Məhkəmə qərarları › İş №1(125)-14/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-14/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-14/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, ƏNnin PX-in 2 saylı istintaq təcrixanasında saxxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin aprel ayının sonlarında saat 22 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən anbar kimi istifadə edilən tikiliyə qanunsuz daxil olub oradan bir metrinin qiyməti 12 manat olan 50 metr uzunluğunda elektrik naqilini ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus 600 (altı yüz) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin aprel ayının sonlarında gecə saat 22 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən anbar kimi istifadə edilən tikiliyə qanunsuz daxil olub oradan bir metrinin qiyməti 6 manat olan 32 metr uzunluğunda elektrik naqilini ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus 192 (yüz doxsan iki) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 may 2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs4 məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub oradan hər birinin qiyməti 14 (on dörd ) manat olan 12 tikinti materialı olan taxtanı, həmin fərdi yaşayış evinin həyətində yerləşən anbar kimi istifadə edilən tikilidən 1 (bir) ədəd 700 (yeddi yüz) manat dəyərində “Vestel” markalı kondisioneri, 1 (bir) ədəd 80 (səksən) manat dəyərində dreli, 1 (bir) ədəd 60 (altmış) manat dəyərində sintetik materilların birləşdirilməsində istifadə edilən ütünü, 1 (bir) ədəd 180 (yüz səksən) manat dəyərində əl-üz yuyucu hövzəni, 1 (bir) ədəd 50(əlli) manat dəyərində laqondanı və 300 (üç yüz) manat dəyərində elektrik naqilini ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 məxsus 1538 (min beş yüz otuz səkkiz) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində yəni istintaqa dəqiq məlum olmayan vaxtda Samux rayon Sarıqaya kəndində yaşayan Zərərçəkmiş şəxs3 usta kimi işlədiyi ünvan 4 ünvanında yerləşən yaşayış olmayan yarımtikiliyə qanunsuz daxil olub oradan 1 ədəd 80(səksən) manat dəyərində arabanı, 1 ədəd 70(yetmiş) manat dəyərində su matorunu, 50 metr uzunluğunda 110(yüz on) manat dəyərində rezin borunu və 7 ədəd 340 manat dəyərində dəmir lesanı ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 600(altı yüz) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqa Ruslan kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2022-ci il saat 22 radələrindən xx.xx.2022-ci il saat 09 radələrinədək olan müddət ərzində yəni istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri, 2-ci mikrorayon 11 saylı binanın qarşısında yerləşən Zərərçəkmiş şəxs2 məxsus ünvansız fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq orada 1 ədəd 350(üç yüz əlli) manat dəyərində 40 litrlik tutumu olan aliminium qazanı, 1 ədəd 450(dörd yüz əlli) manat dəyərində 40 litrlik tutumu olan mis qazanı, 1 ədəd 200(iki yüz) manat dəyərində 10 litrlik tutumu olan samovarı, 1 ədəd 470(dörd yüz yetmiş) manat dəyərində preparatoru, 1 ədəd 100(yüz) manat dəyərində “Margus” markalı su matorunu, 50(əlli) manat dəyərində 20 kiloqram mismarı, 300(üç yüz) manat dəyərində 4 millilik 200 metr uzunluğunda elektrik naqilini və 90(doxsan) manat dəyərində 2 millilik 90 metr uzunluğunda elektrik naqilini ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 2010(iki min on) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2022-ci il saat 20 radələrindən xx.xx.2022-ci il saat 12 radələrinədək olan müddət ərzində yəni istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri, Qaraməmmədli qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ünvansız yarımtikiliyə qanunsuz daxil olaraq orada 1 ədəd 100 (yüz) manat dəyərində 1 ədəd laqondanı, 1 ədəd 340 (üç yüz qırx) manat dəyərində iri həcmli preparatoru, 1 ədəd 160 yüz altmış) manat dəyərində kiçik həcmli preparatoru, 1 ədəd 50 (əlli) manat dəyərində dreli ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 650 (altı yüz əlli ) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ittiham olunan cinayət epizodlarından 3 epizodun onun tərəfindən törədildiyini etiraf edir. Belə kİ, 2022-ci ilin may ayının sonlarında onunla qonşuluqda yaşayan Ruslan adlı şəxslə küçədə görüşmüş, söhbət əsansında Ruslana pula ehtiyacı olduğunu dəmir və digər metallar oğurlayıb satmaq istədiyini bildirmişdir. Ruslanda ona bildirmişdir ki, onunda pula ehtiyacı var. Ona görədə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Həmin gün təxminən axşam saat 20 radələrindən sonra Ruslan adlı şəxslə yaşadığı evin ətrafında bir qədər gəzimişlər. Ətrfada heç kəsin olmadığından əmin olduqdan sonra isə yaşadığı evdən təxminən 300 metr aralıda yerləşən hasarı alçaq olan bir yarım tikiliyə girmək qərarına gəlmişlər. O, həmin yarımtikilinin arxa tərəfindən hasarın üzərindən aşaraq yarımtikilinin həyətinə daxil olmuşdur. Sonra həyətdə olan 1 ədəd preparatırı, 1 ədəd qədimi samovarı, 3 topa elektrik naqilini, təxminən 15-20 kiloqram ağırlığında olan mismarı və 1 ədəd su matorunu hasardan küçəyə tullamışdır. Ruslan isə həmin əşyaları küçədə yığmışdır. Daha sonra o yarımtikilinin həyətindən çıxmış və Ruslan ilə birlikdə oğurladıqları həmin əşyaları yaşadığı evin həyətində gətirib gizlətmişlər. Səhəri gün isə onlar oğurladıqları əşyaları satmışlar. Bundan başqa 23 avqust 2022-ci il tarixdə Gəncə şəhəri Qaraməmmədli qəsəbəsində piyada gəzən zaman ünvanını bilmədiyi yarım tikililərin birində tikinti işi getdiyini görmüşdür. Həmin vaxt düşünmüşdür ki, axşam saatlarında yarımtikilidə heç kəs olmayan zaman gəlib iş görülən alətlər orada olarsa oğurlasın. Bunun üçündə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində həmin ünvana getmişdir. Arxa tərəfdən hasarın üstündən aşaraq yarmtikiliyə daxil olmuşdur. Yarımtikilinin içərisini gəzdikdən sonra orada olan otaqların birində 1 ədəd drelin 1 ədəd laqondanın və 2 ədəd isə preparatorun olduğunu görmüşdür. Həmin alətləri yarımtikilidən çıxarıb qıraqda gizlətmiş və sonra yaşadığı evə getmişdir. Yaşadığı evdən əl arabası gətirib həmin alətləri araba ilə yaşadığı ünvana aparmış, səhəri gün isə Abbasəli adlı şəxsə zəng edərək onda tikinti alətləri olduğunu və həmin alətləri satmaq istədiyini bildirmişdir. Abbasəli bir müddətdən sonra yaşadığı ünvana gəlmiş, o, həmin əşyalardan 1 ədəd laqondanı və 2 ədəd preparatoru 45 manat pul müqabilində Abbasəli adlı şəxsə satmışdır. Bundan başqa 13 may 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün Göygöl rayonu Üçtəpə kəndində kənarları hasarlı yarım tikili evin həyətində gördüyü taxtaları oğurlamaq qərarına gəlmiş və tanışı Xəyal ilə görüşüb pula ehtiyacı olduğunu əsgərlikdə olan oğlunun yanına getmək istədiyini lakin pulunun olmadığını, oğurluq etmək istədiyini və ona köməklik etməsini və əvəzində ona hörmət edəcəyini bildirmişdir. Xəyal isə onunla oğurluq etməyə razılaşmışdır. Həmin vaxt əvvəlcədən isə tanışı Pərviz Bağırzadəyə zəng edib taxta olacağını istəyib-istəmədiyini soruşmuşdur. Pərviz isə taxta alacağını və hazır olanda xəbər etməyini bildirmişdir. Lakin o, Pərvizə taxtanı oğurlayıb gətirib ona satacağını söyləməmişdir. Bundan sonra o, Xəyal ilə piyada Göygöl rayonu Üçtəpə kəndində həmin yarımtikili evin yanına gəlmişdir. Arxa tərəfdə hasarın üstündən keçib həyətə daxil olmuşdur. Həmin yerdə kənarda yardımçı otağın qapısını açıb içəri girmişlər, həmin vaxt içəridə 1 ədəd kondisioner, 1 ədəd direl, 1 ədəd plastik boruları birləşdirmək üçün istifadə edilən ütü aparatı, 10 ədəd 6 metr uzunluqda taxta, 1 ədəd əl üz yumaq üçün yuyucu hövzə, 1 ədəd lagonda aparatı, ölçüsünü dəqiq bilmədiyi elektrik naqili olduğunu görmüşlər. O Xəyal ilə birlikdə həmin məişət avadanlqılarını oğurayıb evin hasarından küçə tərəfə çıxartmış,əvvəlcə evin hasarının yan tərəfinə yığıb sonra isə hadisədən xəbərsiz olan Vüsal və Pərviz adlı şəxsi oraya çağıraraq guya həmin əşyaları usta kimi işlədikləri ev sahibinin onlara pul əvəzi verdiyini söyləyib Vüsalın idarə etdiyi QAZ 24 markalı avtomobilə yığaraq Gəncə şəhərinə gətirmiş və həmin əşyaları Pərviz adlı şəxsə 200 manata sataraq pulu Xəyalla aralarında bölmüşdür. Oğurluq hadisəsi zamanı onları görən olmamışdır. İttiham olunan digər əməllər onun tərəfindən törədilməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, bir qismi ilə barışıq əldə etdiyini bildirirək yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisədən təxminən 1 həftə əvvəl Gəncə şəhəri Qaraməmmədli qəsəbəsində ünvansız yarımtikilidə özünə məxsus tikinti alətləri ilə iş görmüşfdür. Belə ki, o, hər gün tikinti alətlərini işini yekunlaşdırdıqdan sonra yarım tikilinin bir küncündə qoyub yaşadığı ünvana getmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı ünvana getmiş və səhəri gün yenidən işini davam etdirmək üçün Qaraməmmədli qəsəbəsində yerləşən ünvansız yarımtikilyə qayıdıb gələn zaman orada ona məxsus olan 1 ədəd iri həcmli preparatorun, 1 ədəd, kiçik həcmli preparatorun, 1 ədəd laqondanın və 1 ədəd drelin olmadığnı görmüşdür. Bundan sonra ətrafı bir qədər gəzmiş və əşyalarını heç yerdə tapmayıb onların oğurlandığını yəqin edərək, Azərbaycan Respublikası Daxili işlər Nazirliyini 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Bundan sonra hadisə yerinə dərhal polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş və araşdırmaya başlamışlar. Oğurlanmış əşyalardan iri həcmli preparatorun qiyməti 360 manat, kiçik həcmli preparatorun qiyməti 140 manat, laqondanın qiyməti 100 manat, drelin qiyməti isə 50 manat olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilkdə 650 manat maddi ziyan vurulmuşdur. Polisin apardığı araşdırma ilə cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Ondan oğurlanan əşyalardan bəziləri qaytarılmış, lakin preparatorlar qaytarılmamışdır. Həmin preparatorların qaytarılmasını, qaytarımadığı təqdirdə isə təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin noyabr aylından ünvan 7 ünvanında usta kimi fəaliyyət göstərir. Ondan başqa həmin ünvanda Kamran adlı şəxsdə usta kimi işləyir. Sonuncu dəfə 2022-ci ilin may ayının 20-də usta kimi işlədiyi ünvandan axşam saatlarında evin giriş qapısını bağlayıb Kamran ilə birlikdə çıxmışlar. Bundan sonra xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində şəxsi işləri ilə əlaqədar həmin ünvana nə o nədə Kamran getməmişdir. xx.xx.2022-ci il tarxdə səhər saatlarında işləmək üçün istiqlal küçəsi ev 9 ünvanına getmişlər. Qapını açıb içəri daxil olduqdan sonra evin həyətində işlətmək üçün aldığı 80 (səksən) manat dəyərində arabanın olmadığını görmüşdür. Həyətdən oğurluq olmasından şübhələnmişdir. Buna görədə evin həyətini gəzmişdir. Evin həyətini gəzdikdən sonra arabadan başqa 1 ədəd 70(yetmiş) manat dəyərində su matorunun, ümumi dəyəri 110 manat olan 50 metr uzunluğunda rezin borunun, və 340 (üç yüz qırx) manat olan ümumi dəyərində dəmir lesanın olmadığını görmüş və əmin omuşdur ki, həmin əşyalar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanaraq ona ümumlikda 600(altı yüz) manat ziyan vurulmuşdur. Ona görə bu barədə polis orqanına şikayət etmiş və polis əməkdaşları tərəfindən araşdırmaya başlanılmışdır. Polisin apardığı araşdırma ilə cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. İstintaq zamanı ona dəymiş ziyan tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxs ilə barımışıdır. Ona görə Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı evin qarşısında ona məxsus yarımtikili var. Həmin yarım tikiliyə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşı yarımtikilidə saxladığı toyuqlara dən vermək üçün getmiş və bir müddət sonra evə gəlib ona bildirmişdir ki, yarımtikilinin həyətində olan samovar yerində yoxdur. O dərhal həmin yarımtikiliyə getmiş və yarımtikilinin həyətinə daxil olduqdan sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər ona məxsus yarımtikilidən 1 ədəd 350(üç yüz əlli) manat dəyərində 40 litr tutumu olan alüminium qazanı, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində mis qazanı, 1 ədəd 10 litrlik tutumu olan samovarı, 470 (dörd yüz yetmiş) manat dəyərində 1 ədəd preparatoru, 1 ədəd 100(yüz) manat dəyərində üzərində gidrafor ilə birlikdə “Margus” markalı su matorunu, 50(əlli) manat dəyərində 20 kiloqram mismarı, 4 millilik 200 metr uzunluğunda ümumi dəyəri 300(üç yüz) manat olan elektrik naqilini, 90 metr uzunluğunda 2 millilik ümumi dəyəri 90(doxsan) manat olan elektrik naqilini oğurlamışdır. Həmin əşyaların oğurlandığından əmin olduqdan sonra ərizə ilə polis orqanına müraciət etmişdir. Həmin gün polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Polisin apardığı araşdırma ilə cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Oğurluq hadisəsi zamanı ona ümumilkdə 2010(iki min on) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan istntaq zamanı tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barımış və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Üçtəpə kəndində ona məxsus yaşayış evi vardır. Həmin evdə yaşamasa da həmin yerdə it saxladığı üçün gündəlik olaraq həmin evə gedib baş çəkir. Sonuncu dəfə aprel ayının sonlarında dəqiq günün xatırlamadığı tarixdə Üçtəpə kəndində yerləşən evinə getmişdir. Küçə tərəfdən dəmir darvazanı açıb həyətə daxil olub evə yaxınlaşdıqda evin giriş dəmir qapısının qıfılının sındırıldığını aşkar etmişdir. Evə baxış keçirən zaman evin içərisində bir metrəsinin qiyməti 12 manat ümumi dəyəri 600 manat olan 50 metr uzunluqda "Borsan BR 16106" markalı 2x6 mm2 ölçüdə miss elektrik naqilinin və bir metrəsinin qiyməti 6 manat ümumi dəyəri 192 manat olan "Borsan BR 12123" markalı 4x1,5 mm2 ölçüdə 32 metr uzunluqda “Ublike” markalı qaynaq aparatının miss elektrik naqilinin yerində olmadığnı aşkar etmişdir. Həmin əşyaların oğurlandığından əmin olduqdan sonra ərizə ilə polis orqanına müraciət etmişdir. Həmin gün polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Polisin apardığı araşdırma ilə cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 792 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyam tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barıışmış və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 may 2022-ci il tarixdə ona məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən yarımtikili evində usta işləyən X4 ona zəng edərək yarımtikilinin həyətində yerləşən yardımçı tikilidən oğurluq olmasının və bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. O dərhal həmin yerə getmişdir. Həmin yerə çatdıqda həyətdə yerləşən yardımçı tikilinin içərisindən 1 ədəd 700 (yeddi yüz) manat dəyərində "Vestel" markalı kondisioner, 1 ədəd 80 (səksən) manat dəyərində direl, 1 ədəd 60 (altmış) manat dəyərində kapron birləşdirmək üçün ütü aparatı, 1 ədəd 180 (yüz səksən) manat dəyərində əl üz yuyucu hövzə, 1 ədəd 50 (əlli) manat dəyərində dəmir kəsən alət (laqonda), 1 metrəsi 10 manat olan 30 metr uzunluqda 300 manat dəyərində elektrik naqilini, hər biri 14 manat ümumi dəyəri 168 manat olan 12 ədəd tikinti materialı olan taxtanın oğurlanmasını aşkar etmişdir, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1538 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi ilə Səbuhi Əliyev küçəsinin kəsişməsində şüşə və dəmir qəbulu sexi işlədir. Həmin sexdə qəbul etdiyi şüşə və dəmir metalları o, gətirən şəxslərin şəxsiyyət vəsiqələri əsasında qəbul edir. Gətrilən metal və şüşələrin oğurluq olmasından şübhələnən zaman ərazi üzrə sahə rəisinə müraciət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. 2022-ci ilin may ayında Elman adlı şəxs taksi ilə onun işlətdiyi metal qəbulu məntəqəsinə gəlmişdir. Həmin vaxt Elman 1 ədəd hər tərəfində deşiklər olan istifadəyə yararsız su çəni gətirmişdir. O həmin su çənini çəkmiş və 60 kiloqram gəlmişdir. Su çəninin metal qiymətinə yəni kiloqramını 40 qəpiyə almış və Elmana 24 manat pul ödəmişdir. Həmin vaxt Elman adlı şəxs ona bildirmişdir ki, işlənmiş armaturlar var onlarıda satmaq istəyir. O Elmana bildirmişdir ki, həmin armaturları gətirisin alıb almayacağına sonra qərar verər. Elman təxminən 20 gündən sonra yeindən taksi ilə onun şüşə və metal qəbulu sexinə gəlmişdir. O həmin armaturların paslandığını və istifadəyə yararsız olduğuna görə Elmandan gətiridiyi armaturları kilqramını 40 qəpikdən olmaqla ümümilikdə 16 manat ödəyərək almışdır. Bundan sonrakı vaxtlarda Elman o işlətdiyi metal və şüşə qəbulu sexinə heç bir metal gətirməmişdir. O Elmandan həmin əşyaların kimə məxsus olduğunu soruşmuş Elman həmin metalların özünə məxsus olduğunu və istifadəyə yararsız olduğu üçün metal qiymətinə satdığını bildirmişdir. O əşyaların oğurluq olmasından şübhələnməmiş, çünki həmin metallar istifadəyə yararsız vəziyyətdə olmuşdur. O həmin metalları standart metal qiymətinə yəni kiloqramını 40 qəpikdən almışdır. Elman adlı şəxs metalları ağ rəngli Vaz 2106 markalı taksi ilə gətirmiş, lakin həmin avtomobilin dövlət qeydiyyat nişanına özü baxmamışdır. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclasında şahid X1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs usta kimi tanıyır, münasibəti normaldır, Xəyal Nəbiyevi isə əvvəllər tanımamışdır. 13 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək işlədiyi evdə işini görüb qurtardığını, lakin pulunu ala bilmədiyini, pulu əvəzində ev sahibinin ona müxtəlif növ məişət əşyaları verdiyini və həmin əşyaları ucuz qiymətə satacağını deyib həmin malları almaq istəyib-istəmədiyini soruşmuşdur. O isə nə əşyalar olmasını soruşduqda Elman ona döşəmə taxtaları, direl və plastik boruları birləşdirmək üçün olan aparat olduğunu həmin əşyaların hamısına 100 manat verməyini demiş, o, isə razılaşmışdır. Həmin gün qonşusu Vüsala bu barədə məlumat verib ona göstərilən məişət əşyaları olduğunu istəyib istəmədiyini soruşmuş və düşünmüşdür ki Vüsala hər hansı əşya lazım olsa taksi pulunu çıxardar. Vüsal isə 4-5 ədəd döşəmə taxtası almaq istədiyini demişdir. O, Vüsaldan taksi tapmasını gedib həmin malları gətirməylərini istəmiş, Vüsal isə bacanağının QAZ 24 markalı avtomobilini götürmüş, bundan sonra Elmana zəng edib hara gəlməyini soruşmuşdur, Elman isə özü xəbər edəndə gəlmələrini demişdir. Bundan sonra həmin gün saat təxminən 23 radələrində Vüsalla birlikdə Göygöl rayonu Üçtəpə kəndində getmiş, yolun kənarında Təqsirləndirilən şəxs onları qarşılamış və yolu izah edərək onları Üçtəpə kəndində aralıq küçədə bir evin yanına gətirmişdir. Həmin vaxt evin hasarının çöl tərəfində hasarın kənarına müxtəlif inşaat materialları yığılmış və orada adını sonradan bildiyi Xəyal adlı şəxs dayanmışdır. O, Elmandan həmin məişət əşyalarının nə üçün küçədə olmasını soruşmuş, Elman isə bildirmişdir ki, ev sahibinin işi olduğu üçün həmin əşyaları küçəyə yığıb gedib. Bundan sonra orada olan döşəmə taxtaları, laqondanı, direli, 1 ədəd kondisioneri, əl-üz yumaq üçün istifadə edilən yuyucu hövəzini, və dəqiq xatırlamadığı əşyanı avtomobilə yığmışlar, O, Elmana digər əşyaları istəmədiyini dedikdə, Elman həmin əşyaları da ucuz satdığını əlavə 100 manat da verməyini cəmi 200 manata həmin əşyaları ona satacağını bildirmişdir, O, isə həmin əşyaları ucuz düşdüyü üçün fikirləşmişdir ki, alıb daha sonra kiməsə bir qədər baha qiymətə satar. Həmin yerdən çıxıb yaşadığları evə tərəf hərəkət etməyə başlamışlar. Gəncə şəhərində Elman və Xəyal adlı şəxslər avtomobildən düşmüşlər. Onlar isə qonşusu Vüsal ilə birlikdə yaşadığı evə gəlmişlər. Evə çatdıqda Vüsalın qapısına 4 ədəd 6 metrlik taxta və bir ədəd kondisioneri düşürmüşlər, kondisioner bir qədər ağır olduğu üçün ertəsi gün götürəcəyini demiş, qalan əşyaları isə onun evinə düşürmüşlər. O, həmin şəxslərin göstərilən əşyaları oğurlamaqlarını bilməmiş, tanışı Təqsirləndirilən şəxs ustaya işləməsinin əvəzində pul olmadığı üçün ona məişət əşyaları veridiklərini bu səbəbdən də həmin əşyaları ucuz qiymətə satdığını bildirmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclasında Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, X7 qonşusudur, Təqsirləndirilən şəxs və Xəyal Nəbiyevi isə əvvəllər tanımamışdır. Əvvəllər bir neçə dəfə Pərvizdən işlənmiş inşaat malları almışdır. 13 may 2022-ci il tarixdə qonşusu Pərviz Bağırzadə yanına gələrək ucuz qiymətə döşəmə taxta olduğunu istəyib istəmədiyini soruşmuş, o, isə evdə təmirlə bağlı işlər gördüyü üçün 5-6 ədəd döşəmə taxta lazımı olduğunu bildirmişdir. Bu vaxt Pərviz bildirmişdir ki, onun tanıdığı usta var həmin usta işlədiyi evdən əmək haqqını ala bilmədiyi üçün əvəzində ona müxtəlif inşaat malları veriblər və o həmin malları ucuz qiymətə satacaq gedib həmin malları onun qapısına gətirsinlər. O isə bacanağı Aqilə məxsus QAZ-24 markalı avtomobili götürmüş və həmin gün saat təxminən 23 radələrində Pərvizlə birlikdə Göygöl rayonu Üçtəpə kəndində getmiş, yolun kənarında əvvəllər tanımadığı adını sonradan bildiyi Elman adlı şəxsi götürmüş, Elman yolu izah edərək onları Üçtəpə kəndində aralıq küçədə bir evə gətirmişdir. Həmin vaxt evin hasarının çöl tərəfində hasarın kənarına müxtəlif inşaat materialları yığılmış və orada bir nəfər şəxs dayanmışdır. Həmin şəxslər Pərvizlə birlikdə əşyaları onun idarə etdiyi QAZ 24 markalı avtomobilin yük yerinə yığmış və hamısı onun avtomobilinə əyləşmişlər. Həmin yerdən çıxıb yaşadıqları evə tərəf hərəkət etməyə başlamışlar. Gəncə şəhərində Elman və adını onradan bildiyi Xəyal adlı şəxslər avtomobildən düşmüşlər. O, isə qonşusu Pərvizlə birlikdə yaşadığı evə gəlmişdir. Evə çatdıqda onun qapısına 4 ədəd 6 metrlik taxta və bir ədəd kondisioneri düşürmüşlər, Pərviz həmin kondisioneri ertəsi gün götürəcəyini demiş, qalan əşyaları isə Pərvizin evinə düşürmüşlər. O, həmin şəxsləri əvvəllər tanımamış, nədə onların həmin əşyaları oğurlamaqlarını bilməmiş, qonşusu Pərviz ona bildirmişdir ki, bir nəfər ustaya işləməsinin əvəzində pul olmadığı üçün məişət əşyaları veriblər, o, isə evində kiçik toyuq-cücə tövləsi düzəltdiyi üçün Pərviz ona təklif etdikdə bir neçə döşəmə taxtası ala biləcəyini bildirmişdir. Həmin vaxt qaranlıq olduğu üçün həmin şəxslərin avtomobilinə konkret hansı əşyaları yükləməsini dəqiq bilmir, onu deyə bilər ki həmin yerdə, 10-12 ədəd 6 metrlik döşəmə taxtası, 1 ədəd kondisioner, 1 ədəd direl, əl-üz yumaq üçün olan hövzə, laqonda aparatı, elektrik naqili olmuş, onda olan döşəmə taxtalarını isə istintaqa təqdim edə bilər. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclasında Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 10-15 ildir ki, tanıyır. 24 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona bildirmişdir ki, “Satılası əşyalar var gəl həmin əşyları aparaq sataq”. Telefonla danışdıqdan sonra o özünə məxsus Vaz 2107 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana yəni Qızılhacılı küçəsinə getmişdir. O Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında gözləmişdir. Bu zaman Təqsirləndirilən şəxs 1 ədəd laqonda və 2 ədəd preparator gətirmişdir. O həmin əşyaları avtomobilinə qoymuşdur. Elman ilə həmin əşyaları 45 manat müqabilində almağa razılaşmışdır. Lakin üzərində 30 manat olduğundan 30 manat pulu Təqsirləndirilən şəxs vermiş, qalan 15 manata görə isə Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini verib bildirmişdir ki, 15 manatı verəndə sürcüklük vəsiqəsini geri götürəcək. Daha sonra həmin 2 ədəd preparatoru aparıb Gəncə şəhəri Billur şadlıq sarayının yaxınlığında dayanan tanımadığı bir nəfər şəxsə 70 manat müqabilində satmış və borclu qaldığı 15 manatı aparıb Elmana vermişdir. Bundan sonra 25 avqust 2022-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşıb bildirmişdilər ki, o, Təqsirləndirilən şəxs oğurluq əşya almışdır. O polislərə bildirmişdir ki, Elmandan aldığı əşyalardan 2 ədəd preparatoru aparıb satmış, lakin laqonda yaşadığı evdədir. Bundan sonra o həmin laqondanı polis əməkdaşlarına təqdim etmişdir. O həmin əşyaları oğurluq olduğunu bilməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclasında şahid X2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanmda yerləşən mağazanı işlədir. O həmin mağazada işlənmiş əşyaların alışı və satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında tanımadığı Ruslan adlı şəxs onun işlətdiyi mağazaya gələrək bir ədəd rus istehsah samovarı satmaq istədiyini bildirmişdir. O əşya aldığı şəxslərin şəxsiyyət vəsiqəsindəki əsas məlumatları özündə olan qeydiyyat kitabçasına qeyd etdikdən sonra həmin əşyanı alır. O həmin şəxsin şəxsiyyət vəsiqəsi əsasında onun ad soyad və ata adını, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu özünə məxsus qeydiyyat kitabçasında qeydiyyata almışdır. Həmin şəxs, yəni X8 rus istehsalı olan samavarı 90(doxsan) manat müqabilində ona satmışdır. O 90(doxsan) manat ödənişi mağazada nəğd şəkildə ödəmişdir. O Ruslan Həsənovu tanımır, onu birinci dəfə idiki görürmüş və ondan yalnız 28 may 2022-ci il tarixdə 90(doxsan) manat müqabilində bir ədəd rus istehsalı olan samovar almışdır. Onun həmin samovarı oğurluq olması barədə heç bir məlumatım olmamış, həmin şəxs ona samovarın özünə məxsus olduğunu bildirmişdir.Həmin samovarı istintaqa təqdim edə bilməz çünki, o həmin samovarı aldıqdan 2-3 gün sonra tanımadığı bir müştəriyə satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq cinayətinin baş verdiyi yerə, yəni Göygöl rayonu Üçtəpə kəndində yerləşən ünvansız fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmiş, protokola əlavə edilmişdir. -15 may 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən ünvansız fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmiş, protokola əlavə edilmişdir. -xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. -xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmiş və o, elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmişdir. -02 iyun 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 9 ünvansız fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmiş, protokola əlavə edilmişdir. - 03 iyun 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 10 ünvanına baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmiş, protokola əlavə edilmişdir. -xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2022- ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri Qaraməmmədli qəsəbəsində yerləşən ünvansız yarımtikiliyə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmiş, protokola əlavə edilmişdir. -xx.xx.2022-ci il tarixli “Təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd tünd göy rəngli drel götürülmüş, şəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. -xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2022-ci il tarixli “Təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 1 ədəd laqonda götürülmüş, şəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. -xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. -xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmiş və o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi AR CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi ilə icraata qəbul edilmişdir. -xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. -xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmiş və o, elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmişdir. -xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan ona əlavə edilmiş şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. -Gəncə Şəhər Məhkəməsinin 4(125)-101/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. -xx.xx.2022-ci tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* nömrəli cinayət işinin istintaq sənədlərindən X6 barəsində olan ********* nömrəli cinayət işi ayrılması və ibtidai araşdırma aparılması üçün icraata götürülməsi qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi AR CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi ilə icraata qəbul edilmişdir. -xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. -xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmiş və o, elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmişdir. -AR DİN Gəncə şəhər BPİ-nə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğurluq zaman kömək edən şəxsin olub-olmaması, oğurluq hadisəsinin şahidi olan şəxslərin olub-olmaması və ətrafda videomüşahidə kameraların olub-olmaması müəyyən edilməmiş, həmçinin X8 və Zaur adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. -07 oktyabr 2022-ci il tarixli 9/6446 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekpertiza təyini haqda göstərilən malların 2022-ci ilin may-avqust aylarına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1247,0 manat müəyyən edilir. -xx.xx.2023-cü il tarixli cinayəti işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Ruslan adlı şəxs barəsində ayrıca material ayrılmışdır. -Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-208/2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. -Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən daxil olmuş 3-13-57- 1/2-29726/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhər ərazisində tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. -Azərbaycan Respublikası Penitensiat Xidmətinin 2 saylı İstintaq Təcridxanası tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. -Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, o, Gəncə şəhər Nizami Rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2016-ci il tarixdə amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanserdən alınaraq cinayət işinə əlavə edilmiş arayışdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri psixonevroloji dispanserdə qeydiyyatda durmur. -xx.xx.2023-cü il tarxili “Sübutların qiymətləndirməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən saxlanca verilmiş 1 ədəd drel və 1 ədəd laqonda iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. -Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Onunla barışmışlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar,maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək ifadəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 evlərindən heç bir oğurluq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, 2022-ci ilin may ayının sonlarında onunla qonşuluqda yaşayan Ruslan adlı şəxslə küçədə görüşmüş və söhbət əsansında Ruslana pula ehtiyacı olduğunu dəmir və digər metallar oğurlayıb satmaq istədiyini bildirmişdir. Ruslanda ona bildirmişdir ki, onunda pula ehtiyacı var. Ona görədə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Təxminən axşam saat 20 radələrindən sonra Ruslan adlı şəxslə yaşadığı evin ətrafında gəzmişlər. Ətrfada heç kəsin olmadığından əmin olduqdan sonra yaşadığı evdən təxminən 300 metr aralıda yerləşən hasarı alçaq olan bir yarım tikiliyə girmək qərarına gəlmişlər. O həmin yarımtikilinin arxa tərəfindən hasarın üzərindən aşaraq yarımtikilinin həyətinə daxil olmuş, həyətə olan 1 ədəd preparatırı, 1 ədəd qədimi samovarı, 3 topa elektrik naqilini, təxminən 15-20 kiloqram ağırlığında olan mismarı və 1 ədəd su matorunu hasardan küçəyə tullamış, Ruslan isə həmin əşyaları küçədə yığmışdır. Daha sonra o yarımtikilinin həyətindən çıxmış, Ruslan ilə birlikdə oğurladığları həmin əşyaları yaşadığı evin həyətində gizlətmiş, səhəri gün oğurladıqları əşyalardan samovarı Gəncə şəhəri Kolxoz bazarı deyilən yerdə Leyla adlı şəxsə 90 manat müqabilində satmış, həmin gün günorta saatlarında elektrik naqilini əridib metal şəkilində Gəncə şəhər “2705-in dairəsi” deyilən yerdə 12 manat müqabilində dəmir sexinə satmışlar. Daha sonra həmin gün axşam saatlarında preparatır ilə 1 ədəd su matorunu Zaur adlı tanışının gətirdiyi tanımadığı şəxsə 90 manata satmışlar. Əldə etdikləri 192 manat gəliri Ruslan ilə bölmüşdür. Bundan başqa 2022-ci ilin may ayının əvvəllərində yaşadığı evin yaxınlığında yerləşən yaşayış olmayan yarımtikilidən 1 ədəd su matorunu, 1 ədəd əl arabasını, 1 topa rezin borunu və 7 ədəd lesanı tək oğurlamışdır. Həmin oğurladığım əşyalardan lesanı və əl arabasını əzib metal kimi Gəncə şəhər “2705 dairəsində” yerləşən dəmir sexinə satmışdır. 1 ədəd su matorunu isə Zaur adlı tanışının gətirdiyi tanımadığı şəxsə satmışdır. Rezin borunu isə kimə satdığını xatırlamır. Bundan başqa 23 avqust 2022-ci il tarixdə Gəncə şəhəri Qaraməmmədli qəsəbəsində piyada gəzən zaman ünvanını bilmədiyi yarım tikililərin birində iş getdiyini görmüş,düşünmüşdür ki, axşam saatlarında yarımtikilidə heç kəs olmayan zaman gəlib iş görülən alətlər orada olarsa oğurlayar. Bunun üçündə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində həmin ünvana getmiş, arxa tərəfdən hasarın üstündən aşaraq yarmtikiliyə daxil olmuşdur. Yarımtikilinin içərisini gəzdikdən sonra orada olan otaqların birində 1 ədəd drelin 1 ədəd laqondanın və 2 ədəd isə preparatorun olduğunu görmüşdür. Həmin alətləri yarımtikilidən çıxarıb qıraqda gizlətmiş, sonra yaşadığı evə getmiş, yaşadığı evdən əl arabası gətirib həmin alətləri araba ilə yaşadığı ünvana aparmışdır. Səhəri gün isə Abbasəli adlı şəxsə zəng edərək onda tikinti alətləri olduğunu və həmin alətləri satmaq istədiyini bildirmiş, Abbasəli bir müddətdən sonra yaşadığı ünvana gəlmiş, o, həmin əşyalardan 1 ədəd laqondanı və 2 ədəd preparatoru 45 manat müqabilində Abbasəli adlı şəxsə satmışdır. Bundan başqa 2022-ci ilin aprel ayında Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin hasarından keçib həyətdə yerləşən anbarın qapısının qıfılını sındırıb anbara daxil olub və həmin yerdə ölçüsü xatırlamadığı uzunluqda elektrik naqili oğurlamış, bundan iki gün sonra yenidən həmin yerə girib həmin yerdən yenidən mis elektrik naqili oğurlamışdır. Oğurladığı elektrik naqillərini yaşadığı evin həyətində əridib mis halına salaraq küçələrdən pərakəndə dəmir tullantılar və mis alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə ümumilikdə 32 manata satmış, həmin pulu isə şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan başqa 13 may 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün Göygöl rayonu Üçtəpə kəndində kənarları hasarlı yarım tikili evin həyətində gördüyü taxtaları oğurlamaq qərarına gəlmiş və tanışı Xəyal ilə görüşüb pula ehtiyacı olduğunu əsgərlikdə olan oğlunun yanına getmək istədiyini lakin pulunun olmadığını, oğurluq etmək istədiyini və ona köməklik etməsi əvəzində ona hörmət edəcəyini bildirmiş, Xəyal isə onunla oğurluq etməyə razılaşmışdır. Əvvəlcədən isə tanışı Pərviz Bağırzadəyə zəng edib taxta olacağını istəyib-istəmədiyini soruşmuşdur. Pərviz isə taxtanı alacağını hazır olanda xəbər etməyini bildirmişdir. O, Xəyal ilə piyada Göygöl rayonu Üçtəpə kəndində həmin yarımtikili evin yanına gəlmiş, arxa tərəfdə hasarın üstündən keçib həyətə daxil olmuşdur. Həmin yerdə kənarda yardımçı otaqın qapısını açıb içəri girmişlər, həmin vaxt içəridə 1 ədəd kondisioner, 1 ədəd direl, 1 ədəd plastik boruları birləşdirmək üçün istifadə edilən ütü aparatı, 10 ədəd 6 metr uzunluqda taxta, 1 ədəd əl üz yumaq üçün yuyucu hövzə, 1 ədəd lagonda aparatı, ölçüsünü dəqiq bilmədiyi elektrik naqili olduğunu görmüşlər. O Xəyal ilə birlikdə həmin məişət avadanlqılarını oğurayıb evin hasarından küçə tərəfə çıxartmış və evin hasarının yan tərəfinə yığmışlar. Bundan sonra o Pərvizə zəng edib taxtaların hazır olduğunu, əşyaların çox olmasını, Göygöl rayonu Üçtəpə kəndində Suvarma sistemlər idarəsinin yanına gəlməyini istəmişdir. Bundan sonra Xəyal oğurladığı əşyaların yanında onu gözləmiş o isə piyada Pərvizi qarşılamağa getmişdir. Biraz sonra Pərviz QAZ 31 markalı avtomobilin tanımadığı sürücüsü ilə gəlmiş, o avtomobilə əyləşib onları oğurladığı əşyaları yığdığı yerə gətirmişdir. Pərviz digər oğurladığı əmlakı da gördükdən sonra o həmin əşyalar üçün ümumilikdə 200 manat verməsini istəmişdir. Pərviz isə 100 manat verib qalan 100 manatın isə sonra verəcəyini bildirmişdir. Həmin əşyaları avtomobilə yığmışlar. O və Xəyal həmin avtomobillə Gəncə şəhərinə gəlmiş, 16 nömrəli tam orta məktəbin yanında Xəyalla avtomobildən düşmüş, axşam saatlarında isə Pərvizin evinə gedib qalan 100 manat pulu da ondan almışdır. Ertəsi gün isə Beyləqan rayonuna oğlunun yanına gedib qayıtmış və həmin pulu da xərcləmişdir. Pərvizin yanında gələn taksi sürücüsünü tanımır, həmin şəxsin oğurluqla bağlı məlumatı olmamışdır. Oğurluq hadisəsi zamanı onu görən olmamışdır. 2022-ci ilin may ayının sonlarında törətdiyi oğurluq hadisəsi zamanı Ruslan adlı şəxs ona köməklik göstərmiş və əldə etdikləri qazancıda Ruslan ilə bölmüşdür. Həmçinin 2022-ci ilin may ayında Üçtəpə kəndindən tikinti materillarını və avadanlıqları oğurlamaqda ona Xəyal Nəbiyev köməklik etmişdir. Lakin digər oğurluq hadisələri zamanı tək olmuşdur. Oğurladığı əşyaları satdığı yeri göstərə bilər. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində şəkirlər 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 177.2-ci maddəsinə əsasən eyni əməllər 177.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş zərəri qismən ödəməsini (59.1.14), zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsn əvvəllər dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün bərabər tutulmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd laqonda və 01 ədəd drelin sahibi olan zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu dörd gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 03 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 03 ay 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 28 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd laqonda və 01 ədəd drelin sahibləri olan zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat (əlli manat) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçinın işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar