Məhkəmə qərarları › İş №1(125)-143/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-143/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-143/2025 23.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər - Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Ruzigar oğlunun və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də sosial işçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3ndə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 25 iyun 2024-cü il tarixdə saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər ilə bir qrup şəxs halında ünvan 4 ünvanında yürləşən “Brend Hause” mağazasının yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını pozub ətrafda olan şəxslərə qarşı laqeydlik göstərib kobud hərəkətlər etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək elementar davranış, əxlaq və mənəviyyat normalarını pozub Zərərçəkmiş şəxs onun xalası qızı X10 və dayısı qızı X3 ilə kobud danışmasını və onları təhqir etməsini bəhanə kimi gətirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib Zərərçəkmiş şəxs yumruqla sifət nahiyyəsinə vuraraq ona sağ almaçıq nahiyyəsinin qançırları, Zərərçəkmiş şəxs qaçmaq istəyən zaman onun ayağına zərbə vuraraq yerə yıxılmasına və hər iki dirsək, sol diz nahiyyələrinin, daha sonra hadisənin davamı olaraq tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə Zərərçəkmiş şəxs yerdə təpik zərbələri vuraraq ona sağ çiyin nahiyyələrinin qançırları xəsarətləri ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 25 iyun 2024-cü il tarixdə saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər ilə bir qrup şəxs halında Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Brend Hause” mağazasının yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını pozub ətrafda olan şəxslərə qarşı laqeydlik göstərib kobud hərəkətlər etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək elementar davranış, əxlaq və mənəviyyat normalarını pozub Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs1 xalası qızı X10 və dayısı qızı X3 ilə kobud danışmasını və onları təhqir etməsini səbəb kimi gətirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yumruqla sifət nahiyyəsinə vurduqdan sonra Zərərçəkmiş şəxs qaçan zaman Təqsirləndirilən şəxs1 onun ayağına təpik vurub yerə yıxdıqdan sonra hadisənin davamı olaraq tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə yerdə Zərərçəkmiş şəxs təpik zərbələri endirərək Zərərçəkmiş şəxs sağ çiyin nahiyyələrinin qançırları xəsarətləri ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişlər. Məhkəmə baxışı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhər DOST iş mərkəzində dalandar vəzifəsində işləyir. İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla, İİİ dərəcəli müharibə əlilidir. Hadisə ilə əlaqədar göstərmişdir ki, bacısı Fidan Əliyeva və qardaşının həyat yoldaşı Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Gülay Parfüm“ mağazasında satıcı işləyir. X17 şəhəri Nizami küçəsində yerləşən “Gülay Parfüm“ mağazasının yanında iki ədəd soyuducu qoyub sərin içkilər satır. xx.xx.2024-cü il tarixdə bacısı ona zəng edərək tanımadığı bir nəfər şəxsin mağazaya gələrək onları təhqir etdiyini və mağazanın qarşısındakı soyuducunu sındırdığını demişdir. Bundan sonra o, dərhal bacısının işlədiyi mağazaya getmiş və müşahidə kamerasına baxan zaman həqiqətən bir nəfər adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs bacısının işlədiyi mağazaya gələrək bacısı ilə mübahisə edib onu təhqir etdiyini görmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs mobil nömrəsini tapmış, lakin onunla əlaqə saxlaya bilməmiş, çünki onun nömrəsinə zəng çatmamışdır. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə o, dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində Zərərçəkmiş şəxs məxsus “Bursa Dönər“ deyilən kafeyə gedib Mikayıla zəng edib onu işlədiyi kafeyə çağırmış və təxminən 10 dəqiqə sonra Mikayıl kafeyə gəlmişdir. Bu zaman o Mikayılı görən kimi onun üstünə getmiş və yumruqla sifət nahiyəsinə vurmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Brend Hause“ mağazası tərəfə qaçmış, o isə Mikayılın arxasınca qaçıb ayağına zərbə endirib onu yerə yıxmışdır. Zərərçəkmiş şəxs yerə yıxıldıqda o, onu yerdə təpiklə və yumruqla vurmağa başlamışdır. Həmin vaxt dostu Ömərdə təpik və yumruqla Mikayılı vurmuşdur. Bu zaman yoldan keçən şəxslər və ətrafda xidmət aparan polis əməkdaşları gəlib onları aralamış və polislər onları Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. Hadisə təxminən bir-iki dəqiqə müddətində davam etmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslə barışmışdır. Sonda əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və onunla barışıq əldə etməsini, müharibə iştirakçısı olmaqla, İİİ dərəcəli əlil olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla, İİ dərəcəli müharibə əlilidir. Təqsirləndirilən şəxs1 ilə İİ Qarabağ müharibəsi zamanı tanış olmuş və aralarında dostluq münasibətləri var. xx.xx.2024-cü il tarixdə o, telefon vasitəsi ilə Kənan ilə danışan zaman Kənan ona Gəncə şəhəri, Nizami küçəsində yerləşən Bayraq meydanında olduğunu demişdir. Bundan sonra o özünə məxsus avtomobillə Gəncə şəhəri, Nizami küçəsində yerləşən Bayraq meydanının yaxınlığına getmiş, ora gedən zaman məlum olmuşdur ki, dostu Kənanın dayısı Bəyanətin Gəncə şəhəri, Nizami küçəsi “Gülay Parfüm” mağazasının yaxınlığına qoyduğu üç ədəd soyuducu Zərərçəkmiş şəxs adlı şəxs tərəfindən sındırılmış, eyni zamanda həmin şəxs Kənanın mağazada işləyən qadın qohumlarını söyüb təhqir etmişdir. Bundan sonra o, Kənanla birlikdə hadisənin səbəbi ilə maraqlanmaq üçün Mikayılın işlədiyi Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Bursa Dönər” adlı kafeyə getmiş, lakin Mikayılı orada tapmamışlar. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Bursa Dönər” kafesinin qarşısına getmiş, həmin vaxtı Təqsirləndirilən şəxs1 oraya gəlmiş və Kənan Zərərçəkmiş şəxs zəng edib onu işlədiyi kafenin qarşısına çağırmışdır. Təxminən 10 dəqiqə sonra Mikayıl oraya gəlmiş və Mikayıl onlara yaxınlaşan zaman dostu Kənan ona tərəf gedib sifət nahiyyəsinə bir yumruq vurmuşdur. Bundan sonra Mikayıl qaçmaq istəyəndə Kənan onun ayağına zərbə vuraraq onu yerə yıxmışdır. Bu zaman o da Mikayıla yaxınlaşmış və yumruqla Mikayılın başına, təpiklə bədən nahiyəsinə isə bir neçə zərbə vurmuşdur. Bu zaman ətrafda yoldan keçən şəxslər və ərazidə xidmət aparan polis əməkdaşları gəlib onları aralamış və polis əməkdaşları onları Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. Hadisədən sonra zərərçəkmiş şəxslə barışmışdır. Sonda əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və onunla barışıq əldə etməsini, müharibə iştirakçısı olmaqla, İİ dərəcəli əlil olmasını, həmçinin düşmən əsrliyində olmasını və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, fərdi olaraq Gəncə şəhəri, Bayraq meydanının yaxınlığında yerləşən “Bursa dönər” adlı kafeni işlədir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında oğlu Orxan ilə iş yerində olduqları zaman iş yerinin yaxınlığında ətir satan adını bilmədiyi şəxs onun obyektinin qarşısına 4 ədəd soyuducu gətirib qoymuşdur. Həmin vaxt isə o oğlu Orxana həmin soyuduculardan birini kənara çəkməsini bildirmiş, oğlu Orxan da soyuducunu kənara çəkmək istədikdə soyuducu aşaraq yerə düşmüşdür. Bu zaman həmin ətir satan şəxslə aralarında mübahisə yaranmış, lakin həmin yerə polislər gəlmiş və mübahisə dayanmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 10 radələrində idarə etdiyi “NİVA” markalı avtomaşın ilə Gəncə şəhəri, Bayraq meydanının yaxınlığında olduğu zaman tanımadığı bir şəxs əl hərəkəti ilə avtomaşını saxlamağını bildirmiş və o sağa çəkərək avtomaşını saxlamış, yerə enərək həmin şəxsə yaxınlaşdıqda orada olan təxminən 3-4 nəfər şəxs ona heç bir şey demədən onu yumruq və təpik zərbələri ilə döymüşlər. Bu zaman oraya polis əməkdaşları yaxınlaşmış və onları ayırmışdır. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Lakin həmin şəxslər işlətdiyi “Bursa Dönər“ adlı kafenin qarşısında olan şəhid bulağının yanına 4-5 ədəd dondurma üçün soyuducu qoymuş, o da həmin şəxslərə öz iradını bildirib soyuducuların şəhid bulağının qarşısını kəsdiyini dediyi üçün onlar arasında mübahisə yaranmışdır. Hadisə təxminən 1-2 dəqiqə davam etmiş və həmin vaxtı ətrafda onun tanımadığı şəxslər olmuşdur. Hazırda hər iki təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı tərəflərin razılığı ilə ifadəsi tədqiq edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri vəzifəsində işləyir. Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. O, xx.xx.2024-cü il tarixdə səhər saat 08:00-dan 20:00-dək Gəncə şəhəri, Nizami küçəsində Bayraq meydanında xidmətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bayraq meydanının qarşısında olan “Brend Hause” mağazasının qarşısında insanların toplaşdığını görmüşdür. O dərhal Bayraq meydanından “Brend Hause” mağazası istiqamətində hərəkət etməyə başlamışdır. O “Brend Hause” mağzasının qarşısına keçəndə 3-4 nəfərin bir nəfər adı sonradan məlum olan Zərərçəkmiş şəxs təpik və yumruqla döydüklərini görmüşdür. O həmin şəxslərə yaxınlaşmış və onları nizam-intizama dəvət etmişdir. O həmin şəxsləri sakitləşdirdikdən sonra baş vermiş hadisə barədə manqa komandirinə məlumat verib hadisə yerinə patrul avtomobili çağırmışdır. Patrul avtomobili gəldikdən sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparıb həmin şəxsləri raportla növbətçi hissəyə təhvil verib özü xidməti yerinə qayıtmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə iclasında tədqiq edilmiş 12 noyabr 2024-cü il tarixdə Təhlükəsiz Şəhər kamerasından əldə olunmuş görüntüyə baxış keçirilən zaman məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ictimai yer hesab edilən Gəncə şəhəri, Nizami küçəsi ilə Azərbaycan Bayrağı küçəsi istiqamətində telefon ilə danışa-danışa gedir, bir nəfər adı sonradan istintaqa məlum olan Təqsirləndirilən şəxs1 ona arxadan yaxınlaşaraq yumruqla sifət nahiyyəsinə bir zərbə endirir, bu zaman Zərərçəkmiş şəxs Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi istiqamətində qaçan zaman Təqsirləndirilən şəxs1 arxadan onun ayağına təpiklə zərbə endirir. Həmin zərbədən sonra Zərərçəkmiş şəxs yerə yıxılır, o, yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan bir neçə şəxs ona çataraq yerdə yumruq və təpik zərbələri endirirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin Zərərçəkmiş şəxs Gəncə şəhəri, Nizami küçəsi ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində “Brend Hause” mağazasının yaxınlığında döymləri ətrafdakı insanların diqqətini cəlb edir, avtomobillərin hərəkəti bir anlıq məhdudlaşdırılır və ətrafa təxminən 10- 15 nəfər şəxs toplaşır, ətrafda xidmət aparan polis əməkdaşları müdaxilə etdikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin qanunsuz hərəkətlərinin qarşısı alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 video görüntüdə olan və Zərərçəkmiş şəxs döyən şəxslərdən ikisinin onlar olduğunu, lakin qalan şəxsləri tanımadıqlarını həmin şəxslərin yoldan keçən və onları ayırmaq istəyən şəxslər olduğunu bildirmişlər. Məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd “DVD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs X12 ilə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Gülay” parfum mağazasına girərək həmin mağazada işləyən qadınlara əl qol hərəkətləri etdiyini və X5 məxsus köşkün qarşısına qoyduğu soyuducuları oğlu Qoca Orucov bilərəkdən əli ilə qəsdən yerə yıxdığını və soyuduculardan ikisinin yıxılaraq sındığı görünür. 17 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yumruq və təpiklə vuraraq xəsarət yetirdiyi yerə baxış keçirilərək bu barədə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 28 fevral 2025-ci il tarixli 136 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 “Üzvi mənşəli şəxsiyyət pozuntusu “XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 keçirdiyi Üzvi mənşəli şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəli mülayim ifadə olunması səbəbindən onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X15 xx.xx.2024-cü il tarixli, 886 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-hər iki dirsək sol diz nahiyyələrinin sıyrıqları, sağ almacıq, sağ çiyin nahiyyələrinin qançırları- bərk KÜT əşyanın (əşyaları) təsiri nəticəsində əmələ gəlmiş və əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X15 xx.xx.2024-cü il tarixli, T728/2024 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol dirsək, sağ diz nahiyyələrinin sıyrıqları, sağ almacıq, sol çənəaltı, sağ çiyin nahiyyələrinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdi, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olunduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakteri və lokalizasiyası onların şəxsin öz boyu hündürlüyündən sərbəst yıxılması zamanı deyil, kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilməsinə uyğun gəlir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə əməliyyat tapşırığı verilmiş, əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə Nizami küçəsinin kəsişməsində Zərərçəkmiş şəxs döyərək müxtəlif bədən xəsarətləri yetirən zaman ətrafda olan şahidləri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs döyən zaman yanlarında olan digər 4 nəfər şəxsin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Medalının № İ-11615 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının № İ-20929 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının № İ-6620 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının № İ-2950 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının № İ-53625 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının № İ-4843 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının № İ-17895 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi ********** nömrəli Əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ikinci dərəcəli əlillik verilmişdir. Elektron Məhkəmə informasiya sistemindən çıxarılmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında sənəddən görünür ki, Təqsirləndirilən şəxs1 üçüncü dərəcəli əlillik verilmişdir. Elektron Məhkəmə informasiya sistemindən çıxarılmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlildir. AZ-İV seriyalı, 253686, 253687 və 253688 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Zəhra, Çingiz və Mübariz doğulmuşdur. Valideynləri: atası – Təqsirləndirilən şəxs2, anası – X2 qeyd edilmişdir. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 25 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından naməlum şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2025-ci il tarixli 123 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə dispanserdə müainədə olmuş və ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu” F07.0 diaqnozu qoyularaq PND-rə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli 1467 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2025-ci il tarixli 1402 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli 1468 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” 12 noyabr 2024-cü il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 12 noyabr 2024-cü il tarixdən 18 yanvar 2025-ci il tarixədək 02 (iki) ay 06 (altı) gün şübhəli şəxs, həbs və ev dustaqlığı qismində saxlanılmış və 18 yanvar 2025-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 12 noyabr 2024-cü il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 12 noyabr 2024-cü il tarixdən 11 yanvar 2025-ci il tarixədək 01 (bir) ay 29 (iyirmi doqquz) gün şübhəli şəxs, həbs və ev dustaqlığı qismində saxlanılmış və 11 yanvar 2025-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qərəzli xuliqanlıq hərəkətləri etmiş, bununla ictimai təhlükəli əməli törətmiş və onların əməlində cinayət tərkibinin bütün əlamətlərinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olması, özlərinin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlıq, həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə törədildikdə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinin tələbinə uyğun olaraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş hallar məhkəmənin hökmündə təqsirləndirilən şəxslərin hər birinə aid olan hissədə ayrı-ayrılıqda qeyd edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək peşman olmasını, yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Vətən müharibəsi iştirakçısı olmaqla döyüşdə yaralanmasını, müxtəlif medallarla təltif edilməsini, “Üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkməsini və İİİ dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarından islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə qaldığı 02 ay 06 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün islah işləri cəzasının dörd gününə bərabər tutularaq, cəmi 08 ay 24 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək peşman olmasını, yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Vətən Müharibəsi iştirakçısı olmaqla döyüşdə yaralanmasını, əsirlikdə olmasını, müxtəlif medallarla təltif edilməsini, İİ dərəcəli əlil olmasını və himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarından islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında qaldığı 01 ay 29 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün islah işləri cəzasının dörd gününə bərabər tutularaq, cəmi 07 ay 26 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri müəyyən edilməmişdir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ruzigar oğlu tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (28 aprel 2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 Ruzigar oğluna ödənilməsi üçün onun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına 110 (yüz on) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (28 aprel 2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına 110 (yüz on) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 12 noyabr 2024-cü il tarixdən 14 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və 16 noyabr 2024-cü il tarixdən 18 yanvar 2025-ci il tarixədək həbs və ev dustaqlığında olduğu 02 ay 04 gün müddət olmaqla cəmi 02 ay 06 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü islah işləri cəzasının 04 (dörd) gününə bərabər tutularaq cəmi 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) ay 06 (altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 12 noyabr 2024-cü il tarixdən 14 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və 16 noyabr 2024-cü il tarixdən 11 yanvar 2025-ci il tarixədək həbs və ev dustaqlığında olduğu 01 ay 27 gün müddət olmaqla cəmi 01 ay 29 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü islah işləri cəzasının 04 (dörd) gününə bərabər tutularaq cəmi 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) ay 04 (dörd) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 Ruzigar oğluna ödənilməsi üçün dövlət büdcəsinin hesabına 110 (yüz on) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 110 (yüz on) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar