Məhkəmə qərarları › İş №1(125)-144/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-144/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-144/2023 10.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 22, mənzil 70-də qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə ŞəhərMəhkəməsinininzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,199 qram narkotik vasitə olan heroini və ayrı ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,133 qram olan ümumi təmiz çəkisi 0,379 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Azərbaycan Respulikası DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən 14 sentyabr 2022-ci il tarixdə, saat 13:30-də o,Gəncə şəhər Atatarük prospektində saxlanılaraq Gəncə şəhər Atatürk prospekti 41 ünvanında yerləşən Azərbaycan Respulikası DİN-nin BNMİ-nin QBRŞ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən tündgöy rəngli eynək qabının içərisində 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,199 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 (iki) ədəd qara rəngli kağız bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,133 qram olan ümumi təmiz çəkisi 0,379 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Üzərindən aşkar olunan bir ədəd bükümdə narkotik vasitə heroini və iki ədəd bükümdə psixotrop maddə metamfetamini 14 sentyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində Gəncə şəhərində 24 nömrəli orta məktəbin ərazisindən tapmış və özünün istifadəsi üçün üzərində saxlayırmış. 14 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Gəncə şəhəri Atatürk prospektində, yolun kənarında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onun narkotik vasitəni saxlamağında şübhəli olduğunu bildirmişdirlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını ona bildirmişdirlər. Polis əməkdaşları onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirmişdirlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobilə əyləşib özləri ilə birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, içərisində bir büküm narkotik vasitəheroin və iki büküm psixotrop maddəmetamfetamin olan göy rəngliqabı şalvarının sağ yan cibindən çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış keçirərkən başqa qanunsuz əşya aşkar olunmamışdır. Həmin qaba baxış keçirərkən içərisindəki iki ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə narkotik vasitə heroin, narkotik vasitənin qəbulunda istifadə etdiyi bir ədəd yarısı qırılmış şüşə ampula aşkar olunmuşdur. Həmin bükümlər onun iştirakı ilə elekrton tərəzidə çəkilmişdir. İçərisində heroin olan həmin bükümün çəkisi 0,35 qram, metamfetamin olan iki bükümün çəkisi 0,51 qram oldu. Həmin bükümlər şüşə ampula ilə birlikdə olduğu qaba qoyularaq bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmışdır. Əməlindən peşmandır. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, O, DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri 4-cü mikrorayon ev 22 mənzil 70-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı tərəfindən müvafiq qərar qəbul edilməklə onun, eləcə də AR DİN-nin BNMİ-nin QBRŞ-nin operator polis nəfəri, polis baş serjantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirməyə başlamışdırlar. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Atatürk prospektində tərəflərindən saxlanılmış və özlərini ona təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, satması və üzərində saxlamasında şübhəli olduğunu izah edib onu özləri ilə birlikdə BNMİ-nin QBRŞ-nin inzibati binasına aparmışdırlar. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, operator polis nəfəri Şahid2 və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd göy rəngli eynək qabına bənzər əşyanı çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək həmin qabdakı bükümlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və üzərində başqa əşya olmamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd göy rəngli eynək qabının içərisindəki iki ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə narkotik vasitə heroin, narkotik vasitənin qəbulunda istifadə etdiyi bir ədəd yarısı qırılmış şüşə ampula aşkar olunmuşdur. Həmin bükümlər içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilmiş və içərisində heroinə oxşar kütlə olan büküm tərəzidə çəkilmiş və 0,35 qram, metamfetaminə bənzər kütlələr olan iki ədəd büküm ümumilikdə 0,51 qram olması müəyyən edilmiş və həmin kütlələr müvafiq zərfin içərisində qablaşdırılmış və qablaşdırmanın üzəri möhürlənərək onların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin QBRŞ-nin operator polis nəfəri Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video görüntü olan DVD disk cinayət işinin materiallara əlavə edilmişdir. Həmin video görüntülərə məhkəmə istintaqında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, DİN-nin BNMİ-nin QRBŞ-nin təhqiqatçısı polis mayoru X6, DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, DİN-nin BNMİ-nin operator polis nəfəri, polis baş serjantı Şahid2, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunubdur. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibində olan 2 ədəd “Samsung” markalı telefonları, sağ yan cibindən isə bir ədəd göy rəngli eynək qabına bənzər əşyanı xarib otaqdakı stolun üzərinə qoyub təqdim edərək həmin qabdakı bükümlərin narkotin vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, üzərində başqa əşya olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə, psixotrop madda, qanunla qadağan edilmiş əşya aşkar edilmədi. Məhkəmə-kimyəvi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 16/1112 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə və bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr və bir ədəd narkotik vasitəsinin istifadəsində saxlanılmış bir ədəd yarısı kəsilmiş şüşə ampula...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,199 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 (iki) ədəd qara rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,133 qram, ümumi təmiz çəkisi 0,379 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.1 (bir) ədəd baş hissəsi sınıq olan şüşə ampulanın içərisində və onun içərisində olan 1 ədəd pambıq qırıntısının üzərində heroin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmamışdır.Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli 1704 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci i tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda olmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Əliyev X1 və metamfetamindən asıllıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır. 05 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.179 qram olan heroin,0,279 qram metamfetamin, 1 ədəd şüşə ampula və şüşə ampulanın içərisində olan pambıq qırıntısı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmişdir. “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi subut kımı tanınmışdır və iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,199 qram narkotik vasitə olan heroini və ayrı ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,133 qram olan ümumi təmiz çəkisi 0,379 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitələri heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi, narkotik vasitəni satıb-satmaması, narkotik vasitəni əldə etməsində kömək edən şəxsin (şəxslərin) olub-olmamasını və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün ibtidai istintaq zamanı əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etməsində kömək edən şəxsin (şəxslərin) olub-olmaması və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsi barədə hər hansısa bir əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilsədə satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara özü tərəfindən bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini narkotik vasitə olan tiryəki əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitənin miqdarı, müxtəliliyi, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 14sentyabr 2022ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad olunmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun yekun cəzasından çıxılmalıdır. Cəzasının əvvəli məhkəmə zalında həbs olunduğu gündən, yəni 10 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli 1704 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar -Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmişTəqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.179 qram olan heroin,0,279 qram metamfetamin, 1 ədəd şüşə ampula və şüşə ampulanın içərisində olan pambıq qırıntısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş materiallarında saxlanmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.179 qram olan heroin, 0,279 qram metamfetamin, 1 ədəd şüşə ampula və şüşə ampulanın içərisində olan pambıq qırıntısıhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar