Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-149/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus ünvan 4anında yerləşən saxlanc yerinə qanunsuz daxil olub oradan hər birinin qiyməti 50 (əlli) manat olan 12 ədəd led projektoru, hər birinin qiyməti 30(otuz) manat dəyərində olan 5 ədəd led işıqlandırma cihazını, hər birinin qiyməti 70(yetmiş) manat olan 24 ədəd kameranı, 550 (beş yüz əlli) manat dəyərində 1 ədəd yaddaş blokunu ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 2980 (iki min doqquz yüz səksən) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamı üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, maddi sübutlar eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs məxsus saxlanc yeri olan anbar onun hər gün gedib gəldiyi yolun üzərində yerləşdiyindən o, həmin obyektin fəaliyyətsiz olduğunu əvvəlcədən bilmişdir. Oğurluq etdiyi ərəfədə isə maddi ehtiyacları olduğundan həmin obyektdən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 25 avqust 2022-ci il tarixdə səhər saat təxminən 07 radələrində Gəncə şəhəri, A.İmanquliyeva küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus obyektin hasardan tullanma yolu ilə həyətinə daxil olmuşdur. O həyətə daxil olduqdan sonra oradan damın cardağına qalxmış və həmin cardaqda karton qutular olduğunu görüb iki ədəd karton qutunun içərisində olan müxtəlif növ işıqlandırma cıhazlarını oğurlamışdır. Həmin cihazlar iki ədəd qutuda yığılı vəziyyətdə olmuş və o, qeyd olunan qutuları həyətin qapısını çöldən açaraq küçəyə çıxarmış və küçədə heç kimi görə bilməyəcəyi yerdə gizlətmişdir. Daha sonra isə yenidən həyətə daxil olub qapını kilidləmiş və hasardan çölə çıxmışdır. Bundan sonra həmin iki ədəd qutunu tək apara bilməyəcəyini görüb köməyə ehtiyacı olduğunu düşünərək, yaxınlıqda yaşayan dostu Həbibin yaşadığı ünvana getmiş və Həbibə kömək lazım olduğunu bildirib onu özü ilə birlikdə həmin qutuları gizlətdiyi yerə gətirmişdir. Orada hərəsi bir ədəd qutunu götürüb işlədiyi təkər təmir etdiyi sexin arxasına gəlmişlər. Orada Həbib gətirdiyi qutunun ağzını açan zaman həmin işıqlandırma cıhazlarının təzə olduğunu görüb ondan həmin əşyaların oğurluq olubolmadığını, haradan əldə etdiyini soruşmuş, o, isə Həbibə yalandan bildirmişdir ki, həmin əşyalar ona məxsusdur və evdən satmaq üçün iş yerinə gətirmişdir. Bundan sonra Həbib ondan işıqlardan 2 ədədini ona verməyini istəmiş, o, da etiraz etməyərək işiqlandırma cihazlarından 2 ədədini Həbibə pay vermiş, Həbib də həmin işiqları götürüb öz yaşadığı evə getmişdir. Həmin 2 ədəd qutuda olan işıqlandırma cıhazları bir gün işlədiyi obyektin arxasında qalmış, lakin qutulardan heç kimin məlumatı olmamışdır. Bundan sonra polisin apardığı araşdırma ilə oğurluğun onun tərəfindən törədildiyi aşkar olunduqdan sonra o, oğurladığı əşyaları o,cümlədən Həbibə verdiyi işiqlandırma cihazlarınıda sonuncudan alaraq tam şəkildə istintaqa təqdim etmişdir. Lakin onun oğurladığı əşyaların içərisində kamera və yaddaş bloku olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Gəncə şəhərində yaşamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. ünvan 5 ünvanda yerləşən qeyri yaşayış yeri ona məxsusdur. Həmin ünvandan saxlanc anbarı kimi istifadə edir. O, mütəmadi olaraq həmin saxlanc yerinə gedib gəlir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində saxlanc yeri kimi istifadə etdiyi ünvan 6 ünvanında yerləşən qeyri yaşayış yerinə getmiş və orada saxladığı əşyalar yerində olmuşdur. Səhəri gün isə saat 13 radələrində lazım olan əşyaları götürmək üçün yenidən həmin saxlanc obyektinə gedən zaman həyətin darvazasının içərisində olan qapını açıb içəri daxil olmaq istəyəndə qapının açılmadığını görüb baxanda həyətdən qapının açılmaması üçün qapının arxasına dəmir qoyulduğunu aşkar etmişdir. Həmin vaxt bilmişdir ki, saxlanc yeri kimi istifadə etdiyi qeyri yaşayış yerinə naməlum şəxs yaxud şəxslər daxil olub oğurluq etmişdir. Sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmişdir. Baxış zamanı ona məlum olmuşdur ki, saxlanc yerindən 1 ədədinin qiyməti 50 manat olan 12 ədəd led projektor, 1 ədədinin qiyməti 30 mant olan 5 ədəd led iqraysi, 1 ədədinin qiyməti 70 mant olan 24 ədəd kamera, və 1 ədəd 550 manat dəyərində divyar oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2980 (iki min doqquz yüz səksən) manat maddi ziyan vurulmuşdur. Polisin apardığı araşdırma ilə cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, dəymiş ziyan ödənilib, onunla barışmışdır və məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında müdafiə tərəfinin razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid öldüyündən onun ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və Təqsirləndirilən şəxs tanıyır. Beləki, o, Mehmanla birlikdə Gəncə şəhər Təhsil İdarəsinin qarşısında yerləşən təkər təmiri sexində təkər təmiri ilə məşğul olmuşdur. Təxminən 1 ay əvvəl atası əməliyyat olunduğu üçün o atasına qulluq etmək üçün işdən çıxmış, lakin mütəmadi olaraq vaxt tapan kimi Mehmanm yanına gedib gəlmişdir. xx.xx.2022-ci il tarixdə Mehman gəlib onu yaşadığı evdən çağırmış və ona bildirmişdir ki, ona məxsus əşyalar var təkər sexinə aparmağa gəlib ona kömək etsin. O Mehmana heç bir etiraz etməmiş və gedib Mehmana köməklik etmişdir. Təkər sexindən bir qədər aralıda 2 ədəd qutu olmuşdur. Həmin qutulardan birini o digərini isə Mehman götürmüşdür. Həmin qutuları Mehmanın işlədiyi təkər sexinə aparmışlar. O təmir sexinə gələn zaman qutuların içərisinə baxan zaman içərisində təzə işıqlandırma cihazlarnı görmüş və Mehmandan həmin əşyaları oğurluq olub-olmadığnı soruşmuşdur. Mehman ona bildirmişdir ki, həmin əşyalar ona məxsudur yəniki oğurluq deyil. Mehman həmin əşyalardan 1 topa led işıq, 1 ədəd hamam üçün olan aksesuar işıq və 3 ədəd balaca plafon işığı ona pay vermiş və qalanını satmaq istədiyini bildirmişdir. 04 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları onu oğurluq etməkdə şübhəli bilib polisə dəvət etmişlər. O, polisə hadisəni olduğu kimi söyləmiş və Mehmanın ona verdiyi əşyaları təqdim edə biləcəyini demişdir. O, həmin əşyaların oğurluq olmasını bilməmiş və oğurluq hadisəsində iştirak etməmişdir. O, yalnız Mehmanın qutuları təkər sexinə gətiməsinə köməklik etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin baş təhqiqatşçısı polis mayoru Ceyhun Musayev tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni ünvan 7 ünvanında yerləşən saxlanc yerinə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanışı Şahid verdiyi 3 ədəd işıqlandırma cihazına baxış keçirilmiş və həmin əşyalar götürülmüşdür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oğurladığı əşyaların yerini göstərmiş, bu barədə protokol tərtib olunmuş və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9267 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən əşyaların 2022-ci ilin avqust ayına orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2280,0 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası DİN Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş arayışdan görünür ki, iş üzrə Şahid həqiqətən 03 dekabr 2022-ci ildə ölmüş və onun ölümünə səbəb opium zəhərlənməsi olmuşdur. Məhkəmə-psixatrik ekspertizanın 22 noyabr 2022-ci il tarixli 711 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X3 pozuntusu, özünü kəsmələrlə” XBT-10 F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma mərhələsində olduğundan o hazırki, cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək hərəkətlərinə hesabat vermək və ya öz hərərkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, onun barəsində Azərbaycfan Respublikası CM-nin 234.4.2 və 317-1.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli başqa bir cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.2 və 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olsa da, yekun qərar qəbul olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixo-nevroloji Dispanserdən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri psixonevroloji dispanserdə “Oyanıq tipli şəxsiyyət pozğunluğu, tez-tez müşahidə olunan nevrotik reaksiyalar özünü kəsmələrlə (autoaqressiya)” diaqnozu ilə qeydiyyatdadır. “Sübutlarn qiymətləndirilməsi haqqında” 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Şahid təqdim etiyi və Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman götürülərək saxlanca verilmiş 5 ədəd led işıqlandırma cihazı və 12 ədəd led projektor iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş və 06 sentyabr 2022-ci il tarixdə “Qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında” qərarla tutulduğu MSY-dən azad edilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində özünü oğurluq etməkdə təqsirli bildiyini lakin oğurluq etdiyi saxlanc yerindən kamera və yaddaş blokunu oğurlamadığnı göstərsədə məhkəmə həmin hissədə onun ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadəsinin, ekspertiza rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, madd sübutların digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırılmasını və “Oyanıq tipli şəxsiyyət pozğunluğu, tez-tez müşahidə olunan nevrotik reaksiyalar özünükəsmələrlə” xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, eyni zamanda barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınan Gəncə şəhər Baş Polis İdarəsində xüsusi saxlanc yerində 5 ədəd led işıqlandırma cihazı və 12 ədəd led projektor zərərçəkmiş şəxsə qaytarılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, həbs yerində saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsində xüsusi saxlanc yerində 5 ədəd led işıqlandırma cihazı və 12 ədəd led projektor zərərçəkmiş şəxsə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-149/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-149/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver