Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-148/2023 14.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxxx 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, X13 küçəsi dalan 2, ev 4-də qeydiyyatda olmaqla Gəncə şəhəri Natəvan qəsəbəsində, məhəllə B-1,ev 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində keçmiş qayınanası Zərərçəkmiş şəxs övladı X4 onunla evlənərkən verdiyi cehizləri tələb etməsinə görə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxsın bel və sağrı nahiyələrinə qəsdən vuraraq sonuncunun bel və sağrı nahiyyələrinin əzilməsi (qançırı və şişkinliyi) ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər, həmin dava gedişində Zərərçəkmiş şəxs qəsdən itələyib divara çırparaq hər iki dirsək oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Belə ki, iş üzrə Azərbaycan Respublikası CM-nin 128-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ona elan edimiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 25 sentyabr 2006-cı il tarixdə X7 ilə ailə həyatı qurmuşdur. Ruziyə Muradova ilə birgə nigahımızdan iki qız övladı dünyaya gəlmişdir. Ruziyə Muradova ilə ailə daxili münaqişələrimiz olduğu üçün 2018-ci il tarixdə Ruziyə Muradova onan boşanmaq qərarına gəlmişdir. 2018-ci ilin noyabr ayının 14-də Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə boşanmışlar. O, Ruziyə Muradova ilə boşandıqdan sonra Ruziyə Muradova məxsus çehizlərin çıxarılması üçün Ruziyə Muradovadan dəfələrlə xahış etməsinə baxmayaraq Ruziyə Muradova özünə məxsus cehizləri evdən çıxarmamışdır. xx.xx.2021-ci il tarixdə o, cehizlərin çıxarılması üçün Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə X5 ilə rəsmi qaydada ailə həyat qurmuş, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman qapısı döyülmüş, qapını açan zaman keçmiş qaynanası Zərifə evin həyətinə daxil olmuş, Zərifə keçmiş arvadı Ruziyənin cehizlənini götürməyə gəldiyini demişdir. O, Zərifəyə eşyaların çıxarılması üçün məhkəməyə müraciət etdiyini və məhkəmə qərarından sonra əşyaların çıxarılmasına icazə verəcəyimi bildirmişdir. Onun bu sözündən sonra Zərifə adlı qadın səsini qaldıraraq əşyaları götürməyə icazə vermiyəcəkdinsə niyə görə avtomobil gətizdirdiymi deyərək əsəbi halda ona qarşı nalayiq ifadələr işlətmişdir. Ardınca isə tualetin yanında olan təmizləyici vasitələri ona tərəf atmışdır. Lakin kənara çəkilmiş və əşyalar ona dəyməmişdi. Ardınca isə Zərifə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının ona tətbiq edilməsi haqqında ərizə təqdim edərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gencə şəhəri 3-cü mikra rayonu, bina 10, mənzil 2-də yaşayır. Təqsirləndirilən şəxs keçmiş kürənidir. X2 xx.xx.2006-cı il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs ilə rəsmi qaydada ailə həyatı qurmuş bu nigahdan 2 qız övladı olmuşdur. Lakin 2018-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qararı ilə rəsmi qaydada boşanmışlar. X6 boşanmasına baxmayaraq gəlin gedən zaman apardığı cehizləri Elşənin evində qalmışdır. Həmin əşyaları çıxarmamaqda səbəb isə Elşən ilə qızı Ruziyə barışmaq ehtimalının olmuşdur. Təxminən son bir ildə isə Elşən tələb etmişdir ki, qızının əşyalarını çıxarsın. Lakın qızı Rüziyə həmin evde yaşamaq hüququ olmaq üçün məhkəməyə müraciət etdiyindən əşyaları məhkəmənin qararından sonra əşyaları çıxarmaq istəmişlər . xx.xx.2021-ci tarixdə Elşənin anası Ramile zəng edərək onun qızına məxsus olan cehizlərin çıxarılmasını tələb etmişdir. Oda Ramiləye boş vaxtı olanda gəlib götürəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhən Natəvan qəsəbəsi 1-ci küçədə yerləşən Elşənin evine getmişlər. Onunla birlikdə Pəri adlı qadın, qohumu Sədaqət, nəvəsi Məryəm və nəvəsi Nərgiz, taksi sürücüsüTural olmuşdur. O qapını döymüş Elşən qapını açaraq niyə onların gəlmə səbəbini soruşmuşdur. O isa əşyaları götürmək üçün gəldiyini bildirmişdir. Elşən əşyaları verməyəcəyini deyərək əşyaların çıxarılması üçün məhkəməyə müraciət etdiyini demişdir. O isə bu qədər xərç çəkərək cehizləri aparmaq üçün avtomobil getirdiyini bildirmişdir. Elşən isə onu təhqir edərək yaşadığı evdən çıxmasını tələb etmişdir. O, pilləkən ilə qalxaraq əşyalarının yerində olub-olmasını görmək istəyərkən Elşən onun saçından tutaraq dartmış sonra isə qollarından tutub dartaraq ona təpik və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Daha sonra javel butulkası ilə başına vurmuş, javelin qapağı açılaraq üzərinə tökülmüşdür. Həmin vaxt nəvəsi Məryəm onları aralamışdır. Mübahisə bitdikdən sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 1549 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər bel və sağrı nahiyələrinin əzilməsi (qançır və şişkinliyi) qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədənin hissələri ilə endirilmiş zərbənin (əl, ayaq və s.) təsirindən, hər iki dirsək oynağı nahiyələrinin sıyrıqları isə nahamar səthli küt əşyanın təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnın barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Ərizədən görünür ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının ona tətbiq edilərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, dövlət ittihamçısının fikrini öyrənib, təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ərizəni, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddəsinə əsasən şəxs amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlana bilməz, başlanılmış cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 8-ci bəndinə görə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qanunun 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 14-cü hissəsinə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən amnistiya – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin tətbiq edilməli olduğunu, eyni zamanda müdafiə tərəfinin amnistiyanin tətbiqi ilə bağlı razılıq mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndləri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak, mülki iddia və maddi sübut yoxdur. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 1.13, 8, 9.1-ci bəndlərinə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayə işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 156 (yüz əlli altı) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-148/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-148/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver