Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-139/2022 17.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəməklə talamışdır. Belə ki, o, xx.xx.2012-ci il tarixdə ********** (VÖEN) nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına, eyni zamanda vergi ödəyicisi kimi vergi uçotuna alınaraq, fiziki şəxs kimi Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 156 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs məxsus “Seyidoğlu” adlı istilik sistemlərinin satışı mağazasında etibar edilmiş özgə əmlak olan həmin mağazada satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə mağazanın xəzinəsinə ödəmək və digər səlahiyyətlərə malik satıcı kimi öz qulluq mövqeyindən istifadə edib özgə əmlakı qanunsuz və əvəzsiz olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə 05 iyun 2021-ci il tarixdən, həmin ilin iyun ayının 12-dək olan müddət ərzində Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 156 ünvanında yerləşən ona etibar edilmiş özgə əmlak olan kombi avadanlığının 220 manat dəyərində “ESENJOR HERMAN 24 005165” markalı 01 ədəd ehtiyat hissəsini, hər biri 300 manat dəyərində “ESENJOR BOSCH-BUDERUS 005240” markalı 02 ədəd ehtiyat hissəsini, hər biri 10 manat dəyərində “İRAN KALONKASİ İÇ İYON TEK (TERMOKABEL) (0053.42343)” markalı 13 ədəd ehtiyat hissəsini, hər biri 16 manat dəyərində “CİN (0058)” markalı 02 ədəd təzyiq dacciki ehtiyat hissəsini, 20 manat dəyərində “İMERQAS (00510)” markalı 01 ədəd təzyiq dacciki ehtiyat hissəsini, 80 manat dəyərində “ESENJOR ARİSTON 16 (00540 )“ markalı 1 ədəd ehtiyat hissəsini, hər biri 50 manat dəyərində “ECA FİLTR 32 LATUN” markalı 04 ədəd ehtiyat hissəsini, hər biri 45 manat dəyərində “ECA FİLTR 40 LATUN (00520-00)” markalı 03 ədəd ehtiyyat hissəsini, hər biri 80 manat dəyərində “ECA FİLTR 50 LATUN (00535-00)” markalı 02 ədəd ehtiyyat hissəsini, hər biri 31 manat dəyərində “KAS EKSİ KLAPAN MAL DİLİ 40 (00522 63343)” markalı 05 ədəd ehtiyyat hissəsini, 8.50 manat dəyərində “KAS EKS KLAPAN DEMİR ARİSTON 1/2 055.525” markalı 01 ədəd ehtiyat hissəsini, eləcə də 09 iyun 2021-ci il tarixdə, 220 manat dəyərində “ESENJOR HERMAN 24 005165“ markalı 01 ədəd ehtiyat hissəsini, 31 manat dəyərində “KAS EKSİ KLAPAN MAL DİLİ 40 (00522 63343)” markalı 01 ədəd ehtiyat hissəsini, hər biri 80 manat dəyərində “ECA FİLTR 50 LATUN (00535-00)” markalı 2 ədəd ehtiyat hissəsini, hər biri 45 manat dəyərində “ECA FİLTR 40 LATUN (00520-00)” markalı 02 ədəd ehtiyat hissəsini, 50 manat dəyərində “ECA FİLTR 32 LATUN” markalı 1 ədəd ehtiyat hissəsini, habelə, 12 iyun 2021-ci il tarixdə, hər biri 220 manat dəyərində kombi avadanlığının “ESENJOR HERMAN 24 005165” markalı 02 ədəd ehtiyat hissəsini vahid niyyətlə zərərçəkmiş şəxsə ümumilikdə 2731.50 (iki min yeddi yüz otuz bir manat əlli qəpik) manat dəyərində ziyan vuraraq özgə əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməklə talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 155 ünvanında əmisi X2 və onun oğulluğu Şahid3la birlikdə yaşayır. O, valideylərini itirdiyinə görə Gəncə uşaq evində böyümüşdür. Hərbi xidmətini başa vurduqdan sonra, Gəncə şəhərinə geri qayıdaraq, Gəncə şəhəri ərazisində əlvan metalları yığıb metal qəbulu sexlərinə satmaqla özünü dolandırmışdır. Yaşamağa evi olmadığına görə 2021-ci ilin may ayının əvvəllərindən ünvan 4 ünvanında qalmışdır. 2021-ci ilin may ayının 15-də günorta saat 14 radələrində Şahid3 ona yaşadığı evə bitişik olan “Seyidoğlu” istilik sistemləri mağazasının müdiri Ruzigar ilə danışıb razılaşdığını, sabahdan Ruzigarın yanında işə başlayacağını deyərək, sonra onu Ruzigarın yanına aparıb tanış etmişdir. Ruzigar söhbət zamanı ona səhərlər işə gəlib, mağazanı açmağı, səhərdən malların qiymətlərini ona öyrədəyəcini bildirmişdir. Ertəsi gün, yəni 16 may 2021-ci il tarixdə saat 9 radələrində o, mağazaya gedərək, Ruzigar ilə görüşdükdən sonra ona mağazada olan malların modellərini və qiymətlərini başa salmışdır. Bununla da, o, hər gün saat 09 radələrində mağazaya gedərək Ruzigarın ona verdiyi açarlar ilə qapını açıb mağazada təmizlik işləri apardıqdan sonra, mağazaya gələn müştərilərə vitrinə düzülmüş əşyalardan satmışdır. 05 iyun 2021-ci il tarixdə saat 08 radələrində o, mağazaya gələrək mağazada təmizlik işləri apardıqdan sonra pula ehtiyacı olduğu üçün mağazadakı əşyaları götürüb metal qəbulu yerlərinə satmaq qərarına gəlmişdir. Bu məqsədlə də, mağazanın ikinci mərtəbəsinə çıxaraq, mağazanın ikinci mərtəbəsində virtinlərə düzülmüş, o cümlədən yerdə olan 01 ədəd ESENJOR HERMAN markalı, 02 ədəd ESENJOR BOSCH-BUDERUS markalı, 13 ədəd İRAN KALONKASİ İÇ İYON TEK (TERMOKABEL) markalı, 02 ədəd CİN markalı təzyiq dacciki, 01 ədəd İMERQAS markalı təzyiq dacciki, 1 ədəd ESENJOR ARİSTON, 04 ədəd ECA FİLTR 32-lik, 03 ədəd ECA FİLTR 40-lıq, 02 ədəd ECA FİLTR 50-lik, 05 ədəd KLAPAN MAL DİLİ, 01 ədəd KLAPAN DEMİR ARİSTON markalı təzə ehtiyyat hissəsini tullantı məhsullarının arasında gizlədib onları mağazanın zirzəmisinə aparıb qoymuşdur. Həmin günü təxminən saat 20 radələrində o, işdən çıxaraq, tanımadığı taksi ilə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən Musayevin qarajı adlanan əraziyə gedib, orada işləyən əvvəllər tanıdığı Turala yaxınlaşıb götürdüyü əşyaları satmaq üçün təqdim etmişdir. Tural ondan əşyaların oğurluq olub-olmadığını soruşduqda o, sonuncuya əşyaların özünə məxsus olduğunu bildirmişdir. Sonra Tural əşyaları çəkdikdə, çəkiləri 7.6 kiloqram gəlmişdir. Tural verdiyi əşyaları qəbul etdikdən sonra ona 102 manat 60 qəpik pul vermiş və o, pulu Turaldan götürdükdən sonra Gəncə şəhərinin mərkəzinə gedərək, pulu şəxsi tələbatlarına xərcləmişdir. 09 iyun 2021-ci il tarixdə saat 08 radələrində o, mağazaya gələrək, mağazada təmizlik işləri apardıqdan sonra mağazanın ikinci mərtəbəsinə çıxıb mağazanın ikinci mərtəbəsində vitrinlərə düzülmüş, o cümlədən yerə yığılmış 01 ədəd ESENJOR HERMAN markalı, 01 ədəd KAS EKSİ KLAPAN markalı kombi ehtiyat hissəsini, 2 ədəd ECA FİLTR 50-lik, 02 ədəd EGA FİLTR 40-lıq, 1 ədəd ECA FİLTR 32-lik markalı kombi ehtiyat hissəsini, tullantı məhsullarının arasına yığıb onu tullantı məhsullarının arasında gizlədib mağazanın zirzəmisinə aparıb qoymuşdur. Həmin gün təxminən saat 15 radələrində işdən çıxaraq, tanımadığı taksi ilə Gəncə şəhəri, Tofiq Quliyev küçəsində yerləşən “Şah Sarayı” adlanan şənlik evinin yaxınlığında yerləşən əlvan metallarının qəbulu sexinə gedib götürdüyü əşyaları adını sonradan bildiyi Həsən adlı şəxsə satmışdır. Həsən ondan əşyaların oğurluq olub-olmadığını soruşduqda Həsənə əşyaların özünə məxsus olduğunu bildirmişdir. Sonra Həsən özünə məxsus mobil telefonla şəxsiyyət vəsiqəsinin şəkilini çəkərək, əşyaları tərəzidə çəkib ona 122 manat pul vermişdir. Sonra o, işlədiyi mağazaya geri qayıtmış və həmin gün axşam saatlarında pulu şəxsi tələbatları üçün xərcləmişdir. 12 iyun 2021-ci il tarixdə saat 08 radələrində mağazaya gələrək, mağazada təmizlik işləri apardıqdan sonra mağazanın ikinci mərtəbəsinə çıxaraq, mağazanın ikinci mərtəbəsində vitrinlərə düzülmüş, o cümlədən yerdə olan 02 ədəd ESENJOR HERMAN markalı kombi ehtiyat hissəsini tullantı məhsullarının arasında gizlədib onları mağazanın zirzəmisinə düşürmüşdür. Təxminən saat 11 radələrində götürdüyü əşyaları tullantı məhsullarının içərisində küçəyə çıxardaraq, əşyaları yaxınlıqda olan VAZ-2107 markalı avtomobil ilə taksi fəaliyyəti göstərən tanımadığı sürücüyə vermişdir. Tanımadığı taksi sürücüsünə mağazadan işləri ilə bağlı çıxa bilmədiyini bildirib, mağazadan götürdüyü əşyaları tanımadığı taksi sürücüsünə verməklə onları Gəncə şəhər ATS-nin yanında olan metal qəbul məntəqəsinə satmasını və alacağı puldan yol pulunu çıxmasını bildirmişdir. Həmin taksi sürücüsü də mağazadan götürüb satmağa verdiyi iki ədəd esenjoru götürüb getmişdir. Mağazada Ruzigarın yanında olan zaman, əşyaları verdiyi taksi sürücüsü esenjorları geri qaytarıb Ruzigara təhvil verərək, az öncə bir nəfər gənc oğlandan əşyaları satmaq üçün götürdüyünü, şəxsiyyət vəsiqəsi lazım olduğuna görə əşyaları sata bilmədiyini bildirmişdir. Həmin vaxt Ruzigar onu yanına çağırdıqda, taksi sürücüsü onu görən kimi Ruzigara əşyaları ondan götürdüyünü bildirmişdir. Həmin vaxt Ruzigar ona əsəbiləşərək "ayə sən burdan oğurluqmu edirsən?" deyə soruşmuşdur. O, Ruzigarın qarşısında sakit duran zaman taksi sürücüsü mağazanı tərk edib getmişdir. Sonra o, Ruzigarla masa ətrafında əyləşib söhbət etdikdə Ruzigara 05 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixədək olan müddət ərzində mağazanın 2-ci mərtəbəsinə yığılmış ehtiyat hissələrini gizlin götürüb mağazanın zirzəmisinə gizlətdiyini, sonra həmin ehtiyat hissələrini ucuz qiymətə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Musayevin qarajı” adlanan və Gəncə şəhəri, Tofiq Quliyev küçəsində yerləşən metal qəbulu sexlərinə satdığını bildirmişdir. Sonra Ruzigar onu mağazadan küçəyə çıxardaraq, bir daha işə gəlməməyini bildirmişdir. Cinayət əməlini törədən zaman yanında hər hansı bir şəxs olmamışdır. Metal qəbulu sexlərində olan alıcıların satdığı əşyaların oğurluq olmasından xəbərləri olmamışdır. O, ilk dəfə 05 iyun 2021-ci il tarixdə mağazadan əşyaları götürüb satdıqdan sonra Ruzigarın bundan xəbəri olacağını düşünməmiş və yenidən əşyaları götürüb sataraq pullarını xərcləmişdir. Mağazadan əşyaları götürən zaman hər hansı bir şəxslə əlbir olmamış və əvvəlcədən hər hansı bir şəxslə bu barədə söhbəti olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini və aralarında barışıq əldə olunduğunu bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, özünə məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 156 nömrəli ünvanda yerləşən “Seyidoğlu" adlı istilik sistemlərinin satışı mağazasını VÖEN əsasında işlədib ailəsini dolandırır. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında düşmənçiliyi və ədavəti olmamışdır. 2021-ci ilin may ayının əvvəllərində işlətdiyi mağazanın yaxınlığında yaşayan Taleh adlı tanışı ona evində Etibar adlı tanışının qaldığını, sonuncuya maddi və mənəvi dəstək olduğunu, Etibarı yanında işə götürməyini xahiş etdikdə, bu barədə Talehə etiraz etməmiş və Etibarı yanında işə götürmüşdür. Həmin vaxtdan Etibar yanına işə gəlib-getmiş və o, Etibara hər gün 10 manat xidmət haqqı vermişdir. Etibara mağazanın giriş qapısının açarını vermiş və Etibar hər gün saat 07 radələrində mağazanı açır, saat 20 radələrində isə hər gün mağaza bağlananda çıxıb getmişdir. Bəzi günlər saat 22-23 radələrində isə Etibar onun xahişi ilə mağazanı açır, onun mobil telefonuna zəng edən müştərilərə ehtiyat hissələri satmışdır. Əldə olan pulu isə Etibar kassaya qoymuşdur. 12 iyun 2021-ci il tarixdə təxminən saat 11 radələrində o, mağazada olan zaman 1 nəfər adını bilmədiyi və əvvəllər tanımadığı təxminən 30-35 yaşı oğlan mağazaya daxil olub salamlaşaraq, taksi sürücüsü olduğunu, əlində olan 02 ədəd ESENJOR HERMAN 24 005165 markalı kombi ehtiyat hissələrini təqdim edərək, mağazada işləyən adını bilmədiyi oğlanın həmin əşyaları Gəncə şəhəri, Müseyib Bağırov küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində olan metal qəbulu sexinə satması üçün verdiyini, sexin sahibi həmin əşyaları təzə olduğuna görə qəbul etmədiyini, buna görə də, əşyaları geri qaytararaq həmin oğlana geri vermək istədiyini bildirmişdir. O, həmin vaxt həyəcanlanaraq, Etibarın ondan xəbərsiz mağazada olan əşyaları oğurlayıb satdığını düşünmüşdür. Sonra o, Etibarı səsləmiş və sonuncu, mağazanın ikinci mərtəbəsindən yanına gəldikdə, Etibardan mağazadan oğurluq etdiyini soruşduqda sonuncu sakit durmuşdur. O, Etibara bu barədə öz iradlarını bildirən zaman, ehtiyat hissələrini ona təqdim edən taksi sürücüsü Etibarın oğurluq etdiyini bilib, mağazanı tərk etmişdir. Sonra o, Etibarla masa ətrafında əyləşib söhbət etdikdə Etibar 05 iyun 2021ci il tarixdən 12 iyun 2021-ci il tarixədək olan müddət ərzində mağazanın 2-ci mərtəbəsinə yığdığı ehtiyat hissələrini gizlin oğurlayaraq mağazanın zirzəmisinə gizlətdiyini, sonra həmin ehtiyat hissələrini ucuz qiymətə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Musayevin qarajı” adlanan və Gəncə şəhəri, Tofiq Quliyev küçəsində yerləşən metal qəbulu sexlərinə satdığını bildirmişdir. Sonra o, Etibarı mağazadan küçəyə çıxardaraq, bir daha işə gəlməyəcəyini bildirmişdir. Daha sonra Gəncə şəhəri, Tofiq Quliyev küçəsində yerləşən metal qəbulu sexinə getdikdə, həmin yerdə metal qəbulu sexini işlədən Şahid2 ona 01 ədəd ESENJOR HERMAN 24 005165 markalı kombi ehtiyat hissəsini, 02 ədəd ECA FİLTR 50 LATUN (00535-00) markalı ehtiyat hissəsini, 02 ədəd ECA FİLTR 40 LATUN (00520-00) markalı ehtiyat hissəsini, 01 ədəd ECA FİLTR 32 LATUN markalı ehtiyat hissəsini, 01 ədəd KAS EKSİ KLAPAN MAL DİLİ 40 (00522 63343) markalı ehtiyat hissəsini Etibar adlı şəxsin şəxsiyyət vəsiqəsi əsasında həmin əşyaları satdığını, buna görə Etibara 126 manat pul verdiyini bildirmişdir. O da həmin əşyaları metal qəbulu sexinin sahibindən 126 manat pul verib geri almışdır. Hazırda həmin əşyalar özündədir. Təxminən saat 17 radələrində o, Gəncə şəhəri, Nizami prospektində yerləşən ‘‘Musayevin qarajı” adlanan əraziyə gedib orada metal qəbulu sexinin sahibi ilə görüşdükdə, sexin sahibinə Etibarın kombi istilik sisteminin ehtiyat hissələrini satması barədə sual verdikdə ona Etibarın kombi istilik sisteminin hissələrini satdığını bildirmiş, lakin sexin sahibi ona Etibarın satdığı hissələri geri qaytarmamışdır. Bir neçə dəqiqədən sonra o, istifadəsində olan mobil telefonla DİN-in 102 xidmətinə zəng edib Etibarın mağazadan oğurluq etməsini bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus mağazadan 04 ədəd hər biri ESENJOR HERMAN 24 005165 markalı təzə kombi ehtiyyat hissəsi, 02 ədəd hər biri ESENJOR BOSCH-BUDERUS 005240 markalı təzə kombi ehtiyyat hissəsi, 13 ədəd hər biri İRAN KALONKASİ İÇ İYON TEK (TERMOKABEL) (0053.42343) təzə ehtiyat hissəsi, 02 ədəd CİN (0058) markalı təzə təzyiq dacciki kombi ehtiyat hissəsi, 01 ədəd İMERQAS (00510) markalı təzə təzyiq dacciki kombi ehtiyat hissəsi, 01 ədəd ESENJOR ARİSTON 16 (00540 ) markalı təzə ehtiyat hissəsi, 05 ədəd hər biri ECA FİLTR 40 LATUN (00520-00) markalı təzə ehtiyat hissəsi, 04 ədəd hər biri ECA FİLTR 50 LATUN (00535-00) markalı təzə ehtiyat hissəsi, 05 ədəd hər biri ECA FİLTR 32 LATUN markalı təzə ehtiyat hissəsi, 06 ədəd hər biri KAS EKSİ KLAPAN MAL DİLİ 40 (00522 63343) markalı təzə ehtiyat hissəsi, 01 ədəd KAS EKS KLAPAN DEMİR ARİSTON 1/2 055.525 markalı təzə ehtiyat hissəsini talamışdır. Talanmış əşyaların qaiməsini (aktını) istintaqa təqdim etmişdir. Talanmış əşyaların hamısı təzə (işlənməmiş) olmuşdur. Ona ümumilikdə 2731.50 (iki min yeddi yüz otuz bir manat əlli qəpik) manat maddi ziyan dəymişdir. O, 12 iyun 2021-ci il tarixdə saat 12 radələrindən saat 18 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Tofiq Quliyev küçəsində yerləşən metal qəbulu sexinə, Gəncə şəhəri, Nizami prospektində yerləşən “Musayevin qarajı” adlanan ərazidə olan metal qəbulu sexinə və Gəncə şəhər Nizami rayon Polis İdarəsinə getmişdir. O, mağazada hər bir şeyi Etibara etibar etmişdir. Lakin Etibar göstərdiyi etimadı doğrultmayaraq mağazadan əşyaları mənimsəyərək talamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Tofiq Quliyev küçəsində, “Şah” sarayı şadlıq evinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2021 -ci il tarixdə təxminən saat 15 radələrində işlədiyi metal qəbul məntəqəsində olan zaman tanımadığı bir nəfər şəxs məntəqəyə gəlib bir ədəd Herman kombinin ehtiyat hissəsini, bir neçə ədəd klapanı və 05 ədəd su filtirlərini gətirərək satmaq istədiyini ona bildirmişdir. O, adını sonradan bildiyi Etibar adlı şəxsdən əşyaların oğurluq olub-olmadığını soruşduqda sonuncu ona əşyaların özünə məxsus olduğunu, onları hər hansı bir yerdən oğurlamadığını bildirmişdir. Sonra o, Etibardan özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişdir. Etibar özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra o, istifadəsində olan mobil telefonla Etibarın şəxsiyyət vəsiqəsinin fotoşəkilini çəkmişdir. Sonra o, həmin bir ədəd herman esenjoru, klapanları və 5 ədəd su filtirlərini tərəzidə çəkmiş və hazırda çəkisi dəqiq yadında qalmamış, Etibara 122 manat pul vermişdir. 12 iyun 2021-ci il tarixdə yenə də metal qəbulu məntəqəsində olan zaman adını sonradan bildiyi Rüzigar adlı şəxslə gəlmiş və Rüzigar adlı şəxs Etibar adlı şəxsin ona satdığı metalları dükandan oğurlayıb satdığını bildirmişdir. Sonra Rüzigar pulunu qaytaracağını və aldığı metalları geri qaytarmağı xahiş etmişdir. Rüzigar ona 126 manat pul vermiş və ondan herman esenjoru və 5 ədəd su filtirlərini geri almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, N.Gəncəvi prospektində yerləşən “Musayevin qarajı” deyilən yerdə metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Etibar Gəncə şəhəri ərazisində metal yığımı ilə məşğul olur. O, mütəmadi olaraq Etibardan dəmir, mis və aliminium metalları almışdır. Etibar ilə heç bir düşmənçiliyi və yaxud ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə işlədiyi metal qəbul məntəqəsində olan zaman Etibar məntəqəyə gəlib iki ədəd kombinin ehtiyyat hissəsini, 13 ədəd kalonka və digər kombi ehtiyyat hissələri gətirərək satmaq istədiyini bildirmişdir. O, həmin iki ədəd esenjoru, 13 ədəd kalonka və digər kombi ehtiyyat hissələri tərəzidə çəkmiş və ümumi çəkisi 7.6 kiloqram gəlmiş və Etibara 102 manat 60 qəpik pul vermişdir. 12 iyun 2021-ci il tarixdə o, metal qəbulu məntəqəsində olan zaman adını sonradan bildiyi Rüzigar adlı şəxslə gəlmiş və Rüzigar adlı şəxs Etibarın ona satdığı metalları dükanından oğurlayıb satdığını bildirmişdir. Sonra Rüzigar pulunu qaytaracağını, aldığı metalları geri qaytarmağı xahiş etmişdir. Lakin o, aldığı metalları artıq əritdiyi üçün geri qaytara bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri ərazisində əlvan metalların alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıyır. Onun Etibar ilə əvvəllər aralarında düşmənçiliyi və ədavəti olmamışdır. Etibar uşaq evində böyümüş, maddi imkanı olmadığına görə onun yaşadığı evdə yaşayaraq birlikdə əlvan metalların alqı-satqısı ilə məşğul olmuşlar. O, Etibar ilə işləyən vaxtdan sonuncu onun yaşadığı evdə yaşamışdır. 2021-ci ilin may ayının ortalarında onun yaşadığı evə bitişik olan “Seyidoğlu” adlanan istilik sistemləri satılan mağazanın sahibi Ruzigar ilə söhbət edən zaman sonuncudan Etibarın onun yanında işləməsini xahiş etmişdir. Ruzigar da ona razılıq vermiş və Etibarı yanında işə götürmüşdür. Həmin vaxtdan Etibar səhər saat 08 radələrində işə gedərək, mağazanın qapılarını açmışdır. Qısa zaman ərzində Etibar mağazada satılan malların adlarını və qiymətlərini öyrənmişdir. 2021-ci ilin iyun ayının 12-də o, yaşadığı evə gələn zaman yolda Ruzigarı görmüş və sonuncu ona Etibarın mağazadan kombi ehtiyyat hissələri oğurlayıb satdığını bildirmişdir. Etibarın Ruzigara məxsus “Seyidoğlu” adlanan istilik sistemləri mağazasından oğurluq etməsindən onun xəbəri olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” barədə 14 iyun 2021-ci il tarixli protokoldan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs mağazanın qarşısını əli ilə göstərib mağazanın ikinci mərtəbəsindən kombi ehtiyat hissələrini oğurlayıb mağazanın zirzəmisinə yığdığını bildirmişdir. Sonra mağazanın içərisinə daxil olduqdan sonra pilləkən ilə ikinci mərtəbəsinə gedilmiş, Təqsirləndirilən şəxs mağazanın ikinci mərtəbəsində olan vitrinləri, masanı və döşəməni əli ilə göstərib ora yığılmış kombi ehtiyat hissələrini 05 və 12 iyun 2021-ci il tarixlərdə gizlin götürüb mağazanın zirzəmisinə yığdığını bildirmişdir. Sonra mağazanın zirzəmisinin qarşısına gedilmiş və o əli ilə zirzəmini göstərmiş və zirzəminin içərisində olan döşəməni göstərib, mağazanın ikinci mərtəbəsindən oğurladığı kombi ehtiyat hissələrini gətirib məhz həmin yerdə gizlətdiyini bildirmişdir. Sonra Xidməti avtomobil ilə Gəncə şəhəri, Kəpəz rayonu, Nizami Gəncəvi prospektində, Musayevin qarajı adlanan ərazidə yerləşən Metal qəbulu sexinə gedilmişdir. Təqsirləndirilən şəxs əli ilə metal qəbulu sexinin girişini göstərib 05 iyun 2021-ci il tarixdə mağazadan ilk dəfə oğurladığı əşyaları məhz həmin sexə gətirib satdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs sexin içərisində əli ilə metal qəbulu yerini göstərib həmin yerdə Tural adlı şəxsə oğurladığı əşyaları satdığını bildirmişdir. Bundan sonra xidməti avtomobil ilə Təqsirləndirilən şəxs göstərməsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Tofiq Quliyev küçəsində yerləşən metal qəbulu sexinin qarşısına gedilmişdir. Təqsirləndirilən şəxs metal qəbulu sexinin giriş qapısını əli ilə göstərərək həmin sexə 09 iyun 2021-ci il tarixdə mağazadan oğurladığı kombi ehtiyat hissələri satdığını bildirmişdir. Sonra metal qəbulu sexinin içərisinə daxil olunmuşdur. Sonra Təqsirləndirilən şəxs əli ilə metal qəbulu yerini göstərib həmin yerdə Həsən adlı şəxsə oğurladığı əşyaları satdığını bildirmişdir. “Əşyaya baxış keçirilməsi və götürmə aparılması” haqqında 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq baxış keçirmə zamanı Zərərçəkmiş şəxs 01 ədəd “ESENJOR HERMAN 24 005165” markalı 01 ədəd ehtiyat hissəsi, 31 manat dəyərində “KAS EKSİ KLAPAN MAC DİLİ 40 (00522 63343)” markalı 01 ədəd ehtiyat hissəsi, hər biri 80 manat dəyərində “ECA FİLTR 50 LATUN (00535-00)” markalı 2 ədəd ehtiyat hissəsi, hər biri 45 manat dəyərində "ECA FİLTR 40 LATUN (00520-00)” markalı 02 ədəd ehtiyat hissəsi, 50 manat dəyərində “ECA FİLTR 32 LATUN” markalı 1 ədəd ehtiyat hissəsi təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2021-ci il tarixli, 9/6018 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən ehtiyat hissələrinin “Seyidoğlu istilik sistemləri” tərəfindən tərtib edilmiş akta əsasən təzə vəziyyətdə 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2731.50 manat müəyyən edilir. Həmin mallar – 04 ədəd hər biri ESENJOR HERMAN 24 005165 markalı təzə kombi ehtiyat hissəsini 880 manat, 02 ədəd hər biri ESENJOR BOSCH-BUDERUS 005240 markalı təzə kombi ehtiyat hissəsi 600 manat, 13 ədəd hər biri İRAN KALONKAS1 İÇ İYON TEK (TERMOKABEL) (0053.42343) təzə ehtiyat hissəsi 130 manat, 02 ədəd CİN (0058) markalı təzə təzyiq dacciki kombi ehtiyat hissəsi 32 manat, 01 ədəd İMERQAS (00510) markalı təzə təzyiq dacciki kombi ehtiyat hissəsi 20 manat, 01 ədəd ESENJOR ARİSTON 16 (00540 ) markalı təzə ehtiyat hissəsi 80 manat, 05 ədəd hər biri ECA FİLTR 40 LATUN (00520-00) markalı təzə ehtiyat hissəsi 225 manat, 04 ədəd hər biri ECA FİLTR 50 LATUN (00535-00) markalı təzə ehtiyat hissəsi 320 manat, 05 ədəd hər biri ECA FİLTR 32 LATUN markalı təzə ehtiyat hissəsi 250 manat, 06 ədəd hər biri KAS EKSİ KLAPAN MAL DİLİ 40 (00522 63343) markalı təzə ehtiyat hissəsi 186 manat, 01 ədəd KAS EKS KLAPAN MAL DİLİ 40 (00522 63343) markalı təzə ehtiyat hissəsi 8,5 manat təşkil edir. “Cinayət işi üzrə əməlinin tövsif edilməsi və aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 179.2.3-cü maddəsinə tövsif edilərək istintaqın davam etdirilməsi üçün Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2021-ci il tarixli, 3508 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2021-ci il tarixli, 2741 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. 21 saylı küçə üçlüyünün xasiyyətnaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 6 Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. “Əşyanın götürülməsi” haqqında 25 iyun 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd ESENJOR HERMAN 24 005165 markalı kombi ehtiyyat hissəsi, 02 ədəd EGA FİLTR 50 LATUN (00535-00) markalı ehtiyyat hissəsi, 02 ədəd ECA FİLTR 40 LATUN (00520-00) markalı ehtiyyat hissəsi, 01 ədəd ECA FİLTR 32 LATUN markalı ehtiyat hissəsi, 01 ədəd KAS EKSİ KLAPAN MAL DİLİ 40 (00522 63343) markalı ehtiyat hissəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinib 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və barəsində CM-in 70 maddəsi tətbiq edilib 06 ay sınaq müddəti təyin edilmişdir. O, cəzasını çəkib qurtarmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübutlar olan 01 ədəd ESENJOR HERMAN 24 005165 markalı kombi ehtiyyat hissəsi, 02 ədəd EGA FİLTR 50 LATUN (00535-00) markalı ehtiyyat hissəsi, 02 ədəd ECA FİLTR 40 LATUN (00520-00) markalı ehtiyyat hissəsi, 01 ədəd ECA FİLTR 32 LATUN markalı ehtiyat hissəsi, 01 ədəd KAS EKSİ KLAPAN MAL DİLİ 40 (00522 63343) markalı ehtiyat hissəsi saxlanılması üçün sahibi-Zərərçəkmiş şəxs qaytarılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, onunla barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə ********** (VÖEN) nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına, eyni zamanda vergi ödəyicisi kimi vergi uçotuna alınaraq, fiziki şəxs kimi Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 156 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs məxsus “Seyidoğlu” adlı istilik sistemlərinin satışı mağazasında etibar edilmiş özgə əmlak olan həmin mağazada satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə mağazanın xəzinəsinə ödəmək və digər səlahiyyətlərə malik satıcı kimi öz qulluq mövqeyindən istifadə edib özgə əmlakı qanunsuz və əvəzsiz olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə 05 iyun 2021-ci il tarixdən, həmin ilin iyun ayının 12-dək olan müddət ərzində Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 156 ünvanında yerləşən ona etibar edilmiş özgə əmlak olan kombi avadanlığının 220 manat dəyərində “ESENJOR HERMAN 24 005165” markalı 01 ədəd ehtiyat hissəsini, hər biri 300 manat dəyərində “ESENJOR BOSCH-BUDERUS 005240” markalı 02 ədəd ehtiyat hissəsini, hər biri 10 manat dəyərində “İRAN KALONKASİ İÇ İYON TEK (TERMOKABEL) (0053.42343)” markalı 13 ədəd ehtiyat hissəsini, hər biri 16 manat dəyərində “CİN (0058)” markalı 02 ədəd təzyiq dacciki ehtiyat hissəsini, 20 manat dəyərində “İMERQAS (00510)” markalı 01 ədəd təzyiq dacciki ehtiyat hissəsini, 80 manat dəyərində “ESENJOR ARİSTON 16 (00540 )“ markalı 1 ədəd ehtiyat hissəsini, hər biri 50 manat dəyərində “ECA FİLTR 32 LATUN” markalı 04 ədəd ehtiyat hissəsini, hər biri 45 manat dəyərində “ECA FİLTR 40 LATUN (00520-00)” markalı 03 ədəd ehtiyyat hissəsini, hər biri 80 manat dəyərində “ECA FİLTR 50 LATUN (00535-00)” markalı 02 ədəd ehtiyyat hissəsini, hər biri 31 manat dəyərində “KAS EKSİ KLAPAN MAL DİLİ 40 (00522 63343)” markalı 05 ədəd ehtiyyat hissəsini, 8.50 manat dəyərində “KAS EKS KLAPAN DEMİR ARİSTON 1/2 055.525” markalı 01 ədəd ehtiyat hissəsini, eləcə də 09 iyun 2021-ci il tarixdə, 220 manat dəyərində “ESENJOR HERMAN 24 005165“ markalı 01 ədəd ehtiyat hissəsini, 31 manat dəyərində “KAS EKSİ KLAPAN MAL DİLİ 40 (00522 63343)” markalı 01 ədəd ehtiyat hissəsini, hər biri 80 manat dəyərində “ECA FİLTR 50 LATUN (00535-00)” markalı 2 ədəd ehtiyat hissəsini, hər biri 45 manat dəyərində “ECA FİLTR 40 LATUN (00520-00)” markalı 02 ədəd ehtiyat hissəsini, 50 manat dəyərində “ECA FİLTR 32 LATUN” markalı 1 ədəd ehtiyat hissəsini, habelə, 12 iyun 2021-ci il tarixdə, hər biri 220 manat dəyərində kombi avadanlığının “ESENJOR HERMAN 24 005165” markalı 02 ədəd ehtiyat hissəsini vahid niyyətlə zərərçəkmiş şəxsə ümumilikdə 2731.50 (iki min yeddi yüz otuz bir manat əlli qəpik) manat dəyərində ziyan vuraraq özgə əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməklə talamış və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəməklə cinayət törətməsi nəticəsində, Zərərçəkmiş şəxs 2731.50 (iki min yeddi yüz otuz bir manat əlli qəpik) manat məbləğində əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək talamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X3 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinin məhkəmənin icraatında olduğu müddətdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birinə, yəni zərərçəkmiş şəxslə barışmasına və dəymiş ziyanı tamamilə ödəməsinə baxmayaraq, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənilməli olan ödənişi ödəmək üçün onun ərizəsi əsasında məhkəmə tərəfindən ona dəfələrlə möhlət verilməsinə baxmayaraq həmin ödənişi maddi imkansızlıq səbəbindən ödəmək iqtidarında olmadığına görə ona həmin maddədə nəzərdə tutulmuş cərimə cəzasını təyin etməyi məqsədə müvafiq hesab etmir və bu baxımdan cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 7 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində, 24 sentyabr 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək isə axtarışda olan şəxs kimi tutularaq ümumilikdə cəmi 4 (dörd) gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 4 (dörd) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 8 (səkkiz) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan 01 ədəd ESENJOR HERMAN 24 005165 markalı kombi ehtiyyat hissəsi, 02 ədəd EGA FİLTR 50 LATUN (00535-00) markalı ehtiyyat hissəsi, 02 ədəd ECA FİLTR 40 LATUN (00520-00) markalı ehtiyyat hissəsi, 01 ədəd ECA FİLTR 32 LATUN markalı ehtiyat hissəsi, 01 ədəd KAS EKSİ KLAPAN MAL DİLİ 40 (00522 63343) markalı ehtiyat hissəsinin saxlanılması üçün sahibi-Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 21 (iyirmi bir) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixədək və 24 sentyabr 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırması cəzasının 2 (iki) gününə bərabər tutularaq cəmi 08 (səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 7 ünvanında yerləşən yaşayış yerini saat 23:00dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Gəncə Şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd ESENJOR HERMAN 24 005165 markalı kombi ehtiyyat hissəsi, 02 ədəd EGA FİLTR 50 LATUN (00535-00) markalı ehtiyyat hissəsi, 02 ədəd ECA FİLTR 40 LATUN (00520-00) markalı ehtiyyat hissəsi, 01 ədəd ECA FİLTR 32 LATUN markalı ehtiyat hissəsi, 01 ədəd KAS EKSİ KLAPAN MAL DİLİ 40 (00522 63343) markalı ehtiyat hissəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-139/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-139/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver