Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-134/2023 17.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və hüquqa zidd ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat təxminən 12 radələrində 11 nömrəli marşrut avtobusunda sərnişin qismində olan Zərərçəkmiş şəxs məxsus əl çantasından içərisində 2 (iki) ədəd 100-lük manat, 3 (üç) ədəd 50-lik manat, 2 (iki) ədəd 20-lik manat, 1 (bir) ədəd 5-lik manat, 2 (iki) ədəd 1-lik manat, 3 manat xırda qəpik olmaqla ümumilikdə 400 manat pul olan pul kisəsini gizlin olaraq çıxarmaqla oğurlamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq “TƏBİB” PHŞ “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.1956-cı il təvəllüdlü, xx.xx.2023-cü il tarixdə A.Səhhət adına xəstəxananın təcili yardım bölməsinə saat 18:20də müraciət etmiş, baxış, müayinə və məsləhətlər nəticəsində saat 22:07-də həmin xəstəxananın terapiya şöbəsinə “Hipotenziya” diaqnozu ilə stasionar müalicə üçün göndərilmişdir. xx.xx.2023-cü il tarixdə vəziyyəti ağırlaşdığı üçün həmin xəstəxananın reanimasiya şöbəsinə köçürülmüşdür. Reanimasiya şöbəsində xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş və ambulator müalicə üçün yazılmışdır. xx.xx.2023-cü il tarixdə saat 22:17-də A.Səhhət adına xəstəxananın təcili yardım bölməsinə vəziyyəti pisləşdiyi üçün “İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla” diaqnozu ilə müraciət etmiş, saat 23:01-də reanimasiya şöbəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixədək şöbədə müalicəsi davam etdirilmiş, aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da vəfat etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə edilmiş elektron sorğudan və iş materiallarında olan ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxsin hüquqi varisi hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin ölməsi barədə daxil olmuş məlumat əsasında CPM-nin 106-1 maddəsinin tələblərinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə və onun hüquq və vəzifələrinin cinayət işi üzrə icraat zamanı həyata keçirilməsi üçün onun ailə üzvlərinə 31 avqust 2023-cü il tarixdə bildiriş göndərmiş və həmin bildirişdə CPM-nin 106-1 maddəsinin tələblərinə əsasən izah edilmişdir ki, ölmüş təqsirləndirilən şəxsin yaxın qohumlarından hər hansı biri onun hüquqi varisi qismində tanınmasını istəyirsə, bu barədə 20 gün ərzində məhkəməyə müraciət edə bilər. xx.xx.2023-cü il tarixli bildiriş verildikdən 20 gün ərzində təqsirləndirilən şəxsin hər hansı bir yaxın qohumu onun hüquqi varisi kimi tanınması üçün məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, cinayət prosesi tərəflərinin ölmüş Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi barədə tərəflərin fikirlərini dinləyib, hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 305.1-ci maddələrinə əsasən ölmüş Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna olmaqla) barəsində olan cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işinə xitam verilməsi haqında əsaslandırılmış qərar çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət işinə xitam verilməklə bərabər barəsində seçilmiş “həbs” qətimkan tədbiri də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsində göstərilir ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs öldüyündən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-134/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-134/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver