Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-142/2025 29.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi (vəkili), Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Şamil oğlunun iştirakı ilə xx.xx.1977-cı il tarixdə Ermənistan Respublikasında doğulmuş , Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Belə ki, 20 dekabr 2024-cü il tarixdə saat 21 radələrində ictimai yer olan Gəncə şəhəri, İstanbul küçəsi ilə Eyyub Xanbudaqov küçəsinin kəsişməsində yerləşən “Al Market” mağazasında qonşusu Zərərçəkmiş şəxs övladları X7 və X3 24 iyun 2024-cü il tarixdə onun mərhum oğlu X9 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun üzərinə yandırıcı maddə tökərək yandırmaqla qəsdən öldürməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əl zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə çoxsaylı zərbələr vuraraq və saçından tutub dartaraq baş beyin silkələnməsi ilə müşahidə olunan təpə nahiyəsinin yumşaq toxumalarının qançırşişkinlikləri ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2024-cü il 20 dekabr tarixində yaşadığı evin yaxınlığında İstanbul küçəsində yerləşən “Al market”ə qaz kartına ödəniş etmək üçün getmiş, marketin önündə qonşusu Zərərçəkmiş şəxs da orada olduğunu görmüşdür. Zərərçəkmi mütəmadi olaraq Təqsirləndirilən şəxs orda təhqir etmiş, narahatçılıq törətmiş və ona kürəyindən toxunaraq baxa-baxa keçmişdir. Təqsirləndirilən şəxs isə fikir verməməyə çalışmışdır. Mübahisəyə səbəb isə təxmini 6-7 ay əvvəl Təqsirləndirilən şəxs oğlu X9 ilə Zərərçəkmiş şəxs oğulları Pərviz və Gündüz və qaynı oğulları Niyaməddin və Elməddin ilə aralarında yaranmış mübahisənin Namazov Murazın ölümü ilə nəticələnməyi olmuşdur. Həmin gün o, əvvəl 100 manat pulu kassada xırdalamış və sonra “Milli Ön” aparatına yaxınlaşaraq ödəniş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yenidən ona yaxınlaşaraq qıcıqlandırmış və Təqsirləndirilən şəxs dözməyərək ona tərəf qaçmış, saçından tutaraq dartmışdır. Həmin vaxt mağazanın işçiləri onlara yaxınlaşmış və ayırmağa başlamışlar. Onları ayırandan sonra Sürayə çölə qaçmışdır, onun isə halı pis olduğu üçün çölə çıxmış və taksiyə oturaraq evə getmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdi ki, təxminən 7 ay əvvəl övladları Kazımov Gündüz, Kazımov Pərviz və qayını Aslanın övladları Kazımov Elməddin və Kazımov Niyaməddin Təqsirləndirilən şəxs oğlu Namazov Muraz ilə aralarında yaranmış mübahisə Namazov Murazın ölümü ilə nəticələnmişdir. Bu hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ailəsi ilə mütəmadi münaqişələr yaradırmış, onu və ailəsini təhqir etmişdir.xx.xx.2024-cü il tarixdə təxmini 21:00 radələrində yaşadığı ünvanın yaxınlığında yerləşən “Al market” ə çörək almaq üçün getmişdir. Orada təsadüfən “MilliÖn” aparatının yaxınlığında Namazova Mələyi görmüş və onunla mübahisə etməməsi üçün dərhal ordan uzaqlaşmağa başlamışdır. Bu zaman Mələk Sürayənin ardınca qaçaraq onun saçından tutub dartaraq yerə yıxmış, sonra başına yumruq ilə zərbələr endirməyə başlamışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman ətrafda kənar şəxslər olmuş və tanımadığı şəxslər onları aralamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi (vəkili), Regional Vəkil Bürosunun vəkili X8 zərərçəkmiş şəxsin ifadəsini təsdiq edərək sonuncunun şikayətçi olduğunu və məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, “Al market” mağazasında satıcı işləyir. 20 dekabr 2024-cü il tarixdə işlədiyi “Al market” mağazasında axşam təxminən saat 21 radələrində əvvəllər müştəri kimi tanıdığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs mağazaya gələrək İradədən 100 manat pulu qaz kartına ödəniş etmək üçün xırdalamağı istəmiş, İradə isə pulu götürərək xırdalayıb vermişdir. Sonra Təqsirləndirilən şəxs “Milli Ön” aparatına yaxınlaşmış və ödəniş etməyə başlamışdır. Bu zaman mağazaya yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs daxil olmuş və Təqsirləndirilən şəxs yanından keçən zaman onu görən kimi qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs görən kimi arxasıyca qaçaraq onun saçından tutmuş və dartaraq başına bir neçə dəfə yumruq ilə zərbələr vurmuşdur. Şahid1 sağlamlığımda problem olduğundan onları ayıra bilməmişdir. Mağazanın digər işçisi Şahid2 və içəri daxil olan tanımadığı taksi sürücüsünün köməyi ilə Mələklə Sürayəni ayırmış və Zərərçəkmiş şəxs dərhal mağazadan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs isə halı pis olduğundan ona su vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs da taksi sürücüsü ilə birlikdə mağazadan çıxmış və maşına əyləşərək getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq Gəncə şəhəri İstanbul küçəsində yerləşən 3698 saylı “Al market” də satıcıkassir işləyir. xx.xx.2024-cü il tarixdə işlədiyi “Al market” təxminən saat 21 radələrində mağazada yeni gəlmiş ərzaq mallarını yerləşdirən zaman əvvəllər müştəri kimi tanıdığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs mağazaya gələrək mağazanın digər işçisi Şahid1 100 manat pulu qaz kartına ödəniş etmək üçün xırdalamağını istəmiş, sonuncu da pulu götürərək xırdalayıb vermişdir. Sonra Təqsirləndirilən şəxs “Milli Ön” aparatına yaxınlaşmış və ödəniş etməyə başlamışdır. Bu zaman mağazaya yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs daxil olmuş və Təqsirləndirilən şəxs yanından keçən zaman onu görən kimi qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs görən kimi ardınca qaçaraq onun saçından tutmuş və dartaraq başına bir neçə dəfə yumruq ilə zərbələr vurmuşdur. Onun və içəri daxil olan tanımadığı taksi sürücüsünün köməyi ilə Mələklə Sürayəni ayırmış və Zərərçəkmiş şəxs dərhal mağazadan uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs taksi sürücüsü ilə birlikdə mağazadan çıxmış və maşına əyləşərək getmişlər. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclasında iştirak etməsi mümkün olmamış Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid3n ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3raq Azərbaycan Respublikası TTTY Publik Mərkəzdə sanitar işləyir. Ailəlidir, 1 övladı vardır. Zərərçəkmiş şəxs təxminən 7-8 ildir ki tanımışdır. 20 dekabr 2024-cü il tarixdə Şahid3 Gəncə şəhəri İstanbul küçəsində yerləşən “Almarket”ə alış-veriş etmək üçün getmişdir. Marketdə olan zaman qonşusu Zərərçəkmiş şəxs və sonradan tanıdığı Təqsirləndirilən şəxsda orada olmuşdur. Təqsirləndirilən şəxs “MilliÖn” aparatının önündə dayanmışdır. Zərərçəkmiş şəxs isə çıxışa tərəf gedən zaman Təqsirləndirilən şəxs ilə rastlaşmış və dərhal geriyə çəkilərək ondan uzaqlaşmaya başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ardınca qaçaraq saçından tutub dartaraq bir neçə dəfə Sürayənin baş nahiyəsinə əli ilə zərbələr vurmuşdur. Sonra onları marketin işçiləri ayırmışlar. Hadisənin nə səbəbə baş verməsini Şahid3 başa düşə bilməmiş, ona görə ki Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dialoq olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qıcıqlandıracaq heç bir söz və ya hərəkət etməsini görməmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs marketdən çıxaraq uzaqlaşmışdır. Təqsirləndirilən şəxs isə halı pis olduğundan bir neçə dəqiqə marketdə qalmış və sonradan o da marketdən çıxmışdır. Şahid3 sonradan bilmiş ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ailələri arasında 7-8 ay əvvəl Sürayənin övladları Kazımov Gündüz, Kazımov Pərviz və Sürayənin qaynı övladları Kazımov Elməddin və Kazımov Niyaməddin Təqsirləndirilən şəxs oğlu Namazov Muraz ilə aralarında yaranmış mübahisə Namazov Murazın ölümü ilə nəticələndiyindən ədavət vardır. Bu hadisə barədə bilirmiş lakin Namazova Mələyi tanımırmış. Hadisədən sonra Vüsalə də marketdən çıxaraq evə getmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs qonşu kimi 7-8 ildir ki tanıyırmış. Hadisənin təxmini 1 dəqiqə çəkdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında heç bir dialoq olmamış və Sürayə qıcıqlandırıcı və ya təhqiredici ifadə işlətməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 24 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaq aparılmışdır (i.v.1); - 12 dekabr 2024-cü il tarixli Məhkəmə-tibbi ekspertizasının 1695 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşahidə olunan təpə nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlikləri - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir.(i.v. 13-14); - 13 yanvar 2025-ci il tarixli “baxış aparılması” haqqında protokoldan görünür ki, cinayət təqibi üzrə icraat zamanı hadisə yerinə - zərər çəkmiş şəxsə qarşı xuliqanlıq hadisəsi baş vermiş yerlərə, Gəncə şəhəri, İstanbul küçəsində yerləşən “Almarketə” hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerlərinin fotoşəkilləri çəkilmişdir (i.v. 24); - xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.29); - 24 yanvar 2025-ci il tarixli “video görntüyə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində ictimai yer olan Gəncə şəhəri, İstanbul küçəsində yerləşən “Al market”də olan zaman ödəniş etmək üçün “MilliÖn” aparatına yaxınlaşmış, bu zaman qonşusu Zərərçəkmiş şəxs görmüşdür. Görən zaman Zərərçəkmiş şəxs dərhal ondan uzaqlaşmağa başlamış, lakin Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan onun ardınca qaçaraq saçından tutmuş və dartmışdır, baş nahiyyəsinə bir neçə dəfə yumruq ilə zərbələr vurmuşdur. Bu zaman “Almarket”in işçiləri onları ayırmış, lakin Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs saçından tutaraq özünə tərəf çəkmiş və bir neçə dəfə yumruq ilə zərbələr vurmuşdur. Sonra onları yenidən ayırmışlar və Zərərçəkmiş şəxs “Almarket”i tərk etmişdir. Təqsirləndirilən şəxs isə halı pis olduğundan bir müddət “Almarket”də qalmışdır (i.v.40); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanserindən alınmış 24 yanvar 2025-cü il tarixli, 514 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur.(i.v.72); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 31 yanvar 2025-ci il tarixli 783 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur (i.v.73); - 26 fevral 2025-ci il tarixli “cinayətin tövsif edilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir (i.v.97); - 01 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək” haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə görə yenidən ittiham elan edilmişdir ( i.v.143-144); - Gəncə şəhər İHB-nin 3 saylı İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur (i.v.163); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Tərəflər arasında münaqişənin ictimai yerdə baş verməsi, münaqişənin gedişatında cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai qaydalara qarşı etinasızlıq göstərilməsi, əxlaq normalarını və cəmiyyətdə hamılıqla qəbul olunmuş davranış qaydalarının kobud surətdə pozulması halları şahid ifadələri ilə kifayət qədər təsdiq olunmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir və bununla bağlı Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Şamil oğluna təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmiş və ona 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut,mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356,358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1200 (min iki yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi Şamil oğluna ödənilməsi üçün dövlət büdcəsinin hesabına 330 (üç yüz otuz manat) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №1(125)-142/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-142/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver