Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-143/2022 30.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, ünvan 2-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişikliklər edilməmiş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM madelli avtomat və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı və atəşə yararlı 25 ədəd patronları və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 01 ədəd daraq əldə edib saxlamış, barəsində qanunsuz olaraq odlu silah əldə edib, gəzdirməsi və saxlaması barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-yə daxil olmuş məlumat əsasında 29 aprel 2022-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Şəddadilər küçəsində saxlanılmış, həmin gün saat 19 radələrində yaşadığı Gəncə şəhəri, ünvan 1 ünvanınında yerləşən evə baxış zamanı evin həyətyanı sahəsindən 01 ədəd polimer bükümdə 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişikliklər edilməmiş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM madelli avtomat və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı və atəşə yararlı 25 ədəd patronları və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Gəncə şəhəri ünvan 5-də tək yaşayır. Heç bir yerdə rəsmi olaraq işləmir, fərdi əmək kimi fəhləliklə məşğul olur. Təxminən dörd il bundan əvvəl Gəncə şəhəri Nizami rayon Hərbi Komisarlığın yaxınlığından keçərkən, orada olan məişət tullantıları atılan qabların yanında ağ torbaya bükülmüş bir bağlama olduğunu görmüşdür. Həmin bağlama onun diqqətini çəkmişdir. Sonra bağlamanı götürüb içərisinə baxanda görmüşdür ki, həmin bağlamanın içərisində bir ədəd üzərində darağı olan avtomat və bir neçə dənə avtomat patronları olmuşdur. O həmin kisəni oradan götürüb özümlə yaşadığı evə aparmışdır. O həmin silah olan bağlamanı yaşadığı evin həyətində olan tikinti taxtalarının altında gizlətmişdir. O bəzən həmin silaha gizli olaraq baxırmış. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində - Gəncə şəhər Şəddadilər küçəsi ilə yaşadığı evə gedən zaman iki nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları olduğunu bildirmişdirlər. Sonra onu 2-ci Poltis Şöbəsinə getməyini tələb etmişdirlər. Sonra polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 2-ci Polis Şöbəsinə getmişdir. 2-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqda video çəkiliş ilə Müdafiəçi iştirakı ilə xidməti otaqda onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya kütlə aşkar olunmamışdır. Bundan sonra o yaşadığı evdə bir ədəd avtomatı və patronları saxladığını və həmin əşyaları təqdim edə biləcəyini bildirmişdir. Sonra onun razılığı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Yaşadığı evin həyətində olan şüşə balonlar və taxta materialları yığılan yerin altında avtomat markalı silahın olduğunu bildirmişdir. Həmin yerdən ağ rəngli kisəyə bükülmüş torba aşkar olunmuşdur. Həmin torbanın içərisindən bir ədəd üzərində hər hansı bir rekvizit və ya seriya nömrəsi olamayan kalaşnikov avtomatı, üzərində bir ədəd içərisi boş vəziyyətdə olan daraq və 25 ədəd 7,62 kalibirli avtomat patronları aşkar olunaraq götürülmüşdür. Daha sonra üzəri möhürlənərək tərəflərindən imzalanmışdır.O həmin avtomat, daraq və 25 ədəd patronu təxminən 4 il əvvəl Gəncə şəhərii Nizami rayon Hərbi Komisarlığın yaxınlığından məişət tullantılarından tapmış və həmin avtomatdan heç vaxt istifadə etməmişdir. O həmin silahı əldə etdikdən sonra həmin silahdan hər hansısa bir formada atəş açmamışdır. Həmin silahın nömrəsinin kim tərəfindən və hansı məqsədlə silinməsini bilmir. O avtomatın üzərində hər hansı bir əlavə dəyişiklik etməmişdir.Onun qanunsuz olaraq avtomat, daraq və 25 ədəd patronu əldə edərək yaşadığı evdə saxlamağından heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. O sözügedən cinayət əməlindən başqa digər hər hansısa bir cinayət əməli törətməmiş və belə bir məqsədi də, olmamışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir, bununla bağlı hər hansı bir vəsatəti və ya şikayəti yoxdur. O törətdiyi əməldən peşmandır. Özünün müdafiəsi ilə əlaqədar hər hansı bir dəlil və ya sübutu yoxdur. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 17:40-da Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah əldə edib daşıması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o və Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şəddadilər küçəsində olduğunu müəyyən edərək həmin əraziyə getmişdirlər və Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şəddadilər küçəsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz odlu silah əldə edib gəzdirməkdə şübhəli olduğunu bildirərək Gəncə BPİ-nin 2-ci PŞ-nə dəvət etmişdirlər. Gəncə BPİ-nin 2-ci PŞ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil X1 onun müdafiəçisi kimi iştirakı təmin edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş narkotik vasitə, həmçinin odlu silah olub-olmaması əgər varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş həmçinin odlu silahın olmadığını, lakin yaşadığı evdə odlu silah saxladığını və həmin silahı təqdim edə biləcəyini demişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir.Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməzdən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə ehtiyac olmadığını, özü həmin silahın olduğu yeri göstərib silahı təqdim edəcəyini bildirmişdir. Evin həyətinə daxil olduqdan sonra solda fərdi yaşayış evi, qarşı tərəfdə isə həyətyani sahə və ağaclar yerləşirdi. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan şüşə balonlar yığılan yerin alt hissəsindən bir ədəd ağ rəngli kisəyə bükülmüş bağlamanın olduğu yeri təqdim etmişdir. Həmin bağlama tərəflərindən götürülərək bağlamanın içərisinə baxış keçirilmişdir. Bağlamanın içərisindən bir ədəd qundaqsız üzərində heç bir seriya nömrəsi olmayan kalaşnikov avtomatı, bir ədəd avtomatın üzərində olan sandıq və 25 ədəd avtomat patronları aşkar olunaraq götürülmüşdür. Vət. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qundaqsız üzərində heç bir seriya nömrəsi olmayan kalaşnikov avtomatı, bir ədəd həmin avtomatın üzərində olan sandıq və 25 ədəd avtomat patronları markasının, yivli silah olub-olmamasının, döyüş silahı, döyüş sursatı olub-olmamasının, istifadəyə yararlı olub-olmamasının və əvvəllər hərhansı cinayətdə istifadə edilibedilməməsini, müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilməsi. üçün sənədləşdirilmişdir.Onun Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:40-da Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah əldə edib daşıması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o və Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şəddadilər küçəsində olduğunu müəyyən edərək həmin əraziyə getmişdirlər və Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şəddadilər küçəsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz odlu silah əldə edib gəzdirməkdə şübhəli olduğunu bildirərək Gəncə BPİ-nin 2-ci PŞ-nə dəvət etmişdirlər. Gəncə BPİ-nin 2ci PŞ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil X1 onun müdafiəçisi kimi iştirakı təmin edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş narkotik vasitə, həmçinin odlu silah olub-olmaması əgər varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş həmçinin odlu silahın olmadığını, lakin yaşadığı evdə odlu silah saxladığını və həmin silahı təqdim edə biləcəyini demişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir.Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməzdən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə ehtiyac olmadığını, özü həmin silahın olduğu yeri göstərib silahı təqdim edəcəyini bildirmişdir. Evin həyətinə daxil olduqdan sonra solda fərdi yaşayış evi, qarşı tərəfdə isə həyətyani sahə və ağaclar yerləşirdi. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan şüşə balonlar yığılan yerin alt hissəsindən bir ədəd ağ rəngli kisəyə bükülmüş bağlamanın olduğu yeri təqdim etmişdir. Həmin bağlama tərəflərindən götürülərək bağlamanın içərisinə baxış keçirilmişdir. Bağlamanın içərisindən bir ədəd qundaqsız üzərində heç bir seriya nömrəsi olmayan kalaşnikov avtomatı, bir ədəd avtomatın üzərində olan sandıq və 25 ədəd avtomat patronları aşkar olunaraq götürülmüşdür. Vət. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qundaqsız üzərində heç bir seriya nömrəsi olmayan kalaşnikov avtomatı, bir ədəd həmin avtomatın üzərində olan sandıq və 25 ədəd avtomat patronları markasının, yivli silah olub-olmamasının, döyüş silahı, döyüş sursatı olub-olmamasının, istifadəyə yararlı olub-olmamasının və əvvəllər hərhansı cinayətdə istifadə edilibedilməməsini, müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilməsi . üçün sənədləşdirilmişdir.Onun Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/338R nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibirli Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim edilmiş 25 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov atomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərədə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. -Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərləı müqayisə edilib nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 25 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-in KTİ-nin xx.xx.2022-ci il tarixli 011-5178-1222 nömrəli məktubdan görünür ki, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri Azərbaycan Respublikası Daxili X2 Tədqiqatlar İdarəsinin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmışdır. Müqaisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan video çəkiliş ilə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər 2-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci PŞ -də Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis baş kapitanı X5, Gəncə şəhər BPİ-nin 2-ci PŞ -nin CAB-ın əməliyyat müvəkkili polis mayoru Şahid1, həmin bölmənin əməliyyat müvəkkili baş leytenantı X4, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və oun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş narkotik vasitə, həmçinin odlu silah olub-olmaması əgər varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə, həmçinin odlu silahın olmadığını, lakin yaşadığı evdə odlu silah saxladığını və həmin silahı təqdim edə biləcəyini demişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan video çəkiliş ilə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə video çəkiliş ilə baxış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki,Gəncə şəhəri ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində Gəncə şəhər 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X5, Gəncə şəhər 2-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1, həmin bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müfdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhər ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə ehtiyac olmadığını, özü həmin silahın olduğu yeri göstərib silahı təqdim edəcəyini bildirmişdir. Evin həyətinə daxil olduqdan sonra solda fərdi yaşayış evi, qarşı tərəfdə isə həyətyanı sahə və ağaclar yerləşir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan şüşə balonlar yığılan yerin alt hissəsində bir ədəd rəngli kiəsəyə bükülmüş bağlamanın yerini göstərmiş və həmin bağlama polis əməkdasşları tərəfindən götürülərək bağlamanın içərisinə baxış keçirilmişdir. Bağlamanın içərisində bir ədəd qundaqsız üzərində heç bir seriya nömrəsi olmayan Kalaşnikov avtomatı, bir ədəd avtomatın üzərində olan sandıq və 25 ədəd avtomat patronları aşkar olunaraq götürülmüşdür. Vət. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qundaqsız üzərində heç bir seriya nömrəsi olmayan kalaşnikov avtomatı, bir ədəd həmin avtomatın üzərində olan sandıq və 25 ədəd avtomat patronları markasının, yivli silah olub-olamamsını, döyüş silahı, döyüş sursatı olub-olmamasını, istifadəyə yararlı olub-olmamaasını və əvvəllər hər hansısa cinmayətdə istifadə edilib-edilməməsini müəyyən edilməsi məqsədi ilə Azərbaycan respublikası DİN-nin KTİ-nə göndərilməsi üçün sənədləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında” 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişikliklər edilməmiş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM madelli avtomat, zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı və atəşə yararlı 22 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 01 ədəd daraq iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş və xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər 2-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhər ünvan 7 ünvanına baxış və götürmə keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Rsepublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə cəzası təyin edilmiş, xx.xx.2014-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarına əsasən 2000 (iki min) mant cərimə cəzası Azərbaycan Respublikası CM-nin 44.4-cü maddəsi tətbiq edilərək 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(044)-41/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-519/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2022ci il tarixli 1(044)-41/2022 saylı hökümdən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılnmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şübhəli şəxsin tutuma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə şübəhli şəxs qismində tutularaq Gəncə Şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatı əldə edib daşıyaraq saxlaması məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmənin qənaətinə görə, hazırki halda təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda törətdiyi digər cinayət əməli ilə bağlı olaraq Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(044)-41/2022 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməkdədir. Bu hal onun cinayət törətməyə meyilli şəxs olmasını deməyə əsas verir və onun törətdiyi əməldən peşman olmasını bildirməsini əsas götürülməklə həbslə bağlı olmayan cəzanın təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin qarşısının alınmasına xidmət edə bilməz. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətinin mənfi səciyyələnməsi, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona həmin Məcəllənin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(044)-41/2022 saylı hökmü ilə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla, qəti cəza təyin edilməlidir, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 29 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər 2-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhər ünvan 7 ünvanına baxış və götürmə keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişikliklər edilməmiş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM madelli avtomat, zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı və atəşə yararlı 22 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X8 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(044)-41/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra Gəncə şəhər 2-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhər ünvan 7 ünvanına baxış və götürmə keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın, Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişikliklər edilməmiş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM madelli avtomat, zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı və atəşə yararlı 22 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-143/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-143/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver