Məhkəmə qərarları › İş №1(125)-146/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-146/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-146/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 avqust 1989-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmiş, CMnin 71.5, 67.1 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 05 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq Gəncə Apellyasiya Məhkəməsinin hesabında Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən, “X1 intizam Qaydaları” ilə həbsdə saxlanılanlar üçün qadağan olunmuş əşya hesab edilən daxilində danışıq kartı olan, işlək vəziyyətdə, “Nokia” markalı, “Mini Phone” modelli “**********14312, **********14320” “imei” kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, həmin telefonda olan ***-***-**-** nömrəli danışıq kartından ***-***-**-** nömrəyə zəng edərək telefondan istifadə etməklə qardaşı Şahid6 ilə əlaqə saxlamış və xx.xx.2021-ci il tarixdə, saat 10:30 radələrində 2 saylı İstintaq Təcridxanasının 3 saylı rejim korpusunun 60-cı kamerasında alınmış əməliyyat məlumatının yoxlanılması məqsədilə təcridxana əməkdaşları tərəfindən keçirilmiş qəfləti axtarış-baxış tədbirləri zamanı Təqsirləndirilən şəxs təcridxananın rentgen müayinəsindən keçirilən vaxt düz bağırsağında gizlətdiyi, həmin qadağan edilmiş mobil telefon daxilində danışıq kartı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırkı cinayət əməlini törədən zaman Gəncə Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti ilə əlaqədar 2 saylı İstintaq Təcridxanasının 3-cü rejim korpusunun 60 saylı kamerasında saxlanılmışdır. Hazırda isə cəzasını Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Ona istintaq təcridxanasında saxlanılan zaman istintaq təcridxanalarında və yaxud cəzaçəkmə müəssisələrində mobil telefon gəzdirilməsinin yaxud saxlanılmasının qadağan olunduğu və buna görə cinayət məsuliyyəti daşıya biləcəyi izah olunmuşdur. xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən kamerada və üzərinə axtarış-baxış tədbirləri keçirilmişdir. Həmin baxış zamanı onu rentgen otağında rentgen müayinəsi nəticəsində onun düz bağırsağında gizlətdiyi daxilində ***-***-**-** nömrəli danışıq kartı olan, işlək vəziyyətdə “Nokia” markalı, “Mini Phone” modelli mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. O, həmin mobil telefonu daxilində danışıq kartı ilə birlikdə xx.xx.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində olarkən sanitar qovşağında tapmış və düz bağırsağında gizlədərək təcridxanaya keçirmişdir. Həmin telefondan isə əvvəllər zəng edərək qardaşı Şahid6 ilə əlaqə saxlamışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməliyyat bölməsinin böyük inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, 18 noyabr 2021-ci il tarixdə təxminən saat 10:30 radələrində əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatı əsasında istintaq təcridxanasının 3 saylı rejim korpusunun 60-cı kamerasında saxlanılan şəxslərin üzərinə və saxlandıqları kameraya hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilmişdir. Həmin tədbir keçirilməmişdən qabaq kamerada saxlanılan şəxslərə üzərilərində və yaxud gizlətdikləri hər hansı bir qadağan olunmuş əşyaların olub-olmaması soruşulmuş, kamerada saxlanılan şəxslər onlarda qadağan olunmuş əşyaların olmadığını bildirdikdən sonra axtarış-baxış tədbiri keçirilən zaman kamerada saxlanılan Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti ilə əlaqədar 2 saylı İstintaq Təcridxanasının 3-cü rejim korpusunun 60 saylı kamerasında həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs təcridxananın rentgen otağında rentgen müayinəsindən keçirilən zaman onun düz bağırsağında gizlətdiyi bir ədəd işlək vəziyyətdə daxilində ***-***-**-** nömrəli danışıq kartı olan qara rəngli “X7” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilərək aşkar edilmiş mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, protokol və zərf tədbirdə iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı həbsdə saxlanılan Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mobil telefonu xx.xx.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində olarkən sanitar qovşağında tapmış və düz bağırsağına yerləşdirərək təcridxanaya keçirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının rejim nəzarət şöbəsinin inspektoru Şahid2 və korpus üzrə böyük nəzarətçi Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində keçən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının dükançısı işləyən Şahid4 və komendant işləyən Şahid5 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqa verdiyi ifadələrindən görünür ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 10:30 radələrində 2 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən istintaq təcridxanasının 3 saylı rejim korpusunun 60-cı kamerasında saxlanılan şəxslərin üzərinə və saxlandıqları kameraya hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilmişdir. Axtarış-baxış tədbiri keçirilən zaman kamerada saxlanılan Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2 saylı İstintaq Təcridxanasının 3-cü rejim korpusunun 60 saylı kamerasında həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs təcridxananın rentgen otağında rentgen müayinəsindən keçirilən zaman onun düz bağırsağında gizlətdiyi bir ədəd işlək vəziyyətdə daxilində ***-***-**-** nömrəli danışıq kartı olan qara rəngli “X7” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilərək aşkar edilmiş mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, protokol və zərf tədbirdə iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı həbsdə saxlanılan Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mobil telefonu xx.xx.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində olarkən sanitar qovşağında tapmış və düz bağırsağına yerləşdirərək təcridxanaya keçirmişdir. Məhkəmə istintaqında şahid qismində keçən Şahid6 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşıdır, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda cəzasını Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, bundan əvvəl isə Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. Bu zaman 2022-ci ilin oktyabr-noyabr aylarında qardaşı ona mobil telefon vasitəsi ilə istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zənglər edərək əlaqə saxlamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(021)-50/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 71.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)- 126/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasının ləğv edilməsi və həmin cəzanın CM-nin 67.1ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-126/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilərək, üzərində saxlanılmış 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə 01 (bir) gün həbsdə saxlanılması nəzərə alınaraq onun üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 03 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq təcridxanasına daxil olarkən, ona tutulmuş və həbs edilmiş şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət-Prosessual Məcəlləsi, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə etməyi və vəzifələr daşımağı haqqında məlumat verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-ci maddəsində nəzərdə tutulan hallar, yəni cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirilməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə zədələnməsinə görə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2 maddəsində cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyi haqqında ona məlumat verilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 18 noyabr 2021-ci il tarixdə saat 10:30 radələrində 2 saylı İstintaq Təcridxanasının 3 saylı rejim korpusunun 60-cı kamerasında saxlanılan şəxslərin üzərinə və saxlandıqları kameraya qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman kamerada məhkum Təqsirləndirilən şəxs təcridxananın rentgen otağında, rentgen müayinəsindən keçirən zaman onun düz bağırsağında gizlətdiyi bir ədəd işlək vəziyyətdə, daxilində ***-***-**-** danışıq kartı olan, qara rəngli “X7” markalı mobil telefon aparatı tərəflərindən aşkar edilərək götürülmüşdür. Aşkar edilib götürülmüş daxilində bir ədəd işlək vəziyyətdə ***-***-**-** danışıq kartı olan, qara rəngli “X7” markalı mobil telefon aparatı xüsusi qaydada qablaşdırıldıqdan sonra zərflər üçün möhürlə möhürlənmiş iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrinə uyğun olaraq onlara hüquq və vəzifələri barədə xəbərdarlıq edilmişdir. Axtarış keçirilərkən və protokol tərtib olunub imzalanarkən iştirakçılardan hər hansı bir təklif və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 28 dekabr 2021-ci il tarixli, 5/1390 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “Nokia” markalı arxa məlumat löhvəsinə görə “Mini Phone modelli “**********14312, **********14320” “imei” kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdır. Təqdim edilmiş “Nokia” markalı arxa məlumat löhvəsinə görə “Mini Phone” modelli mobil telefonun halhazırda “*” düyməsi sıxıldığı zaman donması və sistemin verilən əmrlərə cavab verməməsi səbəbindən (imei koda baxmaq üçün “*#06#” düymələri sıxılır) proqram təminatında olan “imei” koda baxmaq mümkün olmamışdır. Tədqiq olunan “Nokia” markalı arxa məlumat löhvəsinə görə “Mini Phone” modelli mobil telefonun “UFED TOUCH 2” markalı qurğunun proqram təminatınında modelinin olmaması müəyyən olunmuşdur. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan mobil telefonun yaddaşında hər hansı bir məlumatların olub-olmaması və pozulub-pozulmamasının müəyyən edilməsi üzrə tədqiqat işinin aparılması mümkün olmamışdır. Təqdim edilmiş “Nokia” markalı arxa məlumat löhvəsinə görə “Mini Phone” modelli mobil telefonun yaddaşında olan Çağrı mərkəzi/Arama geçmişi/Cevabsız çağrıları bölməsində “+994 55 482 78 72”, “+994 55 332 45 25”, “+994 51 306 64 37” və “+994 51 352 62 62” abonent nömrələri, Çağrı mərkəzi/Arama geçmişi/Gələn aramalar bölməsində “+994 55 482 78 72” abonent nömrəsi, İleti yazılıyor/Gelen kutusu bölməsində bir ədəd xidməti sms mesaj və Telefon Defteri bölməsində “*** *** ** **” abonent nömrəsi müəyyən edilsə də rəyin “Tədqiqi hissəsi”nin 3-bəndində göstərilən səbəblərə görə köçürülərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təxridxanasının xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 03 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsilə təqsirli bilinərək 02 (iki) il şərti sınaq müddətilə 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, daha sonra o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(021)-50/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-126/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası ləğv edilmiş və həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-126/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilərək, üzərində saxlanılmış 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün həbsdə saxlanılması nəzərə alınaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 71.5, 67.1 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmış və Gəncə Apellyasiya Məhkəməsinin hesabında Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən, “X1 intizam Qaydaları” ilə həbsdə saxlanılanlar üçün qadağan olunmuş əşya hesab edilən daxilində danışıq kartı olan, işlək vəziyyətdə, “Nokia” markalı, “Mini Phone” modelli “**********14312, **********14320” “imei” kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, həmin telefonda olan ***-***-**-** nömrəli danışıq kartından ***-***-**-** nömrəyə zəng edərək telefondan istifadə etməklə qardaşı Şahid6 ilə əlaqə saxlamış və xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində 2 saylı İstintaq Təcridxanasının 3 saylı rejim korpusunun 60-cı kamerasında alınmış əməliyyat məlumatının yoxlanılması məqsədilə təcridxana əməkdaşları tərəfindən keçirilmiş qəfləti axtarış-baxış tədbirləri zamanı Təqsirləndirilən şəxs təcridxananın rentgen müayinəsindən keçirilən vaxt düz bağırsağında gizlətdiyi, həmin qadağan edilmiş mobil telefon daxilində danışıq kartı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, maddi sübut və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində 2 saylı İstintaq Təcridxanasının 3 saylı rejim korpusunun 60-cı kamerasında alınmış əməliyyat məlumatının yoxlanılması məqsədilə təcridxana əməkdaşları tərəfindən keçirilmiş qəfləti axtarış-baxış tədbirləri zamanı Təqsirləndirilən şəxs təcridxananın rentgen müayinəsindən keçirilən vaxt düz bağırsağında gizlətdiyi, həmin qadağan edilmiş mobil telefon daxilində danışıq kartı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 317-2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X3 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrində X6”ına dair xx.xx.2011-ci il tarixli Kollegiya Qərarına 11 saylı əlavədə Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısı qeyd edilmişdir. Həmin siyahıda qeyd edilən əşyalar aşağıdakılardan ibarətdir:...... optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir, həmçinin həbsdə saxlanıldığı yer üzrə mənfi xarakterizə olunur və bu hallar cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi, onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(021)-50/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-71.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-126/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasında şərti məhkum etmə ləğv edilmiş və Bərdə Rayon Məhkəməsinin 1(021)-126/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə üzərində saxlanılmış 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə 01 (bir) gün müddət həbsdə saxlanılması nəzərə alınaraq və ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin hökmdən narazı olduğu üçün apellyasiya şikayəti vermiş və cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(104)-447/2021 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(021)-50/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(021)-50/2021 nömrəli hökmü ilə müəyyən edilmiş 03 may 2021-ci il tarixdən hesablanmalı və cəzasını isə həmin hökmlə müəyyən edilmiş ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəməyədək icraat və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilmədiyindən, hazırda da həmin hal nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Nokia” markalı, “Mini Phone” modelli “**********14312, **********14320” “imei” kodlu mobil telefon daxilində olan danışıq kartı ilə birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(021)-50/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 1(021)-50/2021 saylı hökmü ilə müəyyən edilmiş 03 may 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1(bir) ədəd “Nokia” markalı, “Mini Phone” modelli “**********14312, **********14320” “imei” kodlu mobil telefon daxilində olan danışıq kartı ilə birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə isə verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar