirilən şəxs işinin düzələcəyini narahat olamamağını bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs pulun azlıq təşkil etdiyini və pul lazım olduğu bildirmiş, o, da həmin tarixdə Gəncə şəhəri “Pasyolka” adlanan ərazidə olan M.Füzuli parkında 500 (beş yüz) manat pulu Elşənə vermişdir. Bundan sonra Elşən Gəncə şəhər Məhkəməsində sədrin dəyişdiyini bildirmiş və Gəncə Apellyasiya Məhkəməsinə işə düzəldəcəyini bildirmişdir. Daha sonra isə Apellyasiya Məhkəməsinə düzəltmək üçün əlavə pulun lazım olduğunu demiş, xx.xx.2023-cü il tarixdə o, 1000 (min) manat pulu götürərək Gəncə şəhəri M.Füzuli parkına gedərək orada Elşənlə görüşmüş və 1000(min) manat pulu ona vermişdir. Elşən bir müddət sonra Gəncə Apellyasiya Məhkəməsi ilə Gəncə şəhər Məhkəməsindin arasında fərq olduğu deyərək əlavə olaraq yenə 1000 (min) manat pul lazım olduğunu bildirmişdir. O da xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhkəməsinin yanında Elşənə 1000 (min) manat pulu vermişdir. Daha sonra işlərin görülməsi ilə bağlı 500 ( beş yüz) manat şirinlik istədikdə o da 500 (beş yüz) manat pulu Elşənə Gəncə şəhəri “Xan bağı” parkı ərazisində vermişdir. Bundan sonra Elşən ona sentyabr ayında işə çıxacağını və dayısı Vaqif Ağacanov adlı şəxsin gəlib onu şəxsən Gəncə Apellyasiya Məhkəməsində təqdim edəcəyini bildirmişdir. 2022-ci ilin sentyabr ayında Elşənə işin nə yerdə olduğunu soruşduqda, işin hələ uzandığını və oktyabr ayının sonu, noyabr ayının əvvəllərində işə çıxacağını demişdir. Noyabr ayında ayında yenidən Elşənə demişdir ki, ya pulunu qaytarsın ya da işini düzələtsin. Elşən ona dayısı Vaqif Ağacanovla dəqiqləşdirib ona dəqiq məlumat vərəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, onun verdiyi pullar yerindədir, narahat olmasın və onu Gəncə Ağır Cinayətlər Məhkəməsində dəftərxanada yer olduğu üçün dayısı Vaqif Ağacanov orada işə düzəldəcək. Gəncə Ağır Cinayətlər Məhkəməsində maaş yüksək olduğu üçün və onun verdiyi 7000( yeddi min) manat pul az olduğu üçün əlavə pul lazım olduğu bildirmişdir. Bundan sonra Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə 2022-ci ilin dekabr ayının 23-dən 30-na qədər ümumilikdə 3000 (üç min) manat olmaqla hissə-hissə 600(altı yüz) manat dövlət rüsumu üçün, 1000 (min manat) komissiya üçün, 1000(min) manat yaşının ötdüyü üçün, 400 (dörd) yüz manat pulu da VÖEN-nin açılması və vəsiqəsinin hazırlanmağı üçün vermişdir. Təqsirləndirilən şəxs dekabr ayının 30-u Gəncə Ağır Cinayətlər Məhkəməsində Mətləb adlı şəxsə çatacağını bildirərək 1500 ( min beş yüz) manat pul istəmişdir. O, həmin pulu Gəncə şəhəri ərazisində yerləşən “avtobus qarajı” adlanan yerdə Elşənə vermişdir. Bundan sonra Elşən hər şeyin qaydasında olduğunu, dayısı Vaqif Ağacanovun nəzarət etdiyini bildirmişdir. Daha sonra 2023-cü ilin yanvar ayının 4-də Elşən bildirmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Mətləb müəllim pulun az olduğunu bildirmiş, ona görə də 2500 (iki min beş yüz) manat pul lazım olduğunu demişdir. O da növbəti gün yanvar ayının 5-i Gəncə şəhəri, M.Füzuli adına parkda 2500 (iki min beş yüz) manat pulu Elşənə vermişdir. Növbəti gün Elşən sənədlərdə çatışmazlıq olduğuna görə 1000 (min) manat pul istəmişdir. O da 07 yanvar 2023-cü il tarixdə yenidən Gəncə şəhəri, M.Füzuli adına parkda 1000 (min) manat pulu Elşənə vermişdir. Elşən ona demişdir ki, fevral ayında işə çıxassan, o vaxta qədər sənədlərin toplandığını bildirmişdir. Bundan sonra forma pulu, fevral ayında işə tez çıxmağı üçün, vəsiqədə adının səhv getdiyi üçün və yeni vəsiqənin hazırlanması üçün yenidən pul lazım olduğunu bildirmişdir. Ümumilikdə 10 yanvar 2023-cü il tarixdən 16 yanvar 2023-cü il tarixədək Elşənə bunlarla bağlı 3500 (üç min beş yüz) manat pul vermişdir. Elşən ondan son olaraq 1000 (min) manat komissiya üçün pul istəmiş, onda anasının qızıllarını lombarda qoyub götürdüyü pulların üstünü düzəldib 1000 (min) manat pulu Gəncə şəhəri Xaqani küçəsində yerləşən 230№-li hərbi hissənin yaxınlığında Elşənə vermişdir. Bundan başqa dəftərxanaya vermək üçün, kart üçün, dərəcə və.s şeylər üçün ümumilikdə 500 (beş yüz) manat pul vermişdir. Fevral ayında işinin nə yerdə olduğu soruşduqda Elşən yaxşı olacağını və düzələcəyini bildirmişdir. O da işi dediyi vaxtdan ötdüyü üçün istəmədiyini və pulunu geri qaytarmasını bildirmişdir. Elşən ona səbrli olmağını və pulu qaytaracağını bildirmişdir. Ondan yaxınları işin nə yerdə olduğunu soruşduqda o, Təqsirləndirilən şəxs onu aldadaraq işə düzəltmədiyini bildirmişdir. Bundan sonra dayısı Fizuli Mehdiyev, anası Şahid2 və o, Elşəngilin evinə getmişlər. Evlərinə getdikdə Elşənin atası Şahid3 və Elşənin həyat yoldaşı evdə olmuşdur. Biraz keçdikdən sonra Elşənin özü evə gəlmiş və daha sonra dayısı Şahid3 baş verənləri danışdıqda Şahid3 heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. Həmin vaxt Elşən 20 gün vaxt lazım olduğunu və işi düzəldəcəyini bildirmişdir. Bu müddət ərzində Elşənlə əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda Elşən ona Əhməd adlı şəxsin nömrəsini vermiş və Əhmədin işləri həll edəcəyi demişdir. Bu müddət ərzində Əhmədlə əlaqə saxladıqda ona “narahat olmamağını və həll edəcəyini” bildirmişdir. Elşən yenidən onları aldatdığı üçün dayısı və o Elşəngilin evinə getmişlər. Onlara getdikdə həmin zaman Elşən evdə olmamış, o Elşənə zəng edərək onlarda olduğunu və evə gəlməsini bildirmişdir. Elşən evə gəldikdən sonra bildirmişdir ki, iş düzəlmir, onun pulunu geri qaytaracaq. O, bu zaman Elşəni özünə məxsus “Samsung” markalı telefonla videoyaya çəkmişdir. Videoda Elşən pulunu geri qaytaracağını bildirmiş və vaxt istəmişdir. Elşən ona 2023-cü ilin iyun ayında 1200 (min iki yüz) manat pulunu geri qaytararaq qalan məbləği isə geri qaytaracağını bildirmişdir. Daha sonra isə 1300 manat daha ödəniş etmişdir. Halhazırda Elşən Vəliyevin ona 17500 manat ödənilməmiş pulu qalmışdır. Mülki iddianın həmin məbləğdə təmin edilməsini və təqsirləndirilən Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda Daşkəsən rayon İncəsənət məktəbində müəllimə kimi pedaqoji fəaliyyətlə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onunla qonşuluqda birgə yaşayır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında onu görərkən onunla birlikdə şərikli iş qurmağı təklif etmişdir. O, da şifahi şəkildə onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhərindən dərman preparatları gətirib, Gəncədə depolara paylayıb, həmin dərman preparatlarını satacaqlarını ona bildirmiş və bunun üçün də pul lazım olduğunu bildirərək, ondan hissə-hissə pullar almağa başlamışdır. Onun dediklərinə inanıb onun təqdim etdiyi Unibankın nəzdində olan Leo banka məxsus 4098 5844 6834 7255 nömrəli kart hesabına təxminən 2023-cü ilin aprel ayında günlərini dəqiq xatırlamadığı vaxtlarda ilk öncə 450 manat, daha sonra 750 manat, 1000 manat, 100 manat, 400 manat, 500 manat, 1500 manat, 500 manat, 1000 manat, son olaraq isə leo banka məxsus kartın son 8 rəqəmi “7890 7908” olan Şahid4 məxsus olan kart nömrəsinə 650 manat məbləğdə pulu göndərməklə ümumilikdə həmin məqsədlə 6850 manat pul göndərmişdir. Bundan sonra yenə eyni məqsədlə Təqsirləndirilən şəxs şəxsi bir bank hesabından onun göndərdiyi Leo banka məxsus 4098 5844 6834 7255 nömrəli kart hesabına xx.xx.2023 cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 500 manat məbləğdə pulları göndərmişdir. Həmin bir bank hesabından çıxarışı da təqdim edə bilər. Bundan sonra Elşən hər dəfə ona dərman preparatlarının bu gun gələcəyini, sabah gələcəyini bildirmiş, əslində isə pulları hər dəfə mənimsəyib şəxsi ehtiyacları üçün xərcləyirmiş. Bundan sonra Elşənlə Solmaz adlı Rəfiqəsinin evində görüşən zaman Elşən ona 2 gün ərzində dərman preparatları gətirmək üçün ona verdiyi pulları geri qaytaracağını bildirmiş və ondan polisə getməməyini xahiş etmişdir. O, isə 2 gün gözləmiş, daha sonra evlərinə gedərək onun Elşənə verdiyi pullarını geri qaytarmağını tələb etsə də, onun pullarını qaytaracağını bildirərək, səbirli olub gözləməyini bildirmişdir. O, isə Elşənin yalan söylədiyini görərək polisə müraciət etmişdir. Ona dəymiş ziayndan heç bir ödəniş edilməmişdir. Ümumilikdə ona 8900 manat maddi ziyan dəymişdir. Mülki iddiasının tam şəkildə təmin edilməsini və təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzaq qohumu kimi tanıyır, belə ki, Elşənin babası ilə onun atası xalaoğludular. Zərərçəkmiş şəxs1 isə onun bacısı oğludur. Təxminən 2022-ci ilin noyabr-dekabr aylarında Ruslan ona işə düzələcəyini bildirərək pul lazım olduğunu demişdir. Ruslandan harada işə düzəlməyini soruşduqda Ruslan məhkəmədə bir nəfər şəxsin onu işə düzəldəcəyini bildirmişdir. Ruslan ondan birinci dəfə 1000 (min) manat pul istəmiş, o, da 1000 (min) manat pulu Ruslana vermişdir. Təxminən həmin vaxtdan 10 gün sonra Ruslan ona işinin düzəldiyini və şirinlik istədiklərini, 2500 (iki min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. O, da dostundan 2500 (iki min beş yüz) manat borc pul alaraq iki gündən sonra Ruslana vermişdir. O, 2500 (iki min beş yüz) manat pulu Ruslana verdikdə hara düzəlməyini soruşduqda X9 Cinayətlər Məhkəməsində dəftərxanda işə düzələcəyini bildirmişdir. Ruslan təxminən 10 gündən sonra yenə onlara gələrək yaşının ötdüyü üçün işə düzəlməyində problem olduğunu, buna görə də əlavə olaraq yenə 1000 (min) manat pul lazım olduğunu bildirmişdir. O, Ruslandan işə düzəlməkdə köməklik edən şəxsin kim olduğunu soruşduqda Ruslan ona Elşən adlı şəxs olduğunu, onun polis olduğunu bildirmişdir. Lakin o, Elşənin atasınn xalası oğlunun nəvəsi olan Təqsirləndirilən şəxs olduğunu bilməmişdir. Bundan sonra o, Ruslana 1000 (min) manat pul vermişdir. Daha sonra o, Ruslandan bir neçə dəfə işinin nə yerdə olduğunu soruşduqda, Ruslan ona işlərin qaydasında olduğunu, tezliklə işə düzələcəyini bildirmişdir. Həmçinin Ruslan 2022-ci ilin dekabr ayının sonlarında onun yaşadığı evə gələrək ondan pulunun olub-olmadığını soruşaraq ondan yenidən pul istəsə də, o, Ruslana pulunun olmadığını bildirmişdir. 2023-cü ilin fevral ayının sonlarına qədər Ruslandan işinin nə yerdə olduğunu soruşduqda, Ruslan ona işlərinin düzələcəyini bildirmişdir. Lakin 2023-cü ilin fevral ayının sonlarında Ruslan onunla görüşən zaman Elşən adlı şəxsin onu işə düzəltmədiyini və ondan onu işə düzəltmək adı ilə aldığı 20000 (iyirmi min) manat pulu geri qaytarmadığını bildirdirərək onunla birlikdə Elşən adlı şəxsin yaşadığı evə getməyini xahiş etmişdir. O, Elşən adlı şəxsin kimliyini maraqlanan zaman Elşənin qohumu olduğunu bilmişdir. Bundan sonra o, Ruslan və bacısı Şahid2 ilə birlikdə Elşən adlı şəxsin yaşadığı evə yollanmışlar. Elşən adlı şəxsin yaşadığı evə daxil olduqdan sonra atası Şahid3lə görüşmüş və olanlar barədə ona məlumat verərək pulun geri qaytarılmasında köməklik etməsini xahiş etmişdir. Lakin Şahid3 heç bir köməklik edə bilməyəcəyini söyləyib Elşəndən heç bir xeyir görmədiyini söyləmişdir. Bu zaman Elşən Ruslanın işinin düzəldiyini, bunun üçün 20 gün vaxt lazım olduğunu söyləmişdir. O, isə Elşənə iş düzəlmədiyi təqdirdə pulun geri qaytarmasını bildirib, pulu geri qaytarmasa, barəsində müvafiq qurumlara şikayət edəcəklərini söyləmişlər. Elşən isə narahat olmamaqlarını bildirib 20 gün ərzində işin düzələcəyini söyləmiş və onlar oradan uzaqlaşmışlar. O, bu müddət ərzində Ruslanla əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduq da, Ruslan ona Elşənin işləri həll edəcəyini, bununla əlaqədar Əhməd adlı şəxsin nömrəsini ona verdiyini, Əhməd adlı şəxslə danışdığını, Əhmədin işləri özü həll edəcəyini bildirdiyini ona söyləmişdir. Lakin Elşən adlı şəxs Ruslanın işini həll etmədiyindən və ondan aldığı 20000 (iyirmi min) manat pulu geri qaytarmadığından onlar yenidən Elşənin yaşadığı ünvana yollanmışlar. Elşənin yaşadığı evə daxil olan zaman Elşənin evdə olmadığını görmüşlər. Şahid3 ilə söhbət edən zaman Elşən evə gələrək Ruslanın işinin düzəlmədiyini, buna görə də pulu geri qaytaracağını söyləmişdir. Lakin Elşən vədinə əməl etməyərək Ruslandan aldığı 20000 (iyirmi min) manat pulu geri qaytarmayaraq pulu Əhməd və Vaqif adlı şəxslərin geri qaytaracağını söyləmişdir. Həmçinin 2023-cü ilin may ayının xatırlamadığı tarixində Əhməd adlı şəxs onunla əlaqə saxlayaraq pulu özünün geri qaytaracağını söyləyib ona vaxt verməyini ondan xahiş etmişdir. Buna baxmayaraq Əhməd adlı şəxs də verdiyi vədə əməl etməyərək pulu geri qaytarmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Təxminən 2022-ci ilin aprel ayında oğlu Ruslan ona bir nəfər polis əməkdaşının işə düzəldəcəyini bildirmişdir. O, da Ruslandan həmin polis əməkdaşının onu harada işə düzəldəcəyini soruşduqda, Ruslan ona Gəncə şəhər Məhkəməsində dəftərxanda işə düzəldəcəyini bildirmişdir. Ruslan ondan 1500 (min beş yüz) manat pul istəmiş, o, da Ruslana 1500 (min beş yüz) manat pul vermişdir. Bir müddət keçdikdən sonra Ruslan həmin polis əməkdaşının Gəncə şəhər Məhkəməsinin sədrinin dəyişdiyi üçün yenidən pul istədiyini bildirmişdir. Bundan sonra təxminən 2022-ci ilin iyul ayının 1-nə kimi Ruslana 3500 (üç min beş yüz) manat pul vermişdir. Ruslan həmin məbləği həmin polis əməkdaşına Gəncə şəhər Məhkəməsinə işə düzəltmək üçün vermişdir. İyul ayının 1-də Ruslandan işinin nə yerdə olduğunu soruşduqda, Ruslan bildirmişdir ki, həmin polis əməkdaşı ona Gəncə şəhər Məhkəməsində maaşın az olduğu və məhkəmədə yerin olmadığına görə işin alınmadığını və X3 Məhkəməsində dəftərxanda işə düzəldəcəkdir. Bir müddət keçdikdən sonra Ruslan ona bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinə düzəlmək üçün əlavə olaraq pul lazımdır. O, da Ruslana hissə-hissə olmaqla ümumilikdə 1500 (min beş yüz) manat pul vermişdir. O, yenə Ruslandan işinin nə yerdə olduğunu soruşduqda Ruslan bildirmişdir ki, həmin polis əməkdaşı Ruslana bildirmişdir ki, Vaqif adlı şəxs var, həmin şəxs Gəncəyə gəldikdə işi həll olunacaqdır. Bir müddət keçdikdən sonra Ruslan ona Gəncə Apellyasiya Məhkəməsində yer olmadığına görə işin düzəlmədiyini və həmin polis əməkdaşının onu Gəncə Ağır Cinayətlər Məhkəməsinə düzəldəcəyini bildirmişdir. Təxminən 2022-ci ilin oktyabr ayında Ruslan adlı polis əməkdaşının onu Gəncə Ağır Cinayətlər Məhkəməsində işə düzəltməyi üçün pul lazım olduğunu bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı müxtəlif vaxtlarda Ruslana pulun çatmadığını, sənədlərin hazırlanmasında pul lazım olduğunu, forma üçün pul lazım olduğunu, Ruslanın yaşının keçməsi ilə bağlı pul lazım olduğunu bildirmişdir. O, da 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi 5500 (beş min beş yüz) manat pul vermişdir. Bundan əlavə olaraq dekabr ayının sonundan yanvar ayına kimi də Ruslana qızıllarını lombarda qoyub pul götürməyini bildirmişdir. Həmin qızılların qarşılığında ümumilikdə 4000 (dörd min) manat pul götürüb həmin pullarıda işə düzəldən polis əməkdaşına vermişdir. Ümumilikdə o, Ruslana işə düzəlməyi üçün 15500 (on beş min beş yüz) manat pul vermişdir. 2023-cü ilin fevral ayında Ruslan işin düzəlmədiyini həmin polis əməkdaşının onu aldatdığını bildirmişdir. Təxminən 2023-cü ilin fevral ayında o, qardaşı Füzuli və Ruslanla birlikdə adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı polis əməkdaşının evinə getmişlər. Evinə getdikdə onlar Təqsirləndirilən şəxs onların uzaq qohum olduğunu bilmişlər. Daha sonra atası Rasimlə söhbət etmişlər, Elşənin etdikləri barədə məlumat vermişlər. Biraz keçdikdən sonra Elşən evə gəlmiş və onla söhbət olunmuşdur. Elşən Ruslanın işinin düzəldiyini və 20 gün vaxt lazım olduğunu bildirmişdir. Bundan sonra 20 gün müddətdə gözləmişlər, lakin Elşən Ruslanı aldadaraq işə düzəltməmişdir. Bundan sonra dəfələrlə Elşənlə telefonla əlaqə saxlamış, Elşən hər dəfə işin düzələcəyini, az bir müddət vaxt verməyini istəmişdir. Bundan başqa Elşən bir neçə dəfə onların evinə gələrək, şikayət etməməklərini, ayağında qolbaq cəzası olduğunu, Gəncə şəhərini tərk edə bilməyəcəyini bildirərək, Vaqif adlı şəxsin gəlib Ruslanın pulunu qaytaracağını bildirmişdir. Buna baxmayaraq Elşən bu günə kimi onların pullarını qaytarmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və onunla birgə Gənə şəhəri, Xaqani küçəsi ev 13 ünvanında yaşayır. Təqsirləndirilən şəxs 2014-cü il tarixdən 2022-ci ilin iyul ayının 18-nə kimi X4 işləmiş və 2022-ci ilin 18 iyul tarixində DİO-dan xaric edilmişdir. 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və Gəncə şəhər məhkəməsinin hökmü ilə 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs1 pul alaraq onu işə düzəltməməsi barədə məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs1 arabir görmüş, lakin Ruslanın ona Elşənə pul verməsi və işə düzəltməsi barədə heç bir məlumatı olmamışdır. 2023-cü ilin yaz aylarında evdə olan zaman Zərərçəkmiş şəxs1, dayısı Şahid1 və anası Şahid2 onlara gəlmişlər. Bildirmişdir ki, Şahid2 atası Mehti onun atası ilə xalaoğludular. İçəri daxil olduqdan sonra söhbət zamanı Şahid1 Elşənin işə düzəltmək üçün Zərərçəkmiş şəxs1 pul aldığını və geri qaytarmadığını, pulun qaytarılmasında kömək eləməklərini bildirmişlər. Daha sonra oğlu Elşənə Zərərçəkmiş şəxs1 zəng etdikdən sonra evə gəlmişdir. Elşən gəldikdən sonra Zərərçəkmiş şəxs1 və dayısı Şahid1 qırağa çəkilərək Elşənlə öz aralarında söhbət etmişlər. Onların öz aralarında nə danışdıqları barədə heç bir məlumatı yoxdur. Daha sonra onlara heç bir köməklik edə bilməyəcəyini, Elşənə pul verdikdə onunla məsləhət edib-etmədiklərini demiş və Elşənlə Zərərçəkmiş şəxs1 arasında olan haqq hesabdan məlumatının olmadığını bildirmişdir. Bundan sonra həmin şəxslər evdən çıxıb getmişlər. Təxminən 1 aydan sonra Şahid1 və Zərərçəkmiş şəxs1 yenidən onlara gəlmişlər. Həmin şəxslərlə o, heç bir söhbət etməmiş və Elşənlə söhbət etdikdən sonra çıxıb getmişlər. Bundan başqa 2023-cü ilin yay aylarında adını bilmədiyi xanım evə gələrək oğlu Təqsirləndirilən şəxs ona pul verməli olduğunu bildirmişdir. O, da məlumatının olmadığını, həmin xanıma aralarında olan məsələnin Elşənlə öz aralarında həll etməklərini bildirmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır və onun sinif yoldaşı olmuşdur. 2023-cü ilin aprel aylarında Təqsirləndirilən şəxs ona bank kartının bloka düşdüyünü, ona pul göndəriləcəyini bildirmiş və ondan “Leo banka” məxsus bank kartını istəmişdir. O, da “Leo bank”-a məxsus 4098 5844 7890 7908 nömrəli bank kartını Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra onun telefonunda olan “Leo bank”-ın mobil tətbiqindən bildiriş gəlmişdir ki, hesabımna 650 manat pul mədaxil olunub. Daha sonra həmin pul onun balansından çıxılmışdır. Pulu çəkdikdən sonra Təqsirləndirilən şəxs onun kartını geri qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən başlanmışdır; 19 dekabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 19 dekabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü hər iki epizod tam təqsirli bilərək ifadə vermişdir. 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 30 noyabr 2023-cü il tarixli “Diskin götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntü açıldıqda görüntünün 01 dəqiqədən ibarət olduğu görünür. Video görüntü açılan zaman Zərərçəkmiş şəxs1 həmin videonu özünə məxsus mobil telefonla Təqsirləndirilən şəxs ona borclu olmağının etirafının videoaya çəkdiyini qeyd edir. Həmçinin video görüntünün sonunda Təqsirləndirilən şəxs atası Şahid3 və Zərərçəkmiş şəxs1 dayısı Şahid1 olduğu görünür. Həmin videoda Təqsirləndirilən şəxs aşağıdakı məzmunda çıxışı qeyd olunmuşdur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “adını, soyadını de” deməsi eşidilir. Təqsirləndirilən şəxs isə cavabında “Təqsirləndirilən şəxs” deyir. Daha sonra Təqsirləndirilən şəxs danışığına davam edərək “burda gördüyünüz məbləğlə bağlı, yəni 20000-nə yaxın puldur, borc qismində işə düzəltmək adı ilə almışam, 2-ci gün ərzində bunun məsələsini tam olaraq yoluna qoyacam” deyir. Zərərçəkmiş şəxs1 isə “20000-ni tam bağlayassan?” deyir. Təqsirləndirilən şəxs isə cavabında “tam bağlayacam, indi ola bilər ki, müddət olub, belə verilib, 1 ay belə keçər, yəni orasından da özüm ...” söyləyir. Zərərçəkmiş şəxs1 “tam məsuliyyətini də dərk eliyirsən də yəni 2-ci gündən sonra sən o pulu verməsən, Təqsirləndirilən şəxs” bildirir. Təqsirləndirilən şəxs isə “inşallah, heç belə şeylərə ehtiyac yoxdu” bildirir. Zərərçəkmiş şəxs1 danışığına davam edərək “inşallah olmuyacaqdı, əgər tam bağlansa da, sənin yanında da, hamsı poz, olmasa qardaş, sən özün bilirsən ki, sənin işin tam, tam uje dərinliyə, sən uje gedəssən, prokurorluğa səndən qanuni şəkildə şikayət eləyəcəm” deyir. Təqsirləndirilən şəxs isə bilirsən kağızları götür ..., Zərərçəkmiş şəxs1 bax şahidlərimdə yanımda deyərək Şahid1 və Şahid3 göstərir və videogörüntü sonlanır. xx.xx.2023-cü il tarixli “Əşyaların götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 - Təqsirləndirilən şəxs istifadəsində olan Unibank ASC-yə aid 4098 5844 6834 7255 “Leo bank” plastik kartının AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsinə göndərdiyi məbləğləri özündə əks etdirən 8 ədəd qəbzi və Şahid4 məxsus Unibank ASC-yə aid son 8 rəqəmi 78907908 olan “Leo bank” plastik kartına göndərdiyi məbləği özündə əks etdirən 1 ədəd qəbzi könüllü olaraq təqdim etmişdir. Baxış keçirilərkən aşağıdakılar müəyyən olundu: 8x9,5 sm ölçüsü olan 8 ədəd qəbz və 8x11,5 sm ölçüsü olan 1 ədəd qəbzdən ibarət olan kağız parçalırıdır. ********** nömrəli məxaric qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:07də Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi “68347255” nörməli “Leo bank” kartına 500 (beş yüz) manat, ********** nömrəli məxaric qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:14-də Şahid4 məxsus son 8 rəqəmi “78907908” nörməli “Leo bank” kartına 650 (altı yüz əlli) manat, ********** nömrəli məxaric qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:11-də Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi “68347255” nörməli “Leo bank” kartına 500 (beş yüz) manat, **********9 nömrəli məxaric qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:03-də Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi “68347255” nörməli “Leo bank” kartına 1000 (min) manat, ********** nömrəli məxaric qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:45-də Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi “68347255” nörməli “Leo bank” kartına 400 (yüz) manat, ********** nömrəli məxaric qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:06-da Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi “68347255” nörməli “Leo bank” kartına 100 (yüz) manat, ********** nömrəli məxaric qəbzindən görünür ki, Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi “68347255” nörməli “Leo bank” kartına 750 (yeddi yüz əlli) manat, ********** nömrəli məxaric qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:05-də Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi “68347255” nörməli “Leo bank” kartına 1500 (min beş yüz) manat, ********** nömrəli məxaric qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:01-də Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi “68347255” nörməli “Leo bank” kartına 1000 (min) manat, məbləğində pul vəsaitləri köçürülmüşdür. Təqsirləndirilən şəxs məxsus "xxxx" –ASC-yə məxsus Leobank-ın AZ58UBAZ**********1010AZN001 nömrəli hesab nömrəsindən çıxarışdan və Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs2 terminal və birbank tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiyi pul məbləğləri eynilik təşkil edir. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-57/2-27096/2023 tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin rəisinin 02 fevral 2015-ci il tarixli 9 ş/h №-li əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Post-patrul xidməti taborunun polis nəfəri vəzifəsinə təyin edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin rəisinin 19 iyul 2022-ci il tarixli Ə197 ş/h-120-22 №-li əmri ilə daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli Ə197 ş/h-120-22 №-li əmrdən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin Müvəqqəti saxlama yerinin mühafizəsi üzrə polis nəfəri vəzifəsindən azad edilmişdir. 18 iyul 2022-ci il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - "08" il, "11" ay, "07" gün təşkil edir 20 oktyabr 2023-cü il tarixli tələbnamədən və Gəncə Şəhər Məhkəməsinin 1(125)- 50/2023-cü il saylı xx.xx.2023-cü il tarixli hökmünün surətindən gürünür ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-50/2023-cü il saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 32.4,312.1-ci, 46.2 və 66.2 maddələrinə əsasən 02(iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul şəxs vəzifəsini hüququndan məhrum edilməklə 3(üç) il 06(altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 24 aprel 2024-cü il Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının xx.xx.2024-cü il tarixə 01(bir) il 07(yeddi) gününü çəkmiş, çəkilməmiş qalan cəzası 02(iki) il (05) beş ay 23 gün (iyirmi üç) gün təşkil edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 20.000 min manat maddi ziyan və 150 manat dövlət rüsumu ümümilikdə 20150 (iyirmi min yüz əlli manat) manat tutularaq ödənilməsi xahiş edilmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 8900 manat maddi ziyan və 109 manat dövlət rüsumu ümümilikdə 9009 manat manat tutularaq ödənilməsi xahiş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, cinayət işi üzrə ifadələr, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxslər və şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham olunan cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Fikət qızı ilə aralarında olan münasibətin borc münasibəti olduğunu bildirirək, mübahisənin mülki mübahisə olduğunu bildirmişdir. Məhkəmə həmin dəlilləri əsassız hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 qonşusu olduğu üçün uzun müddətdir ki, tanıyır. Borclarının olduğuna görə Zərərçəkmiş şəxs2 görərkən şərikli iş qurmağı təklif etmişdir. Leyla isə işin nə olduğunu soruşduqda Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona reallıqda mövcud olmayan Bakı şəhərindən dərman preparatları gətirib, Gəncə şəhərində depolara paylayıb, həmin dərman preparatlarını satıb gəlir əldə edəcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs2 onun dedikləri ilə razılaşmışdır. O, bundan sonra özünə məxsus Uni banka aid olan Leo Bankın 4098 5844 6834 7255 nömrəli hesab kartını Zərərçəkmiş şəxs2 ataraq pul göndərməyini bildirmişdir. Zərərçəkmiş şəxs2 11 aprel 2023-cü il tarixdə ilk olaraq onaə 500 (beş yüz) manat pul göndərmişdir. Daha sonra kartında problem yarandığı üçün dostu Şahid4 Leo bank kartını müvəqqəti olaraq istəmişdir. Zərərçəkmiş şəxs2 dostu Şahid4 kartına 650 (altı yüz əlli) manat pul atmağını bildirmişdir. Zərərçəkmiş şəxs2 dərhal həmin karta 650 (altı yüz əlli) manat pul atdıqdan sonra həmin kartdan pulu çəkmiş və dostu Şahid4 kartını özünə qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxs2 yenidən pul lazım olduğunu bildirmiş və o, Leo bankın ona məxsus 4098 5844 6834 7255 nömrəli hesab kartına 500 (beş yüz) manat, növbəti gün yəni 23 aprel 2023-cü il tarixdə 1000 (min) manat, 26 aprel 2023-cü il tarixdə ona məxsus 4098 5844 6834 7255 nömrəli hesab kartına 400 (dörd yüz) və 100 (yüz) manat pul atmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 işlərin qaydasında olduğunu dərman üçün əlavə olaraq yenə pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 pul istəmiş və Zərərçəkmiş şəxs2 29 aprel 2023-cü il tarixdə Leo bankın ona məxsus 4098 5844 6834 7255 nömrəli hesab kartına 450 (dörd yüz əlli) manat, 01 may 2023-cü il tarixdə Leo bankın ona məxsus 4098 5844 6834 7255 nömrəli hesab kartına 750 (yeddi yüz əlli) manat, 10 may 2023-cü il tarixdə 1500 (min beş yüz) manat, 13 may 2023-cü il tarixdə 450 (dörd yüz əlli manat) atmışdır. Daha sonra Zərərçəkmiş şəxs2 ondan dərman preparatlarının nə vaxt gələcəyini soruşduqda, o, dərmanların bu gün, sabah gələcəyini bildirirmiş və dərmanların depolarda saxlanmağı üçün əlavə pul lazım olduğunu bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 24 ma 2023-cü il tarixdə Leo bankın mənə məxsus 4098 5844 6834 7255 nömrəli hesab kartına 1000 (min) manat, 28 may 2023-cü il tarixdə 600 (altı yüz) manat pul və son olaraq 11 iyun 2023-cü il tarixdə 500 (beş yüz) manat pul atmışdır. O da bundan sonra Zərərçəkmiş şəxs2 müxtəlif bəhanələr gətirərək işin düzələcəyini bildirmişdir. O, isə vaxt qazanmaq üçün hər dəfə işin düzələcəyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs2 işin düzəlmədiyini gördükdə pulunu istəmiş, o, isə dəfələrlə müxtəlif bəhanələr gətirərək onun etibarından sui-istifadə edərək pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsi ilə, zərərçəkmiş şəxslər, şahid ifadələri, baxış və götürmə, maddi sübutlarla və digər istintaq sənədləri ilə tam sübuta yetirildiyindən və onun gətirdiyi dəlillər cinayət işi üzrə toplanmış mötəbər sübutlarla təkzib edildiyindən Təqsirləndirilən şəxs ifadəsi həmin hissədə özünü müdafiə kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının; 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. 3-cü bəndinə əsasən etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. 5-ci bəndinə əsasən şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. 27-ci bəndinə əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı qismən ödəməsini, törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə epizodlardan birincisinin barəsidə Gəncə Şəhər Məhkəməsinin 1(125)-50/2023-cü il saylı xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəyə minmədən törədilməsini, ikinci epizodun isə Gəncə Şəhər Məhkəməsinin 1(125)-50/2023-cü il saylı xx.xx.2023-cü il tarixli hökmünün qanuni qüvvəyə mindikdən sonra törədilməsini nəzərə alaraq hesab edir ki, mövcud vəziyyətdə törədilmiş əməli təqsirləndirilən şəxsin xeyrinə hökmlərin məcmusu kimi deyil, cinayətlərin məcmusu kimi qiymət verilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş və bunu maddi imkanını olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməməsi, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona cərimə və azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması), şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 66.5), cəzaçəkmə müddətinin başlanğıcı hökm elan edildiyi vaxtdan hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk və 07 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia verərək Təqsirləndirilən şəxs 20.000 min manat maddi ziyan və 150 manat dövlət rüsumu ümümilikdə 20150 (iyirmi min yüz əlli manat) manat tutularaq ödənilməsi xahiş edilmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddia verərək ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 8900 manat maddi ziyan və 109 manat dövlət rüsumu ümümilikdə 9009 manat manat tutularaq ödənilməsi xahiş edilmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs1 verilmiş mülki iddia qismən, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia isə tam əsaslıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini törətməsi, bunun nəticəsində zərərçəkmiş şəxslərə maddi ziyan vurulması təsdiq edildiyindən, bu səbəbdən də mülki iddialar tam və qismən təmin edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 2500 manat ödənilməsini təsdiq etdiyindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Təqsirləndirilən şəxs 17500 (on yeddi min beş yüz) manat maddi ziyan və həmin məbləğə uyğun 142.5 manat dövlət rüsumu ümümilikdə 17642,5 (on yeddi min altı yüz qırx iki manat əlli qəpik) manat zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, Təqsirləndirilən şəxs 8900 manat maddi ziyan və 109 manat dövlət rüsumu ümümilikdə 9009 manat zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən X5 məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)–50/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul şəxs vəzifəsi tutumaq hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə, qismən toplanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul şəxs vəzifəsi tutumaq hüququndan məhrum edilməklə 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)–50/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 il 14 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 06 ay 07 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul şəxs vəzifəsi tutumaq hüququndan məhrum edilməklə 02 (iki) il 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk və 07 ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 17500 (on yeddi min beş yüz) manat maddi ziyan və 142.5 manat dövlət rüsumu ümümilikdə 17642,5 (on yeddi min altı yüz qırx iki manat əlli qəpik) manat zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. Zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 8900 manat maddi ziyan və 109 manat dövlət rüsumu ümümilikdə 9009 manat zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 xeyrinə tutulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-132/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-132/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver