Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-133/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – X2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 08 iyul 2014-cü il tarixdən başlayaraq 12 dekabr 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-2443/2014 saylı, 06 avqust 2014-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, habelə 14 iyul 2023-cü il tarixdən başlayaraq alimentin miqdarı artırılaraq 12 dekabr 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində alimentin və X7 müalicəsi üçün iddiaçı tərəfindən çəkilmiş xərcin yarısı qismində 1024,50 manat, mediasiya xərcinin əvəzi qismində isə 50,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(125)-3629/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-193/2024 saylı qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 sentyabr 2024-cü il tarixədək cəmi 5129,83 manat məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2007-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə 2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Onlar evli olduğu müddətdə 12 dekabr 2008-ci il təvəllüdlü X9 adında övladları anadan olmuşdur. Məhkəmənin qətnaməsinə əsasən 2013-cü il tarixdə boşanmış və həmin vaxtdan da uşaq anası Zərərçəkmiş şəxs himayəsində, Gəncə şəhərində Turanənin ata evində yaşamışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən ondan 08 iyul 2014-cü il tarixdən hesablanmaqla 12 dekabr 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs alimentin miqdarının uşağın saxlanmasına yetmədiyini əsas gətirərək, oğlu Şahinin yüngül dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkdiyi və avtomobil qəzası keçirərək ayağı bir neçə yerdən sındığından əlavə olaraq müalicəsinə 2049 manat xərci çıxdığını bildirərək yenidən alimentin miqdarının artırılması və əlavə xərcin tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Şahinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul ləbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi və X7 müalicəsi üçün iddiaçı tərəfindən çəkilmiş xərcin yarısı qismində ondan 1024,50 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra ona dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Gəncə Şəhər Məhkəməsini xx.xx.2024-cü il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni 09 sentyabr 2024-cü il tarixədək, cəmi 5129,83 manat borcu yığılıb qalmışdır. O, övladına baxmalı olduğunu dərk etdiyini, qətnamələr ilə razı olmadığını, təqdimat verilən vaxta qədər yaranmış aliment borcundan heç bir ödəniş etmədiyini, yenidən ailə həyatı qurduğunu, himayəsində iki azyaşlı övladı olduğunu, Gəncə şəhər Psixiatriya xəstəxanasında 2010-cu ildən şizotipik pozuntu, şizoid şəxsiyyətin pozğunluğu, tez-tez müşahidə edilən effektiv tutmalarla, şəxsiyyətin dəyişməsi ilə ikinci dərəcəli əlilliklə qeydiyyatdadır, xəstəliyinə görə 240 manat pensiya alır, 240 manat pensiyadan 150,00 manat alimentə ödəmiş, lakin 2021-ci il tarixdən pensiyası kəsildiyindən, təqdimatda göstərilən 5129,83 manat məbləğində borcu yaranmışdır. O, zərərçəkmiş şəxsə 1900 manat məbləğində ödəniş etmiş, hazırda isə zərərçəkmiş şəxslə barışmış ona olan aliment borcunu 2025-ci ilin may ayına qədər olan hissəsini ödədiyindən zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2013-ci ildə rəsmi boşanmış və uşaq onun himayəsində qalmışdır. O isə uşağı tək başına saxlaya bilmədiyindən məhkəmədə qaldırdığı iddiası əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 08 iyul 2014-cü il tarixdən hesablanmaqla 12 dekabr 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra alimentin miqdarı uşağın saxlanmasına yetmədiyindən, oğlu Şahinin yüngül dərəcəli əqli gerilik xəstəlindən əziyyət çəkdiyi və aftomobil qəzası keçirərək ayağı bir neçə yerdən sındığından, əlavə olaraq müalicəsinə 2049 manat xərci çıxdığından, yenidən iddiası əsasında Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 12 dekabr 2008-ci il təvəlüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 170 manat, X7 müalicəsi üçün onun tərəfindən çəkilmiş xərcin yarısı qismində cavabdeh Təqsirləndirilən şəxs 1024,50 manat məbləğində pulun tutularaq ona ödənməsi və cavabdeh Təqsirləndirilən şəxs mediasiya xərcinin əvəzi qismində 50,00 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti və çəkdiyi əlavə xərci ödəməmişdir. Hətta Gəncə Şəhər Məhkəməsini xx.xx.2024-cü il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 avqust 2014-cü il tarixli və Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyun 2023-cü il tarixli qətnamələrinə əsasən, cəmi 5129,83 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Daha sonra isə təqsirləndirilən şəxs 1900 manat ödəniş etmişdir. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs ona olan aliment borcunu tamamilə ödəmiş, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-2443/2014 saylı, xx.xx.2014-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixindən başlayaraq, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Gəncə şəhəri üzrə İcra İdarəsində xx.xx.2014-cü il tarixdə başlanılmış icraat zamanı icra sənədi üzrə müəyyən olunmuş tələb Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməmişdir. İcra sənədləri üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə xəbərdarlıqlar göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində müvafiq dövlət orqanlarına sorğular verilmiş, nəticədə isə borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar etmək mümkün olmamışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-3629/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay 170,00 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, X7 müalicəsi üçün iddiaçı tərəfindən çəkilmiş xərcin yarısı qismində cavabdeh Təqsirləndirilən şəxs 1024,50 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və borclu Təqsirləndirilən şəxs mediasiya xərcinin əvəzi qismində 50,00 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Gəncə şəhəri üzrə İcra İdarəsində xx.xx.2023-cü il tarixdə başlanılmış icraat zamanı icra sənədi üzrə müəyyən olunmuş tələb Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməmişdir. İcra sənədləri üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə xəbərdarlıqlar göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs yaranmış aliment borcunun ödənilməsi tələb edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli verdiyi izahatında yaranmış aliment borcunu tam ödəməyə imkanı olmadığını bildirmişdir. İcra sənədləri üzrə aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbləri Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən yerinə yetirilmədiyinə görə barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati cərimə edildikdən sonra Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcunun ödənilməsi üçün yeni müddət verilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bank və ya digər kredit təşkilatlarında pul vəsaitinin, əmanətin, depozitin, habelə daşınar və ya daşınmaz əmlakının olub-olmaması barədə müvafiq dövlət orqanlarına sorğular verilmiş, nəticədə isə borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs birgə nikah dövründə əldə etdiyi əmlakını aşkar etmək məqsədi ilə onun nikahda olub-olmamasını müəyyən etmək üçün sorğu edilmiş və “Elektron icra” sistemindən Təqsirləndirilən şəxs X6 ilə nikaha daxil olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə X1 adına bank və ya digər kredit təşkilatlarında pul vəsaitinin, əmanətin, depozitin, habelə daşınar və ya daşınmaz əmlakının olub-olmaması barədə müvafiq dövlət orqanlarına sorğular verilmiş, nəticədə isə tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsi tələb edilmiş, lakin o, izahatında yaranmış aliment borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. Həmin tarixdə borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq verilmişdir. xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs verdiyi izahatında aliment borcunu pulu olanda ödəyəcəyini bildirmişdir. Keçən müddət ərzində cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcundan ödəniş etməmişdir. Bütün bunlar onu deməyə əsas vermişdir ki, borclu borcunu ödəmək iqtidarında olsa da, etdiyi bütün hərəkət və hərəkətsizliklərlə hər fürsətdə öhdəliyindən boyun qaçırmışdır. Cinayət qanunvericiliyinə görə məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda cinayət tərkibi yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra öz hərəkətlərini davam etdirmiş olsun. Dəfələrlə müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmiş və icra sənədləri üzrə müəyyən olunmuş tələbləri təmin etməmişdir. Təqsirləndirilən şəxs verdiyi bütün izahatları və etdiyi hərəkətləri belə bir nəticəyə gəlməyə əsas verir ki, o, məhkəmə qərarını qərəzli olaraq icra etməmiş və bu hallar yuxarıda göstərilənlərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmə qərarının icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədləri üzrə tələbi qanunla müəyyən olunmuş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış və iş üzrə tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-2443/2014 saylı, xx.xx.2014-ci il tarixli qətnaməsi üzrə 1845,33 manat, Gəncə şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-3629/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə 3284,50 manat borcu olmaqla, cəmi 5129,83 borcu qalmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 22 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, başlanmış cinayət işinə ********* nömrəli material üzrə fakta görə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır. (i.v.1-2) - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 avqust 2014-cü il tarixli 2 (043)- 2443/2014 saylı qətnaməsinin və icra vərəqəsindən görünür ki, xx.xx.2014-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçü hər ay 90 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır (i.v.12-15) - 15 sentyabr 2014-cü il tarixli 6254/2014 saylı Gəncə şəhəri üzrə İcra İdarəsinin “icraata başlamaq haqqında” qərarından görünür ki, icra məmuru Təqsirləndirilən şəxs borcun 10 gün müddətində könüllü icra edilməsi barədə xəbərdar edilmişdir (i.v.16); -15 sentyabr 2014-cü il tarixli 6254/2014 saylı “tələbin könüllü icrası barədə bildirişin” təsdiq olunmuş surətindən görünür ki, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 avqust 2014-cü il tarixli 2(043)- 2443/2014 saylı qətnaməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün vaxt verilmiş, verilmiş müddətdə tələbi üzrsüz səbəbdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin icra ödənişinin ondan tutulacağı bildirilmişdir. (iş.v-17); - 08 fevral 2016-cı il tarixli, 8(043)-83/2016 nömrəli “ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır (i.v.18-19); - 01 iyun 2023-cü il tarixli, 2(125)-3629/2023 saylı icra vərəqisinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 avqust 2014-cü il tarixli 2 (043)- 2443/2014 saylı qətnaməsi ilə 12 dekabr 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, 12 dekabr 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay sabit pul məbləği ilə170 manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, artırılmış miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, X7 müalicəsi üçün iddiaçı tərəfindən çəkilmiş xərcin yarısı qismində cavabdeh Təqsirləndirilən şəxs 1024,50 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir (i.v.21-27); - 10 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs borcun 10 gün müddətində könüllü icra edilməsi barədə xəbərdar edilmişdir (i.v.28 ); - 10 avqust 2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin təsdiq olunmuş surətindən görünür ki, icra məmuru tərəfindən X8 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(125)-3629/2023 saylı qətnaməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün vaxt verilmiş, verilmiş müddətdə tələbi üzrsüz səbəbdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin icra ödənişinin ondan tutulacağı bildirilmişdir. (iş.v.29 ); -10 avqust 2023-cü il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi” haqqında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-2443/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi və Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-3629/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi bir icraatda birləşdirilmişdir ( i.v.30); - 24 iyul 2023-cü il tarixli 103 nömrəli F.Əmirov adına X4 əmrinin surətindən görünür ki, Filarmoniyanın gözətçisi öz xahişi ilə işdən azad edilmişdir (i.v.31); -24 iyul 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs icra sənədinə əsasən ödəməli olduğu, lakin ödəməkdən boyun qaçırdığı borcunu müvafiq olaraq 10 gün müddətinə kimi ödəməzsə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanacağı barədə xəbərdarlıq edilmişdir. (iş.v-32) - 12 yanvar 2024-cü il tarixli, 3 (125)-193/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir (i.v.39-41); - 12 yanvar 2024-cü il tarixli 12 yanvar 2024-cü il tarixli “icra sənədinin icra edilməsi üçün yeni müddətin verilməsi haqqında” bildirişdən görünür ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-3629/2023 saylı, 01 iyun 2023-cü il tarixli icra sənədində göstərilən 10 gün müddətində vaxt verilmişdir ( i.v. 42); -04 mart 2024-cü il və 13 may 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs icra sənədinə əsasən ödəməli olduğu, lakin ödəməkdən boyun qaçırdığı borcunu müvafiq olaraq 10 gün müddətinə kimi ödəməzsə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanacağı barədə xəbərdarlıq edilmişdir. (iş.v. 46-52); -Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular və sakinlər tərəfindən heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır (i.v.53); -xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödəniləcək aliment ödənişlərinə dair cədvəldən görünür ki, Təqsirləndirilən şəxs bu tarixlərdə 7874,67 manat məbləğində aliment ödəmiş, 4055,33 manat aliment borcu qalmışdır (i.v.55-57); - 06 noyabr 2024-cü il tarixli “şəxsin məcburi gətirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün 15 noyabr 2024-cü il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır (i.v. 81); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 05 mart 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının 126.1, 62, 68.1.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 20 oktyabr 2010-cu il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 85); -25 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (i.v. 89-90); - 25 noyabr 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək dayandırılmışdır (i.v. 92-93); - 10 dekabr 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 16:00-da Bakı şəhəri Yasamal RPİ-nin MSY-yə təqdim olunmuşdur (i.v.96); - 11 dekabr 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən başlanmış ********* nömrəli cinayət işi üzrə da6yandırılmış istintaq icraatı təzələnmişdir (i.v.97); - 11 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir (i.v. 115-118); - AZ-İ seriyalı, 926457 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında 05 iyun 2014-cü il tarixdə nikah bağlanmışdır (i.v.119); - Şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Həsənov Aynur və Həsənov Laçının valideynləri- Təqsirləndirilən şəxs və X3r (121-122); - 11 dekabr 2024-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir (i.v.128-129); - 12 dekabr 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.140-141); - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 kompleks ambulator məhkəmə psixiatrik və tibbi sosial ekspertizasının xx.xx.2024-cü il tarixli 3824 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs şizoid tipli şəxsiyyət pozuntusu aşkar olunmuşdur (i.v.145-147); - 24 fevral 2025-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən başlanmış ********* nömrəli cinayət işi üzrə dayandırılmış istintaq icraatı təzələnmişdir (i.v.148); - Sübutların qiymətləndirilməsi haqqında 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuş sənədlərlə, zərərçəkmiş şəxsin və şahid ifadələri, cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.153-160); - Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona olan borcunun tam ödənildiyini, heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Odur ki, məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Ona görə də onun əməli CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışının gedişində müəyyən olundu ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan pul zərərçəkmiş şəxsə tam ödənilmiş və bu səbəbdən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə barışıq əldə etmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, habelə CM-nın 306-ci maddəsinin Qeydində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin CPM-nin 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi müdafiə tərəfi də məhkəməyə şifahi formada müraciət edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cinayətin xarakterini, həmçinin səciyyələndirən halları, təqsirləndirilən şəxsin həm hadisədən əvvəl, həm də sonrakı davranışını nəzərə alaraq, bu hallara uyğun olan obyektiv və ədalətli qərar qəbul edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, ödəməli olduğu pulu ödəməsi və bunu əks etdirən barışıq ərizələrinin notariat qaydasında təsdiq olunmuş formada zərərçəkmiş şəxslər tərəfindən ayrı-ayrılıqda fərdi qaydada məhkəmə iclasında məhkəməyə təqdim edilmələri, təqsirləndirilən şəxsin əməllərindən peşmançılıq bildirməsi kimi davranışları müsbət tərəfdən qiymətləndirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində CMin 306-ci maddəsinin Qeydi tətbiq edilməli və onun barəsində cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkillər Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 110 (yüz on) manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 346-347 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin Qeyd hissəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5 məhkəmədə iştirak etdiyi 10 saata görə 110 (yüz on) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə Şəhəri Regional Vəkil Bürosunun hesablaşma hesabına (Gəncə şəhəri Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-133/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-133/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver