Məhkəmə qərarları › İş №1(125)-147/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-147/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-147/2023 02.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, işsiz, Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Musiqi kollecinin yaxınlığında əmisi oğlu Zərərçəkmiş şəxs Səyəvuş oğlu ilə şəxsi münasibət zəminində arasında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs burnundan və qarın nahiyyəsindən əl-ayaq zərbələri ilə qəsdən vurmaqla burun sümüyünün yerdəyişmiş açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır dərəcəli xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs Səyəvuş oğlu onun əmisi oğludur. Əmisioğlu Əlfi bir müddət bundan əvvəl Rusiya Federasiyasından gəlmiş, onun atası Rasim də Rusiya Federasiyasında yaşayır və orada işləyir. Əlfi Azərbaycana gəldikdən sonra dəfələrlə onun yanına gəlmiş və ona atası Rasimə Rusiya Federasiyasında borca pul verdiyini və həmin pulun onun qaytarmalı olduğunu bildirmişdir. Lakin o, Əlfiyə atasının borcunun ona dəxli olmadığını izah etsə də Əlfi başa düşmək istəməmişdir. xx.xx.2023-cü il tarixdə Əlfi onun işlədiyi H.Əliyev prospektində yerləşən Musiqi kollecinin yaxınlığında yerləşən Avto yuma məntəqəsinə gəlmiş, kobud ifadələrlə onun ona borcunun olmasını iddia etmiş ondan borcunu tələb etmişdir. O, Əlfıyə kimə pul vermisən, get ondan da pulunu al demiş, bu zaman aralarında qısa sözlə mübahisə yaranmışdır. Daha sonra Əlfi getmişdir. 03.01,2023-cü ildə Əlfi yenidən onun işlədiyi yerə gəlmiş, yenə də kobud ifadələrlə ondan pul istəmiş, aralarında sözlə mübahisə yaranmış, o, Əlfiyə onu iş yerindən kənarda gözləməsini demiş və paltarlarını dəyişib piyada Əlfinin olduğu yerə, yəni iş yerindən təxminən 150 metr məsafədə yerləşən H.Əliyev prospektində yerləşən Musiqi kollecinin yaxınlığına getmişdir. Orada o, Əlfiyə onun ona borcu olmadığını, Əlfı yenə də kobud formada, narazı sözlərlə həmin pulu ona onun verəcəyini bildirmiş, bu zaman o, əsəblərini cilovlaya bilməmiş yumruq zərbəsi ilə Əlfinin burun nahiyyəsinə qəsdən zərbə vurmuş, zərbənin təsirindən Əlfi yerə yıxılmış, Əlfi yerə yıxılan zaman o, təpik zərbəsi ilə Əlfınin qarın nahiyyəsinə bir dəfə qəsdən zərbə vurmuş, daha sonra oradan uzaqlaşıb getmişdir. Daha sonra Əlfinin onu polisə şikayət etdiyini bilmişdir. Sonda o, Zərərçəkmiş şəxsla barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Səyəvuş oğlunun elan edilmiş ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 1-ci Polis Şöbəsinə əmisi oğlu Təqsirləndirilən şəxs barədə şikayət ərizəsi ilə özü müraciət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Təxminən 3 il bundan əvvəl Rusiya Federasiyasında olan zaman əmisioğlu Təqsirləndirilən şəxs hissəhissə olmaqla ümumilikdə 1000 manat borca pul göndərmiş, o, Sərxana verdiyi borcu dəfələrlə istəsə də, Sərxan borcunu verməkdən imtina etmişdir. O, xx.xx.2023-cü il tarixdə günorta radələrində Sərxanın işlədiyi avtomobillərin avtoyuma məntəqəsinə getmiş, həmin zaman Sərxandan borcunu istəmiş, Sərxan cibindən 5 manat çıxarıb ona vermiş və hissəhissə hər gün nə qədər pul qazanarsa, pulunu geri qaytarıb verəcəyini bildirmişdir. O, həmin gün Sərxanla razılaşıb oradan uzaqlaşıb getmiş, xx.xx.2023-cü il tarixdə səhər radələrində o, Sərxandan borcunun bir hissəni də almaq üçün Sərxanın yanma getmiş həmin zaman Sərxan onu söyüb təhqir edərək, ona pul qaytarmayacağını demiş və onların aralarında sözlə mübahisə yaranmışdır. Sərxan öz mobil nömrəsini ona verib 1 saatdan sonra təxminən 11 radələrində H.Əliyev prospektində yerləşən Musiqi kollecinin arxa tərəfində olmasını istəmiş. O, həmin yerdə olan zaman Sərxan onun yanına gəlmiş, Sərxanın ona orada təklif etdiyini şərtlərlə razılaşmamış, ondan borca verdiyi pulu istəmiş, bu zaman Sərxan onu yenə də nalayiq ifadələrlə söymüş, qolundan tutub onunla mübahisə yaratmış, Sərxandan qolunu buraxması üçün onun üzərinə qışqırmış. bu zaman Sərxan anidən yumruq zərbəsi ilə onun burun nahiyyəsinə zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılmış və yerə yıxıldıqdan sonra Sərxan onun bədənin müxtəlif yerlərinə təpiklə zərbələr vurmuş və oradan uzaqlaşıb getmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2023cü il tarixli, 01 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarət - burun sümüyünün yerdəyişmiş açıq sınığı- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilə tarixdə, yəni 03.01,2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan evlər üçlüyününün verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1991-ci il tarixdə Gəncə şəhəri, ünvan 2 ünvandan 1997ci il tarixdə 20 nömrəli orta məktəbin 1-ci sinfinə getmiş, 2008-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib hərbi xidmətə getmişdir. Hazırda həmin ünvanda yaşayır. Qonşular tərəfdən indiyə kimi ondan narazılıq daxil olmamış, sakit tərbiyəli ailə başçısıdır.Himayəsində anası, arvadı və 3 uşağı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs Səyəvuş oğlu ilə barışmış, zərərçəkmişin ona qarşı hər hansı tələbi və şikayəti olmadığı üçün onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Səyəvuş oğlunun iştirak etdiyi məhkəmə iclasında təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Səyəvuş oğlu ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 127.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar