Məhkəmə qərarları › İş №1(125)-14/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-14/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-14/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1992-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkar, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 “instagram” sosial şəbəkəsində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan vədlər verərək xx.xx.2020-ci il tarixdə əvvəlcə Abşeron rayonu, Xırdalan şəhərində H.Əliyev prospektində yerləşən «Gözəl evim» mebel mağazasında 200 manat pulunu beh adı ilə almış, daha sonra isə həmin şəxsdən qeyd olunan tarixdə ünvan 4 ünvanında yerləşən «Bazarstore» mağazasında quraşdırılmış «milli ön» ödəmə terminalı vasitəsi ilə 800 manat pulunu öz adına olan «Bank of Baku»-dan alınmış kart hesabına göndərtdirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1000 (bir min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Xətai rayonu,Nobel prospekti 185-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, M.Davud 11 Q-də yaşayan Zərərçəkmiş şəxs5 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Gözəl evim» mebel mağazasında bəyəndiyi mebel dəstini satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda 2020ci ilin noyabr ayından 01 fevral 2021-ci il tarixədək olan müddət ərzində öz adına olan «Bank of Baku»-dan alınmış kart hesabına hissə-hissə olmaqla ümumilikdə 2300 (iki min üç yüz) manat pulu Bakı şəhəri Xırdalan rayonu ərazisində yerləşən «milli ön» ödəmə terminalları vasitəsi ilə göndərtdirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adları tam dəqiq məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək öz qulluq möveyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında yerləşən «Hünkar» mebel mağazasında bəyəndiyi mebel dəstini satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda xx.xx.2021-ci il tarixdə əvvəlcə həmin ünvanda yerləşən mebel mağazasında 150 manat pulunu beh adı ilə almış, daha sonra isə xx.xx.2021-ci il tarixdə yeni məqsədlə anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına 1000 manat pulu Siyəzən rayonu ərazisində yerləşən «milli ön» ödəmə terminalı vasitəsi ilə göndərtdirmiş, bəyəndiyi mebelin pulunu isə hissə-hissə kredit yolu ilə ödəməyi öz aralarında razılaşdığı üçün xx.xx.2021-ci il tarixdə 97 manat pulu nəğd şəkildə almaqla ümumilikdə 1247 (bir min iki yüz qırx yeddi) manat pulu ələ keçirdib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq möveyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 21B-də yaşayan Zərərçəkmiş şəxs9 övladı X5 qonaq və yataq otağı üçün mebel dəstlərini satacağını yalandan vəd edib Zərərçəkmiş şəxs9 aldadaraq sonuncunun onun anası Şahid7 adına olan “BolkartAilkart” hesabına xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanda yerləşən “Qədiroğlu-Uğur” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1150 (bir min yüz əlli) manat, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospketində yerləşən “Araz” supermarketdə quraşdırılmış “milli ön” elektron ödəmə sistemi vasitəsi ilə göndərdiyi 115 (bir yüz on beş) manat, ümumilikdə 1265 (bir min iki yüz altmış beş) manat məbləğdə pulu ələ keçirdib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq möveyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində “instagram” sosial şəbəkəsində “prenses_mebel_salon” adlı profildə şəklini yerləşdirdiyi mebeli satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına hissə-hissə olmaqla ümumilikdə 1200 manat pulu Gəncə şəhəri, Cavadxan və S.Rəhimov küçələrində quraşdırılmış «milli ön» ödəmə terminalları vasitəsi ilə göndərtdirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Samux rayonu, Əhmədbəyli kənd sakini Zərərçəkmiş şəxs7 xx.xx.2021-ci il tarixdə “instagram” sosial şəbəkəsində “estella_mebel_salonu” adlı profildə şəklini yerləşdirdiyi yataq-qonaq mebel dəstini satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına 850 manat pulu Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Sultan” marketdə quraşdırılmış «milli ön» ödəmə terminalı vasitəsi ilə göndərtdirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 14 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdə “instagram” sosial şəbəkəsində “prenses_mebel_salon” adlı profildə şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına 700 manat pulu Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Bollmart” marketdə quraşdırılmış «milli ön» ödəmə terminalı vasitəsi ilə göndərtdirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 9 ünvanında yaşayan Zərərçəkmiş şəxs8 “instagram” sosial şəbkəsində “stil_mebel_baku” profilində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan vədlər verərək xx.xx.2021-ci il tarixdə özünü Orxan adlı şəxs kimi təqdim edərək əvvəlcə Bakı şəhər, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən adsız mebel mağazasında 1000 manat pulunu beh adı ilə almış, daha sonra isə həmin şəxsdən sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ünvan 10 ünvanında quraşdırılmış «milli ön» ödəmə terminalı vasitəsi ilə 2000 manat pulunu anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına göndərtdirməklə zərərçəkmiş şəxsə ümumilikdə 3000 (üç min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Göygöl rayonu, Firusabad qəsəbəsində qeydiyyatda olmaqla Gəncə şəhəri, H.Əliyev prospekti, ev 149, mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs4 “instagram” sosial şəbkəsində “stil_mebel_baku” profilində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan vədlər verərək xx.xx.2021-ci il tarixdə özünü Orxan adlı şəxs kimi təqdim edərək əvvəlcə Bakı şəhər, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən adsız mebel mağazasında 800 (səkkiz yüz) manat pulunu beh adı ilə alıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında qeydiyyatda olsa da, 2010-cu il tarixdən Bakı şəhərində yaşayır. 2017-ci il tarixdən o, mebel satışı ilə məşğuldur. 2018-ci il tarixdən rəsmi olaraq Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, mebel satışında daha çox müştəri cəlb etmək məqsədilə internet üzərindən də satış həyata keçirmiş, instaqram sosial şəbəkəsində “stil_mebel_baku” və “prenses_mebel_salon” adları ilə qeydiyyatdan keçmişdir. Həmin profilləri onun özü işlətmişdir. O, həmin profillərdə mebel şəkilləri paylaşıb mebel satdığını bildirmiş, səhifədə izləyicilər bəyəndikləri mebel şəkillərini həmin profilin məlumat hissəsində yerləşdirdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin «whatsapp» mesajlaşma tətbiqinə göndərmişdirlər. O, ***-***-**-** saylı mobil nömrəni instaqram sosial şəbəkəsində “stil_mebel_baku” profilində, ***-***-**-** saylı mobil nömrəni isə “prenses_mebel_salon” profilində qeyd etmişdir. O, mebel istəyən və sifariş verən şəxslərə beh ödəmələri üçün anası Şahid7 kart hesabını göndərmiş, mağazaya özləri gələn müştəriləri isə mağazada qəbul edib müştərilərdən pul almağı barədə qaimə vermişdir. İşlətdiyi mağazaya müxtəlif rayonlardan müştərilər gəlmişdir. Onun barəsində şikayət etmiş Zərərçəkmiş şəxs6 onun işlətdiyi mebel salonundan iki dəfə mebel almışdır. Birinci dəfə o, mebeli Zərərçəkmiş şəxs6 evinə vaxtında göndərmişdir. Təkrarən Zərərçəkmiş şəxs6, 08 oktyabr 2020-ci ildə tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində ona məxsus mebel mağazasına anası ilə birlikdə yaxınlaşmış, həmin vaxt onun mağazasından “lema” yataq-qonaq mebel dəsti və leksus “uşaq” mebel dəstini sifariş verib 4650 manat dəyərində mebel dəsti üçün əvvəlcə 200 manat beh ödəmiş, daha sonra isə 11 oktyabr 2020-ci il tarixdə ona məxsus «Bank of Baku» bank kartına 800 manat pul ödəmişdir. Bundan sonra pandemiya ilə bağlı istehsalatda problemlər olduğundan işləyə bilməmişdir. Belə ki, mağazalar bağlandığından o, da mağazalarını bağlamalı olmuş, sifarişi vaxtında çatdıra bilməmiş və Zərərçəkmiş şəxs6 beh qismində aldığı pulu qaytara bilməmişdir. Bundan başqa 19 oktyabr 2020-ci il tarixdə Şahid5 “Gözəl evim” mebel salonuna yaxınlaşaraq mebel almaq istədiyini bildirib orada “Hünkar” yataq dəstinə baxıb bəyəndiyini və almaq istədiyini bildirmişdir. Həmin yataq dəstini Xəyaləyə 2300 manat pula satacağına razılaşmışlar. Şahid5 almaq istədiyi mebel dəstini toy qabağı cehizi ilə birlikdə göndərməyi ondan xahiş etmişdir. O, da razılaşıb kart hesabını Xəyaləyə vermişdir ki, almaq istədiyi mebel üçün beh ödəsin. Daha sonra pandemiya başladığından toylar dayanmış və Xəyalə ondan xahiş etmişdir ki, mebeli anbarda saxlasın və toy qabağı göndərsin. Şahid5 özü isə mebelin pulunu hissə-hissə ödəmək istədiyini deyib ödənişləri onun kartına göndərmiş və ona məxsus «Bank of Baku» bank kartına hissə-hissə ümumilikdə 2300 manat pul göndərmişdir. Bundan sonra dünyada baş verən pandemiya ilə bağlı istehsalatda problemlər olduğundan o, işləyə bilməmiş, mağazalar bağlandığından o, da mağazalarını bağlamalı olmuş və sifarişi vaxtında çatdıra bilməmişdir. Daha sonra Şahid5 zəng edib mebelin çatdırılması ilə bağlı danışdıqda sonuncu ona başqa mebel aldığını deyib ondan aldığı mebeli satmağını və bundan sonra pulunu ödəməyi ondan xahiş etmiş və onlar razılaşmışlar. Bundan sonra o, Şahid5 mebelini sata bilmədiyindən sonuncunun pulunu ödəməmiş, həmin mebeli də Xəyaləyə verməyə hazırdır. Bundan başqa Zərərçəkmiş şəxs2 qızı Jalə xanım Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən mebel salonunun mobil nömrəsi ilə əlaqə saxlamışdır. Jalə xanımı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçivanski küçəsində yerləşən mebel salonuna dəvət etmişdir. Jalə xanım gələ bilməyəcəyini bildirmişdir. O isə bəyəndiyi mebelin salondan videosunu çəkib yollamışdır. Daha sonra video zəng vasitəsi ilə əlaqə saxlamış və bəyəndiyi mebeli gördükdən sonra ümumi qiymətinin 4200 manat olduğunu bildirmişdir. Jalə nə qədər beh göndərməli olduğunu soruşmuş, o isə fərq etmədiyini bildirmişdir. 400 AZN beh göndərmişdir. O da, ödənişə dair qaimə faktura yollamışdır. Sonra Jalə ilk öncə divanda dəyişiklik etmiş və əlavə ödəniş göndərmişdir. Ümumilikdə Jalə xanım mebeldə 7 dəfə dəyişiklik etmişdir. Hər dəfə dəyişikliklər etdiyində o, Jalə xanıma bildirmişdir ki, hər dəyişimdə maddi zərərə uğrayır. Sonuncu dəyişiklikdə bildirmişdir ki, mebelin hazır olmağı 3 ay yubanacaq. Jalə xanım da, razılaşmışdır. Daha sonra əlaqə saxlayaraq evlərində söz söhbət olduğunu və mebeli tezləşdirmək istədiyini bildirmişdir. O isə bildirmişdir ki, 3 ay sonra göndərə bilər. Jalə xanım isə hədə qorxu gələrək polisə şikayət edəcəyini bildirmişdir. Bu dəyişikliklərin çox olması nəticəsində ona ödənilən behin 2 qatını sifariş verdiyi mebellərin xammalına xərcləmişdir. Bu barədə telefon vasitəsilə evlərinə bildiriş göndərmişdir. Sifarişləri üzrə mebellərini çatdırmağa hazırdır. Zərərçəkmiş şəxs3 salonunun əlaqə nömrəsi ilə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən mebel salonuna dəvət etmişdir. Mahiyyə xanım gələ bilməyəcəyini bildirmişdir. Görüntülü zəng vurmuş və bəyəndiyi mebeli canlı şəkildə salonda görmüşdür. Daha sonra ümumi dəsti 4450 manata razılaşmışlar. Mebeli 3 ay sonraya istədiyini bildirmişdir. Müştəri 700 manat ödəniş etmiş, yerdə qalan 3750 manatın da çatdırılmada ödənilməsi barədə razılaşmışlar. Daha sonra əlaqə saxlayıb mebeli tez istədiyini bildirmişdir. O isə xanıma bildirmişdir ki, razılaşmaları 3 ay sonraya olmuşdur. Zərərçəkmiş şəxs3 hədə qorxu gələrək behi qaytarmağı, yoxsa polisə şikayət edəcəyini bildirmişdir. O isə qeyd etmişdir ki, ilkin razılaşma hansı tarixə olubsa, həmin tarixdə mebeli göndərə bilər. Çünki verilən beh sifariş verdiyi mebelin xammalına xərclənib. Ona görə də, sifariş tarixini gözləməli olduqlarını bildirmişdir. Sifarişi üzrə mebellərini çatdırmağa hazırdır. Zərərçəkmiş şəxs8 13 avqust 2021-ci il tarixdə onunla vatsapda zəng edib danışdıqdan sonra oğlu ilə birlikdə mebel salonuna yaxınlaşmış, Zeynab xanım mağazada bir dəst «banu cehizlik» dəstini və bir dəst mətbəx mebelini bəyənmişdir. Həmin mebelləri 3999 manat pula almağı onunla razılaşmış, o, orada Zərərçəkmiş şəxs8 1000 manat beh almışdır. 16 avqust 2021-ci il tarixdə Zeynab xanım yenə də, «Bank of Baku»dan onun anasının adına alınmış bank kartına 2000 manat pul göndərmiş, 18 avqust 2021-ci il tarixdə isə yenidən onunla əlaqə saxlayıb mətbəx mebelini istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs8 ilə razılaşmaya əsasən o, sonuncuya danışdığı mebel dəstini 05 oktyabr 2021-ci il tarixdə göndərməli imiş. Zeynab xanımla ibtidai istintaqda üzləşmə zamanı da, ona aldığı mebeli təklif etmişdir. Həmin vaxtı mebeli yox ödənişini istəmişdir. Hal hazırda sifarişi üzrə X38 dəstini və Leksus divan kreslonu Zeynab xanımın Yevlaxda yaşayan qızının evinə çatdırma etmişdir. 2021-ci ilin iyun ayının ortalarında ona əvvəlcə X10 zəng edib mağazının ünvanını soruşub qiymətlərlə maraqlanmış, daha sonra 20 iyun 2021-ci il tarixdə sonuncunun atası Zərərçəkmiş şəxs1 mağazaya yaxınlaşaraq qızı bəyənmiş olduğu cehizlik mebel dəsti üçün ona 150 manat beh vermiş və mebeli 2021-ci ilin noyabr ayında almaq şərti ilə razılaşmışlar. Daha sonra Mübariz ona zəng edərək mebeli kreditlə almaq istədiyini demiş, o, da sonuncu ilə razılaşıb 4650 manat dəyərində olan mebel dəstini ilkin ödəniş olaraq 1150 manat ödəndikdən sonra yerdə qalan pulu 36 ay müddətində ayda 97 manat ödəmək şərti ilə müqavilə imzalamışlar. 24 iyul 2021-ci il tarixdə onun istifadəsində olan anasına məxsus banka kartına 1000 manat pul ödəmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 mebel üçün cəmi bir dəfə 97 manat pul ödəmişdir. Daha sonra Mübariz mağazaya yaxınlaşaraq mebelləri oktyabr ayında alacağını demişdir. O, Gəncə şəhərində həbs edildiyindən Zərərçəkmiş şəxs1 mebelini göndərə bilməmişdir. Sifarişi üzrə mebellərini çatdırmağa hazırdır. Bundan başqa, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında yerləşən binanın qeyriyaşayış sahəsini icarəyə götürüb orada “Hünkar” adlı mebel salonu açaraq mebellərin satışı ilə də məşğul olmuşdur. Eyni zamanda işlətdiyi mebel salonuna dair “instagram” sosial şəbəkəsində səhifə açaraq həmin səhifədə satılan mebellərin şəkillərini çəkib yerləşdirərək müştəriləri də cəlb etməyə başlamışdır. Belə ki müştərilər “instagram” sosial şəbəkəsindəki səhifəyə baxaraq bəyəndikləri mebelləri sifariş etmişlər və o, da həmin mebellərin ünvanlara çatdırılmasını yerinə yetirmişdir. 2021-ci ilin iyun ayında bir nəfər qadın bir neçə nəfər şəxslə birlikdə həmin vaxt işlətdiyi “Hünkar” mebel salonuna yaxınlaşıb mebellərə baxaraq yataq və qonaq mebel dəstlərini bəyənmişlər. Həmin şəxslər bəyəndikləri mebelləri almaq üçün ilkin beh vermişlər, aralarında olan razılaşmaya əsasən o, həmin şəxsin bəyənib behini verdiyi mebelləri Mingəçevir şəhərinə aparmalı imiş. Belə ki, həmin qadın yataq və qonaq otağı dəsti, həmçinin divan-kreslo dəsti sifariş etmişdir. Lakin yalnız yataq və qonaq otağı üçün nəzərdə tutulmuş mebel dəstlərinin pulunu ödəmiş, digər, yəni divan-kreslo dəstinin pulunu ödəməmişlər. Buna görə də o, qeyd olunan dəstləri Mingəçevir şəhərinə aparıb orada həmin şəxslərə təhvil vermiş, lakin divan-kreslo dəstini isə pul ödənilmədiyi üçün aparmamışdır. Həmçinin həmin Mingəçevir şəhərindən olan qadın salondan mebelləri bəyənib aldıqdan bir neçə gün sonra bir nəfər qadın onun işlətdiyi mobil telefon nömrəsinə zəng edib Mingəçevir şəhər sakini kimi özünü təqdim etmiş, Mingəçevir şəhərindən işlətdiyi salondan mebel alan qadının qohumu olduğunu bildirmişdir. Onunla telefon vasitəsi ilə danışan qadın, Şahid1 salonun “instagram” sosial şəbəkəsində yerləşən səhifəsində yerləşdirilmiş yataq və qonaq otağı üçün mebel dəstlərini bəyəndiyini, həmin mebelləri almaq istədiyini ona demişdir. O, isə həmin qadına mağazaya yaxınlaşmağını demiş, lakin həmin şəxs ona mağazaya yaxınlaşa bilmədiyini, bəyəndiyi mebel dəstlərini Mingəçevir şəhərinə göndərməyi, pulu isə kart hesabına ödəməyi təklif etmiş, o, da etiraz etməmişdir. Buna görə də onun istifadəsində olan anası Şahid7 adına olan plastik kartın şəklini çəkərək həmin şəxsə göndərmiş, həmin şəxs də, anası Liyozanın adına olan bank kartına 07 iyul 2021-ci il tarixdə 1150 manat məbləğdə pul yükləmiş, razılaşmaya əsasən həmin şəxs mebelləri kreditə aldığı üçün hər ay 115 manat pul ödəməli imiş. O, pulu kartdan çıxartdıqdan sonra həmin qadınla əlaqə saxlayaraq mebelləri hansı ünvana çatdırmağı soruşmuş, lakin həmin qadın ona hazırda evlərində təmir işləri aparıldığı üçün bir müddət sonra mebelləri çatdırmağı bildirmişdir. O, da razılaşmışdır. 08 avqust 2021-ci il tarixdə həmin şəxs yenə də, anasının adına olan karta almalı olduqları mebel üçün ilkin ayın krediti olan 115 manat məbləğdə pul ödəmiş, 01 iyul 2021-ci il tarixdən ölkə ərazasində toy şənliklərinin keçirilməsinə icazə verildiyi üçün onun işlətdiyi mağazanın da, satışı artmış və bu səbəbdən də, mebellərin çatdırılmasında gecikmələr yaranmağa başlamışdır. Buna görə də Mingəçevir şəhərindən verilmiş sifarişi vaxtında çatdıra bilməmişdir. Evlərinə bildiriş göndərmişdir. Sifariş üzrə mebellərini çatdırmağa hazırdır. Bundan başqa 2021-ci ilin avqust ayının əvvəllərində instagram sosial şəbəkəsində “Stil_mebel_baku” səhifəsində yeləşdirmiş olduğu mebel dəstləri ilə bağlı Zərərçəkmiş şəxs4 adlı xanım ona zəng etmiş, o, həmin xanımın suallarına cavab verib sonuncunu mağazaya dəvət etmişdir. Bundan sonra 14 avqust 2021-ci il tarixdə Günay xanım mağazada mebel kataloqdan «Hissa 2» yataq-qonaq, divan mebel dəstini bəyənib almaq istədiyini demişdir. O, isə xanıma həmin mebel dəstlərini alması üçün beh qismində ödəniş etməli olduğunu bildirmişdir. Həmin xanım da onunla razılaşıb mebeli saxlamağı üçün ona 800 manat beh ödəmiş, mebelin qalan pulunu isə 6 ay müddətində 325 manat olmaqla ödəyəcəyini demişdir. O, da bu barədə qaimə yazıb həmin xanıma təqdim etmiş, razılaşmaya əsasən xanımın mebellərini 2021-ci ilin oktyabr ayında göndərməli imiş, lakin sonra mebelin qarşılığında müqaviləyə görə ödənilməli olan məbləğlərini Günay xanım ona ödəməmişdir. Eyni zamanda o, həbs edildiyindən o, oktyabr ayında mebelləri göndərə bilməmişdir. Sifarişi üzrə mebellərini çatdırmağa hazırdır. Zərərçəkmiş şəxs7 nəvəsi Zəhra xanım Bakı şəhəri Nizami rayonunda yerləşən salonunun əlaqə nömrəsi ilə əlaqə saxlamışdır. Salona yaxınlaşmalı olduqlarını bildirsə də, salona gələ bilməyəcəklərini bildirmişlər. Zəhra xanım cehizlik dəst bəyənmiş və 850 manat beh göndərmişdir. Sifarişlərdə sıxlıq yarandığından vaxtında çatdıra bilməmiş, Zəhra xanım behini geri istəmişdir. Behini geri qaytarmaq üçün o, kart nömrəsi verməsini xahiş etmişdir. Daha sonra xanım gözləyəcəyini bildirmişdir. Sonra fikrini dəyişmiş və yenidən behini istəmişdir. O isə, 800 manatlıq xammal aldığını bildirmiş və 50 manatı özünə yollamışdır. Hazırda sifarişi üzrə divan dəstini xanımın yaşadığı ünvana çatdırılma quraşdırılma etmişdir. Bu barədə notarial təsdiqli arayışı məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakıda Neft şirkətində takelajçı vəzifəsində işləyir. Böyük qızı Məsumə Ağalarovanın evlilik işi ilə əlaqədar olaraq 2021-ci ilin iyun ayında cehiz mebel almaq qərarına gəlmişlər. Bu məqsədlə onlar bir neçə internet səhifələrində müxtəlif mebel satışı ilə məşğul olan mağazaların reklamları ilə tanış olmağa başlamışlar. Bu zaman qızı Məsumə ona ünvan 13 ünvanında yerləşən "Hünkar” mebel salonunda qiymətlərin ucuz olduğunu və oradan istədiyi mebeli ala biləcəyini ona bildirmişdir. O, 20 iyun 2021-ci il tarixdə Bakı şəhərində olarkən işdən çıxdıqdan sonra həmin "Hünkar” mebel salonuna gedərək orada özünü Nicat adı ilə təqdim edən şəxslə tanış olmuş və alacağı mebelləri seçdikdən sonra ilkin olaraq Nicata 150 manat pulu beh kimi verərək sonuncu ilə razılaşmışdır. 22 iyul 2021-ci il tarixdə o, yenidən həmin “Hünkar” mebel salonuna gedərək Nicat adlı şəxslə yenidən görüşmüş və mebelləri kreditlə ala biləcəyini bildirmişdir. Nicat ona bunun üçün kredit müqaviləsi bağlamaq lazım olduğunu və ilkin ödəniş kimi 1000 manat pul verməli olduğunu bildirmişdir. O, razılaşaraq evə zəng vurmuş, üstündə o qədər pul olmadığından evdəkilərə 1000 manat pulu Nicatın ona göstərdiyi «Uni banka» məxsus kart nömrəsinə göndərmələrini demişdir. Qızı Məsumə həmin tarixdə 1000 manat pulu Siyəzən rayonundan «milli ön» ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına göndərmişdir. Bundan sonra Nicat onunla müqavilə bağlayaraq surətini ona təqdim etmiş və salondan çıxıb işə getmişdir. O, Nicata aldığı mebelləri 2021-ci ilin avqust ayının 05-10 arası göndərməyini xahiş etmiş, Nicat da, onunla bu barədə razılaşmışdır. Lakin o, qızına toy edə bilmədiyi üçün Nicata avqust ayının əvvəllərində zəng vuraraq mebelləri sentyabr ayının 25-30-u aralarında göndərməyini xahiş etmişdir. Bundan sonra o, Nicatla əlaqə saxlaya bilməmiş, 2021-ci ilin avqust ayından Nicat onun zənglərinə cavab vermədiyi üçün o, narahat olmağa başlamış və bu barədə Bakı şəhəri, Nizami rayon 24-cü polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Bundan sonra bölmədəki polis əməkdaşı ona Nicatın vəkilinin nömrəsini verərək danışmağı tövsiyyə etmişdir. O, vəkil ilə danışanda, sonuncu ona Yasamal rayonunda Nicatgilin yeni mebel dükanlarının olduğunu və həmin yerə müraciət etməyi ona bildirmişdir. O, həmin ünvana gedib orada Nicatın xalası oğlu Səbuhi adında bir şəxslə danışmış və sonuncu ona Nicatın ciddi problemlərinin olduğunu, lakin müqaviləyə əsasən onun mebellərini özü vərəcəyinə dair söz vermişdir. Səbuhi adlı şəxs ona müqaviləyə əsasən aylıq ödənişin vaxtının çatdığını bildirmiş və ona 100 manat ödəniş etməli olduğunu bildirmiş, o, da Səbuhiyə 03 sentyabr 2021-ci il tarixdə müqaviləyə əsasən 97 manat pulu Səbuhiyə vermiş, sonuncu da əvəzində ona qəbz verərək mebelləri istədiyi vaxt göndərəcəyini demişdir. Bundan sonra o, evə qayıtmış, 18 sentyabr 2021-ci il tarixdə o, Səbuhiyə zəng etmiş, lakin sonuncuya zəng çatmamışdır. O, dəfələrlə zəng etsə də, Səbuhi onun telefonunu açmamışdır. Səbuhi onun zənglərinə cavab vermədiyi üçün o, yenidən vəkil ilə əlaqə saxlayaraq Səbuhinin də, onu aldatdığını, zənglərinə cavab vermədiyini ona bildirmişdir. Həmin şəxs də ona Səbuhinin anasını nömrəsini vermişdir. Həmin qadınla əlaqə saxlayaraq Səbuhinin ona qarşı etdikləri hərəkətləri bildirsə də, qadın əvvəlcə səhv düşdüyünü, daha sonra olanlardan xəbərdar olduğunu ona bildirmiş, narahat olmamağı, onun mebel məsələsinin həllini tapacağını bildirmişdir. Daha sonra isə həmin qadın da, onun zənglərinə cavab verməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonu, Qamışlı kəndində qeydiyyatda olsa da, ünvan 14 ünvanında yaşayır. Qızı Aytən 5 ildir ki, ailə həyatı qursa da o, qızına cehiz verməmişdir. Qızı yeni evlərini təmir etdirib köçdüklərinə görə, qızına cehiz kimi mebel dəsti almaq istəmişdir. Özünə məxsus olan instaqram hesabından “prenses_mebel_salonu” adı ilə qeyd edilmiş səhifədə mebel satıldığını, Ramazan bayramı ilə bağlı kompaniya olduğunu və mebellərin qiymətlərində 50 faiz endirim olması haqqında yazı paylaşıldığını görmüşdür. Bu səbəbdən o, 09 may 2021-ci il tarixdə instagram hesabında qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin vatsapı ilə əlaqə saxlamışdır. Həmin şəxs endirim olduğunu və kompaniyanın son günü olduğunu bildirmişdir. Həmin şəxs ona saat 17:00-dək almaq istədiyi mebel üçün mebelin qiymətinin 15 faizini ödədiyi halda kampaniyadan istifadə edə biləcəyini bildirmişdir. Bundan sonra qiyməti 4450 manat olan mebel dəstini almağı həmin şəxslə razılaşmışdır. Həmin şəxs mebelin çatdırılmasının pulsuz olduğunu bildirmişdir. Bu səbəbdən o, 700 manat pulu Gəncə şəhəri «Dəyirman» dairəsində yerləşən “Bollmart” supermarketində yerləşən «milli ön» aparatı vasitəsi ilə həmin şəxsin ona göndərdiyi «Bank of Baku»ya məxsus bank kartına müştəri kodu 931183, doğum tarixi isə xx.xx.1966 olan kart hesabına əvvəlcə 600 manat pul göndərmiş, daha sonra isə «Dəmir yol» vağzalında yerləşən ekspress aparatından 100 manat pul göndərmişdir. Səhərisi gün ona qaimə yazıb göndərmişlər. Bundan sonra o, həmin şəxslərə mebeli mağazada saxlamalarını xahiş etmişdir. Həmin şəxslər də, ona üç ay müddətində mebeli mağazada saxlaya biləcəklərini demişlər. 07 iyun 2021-ci il tarixdə o, həmin şəxslə əlaqə saxladıqda həmin şəxs mebelin salonda olduğunu və gəlib baxa biləcəyini demiş və mebel salonunun ünvanını Sumqayıt şəhəri göstərmişdir. Həmin şəxs hətta «Neftçilər» metrosunun yaxınlığında da, mebel mağazalarının olmasını demişdir. Bu səbəbdən onlar Bakı şəhərinə gedib əvvəlcə «Neftçilər» metrosunda daha sonra isə Sumqayıt şəhəri ərazisində «prensses mebel» salonu axtarsalar da, həmin adda salon tapa bilməmişlər. Bundan sonra həmin şəxs onun zənglərinə cavab vermədiyi üçün o, aldandığını başa düşüb polisə müraciət etmişdir. Onunla telefonda danışan şəxsin kim olması haqqında heç bir məlumatı olmasa da, həmin şəxs buxalteriyası olduğunu bildirərək ona göndərdiyi hesab nömrəsi Şahid7 məxsus olmuşdur. Həmin hesaba o, 700 manat pul köçürmüş, o, həmin şəxsin ona göndərdiyi hesab nömrəsini, həmin şəxsə göndərdiyi pulun qəbzlərini və ona göndərdiyi qaimənin şəklini ifadəsinə əlavə etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının 12-də qız övladına cehiz almaq məqsədilə instaqramda mebellərin satışını reklam edən səhifələrlə maraqlanmağa başlamışdır. Həmin vaxt «stil_mebel_baku» adlı mebel satılan səhifə onun diqqətini çəkdiyi üçün həmin səhifəyə bəyəndiyi mebellər barədə yazmağa başlamışdır. Daha sonra həmin səhifədə yazılmış ***- ***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** saylı nömrədən vatsapla görüntülü zəng etmiş, zəngə cavab verən şəxs özünü göstərmədən telefon kamerasını dükanda olan onun bəyəndiyi mebellərə tutub onunla danışmağa başlamışdır. Həmin şəxs «mebel dükanının Bakı şəhərində Yeni Yasamal rayonunda 77 saylı şəhər daxili marşurutun sonuncu dayanacağında, hündür mərtəbəli binanın birinci mərtəbəsində, dükanın yanında isə «English school» binası yerləşdiyini bildirmişdir. O, bəyəndiyi mebeli həmin şəxsə göstərəndə həmin şəxs ona beh olaraq 1000 manat pul göndərməyini bildirmişdir. Lakin o, beh göndərməyəcəyni, özü Bakı şəhərinə gedib üzbəüz görüşüb pul verəcəyini bildirmişdir. Bundan sonra 13 avqust 2021-ci il tarixdə o, oğlu Şahid4 ilə birlikdə Bakı şəhərinə həmin şəxsin dediyi ünvana getmişlər. Həmin yerdə özünü Orxan kimi təqdim edən şəxs onları qarşılayıb işlətdiyi adsız mebel salonuna aparmışdır. Orxan kimi özünü təqdim edən şəxs həmin dükanın ikinci mağazaları olduğunu, yeni açıldığı üçün hazırda adını vurmadıqlarını, sabah dükanın adını vuracaqlarını bildirmişdir. O, oğlu ilə birlikdə dükandakı mebellərə baxmış, bir gün əvvəl görüntülü danışan vaxt gördüyü mebel də, orada olmuşdur. Eyni zamanda dükanda özünü Orxanın anası kimi təqdim edən alçaq boy, saçı kəsik, təxminən 50-55 yaşlı Şəki ləhcəsi ilə danışan qadın və yanında 6-8 yaşlı qış uşağı olmuş, Orxanın danışıq ləhcəsi də, Şəki rayonunun ləhcəsinə bənzəmişdir. Onun bəyəndiyi mebelin ümumi dəyəri, yəni qonaq dəsti, yataq dəsti, divan, mətbəx mebeli və mətbəx masasının dəyəri ümumilikdə 3999 manat təşkil etmişdir. Orxan ona əvvəlcə 1000 manat pulu nəğd şəkildə ödəməyi, 2 gün keçdikdən sonra 2000 manat pulu onlayn şəkildə ödəməyi bildirmişdir ki, fabrik mebelin istehsal sifarişini qəbul etsin. O, da etiraz etməmişdir. O, oğlu Şahid4 yanında mebeli almaq məqsədilə özünü Orxan kimi təqdim edən şəxsə 1000 manat pulu nəğd şəkildə ödəmişdir. Orxan ona bildirmişdir ki, 30 sentyabr 5 oktyabr tarixləri arasında mebeli Yevlax şəhərinə çatacaq, yerdə qalan 999 manat isə mebeli götürəndə ödəyəcəkdir. Onun qız övladı Yevlax rayonunda gəlin köçəcəyi üçün mebelin Yevlax rayonuna çatdırılmasını sifariş etmişdir. O, Orxanın sözlərinə inanıb razılaşmış və Gəncə şəhərinə qayıtmışlar. O, Gəncə şəhərinə gəldikdən sonra həyat yoldaşı ilə razılaşıb qərara gəlmişlər ki, Bakı şəhərindən alacaqları mebel 01 sentyabr 15 sentyabr tarixləri arasında çatdırılsın. Bundan sonra o, istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə Orxan kimi özünü təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib sifariş verdiyi mebeli 01 sentyabr 15 sentyabr tarixləri arasında olan müddət ərzində çatdırılmasını xahiş etmiş, Orxan kimi özünü təqdim edən şəxs də, razılaşıb həmin müddət ərzində mebeli çatdıracağına söz vermişdir. 16 avqust 2021-ci il tarixdə, saat 11:33-də Orxan kimi özünü təqdim edən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə vatsapla «Bank of Baku»ya məxsus üzərində 5315 9921 4533 7157 nömrəsi olan Mammadova Liyoza adlı şəxsin plastik kartının şəklini çəkib göndərmiş, o, da Gəncə şəhəri H.Əliyev prospeti 210 ünvanında yerləşən Kapital Bankın qarşısındakı «milliön» terminalından həmin gün saat 14:48-də Orxan kimi özünü təqdim edən şəxsin ona göndərdiyi Mammadova Liyoza adlı şəxsin hesabına 2000 manat pul göndərmişdir. Daha sonra Orxan kimi özünü təqdim edən şəxslə telefon əlaqəsi saxlayıb məlumat vermiş, ödəmə terminalından əldə etdiyi qəbzin şəklini də, çəkib Orxana göndərmişdir. Bundan sonra o, Orxan kimi özünü təqdim edən şəxslə əlaqə saxlayıb mebelin pulunu göndərdiyini, daha keyfiyyətli düzəltmələrini deyəndə sonuncu ona bir daha arxayın olmağını bildirmiş, 01 - 15 sentyabr tarixləri arasında olan müddət ərzində mebeli çatdıracağına söz vermişdir. 18 avqust 2021-ci il tarixdə «adnsu_serbest.is_tedimat» və «gunai_hasanli» instaqram səhifələrindən ona mesaj gəlmiş, mesajlarda bildirilmişdir ki, «stil_mebel_baku» adlı mebel satılan instaqram səhifəsi dələduzluqla məşğul olduğu üçün aldanmasınlar. Mesajlardan məlum olmuşdur ki, özünü Orxan kimi təqdim edən şəxsin əsl adı Səbuhi, anasını adı isə Liyozadır. Bundan sonra o, Orxan kimi özünü təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etsə də, telefona cavab verən olmamışdır. O, əvvəlcə Bakı şəhərinə gedəndə Orxan kimi özünü təqdim edən şəxslə əlaqə saxlamaq üçün danışdığı digər ***-***-**-** nömrə ilə əlaqə saxlamış, telefona cavab verən qadından Orxanın harada olduğunu, nömrəsinə zəng çatmadığını, sifariş verdiyi mebel ilə bağlı məlumat öyrənmək istədiyini soruşanda, həmin qadın telefonu sındığı üçün Orxanın zənglərə cavab verə bilmədiyini, telefonu ustadan götürdükdən sonra əlaqə saxlayacağını, tez bir zamanda mebellərin çatacağını bildirmiş və zəngi bağlamışdır. Bir az keçdikdən sonra həyat yoldaşı Əli istifadə etdiyi ***-***-**-** saylı mobil telefonu ilə ***-***-**-** nömrəsinə zəng etmiş, telefona cavab verən qadından Səbuhinin harada olduğunu, mebel sifariş vermək istədiyini bildirəndə həmin qadın Səbuhinin telefonu sındığı üçün danışa bilmədiyini, telefonu ustadan götürdükdən sonra əlaqə saxlayacağını bildirmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, özünü Orxan kimi ona təqdim edən şəxsin əsl adı Səbuhidir və Səbuhi mebel sifarişi adı ilə onu aldadaraq pulunu ələ keçirdərək ona qarşı dələduzluq etmişdir. Eyni zamanda instaqram səhifələrindən gələn mesajlara əsasən özünü Orxan kimi təqdim edən şəxsin əsl adı Səbuhi, anasını adı isə Liyoza olmasını bildikdən sonra Səbuhi tərəfindən aldandığını bilib 20 avqust 2021-ci il tarixdə həyat yoldaşı DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. 29 avqust 2021-ci il tarixədək Orxan kimi özünü təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına mesajlar yazsa da ,cavab verən olmamışdır. 29 avqust 2021-ci il tarixdə həmin nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrənin vatsapına cavab yazılaraq bildirilmişdir ki, 11-12 sentyabr tarixlərində mebelin çatacağı dəqiq vaxtı bilinəcəkdir. O, 12 sentyabr 2021-ci il tarixdə həmin nömrənin vatsapına yazsa da, yenə ona cavab verilməmiş, daha sonra 13 sentyabr 2021-ci il tarixdə həmin nömrədən ona vatsap mesajı gəlmiş və qeyd olunmuşdur ki, «ayın 17, saat 4-dən sonra mebeliniz sizdə olacaq». 18 sentyabr 2021-ci il tarixdə həmin nömrədən yenidən ona vatsapla mesaj gəlmiş və bildirilmişdir ki, «sabah yox, birisi gün mebeliniz çatacaq». O, dəqiq tarixi soruşsa da, ona cavab gəlməmişdir. Bundan sonra Orxan kimi özünü təqdim edən şəxs hər dəfə ona müxtəlif bəhanələr gətirib mebeli çatdıracağına söz versə də, vədinə əməl etməmiş, onu aldadaraq pulu ələ keçirdərək dələduzluq etmişdir. Hazırda sifariş etdiyi yataq, qonaq, divan və kreslo dəstini tam yeni və istifadəyə yararlı formada Təqsirləndirilən şəxs təhvil almışdır. Odur ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qızı Şahid3 2021-ci ilin fevral ayında X28 ilə nişanlanmışdır. «m_a_.____» adlı instaqram səhifəsini qızı Şahid3 işlətmişdir. Jaləyə cehizlik mebel almaq üçün Şahid3 2021-ci ilin may ayının 8-də instaqramda mebellərin satışını reklam edən səhifələrlə maraqlananda mebel bəyəndiyini bildirmişdir. Şahid3 «prenses_mebel_salonu» adlı mebel satılan səhifədə yazılmış ***-***-**-** saylı mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**- ** saylı nömrədən vatsap mesajı yazıb səhifədə olan mebelləri bəyəndiyini, lakin bəzi komplektlərdə bəyəndiyi mebellərin arasından seçim etmək istədiyini bildirmiş, həmin nömrədən qızının nömrəsinin vatsapına bir dəst qonaq-yataq mebelin video görüntüsü göndərilmişdir. Şahid3 həmin mebeli bəyəndiyini vatsapla nömrəyə yazıb, qiyməti ilə maraqlananda mebel dəstinin 4200 manat olması bildirilmişdir. Şahid3 həmin nömrənin vatsapı ilə yazışmaları olmuş, neçə aya ödəyəcəyi barədə qiyməti ilə maraqlananda mesaj yazan şəxs özünü Səma adlı qadın kimi təqdim edib, satıcı kimi işlədiyi mağazada olan mebellərin keyfiyyətli olduğunu qızına yazmışdır. Özünü Səma kimi təqdim edən qadın Şahid3 mebeli almaq üçün əvvəlcə 400 manat məbləğində beh göndərməli olduğunu, daha sonra isə lazım olan vaxt çatanda mebeli dedikləri ünvana göndərib yerdə qalan pulu da, ödəməli olduqlarını yazmışdır. Eyni zamanda özünü Səma kimi təqdim edən qadın Ramazan bayramı münasibətilə endirimlər olduğunu deyib may ayının 8 tarixini kompaniyanın sonuncu günü olduğunu yazmışdır. Qızı mebeli almaq üçün əvvəlcə 400 manat məbləğində behi necə göndərəcəklərini soruşanda özünü Səma kimi təqdim edən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən qızının nömrəsinə vatsapla «milli ön aparatı, bank xidmətləri seçilir, kart hesabının artırılması seçilir, müştəri koduna 931183, doğum tarixinə xx.xx.1966, irəli verilib yüklənir» demişdir. Onlar berə qərara gəlmişlər ki, 2021-ci ilin iyun ayına mebelləri göndərilməlidir və həmin nömrədən qızına vatsapla mesaj göndərilmişdir ki, 2021-ci ilin iyun ayının 15-dək mebelləri göndəriləcəkdir. Bundan sonra onlar özünü Səma kimi təqdim edən şəxsə inanmışlar. Daha sonra qızı mebelləri bəyəndiyi üçün almağı ondan xahiş etmişdir. O ödəmə terminalı vasitəsilə hesaba pul köçürtməyin qaydalarını bilmədiyindən cehiz almaq üçün topladığı puldan 400 manat pulu Şahid3 aparıb ödəmə terminalı vasitəsilə həmin şəxsin hesabına köçürtməsi üçün vermişdir. 08 may 2021-ci il tarixdə qızı Jalə gedib ödəmə terminalı vasitəsilə 400 manat pulu göndərmiş və qəbzi gətirib ona göstərmişdir. Eyni zamanda Jalə həmin qəbzin şəklini çəkib özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərmişdir. Şahid3 həmin şəxsin göndərdiyi 931183 ödəniş kodunu yazıb ödəniş edən vaxt terminalda Şahid7 yazıldığını bildirmişdir. Həmin vaxt o, mebel almaq üçün göndərdikləri 400 manat məbləğində behin Şahid7 hesabına göndərildiyini bilmişdir. Bundan sonra qızı Şahid3 özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına mesajlar yazaraq bəyəndiyi mebeli keyfiyyətli düzəltməyi xahiş edəndə həmin şəxs narahat olmamağı, 2021-ci ilin iyun ayında mebellərin göndəriləcəyinə söz vermişdir. Daha sonra özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapından qızının istifadəsində olan ***-***-**-** saylı nömrəmin vatsapına 08 may 2021-ci il tarixdə, saat 20:14-də ******* nömrəli, 05 may 2021-ci il tarixli Qaimə göndərmişdir, həmin qaimədə sifariş verdiyi mebellərin adları, 10-20 iyun 2021-ci il tarixlərində çatdırılma, mebelin qiymətinin 4300 manat, beh 400 manat, qalıq isə 3900 manat qalması yazılmışdır. 09 may 2021-ci il tarixdə həyat yoldaşı və qızı ilə razılaşıb seçdikləri mebel dəstinin arasında dəyişiklik etdikləri üçün özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına qızı bəyəndiyi divanın şəklini göndərmişdir. Həmin şəxs də vatsapla yazıb bunun üçün əlavə olaraq 200 manat da, beh göndərməli olduqlarını yazmışdır. Daha sonra özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***- ***-**-** saylı mobil telefon nömrəsinin vatsapından qızının istifadəsində olan ***-***-**-** saylı nömrənin vatsapına 10 may 2021-ci il tarixdə, saat 10:56-da ******* nömrəli, 09 may 2021-ci il tarixli Qaimə göndərilmişdir, həmin qaimədə onların sifariş verdikləri mebellərin adları, 01-05 iyun 2021-ci il tarixlərində çatdırılması, mebelin qiymətinin 4570 manat, beh 400+200 manat, qalıq isə 3970 manat yazılmışdır. Şahid3 10 may 2021-ci il tarixdə ondan 200 manat pul alıb Gəncə şəhəri, S.Rəhimov küçəsində yerləşən «Zəhmət» marketdə olan milli ön ödəmə terminalı vasitəsilə 931183 ödəniş kodlu Şahid7 adlı şəxsin hesabına 10 may 2021-ci il tarixdə, saat 12:39-da 200 manat məbləğində pulu göndərmişdir, ödəmə terminalından əldə etdiyi qəbzin şəklini də, çəkib özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına göndərmiş və evə gələndə qəbzi ona göstərmişdir. 14 may 2021-ci il tarixdə həyat yoldaşı və qızı ilə razılaşıb seçdikləri mebel dəstinin arasında dəyişiklik etdikləri üçün özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına qızı bəyəndiyi yataq otağı üçün digər formalı divanın şəklini göndərmişdir. Həmin şəxs də, qızına vatsapla yazıb bunun üçün əlavə olaraq 150 manat beh göndərməli olduqlarını yazmışdır. O da etiraz etməmiş və qızına 150 manat pul vermişdir. Jalə də, Gəncə şəhəri S.Rəhimov küçəsində yerləşən «Zəhmət» marketdə olan milli ön ödəmə terminalı vasitəsilə 931183 ödəniş kodlu Şahid7 adlı şəxsin hesabına 16 may 2021-ci il tarixdə, saat 19:40-da 150 manat məbləğində pulu göndərmiş, ödəmə terminalından əldə etdiyi qəbzin şəklini çəkib özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına göndərmişdir. 22 may 2021-ci il tarixdə, saat 23:47-də özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapından qızı Jalənin istifadəsində olan ***-***-**-** saylı nömrənin vatsapına 14 may 2021-ci il tarixli, ******* nömrəli Qaimə göndərildi, həmin qaimədə onların sifariş verdikləri mebellərin adları, 15 iyun 2021-ci il tarixə qədər çatdırılması, mebelin qiymətinin 4570 manat, beh 400+200+150 manat, qalıq isə 3820 manat yazılmışdır. 04 iyun 2021-ci il tarixdə həyat yoldaşı və qızı ilə razılaşıb yenidən seçdikləri mebel dəstinin arasında dəyişiklik etdikləri üçün özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına qızı bəyəndiyi qonaq otağı üçün digər formalı divanın şəklini göndərmişdir. Həmin şəxs də qızına vatsapla yazıb bunun üçün əlavə olaraq 450 manat beh göndərməli olduqlarını demişdir. O, etiraz etməmiş və 450 manat pulu qızı Jaləyə vermişdir. Jalə Gəncə şəhəri S.Rəhimov küçəsində yerləşən «Zəhmət» marketdə olan milli ön ödəmə terminalı vasitəsilə 931183 ödəniş kodlu Şahid7 adlı şəxsin hesabına 06 iyun 2021-ci il tarixdə, saat 16:45-də 450 manat məbləğində pulu göndərmiş, ödəmə terminalından əldə etdiyi qəbzin şəklini çəkib həmin gün özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına göndərmişdir. Bundan sonra onlar dəfələrlə özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına mesajlar yazıb Qaiməni göndərməyi tələb etsələr də, hər dəfə bir azdan göndərəcəyini demiş, lakin göndərməmişdir. 15 iyun 2021-ci il tarixdə, saat 12:01-də özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapından qızı Jalənin istifadəsində olan ***-***-**-** saylı nömrənin vatsapına 08 may 2021-ci il tarixli, ******* nömrəli Qaimə göndərilmişdir, həmin qaimədə sifariş verdikləri mebellərin adları, mebelin qiymətinin 4570 manat, beh 450+200+150+400 manat, qalıq isə 3370 manat yazılmışdır. Onlar Qaiməyə baxıb 08 may 2021-ci il tarixli olduğunu görüb aydınlıq gətirmək üçün özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına zəng etsələr də, cavab verən və həmin nömrənin vatsapına mesajlar yazsa da, cavab yazan olmamışdır. 16 iyun 2021-ci il tarixdə həmin nömrədən qızının istifadəsində olan nömrənin vatsapına mesaj yazılmış, parça sifariş verdikləri üçün mebelləri hazırlayıb göndərəcəkləri bildirilmişdir. Lakin evlərində narazılıq olduğu üçün göndərdikləri ümumilikdə 1200 manat məbləğində behin geri qaytarılmasını həmin nömrənin vatsapına yazsalar da, pulu geri qaytarmamışlar və 21 iyun 2021-ci il tarixə vəd verib mebelləri göndərəcəklərini demişdir. 21 iyun 2021-ci il tarixdə mebel gəlmədiyi üçün qızı Jalə özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına yazmışdır, həmin gün cavab verilməsə də, 22 iyun 2021-ci il tarixdə, saat 23:50-də həmin nömrədən qızının nömrəsinin vatsapına mesaj gələrək pulun geri qaytarılması üçün kart göndərməkləri yazılmışdır. Qızı nişanlısı Xəlil Əliyevin adına olan plastik kartın üz şəklini çəkib həmin nömrənin vatsapına göndərmiş, lakin yenə də, cavab verilməmişdir. Səhərisi gün isə vatsapla qızının nömrəsinə «behinizi bir həftə ərzində göndərdiyiniz plastik kartın hesabına göndərəcəyik» mesajı yazılmışdır. Lakin, hər dəfə yalandan verilən bəhanələri görüb başa düşmüşdür ki, mebel almaq məqsədilə onu aldadıb pulunu ələ keçirmişlər. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gedib şikayət ərizəsi yazmışdır. Özünü Səma kimi təqdim edən şəxs mebel satmaq məqsədilə onları aldadaraq ona məxsus 1200 manat məbləğində pulu ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, X14 onun qız nəvəsidir. O, Zəhraya söz vermişdir ki, cehizlik mebelini o, yığdığı təqaüd pulu ilə alacaqdır. 2021-ci ilin iyun ayında Zəhranın toy mərasimi keçirilməli olduğu üçün sonuncu may ayından etibarən sosial şəbəkələrdə mebellərin satışı reklamları ilə maraqlanmağa başlamışdır. 2021-ci ilin may ayında Zəhra instaqramda özünün istifadə etdiyi «seva_0105» adlı instaqram səhifəsi ilə mebellərin satışı səhifələri ilə maraqlanan vaxt «estella_mebel_salonu» səhifəsində cehizliyi üçün qonaq-yataq mebel dəstini görüb bəyəndiyini ona bildirmişdir. Həmin mebellər digər yerdən ucuz qiymətə satıldığı üçün Zəhra Qasımzadənin diqqətini çəkmiş və qiymətlər onun üçün də, sərfəli olmuşdur. Zəhra Qasımzadə «estella_mebel_salonu» səhifəsində yazılmış ***-***-**-** saylı mobil telefon nömrəsi ilə vatsap zəngi ilə əlaqə saxlayıb səhifədə olan mebelləri bəyəndiyini bildirmişdir. Həmin vaxt özünü Səma kimi təqdim edən şəxs Estella mağazasının satıcısı olduğunu və beh göndərməyi nəvəsi Zəhraya bildirmiş və özünü Səma kimi təqdim edən şəxs Şahid7 məxsus kart hesabını Zəhraya göndərmişdir. Zəhra bu barədə ona və oğlu Şahid6 demiş, o, etiraz etməmiş və təqaüd pulu ilə yığdığı puldan nəvəsinə mebel almaq qərarına gəlmişdir. Bundan sonra o, nəvəsi üçün cehiz mebel dəstinin alınması məqsədilə oğlu Şahid6 850 manat məbləğində pul vermişdir ki, həmin məbləğdə pulu özünü Səma kimi təqdim edən şəxsin Zəhraya göndərdiyi Şahid7 məxsus kart hesabına köçürtsün. 18 may 2021-ci il tarixdə Şahid6 Gəncə şəhəri «Sovxoz Nizami» adlanan dairənin yaxınlığındakı «Sultan» marketdə ödəmə terminalı vasitəsilə Şahid7 məxsus kart hesabına 850 manat məbləğində pulu göndərmiş, əldə etdiyi qəbzi özündə saxlamış, nəvəsinin toyu olacağı üçün qısa zaman ərzində mebellərin gətirilib yığılmasını xahiş etmişlər. Özünü Səma kimi təqdim edən şəxs də, bir həftə ərzində mebelləri göndərəcəyinə söz versə də, sonradan hər gün müxtəlif bəhanələr gətirərək onları aldatmağa başlamışdır. Onlar aldandıqlarını başa düşmüşlər, Zəhra özünü Səma kimi təqdim edən şəxslə əlaqə saxlayıb pullarını geri qaytarmağı tələb etməyə başlamışdır. Həmin şəxs nəvəsi Qasım Qazımzadənin adına olan kart hesabına 50 manat pulu göndərsə də, 800 manat pulu göndərməkdən boyun qaçırtmışdır. Daha sonra isə həmin şəxslə əlaqə saxladıqları vatsap nömrəyə zəng çatmadığı üçün əlaqə saxlaya bilməmişlər. Bundan sonra tanımadığı şəxs və ya şəxslərin mebel almaq adlı ilə onu aldadaraq pulunu ələ keçirtdiyini başa düşmüş, oğlu Şahid6 Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gedib şikayət ərizəsi yazmış, mebel almaq məqsədilə göndərdiyi 850 manat məbləğində pulun qəbzini də ərizəsinə əlavə etmişdir. Hazırda sifariş etdiyi künc divanını Təqsirləndirilən şəxs təhvil almışdır. Odur ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında bacısı qızı Bakı şəhəri, Nizami rayonunda yerləşən “Hünkar” mebel salonundan kreditlə mebel dəstləri almışlar, həmin mebel salonunda işləyən Səbuhi və Anar adlı şəxslər Mingəçevir şəhərinə gələrək bacısı qızının yaşadığı Mingəçevir şəhərində yerləşən evinə gələrək mebel dəstlərini quraşdırmışlar. Həmin vaxt o da, Səbuhi və Anarla tanış olmuş, qızı üçün mebel dəstləri almaq istədiyini bildirmişdir. Səbuhi ona istənilən mebel dəstinin kreditlə satışını həyata keçirdiyini, baxıb bəyəndikdən sonra sifariş edəcəkləri mebel dəstlərini gətirib yaşadıqları ünvana quraşdıracaqlarını bildirmişlər. Bundan sonra qızı Rəvanə “Hünkar” mebel salonunun “instagram” sosial şəbəkəsində yerləşən səhifəsinə baxaraq oradan mebel dəstlərini bəyənmişdir. Sonradan qızı Rəvanə telefon vasitəsi ilə zəng edərək Səbuhi ilə əlaqə saxlamış və bəyəndiyi mebel dəstinin qiyməti 3800 manat olmuşdur. Səbuhi ilə əlaqə saxlayarkən Səbuhi qızına bəyəndiyi mebel dəstini kreditlə ala biləcəyini, bunun üçün ilkin olaraq 1150 manat, hər ay isə 115 manat məbləğdə pul ödəyəcəyini bildirmişdir. Həmçinin Rəvanəyə Bakı şəhərinə gələrək ödəniş etməli olduğunu bildirmişdir. Bu barədə qızı Rəvanə ona bildirdikdən sonra o, Rəvanəyə Bakı şəhərinə gedə bilməyəcəyini, lakin həmin şəxslə danışıb müəyyən kart hesabına pul göndərə biləcəyini demişdir. Bundan sonra qızı Rəvanə Səbuhi ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq pulu köçürmək üçün hər hansı kart hesabının rekvizitlərini göndərməsini bildirdiyinə görə Səbuhi Şahid7 adlı şəxsin kartının şəklini çəkərək Rəvanəyə göndərmişdir. Rəvanə həmin kartın şəklini ona vermişdir. O, da ilkin olaraq 07 iyul 2021-ci il tarixdə Şahid7 adına olan “BolkartAilkart” hesabına ünvan 7 ünvanda yerləşən “Qədiroğlu-Uğur” marketdə quraşdırılmış “e-Manat” elektron ödəmə sistemi vasitəsi 1150 manat, 08 avqust 2021-ci il tarixdə isə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” supermarketdə qurlaşdırılmış “milli ön” elektron ödəmə sistemi vasitəsi ilə 115 manat, ümumilikdə 1265 manat məbləğdə pul göndərmişdir. Lakin bir neçə gün sonra Səbuhi ilə əlaqə saxlaya bilməmişlər. Səbuhinin istifadəsində olan mobil telefon nömrələrinə zəng çatmamışdır. Bu səbəbdən də, o, Bakı şəhərinə, Nizami rayonunda “Hünkar” mebel salonun yerləşdiyi ünvana getmiş, lakin həmin ünvanda yerləşən mebel salonunun bağlandığını görmüşdür. Bundan sonra o, dəfələrlə Səbuhi ilə əlaqə saxlamağa çalışsa da, sonuncu ilə əlaqə yarada bilməmişdir. Buna görə də o, Mingəçevir şəhər Polis Şöbəsinə gedib şikayət ərizəsi yazmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 onun atasıdır. 2021-ci ilin iyun ayında bibisiqızıgil Bakı şəhəri Nizami rayonunda yerləşən “Hünkar” mebel salonundan kerditlə mebel dəstləri almışlar. Həmin mebel salonunda işləyən Səbuhi və Anar adlı şəxslər Mingəçevir şəhərinə gələrək bibisi qızının yaşadığı Mingəçevir şəhərində yerləşən evinə mebel dəstlərini quraşdırmışlar. Həmin zaman atası Səbuhi və Anarla tanış olmuşdur. Atası ona bu barədə bildirdikdən sonra “Hünkar” mebel salonunun “instagram” sosial şəbəkəsində yerləşən səhifəsinə baxaraq oradan mebel dəstlərini bəyənmiş, sonradan telefon vasitəsi ilə zəng edərək Səbuhi ilə əlaqə saxlamış və bəyəndiyi mebel dəstinin qiymətinin 3800 (üç min səkkiz yüz) manat olduğunu öyrənmişdir. O, telefon vasitəsi ilə Səbuhi ilə əlaqə saxlayarkən sonuncu ona bəyəndiyi mebel dəstini kreditlə ala biləcəyini, bunun üçün ilkin olaraq 1150 manat, hər ay isə 115 manat məbləğdə pul ödəyəcəyini bildirmişdir. Həmçinin ona Bakı şəhərinə gələrək ödəniş etməli olduğunu demiş, o, bu barədə atasına bildirdikdən sonra atası buna razı olmamış, həmin şəxslə danışıb müəyyən kart hesabına pul göndərə biləcəklərini demişdir. Bundan sonra o, Səbuhi ilə telefon vasitəsi ilə əlqə saxlayaraq pulu köçürmək üçün hər hansı kart hesabının rekvizitlərini göndərməsini bildirmişdir. Səbuhi Məmmədov da Liyoza adlı şəxsin kartının şəklini çəkərək ona göndərmiş, o, da həmin kartın şəklini atasına vermiş, atası ilkin olaraq 07 iyul 2021-ci il tarixdə Şahid7 adına olan “BolkartAilkart” hesabına ünvan 20 ünvanda yerləşən “Qədiroğlu-Uğur” marketdə qurlaşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi 1150 (bir min yüz əlli) manat, 08 avqust 2021-ci il tarixdə isə Mingəçevir şəhəri H.Əliyev prospketində yerləşən “Araz” supermarketdə qurlaşdırılmış “milliön” elektron ödəmə sistemi vasitəsi ilə 115 (bir yüz on beş) manat, ümumilikdə 1265 (bir min iki yüz atmış beş) manat məbləğdə pul göndərmişdir. Lakin bir neçə gün sonra onlar Səbuhi ilə əlaqə saxlaya bilməmişlər, sonuncunun istifadəsində olan mobil telefon nömrələrinə zəng çatmamışdır. Bu səbəbdən də atası Bakı şəhərinə Nizami rayonunda “Hünkar” mebel salonunun yerləşdiyi ünvana getsə də həmin ünvanda yerləşən mebel salonunun bağlandığını görmüşdür. Bundan sonra dəfələrlə Səbuhi ilə əlaqə saxlamağa çalışsalar da sonuncu ilə əlaqə yarada bilməmişlər. Buna görə də atası Mingəçevir şəhər Polis Şöbəsinə gedib şikayət ərizəsi yazmışdır. İstintaqda verdiyi ifadəsində “Hünkar” mebel salonunda işləyən Səbuhi və Anar adlı şəxslər Mingəçevir şəhərində bibisi qızının yaşadığı Mingəçevir şəhərində yerləşən evinə mebel dəstlərini quraşdıran zaman tanış olması qeyd edilsə də, o, Səbuhi ilə tanış olmamışdır. Məhkəmə istintaqında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun anasıdır. O, 2021-ci ilin fevral ayında X28 ilə nişanlanmışdır. 2021-ci ilin mart ayından ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edir. «m_a_.____» adlı instaqram səhifəsini işlədir. 2021-ci ilin may ayının 8-də instaqramda mebellərin satışını reklam edən səhifələrlə maraqlanmışdır. Həmin vaxt «prenses_mebel_salonu» adlı mebel satılan səhifə onun diqqətini çəkmişdir. Həmin səhifəyə bəyəndiyi mebellər barədə yazmışdır. Daha sonra həmin səhifədə yazılmış ***-***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** saylı nömrədən vatsap mesaj yazıb səhifədə olan mebelləri bəyəndiyini, lakin bəzi komplektlərdə bəyəndiyi mebellərin arasından seçim etmək istədiyini bildirdikdə, həmin nömrədən ona bir dəst qonaq-yataq mebelin video görüntüsü göndərilmişdir. O, həmin mebeli bəyəndiyini vatsapla nömrəyə yazmış, qiyməti ilə maraqlananda mebel dəstinin 4200 manat olması ona bildirilmişdir. Həmin nömrənin vatsapı ilə yazışmaları olmuş, neçə aya ödəyəcəyi barədə qiyməti ilə maraqlanmışdır. Ona mesaj yazan şəxs özünü Səma adlı qadın kimi təqdim etmiş, satıcı kimi işlədiyi mağazada olan mebellərin keyfiyyətli olduğunu yazmışdır. Özünü Səma kimi təqdim edən qadın mebeli almaq üçün əvvəlcə 400 manat məbləğində beh göndərməli olduğunu, daha sonra isə lazım olan vaxt çatanda mebeli dedikləri ünvana göndərib yerdə qalan pulu ödəməli olduqlarını yazmışdır. Eyni zamanda özünü Səma kimi təqdim edən qadın Ramazan bayramı münasibətilə endirimlər olduğunu deyib may ayının 8-i tarixini kompaniyanın sonuncu günü olduğunu yazmışdır. O, mebeli almaq üçün əvvəlcə 400 manat məbləğində behi necə göndərəcəyini soruşanda həmin qadın vatsapla ona «milli ön aparatı, bank xidmətləri seçilir, kart hesabının artırılması seçilir, müştəri koduna-931183, doğum tarixinəxx.xx.1966, irəli verilib yüklənir» yazmışdır. O, özünü Səma kimi təqdim edən şəxsin telefon nömrəsinə vatsap yazışması yazan vaxt bildirmişdir ki, 2021-ci ilin iyun ayına mebel göndərilməlidir və həmin nömrədən ona vatsapla mesaj göndərilmişdir ki, 2021-ci ilin iyun ayının 15-dək mebel göndəriləcəkdir. O, həmin xanımın sözlərinə inanıb mebel almaq qərarına gəlmiş və bu barədə anası Zərərçəkmiş şəxs2 bildirmişdir. Endirimin son günü olduğu üçün bəyəndiyi mebel dəstini almağı anasından xahiş etdikdə anası razılaşmış və ona 400 manat pul vermişdir. O, həmin məbləğdə pulu götürüb Gəncə şəhəri,Cavadxan küçəsinə gedib orada 63 A ünvanında yerləşən milli ön ödəmə terminalı vasitəsilə özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə vatsapla göndərilən hesaba 08 may 2021-ci il tarixdə, saat 17:13-də 400 manat məbləğində pulu göndərmiş, ödəniş edən vaxt 931183 ödəniş kodunu yazan kimi Şahid7 yazılmış, həmin hesaba göndərdiyi 400 manat pulu göndərdikdən sonra ödəmə terminalından əldə etdiyi qəbzin şəklini də çəkib özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına göndərmişdir. Əvvəlcə o, 400 manat pulu göndərməkdə çətinlik çəkdiyi üçün ətraflı məlumat almaq üçün ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etsə də, zəngə cavab verən olmamış, bir iki dəqiqə keçdikdən sonra isə ***-***-**-** nömrəsindən ona zəng gəlmişdir. O, telefon zənginə cavab verəndə oğlan səsi ilə danışan şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinin işləmədiyini, yalnız vatsap xidmət aktiv olduğunu bildirmişdir. Həmin oğlan səsi ilə danışan şəxs adını ona bildirməsə də, özünü «prenses_mebel_salonu» adlı mebel dükanının sahibi kimi təqdim etmişdir. Daha sonra həmin şəxsin izahı ilə ödəmə terminalından 400 manat məbləğində pulu göndərmişdir. Özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapından onun istifadəsində olan ***-***-**-** saylı nömrənin vatsapına 08 may 2021-ci il tarixdə, saat 20:14-də ******* nömrəli, 05 may 2021-ci il tarixli Qaimə göndərilmişdir, həmin qaimədə onun sifariş verdiyi mebellərin adları, 10-20 iyun 2021-ci il tarixlərində çatdırılma, mebelin qiymətinin 4300 manat, beh 400 manat, qalıq isə 3900 manat yazılmışdır. 09 may 2021-ci il tarixdə valideynləri ilə razılaşıb seçdiyi mebel dəstinin arasında dəyişiklik etdiyi üçün özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına bəyəndiyi divanın şəklini göndərmişdir. Həmin şəxs ona vatsapla yazıb bunun üçün ona əlavə olaraq 200 manat beh göndərməli olduğunu demişdir. Daha sonra özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapından onu istifadəsində olan ***-***-**-** saylı nömrəsinin vatsapına 10 may 2021-ci il tarixdə, saat 10:56-da ******* nömrəli, 09 may 2021-ci il tarixli Qaimə göndərilmiş, həmin qaimədə sifariş verdiyi mebellərin adları, 01-05 iyun 2021-ci il tarixlərində çatdırılma, mebelin qiymətinin 4570 manat, beh 400+200 manat, qalıq isə 3970 manat yazılmışdır. O, 10 may 2021-ci il tarixdə anasından 200 manat pul alıb Gəncə şəhəri S.Rəhimov küçəsində yerləşən «Zəhmət» marketdə olan milli ön ödəmə terminalı vasitəsilə 931183 ödəniş kodlu Şahid7 adlı şəxsin hesabına 10 may 2021-ci il tarixdə, saat 12:39-da 200 manat məbləğində pulu göndərmiş, ödəmə terminalından əldə etdiyi qəbzin şəklini çəkib özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına göndərmişdir. 14 may 2021-ci il tarixdə valideynləri ilə razılaşıb seçdiyi mebel dəstinin arasında dəyişiklik etdiyi üçün özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına bəyəndiyi yataq otağı üçün digər formalı divanın şəklini göndərmiş və cavab yazan şəxs vatsapla yazıb bunun üçün əlavə olaraq 150 manat beh göndərməli olduğunu bildirmişdir. O da, etiraz etməyərək bu barədə anasına bildirmiş və anasında 150 manat pul alıb Gəncə şəhəri S.Rəhimov küçəsində yerləşən «Zəhmət» marketdə olan milli ön ödəmə terminalı vasitəsilə 931183 ödəniş kodlu Şahid7 adlı şəxsin hesabına 16 may 2021-ci il tarixdə, saat 19:40-da 150 manat məbləğində pulu göndərmiş, ödəmə terminalından əldə etdiyi qəbzin şəklini çəkib özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına göndərmişdir. 22 may 2021-ci il tarixdə, saat 23:47-də özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapından onun istifadəndə olan ***-***-**-** saylı nömrənin vatsapına 14 may 2021-ci il tarixli, ******* nömrəli Qaimə göndərilmiş, həmin qaimədə onun sifariş verdiyi mebellərin adları, 15 iyun 2021-ci il tarixə qədər çatdırılması, mebelin qiymətinin 4570 manat, beh 400+200+150 manat, qalıq isə 3820 manat yazılmışdır. 04 iyun 2021-ci il tarixdə valideynləri ilə razılaşıb seçdiyi mebel dəstinin arasında dəyişiklik etdiyi üçün özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına bəyəndiyi qonaq otağı üçün digər formalı divanın şəklini göndərmiş cavab yazan şəxs ona vatsapla yazıb bunun üçün əlavə olaraq 450 manat beh göndərməli olduğunu yazmışdır. O da, etiraz etməyərək bu barədə anasına bildirmiş və anasında 450 manat pul alıb Gəncə şəhəri S.Rəhimov küçəsində yerləşən «Zəhmət» marketdə olan milli ön ödəmə terminalı vasitəsilə 931183 ödəniş kodlu Şahid7 adlı şəxsin hesabına 06 iyun 2021-ci il tarixdə, saat 16:45-də 450 manat məbləğində pulu göndərmiş, ödəmə terminalından əldə etdiyi qəbzin şəklini çəkib həmin gün özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına göndərmişdir. Bundan sonra o, dəfələrlə özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına mesajlar yazıb Qaiməni göndərməyi tələb etsədə hər dəfə bir azdan göndərəcəyini deyib, lakin göndərməmişdir. 15 iyun 2021-ci il tarixdə, saat 12:01-də özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapından onun istifadəsində olan ***- ***-**-** saylı nömrənin vatsapına 08 may 2021-ci il tarixli, ******* nömrəli Qaimə göndərilmiş, həmin qaimədə onun sifariş veriyi mebellərin adları, mebelin qiymətinin 4570 manat, beh 450+200+150+400 manat, qalıq isə 3370 manat yazılmışdır. O, Qaiməyə baxıb 08 may 2021-ci il tarixli olduğunu görüb aydınlıq gətirmək üçün özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına zəng etsə də, cavab verən olmamışdır, mesajlar yazsa da, ona cavab yazan olmamış, 16 iyun 2021-ci il tarixdə həmin nömrədən ona vatsapla yazıb parça sifariş verdikləri üçün mebellərini hazırlayıb göndərəcəkləri bildirilmişdir. Lakin o, evlərində narazılıq olduğu üçün göndərdiyi ümumilikdə 1200 manat məbləğində behin geri qaytarılmasını tələb etsə də, pulu geri qaytarmamışlar. 21 iyun 2021-ci il tarixə vəd verib mebelləri göndərəcəklərini yazmışlar. 21 iyun 2021-ci il tarixdə mebel gəlmədiyi üçün özünü Səma kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin vatsapına yazmış, həmin gün ona cavab verilməsə də 22 iyun 2021-ci il tarixdə, saat 23:50-də həmin nömrədən ona vatsapla mesaj gələrək pulu geri qaytarmaları üçün kart göndərməli olduğu yazılmış, o da nişanlısı Xəlil Əliyevin adına olan plastik kartın üz şəklini çəkib həmin nömrənin vatsapına göndərmiş, lakin yenə də cavab verilməmişdir. Səhərisi gün isə vatsapla ona mesaj yazılmışdır ki, «behinizi bir həftə ərzində göndərdiyiniz plastik kartın hesabına göndərəcəyik». Lakin daha sonra aldanılaraq dələduzluq yolu ilə pullarının ələ keçirildiyini başa düşmüşlər, anası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Anası Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gedib şikayət ərizəsi yazmışdır. Özünü Səma kimi təqdim edən şəxs mebel satmaq məqsədilə onları aldadaraq anası Zərərçəkmiş şəxs2 məxsus 1200 manat məbləğində pulu ələ keçirtmişdir. Həmin məbləğdə pul anasına məxsusdur, sadəcə olaraq yaşlı qadın olduğu üçün ödəmə terminalı vasitəsilə hesaba pul köçürtməyi bacarmadığına görə 931183 ödəniş kodlu Şahid7 adlı şəxsin hesabına ödəmə terminalı vasitəsilə o, göndərmişdir. O, ödəniş etdiyi pulların müqabilində ödəmə terminalından əldə etdiyi 4 ədəd qəbzləri ifadəsinə əlavə etmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 onun anasıdır. X14 onun bacısının qızıdır. Zəhra Qasımzadə uşaq olarkən anası ilə atası boşandıqlarına görə sonuncu qardaşı ilə birlikdə onun anası Siyasətin yanında yaşamışlar. Anası Zəhraya söz vermişdir ki, cehizlik mebelini özü yığdığı təqaüd pulu ilə alacaqdır. 2021-ci ilin iyun ayında Zəhra Qasımzadənin toy mərasimi keçirilməli olduğu üçün may ayından etibarən Zəhra sosial şəbəkələrdə mebellərin satışı reklamları ilə maraqlanmağa başlamışdır. 2021-ci ilin may ayında bacısı qızı Zəhra Qasımzadə instaqramda özünün istifadə etdiyi «seva_0105» adlı instaqram səhifəsi ilə mebellərin satışı səhifələri ilə maraqlanan vaxt «estella_mebel_salonu» səhifəsində cehizliyi üçün qonaq-yataq mebel dəstini görüb bəyəndiyini ona və nənəsi Siyasətə bildirmişdir. Həmin mebellər digər yerdən ucuz qiymətə satıldığı üçün onlar üçün sərfəli olmuşdur. Zəhra Qasımzadə «estella_mebel_salonu» səhifəsində yazılmış ***-***-**-** saylı mobil telefon nömrəsi ilə vatsap zəngi ilə əlaqə saxlayıb səhifədə olan mebelləri bəyəndiyini bildirmişdir. Həmin vaxt özünü Səma kimi təqdim edən şəxs Estella mağazasının satıcısı olduğunu və beh göndərməyi bacısı qızı Zəhraya bildirmiş, özünü Səma kimi təqdim edən şəxs Şahid7 məxsus kart hesabını da, Zəhraya göndərmişdir. Zəhra Qasımzadə bu barədə ona və nənəsi Zərərçəkmiş şəxs7 deyəndə sonuncu etiraz etməmiş və təqaüd pulu ilə yığdığı puldan nəvəsi üçün mebel almaq qərarına gəlmişdir. Bundan sonra Zəhra Qasımzadəyə cehizliyi üçün mebel dəstinin alınması məqsədilə anası Siyasət ona 850 manat məbləğində pul vermişdir ki, həmin məbləğdə pulu özünü Səma kimi təqdim edən şəxsin Zəhraya göndərdiyi Şahid7 məxsus kart hesabına köçürtsün. O, da 18 may 2021-ci il tarixdə Gəncə şəhəri «Sovxoz Nizami» adlanan dairənin yaxınlığındakı «Sultan» marketdə ödəmə terminalı vasitəsilə Şahid7 məxsus kart hesabına 850 manat məbləğində pulu göndərmiş, əldə etdiyi qəbzi də, özündə saxlamışdır. Özünü Səma kimi təqdim edən şəxs bir həftə ərzində mebelləri göndərəcəyinə söz versə də, sonradan hər gün müxtəlif bəhanələr gətirərək onları aldatmağa başlamışdır. Onlar aldandıqlarını görüb, özünü Səma kimi təqdim edən şəxslə bacısı qızı Zəhra əlaqə saxlayıb pullarını geri qaytarmağı tələb etməyə başlamışdır. Həmin şəxs bacısı oğlu Qasım Qazımzadənin adına olan kart hesabına 50 manat pulu göndərsə də, 800 manat pulu göndərməkdən boyun qaçırtmışdır. Daha sonra isə vatsap nömrəsinə zəng çatmamış, həmin şəxslə əlaqə saxlaya bilməmişlər, tanımadığı şəxs və ya şəxslərin mebel almaq adı ilə onları aldadaraq pullarını ələ keçirtdiyini başa düşmüşlər. Bundan sonra o, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gedib şikayət ərizəsi yazmış, mebel almaq məqsədilə göndərdiyi 850 manat məbləğində pulun qəbzini də, ərizəsinə əlavə etmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 anasıdır. Anası «elshen__2009» adlı instaqram səhifəsi işlədir. Bacısının toyu ilə əlaqədar cehizlik üçün mebel almaq məqsədilə anası 2021-ci ilin avqust ayının 12-də instaqramda mebellərin satışını reklam edən səhifələrlə maraqlananda «stil_mebel_baku» adlı mebel satılan səhifəsinə baxmış, həmin səhifədə yazılmış ***-***-**-** saylı mobil telefon nömrəsinə anası öz istifadəsində olan ***-***-**-** saylı nömrədən vatsapla görüntülü zəng etmiş, zəngə cavab verən şəxs özünü göstərmədən telefon kamerasını dükanda olan mebellərə tutub danışmağa başlamışdır. Həmin şəxs «mebel dükanının Bakı şəhərində, Yeni Yasamal rayonunda 77 saylı şəhər daxili marşurutun sonuncu dayanacağında, hündür mərtəbəli binanın birinci mərtəbəsində, dükanın yanında isə «English school» binası yerləşdiyini anasına bildirmişdir. Anası bəyəndiyi mebeli həmin şəxsə göstərəndə, həmin şəxs anasına beh olaraq 1000 manat pul göndərməsini bildirmişdir. Lakin anası beh göndərməyəcəyini, özü Bakı şəhərinə gedib üzbəüz görüşüb pul verəcəyini həmin şəxsə bildirmişdir. 13 avqust 2021-ci il tarixdə o, anası Zərərçəkmiş şəxs8 ilə birlikdə Bakı şəhərinə həmin şəxsin dediyi ünvana getmiş, həmin yerdə özünü Orxan kimi təqdim edən şəxs onları qarşılayıb işlətdiyi mebel salonuna aparmışdır. Mebel salonu adsız olmuşdur. Orxan kimi özünü təqdim edən şəxs həmin dükanın ikinci mağazaları olduğunu bildirmişdir. Onlar dükandakı mebellərə baxmışlar, həmin vaxt dükanda özünü Orxanın anası kimi təqdim edən alçaq boy, saçı kəsik, təxminən 50-55 yaşlı Şəki ləhcəsi ilə danışan qadın və yanında 6-8 yaşlı qız uşağı olmuşdur. Orxanın danışıq ləhcəsi də, Şəki rayonunun ləhcəsinə bənzəmişdir. Onlar bəyəndikləri mebelin ümumi dəyəri, yəni qonaq dəsti, yataq dəsti, divan, mətbəx mebeli və mətbəx masasının dəyəri ümumilikdə 3999 manat təşkil etmişdir. Orxan kimi özünü təqdim edən şəxs anasına bildirmişdir ki, əvvəlcə 1000 manat pulu nəğd şəkildə ödəməlidir, 2 gün keçdikdən sonra 2000 manat pulu onlayn şəkildə ödəməlidir ki, fabrik mebelin istehsal sifarişini qəbul etsin. Anası etiraz etməmiş, onun yanında mebeli almaq məqsədilə özünü Orxan kimi təqdim edən şəxsə 1000 manat pulu nəğd şəkildə ödəmişdir. Bacısı Yevlax rayonuna gəlin köçəcəyi üçün mebelin Yevlax rayonuna çatdırılmasını sifariş etmişlər. Orxan söz vermişdir ki, 30 sentyabr 5 oktyabr tarixləri arasında mebeli Yevlax şəhərinə çatdıracaq, yerdə qalan 999 manatı isə mebeli götürəndə onlar ödəməlidirlər. Hətta A4 ölçüdə ağ vərəq üzərində Orxan kimi özünü təqdim edən şəxs onların sifariş verdikləri mebellərin adını yazmış, ödəyəcəkləri məbləği yazmış, nəğd ödədikləri məbləği yazmış və həmin kağıza onun imza etməsini bildirmişdir. Orxan kimi özünü təqdim edən şəxs bildirmişdir ki, qaimə digər mağazalarında olduğu üçün sifariş etdikləri mebellərin adını A4 ölçüdə kağıza yazıbdır. Onlar özünü Orxan kimi təqdim edən şəxsin sözlərinə inanıb razılaşmışlar və Gəncə şəhərinə qayıtmışlar. Onlar Gəncə şəhərinə gəldikdən sonra valideynləri razılaşıb qərara gəlmişlər ki, Bakı şəhərindən alacaqları mebel 01 sentyabr 15 sentyabr tarixləri arasında çatdırılsın. Bundan sonra anası istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə Orxan kimi özünü təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib sifariş verdiyi mebeli 01 sentyabr 15 sentyabr tarixləri arasında olan müddət ərzində çatdırılmasını xahiş etmiş, Orxan kimi özünü təqdim edən şəxs də, razılaşıb həmin müddət ərzində mebeli çatdıracağına söz vermişdir. 16 avqust 2021-ci il tarixdə, saat 11:33-də Orxan kimi özünü təqdim edən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən anasının istifadəsində olan ***-***-**-** saylı nömrəsinə vatsapla «Bank of Baku»ya məxsus üzərində 5315 9921 4533 7157 nömrəsi olan Mammadova Liyoza adlı şəxsin plastik kartının şəklini çəkib göndərmiş, anası da Gəncə şəhəri H.Əliyev prospeti 210 ünvanında yerləşən Kapital Bankın qarşısındakı milliön terminalından həmin gün saat 14:48-də Orxan kimi özünü təqdim edən şəxsin göndərdiyi Mammadova Liyoza adlı şəxsin hesabına 2000 manat pul göndərmiş və ödəmə terminalından əldə etdiyi qəbzin şəklini də çəkib Orxana göndərmişdir. Bundan sonra anası Orxan kimi özünü təqdim edən şəxslə əlaqə saxlayıb mebelin pulunu göndərdiyini, daha keyfiyyətli düzəltmələrini deyəndə, sonuncu anasına bir daha soz verib arxayın olmağı, 01 sentyabr 15 sentyabr tarixləri arasında olan müddət ərzində mebeli çatdıracağına söz vermişdir. Sonra anası ona bildirmişdir ki, 18 avqust 2021-ci il tarixdə «adnsu_serbest.is_tedimat» və «gunai_hasanli» instaqram səhifələrindən anasına mesaj gəlib, mesajlarda bildirilmişdir ki, «stil_mebel_baku» adlı mebel satılan instaqram səhifəsi dələduzluqla məşğul olduğu üçün aldanmayın. Mesajlardan məlum olmuşdur ki, özünü Orxan kimi təqdim edən şəxsin əsl adı Səbuhi, anasının adı isə Liyozadır. Bundan sonra anası Orxan kimi özünü təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etsə də, telefona cavab verən olmamış, daha sonra o, anası ilə 13 avqust 2021-ci il tarixdə Bakı şəhərinə gedəndə Orxan kimi özünü təqdim edən şəxslə əlaqə saxlamaq üçün danışdıqları digər ***-***-**-** nömrə ilə əlaqə saxlamışlar. Telefona cavab verən qadından Orxanın harada olduğunu, nömrəsinə zəng çatmadığını, sifariş verdiyi mebel ilə bağlı məlumat öyrənmək istədiklərini soruşanda, həmin qadın telefonu sındığı üçün Orxanın zənglərə cavab verə bilmədiyini, telefonu ustadan götürdükdən sonra əlaqə saxlayacağını, tez bir zamanda mebellərinin çatacağını bildirmiş və zəngi bağlamışdır. Bir az keçdikdən sonra atası Əli istifadə etdiyi ***-***-**-** saylı mobil telefonu ilə ***-***-**-** nömrəsinə zəng etmiş, telefona cavab verən qadından Səbuhinin harada olduğunu, mebel sifariş vermək istədiyini bildirəndə, həmin qadın Səbuhinin telefonu sındığı üçün danışa bilmədiyini, telefonu ustadan götürdükdən sonra əlaqə saxlayacağını bildirmişdir. Həmin vaxt onlar başa düşmüşlər ki, özünü Orxan kimi təqdim edən şəxsin əsl adı Səbuhidir və Səbuhi mebel sifarişi adı ilə onları aldadaraq pullarını ələ keçirərək dələduzluq etmişdir. Eyni zamanda instaqram səhifələrindən gələn mesajlara əsasən özünü Orxan kimi təqdim edən şəxsin əsl adının Səbuhi, anasının adının isə Liyoza olmasını bildikdən sonra Səbuhi tərəfindən aldandıqlarını bilmişlər. 20 avqust 2021-ci il tarixdə atası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bundan sonra anası istifadəsində olan ***-***- **-** saylı nömrəsindən Orxan kimi özünü təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə vatsapla yazışanda özünü Orxan kimi təqdim edən şəxs tez bir zamanda mebeli göndərəcəyini bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək vədinə əməl etməyib onları aldadaraq pullarını ələ keçirdib dələduzluq etmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun qızıdır. Zərərçəkmiş şəxs4 «gunayilhamlı.94» adlı instaqram səhifəsi işlədir. Zərərçəkmiş şəxs4 2021-ci ilin avqust ayının əvvəllərində özünə cehiz mebel almaq məqsədilə instaqramda mebellərin satışını reklam edən səhifələrlə maraqlanmağa başlamış, instaqramda «stil_mebel_baku» adlı mebel satılan səhifədəki mebelləri bəyənmiş, səhifədə yazılmış ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və özünü Orxan kimi təqdim edən şəxslə danışmışdır. Həmin şəxs mağazanın müdiri olduğunu, müxtəlif çeşiddə mebelləri olduğunu və seçim etmək üçün mağazaya yaxınlaşmağı qızı Günaya bildirmişdir. Zərərçəkmiş şəxs4 da, bəyəndiyi mebellərin şəklini ona göstərmiş, həmin mebellərin ümumi dəyəri 2750 manat təşkil etmiş və qızı işləyib yığdığı öz əmək haqqısı ilə həmin mebelləri almaq istədiyini ona bildirmişdir. Onlar qərara gəlmişlər ki, qızı Günayla birlikdə Bakı şəhərinə gedib mağazada olan mebellər arasında seçim etsinlər. 14 avqust 2021-ci il tarixdə o, qızı Zərərçəkmiş şəxs4 ilə birlikdə Bakı şəhərinə getmiş, telefonda danışan vaxt özünü Orxan kimi təqdim etdiyi şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışlar, sonuncunun dediyi ünvana, yəni ünvan 23acağında yerləşən hündür mərtəbəli binanın qarşısına getmişlər, həmin binanın birinci mərtəbəsində yerləşən «stil_mebel_baku» adlı mebel mağazasına daxil olmuşlar. Mağazada özünü Orxan kimi təqdim edən şəxs onu və qızını qarşılamış, həmin vaxt Orxan orada tək olmuş, Zərərçəkmiş şəxs4 instaqram səhifəsində bəyəndiyi mebelləri dükanda görməmişlər. Bu barədə Orxandan maraqlananda sonuncu mağazanı yeni açdıqları üçün mebellərin çeşidlərinin digər mağazalarında olduğunu və yaxın günlərdə oraya gətirəcəklərini bildirmişdir. Bundan sonra Orxan onlara kataloq təqdim etmiş, qızı əvvəlcədən instaqram səhifəsində bəyəndiyi mebelləri kataloqda görmüş, qiymətləri ilə yenə də ətraflı maraqlanmışdır. Günay «Hissa» firmasına məxsus yataq dəsti, qonaq dəsti, divan dəsti bəyənmiş və mebel dəstlərinin ümumi dəyəri 2750 manat təşkil etmişdir. Orxan onlardan ilkin ödəniş olaraq 800 manat pul tələb etmiş, yerdə qalan 1950 manatı isə hər ay 325 manat ödəməklə 6 ay müddətində ödəyəcəklərini bildirmiş, onlar da, etiraz etməyib razılaşmışlar. Zərərçəkmiş şəxs4 onun yanında özünə məxsus 800 manat məbləğində pulu Orxana vermiş, Orxan da qızının almaq istədiyi mebellərin adları, ilkin ödədiyi 800 manat pulun, yerdə qalan 1950 manat pulun qeyd olunduğu 14 avqust 2021-ci il tarixli, ******* nömrəli qaimə faktura yazıb Günaya vermişdir. Orxan onlara söz vermişdir ki, 15 gün müddətində qızının bəyəndiyi və qaimə fakturada qeyd olunun mebeli Gəncə şəhərinə göndərəcək, qızı da növbəti aylardan başlayaraq aldığı mebellərin pulunu razılaşdıqları kimi kredit şəklində ödəyəcəyəkdir. O və qızı Orxanın sözlərinə inanıb razılaşmışlar, oradan çıxıb Gəncə şəhərinə qayıtmışlar. Onlar Gəncə şəhərinə gəldikdən sonra Zərərçəkmiş şəxs4 ona bildirmişdir ki, «stil_mebel_baku» adlı mebel mağazasında işləyən, özünü Orxan kimi təqdim edən şəxs digər şəxsləri mebel satmaq adı ilə aldadaraq pullarını ələ keçirtdiyi üçün tutulubdur. Bu xəbəri eşidən kimi o, qızı ilə birlikdə Bakı şəhərinə getmiş, «stil_mebel_baku» adlı mebel mağazasının bağlı olduğunu və dükanda mebellərin olmadığını görmüşlər. Onlara məlum olmuşdur ki, mebel satmaq adı ilə Günaydan 800 manat pul alan və özünü Orxan kimi təqdim edən şəxsi tutublar, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur, anasının adı isə Liyozadır. Bundan sonra Orxan kimi özünü təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etsələr də, telefona cavab verən olmamışdır. Həmin vaxt başa düşmüşlər ki, özünü Orxan kimi təqdim edən şəxsin əsl adı Təqsirləndirilən şəxsdir və Təqsirləndirilən şəxs mebel satmaq adı ilə qızı Zərərçəkmiş şəxs4 aldadaraq 800 manat pulunu ələ keçirdərək sonuncuya qarşı dələduzluq etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 məcbur qalıb bu barədə şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X23 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2, Şahid6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs8 ərizələri əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlamış, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində tutularaq gətirilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində telefon olub-olmamasını soruşmuş, sonuncu telefonunun olmadığını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri alınmış, zəruri istintaq hərəkətləri aparılmış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə yenidən ittiham verilərək iş məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X29 ifadəsində göstərmişdir ki, Gəncə Şəhər Polis İdarəsində əməliyyat müvvəkili vəzifəsində işləyir. Müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs onun və digər əməliyyatçı X12 tərəfindən Xırdalan şəhəri yaxınlığında saxlanılmışdır. Onlar əvvəlcə anası Liyoza ilə əlaqə saxlamışlar. Liyoza onlara onun heç nədən xəbəri olmadığını bildirmişdir. Gecə vaxtı Xırdalan şəhəri yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncu onun polis olduğunu görüb əlindəki telefonunu yerə çırparaq qırmış və səs-küy salmışdır. Telefonu yararsız hala düşmüşdür. Təqsirləndirilən şəxs saxladıqdan sonra maşına mindirib Gəncə şəhərinə gətirmişlər və müstəntiqə təhvil vermişlər. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X24 ifadəsində göstərmişdir ki, “Ada” mobilya fabrikinin sahibidir. Təqsirləndirilən şəxs 2018-ci ildən tanımışdır. Səbuhini mebel satışı ilə məşğul olan sahibkar kimi tanımışdır. Səbuhi mütəmadi olaraq ondan mebellərin detallarını sifariş vermiş və pulunu ödəmişdir. Səbuhi ilə münasibətləri 2021-ci ilin sentyabr ayınadək davam etmişdir. Bununla yanaşı, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 19 yanvar 2022-ci il tarixli şəxsin tanınma üçün təqdim edilməsi protokolundan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs9 təqdim olunmuş 4 nəfər şəxslərin arasında soldan ikinci yerdə dayanmış Təqsirləndirilən şəxs tanıyıb göstərərək bildirmişdir ki, 2021-ci ilin iyul ayında həmin şəxslə Mingəçevir şəhərində görüşüb tanış olmuş, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs onun qızına göndərdiyi Şahid7 adına olan plastik karta 1150 manat, daha sonra isə 115 manat pul köçürmüş, bunun müqabilində isə Təqsirləndirilən şəxs mebel dəsti verməyi vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməmişdir. Cinayət işinin materiallarında olan 30 noyabr 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 mebel almaq məqsədilə sonuncunun göndərdiyi “Bank of Baku”-ya məxsus plastik karta 800 manat köçürtdüyü ünvan 24 ünvanında yerləşən “Bazarstore” mağazasını göstərərkən fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs8 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs8 mebel almaq məqsədilə oğlu Şahid4 ilə birlikdə 13 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi ünvan 23acağında, hündür mərtəbəli binanın birinci mərtəbəsində, dükanın yanında «English school» binası yerləşən mebel salonuna getdiyini, həmin ünvanda mebel almaq məqsədilə özünü Orxan kimi təqdim edən Təqsirləndirilən şəxs 1000 manat pulu verdiyini, həmin vaxt Təqsirləndirilən şəxs yanında özünü anası kimi təqdim edən alçaq boy, saçı kəsik, təxminən 50-55 yaşlı Şəki ləhcəsi ilə danışan qadın və yanında 6-8 yaşlı qız uşağı olduğunu, 16 avqust 2021-ci il tarixdə isə Gəncə şəhəri H.Əliyev prospeti 210 ünvanında yerləşən Kapital Bankın qarşısındakı «milli ön» terminalından Orxan kimi özünü təqdim edən Təqsirləndirilən şəxs ona göndərdiyi «Bank of Baku»ya məxsus üzərində 5315 9921 4533 7157 nömrəsi olan Mammadova Liyoza adlı şəxsin plastik kart hesabına 2000 manat pul göndərildiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs9 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zahid Murtazayev mebel almaq məqsədilə 07 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona göndərdiyi Şahid7 adına olan plastik kart hesabına 1150 manat pul göndərdiyini, razılığa əsasən hər ay 115 manat məbləğində pul ödəməli olduğunu, 08 avqust 2021-ci il tarixdə Şahid7 məxsus həmin plastik karta 115 manat pul yüklədiyini, daha sonra isə Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng çatmadığını sonuncunun üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan “Bank of Baku”-dan alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, HD-228/21 nömrəli məktubdan görünür ki, “7157” (kartın son 4 rəqəmi) nömrəli kart, xx.xx.1966-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Şəki rayonu, Otaq Eşiyi küçəsi ev 34 A-da qeydiyyatda olan Şahid7 məxsusdur. İş materiallarında olan teleqramdan görünür ki, Zərərçəkmiş şəxs6 oğuna dəymiş ziyan ödənilməmişdir və o, Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza veriməsini xahiş edir. İş materiallarında olan teleqramdan görünür ki, Zərərçəkmiş şəxs5 oğuna dəymiş ziyan ödənilməmişdir və o, Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza veriməsini xahiş edir. Məhkəmə istintaqı zamanı baxış keçirilmiş videodiskdən görünür ki, Gözəl evim mebel salonunun Azərbaycan Respublikasının əməkdar artisti X3 və Azərbaycan Respublikasının xalq artisti X25 iştirakları ilə reklam video çarxı çəkilmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs nümayəndəsi X11, obyekt sahibinin nümayəndəsi X16, mebel dəstini götürən X2 Səbuhi Məmməd oğlunun işlətdiyi mağazadan bir dəst qonaq mebel dəsti X17 götürmüş, iki dəst və künc divanı isə Təqsirləndirilən şəxs nümayəndəsi X11 tərəfindən götürülmüş və obyekt boşaldılmışdır. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Təqsirləndirilən şəxs 5046 manat əsas borc, 178 manat cərimə borcu və 79.24 manat mediasiya xərcinin tutularaq "xxxx" MMCyə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Təqsirləndirilən şəxs mebel alqı-satqısına görə 2000 manat əsas borc və 30 manat dövlət rüsumunun X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Təqsirləndirilən şəxs mebel alqısatqısına görə 3800 manat əsas borc və 30 manat dövlət rüsumunun X8 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2014/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 19.08.202-ci il tarixli 3(007)-2195/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 ay müddətinə inzibati qaydada həbs edilmiş, həmin qərardan müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş və İXM-nin 39.2 və 53.1.10-cu maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs inzibati məsuliyyətdən azad edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan möhürün surətindən görünür ki, Təqsirləndirilən şəxs adına ********** saylı VÖEN olmaqla Gözəl Evim qeydə alınmışdır. İş materiallarından olan bildirişlərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və X1 verdiyi mebelləri çatdırmağa hazır olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(043)-191/2021 saylı qərarından görünür ki, həmin qərarla , Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qərarı seçilmiş və həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materialları məhkəmə istintaqında tədqiq olunarkən müəyyən edilmişdir ki, istintaq orqanının verdiyi ittiham onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4 müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pulunu təkrarən beh adı ilə alıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrarən istintaqa adları tam dəqiq məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək öz qulluq möveyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirdib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Lakin ittihamın vurğulanan əsası iş materialları ilə təsdiqini tapmamış, əksinə inkar olunmuşdur. Belə ki, verilmiş ittihamla da, təsdiqini tapır ki, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni sahibkar kimi qeydiyyatdan keçməklə mebel satışı ilə məşğul olmuşdur. Və ittiham tərəfi belə nəticəyə gəlmişdir ki, öz sahibkarlıq fəaliyyətini həyata keçirərəkən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən, yəni sahibkarlıq fəaliyyətindən istifadə etməklə zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini törətmişdir. Digər tərəfdən iş materiallarında olan Zərərçəkmiş şəxs9, Şahid1 ifadələri ilə də müəyyən edilmişdir ki, 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs9 bacısı qızı Bakı şəhəri Nizami rayonunda yerləşən “Hünkar” mebel salonundan kreditlə mebel dəstləri almışlar, həmin mebel salonunda işləyən Səbuhi və Anar adlı şəxslər Mingəçevir şəhərinə gələrək bacısı qızının yaşadığı Mingəçevir şəhərində yerləşən evinə gələrək mebel dəstlərini quraşdırmış və bu zaman o, Təqsirləndirilən şəxs tanımış, bundan sonra Təqsirləndirilən şəxs mebel sifarişi vermişlər. Həmçinin məhkəmə istintaqında baxış keçirilmiş videodiskdən də, görünür ki, Təqsirləndirilən şəxs Gözəl Evim mebel salonunun reklamını hazırlamış və yaymışdır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X24 ifadəsində göstərmişdir ki, “Ada” mobilya fabrikinin sahibidir. Təqsirləndirilən şəxs 2018-ci ildən tanımışdır. Səbuhini mebel satışı ilə məşğul olan sahibkar kimi tanımışıdr. Səbuhi mütəmadi olaraq ondan mebellərin detallarını sifariş vermiş və pulunu ödəmişdir. Səbuhi ilə münasibətləri 2021-ci ilin sentyabr ayınadək davam etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs nümayəndəsi X11, obyekt sahibinin nümayəndəsi X16, mebel dəstini götürən X2 Səbuhi Məmməd oğlunun işlətdiyi mağazadan bir dəst qonaq mebel dəstini X17 götürmüş, iki dəst və künc divanı isə Təqsirləndirilən şəxs nümayəndəsi X11 tərəfindən götürülmüş və obyekt boşaldılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Təqsirləndirilən şəxs 5046 manat əsas borc, 178 manat cərimə borcu və 79.24 manat mediasiya xərcinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə müqavilə öhdəliyi icrası müddəti sentyabr ayının 25-30-u aralarında, Zərərçəkmiş şəxs8 30 sentyabr 5 oktyabr tarixləri arasında olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən həbs edilmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sahibkar kimi mebel satışı ilə məşğul olmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 5-ci bəndində qeyd edilir ki, “məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.” Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4 müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pulunu təkrarən beh adı ilə alıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etdiyini, həmçinin təkrarən istintaqa adları tam dəqiq məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirdib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etməsini qeyd etsə də, Təqsirləndirilən şəxs özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyətinin həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə istintaqında Zərərçəkmiş şəxs9, Şahid1 ifadələri ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs9 bacısı qızı Bakı şəhəri Nizami rayonunda yerləşən “Hünkar” mebel salonundan kreditlə mebel dəstləri almışlar, həmin mebel salonunda işləyən Səbuhi və Anar adlı şəxslər Mingəçevir şəhərinə, bacısı qızının yaşadığı Mingəçevir şəhərində yerləşən evinə gələrək mebel dəstlərini quraşdırmış və bu zaman o, Təqsirləndirilən şəxs tanımış, bundan sonra Təqsirləndirilən şəxs mebel sifarişi vermişlər. Həmçinin məhkəmə istintaqında baxış keçirilmiş videodiskdən də, görünür ki, Təqsirləndirilən şəxs Gözəl Evim mebel salonunun reklamını hazırlamış və yaymışdır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X24 ifadəsində göstərmişdir ki, “Ada” mobilya fabrikinin sahibidir. Təqsirləndirilən şəxs 2018-ci ildən tanımışdır. Səbuhini mebel satışı ilə məşğul olan sahibkar kimi tanımışıdr. Səbuhi mütəmadi olaraq ondan mebellərin detallarını sifariş vermiş və pulunu ödəmişdir. Səbuhi ilə münasibətləri 2021-ci ilin sentyabr ayınadək davam etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs nümayəndəsi X11, obyekt sahibinin nümayəndəsi X16, mebel dəstini götürən X2 Səbuhi Məmməd oğlunun işlətdiyi mağazadan bir dəst qonaq mebel dəstini X17 götürmüş, iki dəst və künc divanı isə Təqsirləndirilən şəxs nümayəndəsi X11 tərəfindən götürülmüş və obyekt boşaldılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Təqsirləndirilən şəxs 5046 manat əsas borc, 178 manat cərimə borcu və 79.24 manat mediasiya xərci tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bütün qeyd edilənlər göstərir ki, Təqsirləndirilən şəxs götürmüş olduğu sifarişləri yerinə yetirmək, mebelləri hazırlayaraq təqdim etmək üçün real addımlar atmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixloi qərarının 27-ci bəndində qeyd edilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. İş materiallarında olan məhkəmə qətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı müxtəlif şəxslər, o cümlədən mal aldığı təşkilat ona qarşı iddia qaldırmış, həmin iddia tələbləri təmin edilsə də, məhkəmələr tərəfindən hər hansı xüsusi qərardad çıxarılmamışdır. Azərbaycan Respublikası CM-in 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulan təqsirləndirilən şəxsin hüquqları sırasına ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək (91.5.10.); ittiham sübut olunmadığı halda bəraət almaq (91.5.41.) kimi hüquqları daxil edilmişdir. Həmin Məcəllənin 126.6-cı maddəsi tələb edir ki, тəqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə əməlində cinayət tərkibinin olması sübuta yetirilməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törədiyi əməldə dələduzluq cinayətinin mötivləri olmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs alqı-satqı müqavilələri bağlayaraq beh almaqla zərərçəkmiş şəxlərə qarşı dələduzluq etməsini qeyd etsə də, Təqsirləndirilən şəxs həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olmasını təsdiqləyəcək kifayət qədər və yetərli sübutları məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs hərəkətləri mebelin alqı-satqısından irəli gələn mülki xarakter daşımışdır ki, bu da cinayət təqibini istisna edir. Azərbaycan Respublikası CPM-in cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində nəzərdə tutulur ki, шəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Eyni Məcəllənin 138.2-ci maddəsinə əsasən, тəqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. İnsan Hüquqlarının və X9 X4 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da, ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən, şəxsin əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 42.2.4-ъц maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1- ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X4 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoci təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.3-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində qeyd olunur ki, izah edilsin ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o, vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə təqiq edilmiş olsun. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. “Taxqet Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “Xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəbləri göstərilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.” Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən, bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görülməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasы CPМ-nin 356.5-ci maddəsinə əsasən, bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar