Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-133/2022 26.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X31 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun vəkili X3 iştirakları ilə, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X14 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildən ailə münaqişəsi səbəbindən qohumluq əlaqələri pozulduqdan dərhal sonra o və X2 xx.xx.1955-ci il təvəllüdlü X16 (tel ***-***-**-**/ qeydiyat ünvanı ünvan 1a 4 mən31) tərəfindən əsassız böhtan və təhqirlərə məruz qalmaqdadırlar. Qızı X1 nəvəsi X27 ilə xx.xx.2021-ci ildə rəsmi nikaha girərək ailə qurmuşlar. xx.xx.2021-ci ildə toy mərasimindən on gün əvvəl qızına onun tərəfindən hədiyyə olunmuş cehiz əşyaları N.Nərimanov bina14 mənzil 50-yə şahidlərin iştirakı ilə daşınmış, ev bəzədilmiş və həmin evə gəlin köçmüşdür. X4 qızına qarşı etdiyi qeyri-insani əməllər nəticəsində ailə münaqişəsi yaranmış, xx.xx.2022-ci ildə Gəncə Asan xidmətin qeydiyat şöbəsində nikaha xitam verilmişdir. Nişan mərasimindən evini nəvəsinə hədiyyə edəcəyini vəd edən, öz razılığı ilə mənzilin açarını qızı Aygünə hədiyyə edən Behbudova Kifayət qızını evdən qovmaq məqsədilə xx.xx.2021-ci ildə 102 xidmətinə müraciət etmiş, dərhal Kəpəz RPİ-nə gələrək o və qızından böhtan, şər, təhqir xarakterli ifadələr dolu şikayət ərizəsi yazmış, cehiz əşyalarının həmin mənzildən bir həftəyə çıxarılmasını tələb etmişdir. Əşyaların mənzildən çıxarılmadığını görən Behbudova xx.xx.2021-ci ildə qızından icazəsiz mənzilə soxularaq kilidini dəyişmiş, mənzildəki cehiz əşyalarına qeyri qanuni həbs qoymuş, qızının mənzildə yaşamasına icazə verməmişdir. Böhtan xarakterli şikayət ərizəsində yazdığı ittihamlar Kəpəz RPİ-nin təhqiqatçı polis kapitanı Azər İsmayılov tərfindən HK-1/3386 materialı üzrə araşdırılmış, Azərbaycan Respublika CPM-nin 86,39.1.2 və212-ci maddələrini rəhbər tutan təhqiqatçı şikayətin böhtan olduğunu müəyyən etmiş, qızına və ona cinayət işinin açılmasını rədd edilmişdir. X8 öyrətməsi ilə qızı X9 ***-***-**-** nömrəli özünə məxsus telefonla qardaşı X7 zənginə cavabında onu, qızını, ailəsini nalayiq sözlərlə təhqir etmişdir. Onun dediklərinin səs yazısını istintaqa təqdim etmişdir. Buna görə xx.xx.2022-ci ildə o, Gəncə şəhər Nizami RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli 121-53671-3222 nömrəli məktubla məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olduğunu bildirmişlər. X5 öyrədən Behbudova ona, qızına böhtan atmaq məqsədilə xx.xx.2021-ci ildə Kəpəz RPİ-nə ərizə yazdıraraq bildirdirmişdir ki, guya N.Nərimanov 14/50-nin dəhlizində İlkin Əliyev onun tərəfindən döyülmüş, xəsarət almış, təhqir olunmuşdur. Kəpəz RPİ-nin təhqiqatçı polis kapitanı Çərkəz Mustafaoğlu tərəfindən xx.xx.2021- ci ildə HK-1/3586 saylı material nəzərdən keçirilmiş şikayətin böhtan xarakterli olduğu təsdiq olunmuş, CPM-nin 86, 39.1.1 və 212-ci maddələrini rəhbər tutaraq ona və qızına cinayət işinin başlanılması rədd edilmişdir. Ona qarşı aqressivləşən Behbudova xx.xx.2022-ci ildə səhər saat 11:00 iradələrində iş ünvanı ünvan 2TTYS-nın fəaliyyətini pozmuş, işçilərin-sürücü, tibb bacıların yanında onu nalayiq sözlərlə söymüş təhqir etmiş çağrışlara getməyə mane olmuş, onu yandırmaqla, şərləməklə hədələmişdir. Bu barədə o, Gəncə şəhər Kəpəz RPB-nə müraciət etmişdir. Polis Bölməsi ona xx.xx.2022-ci ildə göndərdiyi məktubunda Behbudovanın əməllərində hüquq pozuntusu olmadığını bildirilmiş, cinayətkarın cəzasız qalması ilə onu məyus etmişdir. xx.xx.2022-ci il tarixdə onu iş yerində təhqir etdikdən sonra taksi ilə baldızı X11 (tel: ***-***-**-**) işlədiyi Göygöl şəhər orta musiqi məktəbinə gedən Behbudova K.Ə qızı Arzunu iş yerində tapmamış, lakin müəllim kollektivinin dediklərinə görə ona, qızına, ailəsinə, təhqiredici söyüşlər şöymüş, böhtan dolu sözlər demişdir. Əməllərindən xəcalət çəkməyən Behbudova K.A qızı xx.xx.2022-ci ildə Gəncə şəhər prokurorluğuna onun haqqında böhtan, şər, təhqir xarakterli ərizə ilə şikayət etmişdir. O, 6600 manatın heç bir gündə yaşamadığı N.Nərimanov 14/50-dən qızı və onun tərəfindən götürülməsini təkrar bildirmiş, guya o, evi Ə.Ula.Gəncəvi 127-də reanimasiya klinikası açdığını və qanunsuz həkimlik fəaliyyəti ilə məşğul olduğunu, kimlərisə aldadaraq pulunu mənimsədiyini, 2018-ci ildə Gəncə STAR çap evində nəşr olunmuş müəllifi olduğu Dərgahnamə- kitabından, Şeyx Təbib təxəllüsündən dələduzluq məqsədilə istifadə etdiyini bildirmişdir. Behbudovanın yazdığı böhtan faktları üzrə evinə Ə.Ula.Gəncəvi-127-yə polis baxış keçirilmiş, bütün otaqlarının video filmi çəkilmiş, kitabı təhlil olunmuş, sertfikasiya sənədləri araşdırılmışdır. xx.xx.2022-ci il Gəncə BPİ-təhqiqatçısı baş leytenant X12 HK- 1/329 nömrəli materialı nəzərdən keçirirərkən yazılan faktların ona, qızına, ailəsinə təhqir, böhtan olduğunu təsdiq etmiş, CPM-in 39.1.2.,86 və 212-ci maddəsini rəhbər tutaraq cinayət işinin açılmasını rədd edilmişdir. Əməllərindən usanmayan Behbudova təkrarən böhtan xarakterli ərizəyə 6600 manata qızıl saatı da qoşaraq yazdığı şikayət ərizəsi Gəncə şəhər Kəpəz məhkəməsinin xx.xx.2022-ci il tarıixli 6(043)-9/2022 saylı qərarı 2-ci Polis Şöbəsindəxx.xx.2022-ci iltarixdə 120-15652-1122 sayda qeydə alınaraq icraata daxil olmuşdur. 28 may 2022-ci il HK-1/3386 saylı material 2-ci PŞ-si TB-nin təhqiqatçısı polis mayoru X22 tərəfindən təkrar nəzərdən keçirilmiş, Behbudovanın yazdığı ərizə ona, ailəsinə və qızına qarşı böhtan, şər, təhqir xarakterli olduğu təhqiqatçı tərəfindən təsdiq edilmiş, CPM-nin 86, 39.1.2 və 212-ci maddələrini rəhbər tutaraq cinayət işinin başlmasını təkrar rədd edilmişdir. Behbudova ərizəsində yazmışdır ki, Şənlik evində toplanan 6600 manatı nəvəsi İlkinə xəcləməyə vermişdir. Yığılan pulu kürəkəni polis serjantı Samir Məmmədovla birgə saymışlar. Onlar tərəfdən karantin qaydalarına uyğun toy mərasiminə gələn 75 nəfər qonaqdan 4350 manat pul yığılmışdır. 1800 manat yemək xərci 200 manat muzikant xərci; qalıq 2350 manat olmuşdur. Sual edir ki, X27 puldan 3 aya nə qədər xərclədi ki, qalan yenə 6600 manat oldu? Pulu İlkinə həvalə etmişdirsə Behbudova niyə ondan şikayət etmirdi? Yaxud o qədər pulu var idisə özünə niyə bir çörək belə almırdı? Məqsədi qızından zinət əşyalarını ala bilmədiyi üçün, əvəzinə şər edib pul almaqdır. Qohumlarının yanında ayıb olmasın deyə bəy kostyomunu, köynək-ayaqqabısını o almışdır. Bir manatına qıymayan ögey atası Məmmədov Samirin evinə kamera nəzarət etdiyi, məhləsini ovçarka iti qoruduğu, əlində tabel silahı olduğu halda 6600 manat evində deyil, N.Nərimanov 14/50-də saxlamağa qərar verməsi realdır? xx.xx.2022-ci ildən N.Nərimanov 14/50-də daima yaşayış olmadığı halda, toydan sonra bir dəfədə olsun həmin ünvana gəlməyən Kifayət pulun, qızılın o evdə qalmasına necə razı olardı? **-BL- *** Şevrolet markalı maşınında İstanbul Genetik klinikası, Mərkəzi Klinika tərəfindən həkimlərə ayrılan qeyri qanunu pulları saxlayan Məmmədova Pərvanə pulu, qızılı maşınında deyil N.Nərimanov 14/50-də saxlamaq qərarına gəlməsi inandırıcıdır? Övladlarına sadə saatı almayan Pərvanə Kifayət necə oldu ki, bir anlığa qızıl saat, qolbağı şərləmək eşqinə düşdülər?. Behbudovanın öyrətməsi ilə qızı Aygünə toy və nişanda hədiyyə olunan zinət əşyalarını zorla almaq üçün kürəkəni polis serjantı Samir Məmmədov tərəfindən ölümlə hədələndiyi, ailə üzvləri ilə birgə təqib-təhqirlərə məruz qaldığı barədə Gəncə şəhər BPİ-nə Prokurorluğa, Respublika DİN-nə müraciətinə baxmayaraq xx.xx.2022-ci il 120-803j-3222 və xx.xx.2022-ci il 013- 11127-3222 məktula bildirildi ki, şikayəti araşdırma zamanı təsdiqini tapmamışdır. Böhtançı insanlarla qarşılaşaraq təhqir və təqiblərə məruz qaldığından, vətəndaşlıq hüquqlarının pozulması səbəbindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Faktlara əsaslanaraq X16 barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin açılması üçün şikayət etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəkili X13 xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilən əməllərdə cinayətin əlamətləri olmadığından, şikayətin icraata qəbul edilməməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X16 müdafiəçisinin dedikləri ilə razı olduğunu bildirdi və xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, Cinayət Məcəlləsinin 147-ci maddəsi iki hissədən ibarət (147.1 və 147.2) olmaqla, həmin əməllərin hər biri ayrı-ayrılıqda cinayət əməli hesab olunur. Lakin, xüsusi ittiham qaydasında verilmiş şikayətdə Kifayət Behbudovanın Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə yanaşı, həm də 147-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmiş, lakin Cinayət Məcəlləsinin 147-ci maddəsinin hansı bəndi ilə məsuliyyətə cəlb edilməsinin istənilməsi dəqiq göstərilməmişdir. Halbuki, Cinayət Prosessual Məcəllənin 293.3.2 və 302.1.3-cü maddələrinin tələbinə görə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilmədikdə, məhkəmə məhkəmə baxışının keçirilməsindən imtina edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Səyaf İsmayılov xüsusi ittiham qaydasında şikayətin 4-cü hissəsində Kifayət Behbudovanın iş vaxtı iş yerinə gələrək onu işçilərin yanında nalayiq sözlərlə söyüb təhqir etməsini bildirsə də, bunun hansı şahidlərlərin ifadələri ilə və ya hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Halbuki, Cinayət Prosessual Məcəlləsinin 293.3.4 və 302.1.3-cü maddələrinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilmədikdə, məhkəmə məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayətdə göstərilən digər əməllərində isə ümumiyyətlə Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasından görünür ki, bu maddələr ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtan və təhqiri cinayət məsuliyyəti yaradan böhtan və təhqiri bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147 və 148ci maddələrinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməlləri qanunda göstərilən dörd üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar, eləcə də şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaltma kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədikmədikdə isə cinayət məsuliyyəti istisna edilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, X26 Behbudovanın kütləvi əsərdə, kütləvi informasiya vasitəsində, kütləvi çıxışlarda və ya internet informasiya ehtiyatında deyil, müxtəlif hüquq-mühafizə orqanlarına müraciətlərində onun şərəf və ləyaqətini ləkələtən məlumatları yaydığını və onu təhqir etdiyini qeyd etmiş və bu əməllərinə görə Kifayət Behbudovanın Cinayət Məcələsinin 147 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Halbuki, həm Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyalarından və həm də Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyyələrdən görünür ki, böhtan və təhqir xarakterli məlumatların dövlət orqanlarına ünvanlanmış şikayətlərdə və ya ərizələrdə əks olunması həmin məlumatların yayılması hesab olunmur və bu vəziyyətdə əməlin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməllərdə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6, 302.2.3, 384-385-ci maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X14 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X34
Məhkəmə qərarları › İş №1(125)-133/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-133/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver