Məhkəmə qərarları › İş №1(125)-136/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-136/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-136/2023 28.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1972-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Fizuli Məlikov küçəsində Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifətində əl zərbəsi ilə sol qulaq nahiyəsindən, əl zərbəsi və təpiklə qarın nahiyəsindən qəsdən vurmaqla, qarın nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol qulaqyanı nahiyənin qançırı-xəsarəti yetirməklə sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onların arasında heç vaxt mübahisə narazılıq olmamışdır. Təxminən 2 ay əvvəl pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs borc olaraq 30 manat pul almış, qısa müddətə qaytaracağına söz vermiş, lakin həmin pulu dediyi vaxtda qaytara bilməmişdir. Zərərçəkmiş şəxs hər dəfə zəng vurub pulunu istəyəndə hər dəfə bəhanə göstərmiş, xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində Gəncə şəhəri Fizuli Məlikov küçəsində Zərərçəkmiş şəxsla rastlaşmış, söhbət zamanı Zərərçəkmiş şəxs pulunu istəmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs pulunun olmadığını yaxın vaxtlarda pulunu verəcəyini demiş, Zərərçəkmiş şəxs kobud danışaraq onu təhqir etmiş və pulunu verməsini bildirmişdir. Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün əsəbləşmiş, əli ilə onun sol qulaq nahiyəsindən vurmuş, Zərərçəkmiş şəxs yıxılmış, yıxalan zaman təpiklə də qarın nahiyəsinə vurmuş sonra çıxıb getmişdir. Sonda o, Zərərçəkmiş şəxsla barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fəhləlik edib çörək pulu qazanır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, heç vaxt onların aralarında mübahisə, narazılıq olmamışdır. Təxminən 2 ay bundan əvvəl Hüseynovla görüşmüş, Təqsirləndirilən şəxs ondan borca 30 manat pul almış qısa müddətə qaytaracağını bildirmişdir. Həmin gündən sonra dəfələrlə zəng vurub pulunu istəməsinə baxmayaraq indiyə kimi Təqsirləndirilən şəxs pulunu qaytarmamış və hər dəfə bir bəhanə etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində Gəncə şəhəri Məlikov küçəsində Təqsirləndirilən şəxsla rastlaşmış, söhbət zamanı ondan 30 manat istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla kobud danışaraq pulunun olmadığını, pulu olanda verəcəyini demişdir. Təqsirləndirilən şəxs pula ehtiyacı olduğu üçün pulunu istədiyini demiş, həmin vaxt Təqsirləndirilən şəxs onu təhqir edərək yaxın zamanlarda pulunu verəcəyini demişdir. Təqsirləndirilən şəxs onu təhqir etdiyi üçün o da Sahibi təhqir etmiş, həmin vaxt Təqsirləndirilən şəxs əli ilə onun sol qulaq nahiyyəsindən vurmuş, yerə yıxılmış, yıxalan zaman təpiklə qarın nahiyəsindən vurmuş sonra təhqir edərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs getdikdən sonra o, 1-ci polis şöbəsinə yaxınlaşmış Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Sonda o, Sahiblə barışdığını, ona qarşı heç bir şikayəyt və tələbinin olmadığını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli, 2236 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- qarın nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol qulaqyanı nahiyənin qançırı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində gəstərilən tarixə yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubliaksı CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. 17 yanvar 2022-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası MM-nin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4 bəndinə əsasən cəzası 05 ay 27 günə endirilmiş və 30 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri İcra hakimiyyətinin 9 nömrəli xidmət sahəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Yaşadığı müddətdə özünü nizam-intizamlı aparmışdır.Ondan 9 nömrəli xidmət Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmişin ona qarşı hər hansı tələbi və şikayəti olmadığı üçün onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar