Məhkəmə qərarları › İş №1(125)-15/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-15/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-15/2024 28.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Azəralüminium MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X4, X3, X6 və X5 iştirakları ilə, xx.xx.1972-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, sahibkar X12 yanında izolyasiyaçı işləyən, məhkum olunmamış, Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 10, mənzil 23-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Depo qəsəbəsi 11ci küçədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 xx.xx.1975-ci il tarixdə Goranboy rayonu,Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, məhkum olunmamış, Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Goranboy rayonu, Nadirkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərindəanadan olmuş, AzərbaycanRespublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, sahibkar X12 yanında operator işləyən, məhkum olunmamış, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin aprel ayından iyun ayının sonlarınadək olan müddət ərzində, günü isintaqa dəqiq məlum olmayan vaxtlarda vahid niyyətlə "xxxx" MMC-nin “X17”nin mərkəzi anbarından qanunsuz olaraq bir kiloqramı 23 manat 30 qəpik olmaqla 855 kiloqram 460 qram çəkidə 19932 manat 22 qəpik dəyərində emallı mis naqili, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 670 kiloqram çəkidə 4355 manat dəyərində istifadə olunmuş mis kabeli, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 80 kiloqram çəkidə 520 manat dəyərində yanmış mis naqili gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 24807 manat 22 qəpik dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrar tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin iyul ayı ərzində, günü isintaqa dəqiq məlum olmayan vaxtlarda vahid niyyətlə "xxxx" MMC-nin “X17”nin mərkəzi anbarından qanunsuz olaraq bir kiloqramı 23 manat 30 qəpik olmaqla 102 kiloqram çəkidə 2376 manat 60 qəpik dəyərində emallı mis naqili gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 2376 manat 60 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin aprel ayından iyun ayının sonlarınadək olan müddət ərzində, günü isintaqa dəqiq məlum olmayan vaxtlarda vahid niyyətlə "xxxx" MMC-nin “X17”nin mərkəzi anbarından qanunsuz olaraq bir kiloqramı 23 manat 30 qəpik olmaqla 855 kiloqram 460 qram çəkidə 19932 manat 22 qəpik dəyərində emallı mis naqili, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 670 kiloqram çəkidə 4355 manat dəyərində istifadə olunmuş mis kabeli, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 80 kiloqram çəkidə 520 manat dəyərində yanmış mis naqili gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 24807 manat 22 qəpik dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq tərəfindən təqsirləndirilmişdir ondan ötrü ki, o, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin aprel ayından iyun ayının sonlarınadək olan müddət ərzində, günü isintaqa dəqiq məlum olmayan vaxtlarda vahid niyyətlə "xxxx" MMC-nin “X17”nin mərkəzi anbarından qanunsuz olaraq bir kiloqramı 23 manat 30 qəpik olmaqla 855 kiloqram 460 qram çəkidə 19932 manat 22 qəpik dəyərində emallı mis naqili, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 670 kiloqram çəkidə 4355 manat dəyərində istifadə olunmuş mis kabeli, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 80 kiloqram çəkidə 520 manat dəyərində yanmış mis naqili gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 24807 manat 22 qəpik dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrar tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin iyul ayı ərzində, günü isintaqa dəqiq məlum olmayan vaxtlarda vahid niyyətlə "xxxx" MMC-nin “X17”nin mərkəzi anbarından qanunsuz olaraq bir kiloqramı 23 manat 30 qəpik olmaqla 102 kiloqram çəkidə 2376 manat 60 qəpik dəyərində emallı mis naqili gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 2376 manat 60 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin aprel ayından iyun ayının sonlarınadək olan müddət ərzində, günü isintaqa dəqiq məlum olmayan vaxtlarda vahid niyyətlə "xxxx" MMC-nin “X17”nin mərkəzi anbarından qanunsuz olaraq bir kiloqramı 23 manat 30 qəpik olmaqla 855 kiloqram 460 qram çəkidə 19932 manat 22 qəpik dəyərində emallı mis naqili, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 670 kiloqram çəkidə 4355 manat dəyərində istifadə olunmuş mis kabeli, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 80 kiloqram çəkidə 520 manat dəyərində yanmış mis naqili gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 24807 manat 22 qəpik dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 ibtidai istintaq tərəfindən təqsirləndirilmişdir ondan ötrü ki, o, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin aprel ayından iyun ayının sonlarınadək olan müddət ərzində, günü isintaqa dəqiq məlum olmayan vaxtlarda vahid niyyətlə "xxxx" MMC-nin “X17”nin mərkəzi anbarından qanunsuz olaraq bir kiloqramı 23 manat 30 qəpik olmaqla 855 kiloqram 460 qram çəkidə 19932 manat 22 qəpik dəyərində emallı mis naqili, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 670 kiloqram çəkidə 4355 manat dəyərində istifadə olunmuş mis kabeli, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 80 kiloqram çəkidə 520 manat dəyərində yanmış mis naqili gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 24807 manat 22 qəpik dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrar tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin iyul ayı ərzində, günü isintaqa dəqiq məlum olmayan vaxtlarda vahid niyyətlə "xxxx" MMC-nin “X17”nin mərkəzi anbarından qanunsuz olaraq bir kiloqramı 23 manat 30 qəpik olmaqla 102 kiloqram çəkidə 2376 manat 60 qəpik dəyərində emallı mis naqili gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 2376 manat 60 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin aprel ayından iyun ayının sonlarınadək olan müddət ərzində, günü isintaqa dəqiq məlum olmayan vaxtlarda vahid niyyətlə "xxxx" MMC-nin “X17”nin mərkəzi anbarından qanunsuz olaraq bir kiloqramı 23 manat 30 qəpik olmaqla 855 kiloqram 460 qram çəkidə 19932 manat 22 qəpik dəyərində emallı mis naqili, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 670 kiloqram çəkidə 4355 manat dəyərində istifadə olunmuş mis kabeli, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 80 kiloqram çəkidə 520 manat dəyərində yanmış mis naqili gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 24807 manat 22 qəpik dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq tərəfindən təqsirləndirilmişdir ondan ötrü ki, o, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin aprel ayından iyun ayının sonlarınadək olan müddət ərzində, günü isintaqa dəqiq məlum olmayan vaxtlarda vahid niyyətlə "xxxx" MMC-nin “X17”nin mərkəzi anbarından qanunsuz olaraq bir kiloqramı 23 manat 30 qəpik olmaqla 855 kiloqram 460 qram çəkidə 19932 manat 22 qəpik dəyərində emallı mis naqili, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 670 kiloqram çəkidə 4355 manat dəyərində istifadə olunmuş mis kabeli, bir kiloqramı 6 manat 50 qəpik olmaqla 80 kiloqram çəkidə 520 manat dəyərində yanmış mis naqili gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 24807 manat 22 qəpik dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrar tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin iyul ayı ərzində, günü isintaqa dəqiq məlum olmayan vaxtlarda vahid niyyətlə "xxxx" MMC-nin “X17”nin mərkəzi anbarından qanunsuz olaraq bir kiloqramı 23 manat 30 qəpik olmaqla 102 kiloqram çəkidə 2376 manat 60 qəpik dəyərində emallı mis naqili gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 2376 manat 60 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 müdafiəçisinin ifadəsini təsdiq edərək bildirmişdir ki, o, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Belə ki, onun vəzifəsi növbətçi ustakimi işlədiyi Azəralüminium MMCnin X1 gələn və anbarlardan gedən yükləri yükləməsi və boşaltması olmuşdur. O, tanışları İbrahim, Tural və Anar ilə əlbir olub heç bir oğurluq etməmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs4 idarə etdiyi “Qazel” markalı avtomobilə yükləri yükləyərkən həmin yüklərin oğurluq olduğunu bilməmiş və həmin malların satılıb, əldə olunduğu pullardan ona heç bir vəsait verilməmişdir. O, digər götürdüyümis naqilləri təhvil vermək üçün gətirib vermişdir. Belə ki, dörd ədəd emallı mis naqil dolaqlarının zavod ərazisində nəzarətsiz qaldığını görmüş, aparıb onları təhvil vermək qərarına gəlmişdir. Belə nəzərətsiz qalmış mis dolaqları o zavodun digər yerlərində də əvvəllər görmüşdür.Həmin mis naqilləri təhvil verərkən rəhbərlik tərəfindən ona həvəsləndirmə üçün əlavə pul mukafatı verilir. Onun yerində müəssisənin hansı işçisi olsa həmin mükafat üçün eyni işi görərdi, lakinmühafizəçilər onun əlində iki dolağ naqil görüb onu tutaraq oğurluq etməkdə ittiham etmişlər. Bundan sonra o, nəzarətsiz qalan daha səkkiz ədəd emallı mis naqil dolaqlarının yerini mühafizəçilərə göstərmişdir. Mühafizəçilər rəhbərliyin yanında öz nüfüzlarını yüksəltmək üçün bu addımı atmışlar. Sonda o, məqsədinin oğurluq olmadığını, götürdüyü naqilləri təhvil vermək məqsədi ilə götürdüyünü, günahsız olaraq ibtidai istintaq zamanı üç ay həbsdə qalmağını, müəsisəyə dəymiş maddi ziyanı isə ödəməyə imkanı olmadığını nəzərə alıb barəsində bəraət hökmüverilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 mülki iddianı qəbul etmədiyini, cinayətin onun tərəfindən törədilməməsi səbəbindən mülki iddianın ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqındakı ifadəsi ilə ibtidai istintaqdakı ifadəsi arasında ziddiyyət müəyyən edildiyindən onun ibtidai istintaqdakı ifadəsi ittiham tərəfinin verdiyi vəsatət əsasında məhkəmə istintaqında elan edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqdakı ifadəsində qeyd etmişdir ki, o, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Ailəlidir, 3 övladı var. 2011-ci ildən Azəralüminium MMC-nin X10 növbə ustası kimi işləməyə başlamış və 2021-ci ilin avqust ayının 5-dək həmin vəzifədə işləmişdir. İşlədiyi vəzifədə dörd növbə xidmət edir. O və digər 3 nəfər növbə ustaları 12 saatdan bir işləyirlər. Onun vəzifəsi anbarla əlaqədar olaraq bütün işləri görməkdən ibarət olmuş, rəhbərliyin tapşırığı əsasında anbara gələn və anbardan gedən yük avtomobillərinin, vaqonların yüklənməsi və boşaldılması işlərini gömüş, xammalın, ehtiyyat hissələrin, avadanlıqların toplandığı mərkəzi anbarın qapıları hər gün saat 17:00-da anbardar Elsevər tərəfindən bağlanaraq möhürlənir və mühafizə xidmətinə təhvil verilmiş, növbəti gün isə müafizə xidməti tərəfindən Elsevərə təhvil verilmişdir. O, növbədə olduğu müddət ərzində yuxarıdakı alüminium oksidin toplandığı anbarın yanında yerləşən kiçik bir vaqonda digər sexlərin növbətçiləri ilə birlikdə oturmuşlar. 2021-ci ilin yaz ayında Anarın idarə etdiyi Qazel markalı avtomobil mərkəzi anbara oksigen balonları gətirmişdir. Həmin balonları o, İbrahim və Tural boşaldıb anbara yığmışlar. Həmin Qazelin yük yerində iki hissəli rezin xalça sərilmişdi. Adəti üzrə biz boş balonları avtomobilə yığmalı olduqları halda İbrahim və Tural ona oradakı zavoddan çıxan tullantıların atıldığı yerdən yanmış mis naqilləri, kabeli yığaraq avtomobilə yığmaqda köməklik etməyimizi demişlər. Həmin vaxt onların həmin kabeli və naqilləri oğurladıqlarını bilib nə üçün belə etdiklərini dedikdə qarşımamağını deyərək avtomobilə yığmağını bildirmişlər. O da onlara heç bir söz deməyərək həmin kabel və naqlilləri avtomobilin yük yerindəki rezin xalçanın altına yığaraq gizlətmişdir. Daha sonra isə onun üzərinə boşaldılmış oksigen balonlarını yığaraq yük yerini doldurmuşlar və Anar avtomobili sürərək çıxıb getmişdir. Bundan sonra eyni qaydada o, ay ərzində təxminən 3-4 dəfə yuxarıda qeyd etdiyi qaydada naqil və kabeli İbrahim, Tural və o Anarın avtomobilinə yığmışlar. Belə ki, Tural və İbrahim həmin əşyaları anbardan çıxarıb yandakı zibillikdə gizlədərək saxlamış, Anarın avtomobili gələrəkən isə onlar həmin kabel və misi balonlar boşaldıqdan sonra avtomobilə yığmışlar. Sonuncu dəfə hətta naqil və mis kabeldən əlavə 4 ədəd mis dolağı da əzib avtomobilin yük yerində olan rezinin altına yığmışlar. Təxminən 2021-ci ilin iyul ayının sonlarında zavodda fəhlə işləyən Emin adlı şəxs işdən çıxdığı ərəfələrdə ona mis dolağlardan 8 ədədini də vaqonların arasında gördüyünü demişdir. Həmin gün axşam işdən çıxarkən o, Eminin dediyi yerə baş çəkəndə həqiqətən orada 8 ədəd mis dolağları görmüşdür. Lakin bu məsələ həmin vaxt diqqətini cəlb etmədiyi üçün Tural və İbrahimlə həmin dolağları oraya kimin qoyması barədə danışmamışdır. 24 iyul 2021-ci il tarixdə saat 09 radələrində torpaq maşınını sərmayə anbarına boşaltmaq üçün piyada həmin yerə tərəf gedəndə nar kolunun dibində 4 ədəd emallı mis naqil dolağı görmüş, lakin günorta saatları olduğu üçün həmin dolağları götürməmişdir. O, sərmayə anbarına gedib avtomobili boşaltdıqdan sonra mühafizə və sürücü ilə birlikdə avtomobillə geri öz işlədiyi sexə qayıtmışdır. Şənbə və bazar günləri sərmayə anbarına gedən yol bağlı olduğu üçün mis dolağları götürmək üçün həmin yerə qayıtmamışdır. O, həmin mis dolağların dəqiq olaraq kim tərəfindən oraya qoyulmasını bilməsə də hesab etmişdir ki, İbrahim və Tural atmışdır. Lakin həmin vaxt Tural və İbrahimi görə bilmədiyi üçün onlara bu barədə danışa bilməmiş və həmin gün saat 20 radələrində işdən çıxıb evinə getmişdir. Təyin olunmuş qrafik üzrə 28 iyul 2021-ci il tarixdə, saat 08:00da işə getməli olsa da yeznəsinin yas ərasimində iştirak etməli olduğu üçün xahiş etmişdir ki, bir gün əvvəl işə getsin ve 28 iyul 2021-ci il tarixdə səhər saatlarında növbədən çıxıb yas mərasimində iştirak etsin, busəbəbdən də razılıq əsasında 27 iyul 2021 ci İl tarixdə, saat 20:00 da zavoda getmiş vənövbəni digər növbə ustası Nahiddən təhvil almışdır. Axşam saatlarında təxminən 23:50 radələrində ac olduğu üçün yeməkxanaya gedib yemək götürmək qərarına gəlmişdir.Mərkəzi anbarın yanı ilə addımlayıb soyuq yayma sexinə tərəf keçmək üçün qapıyayaxınlaşanda qapının bağlı olduğunu görmüş, çünki gün ərzində bütün işçilər həminqapıdan istifadə etməklə yeməkxanaya getdiklərinə görə fikirləşmişdir ki, hemin qapı açıq olar. Həyat yoldaşı onkoloji xəstə olduğu üçün və övladı Bakı şəhərində xəstəxanada olduğu üçün həmin dolaqları götürüb anbar tərəfə aparıb saxlamağa və səhər işdənçıxarkən özü ilə aparıb sataraq dərman pulu etməyə qərar vermişdir. Bu məqsədlə ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin nar kolunun dibindəki 4 ədəd misdolağları götürüb ərazidən tapdığı torbaya yığmış, daha sonra orta yerişli addımla mərkəzi anbara tərəfə qayıdıb təxminən 13-15 metr məsafə qət etmişdir ki, mühafizə xidmətının əməkdaşları Nural və Fuad adlı şəxslər qarşısına çıxmışlar. Həmin şəxslər əlindəki torbanın içərisində nə olmasını soruşanda etiraf edib bildirmişdir ki, yaxınlıqdakı nar kolunun dibindən tapdığı 4 ədəd mis dolağlardır. Həmin mühafizəçilər ona bildirmişdir ki, onlar da həmin dolağları axtarırlar və həmin dolağlar oğurluqdur. O da həmin dolağların oğurluq olduğunu bilmədiyini və həmin dolağların yararsız olduğu üçün açıq havada kolun dibinə atıldığını güman etdiyini bildirmişdir. Bundan sonra mühafizə xidməti rəhbərliyə və digərlərinə məlumat verdiyi üçün, anbar meneceri Hatəm, supervaizer Sübhan, mərkəzi anbar anbardarı Elsevər, anbardan Asif, maliyyə rəhbəri Cəlal, mühasib İkram adlı şəxslər oraya gəlmişlər. Rəhbərlik ondan digər hansı yerlərdə mis dolağları gördüyünü soruşanda o, 24 iyul 2021-ci il tarixdə nar kolunun dibində 4 ədəd mis dolağları gördüyünü, əlavə olaraq 8 ədədinin də vaqonların arasında gördüyünü bildirmişdir. Bundan sonra mühafizəçi növbə rəisi Eldəniz müəllim, növbə mühafizəçisi Ruslan, Hatəm və Elsevərlə birlikdə Eminin ona bildirdiyi yerə getmişlər, vaqonların arasında çala kimi qazılmış yerdən 8 ədəd mis dolağları götürüb təhvil vermişdir. Bundan sonra onun əlində tutulmuş 4 ədəd mis dolağlar və yerini göstərib təhvil verdiyi 8 ədəd mis dolağların götürülməsi barədə akt tərtib olunmuş, mis dolağların fotoşəkilləri çəkilmişdir. Bundan sonra 05 avqust 2021-ci il tarixdə oradan öz ərizəsi ilə işdən çıxmışdır. Sonralar İbrahimlə bu barədə söhbət edərkən İbrahim ola bilsin ki, Turalın həmin dolağları oraya qoyduyğunu bildirmişdir. Çünki həmin mis dolaqlar mərkəzi anbarda saxlanılır, mərkəzi anbarın qapısı saat 17:00-dan sonra həmin mis dolağlar günorta saatlarında həmin yerlərə atılıbdır. Həmin anbarda mütəmadi olaraq Tural olmuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Tural və İbrahimlə birlikdə Anarın avtomobilin yük yerindəki rezinin altına hər dəfə yanmış mis naqil və kabelləri dəsmallara və kardona bükülü şəkildə hər dəfə 5-10 kiloqram arasında qoymuşlar. Emalli mis naqil dolağının isə 4 ədədinini o, Tural və İbrahimlə birlikdə Anarın avtomobilin yük yerindəki rezinin altına yığmışlar. Lakin həmin oğurluqdan heç bir qazanc əldə etməmişdir. Sadəcə bir fəhlə kimi onlara həmin əşyaların yığılmasında köməklik etmişdir. Həmin əşyaları avtomobilin yük yerindəki rezin xalçanın altına yığıb üzərinə da balonları yığdıqları üçün mühafizəçilərin çıxışda həmin rezinin altına baxmağa imkanları olmamışdır. Çünki bunun üçün həmin boş balonlar boşaldılmalı idi. Buna görə də həmin avtomobil rahat şəkildə malları çölə çıxara bilmişlər.Həmin 32 kq emallı mis naqilləri aparıb satmaq istəmişdir. Lakin buna nail ola bilməmiş, qalan 8 ədəd mis dolağları isə həmin yerə yığmamış və onları aparmaq fikri olmamışdır. Həmin emallı mis naqillərin Tural, İbrahim və Anarla əlaqəsinin olub-olmamasını dəqiq bilməmişdir. Lakin onlar 32 kq emallı mis naqillərini aparın satmaq istəmişdir. Hər dəfə təxminən 15-20 kq yanmış mis naqil və kabelin, 4 ədəd emallı mis naqilin avtomobilə yüklənməsinə köməklik etmişdir. Başqa heç bir cinayət hadisəsi törətməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs4 ifadə verərək bildirmişdir ki,o, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Belə ki, o, Azəralüminium MMC-nin X11 işçisi olmamış, idarə etdiyi “Qazel” markalı avtomobil ilə müəssisənin işçiləri tərəfindən onun avtomobilinə yüklənən yükləri daşımışdır. Ona avtomobilə yülənən yüklərin lazımsız olduğu deyilmişdir.Həmin malların oğurluq olduğunu bilməmiş, həmin malların oğurluq olduğu barədə ibtidai istintaq zamanı məlumatı olmuşdur.Azəralüminium MMC-nin anbarının qarşısında şüşədən kabinə vardır və həmin kabinənin içərisində anbar müdiri əyləşir, əgər oradan hər hansı oğurluq olunsaydı anbar müdiri onu görməli idi. O, tanışları, həmin zavodda işləyən Tural, İbrahim və Əlvizin köməyi iləbir dəfə, iki dolaq olmaqla, emallı mis naqil dolaqlarını götürüb idarə etdiyi Qazel markalı avtomobili kabinəsində oturacağın altına gizlətmiş, həmin mis dolaqları Gəncə şəhərində motosikletlə gəzən tanımadığı dəmir qəbulu ilə məşğul olan şəxsə ümumilikdə 360 manata satmışdır. Bundan əldə etdiyi gəliri Tural və İbrahimlə bölmüşdür. Əlvizə bu barədə heç nə deməmişdir.Bundan əlavə o, ümumi çəkisi təxminən 30 kq olanistifadə olunmuş və yanmış naqil götürmüş, həmin naqillərin tullantı olduğunu düşünmüşdür.Həmin mallar satıldıqda isə ona 20-30 manat pul verilmişdir. Həmin gəliri də, Tural və İbrahimlə bərabər bölmüşlər.Hazırda o, müəssisəyə dəymiş ziyandan 3000 manat ödəniş etməsinə dair qəbzi məhkəməyə təqdim etmiş, qalan borcu da hissə-hissə ödəyəcəyinə dair söz vermişdir. Sonda o, himayəsində iki azyaşlı uşağının olmasını və dəymiş ziyandan ödəniş etməsini nəzərə alıb barəsində yüngül cəzaverilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 mülki iddianı qismən etiraf etdiyini, törədilmiş cinayət əməli nəticəsində dəymiş zərərin bir hissəsinin ödənilməsini nəzərə alıb iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs4 məhkəmə istintaqındakı ifadəsi ilə ibtidai istintaqdakı ifadəsi arasında ziddiyyət müəyyən edildiyindən onun ibtidai istintaqdakı ifadəsi ittiham tərəfinin verdiyi vəsatət əsasında məhkəmə istintaqında elan edilmiş, Təqsirləndirilən şəxs4 ibtidai istintaqdakı ifadəsində qeyd etmişdir ki, onun 3 övladı var və övladlarından ikisi azyaşlıdır. O, təxminən 20 ilə yaxındır ki, Gəncə şəhər Texniki Oksigen sexində maşinist işləmişdir. Gəncə şəhər Texniki Oksigen sexi zavod və müəssisələrlə bağlamış olduğu müqavilə əsasında həmin yerləri oksigen balonları ilə təmin etmişdir. O, maşnist olduğu üçün Gəncə şəhər Texniki Oksigen sexindən dolu vəziyyətdə olan oksigen balonlarını müəssisələrə aparır, boş balonları isə Texniki Oksigen sexinə aparıb doldurtdururmuş. O, oksigen balonlarını idarə etmək üçün verilmiş QAZ 33021 yük markalı, **-RR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə daşımışdır. Azəralüminium MMC-nin X17 ilə bağlanmış müqavilə əsasında uzun müddətdir ki, idarə etdiyi QAZ 33021 yük markalı, **-RR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin zavoda oksigen balonları aparır, boşlarını isə götürmüşdür. O, həftədə təxminən 2-3 dəfə adı gedən zavoda oksigen balonları aparmışdır. 2021-ci ilin aprel ayında O, Tural və İbrahim razılaşmışlar ki, anbarda olan misləri hissə-hissə onun avtomobilinə yığıb zavoddan çıxarsınlar və satıldıqdan sonra pulunu aralarında bölgü etsinlər. Razılaşmaya əsasən Turalla İbrahim həmin misləri fürsət olduqca yığıb anbarın yanındakı zibillikdə gizləməli, onun avtomobili gəldikdə isə boş balonların altından həmin mis metallar yığılmalı, onun idarə etdiyi avtomobili ilə onları çıxarıb satmalı və əldə olunan qazancı bölməli imişlər. Həmin razılaşmaya əsasən Turalla İbrahim anbarı sulamaq adı ilə iri bidon formalı dəmir qaba su doldurub oraları suladıqdan sonra mis məftilləri, kabelləri onun içərisinə yığıb hissə-hissə zibilliklərdə gizlətmiş, o, da avtomobillə hər dəfə oraya gedəndə avtomobilinin yük yerindəki rezinin altına həmin naqilləri yığıb üzərindən də balonları yığmışlar. Zavoda balonla yüklü şəkildə girib balonla da yüklü şəkildə çıxdığı üçün avtomobili yoxlaya bilməmişlər. O, zavoddan çıxdıqdan sonra həmin metalları motosikletlə səyyari şəkildə gəzib dəmir yığan tanımadığı şəxslərə satmışdır. Həmin satışlardan payına hər dəfə 30-40 manat pul düşürmüş. Sonuncu dəfə isə iyun ayında o, yenə həmin anbara idarə etdiyi avtomobilə getmiş balonları boşaltdıqdan sonra Tural və İbrahimin 2 ədəd emallı mis naqil dolağını idarə etdiyi Qazel markalı avtomobilin kabinasına qoymuşlar, həmin dolağların birinin çəkisi təxminən 20 kq olmuşdur. O, yenə eyni qaydada həmin dolaqları zavod ərazisindən çıxarıb motosikletlə səyyari şəkildə gəzib dəmir yığan tanımadığı şəxsə 360 manat qarşılığında satmış və həmin pulu üç yerə bölmüş, 120 manatını özü götürmüş, 240 manatını isə zavoda gedərək Tural və İbrahimə vermişdir ki, öz aralarında bölsünlər. Daha sonrasında isə zavod həmin əşyaların oğurlanması barədə məlumatlanaraq polisə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq dindirilmiş Təqsirləndirilən şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 fəhlə olduğu üçün balonların avtomobilə boşaldılmasında və yığılmasında köməklik etmişdir. Həmin vaxt ola bilsin ki, Əlviz də oğurluq malların yığılmasında köməklik etmişdir. Lakin O, Əlvizə bunun qarşılığında pul verməmişdir. Onlar əvvəlcədən dəqiq olaraq nə qədər əmlakı talamaqları barədə razılağa gəlməmişlər. Çünki anbarda yanmış mis naqillər, mis dolaqlar çox idi və onların o, naqillərin hamısını oğurlamağları mümkün deyilmiş. Hər dəfə fürsət düşdükcə Turalla İbrahim onların bir hissəsini yığıb zibilliyə qoymuş və daha sonra avtomobilə yükləmişlər. Onlar həmin əşyaları avtomobilin yük yerindəki rezin xalçanın altına yığıb üzərinə da balonları yığdığları üçün mühafizəçilərin çıxışda həmin rezinin altına baxmağa imkanları olmamışdır. Həmçinin avtomobilin kabinəsinə də baxmamışlar. Çünki bununçün həmin boş balonlar boşaldılmalı idi. Buna görə də həmin avtomobil rahat şəkildə malları çölə çıxara bilmişdir. O, həmin dolaqların oraya necə qoyulması, Əlvizin həmin dolaqları oğurlamağa cəhd etməsi barədə heç bir məlumatı yoxdur, bu barədə heç bir məlumatı olmayıb, heç kəslə razılaşması olmamışdır. Onlar təxminən 200 kq yanmış mis naqil və kabel və 40 kq çəkidə emallı mis naqili gizli olaraq talamışlar. Həmçinin talamanın qarşısının alınması barədə kimsə tərəfindən hər hansı bir tədbir görülməmişdir. O, başqa heç bir cinayət hadisəsi törətməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 ifadə verərək bildirmişdir ki, o, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Belə ki, o, iki ədəd emallı mis naqil dolaqlarını anbarın giriş qapısının önündə gizlətmiş, Anar anbardan qaz balonlarını avtomobilə yükləyən zaman Anara vermişdir. Anar isə həmin mis dolaqları avtomobilin kabinəsində oturacaqların altında gizlətmişdir. Emallı mis naqil dolaqlarını sataraq 360 manat gəlir əldə etmiş, həmin gəliri onunla və Turalla bərabər şəkildə bölmüşdür. Bundan sonra o,yanmış və istifadə edilmiş mis naqillərin tullantı olduğunu fikirləşmiş və düşünmüşdür ki, həmin malları satıb 3-5 manat pul əldə edəcəkdir. Həmin ümumi çəkisi təxminən 30 kq olan naqilləri də hissə-hissə 3 dəfə Anara vermiş, Anar həmin naqilləri də sataraq hər dəfəsində onunla və Turalla bölmüşdür. Yanmış və istifadə edilmiş mis naqillərdən ümumilikdə 30-40 manat gəlir əldə etmişlər. Gəlir barədə Əlvizə heç bir söz deməmişlər.Hazırda o, müəssisəyə dəymiş ziyandan 500 manat ödəniş etməsinə dair qəbzi məhkəməyə təqdim etmiş, qalan borcu da hissə-hissə ödəyəcəyinə dair söz vermişdir. Odur ki, o, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 mülki iddianı qismən etiraf etdiyini, törədilmiş cinayət əməli nəticəsində dəymiş zərərin bir hissəsinin ödənilməsini nəzərə alıb iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqındakı ifadəsi ilə ibtidai istintaqdakı ifadəsi arasında ziddiyyət müəyyən edildiyindən onun ibtidai istintaqdakı ifadəsi ittiham tərəfinin verdiyi vəsatət əsasında məhkəmə istintaqında elan edilmiş, Təqsirləndirilən şəxs2 ibtidai istintaqdakı ifadəsində qeyd etmişdir ki, 2 övladı var və övladlarından biri azyaşlıdır. O, 2011-ci ilin sentyabr ayından Azəralüminium MMC-nin X10 müxtəlif vəzifələrdə, 2013cü ildən növbə briqadiri, 2021-ci ilin fevral ayından isə zavodun nəqliyat şöbəsində avtoyükləyici idarə etməyə başlamış və 05 avqust 2021-ci if tarixdə isə öz istəyi əsasında ərizəsi ilə işdən azad olunmuşdur. Gündəlik olaraq avtoöyükləyici ilə zavodda anbarla əlaqədar olaraq bütün işləri görmüş, bir sexdən digərinə, yaxud anbara gətirlən və ya anbardan sexlərə aparılan mal-materialların, anbar daxilində və yaxud anbardan ağır çəkili yüklərin daşınmasını təmin etmişdir. Demək olar ki o, həftənin bütün günləri saat 09.00dan 17:00-dək işə gəlirmiş, gün ərzində nəzərdə tutulan işləri görmüşdür. Təqsirləndirilən şəxs4 idarə etdiyi Qazel markalı avtomobillə həftədə 2-3 dəfə anbara oksigeni balonları gətirib boşaltmış, boş balonları isə aparmışdır. Onun avtomobili yüklə gəlib yüklə də çıxdığına görə nəzarətdən kənar qalmış və yüklü olduğu üçün tam şəkildə yoxlanıla bilməmişdir. 2021-ci ilin aprel ayında o, Tural və Anar razılaşmışlar ki, anbarda olan misləri hissə-hissə Anarın avtomobilinə yığıb zavoddan çıxaralar və satıldıqdan sonra pulunu aralarında bölərlər. Razılaşmaya əsasən onunla Tural həmin misləri fürsət olduqca yığıb anbarın yanındakı zibillikdə gizləməli, Anarın avtomobili gəldikdə isə boş balonların altından həmin mis metalları yığılmalı, Anar avtomobili onları çıxarıb satmalı və əldə olunan qazancı bölməli olmuşlar. Həmin razılaşmaya əsasən Turalla o, anbarı sulamaq adı ilə iri bidon formalı dəmir qaba su doldurub oraları suladıqdan sonra mis məftilləri, kabelləri onun içərisinə yığıb hissə-hissə zibilliklərdə gizlədib daha sonra Anarın avtomobilinin yük yerindəki rezinin altına yığıb üzərindən də balonları yığmışlar. Həmin satışlardan paylarına hər dəfə 30-40 manat pul düşmüşdür. Onlar həmin işləri görərkən Əlviz də arada köməklik etmiş, lakin bunun müqabilində ona pul verməmişlər. Əlviz onların həmin əşyaları oğurladıqlarından xəbərdar idi. Sonuncu dəfə isə iyun ayında Turala birlikdə anbarda olan 2 ədəd emallı mis naqil dolağını gizli şəkildə götürüb tullantı sayılan karton qutularının arasında gizlətmişlər. Bir az keçdikdən sonra Anar adlı şəxs idarə etdiyi Qazel markalı avtomobillə anbara gəlmişdir. O, Turalla birlikdə oğurladıqları həmin 2 ədəd emallı mis naqil dolaqlarını Anarın idarə etdiyi Qazel markalı avtomobilin kabinasına qoymuşlar, həmin dolağların birinin çəkisi təxminən 20 kq olmuşdur. Təxminən bir gün keçdikdən sonra Tural ona 120 manat pul vermiş və bildirmiş ki, həmin dolağları Anar satmış və hər birinin payına 120 manat pul düşmüşdür. Həmin puldan digər heç kimə verməmişlər. Bir müddət keçdikdən sonra zavodda işləyən mühəndislər gəlib anbardan mühərriklərin təmiri üçün mis dolağlar götürən zaman məlum olmuşdur ki, mis dolağlarda, mis kabellərdə, naqillərdə əskiklik var. Anbar təsərrüfatının aparıcı mütəxəssisi vəzifəsində işləyən Hatəm müəllim anbardan həmin əşyaların kimlər tərəfindən oğurlandığını, bu barədə məlumatım olub-olmadığını soruşanda o, əvvəlcə xəbəri olmadığını bildirmiş, sonradan hər şeyi etiraf etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, Turalla birlikdə Anarın avtomobilin yük yerindəki rezinin altına hər dəfə yanmış mis naqil və kabelləri dəsmallara və kardona bükülü şəkildə hər dəfə təxminən 510 kiloqram arasında qoymuşlar. Emallı mis naqil dolağının isə 2 ədədini o, Turalla birlikdə Anarın avtomobilin yük yerindəki rezinin altına yığmışlar. Əlviz arada gələrək onlara həmin oğurladığları əşyalarda köməklik etmiş, lakin satışdan ona hər hansı bir pay verməmişlər. Onlar əvvəlcədən dəqiq olaraq nə qədər əmlakı talamağları barədə razılığa gəlməmişlər. Çünki anbarda yanmış mis naqillər, mis dolaqlar çox idi və onların hamsını oğurlamağları mümkün deyildi. Hər dəfə fürsət düşdükcə Turalla o, onların bir hissəsini yığıb zibilliyə qoymuş və daha sonra avtomobilə yükləmişlər. Onlar həmin əşyaları avtomobilin yük yerindəki rezin xalçanın altına yığıb üzərinə da balonları yığdığları üçün mühafizəçilərin çıxışda həmin rezinin altına bağmağa imkanları olmamışdur. Həmçinin avtomobilin kabinəsinə də baxmamışlar. Çünki bununçün həmin boş balonlar boşaldılmalı ldi. Buna görə də həmin avtomobil rahat şəkildə malları çölə çıxara bilmişdir. O, həmin dolaqların oraya necə qoyulması, Əlvizin həmin dolaqları oğurlamağa cəhd etməsi barədə heç bir məlumatı olmamış, bu barədə heç bir məlumatı olmamış, heç kəslə razılaşması olmamışdır. Onlar təxminən 200 kq yanmış mis naqil və kabel və 40 kq çəkidə emallı mis naqili gizli olaraq talamışlar. Həmin talamanın qarşısının alınması barədə kimsə tərəfindən hər hansı bir tədbir görülməmişdir. O, başqa heç bir cinayət hadisəsi törətməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs3 müdafiəçisinin ifadəsini təsdiq edərək bildirmişdir ki, o, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Belə ki, o, işlədiyi Azəralüminium MMC-nin X11 anbarından iş yoldaşları Əlviz və İbrahimin köməyi ilə iki dolaq emallı mis naqili sürücü Anarın avtomobilinə yükləmiş, Anar həmin emallı mis naqili ona məlum olmayan şəxsə satmışdır. Əldə olunan gəlirdən ona 120 manat çatmışdır. Bundan əlavə,üç dəfə yanmış yararsız bildiyi məhsulu da eyni qaydada zavod ərazisindən çıxartmışdır. O, ailənin yeganə dolandıran şəxsdir və himayəsində azyaşlı uşaqları vardır. Hazırda müəssisəyədəyən ziyandan 3000 manat ödəniş etmiş, qalan borcu da hissə-hissə ödəyəcəkdir. Odur ki, onayüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 mülki iddianı qismən etiraf etdiyini, törədilmiş cinayət əməli nəticəsində dəymiş zərərin bir hissəsinin ödənilməsini nəzərə alıb iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqındakı ifadəsi ilə ibtidai istintaqdakı ifadəsi arasında ziddiyyət müəyyən edildiyindən onun ibtidai istintaqdakı ifadəsi ittiham tərəfinin verdiyi vəsatət əsasında məhkəmə istintaqında elan edilmiş, Təqsirləndirilən şəxs3 ibtidai istintaqdakı ifadəsində qeyd etmişdir ki, 2016-cı ilin avqust ayından Azəralüminium MMCnin “X17”ndə fəhlə yükləyici kimi işləmiş və 14 sentyabr 2021-ci il tarixdə isə öz istəyi əsasında yazdığı ərizə ilə işdən azad olmuşdur. Fəhlə birqadiri vəzifəsində işlədiyi müddət ərzində vəzifəsi gün ərzində, yəni saat 09:00-dan 17:00-dək iş vaxtı ərzində mərkəzi anbarla əlaqədar bütün işləri görməkdən ibarət olmuşdur. Yəni zavoddan anbara daşınan və ya anbardan zavoda aparılan mal-materialların daşınmasını təşkil etmişdir. Gün ərzində anbarın avtokar sürücüsü İbrahim də onlarla birlikdə həmin anbarda yükləri boşaldıb yığmışdır. Demək olar ki həftənin bütün günləri saat 09:00-dan 17:00-dək işə getmişdir, gün ərzində nəzərdə tutulan işləri görmüşdür. Təqsirləndirilən şəxs4 idarə etdiyi Qazel markalı avtomobillə həftədə 2-3 dəfə anbara oksigen balonları gətirib boşaltmış, boş balonları isə aparmışdır. Onun avtomobili yüklə gəlib yüklə də çıxdığına görə nəzarətdən kənar qalmış və yüklü olduğu üçün tam şəkildə yoxlanıla bilməmişdir. 2021-ci ilin aprel ayında İbrahim və Anar razılaşmışlar ki, anbarda olan misləri hissə-hissə Anarın avtomobilinə yığıb zavoddan çıxararaq və satıldıqdan sonra pulunu aralarında bölsünlər. Razılaşmaya əsasən onunla İbrahim həmin misləri fürsət olduqca yığıb anbarın yanındakı zibillikdə gizləməli, Anarın avtomobili gəldikdə isə boş balonların altından həmin mis metalları yığılmalı, Anar avtomobili onları çıxarıb satmalı və əldə olunan qazancı bölməli idilər. Həmin razılaşmaya əsasən İbrahimlə o, anbarı sulamaq adı ilə iri bidon formalı dəmir qaba su doldurub oraları suladıqdan sonra mis məftilləri, kabelləri onun içərisinə yığıb hissə-hissə zibilliklərdə gizlədib daha sonra Anarın avtomobilinin yük yerindəki rezinin altına yığıb üzərindən də balonları yığmışlar. Həmin satışlardan paylarına hər dəfə 30-40 manat pul düşmüşdür. Onlar həmin işləri görərkən Əlviz də arada köməklik etmiş, lakin bunun müqabilində ona pul verməmişlər. Əlviz onların həmin əşyaları oğurlamağından xəbərdar olmuşdur. Sonuncu dəfə isə iyul ayında İbrahimlə birlikdə anbarda olan 2 ədəd emallı mis naqil dolağını gizli şəkildə götürüb tullantı sayılan karton qutularının arasında gizlətmişlər. Bir az keçdikdən sonra Anar idarə etdiyi Qazel markalı avtomobillə anbara gəlmişdir. O, İbrahimlə birlikdə oğurladığı həmin 2 ədəd emallı mis naqil dolağlarını Anarın idarə etdiyi Qazel markalı avtomobilin kabinasına qoymuş, həmin dolağların birinin çəkisi təxminən 20 kq olmuşdur. Təxminən bir gün keçdikdən sonra Anar ona həmin dolağları 360 manata satdığını deyərək adama 120 manat pul düşdüyünü bildirmişdir. Bundan sonra həmin pulu adama 120 manat olmaqla bölüşdürmüşlər. Həmin puldan digər heç kimə verməmişlər. Bir müddət keçdikdən sonra zavodda işləyən mühəndisələr gəlib anbardan mühərriklərin təmiri üçün mis dolağlar götürəndə məlum olmuşdur ki, mis dolağlarda, mis kabellərdə, naqillərdə əskiklik var. Anbar təsərrüfatının aparıcı mütəxəssisi vəzifəsində işləyən Hatəm müəllim anbardan həmin əşyaların kimlər tərəfindən oğurlandığını, bu barədə məlumatı olub-olmadığını soruşanda o, əvvəlcə xəbəri olmadığını bildirsə də, sonradan hər şeyi etiraf etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, İbrahimlə birlikdə Anarın avtomobilin yük yerindəki rezinin altına hər dəfə yanmış mis naqil və kabelləri dəsmallara və kardona bükülü şəkildə hər dəfə təxminən 510 kiloqram arasında qoymuşlar. Emallı mis naqil dolağının isə 2 ədədini o, İbrahimlə birlikdə Anarın avtomobilinin kabinəsinə yığmışlar. Əlviz arada gəlib onlara həmin oğurladıqları əşyalarda köməklik etmiş, lakin satışdan ona hər hansı bir pay verməmişlər. Əvvəlcədən dəqiq olaraq nə qədər əmlakı talamaqları barədə razılağa gəlməmişlər. Çünki anbarda yanmış mis naqillər, mis dolaqlar çox idi və onların hamsını oğurlamaqları mümkün deyildi. Hər dəfə fürsət düşdükcə İbrahimlə onların bir hissəsini yığıb zibilliyə qoymuşlar və daha sonra avtomobilə yükləmişlər. Həmin əşyaları avtomobilin yük yerindəki rezin xalçanın altına yığıb üzərinə də balonları yığdıqları üçün mühafizəçilərin çıxışda həmin rezinin altına bağmağa imkanları olmamışdır. Həmçinin avtomobilin kabinəsinə də baxmamışlar. Çünki bunun üçün həmin boş balonlar boşaldılmalı idi. Buna görə də həmin avtomobillə rahat şəkildə malları çölə çıxara bilmişlər. Həmin dolaqların oraya necə qoyulması, Əlvizin həmin dolaqları oğurlamağa cəhd etməsi barədə heç bir məlumatı yoxdur, bu barədə heç bir məlumatı olmayıb, heç kəslə razılaşması olmamışdır. Onlar təxminən 2021-ci ilin aprel ayından iyul ayının sonlarınadək 200 kq yanmış mis naqil və abel və 40 kq çəkidə emallı mis naqili gizli olaraq talamışlar. Həminin talamanın qarşısının alınması barədə kimsə tərəfindən hər hansı bir tədbir görülməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Azəralüminium MMCnin etibarnamə üzrə nümayəndəsi Nümayəndəittihamı və mülki iddianı müdafiə edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən Azəralüminium MMC-nin X13 ümumilikdə 23274.86 manat maddi ziyan dəymişdir. Həmin ziyanın dörd nəfər təqsirləndirilən şəxs arasında müştərək formada bölünməsini tələb edirlər.23274.86 manat maddi pul dörd nəfər arasında bölündükdə təqsirləndirilən şəxslərin hərəsi 5818.72 manat pul ödəməlidir. Həmin puldan müəssisənin işçilərindən olan təqsirləndirilən şəxsvə mülki cavabdeh Təqsirləndirilən şəxs1 müəssisədə işlədiyi əmək fəaliyyəti üçün ona ödənilməli olan son haqq-hesab 442.87 manat əmək haqqı onun müəssisədən oğurlayaq müəssisəyə vurduğu maddi ziyandan çıxılmışdır. Hazırki vaxtadək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 tərəfindən vurduğu ziyanla bağlı başqa ödəniş olmamışdır.Müəssisənin digər işçilərindən olan təqsirləndirilən şəxsvə mülki cavabdeh Təqsirləndirilən şəxs2 müəssisədə işlədiyi əmək fəaliyyəti üçün ona ödənilməli olan son haqq-hesab 786.34 manat əmək haqqı onun müəssisədən oğurlayaq müəssisəyə vurduğu maddi ziyandan çıxılmışdır. Hazırki vaxtadək təqsirləndirilən şəxs və mülki cavabdehTəqsirləndirilən şəxs2 tərəfindən müəssisəyə vurduğu ziyanla bağlı cəmi 500 manat əlavə ödəniş edilmişdir.Müəssisənin işçilərindən olan təqsirləndirilən şəxsvə mülki cavabdeh Təqsirləndirilən şəxs3 müəssisədə işlədiyi əmək fəaliyyəti üçün ona ödənilməli olan son haqq-hesab 505.51 manat əmək haqqı onun müəssisədən oğurlayaq müəssisəyə vurduğu maddi ziyandan çıxılmışdır. Hazırki vaxtadək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs3 tərəfindən vurduğu ziyanla bağlı 3000 manat zavodun hesabına ödəniş etmişdir. Digər Təqsirləndirilən şəxs4Azəralüminium MMC-nin işçisi olmamış, onun tərəfindən müəssisədən oğurlayaraq müəssisəyə vurduğu ziyandan 3000 manat ödəniş edilmişdir. Sonda zərərçəkmiş şəxs və mülki iddiaçı təqsirləndirilən şəxslərin və mülki cavabdehlərin törətdikləri cinayət əməlinə görə onlara qanuni cəza verilməsini və təqsirləndirilən şəxslərin və mülki cavabdehlərin törətdikləri oğurluq hadisəsi zamanı Azəralüminium MMC-yə vurduqları maddi ziyanın müştərək qaydada ödənilməyən hissəsində tam şəkildə ödənilməsinə dair qərar verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsindəgöstərmişdirki, o, 2020-ci ildən Azəralüminium MMC-də anbar və mühasibat uçot şöbəsinin aparıcı mütəxəssisi, 2021-ci ilin avqust ayından isə anbar və mühasibat uçot şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Onun vəzifəsi MMC-yə daxil olan və MMCdən xaric olan məhsullara nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu əvvəllər Azəralüminium MMC-nin X10 fəhlə briqadiri kimi işləmiş və 05 avqust 2021-ci il tarixdə işdən azad olunmuşdur. 22 iyul 2021-ci il tarixdə ona məlum olmuşdur ki, anbarda olan 73 ədəd emallı naqil dolaqları yerində yoxdur. Bu barədə o, rəhbərliyə məlumat vermiş, 27 iyul 2021-ci il tarixdə, saat 23:50 radələrində evdə olan vaxt mühafizə bölmə rəisi Şahid10 zəng edib ona bildirmişdir ki, zavodun ərazisində yerləşən mərkəzi anbarın yaxınlığında Təqsirləndirilən şəxs1 içərisində 4 ədəd emallı naqil dolaqları olan torba ilə birlikdə saxlayıblar. O, da dərhal evdən çıxıb zavodun ərazisinə getmiş, yolda gedərkən anbardar Elsevəri və müxətəssis Sübhanı da özü ilə birlikdə götürüb zavodun ərazisinə getmişlər. O, mərkəzi anbarın yaxınlığında bölmə rəisi Şahid10, növbə rəisi Şahid3 və mühafizəçi Şahid6 Təqsirləndirilən şəxs1lə birlikdə dayandıqlarını görüb həmin şəxslərə yaxınlaşmış, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 4 ədəd emallı mis naqillərini oğurlayan vaxt mühafizə xidməti tərəfindən saxlanılıbdır. O, Təqsirləndirilən şəxs1 yanında ağ rəngli və qara rəngli torba olduğunu görmüş, torbaların içərisində 4 ədəd emallı naqil dolaqları olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 götürüb nəzarət buraxılış məntəqəsinə aparmışlar, Təqsirləndirilən şəxs1lə söhbət aparan vaxt sonuncu onlara mis dolağlardan 8 ədədini də vaqonların yaxınlığında gizlətdiyini, məqsədi isə sonra gedib oradan götürmək olduğunu bildirmişdir. Bundan sonra bölmə rəisi Şahid10, növbə rəisi Ruslan, anbardar Elsevərlə birlikdə Əlvizin göstərdiyi yolla getmişlər, sonuncu onlara vaqonların yaxınlığında çala kimi qazılmış yerdən 8 ədəd mis dolağları götürüb təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 zavodun ərazisindən 12 ədəd emallı mis naqil dolaqlarını oğurlaması barədə akt tərtib olunmuş, həmin 12 ədəd emallı mis naqil dolaqları anbara təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və ƏlŞahid7 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdirki, 2013-cü ildən Azəralüminium ASC X32 X2 və Nəzarət Departamentində mühafizəçi, 2016-cı ildən isə hazırda tutduğu vəzifədə, yəni növbə rəisi vəzifəsində işləyir. Zavodun ərazisində 6 post var, həmin postlara mühafizəçilər sutkalıq təyin olunurlar. Onun vəzifəsi növbədə olduğu müddət ərzində digər növbə rəisi Şahid9la birlikdə ərazini gəzib postları yoxlamaqdan ibarətdir. Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu əvvəllər Azəralüminium MMC-nin X10 növbə ustası kimi işləmiş və 05 avqust 2021-ci il tarixdə işdən azad olunmuşdur. 27 iyul 2021-ci il tarixdə, saat 08:00-da növbə rəisi Şahid9la birlikdə növbəni təhvil götürmüşlər, iş prinsipinə uyğun olaraq gun ərzində postları gəzib mühafizəçiləri yoxlamışlar. 27 iyul 2021-ci il tarixdə, saat 23:50 radələrində mühafizəçi Şahid6la birlikdə ərazini gəzib yoxlayan vaxt mərkəzi anbarın yaxınlığında Təqsirləndirilən şəxs1 əlində ağ və qara rəngli torbalarla onlara tərəfə gəldiyini görmüşlər, Təqsirləndirilən şəxs1 yaxınlaşıb əlində olan torbaların içərisində nə olduğunu soruşanda Təqsirləndirilən şəxs1 onlara yalvarmağa başlamış və ərazidən tapdığı 4 ədəd mis dolağları satmaq məqsədilə götürüdüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs1 zavodun ərazisindən oğurluq etdiyini başa düşüb bu barədə bölmə rəisinə məlumat vermək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 buraxılmağını onlardan xahiş etsə də o, vəzifə borcunu yerinə yetirərək mühafizə bölmə rəisi Şahid10 zəng edib bu barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra Şahid10 və Şahid9 həmin yerə gəlmişlər. O, Təqsirləndirilən şəxs1 təhvil verib xidmətini davam etdirərək mühafizəçi Şahid6la birlikdə ərazini yoxlamağa getmişlər. Onlar Təqsirləndirilən şəxs1 saxlayan vaxt sonuncu tək olmuşdur. O, əvvəllər Təqsirləndirilən şəxs1 zavodun ərazisindən və ya digər yerlərdən oğurluq etdiyinin şahidi olmamışdır. Şahid3 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 emallı mis naqil dolaqlarını mühafizə xidmətinə təhvil verməsi məqsədilə götürməsi həqiqəti əks etdirmir. Belə ki, o, emallı mis naqil dolaqlarını mühafizə otağı istiqamətdə deyil tamam əks istiqamətdə aparması zamanı aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2007-ci ildən Azəralüminium ASC X32 X7çi vəzifəsində işləyir, 2016-cı ildən isə Azəralüminium ASK Security MMC-də növbə rəisi vəzifəsində işləyir. Onun vəzifəsi mühafizəçilərə nəzarət etməkdir. Mühafizəçilərin iş qrafiki 3 növbəlidir. Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu əvvəllər Azəralüminium MMC-nin X10 növbə ustası kimi işləmiş və 05 avqust 2021-ci il tarixdə işdən azad olunmuşdur. 27 iyul 2021 -ci il tarixdə, saat 23:50 radələrində növbədə olan vaxt Mühafizə bölmə rəisi Şahid10 zəng edib onu mərkəzi anbarın yaxınlığına çağırmış, o, mərkəzi anbarın yaxınlığında bölmə rəisi Şahid10, növbə rəisi Şahid3, mühafizəçi Şahid6 Təqsirləndirilən şəxs1lə birlikdə dayandıqlarını görüb həmin şəxslərə yaxınlaşmış, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 4 ədəd emallı mis naqillərini oğurlayan vaxt mühafizə xidməti tərəfindən saxlanılmışdır. Bundan sonra Şahid3 və mühafizəçi Şahid6 Təqsirləndirilən şəxs1 onlara təqdim edib xidməti ərazilərinə qayıtmışlar. Onlar isə Təqsirləndirilən şəxs1 götürüb nəzarət buraxılış məntəqəsinə aparmışlar. Şahid10 öz növbəsində anbardar vəzifəsində işləyən Elsevərə, anbar menecer vəzifəsində işləyən Hatəmə, o cümlədən rəhbər işçilərə məlumat vermiş, həmin şəxslər də oraya gəlmişlər. Təqsirləndirilən şəxs1lə söhbət aparan vaxt sonuncu onlara bildirmişdir ki, mis dolağlardan 8 ədədini də vaqonların yaxınlığında gizlədib, məqsədi isə sonra gedib oradan götürmək olmuşdur. Bundan sonra bölmə rəisi Şahid10, anbar meneceri Hatəm və anbardar Elsevərlə birlikdə Əlvizin göstərdiyi yolla getmişlər, sonuncu onlara vaqonların yaxınlığında çala kimi qazılmış yerdən 8 ədəd mis dolağları götürüb təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 zavodun ərazisindən 12 ədəd emallı mis naqil dolaqlarını oğurlaması barədə akt tərtib olunmuş, həmin 12 ədəd emallı mis naqil dolaqları anbara təhvil verilmişdir. Şahid9 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 emallı mis naqil dolaqlarını mühafizə xidmətinə təhvil verməsi məqsədilə götürməsi həqiqəti əks etdirmir. Belə ki, o, emallı mis naqil dolaqlarını mühafizə otağı istiqamətdə deyil tamam əks istiqamətdə aparması zamanı aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2013-cü ildən Azəralüminium ASC X32 X7 Bölməsinin rəisi vəzifəsində işləmiş, 2021-ci ilin noyabr ayından isə Azəralüminium MMC-də X26 X22 və X8 mütəxəssis vəzifəsində işləyir. Mühafizə Bölməsinin rəisi vəzifəsində işlədiyi müddət ərzində onun iş saatı hər gün saat 08:00-dan 17:00-dək idi, lakin iş vaxtından sonra zavodun ərazisində hər hansı bir narahatçılıq baş verərdisə növbə rəisinin verdikləri məlumat əsasında dərhal Zavoda qayıdarmış. Onun vəzifəsi növbə rəislərinin işinə nəzarət etməkdir, belə ki ASC-də növbə rəisi 3 növbəlidir. Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu əvvəllər Azəralüminium MMC-nin X10 növbə ustası kimi işləmiş və 05 avqust 2021-ci il tarixdə işdən azad olunmuşdur. 27 iyul 2021-ci il tarixdə, saat 23:50 radələrində evdə olan vaxt növbə rəisi Şahid3 ona zəng edib bildirmişdir ki, zavodun ərazisində yerləşən mərkəzi anbarın yaxınlığında Təqsirləndirilən şəxs1 içərisində 4 ədəd emallı naqil dolaqları ilə birlikdə saxlayıblar. O, da dərhal evdən çıxıb zavodun ərazisinə getmiş, mərkəzi anbarın yaxınlığında növbə rəisi Şahid3 və mühafizəçi Şahid6 Təqsirləndirilən şəxs1lə birlikdə dayandıqlarını görmüşdür. O, həmin şəxslərə yaxınlaşmış, Təqsirləndirilən şəxs1 ərazidən tapdığı 4 ədəd mis dolağları satmaq məqsədilə götürüdüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs1 əlində ağ rəngli və qara rəngli torba olduğunu görmüş, torbaların içərisində 4 ədəd emallı naqil dolaqları olmuşdur. O, növbə rəisi Şahid9 məlumat verib həmin yerə çağırmışdır. Bundan sonra Şahid3 və mühafizəçi Şahid6 Təqsirləndirilən şəxs1 onlara təqdim edib xidməti ərazilərinə qayıtmışlar. Onlar isə Təqsirləndirilən şəxs1 götürüb nəzarət buraxılış məntəqəsinə aparmışlar. O, da də öz növbəsində anbardar vəzifəsində işləyən Elsevərə, anbar menecer vəzifəsində işləyən Hatəmə, o cümlədən rəhbər işçilərə məlumat vermiş, həmin şəxslər də həmin yerə gəlmişlər. Təqsirləndirilən şəxs1lə söhbət aparan vaxt sonuncu onlara bildirmişdir ki, mis dolağlardan 8 ədədini də vaqonların arasında gizlədib, məqsəd isə sonra gedib oradan götürmək olmuşdur. Bundan sonra növbə rəisi Ruslan, anbar meneceri Hatəm və anbardar Elsevərlə birlikdə Əlvizin göstərdiyi yolla getmişlər Təqsirləndirilən şəxs1 onlara vaqonların yaxınlığında çala kimi qazılmış yerdən 8 ədəd mis dolağı götürüb təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 zavodun ərazisindən 12 ədəd emallı mis naqil dolaqlarının oğurlaması barədə akt tərtib olunmuş, həmin 12 ədəd emallı mis naqil dolaqları anbara təhvil verilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki,o, 2011-ci ildən etibarən Azəralüminium MMC-də işləmiş, o, 2019-cu ilədək anbardar, 2019-cu ildən 2021-ci ilin sentyabr ayınadək isə supervaizer vəzifəsində işləmişdir. Onun vəzifəsi zavodda olan 6 ədəd anbarların və heyətinin idarə olunmasından ibarət idi, yəni Şahid4 həmin 6 ədəd anbarların müdiri, o isə onun müavini olmuşdur. Təqsirləndirilən şəxs1 tanıyır, o, əvvəllər Azəralüminium MMC-nin X10 fəhlə briqadiri kimi işləyib və 05 avqust 2021-ci il tarixdə işdən azad olunubdur. Mahiyyəti üzrə bildirmək istəyir ki, 27 iyul 2021-ci il tarixdə, saat 25:50 radələrində evdə olan vaxt Şahid4 ona zəng edib bildirmişdir ki, zavodun ərazisində yerləşən mərkəzi anbarın yaxınlığında Təqsirləndirilən şəxs1 içərisində 4 ədəd emallı naqil dolaqları olan torba ilə birlikdə saxlayıblar. Bundan sonra Hatəm müəllim gəlib onu götürdü və birlikdə zavodunərazisinə getmişlər. Onlar mərkəzi anbarın yaxınlığında bölmə rəisi Elzəniz İsgəndərov, növbə rəisi Şahid3 və mühafizəçi Şahid6 Təqsirləndirilən şəxs1lə birlikdə dayandıqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşmış, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 4 ədəd emallı mis naqillərini oğurlayan vaxt mühafizə xidməti tərəfindən saxlanılıbdır. O, Təqsirləndirilən şəxs1 yanında ağ rəngli və qara rəngli torba olduğunu görmüş, torbaların içərisində 4 ədəd emallı naqil dolaqları olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 götürüb nəzarət buraxılış məntəqəsinə apardılar. Artıq orada dayanmaqlarının heç bir xeyri olmadığını dedilər, digərləri ilə yanaşı o də çıxıb öz evinə getmişdir. Səhərisi gün işə gedəndə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 vaqonların yaxınlığında mis dolağlardan 8 ədədini gizlətdiyi yeri göstərib və həmin sayda mis dolaqları oradan götürüb təhvil verilmişdir. Sonradan aparılan kadr dəyişkliyi ilə əlaqədar olaraq öz istəyilə ərizə əsasında 14 sentyabr 2021-ci il tarixdə işdən xaric olmuşdur. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid8 ifadəsindən görünür ki, o, 2018-ci ildən Azəralüminium MMC-də Maliyyə Departamentinin direktor vəzifəsində işləyir. Onun vəzifəsi maliyyə-uçot mühasibatlıq işləri, anbarların maliyyə proseslərini görməkdən ibarətdir.xx.xx.2021-ci il tarixdə saat 01 radələrində anbar meneceri vəzifəsində işləyən Şahid4 ona zəng edib bildirmişdir ki, mühafizəçilər zavodun ərazisində yerləşən mərkəzi anbarın yaxınlığında Təqsirləndirilən şəxs1 4 ədəd emallı mis naqilini oğurlayıb aparanda saxlayıblar. O, dərhal zavoda getmiş, o, mərkəzi anbarın yaxınlığında bölmə rəisi Şahid10, növbə rəisi Şahid3 mühafizəçi Şahid6 anbar meneceri Hatəmin Təqsirləndirilən şəxs1 yanında dayandıqlarını görmüşdür. O, onlara yaxınlaşanda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 4 ədəd emallı mis naqillərini oğurlayıb aparan vaxt mühafizəçilər tərəfindən saxlanılmışdır.Bundan sonra Təqsirləndirilən şəxs1lə aparılan söhbətlər nəticəsində o, mis dolaqlardan 8 ədədini də vaqonların yaxınlığında gizlətdiyini bildirmiş və əməkdaşlarla birlikdə gedib həmin dolaqları yerindən götürüb təhvil vermişdir. Bundan sonra bu barədə dolaqların təhvil götürülməsi üçün akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 götürülmüş 12 ədəd emallı mis naqillər olan dolaqlar anbara təhvil verilmişdir. Sonradan aparılan yoxlama zamanı məlum olmuşdur ki, Azəralüminium MMC-yə məxsus anbardan ümumilikdə 26000 manat məbləğində mis naqil oğurlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmişGəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-182/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(043)-193/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Psixonevroloji dispanserin xx.xx.2022-ci il tarixli 3281 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2022-ci il tarixli 2379 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Z.Tağıyev küçəsi98 nömrəli evdə 1988-ci ildən yaşayır. Həmin ünvanda yaşadığı müddətdə bütün qonşularla arasında hörmət və ləyaqətə malik olan bir vətəndaşdır. Ondan bu vaxta qədər heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və və xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSYdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2021ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X14 azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Psixonevroloji dispanserin xx.xx.2022-ci il tarixli 3282 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2007-ci il təvəllüdlü X18 və xx.xx.2013-cü il təvəllüdlü X19 adlı uşaqları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş 10 saylı M.İ.S xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Gəncə şəhəri, Kəpəz rayonu Dədə Qorqud küçəsi 10 saylı binanın 23 saylı mənzilində yaşayır. O, həmin mənzildə yaşadığı müddət ərzində onun barəsində 10 saylı M.İ.S–nə heç bir yazılı və yaxud şifahi surətdə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2022-ci il tarixli 2379 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və və xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSYdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2021ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X14 azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Psixonevroloji dispanserin xx.xx.2022-ci il tarixli 3280 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2022-ci il tarixli 2378 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş Goranboy rayon İHB-nın Nadirkənd kənd İƏD-i üzrə nümayəndəli tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1975-ci ildə Goranboy rayonu Nadirkənd kəndində anadan olmuş Təqsirləndirilən şəxs2 işsizdir, ailəlidir iki övladı var. Bitərəfdir. Hal-hazırda Goranboy rayonu Nadirkənd kəndində yaşayır. 1981-ci ildə Nadirkənd kənd tam orta məktəbinin birinci sinifinə qəbul olmuş, 1992-ci ildə həmin məktəbin onuncu sinifini bitirmişdir. 1993-1997ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Qarabağ müharibəsi veteranıdır. Aprel 1994-cü il tarixdə Fizuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Hərbi xidmətdə olduğu övürdə həmişə onun barəsində yaxşı xəbərlər gəlmişdir. 2011-2021-ci illərdə Gəncə Azəraliminum zavodunda fəhlə işləmişdir. Kəndin ictimai işlərində həmişə fəal iştirak etmişdir. Ərazidə keçirilən tədbirlərdə həmişə aktivliyi ilə seçilmişdir. Kənd əhalisi arasında xüsusən həmyaşıdları arasında yaxşı hörməti vardır. Ümumiyyətlə Təqsirləndirilən şəxs2 barəsində Goranboy rayonu Nadirkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə halhazıra qədər heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və və xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSYdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2021ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X14 azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserin xx.xx.2022-ci il tarixli məktubundasn görünür ki, Təqsirləndirilən şəxs3 Əlfimail oğlu xx.xx.2000-ci ildən Gəncə şəhər Kəpəz Rayon Hərbi Komissarlığının 133 saylı göndərişinə əsasən dispanserdə müayinə olundu, “Yüngül debillik dərəcəsində olan oliqofreniya, qıcolma sindromu. Psixopatabənzər davranış, eşitmənin zəif olması”diaqnozu qoyulmuşdur. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə dispanserə müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2022-ci il tarixli 2377 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Əlfimail oğlu həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs3 Əlfimail oğlunun xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşaqları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər 132 saylı eşlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 Əlfimail oğlu həqiqətən yaşadığı məhəllədə məhəllə yaşayışçılarının hörmətini qazanıb, evlər üçlüyünün iməcliklərində fəal iştirak edir. Tural yaxşı ailə başçısıdır, ailənin hörmətini qazanıb ailəlidir iki uşaq atasıdır. Əqli və hüquqi cəhətdən sağlamdır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 30 dekabr 2019-cu il tarixli inventarizasiya aktından, 31 dekabr 2021-ci il tarixli inventarizasiya aktından və 31 dekabr 2021-ci il inventarizasiya aktından çıxarışdan görünür ki, 31 dekabr 2021-ci il tarixə mal-material anbarında emal örtüklü mis naqilin əskikliyi nəticəsində müəssisəyə dəymiş ziyan 23112.86 manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 Əlfimail oğlunun, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 məhkumluğuyoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respubliakı Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 344 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən yüngül dərəcəli əqli gerilik, (yüngül debillik səviyyəsində) davranış pozuntuları və nadir qıcolmalarla XBT 10 F 70.1 xəstəliyi keçirtməsinə baxmayaraq həmin xəstəliklərin az ifadəli olması səbəbindən o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 26 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs4 "xxxx" MMC-nin hesabına dəymiş ziyan müqabilində 3000 manat pul ödəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 28 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" MMC-nin hesabına dəymiş ziyan müqabilində 500 manat pul ödəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 27 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs3 "xxxx" MMC-nin hesabına dəymiş ziyan müqabilində 3000 manat pul ödəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Malların satın alınması üzrə” 21 aprel 2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, müqavilə üzrə alıcı "xxxx" MMC-nin satın aldığı emallı mis naqilin bir kiloqramının qiyməti 23 manat 30 qəpik müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin mal-material anbarından emal örtüklü mis naqilin çatışmazlığı ilə işəgötürənə vurulan ziyana görə tutmalar haqqında 08 yanvar 2024-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş 5818.72 manat ziyana görə onun əməkhaqqısından 442.87 manat, Təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş eyni məbləğdə ziyana görə onun əməkhaqqısından 505.51 manat, Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş eyni məbləğdə ziyana görə onun əməkhaqqısından 786.34 manat pul tutulmuşdur. Təqsirləndirilən şəxs4 tərəfindən vurulmuş eyni məbləğdə ziyana görə onun əməkhaqqısından zavodun işçisi olmadığı üçün heç bir məbləğ tutulmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsinə, zərərçəkmiş və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törətməməsi barədə verdiyi ifadəsi özünümüdafiə xarakterli olmuş, məhkəmə istintaqı zamanı şahid ifadələri ilə tam təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqdakı ifadəsində emallı mis naqil dolaqlarını talama məqsədilə götürdüyünü bildirmiş, məhkəmə istintaqında şahidlər ifadələri zamanı bu halı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Yəni, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, şəxslərTəqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduqları əmələ düzgün hüquqi qiymət verilməmiş, onların əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş və onların hərəkətlərində CM-in 177.2.2-ci maddəsinin tərkib əlamətlərinin yoxdur. CM-in 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə cinayət məsuliyyəti yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, ikinci epizod üzrə emallı mis naqilin talanmasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 birgə iştirakının olmasına dair heç bir dəlil cinayət işi materiallarına əlavə edilməmiş, məhkəmə istintaqı zamanı da onların əməllərində CM-nin 177.2.2-ci maddəsinin tərkibinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-nin 124.1-ci madd.). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan hər hansı hadisənin baş verməsini mötəbər şəkildə sübut etməlidir, o cümlədən hadisənin baş verməsinin vaxtı, yeri, şəraiti, təqsirin forması, hadisənin baş verməsinin səbəbləri, motivi, niyyəti və sair əhəmiyyətli hallar mötəbər sübutlarla təsdiq edilməlidir. Bu məqsədlə sübutlar əldə olunmalı, yoxlanılmalı, müqayisəli şəkildə tədqiq edilməli və obyektiv şəkildə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı ibtidai istintaq tərəfindən irəli sürülmüş ittihamın 177.2.2-ci maddəsinə dair hissəsi ittihamdan xaric edilməlidir. Onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə, digər təqsirləndirilən şəxslər və mülki cavabdehlərTəqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 həmin Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidilər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə törədilən əməllər cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxs və mülki cavabdehTəqsirləndirilən şəxs1 yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını,digər təqsirləndirilən şəxs və mülki cavabdehTəqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq hissi keçirməsini,yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, zərərçəkmiş şəxsə və mülki iddiaçıya vurulmuş ziyanı qismən ödəməsini, müharibə veteranı olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasınıcəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallarmüəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdehTəqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması ilə yanaşı, digər təqsirləndirilən şəxs və mülki iddiaçı Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsinə baxaraq onun cəzanı yüngülləşdirən halların olmasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq CM-in 58ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, təyin olunan cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 barəsində həmin Məcəllənin177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və onlara azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni vəədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs2 müharibə veteranı olmasını nəzərə alıb onun barəsində azadlıqdan məhrum etmə cəzasını minimum həddə təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2021-ci il tarixdənxx.xx.2021-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı üçün üç ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs2xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğuiki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cu il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin onun üzərinə düşən hissəsinin yarıdan çoxunun ödənilməsini, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və Təqsirləndirilən şəxs3 tərəfindənzərərçəkmiş şəxsə dəymiş zərərin onun üzərinə düşən hissəsinin yarıdan çoxunun ödənilməsini, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər və mülki cavabdehlərTəqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxslər və mülki cavabdehlərTəqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 şəxsiyyətlərini, törətdikləri cinayətin xarakterini, o cümlədən törədilmiş əməllərin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxslər, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə onlara təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs4və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 yaşayış yerləri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 yaşayış yerləri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerlərini və ümumiyyətlə, Gəncə şəhər ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X6 təqsirləndirilən şəxs və mülki cavabdehTəqsirləndirilən şəxs1na, müdafiəçi X4 isə təqsirləndirilən şəxs və mülki cavabdehTəqsirləndirilən şəxs2na, müdafiəçi X3 təqsirləndirilən şəxs və mülki cavabdehTəqsirləndirilən şəxs4və müdafiəçi X5 isə təqsirləndirilən şəxs və mülki cavabdehTəqsirləndirilən şəxs3na məhkəmədə 75 saat dövlət hesabına göstərdikləri hüquqi yardıma görə işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla hər bir müdafiəçi üçün 450 manat, cəmi 1800 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Azəralüminium MMC-nin etibarnamə üzrə müdafiəçisi Nümayəndəmülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdehlər Təqsirləndirilən şəxs1dan, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müştərək qaydada Azəralüminium MMC-yə vurulan maddi zərərə görə 24.807,22 manat pulun, dövlət rüsumuna görə 162 manat pulun alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Çünki mülki cavabdehlərin öz təqsirləri nəticəsində mülki iddiaçıyamaddi ziyan vurması hazırkı cinayət işinin materialları ilə təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Buna görə də mülki iddiaçının mülki cavabdehlərdən ona dəymiş maddi zərərin əvəzində pul ödənilməsini tələb etmək hüququ vardır. Bununla belə məhkəmə hesab edir ki, talanmış yanmış mis naqilin və istifadə olunmuş mis naqilin qiyməti barədə iş materiallarına heç bir mötəbər sübut əlavə edilməmişdir. İş materiallarına emallı mis naqilin qiymətini əks etdirən alğı-satqı müqaviləsi əlavə edildiyindən məhkəmə iddianı emallı mis naqilin talanması nəticəsində dəymiş zərər həddində təmin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş alğı-satqı müqaviləsi, inventarlaşdırma aktları ilə emallı mis naqilin talanması nəticəsində mülki iddiaçıya ümumilikdə 23274.86 manat zərər vurulması müəyyən edilmişdir. Həmin məbləği dörd nəfər arasında böləndə hər cavabdehə münasibətdə zərərin məbləği 5818,72 manat təşkil edir. Nəzərə alınsa ki, mülki cavabdeh Təqsirləndirilən şəxs1 Azəralüminium MMC-nin X10 işlədiyi və oğurluq etdikdən sonra son haqq-hesab olaraq ona ödənilməyən əmək haqqı 442.87 manat onun vurduğu zərərdən çıxılmışdır, onun ödəyəcəyi məbləğ 5375.85 manat, mülki cavabdeh Təqsirləndirilən şəxs2 Azəralüminium MMC-nin X10 işlədiyi və oğurluq etdikdən sonra son haqq-hesab olaraq ona ödənilməyən əmək haqqı 786.34 manat və özünün könüllü ödədiyi 500 manat onun vurduğu zərərdən çıxılaraq onun ödəyəcəyi məbləğ 4532.38 manat, mülki cavabdeh Təqsirləndirilən şəxs3 Azəralüminium MMC-nin X10 işlədiyi və oğurluq etdikdən sonra son haqq-hesab olaraq ona ödənilməyən əmək haqqı 505.51 manat və özünün könüllü ödədiyi 3000 manat onun vurduğu zərərdən çıxılaraq onun ödəyəcəyi məbləğ 2313.21 manat və mülki cavabdeh Təqsirləndirilən şəxs4özünün könüllü ödədiyi 3000 manat onun vurduğu zərərdən çıxılaraq onun ödəyəcəyi məbləğ 2818.72 manat mülki iddiaçının xeyrinə tutulmalı, bundan əlavə, ödənilmiş dövlət rüsumunun iddia məbləğinin təmin edilmiş hissəsinə mütənasib olan 159.82 manat hissəsi mülki cavabdehlərdən mülki iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Əliyev Əlviz Həşim oğlunun 11 sentyabr 2021 -ci il tarixdən 11 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 14 sentyabr 2021-ci il tarixdən 16 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 cəzasının əvvəli yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı vaxtda hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 14 sentyabr 2021-ci il tarixdən 16 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəzasının əvvəli yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı vaxtda hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 sentyabr 2021-ci il tarixdən 16 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “Həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardıma görə müdafiəçilər X6, X4, X3 və X5 işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla hər bir müdafiəçi üçün 450 manat olmaqla, cəmi 1800 (min səkkiz yüz) manat məbləğində pul ödənilsin. Mülki iddiaçı "xxxx" MMC-nin mülki iddiası qismən təmin edilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs1 5375 manat 85 qəpik, Təqsirləndirilən şəxs2 4532 manat 38 qəpik, Təqsirləndirilən şəxs3 2313 manat 21 qəpik və Təqsirləndirilən şəxs4 2818 manat 72 qəpik tutularaq mülki iddiaçı "xxxx" MMC-ə ödənilsin. Ödənilmiş dövlət rüsumunun iddia məbləğinin təmin edilmiş hissəsinə mütənasib olan 159.82 manat hissəsi mülki cavabdehlər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq mülki iddiaçı "xxxx" MMC-ə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və apellyasiya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar