Məhkəmə qərarları › İş №1(125)-148/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-148/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-148/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, bina 8, mənzil 12-də qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 16 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi Vaz 21074 minik markalı, 10-NA- 817 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən “X13” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, həmin tələblərə əməl etməyərək, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla və yaşayış məntəqəsində avtomobili 80-100 km/saat sürətlə idarə etməklə yolu soldan sağa keçən piyada 1985-ci təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ gicgah sümyünün kəllə əsasına keçən xətti sınığı, baş beynin yumşaq toxumalarına, beynin mədəciklərinə, beyin toxumasına, beyinciyə qansızma; V döş fəqərəsinin sınması; döş qəfəsinin sağ tərəfində İİİ, İV, V qabırğalar ön qoltuqlatı xətt üzrə, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğalar onurğayanın xətt üzrə, döş qəfəsinin sol tərəfində İİİ-İX qabırğalar ön qoltuqaltı xətt üzrə, Vİ-X qabırğalar isə arxa qoltuqaltı xətt üzrə sınıqları, hər iki ağciyərlərin, qaraciyərin, dalağın cırılması, hər iki böyrək ətrafı yumşaq toxumalara qansızma, sol qamış, incik, sol bazu, və sağ bud sümüklərinin qapalı sınıqları, ağız nahiyyəsinin əzilmiş yarası, sağ baldır nahiyyəsinin qançırı, alın, sol almacıq, çənəaltı, sağ yanaq, döş qəfəsinin, qarının, hər iki aşağı ətrafların, sol yuxarı ətrafın sıyrıqları ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə başın, döş qəfəsinin, qarının ətrafların müştərək küt travması nəticəsində sklet sümüklərinin çoxsaylı sınması, baş beynin ağır dərəcəli əzilməsi çoxsaylı daxili orqanların cırılması nəticəsində əmələ gələn hemorragik və travmatik şok nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisə olan günündən hardasa 3 ay əvvəl VAZ 2107 markalı avtomobil almış və sürücülük vəsiqəsi də qaydasında olmuşdur. Hadisə olan günü o, dostu ilə oturub çay içərkən hamilə olan arvadı ona zəng etmiş, vəziyyətinin yaxşı olmadığını demiş,ondan təcili evə gəlməyini istəmişdir. O, təcili çıxıb ki, evə getsin. Gəncə şəhəri Skonnu adlanan ərazidə dörd yolda işiqforda yaşılda keçərkən hava qaranlıq olduğu üçün keçən piyadanı görməmiş və avtomobilin qarşısnına qəflətən çıxan piyadanı vurmamaq üçün əyləci sıxsa da hadisənin qarşısını ala bilməmiş, piyadanı avtomobil ilə vurmuşdur. Həmin vaxt onun idarə etdiyi avtomobilin sürəti saatda 80 KM olmuş, o, dərhal dayanmış, düşmüş piyadaya doğru qaçmış, hadisə olan yerə təcili tibbi yardım və polis əməkdaşlarını çağırmışlar. TTY gələn zaman piyadanın sağ olduğunu demişlər və sonuncunu 3 saylı şəhər xəstəxanasına aparmışlar.Polis əməkdaşları həmin vaxt onu narkoloji müayinədən keçirmək üçün aparmışlar. Onu narkoloji müayinədən keçirdikdən sonra polis idarəsinə ifadə vermək üçün aparmışlar, polis idarəsində onu iki gün saxladıqdan sonra buraxmışlar. O, polis idarəsindən çıxdıqdan sonra atasıgildən öyrənmişdir ki, vurduğu piyada vəfat etmişdir. Sonda o, əməlindən peşman olduğunu, vətən müharibəsi iştirakçısı olduğunu, müharibədə iki medal ilə təltif olunduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, hadisə onların yaşadığı evə yaxın yerdə olduğu üçün o, hadisə barədə özü məlumat almış, lakin həmin vaxt hadisə yerinə getməmişdir. Sonda o, məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizəsini verərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, barışdıqlarını bildirmiş, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur. O, Kənan və başqa dostları “Şərq” restoranında oturub çay içdikləri zaman, Kənana evdən zəng gəlmiş, Kənan çıxıb restorandan telefonla danışıb geri qayıtdıqda təcili evə getməli olduğunu demişdir. Belə olan zaman onlar da Kənanla birlikdə durub avtomobilə əyləşmişlər. Həmin vaxt Kənan avtomobili idarə etmiş, o isə qabaq tərəfdəki oturacaqda oturmuşdur. Onun atası xəstə olduğu üçün o, tez-tez evləri ilə əlaqə saxlamış, elə hadisə olan zaman da o, nənəsi ilə telefonla danışmış, telefonu söndürmək istəyəndə hadisə baş vermişdir. Kənanın idarə etdiyi avtomobil əvvəl piyadaya daha sonra isə qarşıda dayanan avtomobilə dəymişdir. Onlar dərhal avtomobildən düşüb, vurulan piyadaya kömək üçün getmişlər. Həmin vaxt Kənan təcili tibbi yardıma zəng etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla uşaqlıq dostudur. Hadisə olan günü o, Kənan və Riad “Şərq” restoranında oturub çay içmişlər. Həmin vaxt Kənana evdən zəng gəlmiş, Kənan gedib qıraqda danışıb gəlib, onlara evə getməli olduğunu demişdir. Belə ki, Kənanın arvadı onun sinif yoldaşı olmuş, o, bilir ki, Kənanın arvadının uşaqlıqdan ürək xəstəliyi olmuş, eyni zamanda həmin vaxt sonuncu hamilə olmuş, Kənana vəziyyətinin yaxşı olmadığını demiş və Kənan da təcili evə getmək üçün çıxmışdır. Onlar Kənanla birlikdə avtomobilə əyləşmişlər, həmin vaxt o, avtomobilin arxa oturacağında əyləşmiş, hadisə zamanı o, telefonla oynadığı üçün hadisənin necə baş verməsini görməmişdir. Hadisə olan zaman o, avtomobilin kiməsə dəydiyini bilmiş, daha sonra avtomobil gedib başqa avtomobilə dəyib dayanmışdır. Onlar avtomobildən dərhal düşmüş, kömək üçün vurulmuş piyadaya doğru getmişlər. Kənan TTY çağırmış, polis əməkdaşları və TTY eyni vaxtda gəlmişdir. Həmin vaxt Kənan şokda olmuş, ona dərman vermişlər. TTY avtomobilində Kənanın atası getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə olan günü tanımışdır. Belə ki, o, özünə məxsus Nexia Ravon markalı avtomobilini yaşadığı binanın yanında saxlamış, özü isə evdə olmuşdur. Hadisə zamanı səs eşitmiş, çıxanda isə orada avtomobilin piyadanı vurduğunu və daha sonra isə həmin avtomobilin onun həmin yerdə saxladığı avtomobillə toqquşduğunu bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən onun avtomobilinə dəymiş ziyan tam şəkildə ödənmiş,o , şikayətçi deyildir. Məhkəmə iclasında ibtidai istintaqdakı ifadəsi elan edilmiş, Şahid4 ifadəsindən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin X15 Şöbəsində işləyir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri H.Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmişdir ki, həmin gün DYPŞ-nın baş inspektoru Şahid5 ilə xidmət aparan zaman axşam saatlarında Növbətçi Hissədən məlumat vermişdirlər ki, Gəncə şəhəri H.Əliyev prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Odur ki, ekipaj yoldaşı Şahid5 ilə birlikdə dərhal hadisə yerinə getmişlər. Onlar həmin yerə çatanda hadisə yerinə tanımadığı çoxlu adamların toplaşdıqlarını görmüşlər. Həmin vaxt görmüşlər ki, Vaz 2107 markalı avtomobil yolun sağ tərəfində dayanıqlı vəziyyətdədir. Bundan başqa Vaz 2107 markalı avtomobilin yaxınlığında olan Nexia markalı avtomobilin arxa hissəsi əzik vəziyyətdə olmuşdur. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yolun hərəkət hissəsi düz olmaqla yolun örtüyü asfaltbetondur və örtüy quru vəziyyətdə olmuşdur. Yolun örtüyünün eni 22 metrdir. Yolda hərəkət iki tərəfli təşkil edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin şəkilləri çəkilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı ifadə vermiş Şahid5 ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri H.Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmişdir ki, həmin gün DYPŞ-nin baş inspektoru Şahid4 ilə xidmət aparan zaman axşam saatlarında Növbətçi Hissədən məlumat vermişlər ki, Gəncə şəhəri H.Əliyev prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Ekipaj yoldaşı Şahid4 ilə birlikdə dərhal hadisə yerinə getmişlər. Onlar həmin yerə çatanda hadisə yerinə tanımadığı çoxlu adamların toplaşdıqlarını görmüşlər. Həmin vaxt görmüşlər ki, Vaz 2107 markalı avtomobil yolun sağ tərəfində dayanmış, həmin Vaz 2107 markalı avtomobilin yaxınlığında olan “Nexia” markalı avtomobilin arxa hissəsi əzik vəziyyətddə olmuşdur. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yolun hərəkət hissəsi düz olmaqla yolun örtüyü asfaltbeton və örtüy quru vəziyyətdə olmuşdur. Yolun örtüyünün eni 22 metrdir. Yolda hərəkət iki tərəfli təşkil edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin şəkilləri çəkildi. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, H.Əliyev keçəsi ilə İ.Xətai küçəsi istiqamətində baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli, 2842/2023 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və 19 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 19 sentyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə X8 azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 dekabr 2023-cü il tarixli “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs ilə X3 arasında 25 noyabr 2013cü il tarixdə Azərbaycan Respublikası Goranboy rayon Borsunlu kəndi İƏD-i üzrə nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 8/3136 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Vaz 21074 markalkı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X13” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşsını almağa texniki imkanı olmuşdur. Sürücü Həmidov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq yəni 80-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlkərində “X13” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin 16 sentyabr 2023-cü il tarixli 81 nömrəli “meyitin ekspertizası” rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi- sağ gicgah sümyünün kəllə əsasına keçən xətti sınığı, baş beynin yumşaq toxumalarına, beyiin mədəciklərinə, beyin toxumasına, beyinciyə qansızma; V döş fəqərəsinin sınması; döş qəfəsinin sağ tərəfində İİİ, İV, V qabırğalar ön qoltuqlatı xətt 'üzrə, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğalar onurğayam xətt üzrə, döş qəfəsinin sol tərəfində İİİ-İX qabırğalar ön qoltuqaltı xətt üzrə, Vİ-X qabırğalar isə arxa qoltuqaltı xətt üzrə sınıqları, hər iki ağciyərlərin, qaraciyərin, dalağın cırılması, hər iki böyrək ətrafı yumşaq toxumalara qansızma, sol qamış, incik, sol bazu, və sağ bud sümüklərinin qapalı sınıqları, ağız nahiyyəsinin əzilmiş yarası, sağ baldır nahiyyəsinin qançırı, alın, sol almacıq, çənəaltı, sağ yanaq, döş qəfəsinin, qarının, hər iki aşağı ətrafların, sol yuxarı ətrafın sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın əşyaların təsiri nətiicəsində əmələ gəlmişdir əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın, döş qəfəsinin, qarının ətrafların müştərək küt travması nəticəsində sklet sümüklərinin çoxsaylı sınması, baş beynin ağır dərəcəli əzilməsi çoxsaylı daxili orqanların cırılması nəticəsində əmələ gələn hemorragik və travmatik şok olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 4292 saylı Gəncə şəhər Psixoloji Dispanserin arayışından görünür ki, Həmidov X7 Dispanser qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 7815 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş BD102313 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək sürücülük vəsiqəsi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdə olan görüntülərdən görünür ki, diksin içərisində 3 ədəd videogörüntü olması həmin videogörüntünü 1-cisi 01 dəqiqə, 2-cisi 01 dəqiqə 01 saniyə, 3-cüsü isə 02 dəqiqə olması müəyyən edilmişdir, görüntüdə əks olunan yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulan avtomobil yoluyolayrıcıdır. Yolayrıcında dörd fərqli istiqamət üzrə avtomobillərin hərəkəti nəzərdə tutulub. Hava qaranlıqdır və şəhər elektrik işığı ilə işıqlandırılır. Sürücülərin qarşısına çıxacaq təhlükəni əvvəlcədən görməsi üçün heç bir maneə yoxdur. 1-ci vidogörüntünün başlanğıcından görünür ki, piyada yolun orta hissəsindədir və yolu keçmək üçün hərəkət edir. Piyada yolu keçən zaman işıqforda qırmızı işıq yanır. Piyadanın sağ tərəfində işıqforda avtomobillərin dayanması görünür. Piyadanın sağ tərəfindən hərəkət zolağının sağ tərəfi ilə Vaz 21074 markalı avtomobilin hərəkət etdiyi görünür. Vaz 21074 markalı avtomobil yol ayrıcını keçən zaman işıqforun yaşıl işığı yanır. Piyada yolu keçməsinə təxminən 4-5 metr məsafə qalmış sağ tərəfindən Vaz 21074 markalı avtomobilin gəlməsini gördüyü üçün iti addımlar ilə yolu keçmək istəyir. Piyada iti addımlar ilə 3-4 addım atdıqdan sonra Vaz 21074 markalı avtomobil piyadanı vurur. Bundan sonra ətrafda olan şəxslərin hadisə yerinə tərəf getmələri görünür. Həmçinin hadisədən sonra piyada və Vaz 21074 markalı avtomobil görüntü dairəsindıən kənara çıxır. DVD diskdə olan 2-ci görüntüdən görünür ki,piyadanın vurulduğu yerdən bir neçə metr aralıda dayanacağ vardır. Piyada vurulduqdan sonra dayanacağın qarşısında yerə düşür və sürtlənərək bir neçə metr irəliyə tərəf gedir. Vaz 21074 markalı avtomobil isə piyadanın son olduğu yerdən bir neçə metr aralıda yolun sağ kənarında dayanıqlı vəziyyətdə olan avtomobilə dəyərək dayanır. Avtomobil dayandıqdan sonra sol ön hissədən bir nəfər şəxs düşərək piyadaya yaxınlaşır. Bundan sonra ətrafda olan şəxslər də hadisə yerinə toplaşır. Bununla da videogörüntü başa çatır. 3-cü videogörüntü isə 2-ci videogörüntüləri özündə əks etdirir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən məhkəməyə ünvanlanmış notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. O, hazırda təqsirləndirilən şəxslə barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və X12 Birliyinin vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısıdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respubliaksı Medali vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı“ medali ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respubliaksı Medali vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi Gəncə şəhər X5 Hüquqi şəxsinin EXO kardioqrafiya müayinəsinin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı Gülçin Həmidovaya qoyulmuş diaqnoz-ürək dəlikləri genişlənməyi, qap aparatı intaktdır, İVS tamdır. Qulaqcıqlararası çəpərdə beş kameralı kəsdə 12 mm-ə qədər deffekt izlənir. R-D: Oval dəlik səviyyəsində ovaldan sa keçid izlənir. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamədən görünür ki, onun 09 yanvar 2024-cü il təvəllüdlü X14 adlı qızı vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “X13” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, müharibə iştirakçısı olmasını, medallarla təltif olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi və yuxarıda qeyd edilmiş yüngülləşdirici halları nəzərə alaraq bu cəzanın mümkün qədər aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs 17-19 sentyabr 2023-cü il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan 02 gün çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəasına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək sürücülük hüququndan məhrum etmə əlavə cəzasının əvvəli onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzasının bütün müddətinə şamil edilməklə, əsas cəzanı çəkib bitirdiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Vaz 21074” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı və 1 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 18 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 108 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş əsas cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası barəsində təyin azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Vaz 21074” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın və 1 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 108 (yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar