Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-135/2022 22.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə şəhəri, X11, ev 60, mənzil 1-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamış, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-31/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Mili Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək barəsində olan 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il azaldılmış, xx.xx.2022ci il tarixə barəsində olan 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 13 gün hissəsini çəkmiş, 04 ay 13 gün hissəsi çəkilməmiş qalmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 45,098 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 aprel 2022-ci il tarixdə saat 15:30 radələrində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə saxlanılıb ünvan 1 ünvanda yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının arxa sol cibində olan qara rəngli dəri əl çantasının içərisindən 1 ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 45,098 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, iki ildən artıq müddət ərzində narkotik maddə hesab edilən tiryəkdən istifadə etmişdir. Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 1 il 9 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırki cinayəti azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı törətmişdir. Belə ki, 20 aprel 2022-ci il tarixdə saat 15 radələrində Lənkəran şəhərində işlədiyi vaxt tanış olduğu adını bilmədiyi İran vətəndaşı tərəfindən göndərilmiş narkotik vasitəni İran vətəndaşının verdiyi məlumat əsasında yerləşdirildiyi yer – Gəncə şəhəri, Təzə Şəmkir avtovağzalının yaxınlığından götürmüşdür. O narkotik vasitə hesab edilən tiryəki istifadə etmək məqsədilə üzərində daşımış, 21 aprel 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 26-cı küçədə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşı olmalarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik maddədən istifadə edib daşımaqda şübhəli olduğunu bildirərək polis idarəsinin inzibati binasına gətirmişlər. İdarədə onun üzərinə şəxsi axtarış keçirilməzdən öncə narkotik vasitənin olduğu halda könüllü təhvil verməsini bildirmişlər. O isə əynindəki şalvarın arxa sol cibində olan qara rəngli dəri əl çantasını təqdim etmişdir. Həmin çantanın içindən 1 ədəd qara rəngli sellofan bükümdə tünd çəhrayı rəngli, spesifik iyə malik olan narkotik vasitə tiryək, 2 ədəd şpris, 1 ədə başı qırıq içərisi boş üzərində “riboksin” yazısı olan şüşə ampula, 1 ədə içərisində limon duzu olan plastik qab aşkar edilmiş, müvafiq qaydada rəsmiləşdirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs öz ifadəsində əlavə olaraq bildirdi ki, həmin narkotik vasitəni yalnız öz istifadəsi üçün üzərində saxlamış, heç kimə əvəzli və ya əvəzsiz qaydada vermək niyyəti olmamışdır. Əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, 2015-ci ildən X3 xidmət edir, hazırda isə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. Ona Gəncə şəhəri X11 ev 60 mənzil 1 ünvanında qeydiyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə saat 15 radələrində əldə edilmiş əməliyyat məlumatı əsasında CAB-ın əməkdaşı Şahid2 ilə birlikdə Məhsəti qəsəbəsinə 26-cı küçəyə gedərək Təqsirləndirilən şəxs həmin yerdə olmasını müəyyən etmişlər. Ona yaxınlaşaraq Gəncə şəhər 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Şəxsi polis idarəsinin inzibati binasında gətirdikdən sonra şəxsi axtarış keçirilməzdən öncə narkotik vasitənin olduğu halda könüllü təhvil verməsini bildirmişlər. O isə əynindəki şalvarın arxa sol cibində olan qara rəngli dəri əl çantasını təqdim etmişdir. Həmin çantanın içindən 1 ədəd qara rəngli sellofan bükümdə tünd çəhrayı rəngli, spesifik iyə malik olan narkotik vasitə tiryək, 2 ədəd şpris, 1 ədə başı qırıq içərisi boş üzərində “riboksin” yazısı olan şüşə ampula, 1 ədəd içərisində limon duzu olan plastik qab aşkar edilmiş, müvafiq qaydada rəsmiləşdirilərək götürülmüşdür. İlkin izahat zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə tiryək olduğunu, həmin narkotik vasitəni üzərindən aşkar edilmiş limon duzu ilə bişirib şprislə damara vurma yolu ilə qəbul etdiyini, həmin narkotik vasitəni Lənkəran şəhərində işlədiyi vaxt tanış olduğu İran vətəndaşının göndərməsi ilə xx.xx.2022-ci il tarixdə Təzə Şəmkir avtovağzalının yaxınlığında yerdən götürdüyünü, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-Kimyəvi Ekspertizasının 22 aprel 2022-ci il tarixli 16/466 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddi sübutlar..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 45,098 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə, istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in 1-ci siyahısının İ bəndinə daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 12 may 2022-ci il tarixli 643 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 7(043)-31/2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Göygöl Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 1(066)-79/2021 saylı hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il azaldılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Probasiya Şöbəsinin 14 iyun 2022-ci il tarixli 103/2021 nömrəli Arayışından görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixə barəsində olan 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 7 ay 13 gününü çəkmiş, 4 ay 13 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “video görüntüyə baxış keçirilməsi haqqında” 14 may 2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 2ci Polis Şöbəsində baş təhqiqatçı polis mayoru X8, 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili polis mayoru Şahid2, həmçinin Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İstintaq hərəkətinin nəticəsində narkotik maddə təqsirləndirilən şəxsin üzərində müəyyən edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İstintaq hərəkətinin nəticəsində narkotik maddə təqsirləndirilən şəxsin üzərində müəyyən edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21 aprel 2022-ci il tarixli “şübhəli şəxsi tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 aprel 2022-ci il tarixli 4(043)-99/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan, 21 aprel 2022-ci il tarixdən hesablanmaqla barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 iyun 2022-ci il tarixli 4(043)-146/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətinə, yəni 21 iyun 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 44,998 qram olan tiryək, 1 ədəd kiçik ölçülü kauçuk qabda təmiz çəkisi 2,964 qram olan limon duzu, üzərində tiryək izləri olan 2 ədəd ml-lik şpris və 1 ədəd baş hissəsi sınıq ampula xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınması, cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilməsi, 21 aprel 2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və işə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai - təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 1(066)- 79/2021 saylı hökmü ilə onun barəsində təyin edilmiş cəzanın icrası bitmədən hazırki cinayəti törətmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, onun barəsində hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə çəkilməmiş qalan 04 ay 13 gün hissəsi hazırki hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarının 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, habelə əvvəllər satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqda ittiham olunub cinayət məsuliyyətinə cəlb olunmasına, əsaslanaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də onun şəxsiyyətinə uyğundur və onun islah olunmasına təsir edə bilər. Şəxs eyni cinayətin törədilməsinə görə məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan eyni cinayəti törətmişdir. Bu bir daha göstərir ki, azadlıqdan məhrumetmə cəzasından yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinə nail ola bilmir və şəxsi islah etmir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsi); ev dustaqlığında saxlanıldığı müddət (CPM-nin 158.2.2-ci maddəsi) daxildir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 44,998 qram olan tiryək, 1 ədəd kiçik ölçülü kauçuk qabda təmiz çəkisi 2,964 qram olan limon duzu, üzərində tiryək izləri olan 2 ədəd 2 ml-lik şpris və 1 ədəd baş hissəsi sınıq ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 9 (doqquz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Göygöl Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 ay 13 günü azadlıqdan məhrum etmənin bir günü, azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla, 02 (iki) ay 6 (altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, 21 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 44,998 qram olan tiryək, 1 ədəd kiçik ölçülü kauçuk qabda təmiz çəkisi 2,964 qram olan limon duzu, üzərində tiryək izləri olan 2 ədəd 2 ml-lik şpris və 1 ədəd baş hissəsi sınıq ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab Z34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-135/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-135/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver