Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-145/2022 17.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi, döngə 1, ev 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, 05 ədəd keçmiş SSSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, təyinatı üzrə istifadə üçün yararlı, Makarov (PM) və Steçkin (APS) konstruksialı tapançaların döyüş sursatı hesab edilən ştat patronları və zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş və texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, hissə və mexanizimlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişikliklə edilməmiş, 9 mm kalibrli yivli odlu silah hesab edilən Makarov konstruksiyalı PM modelli tapança əldə edib saxlamış, barəsində qanunsuz olaraq narkotik vasitə və odlu silah əldə edib, gəzdirməsi və saxlaması barədə Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında 29 aprel 2022-ci il tarixdə saat 20 radələrində Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Ə.Hüseynzdə küçəsində saxlanılmış, həmin gün saat 21 radələrində yaşadığı Ə.Hüseynzadə küçəsi, 1-ci döngə, ev 5 ünvanında yerləşən evə baxış keçirilən zaman evin yataq otağında olan dolabın içərisindən 1 ədəd ağ rəngli sellefon torbaya bükülmüş vəziyyətdə 05 ədəd keçmiş SSSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, təyinatı üzrə istifadə üçün yararlı, Makarov (PM) və Steçkin (APS) konstruksialı tapançaların döyüş sursatı hesab edilən ştat patronları və zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş və texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, hissə və mexanizimlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişikliklə edilməmiş, 9 mm kalibrli yivli odlu silah hesab edilən Makarov konstruksiyalı PM modelli tapança aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə o, Gəncə şəhəri yaşadığı Ə.Hüseynzadə küçəsində olarkən iki nəfər mülki geyimdə ona yaxınlaşan polis əməkdaşları özlərini polis əməkdaşları kimi təqdim edərək saxlanılmasının səbəbini ona izah etmişlər və özləri ilə birlikdə onu Gəncə şəhər BPİ-nə binasına gətirmişlər. Orada ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Bundan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, odlu silah, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etməsini təklif edilmiş, o, polis əməkdaşlarına üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya predmet narkotik vasitə və ya odlu silah olmadığını demiş, bundan sonra polis əməkdaşları onun üzərinə axtarış keçirilmiş və üzərindən qanunla qadağan edilmiş əşya və predmet həmçinin odlu silah aşkar edilməmiş, lakin sorğu zamanı o yaşadığı ünvan 3 ünvanında odlu silah olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına müdafiəçisi ilə birlikdə getmişlər, onlar polis əməkdaşları ilə yaşadığı evin həyətinə daxil olmuş, yataq olağında yerləşən dolabın içərisəndən 1 ədəd ağ rəngli sellofan torba bükümü çıxardaraq təqdim etmiş, həmin sellofanın içərisində 1 ədəd “Makarov” tipli tapança üzərində boş sandıqca olan nömrə yeri silinmiş və 5 ədəd patron aşkar edilərək götürülmüşdür. Daha sonra həmin 1 ədəd Makarov tipli tapança 1 ədəd sandıqca və 5 ədəd patron polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. O həmin tapança, sandıqca və 5 ədəd patronu yaşadığı Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi yaxınlığında olan plana düşmüş evlərin arxa tərəfindən tapdığını, həmin silahı əldə etdikdən sonra həmin silahdan hər hansısa bir formada atəş açmadığını, həmin silahın nömrəsinin kim tərəfindən və hansı məqsədlə silinməsini bilmədiyini və silahın üzərində hər hansı bir əlavə dəyişiklik etmədyini bildirmişdir. Onun qanunsuz olaraq 1 ədəd Makarov konstruksiyalı PM modelli tapança əldə edərək yaşadığı evdə saxlamasından heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Sonda o, əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını nəzər alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və odlu silah daşıması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsində olduğunu müəyyən edərək həmin əraziyə getmişlər və Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə və odlu silah əldə edib gəzdirməkdə şübhəli olduğunu bildirərək Gəncə BPİ-nə dəvət etmişlər. Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş narkotik vasitə, həmçinin odlu silah olub-olmaması əgər varsa təqdim etməsi təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə, həmçinin odlu silahın olmadığını, lakin yaşadığı evdə odlu silah saxladığını və həmin silahı təqdim edə biləcəyini demişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir.Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməzdən əvvəl qapı bağlı olduğu üçün döyülmüş, qapını Təqsirləndirilən şəxs arvadı Ulduz Fərəcova açmış, Ulduz Fərəcova məlumatlandırılaraq hüquqları izah olunmuş, baxış keçirilməsinə etirazının olub-olmaması və baxışda iştirak etmək istəyib istəməməsi soruşulmuşdur. Ulduz Fərəcova baxış keçirilməsinə etirazının olmadığını, lakin baxışda iştirak etmək istəmədiyini bildirmiş, daha sonra iştirakçılarla birlikdə evin həyətinə daxil olunmuş, həyətə girişdən sağ tərəfdə yaşayış evi olmuşdur. Yaşayış evi aynabənd və yataq otağından ibarət olmaqla 2 otaqdan ibarət olmuş, həyətdən aynabəndə daxil olduqda düz istiqamətdə yataq otağının giriş qapısı yerləşmiş, sağ tərəfdə 1 ədəd masa və 1 ədəd çarpayı yerləşmişdir. Yataq otağına daxil olduqda düz istiqamətdə mebel qarderob, yanında komod, sağ tərəfdə 1 ədəd çarpayı yerləşmişdir. Təqsirləndirilən şəxs yataq otağında yerləşən qarderobun içərisindən 1 ədəd ağ rəngli sellofan torba bükümü çıxararaq təqdim etmiş, həmin sellofan torba açıldıqda içərisində 1 ədəd “Makarov” tipli üzərində boş sandıqça olan, nömrə yeri silinmiş tapança aşkar edilmiş, eyni zamanda həmin torbada olan sarı rəngli sellofan torbaya bükülü “Makarov” tipli tapançaya aid 05 ədəd mərmi aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin silah və sursatları haradan aldığı, hansı məqsədlə yaşadığı ünvanda saxlaması, həmin silahdan istifadə edib etmədiyi soruşulduqda Təqsirləndirilən şəxs həmin silah və sursatı təxminən 2 ay əvvəl yaşadığı evin yaxınlığında yerləşən zibil tullantıları atılan yerdən tapdığını, daha sonra polisə təqdim etmək üçün özü ilə yaşadığı evə gətirdiyini, lakin səhhətində problemlər yarandığı üçün tapdığı vaxtdan indiyədək polisə təqdim edə bilmədiyini və həmin silahdan istifadə etmədiyini bildirmişdir. Aşkar edilmiş 01 ədəd “Makarov” tipli tapança, 01 ədəd sandıqça və 05 ədəd mərmi zərfə qoyularaq qablaşdırılmış, zərf Azərbaycan Respublikası DİNin 91 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 29 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhəri BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı X2 tərtib etdiyi 29 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan və DVD diskdəki görüntülərdən görünür ki, polis əməkdaşları Şahid2 Rafayıl oğlunun, Şahid1 və Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X1, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə həmçinin odlu silah olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində odlu silah və narkotik vasitə olmamasını, lakin yaşadığı evdə odlu silah saxladığını, həmin silahı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən axtarış keçirilmiş, onun üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə ŞBPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı X2 tərtib etdiyi xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan və DVD diskdəki görüntülərdən görünür ki, polis əməkdaşları Şahid2 Rafayıl oğlunun, Şahid1 və Gəncə ŞBPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X1, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, fərdi yaşayış evinə baxış keçirilməzdən əvvəl qapı bağlı olduğu üçün döyülür, qapını Təqsirləndirilən şəxs arvadı Ulduz Fərəcova açır. Ulduz Fərəcova məlumatlandırılaraq hüquqları izah olunur, baxış keçirilməsinə etirazının olub-olmaması və baxışda iştirak etmək istəyib istəməməsi soruşulur. Ulduz Fərəcova baxış keçirilməsinə etirazının olmadığını, lakin baxışda iştirak etmək istəmədiyini bildirir. Daha sonra iştirakçılarla birlikdə evin həyətinə daxil olunur. Həyətə girişdən sağ tərəfdə yaşayış evi yerləşir. Yaşayış evi aynabənd və yataq otağından ibarət olmaqla 2 otaqlıdır. Həyətdən aynabəndə daxil olduqda düz istiqamətdə yataq otağının giriş qapısı yerləşir. Sağ tərəfdə 1 ədəd masa və 1 ədəd çarpayı yerləşir. Yataq otağına daxil olduqda düz istiqamətdə mebel qarderob, yanında komod, sağ tərəfdə 1 ədəd çarpayı yerləşir. Təqsirləndirilən şəxs yataq otağında yerləşən qarderobun içərisindən 1 ədəd ağ rəngli sellofan torba bükümü çıxararaq təqdim etdi. Həmin sellofan torba açıldıqda içərisində 1 ədəd “Makarov” tipli üzərində boş sandıqça olan, nömrə yeri silinmiş tapança aşkar edildi. Bundan başqa həmin torbada olan sarı rəngli sellofan torbaya bükülü “Makarov” tipli tapançaya aid 05 ədəd mərmi aşkar edilir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin silah və sursatları haradan aldığı, hansı məqsədlə yaşadığı ünvanda saxlaması, həmin silahdan istifadə edibetmədiyi soruşulduqda Təqsirləndirilən şəxs həmin silah və sursatı təxminən 2 ay əvvəl yaşadığı evin yaxınlığında yerləşən zibil tullantıları atılan yerdən tapdığını, daha sonra polisə təqdim etmək üçün özü ilə yaşadığı evə gətirdiyini, lakin səhhətində problemlər yarandığı üçün tapdığı vaxtdan indiyədək polisə təqdim edə bilmədiyi və həmin silahdan istifadə etmədiyini bildirir. Aşkar edilmiş 01 ədəd “Makarov” tipli tapança, 01 ədəd sandıqça və 05 ədəd mərmi zərfə qoyularaq qablaşdırılır, zərf Azərbaycan Respublikası DİN-in 91 nömrəli möhürü ilə möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/339R saylı ekspert rəyindən aşağıda qeyd edilənlər müəyyən edilir: - Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim edilmiş 05 ədəd patron keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) ve Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 05 ədəd patron keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) ve Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli konstruksiyalı kalibrli Makarov konstruksiyalı tapançaların komplekt texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün Makarov hissəsidir-darağıdır, yararlıdır. - Eksperimental atəşlər zamanı güllə-gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 05 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 01 ədəd nömrəsi silinmiş Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 01 ədəd 7,62 mm kalibrli БM-1191 № li Tokarev (TT) konstruksiyalı tapançadan və 01 ədəd 9 mm kalibrli barabanlı revolver formasında kustar üsulla hazırlanmış silahdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 3722 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 2630 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Kirovabad şəhər, Gəncə rayon Xalq Məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmü ilə 02 il 06 ay, Gəncə şəhər Nizami rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə 05 il, X5 Julebyano RDİİŞ-nin RF-nin CM-nin 228-ci maddəsi ilə təqsirli bilinmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 03 il 06 ay müddətinə, Azərbaycan Respublikasının ACDİÜ Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırması cəzası təyin edilmişdir. xx.xx.2022-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılaraq üzərində 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-143/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-143/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli qərarının 5-ci maddəsinə əsasən onun barəsində amnistiya tətbiq edilərək ona təyin edilmiş cəza 01 il endirilmiş və üzərində 02 il azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını ümumiyyətlə çəkməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 67.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına, iki günə bir gün hesablanaraq, qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 4(044)-70/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2022-ci tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan eksperimental atəşdə istifadədən sonra qalan 02 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı, tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9mm kalibrli yivli odlu silah hesab edilən Makarov konstruksiyalı, PM modelli tapança müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına, iki günə bir gün hesablanaraq, qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan eksperimental atəşdə istifadədən sonra qalan 02 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9mm kalibrli yivli odlu silah hesab edilən Makarov konstruksiyalı, PM modelli tapança müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-145/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-145/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver