Məhkəmə qərarları › İş №1(125)-153/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-153/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-153/2022 31.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx xxxx 1998-ci ildə Tovuz rayonu, Köhnəqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 24vanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına dair cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə xx.xx.2021-ci il tarixdə, saat 18:27-də Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən işlədiyi dərzi emalatxanasında olarkən həmin vaxtdan testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda eyni tarixdə, saat 19:56-dək qeyd edilən dərzi emalatxanasında qalaraq dərzi fəaliyyəti ilə məşğul olmaqla, həmçinin bundan sonra eyni tarixdə, saat 20:26-dan saat 21:11-dək Gəncə şəhəri, Ə.Cəmil küçəsi, 69 ünvanında, saat 21:11-dən 21:12-dək göstərilən dərzi emalatxanasında, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Səfəvilər küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evini qanunsuz olaraq tərk edib eyni tarixdə, saat 15:17-də ünvan 12 ərazidə, xx.xx.2021-ci il tarixdə yaşadığı evi qanunsuz olaraq yenidən tərk edib eyni tarixdə, saat 16:26-dan saat 16:54-dək göstərilən dərzi emalatxanasında olaraq dərzi fəaliyyəti ilə məşğul olmaqla, saat 16:54-dən saat 17:25-dək Gəncə şəhəri, Nizami küçəsi 5 ünvanında, saat 17:25-dən 18:55-dək ünvan 2 19:55-dək ünvan 325-dək ünvan 40:55-dək Gəncə şəhəri, N.Nərimanov küçəsində, xx.xx.2021-ci il tarixdə yaşadığı evi qanunsuz olaraq yenidən tərk edib eyni tarixdə, saat 15:12-dən 20:19-dək göstərilən dərzi emalatxanasında olaraq dərzi fəaliyyəti ilə məşğul olmaqla, xx.xx.2021-ci il tarixdə yaşadığı evi qanunsuz olaraq yenidən tərk edib eyni tarixdə, saat 13:28-dən 17:37-dək göstərilən dərzi emalatxanasında olaraq dərzi fəaliyyəti ilə məşğul olmaqla, saat 17:37-dən 18:07-dək Gəncə şəhəri, Ə.Cəmil küçəsi 1 ünvanında, saat 18:07-dən 18:19-dək ünvan 6ə şəhəri, Nizami küçəsində, saat 18:20-dən 20:12-dək göstərilən dərzi emalatxanasında olaraq dərzi fəaliyyəti ilə məşğul olmaqla, xx.xx.2021-ci il tarixdə yaşadığı evi qanunsuz olaraq yenidən tərk edib eyni tarixdə, saat 14:40-dan 19:10dək göstərilən dərzi emalatxanasında olaraq dərzi fəaliyyəti ilə məşğul olmaqla, xx.xx.2021-ci il tarixdə yaşadığı evi qanunsuz olaraq yenidən tərk edib eyni tarixdə, saat 13:59-dan 20:10-dək göstərilən dərzi emalatxanasında olaraq dərzi fəaliyyəti ilə məşğul olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə dəfələrlə pozmuş və yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, ünvan 24vanında ailə üzvləri ilə birlikdə yaşayır və Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində Elçin adlı şəxsin işlətdiyi dərzi emalatxanasında dərzi işləyir. Təxminən 20-21 avqust 2021-ci il tarixlərdə səhhətinin pisləşdiyini, halsızlıq və qızdırma kimi əlamətlərin olduğunu hiss etmiş və koronavirus infeksiyasına yoluxmaqdan şübhələnib xx.xx.2021-ci il tarixdə Gəncə şəhər 6 saylı poliklinikaya gedib “Covid-19” virusu ilə bağlı burnundan yaxma üsulu ilə test vermişdir. Onadək isə yaşadığı evdə qalıb immunitet yüksəldən və qızdırma salan dərmanlardan istifadə etməklə müalicə olunmuş, evdən çıxmamışdır. 27 avqust 2021-ci il tarixdə səhhətinin düzəldiyini hiss edib yenə gündəlik həyatına davam etrməklə evdən çıxıb işlərinin arxasınca getmişdir. xx.xx.2021-ci il tarixdə, günortadan sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “İTS.GOV.AZ”-dan xx.xx.2021-ci il tarixdə “COVİD- 19” virusu ilə bağlı verdiyi analiz nəticəsinin pozitiv çıxması, yəni “COVİD-19” virusuna yoluxması ilə bağlı mesaj gəlmişdir. Həmin mesajın mətnində yaşayış yerini tərk etməməli olması, əgər karantin rejimini pozsa, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyi qeyd edilmişdir. Həmin mesajı alarkən o, işlədiyi dərzi emalatxanasında olmuşdur. Mesaj ona gəldikdən sonra Elçinə bu barədə məlumat verməmiş, Elçinin nədənsə şübhələnməməsi üçün təqribən bir saat işdə olmuş və yalnız bundan sonra evinə getmişdir. Ertəsi gün onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə tanımadığı nömrələrdən zənglər olunmuş və danışan şəxslər həkim olduqlarını, onun koronovirus infeksiyasına yoluxduğunu bildirərək ona dərman vasitələri verəcəklərini demiş və karantin müddətində, yəni 14 günlük müddətdə yaşadığı evdən çıxmamasını, özünütəcrid qaydalarına riayət etməsini tapşırmışlar. Bu baxımdan o, xx.xx.2021-ci il tarixdə evdən ümumiyyətlə çıxmamış və işə getməmişdir. Bu barədə işlədiyi dərzi emalatxanasında Elçinə də heç nə deməmiş, sadəcə şəxsi işinin olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə səhhətinin yaxşı olmasını hiss edib, günorta saatlarından etibarən evdən çıxıb işə getmişdir. Lakin o, yenə də Elçinə koronavirus infeksiyasına yoluxduğunu bildirməmişdir. Bundan sonra adəti üzrə olduğu kimi gündəlik həyatına davam edərək evdən çıxmış və işlərinə davam etmişdir. Günün əksər vaxtlarını M.A.Abbaszadə küçəsində yerləşən dərzi emalatxasında olurmuş. İşlədiyi müddətdə müştərilər dərzi emalatxanasına gəlmiş və o, müştərilərin dərzi işlərini görmüşdür. xx.xx.2021-ci il tarixdə günorta saatlarında yenə evdən çıxıb işə getmiş, həmin gün saat təxminən 17 radələrində işlədiyi yerə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onunla videogörüntü ilə profilaktiki söhbət aparmış və “COVİD-19” virusunun daşıyıcı olduğu halda yaşadığı evi tərk etməsinə görə onu təcili-tibbi yardım avtomobili ilə yaşadığı evə yola salmışlar. Bundan sonra o, xx.xx.2021-ci il tarixdən hesablamaqla 14 gün ərzində, yəni xx.xx.2021-ci il tarixədək yaşadığı evi tərk etməmişdir. Ailə üzvləri onun virusa yoluxduğunu bilmiş, lakin onda xəstəliyin əlamətlərini görmədikləri üçün ciddi qəbul etməmişlər. Hazırda törətdiyi əməldən çox peşmandır. Məhkəmədən qadın olmasını və əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün səmimi etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən dərzi emalatxanasında dərzi işləyir. Təqsirləndirilən şəxs bir neçə il olar ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər dərzi işini öyrənmək üçün onun işlədiyi emalatxanaya gəlib-getmiş və onun xırda dərzi işlərini görüb, paltarları ütüləmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs günorta saatlarında yenə onun işlədiyi dərzi emalatxanasına gəlmişdir. Həmin gün axşam saatlarında polis əməkdaşları iş yerinə gəlib Təqsirləndirilən şəxs koronavirus xəstəsi olduğunu bildirmişlər. O, həmin vaxtadək onun virusa yoluxduğunu bilməmişdir. Orada polis əməkdaşları onunla və Təqsirləndirilən şəxs ilə profilaktiki söhbət etmiş, videoçəkiliş aparmış və onu təcili-tibbi yardım avtomobili ilə evinə yola salmışdır. Bundan sonra təxminən 10 gün Təqsirləndirilən şəxs dərzi emalatxanasına gəlməmişdir. Təqsirləndirilən şəxs koronavirus infeksiyası ilə bağlı test analizi verdiyini bilmişdir. Belə ki, birlikdə gedib Gəncə şəhər 6 saylı poliklinikada test vermişlər. Onun testinin cavabı xx.xx.2021-ci il tarixdə bilinmiş, Təqsirləndirilən şəxs testinin cavabını isə bilməmiş, özündən soruşduqda isə hələ cavab gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs mobil nömrəsinə “COVİD-19” virusuna yoluxması barədə mesaj gələrkən bundan məlumatı olmamış, Təqsirləndirilən şəxs ona bu barədə bir söz deməmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirak etməyən şahidin ifadəsi məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxili işlər orqanlarında 2013-cü ildən, tutduğu vəzifədə isə 2019-cu ildən xidmət edir, polis leytenantı rütbəsini daşıyır. Polis sahə rəisinin funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə də yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə onlar tərəfdən nəzarət həyata keçirilir. Bununla bağlı daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və s. üsullardan istifadə edilir. xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində “Covid-19” virusunun daşıyıcısı - Gəncə şəhəri, Səfəvilər küçəsi, ev 62-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib işlədiyi Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən dərzi emalatxanasına getməsi və digər şəxsləri virusa yoluxdurma təhlükəsi yaratması ilə bağlı əlaqəsində olan inanılmış şəxsdən məlumat alıb Təqsirləndirilən şəxs olduğu həmin dərzi emalatxanasına getmişdir. O, Təqsirləndirilən şəxs ilə videoqeydiyyat vasitəsi ilə profilaktiki söhbət edərək təcili tibbi yardım avtomobili çağırıb Təqsirləndirilən şəxs yaşadığı evə getməsini təmin etmişdir. Bundan sonra Nizami RPİ-nin rəisinə raportla müraciət edərək faktla bağlı məruzə olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhər “Cavadxan Ailə Sağlamlıq Mərkəzi”ndə ailə həkimi vəzifəsində çalışır. Koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Həmin xəstəliyin inkubasiya dövrü 14 gündür. Əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və onlar klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bu qaydaya uyğun olaraq xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikanın sakini, Gəncə şəhəri, Səfəvilər küçəsi, ev 62də yaşayan Təqsirləndirilən şəxs koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. xx.xx.2021-ci il tarixdə həmin şəxsə ambulator xəstənin tibbi kartası açılmışdır. Eyni zamanda o, mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib koronavirusa yoluxduğunu izah etmiş və karantin müddətini evdə keçirməli olması barədə xəbərdarlıq etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Covid-19” virusu aşkar edilmiş, xx.xx.2021-ci il tarixdə bu barədə onun özünə məlumat verilmişdir. 14 günlük müalicə müddətini də nəzərə almaqla xx.xx.2021-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilir. İlk 14 gün xəstəliyin inkubasiya dövrüdür. Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Ona görə ki, həmin müddət ərzində xəstəliyin yayılması labüddür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma qızıdır. Sevinc 2021-ci ilin avqust ayının 20-də özünü narahat hiss etdiyi üçün ona analiz verməsini demiş, bundan sonra Sevinc “COVİD-19” infeksiyası ilə bağlı analiz vermiş, lakin bir neçə gün keçdikdən sonra Sevinc özünü yaxşı hiss etdiyi üçün evdən çıxmağa başlamışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil nömrəsinə “İTS.GOV.AZ”-dan xx.xx.2021-ci il tarixdə “COVİD-19” virusu ilə bağlı verdiyi analizin nəticəsinin pozitiv çıxması, yəni “COVİD-19” virusuna yoluxması ilə bağlı mesaj gəlmişdir. Həmin vaxtı o, və digər qızı Şahid5 yaşadıqları ünvan 24vanında olmuşlar. Sevinc yaşadığı evdə müalicə olunan zaman balaca qızı Şahid5 evdə qarantin qaydalarına riayət etməklə qalmışdır. Belə ki, qızı Sevincin qaldığı otaq ayrı olmuş, nə o, nədə ki, balaca qızı Şahid5 böyük qızı Sevinclə təmas etməmişlər. Lakin Sevinc virusa yoluxduğu zaman bir neçə dəfə evdən çıxmışdır. Qızı Sevinc müalicə olunduqdan sonra onun mobil telefonuna sağalması ilə bağlı sms gəlmişdir. Həmin sms gəldikdən sonra bacısı yaşadıqları evi tərk etməyə başlamışdır. O və balaca qızı Günel Təqsirləndirilən şəxs COVİD-19 infeksiyasına yoluxan zaman evdə olmuş və bir evdə qalmalarına baxmayaraq karantin qaydalarına tam şəkildə riayət etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid4 göstərdiklərinə uyğun ifadə verdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Baxış keçirilməsi” haqqında 25 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun mesajlar bölməsinə özünün iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun mesajların bölməsində 31 avqust 2021-ci il tarixdə, saat 18:27 dəqiqədə “İTS.GOV.AZ”-dan göndərilmiş “Hormetli SEVİNC ABDİYEVA. Sizin xx.xx.2021-ci il tarixinde COVİD-19 ile bagli verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz ve aile uzvleriniz yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozduğunuz teqdirde, Azerbaycan Respublikasinin İnzibati Xetalar ve Cinayet mecellelerinde nezerde tutulan mesuliyyete celb olunacaqsiniz.” məzmunda mesaj var. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “COVİD-19” virusu ilə bağlı test verdiyini və xx.xx.2021-ci il tarixdə virusun daşıyıcısı olmasından xəbərdar olduğunu bildirmişdir. Baxış zamanı qeyd edilən mesaj mətninin fotoşəkli çəkilərək protokola əlavə olunmuşdur. “Əşyanın götürülməsi” haqqında 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq Şahid1 təqdim etdiyi 1 ədəd DVD disk götürülərək cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında 25 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, DVD disk “Acer” markalı kompyuterin disk oxuyucusuna yerləşdirilmiş və diskin içərisinə baxış keçirilərkən orada 02 ədəd videogörüntü olması müəyyən edilmişdir. Görüntülərə ayrı-ayrılıqda baxıldıqda məlum olur ki, ikinci videogörüntü birinci videogörüntünün ardıdır. Hər iki videogörüntüdən məlum olur ki, polis sahə rəisi Şahid1 kambinzon geyinmiş vəziyyətdə səkidə dayanıb özünü Elçin kimi təqdim edən dərzi ilə söhbət aparır. Danışığın məzmunundan aydın olur ki, həmin şəxs qarşısında dayandıqları dərzini işlədir. Görüntüdən aydın olur ki, dərzi emalatxanasının içərisində bir nəfər qadın var. Danışıqdan sonra polis sahə rəisi dərzi emalatxanasına daxil olur. İçəridə olan qadın özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək xx.xx.2021-ci il tarixdə koronavirus infeksiyası ilə bağlı test analizi verdiyini, testin cavabının xx.xx.2021-ci il tarixdə pozitiv olduğunu öyrəndiyini, lakin bununla belə test verməzdən təxminən 10 gün əvvəl xəstələnmiş olduğunu, həmin vaxtdan hesabladıqda 14 günlük karantin müddətinin bitdiyini bildirərək ictimai yerdə olmasına haqq qazandırır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs kombinzon geyinmiş polis əməkdaşı ilə danışan kişinin onun işlədiyi dərzi emalatxanasını işlədən kişinin olmasını, dərzi emalatxanasının içərisində olan qadının isə onun özü olmasını bildirərək xx.xx.2021-ci il tarixdə iş yerində olmasını təsdiq etmişdir. Səhiyyə Nazirliyi Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, 8374 nömrəli məktubundan görünür ki, COVİD-19 Milli Məlumat bazasında Gəncə şəhəri, Səfəvilər küçəsi, ev 62-də yaşayan Təqsirləndirilən şəxs “Covid- 19” infeksiyasına görə müayinəsinin nəticəsinin xx.xx.2021-ci ildə pozitiv olduğu qeyd edilmişdir. Məlumat üçün bildirilmişdir ki, müşahidənin başlanma tarixi xx.xx.2021-ci il bitmə tarixi xx.xx.2021-ci ildir. “Koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X5 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarış edilərək cinayət işinə əlavə edilmiş təlimatdan müəyyən edilir ki, Koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X16 Sindromu (X12 Syndrome Coronavirus - MERS-CoV) ve X8 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. “Baxış keçirilməsi” haqqında 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən CD disk “Acer” markalı kompüterin disk oxuyucusuna yerləşdirilmişdir. Diskin içərisinə baxış keçirilərkən orada (“G_nc_ _BP_6-9-26m_B-S yerd_yi_dirm_(Ham_s_ abun_il_)” adlı bir ədəd faylın olduğu müəyyən edilmişdir. Həmin fayl X14 proqramı ilə açılmış və həmin faylın içərisində xx.xx.2021-ci il, saat 00:00:00-dan xx.xx.2021-ci il, saat 23:59:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi barədə qeydlər olduğu müəyyən edilmişdir. Belə ki, həmin faylın məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 18:27 dəqiqədən, yəni koronavirus infeksiyası ilə bağlı testin nəticəsinin Təqsirləndirilən şəxs bildirilməsindən sonra həmin tarixdə saat 18:45 dəqiqədən saat 19:56-dək olan müddət ərzində ***-***-**- ** saylı mobil nömrənin antenn dairəsi Gəncə şəhəri, Cavadxan küçəsi 1 ünvanından, həmin tarixdə saat 20:26-dan saat 21:11-dək Gəncə şəhəri, Ə.Cəmil küçəsi, ev 69 ünvanından, saat 21:11-dən 21:12-dək yenidən ünvan 91:12-dən xx.xx.2021-ci il tarixə, saat 15:17-dək ünvan 10 ünvanında yerləşən Kəpəz Mehmanxanasının olduğu ünvandan, saat 15:19-dan xx.xx.2021-ci il tarixə, saat 16:26-dək yenidən Gəncə şəhəri, M.A.Abbaszadə küçəsindən, saat 16:26-dan saat 16:54-dək ünvan 13 ünvanından, saat 16:54-dən saat 17:25-dək ünvan 14dən 18:55-dək ünvan 15dən 19:55-dək ünvan 16:25dək ünvan 17-dən 20:55-dək Gəncə şəhəri, N.Nərimanov küçəsindən, saat 20:55-dən xx.xx.2021-ci il tarixə, saat 15:12-dək Gəncə şəhəri, M.A.Abbaszadə küçəsindən, saat 15:12-dən 20:19-dək ünvan 90:19-dan xx.xx.2021-ci il tarixə, saat 13:28-dək Gəncə şəhəri, M.A.Abbaszadə küçəsindən, saat 13:28-dən 17:37-dək Gəncə şəhəri, Cavadxan küçəsi 1 ünvanından, saat 17:37-dən 18:07-dək ünvan 19 18:19-dək ünvan 208:20-dək Gəncə şəhəri, M.A.Abbaszadə küçəsindən, saat 18:20-də ünvan 22 ünvanından, saat 20:12-dən xx.xx.2021-ci il tarixə, saat 14:40-dək Gəncə şəhəri, M.A.Abbaszadə küçəsindən, saat 14:40-dan 19:10-dək Gəncə şəhəri, Cavadxan küçəsi 1 ünvanından, saat 19:10-dan xx.xx.2021-ci il tarixə, saat 13:59-dək Gəncə şəhəri, M.A.Abbaszadə küçəsindən, saat 13:59-dan saat 20:10-dək ünvan 90:10-dan 15:09.2021-ci il tarixə, saat 23:59-dək Gəncə şəhəri, M.A.Abbaszadə küçəsindən siqnal vermişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, faylda göstərilən ünvanlarda ad olaraq yanlışlıqlar var. Belə ki, həmin ünvanlardan M.A.Abbaszadə küçəsi onun faktiki yaşadığı ünvan 24vanının əvəzinə qeyd edilib. Belə ki, o, axşam saatlarından ertəsi gün günorta saatlarınadək həmişə evində olmuş, lakin faylda həmin ünvan ünvan 25 ünvanlardan ünvan 26 küçəsində yerləşən dərzi emalatxanasının yerinin əvəzinə qeyd edilmişdir. Belə ki, o, günorta saatlarından axşam saatlarınadək əksər hallarda həmin dərzi emalatxanasında olur. xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində də yenə həmin yerə işə getmiş, saat 20 radələrinədək orada olmuşdur. Saat 20 radələrində polis əməkdaşları onu təcili-tibbi avtomobili ilə evinə, yəni faylda qeyd olunan “M.A.Abbaszadə küçəsi” ünvanına aparmışlar. “Baxış keçirilməsi” haqqında 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 qızının təqdim etdiyi “ambulator xəstənin tibbi kartası” xx.xx.2021-ci ildən açılmış və orada Təqsirləndirilən şəxs koronovirus infeksiyası ilə bağlı müvafiq qeydlər aparılmışdır. Həmçinin, həmin vərəqdə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs karantin müddətinin bitməsi əks olunmuşdur. Baxış keçirilərkən sənədlərin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 21 fevral 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “İttiham aktı ilə daxil olmuş cinayət işi üzrə ittiham aktının təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün qaytarılması” haqqında 07 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş 02 mart 2022-ci il tarixli ittiham aktı təsdiq edilmədən həmin cinayət işi əlavə ibtidai istintaq aparılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə qaytarılması qərara alınmışdır. “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması” barədə 11 mart 2022-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay müddətinə, 5 ayadək, yəni 06 mart 2022-ci il tarixdən hesablanmaqla 06 may 2022-ci il tarixədək uzadılması qərara alınmışdır. “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması” barədə 06 may 2022-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay müddətinə, 07 ayadək, yəni 06 iyul 2022-ci il tarixədək uzadılması qərara alınmışdır. “İttiham aktı ilə daxil olmuş cinayət işi üzrə ittiham aktının təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün qaytarılması” haqqında 01 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş 26 aprel 2022-ci il tarixli ittiham aktı təsdiq edilmədən həmin cinayət işi əlavə ibtidai istintaq aparılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə qaytarılması qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi” haqqında 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilməsi və tutulduqdan sonra Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddələri ilə Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək barəsində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır. “Şəxsin könüllü gəlməsi” haqqında 11 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə 05 iyun 2022-ci il tarixdə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə saat 16:40-da Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməsi” haqqında 11 iyul 2022-cii l tarixli qərardan görünür ki, xx.xx.1998-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 24vanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 13 iyul 2022ci il tarixli, 4594 nömrəli məktubundan görünür ki, COVİD-19 Milli Məlumat bazasında X2 “Covid-19” infeksiyasına görə müayinəsinin nəticəsinin xx.xx.2021-ci ildə pozitiv olduğu qeyd edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə istintaq hərəkətləri protokolları, içərisində telefon danışıqları, hərəkət istiqamətlərinin antenn dairəsi barədə məlumatlar olan 1 ədəd CD disk, içərisində videogörüntü olan 01 ədəd DVD disk, habelə cinayət işinə əlavə olunmuş digər sənədlər sübut növü kimi tanınıb qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 04 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Kəpəz RİHB-nin 1 nömrəli SİƏD üzrə nümayəndəsinin xasiyyətnaməsindan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə anadan olub. Halhazırda ünvan 29 ünvanında qeydiyyatdadır. Onun barəsində bugünə kimi qonşular və sakinlər tərəfindən Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. Gəncə şəhəri Psixonevroloji Dispanserin xx.xx.2021-ci il tarixli, 5860 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2021-ci il tarixli, 5401 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. 31 mart 2022-ci il tarixli, AZ-İİ № 500064 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X4 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2022-ci il tarixdə Gəncə “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 847 saylı akt qeydi ilə nikah bağlanmışdır. “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” X18 29 avqust 2022-ci il tarixli, 612 nömrəli arayışından görünür ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 8 həftəlik hamiləlik diaqnozu ilə Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. X20 Bərpa Mərkəzinin hamiləlik təyini ilə bağlı USM nəticəsinin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs 8 həftə 5 günlük proqresilə uşaqlıq hamiləliyi diaqnozu qoyulmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması cinayət əməlini törətməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. ” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yəni öz vicdanı qarşısında özünü mühakimə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gəncliyini və qadın olmasını, həmçinin hamilə olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 04 oktyabr 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli həyat və sağlamlıq əleyhinə olan (xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması cinayət əməlidir) cinayətdir. Həmin maddənin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Həmin Məcəllənin 132.0.4-cü maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərərçəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan cinayət işi üzrə öz хüsusiyyətinə, əlаmətlərinə, üzərində hаdisənin izlərini sахlаdığınа görə cinаyət təqibi üzrə əhəmiyyət kəsb еdən hаllаrın müəyyən еdilməsinə kömək еtdiyindən və cinayət işinə əlavə edilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu iki ədəd “DVD” disk və kamera görüntülərindən əldə edilmiş törədilmiş cinayət hadisələrinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işində saxlanmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan, 03 (üç) ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işində saxlanılsın. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X7 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar