Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-149/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı — Dövlət ittihamçısı, təqsirləndirilən şəxs — Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Gəncə şəhəri Məhsəti qəsəbəsi 11-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış ünvanında yaşayan, barəsində “polisin nəzarətin altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz və hüquqa zidd ələ keçirmək məqsədi ilə 07 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsi 42-ci küçədə yerləşən və saxlanc yeri kimi istifadə olunan yarımtikili vəziyyətdə olan nömrəsiz fərdi yaşayış evinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq evin otaqlarında 400 metr uzunluğunda Türkiyə istehsalı, 2X2.5 ölçüdə mis naqillərini sökərək gizli yolla talayıb Zərərçəkmiş şəxs cəmi 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq edən zaman öz iradəsindən asılı olmadan cinayəti başa çatdıra bilməmiş və oğurluq etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan heroindən istifadə etdiyi üçün hadisə baş verən günü emosional durumu gərgin olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən çayxanaların birinə getmək istəmiş, Məshəti qəsəbəsi 42-ci küçədən keçən zaman həmin küçədə yerləşən yarımtikili evlərin birində evdə heç kim olmadığını görüb həmin evdən çölə çıxan mis naqili oğurlamaq fikrinnə düşmüşdür. O, həmin evin hasarından aşaraq həyətə daxil olmuş, evin qapılarını yoxlamış, zirzəminin qapısı açıq olduğundan ordan evə daxil olmuşdur. Evdə olan mis naqilləri sökdükdən sonra daxil olduğu yerdən hasardan aşaraq çölə düşmüşdür. Bir az getdikdən sonra bir nəfər tanımadığı şəxs aralıdan ona qışqıraraq niyə mis naqilləri oğurladığını dediyi üçün naqilləri oğurluq etdiyi evdən bir qədər aralıda küçənin kənarında olan daşın kənarına atıb qaçmışdır. Həmin hadisədən iki gün keçdikdən sonra yaşadığı evin yaxınlığında polis əməkdaşları onu saxlayaraq şöbəyə aparmış və ondan Gəncə şəhəri Məhsəti qəsəbəsi 42-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evindən mis naqil oğurladığını soruşanda, o, etdiyi oğurluq hadisəsini etiraf edərək naqilləri atdığı yeri polis əməkdaşlarına demişdir. Sonda isə, o, əməlindən peşman olduğunu bildirərək barəsində şərti cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri 4-cü mik 2 saylı yataqxana, otaq 143-də yaşayır və özü rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Gəncə şəhəri Məhsəti qəsəbəsi 42-ci küçədə yerləşən nömrəsiz yarımtikili fərdi yaşayış evi ona məxsdur. Həmin ev yarımtikili olduğu üçün orda hazırda yaşayış yoxdur, imkanı olduqca həmin evdə tikinti təmir işləri aparır və evin işıqlarını çəkdirmək üçün təxminən 400 metrə yaxın 2x2.5 ölçüdə mis naqillər almışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman Şahin adlı usta ona zəng edərək naqillərin kimsə tərəfindən oğurlandığını bildirdikdə dərhal taksi ilə Məhsəti qəsəbəsinə getmişdir. O, gələnə kimi Şahin adlı şəxs oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra o, bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İş ürzə Şahid məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadələr məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı o, bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün usta kimi fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır, belə ki, onun Gəncə şəhəri Məhsəti qəsəbəsi 42-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində usta kimi işləmişdir. O, 07 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsi 42-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində olan bəzi işləri görmək üçün getmiş və evə daxil olanda bir neçə gün əvvəl çəkdikləri işıq sisteminin naqillərinin söküldüyünü görmüşdür. O, dərhal küçəyə çıxmış və tanımadığı bir nəfərin əlində mis naqillər evdən yuxarı getdiyini görmüşdür. O, həmin şəxsin arxasınca qışqırdıqda əlindəki naqilləri küçədə atıb qaçmışdır. Bundan sonra o, ev sahibi Zərərçəkmiş şəxs və polis əməkdaşlarına zəng edərək məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v.1); - baxış keçirilməsi haqqında 07 sentyabr 2023-cü il tarixli Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən tərtib olunmuş protokoldan görünür ki, hadisənin baş verdiyi yer Gəncə şəhəri Məhsəti qəsəbəsi 42-ci küçədə yerləşən fərdi yaşayış evidir. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.10-19); - xx.xx.2023-cü il tarixli təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 2X25 ölçüdə mis naqilləri istintaqa təqdim etmişdir. (i.v.57-60); - “Qətimkan tədbiri seçilməsi haqqında” 11 sentyabr 2023-cüil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.76); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 07 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (i.v.88); - Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli 9/7329 nömrəli rəyində göstərilmişdir ki, Türkiyə istehsalı, uzunluğu 400 metr 2x2.5 sm ölçülü mis naqilin 2023-cü ilin sentyabr ayına olan 1 metrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 0,70 manat, 400 metrinin qiyməti isə 280.00 manat müəyyən edilir. (i.v.91-92); - ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir.(i.v.90); - “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 07 dekabr 2023-cüil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v.104); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 11 dekabr 2023-cü il tarixli, 7709 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyatda yoxdur.(i.v.115); - Gəncə şəhər Psixonevroloji dispanserinin 11 dekabr 2023-cü il tarixli, 4254 saylı arayışda göstərilmişdir ki, Süleymanov X1 dispanserdə qeydiyyatda yoxdur (i.v.117); - 13 dekabr 2023-cü il tarixli 3-13-57/2-67681/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsi 42-ci küçədə yerləşən yarımtikili vəziyyətdə olan nömrəsiz fərdi yaşayış evindən oğurladığı mis naqilləri müəyyən edib istintaqa təqdim etmək, eyni zamanda Təqsirləndirilən şəxs şəhər ərazisində digər cinayət hadisəsi törədib-törətməməsini müəyyən etmək mümkün olmamışdır.(i.v.118); - Küçə üçlüyü tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü nizam-intizamlı aparmış, qonşuların xeyir şər məclislərində iştirak etmiş, barəsində heç bir şikayət xarakterli material daxil olmamışdır. (i.v.121); - doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 iyun 2022-cı il təvəllüdlü X4 və X2 adlı 2 azyaşlı uşağı vardır. (i.v.122-123); - 16 dekabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, hadisə yerinə baxış protokolu, ifadəni yerində yoxlama protokolu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkəti protokollar, həmçinin Türkiyə istehsalı, 2x2.5 ölçüdə mis naqili iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. (i.v.124-130); - xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və o, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Cəza təyin edilərkən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, Az.MEM, VÖEN **********, hesab №2088501, X3,KOD 210005, VÖEN **********, m/hAZ41NABZ********************, S.W.İ.F.T.BikCTREAZ22 ödənilməlidir (CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 32 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 192 manat pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı–“XalqBank” Gəncə filialı Kod:504023,VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İşi üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X3,KOD-210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T.Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-149/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-149/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver