Məhkəmə qərarları › İş №1(125)-148/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-148/2022

23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-148/2022 23.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Daşkəsən rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, işsiz, Daşkəsən rayonu, Mədənçilər küçəsi, ev 16-da qeydiyyatda olan və Gəncə şəhəri, 3-cü mikrorayon, bina 9, mənzil 1-də yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixdə, saat 08:30 radələrində Gəncə şəhəri, Vəli Xuluflu küçəsinin yaxınlığındakı qeyri-yaşayış massivində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs sifətinə və bədəni üzərinə qəsdən ardıcıl zərbələr vuraraq, ona burun sümüyünün yerdəyişməmiş sınığı ilə müşaiət olunan burun nahiyəsinin səthi yarası və qançırı, sol bazu, üst dodağın selikli qişasının qançırları, bel nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs ilə əvvəlcədən tanışlıq münasibəti vardır. Bir neçə gün əvvəl Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər işlətdiyini eşitmiş və telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq, onun arxasınca nə üçün nalayiq ifadələr işlətdiyini soruşmuş, Turqay isə ona məşğul olduğunu, iki-üç günə görüşüb danışmalarını bildirmişdir. 03 iyul 2022-ci il tarixdə, saat 08 radələrində Turqayla telefonla danışaraq Gəncə şəhər 3 nömrəli TTY Xəstəxanasının yaxınlığında görüşməyə razılaşmış və həmin ərazidə Turqayla görüşmüşdür. Onun xahişi ilə taksi sürücüsü onları həmin ərazidən Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yeni yaşayış massivinə aparmışdır. Avtomobil ərazidən uzaqlaşdıqdan sonra onlar sakit tərzdə söhbət etməyə başlamışlar. O, təkrar Turqaydan hansı səbəbə onun ünvanına nalayiq sözlər deməsini soruşmuş, Turqay isə ona heç kəsi söymədiyini bildirmişdir. O, Turqaya “Yalan deyən şərəfsizdir” sözlərini demiş, aralarında mübahisə yaranmış və Turqayın sifətinə və bədəni üzərinə bir neçə dəfə yumruğu ilə zərbələr vurmuş və bu zaman Turqay yerə yıxılmışdır. Onun burnundan qan gəlmiş və bundan sonra sakitləşmişdir. Dava-dalaş 1-2 dəqiqə çəkmiş və dərhal səngimiş, oraya başqa şəxslər toplaşmamışdır. Oraya getməkdə məqsədi əvvəlcədən planlaşdırılmamış və oraya dalaşmaq üçün getməmişlər. Onun tanışı oraya gəlməli və ona borclu olduğu pulu vermək üçün orada görüşməli idi. Ona görə də Turqayla birlikdə getmişlər ki, həm söhbət etsinlər, həm də ona borclu olduğu şəxsdən pulunu alsın. Onun Zərərçəkmiş şəxs əvvəlcədən döymək məqsədi və niyyəti olmamışdır. Turqayı qəsdən döydükdən dərhal sonra çıxıb getmişdir. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Hazırda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə əvvəlcədən tanışlıq münasibəti olmuşdur. Bir neçə gün əvvəl Pərviz ona zəng edərək hansı səbəbə onun haqqında nalayiq sözlər işlətdiyini soruşmuş, ona məşğul olduğunu, iki-üç günə görüşüb danışmalarını demişdir. 03 iyul 2022-ci il tarixdə saat 08 radələrində Pərvizlə telefonla danışaraq Gəncə şəhər 3 nömrəli TTY Xəstəxanasının yaxınlığında görüşməyə razılaşmış və onunla orada görüşmüşdür. Turqay Pərviz gəldiyi taksi avtomobilinə əyləşmiş və taksi sürücüsü Pərvizin xahişi ilə onları Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yeni yaşayış massivinə aparmışdır. Həmin avtomobil ordan uzaqlaşdıqdan sonra onlar həmin yerdə sakit tərzdə bir-biri ilə söhbət etməyə başlamışlar. Pərviz ondan hansı səbəbə onun və qohumunun ünvanına nalayiq sözlər işlətməsini soruşmuş, o, Pərvizə heç kəsi söymədiyini bildirmişdir. Bu vaxt aralarında mübahisə yaranmış və Pərviz qəfildən yumruqla onun sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən ardıcıl zərbələr vuraraq, onu qəsdən döyüb xəsarətlər yetirmişdir. Onların həmin yerə getməkdə məqsədləri dalaşmaq olmamış, Pərvizin hansısa tanışı oraya gəlməli və ona borclu olduğu pulu verməli olmuş, ona görə də onlar birlikdə oraya getmişlər ki, həm söhbət etsinlər, həm də Pərviz ona borclu olduğu şəxsdən pulunu alsın. Orada aralarında dava ola biləcəyini düşünməmişdir. Hadisə 2-3 dəqiqə ərzində baş vermiş, Pərviz onu qəsdən döydükdən dərhal sonra çıxıb getmişdir. O, burnundan, dodağından və bel nahiyəsindən sıyrıq xəsarəti almış və həmin xəsarətləri ona 03 iyul 2022-ci il tarixdə saat 08-30 radələrində Gəncə şəhəri Vəli Xuluflu küçəsində qeyri yaşayış massivində aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq ilə qəsdən vuraraq yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsin barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş zərər ödənilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş zərəri tam ödəmiş və barəsində olan cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar