Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-137/2023 07.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 58A, mənzil 25-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində yaşadığı Gəncə şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evində qaynanası Zərərçəkmiş şəxs onun azyaşlı övladı X8 icazəsiz apardığına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübashisə zamanı onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan 1948-ci il təvəllüdlü qaynanası Zərərçəkmiş şəxs sol qol nahiyəsinə qəsdən və xüsusi amansızlıqla yumruqla vurub yerə yıxmaqla sonuncunun sol mil sümüyünün sınığı ilə müşahidə olunan dirsək nahiyəsinin qançırı-şişkinliyi xəsarətləri ilə nəticələnən və həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulması ilə nəticələnən qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin CM-nin 127.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti aydındır və özünü həmin cinayət hadisəsində təqsirli bilmir. Ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 58A, mənzil 25-də azyaşlı övladları və qayınatası Vasili Oktyabrski ilə birlikdə yaşayır. Lamiyə Okryabrski onun baldızıdır, ona qarşı heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Münasibətləri əvvəllər normal olmuşdur. Daha sonra əri Həsən Oktyabrski, azadlıqdan məhrum edildikdən sonra münasibətləri pisləşməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə baldızının əri İntiqam o evdə olmayan zaman qaynatası Vasilini və azyaşlı övladı Musanı yaşadığı evdən götürərək Gəncə şəhəri 5 nömrəli məktəbin yaxınlığında yerləşən evlərinə aparmışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evə gəlmiş, həmin vaxtı evin qapısı bağlı olmuşdur. Bir müddət sonra qayınanası Zərərçəkmiş şəxs zəng edərək övladının və qayınatasının onların evində olduğunu bildirmişdir. Bundan sonra qayınanası və baldızı yaşadığı ünvana getmişdir. Evə daxil olduqdan sonra baldızı Lamiyə Oktyabirski üzərinə gələrək onu başqaları ilə birlikdə olduğunu deyərək günahlandırmış və saçını yolmuşdur. Bundan sonra o da əsəbləşib Lamiyə Oktyabrskinin saçını yolmuşdur. Uşaqlarını evdən götürüb DİN-nin 102 xidmətinə döyülməyi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs yazdıqları tamamilə yalandır, onu döyməmişdir. xx.xx.2022-ci il tarixdə baldızı Lamiyəgilə gedəndə onu döyməmiş. sözlə münahisələri olmuşdur. Həmin vaxt mübahisə və dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş, evdə qayınatası Vasya və baldızı Lamiyə olmuşdur. Qayınanası Sədaqət yalan deyir, onu vurmamış, həmin xəsarətlərin necə almasından xəbəri yoxdur. Həmin vaxt Sədaqət ona heç bir xəsarət yetirməmişdir. Qaynanası ona şər atır. Maddi vəziyyəti ağırdır. Uşaqlarını maddi baxımdan təmin etmək üçün fərdi evlərdə xahimə kimi işləyir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri İ.Məmmədov küçəsi ev 42-də yaşayır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 1-ci PŞ-yə ərizə ilə o özü müraciət etmişdir. Aygün Oktyabrski gəlinidir, ona qarşı heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Münasibətləri əvvəllər normal olmuşdur. Daha sonra oğlu Həsən Oktyabrski azadlıqdan məhrum edildikdən sonra münasibətləri pisləşməyə başlamışdır. Belə ki, həmin vaxtdan sonra Aygün başqa başqa kişilərlə gəzməyə başlamış, bu səbəbdən ona iradını bildirmişdir. xx.xx.2022-ci il tarixdə kürəkəni İntiqam əri Vasyanın yaşadığı ünvana getmişdir. Həmin vaxtı Vasya evdə Aygünün azyaşlı övladı Musa ilə tək olmuşdur. İntiqam Musanı evdə tək qoymamaq üçün onu da əri Vasya ilə birlikdə yaşadıqları evə gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman Aygünə zəng edərək övladının və qaynatasının yaşadıqları evdə olduğunu bildirmiş, bundan sonra Aygün yaşadıqları evə gəlmiş, həmin vaxtı Aygün onunla kobud formada danışmağa başlamış, sol qoluna əl zərbəsi vuraraq onu döymüşdür. O, yerə yıxıldıqdan sonra Lamiyə əsəbləşib Aygünün üzərinə getmiş və saçından yolmuşdur. Həmin vaxtı Aygündə Lamiyənin saçından yolaraq fiziki ağrı yetirmiş, əl zərbəsi ilə sol əlinə və baş nahiyəsinə vurmuşdur. Döyüldüyü üçün xx.xx.2022-cı il tarixdə Gəncə şəhər 1-ci PŞ-yə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qızı Lamiyənin evində olan zaman Aygün Oktyabrski onun sol qolundan əl zərbəsi ilə vuraraq onu döymüşdür. Davadalaş zamanı yanlarında qızı Lamiyə, əri Vasya olmuş və Aygün onu döyən zaman qızı Lamiyə onu Aygünün əlindən almışdır. X7 evində onu döyən zaman sol qolundan və baş nahiyəsindən xəsarət almışdır. Gəlini Aygünün onu vurub döyməsi təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt səs-küyə oraya kənar heç kim toplaşmamış, sadəcə qızı Lamiyə evdə olmuş, çünki Aygün onu evin içərsində evin dəhlizində döymüşdür. Aygün onu vurub döyən zaman o Aygünü döyməmiş, sadəcə itələmişdir ki, ondan aralansın. Bundan əlavə, Aygün həm də onun evindən əşyalarını apararaq oğurluq etmişdir. Buna görə də, məhkəmədən Aygünün barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Aygün Oktyabrski qardaşının arvadıdır, ona qarşı heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Münasibətləri əvvəllər normal olmuşdur. Daha sonra qardaşı Həsən Oktyabrski azadlıqdan məhrum edildikdən sonra münasibətləri pisləşməyə başlamışdır. Belə ki, həmin vaxtdan sonra Aygün başqa başqa kişilərlə gəzməyə başlamış, bu səbəbdən ona iradını bildirmişdir. xx.xx.2022-ci il tarixdə əri İntiqam atası Vasyanın yaşadığı ünvana getmişdir. Həmin vaxtı Vasya evdə Aygünün azyaşlı övladı Musa ilə tək olmuşdur. İntiqam Musanı evdə tək qoymamaq üçün onu da atası Vasya ilə birlikdə yaşadığı evə gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman anası Sədaqət Aygünə zəng edərək övladının və qaynatasının yaşadıqları evdə olduğunu bildirmiş, bundan sonra Aygün yaşadıqları evə gəlmişdir. Həmin vaxt Aygün anası Sədaqət ilə kobud formada danışmağa başlamışdır. Bundan sonra o, əsəbləşib Aygünün üzərinə getmiş və saçından yolmuşdur. Həmin vaxtı Aygün də onun saçından yolaraq ona fiziki ağrı yetirmiş, əl zərbəsi ilə sol əlinə və baş nahiyəsinə xəsarət yetirmişdir. Dava-dalaş zamanı anası Sədaqət, gəlinləri Aygün, atası Vasya evdə olmuşdur. O, mübahisə zamanı Aygünün saçından yolmuşdur. Əlavə suala cavab olaraq Oktyabrskaya Lamiyə bildirdi ki, anası Zərərçəkmiş şəxs Aygün tərəfindən döyülməsinə dair heç bir söz demək istəmir, ümumiyyətlə o hadisəni görməmişdir. Anası Naftalanda yıxıldıqdan sonra qolunda narahatlıq yaranmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 bildirdi ki, hadisə baş verən gün o hamamda olmuşdur. Yuyunduqdan sonra suyu bağlayanda evdən qışqırıq səsləri eşitmişdir. Səsə hamadan çıxdıqda gəlini Oktyabrsaya Aygünün onun arvadı Zərərçəkmiş şəxs döydüyünü görmüşdür. Aygün Sədaqətə bədəninin müxtəlif nahiyyətlərinə əl zərbələri endirmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, dava-dalaş baş verdiyi anda qızı Lamiyəni orada görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 bildirdi ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır. Su maşını sürməklə ailəsini dolandırır. Hadisə baş verən gün və ondan əvvəl qaynanası mütəmadi olaraq onun evinə gəlib getmişdir. Son dəfə onu hadisədən bir neçə gün əvvəl görmüş, qaynanasının Naftalandan istirahətdən qayıtdıqdan sonra qolunda narahatlıq və ağrı olduğunu müşahidə etmişdir. Hətta ağrının kəsilməsi üçün qaynanası Sədaqətin qoluna məlhəm də sürtmüşlər. Qaynanasının baldızı Aygün tərəfindən döyülməsini görməmişdir. O səhərdən axşama qədər işdə olur. Cinayət hadisəsi barədə məlumatı yoxdur. Qaynanası Sədaqət demişdir ki, Naftalannan gələndə yıxılmış, qolu əzilmişdir. Ona qulluq etmək üçün evinə gətirmişlər. Onun qolu şişib göyərmişdi. Ona ağrıkısəsici vurulurdu, hər gün qoluna məlhəm çəkilirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 bildirdi ki, təqsirləndirilən şəxs Aygün Oktyabrskinin əri, hazırda azadlıqdan məhrumetmə cəzası çəkən Həsən Oktyabrski ilə dostluq münasibətləri var. Həsənin ailəsinin evində təmir işlərinin görülməsində təmənnasız olaraq köməklik göstərir. Hadisə günündən bir neçə gün öncə Zərərçəkmiş şəxs evində olmuş, Sədaqət ona qolunun ağrıdığını bildirmişdir. Söhbətin üstündən bir neçə dəqiqə keçdikdən sonra Sədaqət ona bildirmişdir ki, ondan şikayət edəcək, çünki onu Malik itələmişdir və ona görə də o yıxılaraq qolunu əzmişdir. Ümumiyyətlə, Sədaqət Əsgərovanın psixi durumu qaydasında deyil. Qolunun əzilməsində gah onu gah da kürəkəni İntiqamı günahlandırırdı. Hətta etdiklərinə onların hər birindən 2000 manat alacağını da demişdir. O əvvəllər də müxtəlif şəxsləri şərləyərək pulunu almışdır. Eşitdiyinə görə Sədaqət uzun müddət psixatriya xəstəxanasında yatmışdır. Yaşayış yerində qonşular tərəfindən ondan çoxlu şikayətlər olur, pis qonşu kimi xarakterizə edilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ekspert X11 bildirdi ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərinə dair 12 oktyabr 2022-ci il tarixli 1863 saylı ekspert rəyi onun tərəfindən verilmişdir. Zərərçəkmiş şəxs 12 oktyabr 2022-ci il tarixdə tibbi müayinə edilmiş, rentgenoloqun rəyinə əsasən sol dirsək oynağında mil sümüyü sınığının olması müəyyən edilmişdir. Şahid əlavə suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs qolundakı sınığın hadisə baş vermiş 11 oktyabr 2022-ci il tarixdən öncə yaranması istisna edilir. Çünki onun sol dirsək nahiyyəsindəki qançırda qırmızımtıl çaların olması xəsarətin yetirilməsinin üstündən 24 saatdan az vaxt keçməsindən xəbər verir. İnsanın yaşından asılı olaraq qançırın rəng dəyişməsi tez və ya gec baş verə bilər. Yaşlı insanlarda qançırdan qırmızımtıl çaların itməsi azyaşlılardan daha gec baş verir. Lakin yaşından asılı olmayaraq qançırda qırmızımtıl çalar bir gündən artıq qalmır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisə Gəncə şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən fərdi yaşayıl evində baş vermişdir. Məhkəmə-tibb ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 1863 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət — sol mil sümüyünün sınığı ilə müşahidə olunan dirsək nahiyəsinin qançırı-şişkinliyi — bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci İl tarixdə əmələ gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər 21 nömrəli küçə üçlüyündən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 6887 nömrəli arayışdan görünür ki, Oktyabrskiy X2 Dispanserdə qeydiyyatda durmur. Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 6098 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Narkoloji Dispanserdə qeydiyyatda durmur. Doğum şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Oktyabrskiy Musa, Oktyabrskiy Mələk və Oktyabrskiy Məmməd adında 3 azyaşlı uşağı var. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsə də, onun şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.2 -ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 -ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Belə ki, şahidlərin bir qisminin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi döyməsini öz ifadələrində təsdiq etməmələrinə baxmayaraq, məhkəmə iş üzrə ekspertin dindirilməsini təmin edərək onların ifadələrindəki anlaşılmazlıq və ziddiyyəti aradan qaldırmışdır. Şahidlərin bir qisminin ifadələrindən zərərçəkmiş şəxsin bir neçə gün öncə Naftalanda istirahətdə olduğu zaman qolunu zədələdiyi nəticəsi çıxsa da, ekspertin ifadəsi bu ehtimalı istisna etmişdir. Ekspertin ifadəsindən aydın olmuşdur ki, müayinə edilən gün zərərçəkmiş şəxsin qolundakı qançırdakı qırmızımtıl çalar zədənin 24 saatdan az müddət öncə yetirildiyini təsdiq edir. Ona görə də, törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edənCinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-137/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-137/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver