Məhkəmə qərarları › İş №1(125)-146/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-146/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-146/2024 24.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən X1 və X2 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçılar X1 və X2 şikayətinə məhkəmənin inzibati binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 və X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmaları barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. X6 və X7 şikayətlərini onunla əsaslandırmışlar ki, X5 və X8 onların doğma bacılarıdır. Tünzalə Əsgərova və Siyasət Əsgərova onların barələrində daim hər yerdə, dost-tanış, qonşuların yanında şər-böhtan yaymış, xoşagəlməz sözlər işlədərək onların şərəf və ləyaqətini alçaltmışlar. Tünzalə Əsgərova və Siyasət Əsgərova evlərində də onlara dinc yaşamağa imkan vermirlər, mütəmadi olaraq mənzillərinin qarşısına gəlib yüksək səslərlə onları təhqir edirlər və şər-böhtan danışırlar. Müxtəlif kişi adları çəkərək guya onların sonuncularla əlaqələrinin olduğu və digər bir şəxslərdən qızıl oğurladıqlarını elə yüksək səslə qışqıraraq bildirirlər ki, səsə qonşular küçəyə çıxırlar və onların da dincliklərini pozurlar. Bu hal bir neçə dəfə mütəmadi olaraq təkrarlanmış, artıq bu hala dözə bilməyib, növbəti dəfə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Tünzalə Əsgərova və Siyasət Əsgərova yenə yaşadıqları ünvan 1 ünvanda yerləşən evin qarşısına gəlib pəncərələrinin qarşısında durub onlara şər-böhtan xarakterli sözlər deyib təhqir etdikdə, Tüznalə Əsgərova və Siyasət Əsgərovanın bu hərəkətlərinin görüntülərini məhkəməyə sübut olaraq təqdim etmək üçün video-çəkilişlə çəkmişlər və hazırkı şikayətə diski əlavə etmişlər. X13 və Siyasət Əsgərova yüksək səslə qışqıraraq sonunculara bildirirlər ki, “ay Fazilin altında yatan, Samuxda vurdurdun qayıtdın gəldin, tələbələrdən oğurluq edən, Nizaminin qızıllarını oğurladın” kimi şər-böhtan, nalayiq sözlər işlətmişlər. Halbuki, onlar nə Fazil, nə də Nizami adlı şəxsləri tanımırlar. X14 və Siyasət Əsgərovanın barələrində qanuni tədbir görülməsi üçün polis şöbəsinə müraciət etmişlər, onlara xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət etməli olmaları göstərilmişdir. Şikayətlərinə əlavə etdikləri diskə baxış keçirilən zaman görmək olar ki, Siyasət və Tünzalə Əsgərovalar onların barələrində küçədə elə bir tonda elə səslə qışqıraraq onları təhqir edib, şər-böhtan xarakterli sözləri işlətmişlər ki, səsə qonşular küçəyə çıxmışlar ki, bu da sonuncuların onların barəsində yaydıqları məlumatların kütləvi çıxışlarda yaydıqlarını göstərir. Tünzalə Əsgərova və Siyasət Əsgərovanın bu cür təhqir və şərböhtanlarla dolu ifadələri və sözləri onların dinc yaşayışlarını pozmuş, həmin şər-böhtanlar onların şərəf və ləyaqətini alçaltmışdır. Sonuncuların onların barəsində böhtanları nəticəsində onlar mənəvi sarsıntı və əziyyət, mənəvi iztirablar keçirmişlər. Tünzalə Əsgərova və Siyasət Əsgərova onlara böhtan atır və barələrində yaydıqları məlumatları sübut edə bilməmişlər. Göründüyü kimi, Tünzalə Əsgərova və Siyasət Əsgərova yalan olduğunu bilə - bilə onların şərəf və ləyaqətlərini ləkələyən, nüfuzdan salan məlumatları yaymış, onlara böhtan atmışlar. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər şikayətin mahiyyətinə uyğun izahat verərək onun icraata qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrininn səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət verən şəxsləri dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, Ziyafət Əsgərova və Səxavət Əsgərova xüsusi ittiham qaydasında şikayətdə bacıları Tünzalə Əsgərova və Siyasət Əsgərovanın onların yaşadıqları ünvan 1 ünvanda yerləşən evin qarşısına gəlib pəncərələrinin qarşısında durub onlara şər-böhtan xarakterli sözlər deyib təhqir etməsini bildirsələr də, göstərilən əməllərdə ümumiyyətlə Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Çünki iş materiallarına əlavə edilən diskə baxış keçirilən zaman videodan da göründüyü kimi Tünzalə Əsgərova və Siyasət Əsgərovanın xüsusi ittihamçılar Ziyafət Əsgərovanın və Səxavət Əsgərovanın yaşadıqları ünvan 1 ünvanda yerləşən evin qarşısına gəlib pəncərələrinin qarşısında durub onlara şərböhtan xarakterli sözlər deyib təhqir etməsi həqiqətən törədilmiş olsa da, həmin əməllərlə onlar səs-küy salaraq ictimai qaydanı pozmuş, qonşuların və ətrafdakı insanların diqqətini özlərini cəlb etmiş və nəticədə öz əməlləri ilə cinayət deyil inzibati xəta törətmişlər. Belə olan halda Tünzalə Əsgərova və Siyasət Əsgərovanın küçədə onların yaşadıqları evin qarşısında Ziyafət Əsgərovanın və Səxavət Əsgərovanın şərəf və ləyaqətlərini ləkələyən və ya onları nüfuzdan salan məlumatları təkidlə bildirmələri, eləcə də şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaltmaları həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə halda onları yaymış Tünzalə Əsgərova və Siyasət Əsgərovanın hərəkətləri cinayət kimi qiymətləndirilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasından görünür ki, bu maddələr ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtan və təhqiri cinayət məsuliyyəti yaradan böhtan və təhqiri bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147 və 148ci maddələrinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməlləri qanunda göstərilən dörd üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar, eləcə də şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaltma kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədikmədikdə isə cinayət məsuliyyəti istisna edilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, Tünzalə Əsgərova və Siyasət Əsgərova xüsusi ittihamçılar Ziyafət Əsgərovanın və Səxavət Əsgərovanın kütləvi əsərdə, kütləvi informasiya vasitəsində, kütləvi çıxışlarda və ya internet informasiya ehtiyatında deyil, dost-tanış içində və küçədə yaşadıqları evin qarşısında onların şərəf və ləyaqətini ləkələyən məlumatları yaydıqlarını və onları təhqir etdiklərini qeyd etmişlər və bu əməllərinə görə Tünzalə Əsgərovanın və Siyasət Əsgərovanın Cinayət Məcələsinin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişlər. Halbuki, həm Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyalarından və həm də Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyyələrdən görünür ki, böhtan və təhqir xarakterli məlumatların şəxsə təkidlə bildirilməsi həmin məlumatların yayılması hesab olunmur və bu vəziyyətdə əməlin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməllərdə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçılar X1 və X2 şikayətlərinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar