Məhkəmə qərarları › İş №1(125)-153/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-153/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-153/2023 05.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 30 avqust 2004-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Təbriz küçəsi, döngə 4, ev 84-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə təxminən saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21723” markalı 99-КС-068 dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, 70-80 km/saat sürətlə Gəncə şəhəri Əttarlar küçəsi ilə üzü Gəncə şəhəri, N.Gəncəvi prospekti istiqamətinə doğru hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək avtomobil üzərində idarəetməni itirərək yolun sol tərəfində yeni inşa edilən "xxxx" ASC-yə məxsus dəmir hasarlarına, bundan sonra isə həmin bazarın gecə gözətçiləri üçün nəzərdə tutulmuş plastik materialdan hazırlanmış gözətçi otağına çırpılması nəticəsində otağın qarşısında dayanmış Zərərçəkmiş şəxs burun, sağ qasıq, sağ əng, sağ daban sümüklərinin sınıqları, qamış və incik sümüklərinin açıq, qəlpəli, yerini dəyişmiş sınıqları, alt çənə nahiyəsinin yarası ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə təxminən saat 23 radələrində Gəncə şəhəri Əttarlar küçəsində “Mərkəzi Kolxoz bazarı” adlanan ərazidə sürücülük hüququ olmadan idarə etdiyi VAZ- 21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 2 nəfər piyadanın vurularaq xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, Gəncə şəhəri Əttarlar küçəsi ilə üzü N.Gəncəvi prospekti istiqamətində hərəkət etdirərkən qarşısı ilə eyni istiqamətdə ağ rəngli Lexus LX470 markalı **-EA-*** dövlət qeydiyat nişanlı avtomobilin ziq-zaqvari hərəkət etdiyini,yəni həmin hərəkətlərlə 2 təkərə qalxıb-düşdüyünü görüb ötmək məqsədi ilə idarə etdiyi avtomobilin işıqları vasitəsi ilə həmin avtomobilə işarə verib yanından keçib getmək etmək istəmiş, lakin buna baxmayaraq Lexus markalı avtomobil ona yol verməyib hərəkətinə davam etmişdir. Hərəkətdə olarkən o, yolun genişləndiyi görüb Lexus markaklı avtomobili sol tərəfindən ötüb keçəndə həmin avtomobilin sola doğru yönəlib onun üzərinə doğru gəldiyini və idarə etdiyi avtomobili vurduğunu hiss etmişdir. Lexus markalı avtomobilin onun avtomobilini vurğunu hiss edəndə avtomobili sürətlə hərəkətdə olduğundan idarəetmədən çıxıb yolun sol kənarında olan bazarın dəmir materialdan olan hasarına çırpılmış və daha sonra dayanmayıb irəliləyərək yol kənarında olan mühafizəçi köşkünə dəymişdir. Hadisə zamanı xəsarət aldığı üçün huşunu itirmiş, ayılanda isə ətrafa toplaşan şəxslərin ona su verdiyni görmüşdür. Həmin vaxt məlum oldu ki, avtomobilin mühafizə köşkünə çırpılması nəticəsində 2 nəfər mühafizəçi xəsarət almışdır. Belə ki, hadisə zamanı mühafizəçilərdən biri köşkün içərisində, digər mühafizəçi isə köşkün yanında dayanmış vəziyyətdə olmuş, avtomobil köşkə çırpılarkən hər iki şəxsə dəymişdir. Bundan sonra özündə ağrılar hiss etdiyindən 3 nömrəli xəstəxanaya müraciət etmiş və ilk tibbi yardım aldıqdan sonra ambulator qaydada buraxılıb polis əməkdaşlarının iştirakı ilə həkim narkoloq müayinəsindən keçirilmişdir. O, Lexus LX markalı avtombilin sürücüsü Şahid1 tanımış, aralarında hər hansı bir münasibət, qohumluq əlaqəsi və ədavətləri olmasada, bu hadisədən bir neçə ay əvvəl sevdiyi qıza görə aralarında telefon vasitəsi ilə mübahisələri olmuş, ola bilsin ki, məhz buna görə Şahid1 qəsdən olaraq idarə etdiyi avtomobili ilə onun avtomobilini vurmuşdur. O, idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan Lexus markalı avtomobili görəndə avtomobilin qeydiyyat nişanından bilmişdir ki, avtomobili idarə edən Şahid1dur. O, zərərçəkmiş şəxsin əməliyyat olunması və sonradan müalicəsi üçün 10-15 min manat xərc çəkmişdir, buna görə də o, mülki iddianı qəbul etmir. Sonda o, özünü təqsirli bilmədiyini, ekspertizanın düzgün keçirilmədiyini, mülki iddia tələbini qəbul etmədiyini və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixdək köhnə adı Gəncə Kolxoz Bazarı, hazırda "xxxx" adlanan MMC-də mühafizəçi işləmiş, iş rejimi növbəli şəkildə 12 saatlıq qrafikli olduğu üçün gecə növbəsində işləmiş, iş saatı 19:00-dan səhər saat 07:00-dək olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 19:00-da növbəni təhvil götürmüş, daha sonra bazarın qabağında, Gəncə şəhəri Əttarlar küçəsində yol kənarında yerləşən mühafizəçilər üçün nəzərdə tutulan plastik materialından hazırlanmış otağın yanına getmiş və otağa daxil olmadan küçədə duraraq otağın içərisində olan iş yoldaşı Şahid2 ilə söhbət etməyə başlamışdır. Söhbət edən zaman təxminən saat 23 radələrində küçədən, yəni avtomobil yolundan 2 nəqliyyat vasitəsinin yarışma səsini, daha sonra isə tappıltı səsi eşidib maraq üçün geriyə dönüb baxanda qəflətən “qeydiyyat nişanını görə bilmədiyi “VAZ 21723” markalı avtomobilin üzərinə doğru gəldiyini görüb qorxudan həyacanlandığı üçün özünü itirib heç bir şey edə bilməyəcəyini anlamış və həyəcandan hərəkət edə bilmədiyindən həmin avtomobil üzərinə doğru gəlib ona və otağa çırpılmışdır. Hadisə zamanı huşunu itirmiş, ayılanda isə özünü xəstəxanada görmüş, hadisə zamanı sağ ayağı sındığı üçün əməliyyat olunmuşdur. Sonradan məlum olmuşdur ki, onu vuran “VAZ 21723” minik markalı 99-КС-068 dövlət qeydiyyat nişanlı avtomobil, sürücüsü isə əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı üçün hadisənin günahkarı olan Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Onun ilkin olaraq əməliyyat olunmasına və müalicəsinə görə Təqsirləndirilən şəxs tərəfindən maddi yardım göstərilmiş, lakin sonradan ona köməklik göstərilməmişdir. 2022-ci ilin fevral ayından sonra o, müalicəsinin xərclərini özü çəkmiş, belə ki, bu günə kimi 10000 manat xərcləmiş, onun növbəti əməliyyatına 8360 manat lazımdır, əmək qabiliyyətini itirdiyi üçün işləmədiyi aylara görə əməkhaqqısına uyğun 7250 manat, mənəvi ziyana görə isə 5000 manat tələb edir. Sonda o, dəymiş ziyan ödənilərsə şikayəti olmadığını, hazırda isə şikayətçi olduğunu, təqsirləndirilən şəxsə ağır cəza verilməsini bildirmiş və mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 hal-hazırda Müdafiə Nazirliyinin Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdədir. O, atası Şahid3 məxsus Lexus LX470 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq sürücülük vəsiqəsi olduğundan etibarnamə əsasında idarə edir.xx.xx.2021-ci il tarixdə təxminən saat 23:30 radələrində qeyd edilən avtomobili Gəncə şəhəri Əttarlar küçəsi ilə üzü N.Gəncəvi prospekti küçəsi istiqamətində hərəkət etdirərkən arxadan sürətlə gələn qedyiyyat nişanını görə bilmədiyi VAZ 21723 markalı avtomobil idarə etdiyi avtomobili sürətlə ötmək istəyəndə idarəetmədən çıxaraq yolun sol kənarında yerləşən mühafizəçi köçkünə çırpılmışdır. O, bu hadəsinin ona heç bir aidiyyətinin olmadığını görüb hərəkətinə davam edərək yaşadığı ünvana getmişdir. Səhəri gün Gəncə şəhər BPİ-nə dəvət edilmiş və orada bildirilmişdir ki, VAZ 21723 markalı avtomobil onun avtomobilini ötəndə güya o, ötməyə maneə olaraq avtomobili ilə VAZ 21723 markalı avtomobili arxa hissədən vurduğu üçün həmin avtomobil idarəetmədən çıxaraq mühafizəçi otağına çırpılmış, bunun nəticəsində iki nəfər şəxs xəsarət almışdır. O, VAZ 21723 markalı avtomobilin sürücüsü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin hamısının yalan, cəfəngiyyat olduğunu bildirmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs tanımır, aralarında heç bir münasibət, ədavət, şəxsi münasibətlər zəmnində mübahisə, həmçinin telefon danışıqları olmamışdır. O, xx.xx.2021-cil tarixdə idarə etdiyi avtomobili ilə hər hansı bir nəqliyyat vasitəsi ilə yarışmamış, qeyd edilən VAZ 21723 markalı avtomobili nə qəsdən nə də ehtiyatsızlıqdan vurmamışdır. VAZ 21723 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ona şər, böhtan atmış, sonuncunun düşündüyünə görə Lexus markalı avtomobil sürdüyü üçün onun imkanlı şəxs olduğunu hesab edərək hadisənin məsuliyyətini onun üzərinə atıb cinayət məsuliyyətindən azad olunmaq istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də mühafizəçi işinə qəbul olunmuş və həmin tarixdə iş yoldaşı Zərərçəkmiş şəxs ilə birgə işə başlamışdır. xx.xx.2021-ci il tarixdə saat təxminnə 23 radələrində "xxxx" ASC-nin Əttarlar küçəsi olan hissəsində plastikdən hazırlanmış mühafizəçi otağında olarkən iş yoldaşı Əli, həmin mühafizəçi otağının qarşısında dayanaraq onunla söhbət edən zaman anidən markasını və qeydiyyat nişanını görmədiyi avtomobilin həmin mühafizəçi otağına tərəf gəldiyini görmüşdür. O, və Əli kənara qaça bilmədikləri üçün avtomobil mühafizəçi otağına çırpılanda xəsarət almış, daha sonra tanımadığı şəxslər onu və Əlini oradan çıxarıb təcili tibbi yardım avtomobili ilə xəstəxanaya göndərmişlər. O, hadisə zamanı mühafizəçi otağında olarkən küçədən, avtomobil yolundan hər hansı nəqliyyat vasitələrinin toqquşması səsini eşitməmiş, həmçinin “VAZ- 21723” markalı **-KS-*** dövlər qeydiyyat nişanlı avomobil ilə Lexus LX 470 markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun oğlu Şahid1 ona məxsus Lexus LX470 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili hərdən etibarnamə əsasında idarə etmişdir. Hazırda onun oğlu Mirzalı hərbi xidmətdədir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Gəncə şəhər DYPŞ-dən ona zəng gəlmiş və ondan qeyd edilən avtomobili ilə birgə şöbəyə gəlməyi tələb olunmuşdur. Bundan sonra avtomobili idarə edib Yol polisi şöbəsinə getmiş, orada polis əməkdaşları onu qarşılayıb avtomobili cərimə meydançasına yerləşdirmiş, özünü isə Gəncə ŞBPİ-nin İstintaq İdarəsinə göndərmişlər. İstintintaqda olarkən bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saat 23:30 radələrində oğlu Şahid1 idarə etdiyi Lexus markalı avtomobili ilə Gəncə şəhəri Əttarlar küçəsində təzə bazarın qarşısında VAZ 21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, buna görə də VAZ 21723 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında yerləşən mühafizəçi otağına çırpılmış, nəticədə otaqda olan 2 nəfər şəxs xəsarət almış, məhz bu səbəbə görə də Lexus markalı avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Polis idarəsindən çıxıb evə gedəndən sonra mobil telefonuna VAZ 21723 markalı avtomobili idarə edən sürücünün atası zəng etmiş və onunla görüşmək istəyildiyi xahiş etmişdir. Bundan sonra evdən çıxıb həmin şəxslə, adını sonradan bildiyi Dilqəm Həsənovla görüşmüşdür. Söhbət zamanı Dilqəm, ona kamera görüntüsünü göstərib bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə gecə saatlarında Gəncə şəhəri yeni bazarın qarşısında onun oğlu idarə etdiyi Lexus markalı avtomobili ilə öz oğlunun idarə etdiyi VAZ-21723 markalı avtomobili vurduğu üçün VAZ-21723 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında yerləşən mühafizəçi otağına çırpılmış, nəticədə otaqda olan 2 nəfər şəxs xəsarət almışdır. O, bu sözləri eşidəndən sonra evə qayıdıb oğlu Mirzalıdan idarə etdiyi avtomobil ilə VAZ 21723 markalı avtomobili vurub-vurmamasını soruşmuş, oğlu Mirzalı isə idarə etdiyi Lexus markalı avtomobil ilə heç bir nəqliyyat vasitəsini, həmçinin VAZ 21723 markalı avtomobil ilə toqquşmadığını bildirmiş, bundan sonra səmimiliyə inandığı üçün oğlunu polis idarəsinə, müstəntiqin yanına göndərmişdir. Bu hadisə ilə bağlı özünə məxsus Lexus markalı avtomobili 2 aydan artıq cərimə meydançasında saxlanılmış, bir müddətdən sonra müstəntiq onu yanına dəvət edərək hadisədə oğlu Şahid1 təqsirininin olmadığını bildirərək avtomobili cərimə meydançasından buraxmışdır. O, Lexus LX470 markalı avtomobilin cərimə meydançasından buraxıldıqdan sonra bu günə qədər avtomobil üzərində hər hansı bir təmir işləri gördürməmişdir. Əlavə olaraq bildirmişdir ki, bilmədiyi səbəbdən VAZ 21723 markalı avtomobilin sürücüsü oğlu Mirzalıya bu hadisə ilə bağlı şər-böhtan atmış, baş vermiş cinayət hadisəsi ilə əlaqdar məsuliyyətdən azad olunmaq üçün yalan ifadələr vermişdir. Belə ki, onun Lexus markalı avtomobili üzərində bir neçə dəfə müvafiq ekspertizalar keçirilmiş və bununlada müəyyən edilmişdir ki, oğlunun idarə etdiyi Lexus markalı avtomobil VAZ 21723 markalı avtomobil ilə toqquşmamış, aralarında heç bir kontakt olmamışdır. Məhkəmə iclasında videokonfrans vasitəsi ilə dindirilmiş ekspert Sevinc Quliyeva verdiyi rəyi müdafiə edərək bildirmişdir ki, təqdim edilmiş video görüntülərdə avtomobillər arasında toqquşmanın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Çünki avtomobillər yaxınlaşdığı vaxtda işıq bir başa kameraya düşdüyü üçün avtomobillərin konturlarını müəyyən olunmur. Məhkəmə iclasında videokonfrans vasitəsi ilə dindirilmiş ekspert Aysel Cavadova verdiyi rəyi müdafiə edərək bildirmişdir ki, Lexus Lx470 markalı və VAZ 21723 markalı avtomobillərə o, özü şəxsən baxış keçirməmiş, ona Lexus Lx470 markalı avtomobilin lakboya nümunələri təqdim olunmuşdur. O, xüsusi mikroskop vasitəsi ilə tədqiqat aparmış və Lexus Lx470 markalı avtomobilin üzərində kənar avtomobilə məxsus, həmçinin VAZ 21723 markalı avtomobilin lak-boya örtüyünün boya qalıqları, hissəcikləri olmamışdır. Məhkəmə iclasında videokonfrans vasitəsi ilə dindirilmiş ekspert Ayaz Namazov verdiyi rəyi müdafiə edərək bildirmişdir ki, Lexus Lx470 markalı və VAZ 21723 markalı avtomobillərə o, özü şəxsən baxış keçirmiş, Lexus Lx470 markalı avtomobilin lak-boya nümunələrini o, götürüb Aysel Cavadovaya təqdim etmişdir. Lexus Lx470 markalı avtomobilin üzərində olan zədə, iz hər hansı bərk və bərk olmayan predmetlə təmasda olması nəticəsində yarana bilər. Lakin zədə kənarında hər hansı predmetə məxsus xüsusi əlamətlər olmadığından və “Vaz-21723” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr öz ilkin formasını itirdiyindən, təmirdə olduğu üçün konkret olaraq onların biri-biriləri kontaktda olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında videokonfrans vasitəsi ilə dindirilmiş ekspert Təhmasib Bağırov bildirmişdir ki, Lexus Lx470 markalı və VAZ 21723 markalı avtomobillərin toqquşmasını müəyyən etmək mümkün olmadığından sürücülərin hərəkətləri üzrə tədqiqat aparılmamış və onun tərəfindən rəy verilməmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsi ilə dindirilmiş ekspert Hikmət İbişov verdiyi rəyi müdafiə edərək bildirmişdir ki, istintaqın verdiyi məlumata əsasən Lexus Lx470 markalı və VAZ 21723 markalı avtomobillərin toqquşması baş vermədiyindən, yəni Lexus Lx470 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisənin iştirakçısı olmadığından həmin avtomobilin sürücüsü Şahid1 hərəkətlərinin tədqiq olunmamışdır. Məhkəmə iclasında videokonfrans vasitəsi ilə dindirilmiş ekspert İntiqam Babayev verdiyi rəyi müdafiə edərək bildirmişdir ki, istintaqın verdiyi məlumata əsasən Lexus Lx470 markalı və VAZ 21723 markalı avtomobillərin toqquşması baş vermədiyindən Lexus Lx470 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, Əttarlar küçəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz, quru vəziyyətdədir, yolun ümumi eni 9.2 metrdir. Yolun üç hərəkət zolağı vardır ki, hər bir hərəkət hissənin eni 9.2 metrdir. Yolun hərəkət hissəsinə sağdan köbə daşları, səki, soldan şəhər tipli tikililər vardır. Şəhər elektrik işıqları ilə işıqlandırılır. Hadisə yerinə baxış zamanı piyadaların vurulma yeri müəyyən edildi, belə ki, piyadlar yolun sol tərəfindən səkinin üzərində dayanmış vəziyyətdə vurulmuşdur. Hadisədən əvvəl piyadanı vurmuş avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən əvvəl avtomobilin sürücüsü ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı nəqliyyat vasitəsi maneəyə çırpılmış vəziyyətdə, şüşə və plastik qırıntıları mövcud olmuşdur. Avtomobil dəmir hasar və gözətçi məntəqəsinə çırpılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2021-ci il tarixli, 13062021 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-trasoloji və məhkəmə-lakboya ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/2468-6/4372 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş “VAZ-21723” markalı, **-KS-*** qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər ğz formasına, mafoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən yol kənarında maneyəyə, hasara (divara) dəyməsi nəticəsində yaranması mümkündür.Təqdim edilmiş “Lexus Lx470” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədə, iz hər hansı bərk və bərk olmayan predmetlə yəmasda olması nəticəsində yarana bilər. Lakin zədə kənarında hər hansı predmetə məxsus xüsusi əlamətlər olmadığından və “Vaz-21723” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr öz ilkin formasını itirdiyindən konkret olaraq onların biribiriləri kontaktda olmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş “VAZ-21723” markalı, **-KS-*** qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinni lak-boya örtüyündən götürülmüş boya nümunələrinin üzərində olan sürtünmə şəklində izlər boya örtüyünün özünə məxsus astar qatının sürtünmə (bərk predmetlə təmasda olması) nəticəsində cızılıb üst qata çıxmasına (yaranmasına) xarakterikdir. Üzərində kənar avtonəqliyyat vasitələrinə məxsus və həmçinin tədqiqata təqdim edilmiş “Lexus Lx470” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyünün boya qalıqları, hissəcikləri yoxdur.Təqdim edilmiş “Lexus Lx470” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində kənar nəqliyyat vasitələrinə məxsus və həmçinin tədqiqata təqdim edilmiş “VAZ-21723” markalı, **-KS-*** qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyünün boya qalıqları, hissəcikləri yoxdur.Təqdim edilmiş “Lexus Lx470” markalı, **-EA- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadında qara rəngli lak-boyaya aid olmayan sürtünmə izləri formasına, quruluşuna və tərkibinə görə rezin əsaslı polimer materiallarına məxsus sürtünmə izinin mikrohissəcikləri olduğunu göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol-nəqliyyat hadisələrinin ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/2466 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə VAZ 21723 markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və Lexus Lx470 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısnın alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol-nəqliyyat hadisələrinin, audio və videoyazıların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3232-4/1837 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 və 2 saylı disklərdə olan vahid motivli hadisə anını əks etdirən kadrlarda tədqiqatı tələb olunan 1 və 1 və saylı NV-ləri arasında tədqiqi hissədə qeyd olunan səbəblərdən toqquşma hadisəsinin baş verib-verməməsini müəyyən etmək mümükün olmadı. Rəyin tədqiqi hissəsində göstərilən əsasən, VAZ 21723 markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və Lexus Lx470 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısnın alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/560 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 21723 markalı 99KS068 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21723 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Lexus Lx470 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə VAZ 21723 markalı 99KS068 dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma baş vermədiyindən, yəni Lexus Lx470 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisənin iştirakçısı olmadığından həmin avtomobilin sürücüsü Şahid1 hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-trasoloji,lakboya,video,yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 9 sentyabr 2022-ci il tarixli 8/2059-6/4233-4/1152 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 və 2 saylı disklərdə olan vahid motivli hadisə anını əks etdirən kadrlarda tədqiqatı tələb olunan 1 və 2 NV-ləri arasında tədqiqi hissədə qeyd olunan səbəblərdən toqquşma hadisəsinin baş verib-verməməsini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş Lexsus LX 470 markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədə, iz hər hansı bərk və bərk olmayan predmetlə təmasda olması nəticəsində yarana bilər. Lakin zədə kənarında hər hansı predmetə məxsus xüsusi əlamətlər olmadığından və VAz- 21723 markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunduğundan konkret olaraq onların biri-birləri ilə kontakda olmasını müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş Lexsus LX 470 markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində və qərarda qeyd edilən arxa sol təkəri üzərində göy qəngli maddə izi aşakar edilmədiyindən, həmçinin VAZ-21723 markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunduğundan onların lak-boya örtüyünün müqayisəli tədqiqatı aparılmadı.Təqdim edilmiş Lexsus LX 470 markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində kənar avtonəqliyyat vasitələrinə məxsus və həmçinin tədqiqata təqdim edilmiş VAZ-21723 markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyünün boya qalıqları,hissəcikləri yoxdur,1.2.3.4.Rəyintədqiqi hissəsində göstərilənlərə əsasən VAZ- 21723 markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Dilqüəmoviçin və Lexsus LX 470 markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşsının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin komission məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 26 dekabr 2022-ci il tarixli 8/3441 nömrəli rəyindən görünür ki, VAZ 21723 markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21723 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq,yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. MEM-in həmin tarixli və həmin nömrəli rəyində göstərilmişdir ki, Lexus Lx470 markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə VAZ 21723 markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma baş vermədiyindən, yəni Lexus Lx470 markalı avtomobil yol-nəqliyyat hadisənin iştirakçısı olmadığından həmin avtomobilin sürücüsü Şahid1 hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin 29 noyabr 2021-ci il tarixli 219 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər burun, sağ qasıq, sağ əng, sağ daban sümüklərinin sınıqları, qamış və incik sümüklərinin açıq, qəlpəli, yerini dəyişmiş sınıqları, alt çənə nahiyyəsinin yarası-bərl küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2021ci il tarixdə əmələ gələ bilərlər və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Psixonevroloji dispanserin xx.xx.2022-ci il tarixli 1857 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2022-ci il tarixli 1648 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi X1 tibbi arayışından görünür ki, xəstə xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ aşıq baldır oynağının fibroz ankiloru, ağrı sindromu, sağ aşağı ətrafın 3 sm qısalığı diaqnozu qoyulmuşdur. Müalicə aldığı müddətdə xəstə Zərərçəkmiş şəxs xəstəxanaya 3600 manat pul ödəmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs oğlu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələbə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış VAZ 21723” markalı 99- КС-068 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır və 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 674.16 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdehlər Təqsirləndirilən şəxs və X3 müştərək qaydada ona vurulan maddi zərərə görə 25610 manat pulun, mənəvi zərərə görə 5000 manat pulun, dövlət rüsumuna görə 70 manat, cəmi 30680 manat pulun alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Çünki avtomobilə etibarnamə əsasında sahiblik edən mülki cavabdeh X4 təqsiri nəticəsində mülki iddiaçıya maddi və mənəvi ziyan vurulması hazırkı cinayət işinin materialları ilə təsdiq olunur. Belə ki, X4 özünə məxsus avtomobili idarə etmək hüququ olmayan qardaşı Təqsirləndirilən şəxs idarə etmək üçün verməsi, Təqsirləndirilən şəxs avtomobil üzərində idarəetməni itirərək yolun sol tərəfində yeni inşa edilən "xxxx" ASC-yə məxsus dəmir hasarlarına, bundan sonra isə həmin bazarın gecə gözətçiləri üçün nəzərdə tutulmuş plastik materialdan hazırlanmış gözətçi otağına çırpılması nəticəsində otağın qarşısında dayanmış Zərərçəkmiş şəxs burun, sağ qasıq, sağ əng, sağ daban sümüklərinin sınıqları, qamış və incik sümüklərinin açıq, qəlpəli, yerini dəyişmiş sınıqları, alt çənə nahiyəsinin yarası ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunmuşdur. Göründüyü kimi mülki cavabdeh X4 idarə etmək hüququ olmayan qardaşı Təqsirləndirilən şəxs öz avtomobilini verməsi və sonuncunun cinayət əməli nəticəsində mülki iddiaçı üçün mənəvi sarsıntı və iztirablara səbəb olan maddi və mənəvi zərər dəymişdir. Buna görə də mülki iddiaçının mülki cavabdeh X3 avtomobilin sahibi kimi ona dəymiş maddi və mənəvi zərərin əvəzində pul ödənilməsini tələb etmək hüququ vardır. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə iddia təmin olunmamalıdır. Çünki avtomobilə qanuni əsaslarla sahiblik edən şəxs X6r və Təqsirləndirilən şəxs avtomobili hüquqa zidd əldə etməmiş, qardaşı özü idarə etməsi üçün ona vermişdir. Bununla belə, mülki iddiaçı müalicəsi üçün 10000 manat xərc çəkdiyini bildirsədə, bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Mülki iddiaçının təqdim etdiyi ödəniş qəbzlərindən onun tərəfindən Mərkəzi Klinika MMC-yə 2466 manat ödəniş edildiyi müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin olunmalıdır. Bundan baqşa mülki iddiaçı əməliyyat olunması üçün 8360 manat lazım olduğunu bildirsə də, bununla da bağlı sübutlar təqdim etməmiş, həmçinin həmin əməliyyatın mütləq zəruri olması və pulsuz almaq hüququnun olmaması barədə sənədlər təqdim etməmişdir. Bundan başqa mülki iddiaçı əmək qabiliyyətini itidiyi üçün işləmədiyindən itirdiyi qazanca görə 7250 manat tələb etsədə, əmək qabiliyyətinin nə dərəcə itirilməsi barədə məhkəməyə sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iddiaçıya dəymiş mənəvi ziyana görə mülki cavabdeh X3 500 manat məbləğində pul mülki iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi həmin Qərarda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şəxsə yetirilən mənəvi zərərin kompensasiyasından söhbət gedir. Belə olan halda Konstitusiya Məhkəməsi bu cür kompensasiya etməni məhkəmənin mülahizəsinə görə təyin edilməli olmasını müəyyən edir. Bundan əlavə Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki iddiaçı mənəvi zərərin məbləğinin hansı səbəbdən 5000 manat təşkil etməsini əsaslandırmamış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun 32 manatı mülki cavabdeh X3 tutularaq mülki iddiaçıya ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21723” markalı 99-КС-068 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın və 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 674 (altı yüz yetmiş dörd) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikası Dövlət Büdcəsindən 210 (iki yüz on) manat məbləğində pul ödənilsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh X3 maddi ziyana görə 2466 (iki min dörd yüz altmış altı) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun 32 (otuz iki) manatı mülki cavabdeh X3 tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar