Məhkəmə qərarları › İş №1(125)-140/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-140/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-140/2024 05.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqlayaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək olan redaksiya) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,651 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPl-nin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Gəncə şəhəri, İsmət Qayıbov küçəsində “Feqa” çay evinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,651 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindənəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki,xx.xx.2023-cü il tarixdə günorta saat 01 radələrində Gəncə şəhəri, Totanlı dairəsində diaqnostikanın qarşısında 15 saylı marşrutka gözləyərkən “VAZ-2107” markalı avtomobil ona yaxınlaşmış, daha sonra 3 nəfər adları sonradan məlum olan Nicat, Elşən və Kamran adlı şəxslər avtomobildən düşüb onun boynundan sıxaraq maşına otuzdurmuş və Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin inzibati binasına aparmışlar. Bölmədə ona tapşırığın olduğunu və bu gün 15 nəfər şəxsin tutulmalı olduğunu bildirmişlər. Daha sonra onu döyərək psixi və fiziki təsir göstərib bildirmişlər ki, verdikləri narkotiki götürüb videoçəkilişdə Gəncə şəhəri, 23 saylı məktəbin yaxınlığında yerdən tapdığını bildirsin. Daha sonra İsmət Qayıbov küçəsində “Feqa” çay evinin yaxınlığında onu tutduqlarını bildirməyini tələb etmişlər. O da bununla razılaşmadığı üçün onu döyüb, nalayiq ifadələrlə təhqir etmişlər. O da məcbur olub videoçəkiliş zamanıhəmin psixotrop maddənin onun olduğunu bildirmişdir. Daha sonra o, qeyd etmişdir ki, döyülməsi nəticəsində əynindəki kurtka cırılmışdır. İfadəsinin sonunda o, günahsız və təqsirsiz olduğunu, narkotik və ya psixotrop maddə istifadəçisi olmadığını bildirmişvə barəsində barəat hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə Şəhər BPl-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə bölməyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə saat təxminən saat 22:30 radələrində Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yolun kənarında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kütləni həmin günü saat təxminən 15 radələrində Gəncə şəhəri, Ozan küçəsində 23 saylı tam orta məktəbin yaxınlığında yerdən tapdığını, həmin kütləni tanıdığını, 4 aydır ki, psixotrop maddə istifadəçisi olduğunu, şəxsi ıstifasindən ötrü üzərində saxladığını və həmin kütlələri heçkəsdən almadığını bildirmişdir. Bundan sonra kütlə tərəzidə çəkilərək 0,82 qram olması müəyyən edilmiş, müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir.Məhkəmə iclasında verilən suallara cavab olaraq o bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər-hansı fiziki təsir, zorakılıq hərəkətləri edilməmiş və o, işgəncəyə və qeyri-insani rəftara məruz qalmamışdır. İş üzrə şahid qismində dindirilmiş Gəncə BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X6 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş üzrə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş ekspert X5 ifadəsində bildirmişdir ki, 25 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs müayinə etmiş və sonuncunun bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs lor həkim tərəfindən müayinə edilmiş və bu zaman onu sağ qulaq pərdəsində tək-tək nöqtəvari qansızmalar müəyyən edilərkən onun sağ qulaq nahiyyəsində və ətrafında hər hansı bir xəsarət olmadığı üçün qeyd edilən qansızmaların əmələ gəlmə mexanizmi və müddətini müəyyən etmək olmamışdır. İş üzrə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Gəncə BPl-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını,sonuncunun bölməyə aparılmasında iştirak etmədiyini və ümumiyyətlə hadisə ilə bağlı məlumatlı olmadığını bildirmişdiş. Verilən suallara cavab olaraq o, özünə məxsus iki avtomobilinin olduğunu və həmin avtomobilin birinin bölmənin əməkdaşları tərəfindən idarə olunduğunubildirmişdir. İş üzrə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını və onun tutulmasında iştirak etmədiyini bildirmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təcili tibbi yardımda çağırışçı həkim vəzifəsində çalışır.O, Təqsirləndirilən şəxs xatırlamadığınıbildirərək gün ərzində çox xəstələr müraciət etdiyindən sonuncunun üzünün yadında qalmadığını bildirmişdir.Lakin məhkəmədə verilən suallara cavab olaraq o, bildirmişdir ki,şəxsin tibbi müayinə keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabında Təqsirləndirilən şəxs xəsarət almadığı qeyd olunmuşdursa, deməli həmin vaxt onun tərəfindən müayinə edilmiş və xəsarət olmadığı üçün o cür yazılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki,toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə230550721 nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır(i.v.1); - xx.xx.2023-cü il tarixli “şübhəlişəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2023-cü il tarixdə, saat 22:30 dəqiqədə tutulmuşdur (i.v.9, 21); - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki,Gəncə şəhər BPl-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X4, həmin bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, bölmənin sahə rəisi, polis kapitanı X3, bölmənin baş təhqiqatçısı, polis kapitanı X2 və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir.İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəolan göy rəngli şalvarın sağ yancibindən 1 ədəd siqaret falqasına bükülmüş psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etmiş və həmin kütləni Gəncə şəhəri, 23 saylı tam orta məktəbin yaxınlığından tapdığını şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə siqaret falqası ilə birlikdə 0,82 qram müəyyən edilərəkqablaşdırılmış və DİN-nin 181 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.(i.v.30); - ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 30.40 (otuz manat qırx qəpik) manat müəyyən edilmişdir.(i.v.38); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli 16/1061 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0,651 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1ci siyahısına daxildir.(i.v.39) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 56); - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. (i.v. 64); - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir.(i.v. 75); - Gəncə şəhəri Psixonevroloji dispanserinin xx.xx.2023-cü il tarixli, 3463 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.85); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 7014 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur.(epizodik) ( i.v.86); - xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında”protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki,Gəncə şəhər BPl-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X4, həmin bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, bölmənin sahə rəisi, polis kapitanı X3, bölmənin baş təhqiqatçısı, polis kapitanı X2 və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim edir. O, şifahi sorğu zamanı təqdim etdiyi kütlənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunubildirir. Həmin bükümü günorta saatlarında Gəncə şəhəri, Ozan küçəsində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq fikri olmadığını, özünün psixotrop maddə istifadəçisi olduğunu bildirir. Sonra həmin kütlə kağız büküm ilə birlikdə 0,82 qram müəyyən edilmişdir. Daha sonra müvafiq qaydada qablaşdırılaraq imzalarla təsdiq edilir. (i.v. 87); - Gəncə şəhər Məhkəməsinin 5(125)-724/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Orxan Babayev tərəfindən verilmiş Təqsirləndirilən şəxs telefon danışıqlarına qulaq asılması barədə vəsatəti təmin edilmişdir. (i.v. 98-100); - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Balakən RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, xx.xx.2020-ci il tarixli Balakən rayon Məhkəməsinin hökmünə əsasənCM-nin 234.2-ci maddəsi ilə bəraət verilərək azad edilmiş, xx.xx.2021-ci il tarixli Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.(i.v. 108); -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Gəncə şəhər prokurorunun köməkçisi Allahverdi Abuzərovun icraatında araşdırılan 704-C-23 sayı materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 116); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1802 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür.( i.v.122); -Məhkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyininxx.xx.2023-cü il tarixli 1648 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilməmişdir.Təqsirləndirilən şəxs lor (burun, qulaq, boğaz) həkim tərəfindən müayinəsizamanı sağ qulaq pərdəsində tək-tək nöqtəvari qansızmalar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sağ qulaq nahiyyəsində və ətrafında hər hansı bir xəsarət olmadığı üçün qeyd edilən qansızmaların əmələ gəlmə mexanizmini və müddətini müəyyən etmək mümkün olmamışdır.( i.v.124); -DİN-in BİKİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünürki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqları zamanı əldə edilmiş anten dairələrinə dair məlumatların- xx.xx.2023-cü il tarixdə saat 00:04 dəqiqədə 39 saniyədən xx.xx.2023-cü il tarixdə saat 12:45 dəqiqədə 08 saniyədək ünvan 4 ünvanında, xx.xx.2023-cü il tarixdə saat 12:45 dəqiqədən 13:07 dəqiqəyədək ünvan 5 ünvanında, xx.xx.2023-cü il tarixdə saat 13:11 dəqiqədən 14:25 dəqiqəyədək Gəncə şəhəri, N.Nərimanov küçəsindəki musiqi kollecinin yanında, xx.xx.2023-cü il tarixdə saat 14:31 dəqiqədə 47 saniyədə ünvan 5 ünvanında, xx.xx.2023-cü il tarixdə saat 14:34 dəqiqədən 14:45 dəqiqəyədək Gəncə şəhəri, Əziz Əliyev prospekti 311 ünvanında, xx.xx.2023-cü il tarixdə saat 14:45 dəqiqədə 08 saniyədə Gəncə şəhəri, Ə.Cəmil 4, Xalça ticarət mərkəzinin yanında, xx.xx.2023-cü il tarixdə saat 14:47 dəqiqədən 15:11 dəqiqəyədək ünvan 8 ünvanında, xx.xx.2023-cü il tarixdə saat 15:14 dəqiqədə 47 saniyədək ünvan 9 ünvanında, xx.xx.2023-cü il tarixdə saat 15:16 dəqiqədə 25 saniyədən saat 15:43 dəqiqə 10 saniyəyədək ünvan 10 ünvanında, xx.xx.2023-cü il tarixdə saat 15:46 dəqiqədən 16:00 dəqiqəyədək olan müddət ərazində ünvan 9 ünvanında, xx.xx.2023-cü il tarixdə saat 16:02 dəqiqədən 16:35 dəqiqəyədək Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə, xx.xx.2023-cü il tarixdə saat 23:00 dəqiqədən Gəncə şəhəri, N.Nərimanov küçəsindəki musiqi kollecinin yanında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə müxtəlif mobil nömrələr arasında çoxsaylı zənglər edilmiş, həmin zənglər zamanı ***-***-**-** saylı mobil nömrəsi yuxarıda qeyd olunan müxtəlif ərazilərdə olmuşdur. Həmin nömrəyə daxil və xaric olan smslərdə cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edəcək məlumatlar aşkar edilməmişdir. ( i.v.131); -Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış ümumi təmiz çəkisi0,651 qram olan psixotrop maddə metamfetamin,həmçinin cinayət işinə əlavə edilmişTəqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk, DİN-in BİKl-dən daxil olmuşTəqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqları zamanı əldə edilmiş anten dairələrinə dair məlumatların olduğu bir ədəd "CD” disk,iş üzrə şahid ifadələri, şəxsi axtarış və götürmə, məhkəmə-kimyəvi, məhkəm-tibbi və məhkəmə-narkoloji ekspertizasınınrəyləri, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.133- 141); - xx.xx.2023-cü il tarixli cinayət işinin materiallarından ayrıca materialın ayrılması haqqında qərardan görünür ki,Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə olan230550721 nömrəli cinayət işinin istintaq materiallarından iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxladığı təmiz çəkisi 0,651 qram çəkidə olan psixotrop maddəmetamfetaminin əldə etdiyi mənbə müəyyən edilə bilinmədiyindən həmin mənbəyə görə cinayət işinin istintaq materiallarından ayrıca material ayrılmış vəayrılmış materialın araşdırılması qərara alınmışdır.(i.v.143); - Gəncə Şəhər Məhkəmənin sorğusuna əsasən xx.xx.2024-cü il tarixli 3-13-57/2- 21251/2024 nömrəli Gəncə Şəhər Baş Polis İdarəsindən verilmiş məlumatdan görünür ki, Gəncə şəhər BPİ-nin MSY-də quraşdırılmış videomüşahidə kameralarının arxivsaxlama müddəti 8-10 gün olduğu üçün 22.10.202-cü il tarixin görüntüsünü əldə etmək mümkün olmamışdır. - Gəncə şəhər Məhkəməsinin sorğusuna əsasən Təqsirləndirilən şəxs barəsində olan əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında əməliyyat-qeydiyyat işi məhkəməyə təqdim olunmuş və əməliyyat-qeydiyyat işinə məhkəmə tərəfindən baxış keçirilmişdir. Gəncə Şəhər Məhkəmənin sorğusuna əsasən əldə edilmiş MSY-də saxlanılan və şəxslərin uçotu şəxsin tibbi kitabçasında olan məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerində saxlanılan zaman müayinə olunmuş və onda heç bir xəsarət aşkar edilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstəməsi və hədələməsi və polis əməkdaşları tərəfindən döyülməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmiş və sübutlar təqdim etməmişdir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında verdiyi ziddiyətli ifadələri, şahidlərin verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərləvə digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən döyülməsini bildirsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək istintaq dövründə polis əməkdaşlarının ona qarşı hər hansı qanunsuz hərəkətlər etməsi barədə araşdırma aparılmış və 06 dekabr 2023-cü il tarixdə“cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək ona qarşı hər-hansı fiziki təsir, zorakılıq hərəkətləri edilmədiyini vəonun işgəncəyə və qeyri-insani rəftara məruz qalmadığını göstərilmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Gəncə şəhər BPl-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X4, həmin bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, bölmənin sahə rəisi, polis kapitanı X3, bölmənin baş təhqiqatçısı, polis kapitanı X2 və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs oğlu əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim edir. O, şifahi sorğu zamanı təqdim etdiyi kütlənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmin bükümü günorta saatlarında Gəncə şəhəri, Ozan küçəsində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq fikri olmadığını, özünün psixotrop maddə istifadəçisi olduğunu bildirir. Həmçinin məhkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli 1648 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs lor (burun, qulaq, boğaz) həkim tərəfindən müayinəsi zamanı sağ qulaq pərdəsində tək-tək nöqtəvari qansızmalar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sağ qulaq nahiyyəsində və ətrafında hər hansı bir xəsarət olmadığı üçün qeyd edilən qansızmaların əmələ gəlmə mexanizmini və müddətini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmənin sorğusuna əsasən əldə edilmiş MSY-də saxlanılan və şəxslərin uçotu şəxsin tibbi kitabçasında olan məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerində saxlanılan zaman müayinə olunmuş və onda heç bir xəsarət aşkar edilməmişdir. Eyni zamanda məhkəmə iclasında videogörüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs üz və sağ qulaq nahiyəsində hər hansı xəsarətlərin əlamətləri (qızartı və ya göyərti, şişkinlik və s.) görünmədiyi aydın olmuşdur. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 2023-cü ilin oktyabr ayında törətdiyindən təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 234.1-ci maddəsinin dispozisiyasına uyğun təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən Məcəllənin 234.1-ci maddəsinin dispozisiyasında olan “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Sözü gedən Qanun 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (13 dekabr 2023cü il tarixədək olan redaksiyada) əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixtrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 oktyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin olunmuş cəzadan 4 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, qalıq qalan 0,601 qram psixotrop maddə metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, iş üzrə maddi sübut – 01 ədəd DVD və CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,601 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD və CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar