Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-139/2023 02.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Camaləddin qızının, təqsirləndirilən şəxsin hüquqi varisi X1 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində təzə məhəllələrdə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda öz yaşadığı Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi təzə məhəllələrdə yerləşən fərdi yaşayış evində qeyri-rəsmi qaydada ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan qəflətən Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə qəsdən vuraraq sonuncuya sağ dirsək sümüyünün qapalı qəlpəli sınığı, döş qəfəsinin sol tərəfində X-Xİ qabırğalarının yerdəyişməyən sınıqları, sağ gözün alt qapağının, sağ almaçıq, sol gicgah, sağ bud nahiyələrinin qançırları, sağ gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. İbtidai istintaq zamanı ifadə vermiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməmiş, özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri D.Qorqud küçəsi ev 1 Q, mənzil 36-da qeydiyyada olsa da, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində təzə məhlələrdə yerləşən fərdi yaşayış evində tək yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur, sonuncu dəfə isə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum olunmuşdur və 8 ay azadlıqdan məhrum etmə cəzası verildikdən sonra 2015-ci ildə azadlığa çıxmışdır. Fəhlə kimi ətraf rayonlara gedib sahələrdə işləyib gündəlik pul qazanmaqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayından tanıyır, Zərərçəkmiş şəxs da fəhlə kimi sahəyə işləməyə getmişdir. Belə ki, Maya ayrı “Qazel” avtomobilində, o, da ayrı “Qazel” avtomobilində işləməyə getmişlər. Goranboy rayonuna gedib "xxxx" ASC-yə məxsus çuğundur əkilən sahələrdə fəhlə kimi işləyən vaxt Zərərçəkmiş şəxs görüb tanış olmuşdur, sonuncudan xoşu gəldiyi üçün ailə həyatı qurub ər-arvad münasibətlərində bir yerdə yaşamaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs ilə söhbət edən vaxt ona bildirmişdir ki, özü yaxın günlərdə sərnişin daşıma avtomobili götürüb Şəmkir rayonuna “Şəmkir səbəti” bazarına moruq yığmaq üçün fəhlə aparacaqdır və Mayaya təklif etmişdir ki, onu da fəhlə kimi aparsın, həmçinin gündəlik 13 manat pul verəcəyini də bildirmişdir. Bundan sonra sinif yoldaşı Fuada məxsus Ford markalı sərnişin daşıma avtomobilini götürmüş, qəsəbədən fəhlələri yığıb Şəmkir rayonuna aparmağa başlamışdır. 17-18 iyul 2022-ci il tarixlərdə idarə etdiyi Ford markalı avtomobillə Şəmkir rayonuna fəhlələr aparmışdır, Zərərçəkmiş şəxs da onunla birlikdə işləmək üçün Şəmkir rayonuna getmişdir. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıb danışmışdır, fikrinin ciddi olduğunu və onunla ailə həyatı qurmaq fikrində olduğunu demiş, Maya da öz razılığını bildirmişdir. 19 iyul 2022-ci il tarixdə fəhlələri yığıb idarə etdiyi Ford markalı avtomobillə Şəmkir rayonuna aparmış, Maya isə xəstə olduğu üçün getməmişdir. Həmin gün saat 13 radələrində Maya zəng edib rəfiqəsi ilə onun evinə gedib xəngəl bişirmək istəyirlər. O, işdə olduğunu, axşam qayıdanda gəlib onları götürməyini bildirmişdir. Bundan sonra həmin gün saat 20 radələrində Şəmkirdən fəhlələrlə birlikdə Gəncə şəhərinə qayıtmışdır, Mayagilin yaşadığı 15-ci küçəyə getmiş, küçənin baş tərəfində idarə etdiyi Ford avtomobilini dayandırmış, avtomobilində onunla qonşuluqda yaşayan Eliş, Nicat, Yasəmən və xatırlamadığı digər fəhlələr olmuşdur. Küçənin baş tərəfində dayanan vaxt Maya, onun 2 övladları Pünhan və Rüqəyya, Maya ilə qonşulaqada yaşayan Səadət və onun əri Elşad gəlib avtomobilinə əyləşmişlər. Əvvəlcə işçiləri aparıb evlərinə düşürtdükdən sonra “Dubay” bazarından aşağıda yerləşən “Naxalovka” adlanan yerdə yerləşən yaşadığı həyət evinə getmişlər. Bir otaqdan ibarət olan həmin evdə tək qalmışdır. Evə çatanda artıq gec olduğu üçün Mayagil xəngəl bişirməyin gec olduğunu bildirdikləri üçün kartof bişirib, süfrə açmışlar və yemək yeyən vaxt o, Elşad və Səadətlə birlikdə spirtli içki - araq içmişdir. Söhbət əsnasında Mayaya qarşı fikrinin ciddi olduğunu, onunla ər-arvad münasibətlərində yaşamaq qərarında olduğunu bildirmişdir. Həmin vaxt Səadət və Elşad söhbətini bəyənmiş, onlar da Maya bir ailə kimi yaşamalarına razılığını bildirmişlər. Zərərçəkmiş şəxs da onunla qalmağa razı olmuşdur. Təxminən bir iki saat keçdikdən sonra Elşad və Səadət durub evlərinə gedərkən Mayanın uşaqlarına da aparmaq qərarına gəlmişlər, lakin Mayanın azyaşlı qızı Rüqəyya ağladığı üçün anasının yanında qalmışdır, Səadətgil Pünhanı götürüb getmişlər. Həmin gündən sonra Zərərçəkmiş şəxs onunla birlikdə evində ər-arvad münasibətlərində yaşamağa başlamışdır. Səhərisi gün Maya Səadətgilnən birlikdə istirahət etmək üçün Toğanaya getmək istədiyini bildirəndə icazə verməmiş və əsəbiləşdiyi üçün Mayanı evində döymüşdür. Həmin vaxt şillə ilə iki dəfə Mayanın sifətindən vurmuş, Mayanı döyən vaxt onun ayağı sürüşdüyü üçün yıxıldı, sağ qolu evin qarşısındakı kafelə dəydi. Həmin vaxt azyaşlı qızı Rüqəyya anasının yanına gəlib nəyə görə ağladığını soruşanda yerə yıxıldığı üçün anasının ağladığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs səhvini başa düşmüş, bir daha onun sözünün qarşısına söz deməyəcəyini bildirmişdir. Maya ilə yaşadığı evdə ər-arvad münasibətlərində yaşayan vaxt cinsi əlaqədə olmuşdur. Hətta Zərərçəkmiş şəxs sosial yardım aldığı kartdan 580 manat pul çıxardıb Samux rayonu Karayer qəsəbəsinə getmişlər, orada Eşqin adlı şəxsdən 200 manata avtomobilinə ehtiyyat hissələri almışdır. Həmin vaxt dostu Vüsal da onun yanında olubdur. Həmişə Maya ilə yaxşı münasibətlərdə olmuşdur. Mayanın sifətindən iki dəfə şillə vurmuşdur, həmin vaxt Mayanın ayağı sürüşdüyü üçün yıxılmış, sağ qolu evin qarşısındakı kafelə dəymişdir və ola bilsin ki, həmin vaxt qolundan xəsarət almışdır. Ona işgəncə verməmişdir, əllərini elektrik cərəyanına vurdurmamışdır, heç vaxt onun üstünə qaynar çay tökməmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi cinsi əlaqədə olmamışdan əvvəl onu döyüb məcbur etməyi, guya öz istəyi ilə cinsi əlaqədə olmağı və cinsi əlaqədə olmaqları ilə bağlı mobil telefona video çəkməyi və Mayanın ondan ayrılacağı təqdirdə paylaşması iə bağlı göstərdikləri qəti olaraq yalandır. Mayanın mobil telefonunu əlindən almamışdır, onun mobil telefonu həmişə özündə olmuşdur. Zərərçəkmiş şəxs döyən vaxt heç kim bunun şahidi olmamışdır. Mən Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamış, yalnız sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi X5 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onun qardaşı Farizin avtomobili yandırıldığı üçün sonuncu polis şöbəsinə müraciət etmiş, lakin şöbədə qardaşının işinə üzgün baxılmadığı üçün qardaşı polislərə etiraz edərək özünü yandırmışdır. Qardaşı Fariz ilə Zərərçəkmiş şəxs aralarında olmuş dava-dalaşdan onun məlumatı olmamış, sonuncunun qolunu qardaşı sındırmasını o, bilməmişdir. O, qardaşı ilə Maya arasında bir neçə dəfə mübahisə olmasını bilmiş, lakin qardaşının Mayanı vurararaq sonuncuya xəsarət yetirməsindən xəbərsiz olmuş, bu barədə qardaşı Fairz ona bir söz deməmişdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Camaləddin qızı ifadəsində göstərmişdir ki, o,2008-ci ildə X6 ilə ailə həyatı qurmuş, həmin nikahdan 2 övladı olmuşdur. Sahil Məlikov 2010-cu ildə törətdiyi cinayət hadisəsi ilə əlaqədar həbs olunmuş, hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Bundan sonra 2015-ci ildə X4 ilə ailə həyatı qurmuş, onunla Gəncə şəhəri Məhsəti qəsəbəsi 15-ci küçədə kirayədə yaşamağa başlamış,həmin nikahdan da 2 övladı olmuşdur. Elşən Ələkbərov 2021-ci ilin əvvəllərində, gününü dəqiq bilmədiyi tarixdə işləmək üçün Rusiya Felerasiyasına getdikdən sonra 4 övladı ilə birlikdə Gəncə şəhəri Məhsəti qəsəbəsi 15-ci küçədə kirayədə yaşamağa başlamışdır. O, 2021-ci ilin may ayından Gəncə şəhəri MKTİB-də xadiməçi işləyir, iş üzrə ərazisi Gəncə şəhəri, N.Nərimanov prospektini əhatə edir, hər gün axşam saatlarında ona aid olan ərazini süpürür və səhər saatlarınadək təmizləyib evnə qayıdır. Eyni zamanda bir neçə nəfər şəxslərlə birlikdə kollektiv halında ətraf rayonlarda gedib sahələrdə işləyir, gündəlik əmək haqqı alır. 2022-ci ilin may ayında Vüsal adlı şəxsin idarə etdiyi “Qazel” markalı avtomobillə təxminən 15-18 nəfərlə birlikdə Goranboy rayonuna gedib "xxxx" ASCyə məxsus çuğundur əkilən sahələrdə işləməyə getmişdir. Əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs də onlarla birlikdə fəhlə kimi başqa “Qazel” ilə oraya işləməyə gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaxın günlərdə özü də sərnişin daşıma avtomobili götürüb Şəmkir rayonuna “Şəmkir səbəti” bazarına moruq yığmaq üçün fəhlə aparacağını, fəhlə kimi onun da getməyini və gündəlik 13 manat pul verəcəyini bildirmişdir. Bundan sonra 17-18 iyul 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs idarə etdiyi Ford markalı avtomobillə 12 nəfər işçilərlə birlikdə Şəmkir rayonuna getmiş, gündəlik pulunu almışdır. Təqsirləndirilən şəxs həmin ərəfələrdə onunla ailə həyatı qurmağı təklif etmişdir. O isə ailəli olduğunu və 4 uşağının olduğunu deyəndə o, uşaqlarını qəbul etdiyini, ondan xoşu gəldiyi üçün ailə həyatı qurmaq istədiyini demişdir. Sahələrdə işi ağır olduğu üçün 19 iyul 2022-ci il tarixdə anası sahəyə işləmək üçün fəhlə kimi getməyə icazə vermədiyinə görə həmin gün kirayə yaşadığı evində qalmışdır. 19 iyul 2022-ci il tarixdə evində olan vaxt anasındadan utandığı üçün onunla qonşuluqda yaşayan Səadət və onun həyat yoldaşı Elşada gedib Farizi başa salmalarını, ailəli olmasını, 4 uşağı olduğu üçün onunla həyatının tutmayacağını bildirmişdir. Elşad da həmin gün günorta saatlarında Farizə zəng edib harada olduğunu soruşanda, Fariz Şəmkir rayonunda olduğunu, qayıdanda görüşüb söhbət edəcəyini bildirmişdir. X3 tanışlıqları olmamışdır. Bundan sonra həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı küçəyə gəlmiş, həmin vaxt onun avtomobilində işçiləri də olmuş, o, da küçədə olmuşdur. Elşad və Səadət onunla söhbət etmək istədiklərini deyəndə Fariz təklif etmişdir ki, onun evində heç kim yoxdur və gedib onun evində söhbət etsinlər. Daha sonra Elşad bilirmişdir ki, onlarla birlikdə getsin və orada Farizlə yaşamaq istəmədiyini desin, Elşad və Səadət də onun fikrini müdafiə etsinlər. O, bu məsələyə etiraz etməyib övladları Pünhan və Rüqəyya ilə birlikdə Farizin idarə etdiyi avtomobilə minmiş, Fariz əvvəlcə işçiləri aparıb evlərinə düşürtdükdən sonra onları “Dubay” bazarından aşağıda yerləşən “Naxalovka” adlanan yerdə yerləşən həyət evinə aparmışdır. Həmin vaxt evdə heç kim olmamış və bir otaqdan ibarət evə daxil olmuşlar. Evə çatdıqdan sonra Elşadgil təklif etmişlər ki, yemək hazırlasınlar və yemək yeyə-yeyə söhbət etsinlər. Bundan sonra evdə kartof bişmiş, süfrə açılmış və yemək yeyən vaxt spirtli içki - araq içmişlər. Söhbət əsnasında Elşadgil Farizə onun ailəli olduğunu, himayəsində 4 azyaşlı uşaqlarının olduğunu deyəndə, Fariz bildirmişdir ki, ona qəbuldur, uşaqlarına baxacaq və onunla ər-arvad münasibətlərində yaşamaq istəyir. Farizin xarici görkəmindən onun yaxşı adama oxşamadığını görmüş, Fariz, Elşad və Səadət otaqda oturub yemək yeyən vaxt uşaqlarını da götürüb qaçıb evinə getmək üçün çölə çıxmış, lakin yolda itlər hücum çəkdikləri üçün qorxub geri qayıtmışlar. Təxminən bir saat keçdikdən sonra Elşad və Səadət durub evlərinə gedən vaxt o, da evinə qayıtmaq istədiyini bildirəndə Fariz onu buraxmamışdır. Səadət də ona bildirmişdir ki, “artıq gəlmisən, qal Farizlə bir yerdə yaşa”. O, da məcbur olub Farizlə birlikdə onun evində qalası olmuşdur. Səadət və Elşad uşaqlarını da aparmaq istəyəndə kiçik qızı Rüqəyya ağladığı üçün onlar oğlu Pünhanı özləri ilə aparmşlar, Rüqəyya isə onunla birlikdə qalmışdır. Səhərisi gün evinə qayıtmaq istədiyini bildirəndə Təqsirləndirilən şəxs onu buraxmayıb azyaşlı qızının gözləri qarşısında döyməyə başlamış, yumruğu ilə sifətindən, gözlərinin altından, alnının sol tərəfindən, təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuş, zərbələrin təsiri nəticəsində qabırğası əzildiyi üçün içəri batmış, eyni zamanda Təqsirləndirilən şəxs yumruğu ilə sağ qolundan vurduğu üçün sağ qolu biləkdən yuxarı hissədən sınmışdır. Təqsirləndirilən şəxs yumruğu ilə onun sol tərəf alın nahiyəsindən vurduğu üçün alın nahiyəsi göyərib şişmiş, sol gözünün içərisinə qan sızmışdır. Həmin vaxt qızı Rüqəyya qabağa durub “ay dayı anamı döymə” desə də, Fariz uşağa məhəl qoymayıb onu döyməkdə davam etmiş, artıq burnundan qan gəldiyi və qızı yalvardığı üçün döyməyi dayandırmışdır. Bundan sonra, həmin gün, yəni 20 iyul 2022-ci il tarixdə anası DİN-in 102 xidmətinə zəng edib qızı ilə birlikdə qaçırıldığını bildirdiyi üçün 2-ci Polis Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs zəng edib azyaşlı qızını anasına qaytarmaq lazım olduğunu bildirdiklərindən təxminən 2-3 gün keçdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ford” markalı avtomobillə yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 5-cü küçəyə getmişdir.Küçənin baş tərəfində Fariz avtomobili dayandırmış, qızını da orada avtomobildən yerə düşürdüb evlərinə yola salmış, özü və Fariz sonuncunun yaşadığı evə qayıtmışdır. Həmçinin 20 iyul 2022-ci il tarixdə, axşam saatlarında Fariz onu idarə etdiyi Ford markalı avtomobili ilə ünvanını dəqiq bilmədiyi, lakin Gəncə şəhəri Kəpəz rayonu məhkəməsinin yaxınlığında yerləşən həyət evlərinin yanına aparmış, avtomobildən düşüb bir həyət evinə daxil olmuş, həmin evdə Farizin adını bilmədiyi dostu və onun anası olmuşdur. Fariz həmin oğlana onu təqdim edib bildirmişdir ki, həyat yoldaşıdır, ailə həyatı qurmuş və döymüşdür. Həmin oğlandan adını soruşsa da deməmişdir. Həmin oğlan anası ilə köməkli onun qolunun qırığını düzəltmiş və yaxı qoyub sarımışlar. Həmin oğlana sağ tərəf qabırğasında da ağrılar olduğunu bildirmiş, həmin şəxs əli ilə yoxlayıb 2 qabırğasının sınıq olduğunu və yerindən qaçaraq içəriyə doğru batdığını demişdir. Həmin şəxs qabırğasının üstünə banka qoymuş, qabırğasını yerinə salmışdır. Bundan sonra həmin evdən çıxıb Farizin yaşadığı evə getmişdir. Farizlə yaşadığı müddət ərzində sonuncu hər hansı bir əsaslı səbəb olmadan onu döymüşdür. Bu cür halları görüb evinə qayıtmaq istədiyini bildirəndə Təqsirləndirilən şəxs onu buraxmayıb yenə də döymüş, sifətindən, bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Fariz onu özündən kənara buraxmamışdır ki, birdən imkan tapıb evinə qaçıb gedər. Hətta Fariz onun mobil telefonunu da əlindən almışdır ki, birdən imkan tapıb polisə xəbər verə bilər. Təqsirləndirilən şəxsla yaşadıqları müddət ərzində cinsi əlaqədə olmamışdan əvvəl onu döyüb məcbur edirdi ki, guya onunla öz istəyilə cinsi əlaqədə olur və cinsi əlaqədə olduqlarını mobil telefonu ilə çəkirdi ki, əgər qaçıb getsə həmin videonu internetdə paylaşsın. Hətta Təqsirləndirilən şəxs onu, övladlarını və anasını öldürəcəyi ilə hədələyirdi ki, onun dediklərini etsin. O, da məcbur qalıb dedikləri ilə razılaşmışdır. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan vaxt telefonu ilə video çəkilişi edərkən sınmış vəziyyətdə olan sağ qolu və döydüyü üçün gözlərinin altı qaralmış vəziyyətdə çəkilişə düşmüşdür. 28 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs sosial yardım almağını bildiyi üçün həmin kartda olan pulları çıxartmaq istədiyini bildirəndə həmin pulun anasına çatmalı olduğunu, kreditini ödəmək istədiyini bildirməsinə baxmayaraq, Fariz məcbur edib Cavadxan küçəsində yerləşən “Kapital Bank”a aparmış, orada sosial yardım aldığı kartı yenilətdikdən sonra Natəvan qəsəbəsində yaşayan dostu Vüsalla birlikdə “Xanımın dükanı” adlanan yerin yaxınlığına getmiş, oradakı bankomatdan kartın balansında olan 580 manat məbləğində pulu nəğdləşdirmiş, sonra bir qisminə ev üçün ərzaq almış, yerdə qalan hissəsini isə Fariz özü üçün xərcləmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi Ford markalı avtomobillə özü və Vüsal Samux rayonu Karayer qəsəbəsinə getmişlər, orada Eşqin adlı şəxsdən 200 manata avtomobilinə ehtiyyat hissələri almışdır. Həmin vaxt Eşqinin həyat yoldaşına yaxınlaşıb Təqsirləndirilən şəxs onu zorla qaçırdaraq evində saxladığını bildirmiş və sonuncudan xahiş etmişdir ki, anasına zəng etməkdə və qaçıb getməkdə ona köməklik göstərsin. Eşqinin həyat yoldaşı da mobil telefonunda olan danışıq kartının müddəti bitdiyi üçün zəng edə bilməyəcəyini bildirmişdir. Hətta Farizin xarici görkəmini görüb yaxşı adama oxşamadığını demişdir. Bundan başqa 30 iyul 2022-ci il tarixdə Fariz əmisi Natiqi yaşadığı evə çağırmışdır ki, avtomobilini düzəltməkdə gəlib köməklik göstərsin. Natiq də oraya gəlmiş, Fariz Natiqi və onu evdə qoyub avtomobilinə boya almaq üçün gedəndə başına gələnləri Natiqə danışmışdlr və ondan kömək istəyəndə Natiq fikirləşib sonra bir söz deyəcəyini bildirmiş, lakin ondan bir xəbər çıxmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus avtomobili 2022-ci ilin təxminən may ayında yandırıldığı üçün həmin faktla bağlı aparılan araşdırma ilə əlaqədar 01 avqust 2022-ci il tarixdə onunla birlikdə 2-ci Polis Şöbəsinə getmiş, Polis Şöbəsinin yanında gözləmiş, Təqsirləndirilən şəxs isə ondan ayrılıb Polis Şöbəsinə daxil olmuşdur. Həmin vaxt fürsətdən istifadə edib oradakı polis əməkdaşlarına yaxınlaşmış, baş verənləri onlara danışdıqdan sonra onu Polis Şöbəsinin inzibati binasına aparmışlar, zəng edib anasını da oraya çağırdılar. Təqsirləndirilən şəxs ilə əvvəlcədən hər hansı bir danışıqları tanışlığı, yazışmaları olmamışdır, onu Goranboy rayonunda çuğundur sahəsində işləməyə gedəndə görüb tanımışdır, o, həmin yerə başqa kollektivlə gəlib fəhlə kimi işləmişdir. Daha sonra isə Fariz ona yaxınlaşıb bildirmişdir ki, onun özü avtomobil götürüb Şəmkir rayonuna işləmək üçün fəhlə aparacaq və təklif etmişdir ki, onunla birlikdə oraya fəhlə kimi işləməyə getsin. Təqsirləndirilən şəxs cinsi əlaqədə olan zamanı çəkdiyi videonu heç kimə göndərməmişdir. Təqsirləndirilən şəxs onu azyaşlı qızının yanında qaldıqları evin içərisində mütəmadi olaraq döymüşdür. Bundan başqa 20 iyul 2022-ci il tarixdə Farizlə yaşadıqları evin içərisində qonşuluqda yaşayan Nihatın yanında onu döymüşdür. Təxminən 26-27 iyul 2022-ci il tarixlərdə isə Farizlə yaşadıqları evin həyətində qonşuluqda yaşayan Eliş kimi çağırdıqları şəxsin yanında qarın nahiyəsindən təpiklə vurub və Eliş də aralığa girərək onu aralayıbdır. Təqsirləndirilən şəxs mobil telefonunu alıb özündə saxladığı üçün hüquq mühafizə orqanlarına zəng edib məlumat verə bilməmişdir. Hətta Təqsirləndirilən şəxs onu bir yerə getməyə qoymamışdır, özündən kənara buraxmamışdır. Təqsirləndirilən şəxs onu mütəmadi olaraq yumruq və təpiklə döymüşdür, bəzi vaxtlar isə əlinə dəmir parçası və şiş götürsə də həmin əşyalarla onu döyməmişdir, o, əlində saxladığı həmin əşyalarla hədələmişdir. Təqsirləndirilən şəxs «səni öldürməyəcəm, sənə işgəncə verəcəm» demiş və dediklərinə də əsasən hər hansı bir əsaslı səbəb olmadan onu hər gün döymüşdür, bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir.Sonda o, Təqsirləndirilən şəxs ilə özünü yandırmamışdan əvvəl barışdığını, ona qarşı heç bir şikayəti və təəbi olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşının oğludur. Fariz bir neçə il bundan qabaq nişanlı olmuş, sonradan həmin qızla ailə həyatı qurmuş, sonradan isə aralarında narazılıq olduğu üçün, Fariz yoldaşını döydüyü üçün onlar ayrılmışlar. Xasiyyətcə Fariz dəli-dolu xarakterli bir insan olmuşdur. Belə xasiyyyətlərinə görə Farizin atası ilə münasibəti korlanmışdır. Fariz 2022-ci ilin iyul ayının sonlarında ona zəng edərək idarə etdiyi “Qazel” markalı mikroavtobusa detal almaq lazım olduğunu və birlikdə gedib almaq istədiyini ona bildirmişdir. O, Farizlə razılaşmış,sonuncunun yaşadığı “Naxalovka” adlanan ərazidəki həyət evinə getmişdir. Farizin yanında olarkən Fariz ona maşının yandığını bildirmiş və yanmış şəkildə ona göstərib hansı detalların lazım olduğunu soruşmuşdur. O, isə Farizə lazım olan detalları demiş və həmin şeyləri haradan ala biləcəyini başa salmışdır. Həmçinin o, orada olarkən bir qız gözünə sataşmış, Farizdən qızın kim olduğunu soruşduqda sonuncuhəmin qızla evlənəcəyinibildirmişdir. Bundan sonra Fariz evdən çıxıb həmin detalları almağa getmiş, təxminən 20 dəqiqə sonra evə gəlmişdir.Evdə olduğu müddətdə Farizin evindəki qız ona çay dəmləyib vermiş,çayı da sol əlində gətirəndə qızın sağ qolunun sarıqlı olmasını görmüşdür. O, sonradanadını bildiyi Mayadan nə üçün Farizlə bir evdə yaşamağını soruşmuş,sonuncu kimlərləsə gəldiyini, sonradan burada qalmağını və çıxıb getməyə Farizin imkan vermədiyini və qolunu Farizin sındırdığını demişdir. Söhbətdən belə başa düşmüşdür ki, Maya öz istəyi ilə Farizin yanına gəlmişdir. Amma onun hansı formada gəlməyi barədə bir məlumatı olmamışdır. Söhbət əsnasında Maya ona bir söz demək istədiyini bildirərək “mənə şərait yarat buradan qaçım” demişdir. O, isə Farizin xasiyyətinin pis olduğu üçün buna razılıq verə bilməyəcəyini bildirmişdir. Bu zaman da Fariz detalları alıb geri qayıtmış, Fariz evə qayıdan kimi o, evdən çıxıb getmişdir. Sonra isə onlarla hər hansı bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birlikdə ər-arvad kimi yaşamağı və ya qeyri-rəsmi ər-arvad münasibətində olmağı barədə hər hansı bir məlumatıolmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadələri elan olunmuş şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrindən görünür ki, onlar Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X9 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-il tarixli 1338 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ dirsək sümüyünün qapalı qəlpəli sınığı, döş qəfəsinin sol tərəfində X-Xİ qabırğaların yerdəyişməyən sınıqları, sağ gözün alt qapağının, sağ almaçıq, sol gicgah, sağ bud nahiyələrinin qançırları, sağ gözün ağlı qişasına qansızma – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri 6-9 gündür və ağırlıq dərəcələrinə görə sağlamlığın uzun müddətə pozumasma səbəb olan sağlanlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən artıqdır, köhnədir. Cinsi əlaqədə olub-olmamasını müəyyən etmək üçün uşaqlıq yolundan tampon yaxma götürüldü. Zərərçəkmiş şəxs anal dəliyi nahiyəsində müəyyən edilmiş anal dəlik sfinktorun boşalması əlaməti anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqə zamanı əmələ gələ bilər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər fiziki zor tətbiq etməklə cinsi əlaqə zamanı əmələ gələ bilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X9 Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 648 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ said nahiyəsində piqmentasiya sahəsi – yüksək hərarətin təsiri nəticəsində əmələ gəlmiş İİ dərəcəli yanıq yarasının sağalmasından sonra qalan iz olub, əmələ gəlmə müddəti müayinə olunanın anasının dediyi tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X9 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1749 sayl“canlı şəxsin ekspertizası” rəyinə əlavədən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı zöhrəvi xəstəliklər və qiçs aşkar edilmədi, Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş pambıq, tampon, yaxmanın məhkəmə-tibbi bioloji tədqiqi zamanı spermotozoidlər aşkar olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1328 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-psixatrik və psixoloji ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 569/193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Gəncə şəhər Narkoloji Dispanserindən verilmiş 1328 saylı rəy və 3571 saylı arayış, xx.xx.2022-ci il tarixli 1349 saylı ekspert rəyi, Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, onda əsəbiliyə və konfliktə meyillilik aşkar edilməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiyalarla cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM- nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcədə ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, onda əsəbiliyə və konfliktə meyillilik aşkar edilməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiyalarla cavab verməsi və s.), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu əməli qismən etiraf etməsi, aktiv surətdə müdafiə olunması, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, ekspertiza zamanı psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, onda əsəbiliyə və konfliktə meyillilik aşkar edilməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiyalarla cavab verməsi və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4381 arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 3571 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs 19 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxsla qeyri-rəsmi qaydada ər-arvad münasibətlərində yaşadığı vaxt Təqsirləndirilən şəxs tərəfindən qəsdən döyülməsi nəticəsində sağ qolunun sındığını sonuncunun üzünə qarşı demişdir. Eyni zamanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əlinin elektrik cərəyanına vurulmadığını, sonuncunun ona işgəncə vermədiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 1312 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri «Köhnə ət» kombinatı adlanan ərazidə fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayonİcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati dairəsi üzrənümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən heç bir şifahi və yazılı müraciət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-2043 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs övladlarının olub-olmaması barədə qeydiyyat şöbəsinin arxivində məlumat yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuyoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur.Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ekspert rəyləri, şahid ifadələri və digər sənədlərlə Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs Camaləddin qızının sağlamlığına az ağır zərər vurması öz təsdiqini tapır. Məhkəmə, Təqsirləndirilən şəxs özünu CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə istintaqı zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır xəsarət yetirməsinə dair verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və təsirləndirilən şəxsin ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra xx.xx.2023-cü il tarixdə öldüyü üçün cəza təyin edilməməlidir. Çünki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilməmiş, buna görə də onun hüquqi varisinin cinayət işinə bəraətverici əsas olmadan, yəni təqsirləndirilən şəxsin şəxsin ölməsi əsası ilə xitam verilməsinə razılıq vermək hüququ yoxdur. Belə ki, CM-in: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 106-1.8.1-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisinin ölmüş şəxsin ittiham olunduğu əməlin törədilməsində onun təqsirini etiraf etmək hüququ yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə cəza təyin etməməyi qanuni və əsaslı hesab edir. Belə ki, CPM-in 44.2.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, öldüyü üçün ona cəza təyin edilməməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan “Samsung Galaxy A52” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs Camaləddin qızına qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, öldüyü üçün ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan “Samsung Galaxy A52” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs Camaləddin qızına qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-139/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-139/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver