Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-133/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 19 aprel 2022-ci il tarixdə saat 11 radələrində ictimai yer hesab edilən təhsil aldığı Gəncə şəhəri 8 saylı tam orta məktəbin pilləkanlarında heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə silah qismində istifadə etdiyi əlində gəzdirdiyi kəsici alətlə Zərərçəkmiş şəxs boğaz və boyun nahiyyəsindən vuraraq sonuncuya boyunun sol yan səthində bir qədər arxada yerləşmiş yumşaq toxumaların və qalxanabənzər vəzinin zədələnməsi və döş qəfəsinin ön səthində solda, körpücük sümüyü səviyyəsində daxilə nüfuz etməyən yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin 17 avqust 2023-cü il tarixli, 67 saylı ekspert rəyinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə ümumi alimentar kaxeksiya fonunda əmələ gələn “ağciyərlərin ocaqlı pnevmoniyası” xəstəliyindən ölmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxsin hüquqi varisi hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin ölməsi barədə daxil olmuş məlumat əsasında CPM-nin 106-1 maddəsinin tələblərinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə və onun hüquq və vəzifələrinin cinayət işi üzrə icraat zamanı həyata keçirilməsi üçün onun ailə üzvlərinə 02 noyabr 2023-cü il tarixdə bildiriş göndərmiş və həmin bildirişdə CPM-nin 106-1 maddəsinin tələblərinə əsasən izah edilmişdir ki, ölmüş təqsirləndirilən şəxsin yaxın qohumlarından hər hansı biri onun hüquqi varisi qismində tanınmasını istəyirsə, bu barədə 20 gün ərzində məhkəməyə müraciət edə bilər. xx.xx.2023-cü il tarixli bildiriş verildikdən 20 gün ərzində təqsirləndirilən şəxsin hər hansı bir yaxın qohumu onun hüquqi varisi kimi tanınması üçün məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, cinayət prosesi tərəflərinin ölmüş Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi barədə tərəflərin fikirlərini dinləyib, hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 305.1-ci maddələrinə əsasən ölmüş Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna olmaqla) barəsində olan cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işinə xitam verilməsi haqında əsaslandırılmış qərar çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət işinə xitam verilməklə bərabər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsində göstərilir ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs öldüyündən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-133/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-133/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver