Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-154/2022 20.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Göygöl rayonu Xəqani kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Göygöl rayonu Xəqani kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Aşıq Ələsgər küçəsində təzə inşa edilmiş nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış xx.xx.2008-ci il təvəllüdlü Şahid1 ilə birlikdə 13 fevral 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Altunbəyov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olmuş, oradan evin otağına pəncərədən qanunsuz daxil olmaqla, evin otaqlarından və zirzəmisindən hər biri 4 manat dəyərində Çin istehsallı, “TATALUX LİGHTİNG” markalı E27 12 W TAL-08 180-265V/50Hz 2700K modelli 30 ədəd lampanı, hər biri 4 manat dəyərində “Schmeler Electrik” markalı 80 ədəd elektrik açarı-elektrik yuvasını, hər biri 4 manat dəyərində alt qutusu ilə üz qapağı birlikdə “POLEMAK” markalı 25 ədəd elektrik paylayıcısını, hər biri 0,9 manat dəyərində İran istehsallı “MAHSA ELECTRİC” markalı 30 ədəd işıq lampasının yuvacığını (patronunu), 1 metri 2.5 manat olan, 2000 manat dəyərində 800 metr uzunluğunda ikitelli 6-lıq mis naqili, 1 metri 2 manat olan, 800 manat dəyərində 400 metr uzunluğunda ikitelli 4-lük mis naqili, 01 ədəd 50 manat dəyərində “ATEC” markalı AT 8317 modelli, 180 mmlik 1350 watt güclü laqondanı, 01 ədəd 30 manat dəyərində “İNTERSKOL” markalı, DU-16/1000 GR modelli direli gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3447 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış xx.xx.2008-ci il təvəllüdlü Şahid1 ilə birlikdə 28 fevral 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri “Firuzə” şadlıq sarayının arxa tərəfində yerləşən təzə inşa edilmiş nömrəsiz fərdi yaşayış evinin yanına gəlmiş, Şahid1 küçədə gözləyərək hər hansı bir şəxs gələcəyi halda xəbər vermək üçün ətrafı müşahidə etmiş, o, küçədən həyətə darvazası olmayan girişdən daxil olub, oradan evin otağına qanunsuz daxil olmaqla, evin otaqlarından 1 metri 2 manat olan, 200 manat dəyərində 100 metr uzunluğunda ikitelli 2,5liq mis naqili gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası Nargilə ilə Gəncə şəhəri Avtozavod qəsəbəsi, Aşıq Ələsgər küçəsində təzə inşa edilmiş nömrəsiz fərdi yaşayış evində yaşayır. Orta məktəbi 9-cu sinifə qədər oxumuş, özü rəsmi olaraq heç bir yerdə işləməsə də, Gəncə şəhəri ərazisindən əlvan metalları yığıb, onları metal qəbulu məntəqələrinə satıb özünü dolandırmışdır. Şahid1 dost olmuş, 10 fevral 2022-ci il tarixdə təxminən saat 12 radələrində Məqsəd ilə yaşadığı evdə olan zaman ona pul əldə etmək məqsədi ilə oğurluq etməyi təklif etmişdir. Məqsəd də ona bu işdə tam inandığını və oğurluq fikri ilə razılaşdığını bildirmiş, 12 fevral 2022-ci il tarixdə saat 13-14 radələrində yaşadığı evdə tək olduğu üçün piyada tanışı Kamalın Gəncə şəhəri Qırmızı kənd qəsəbəsində yerləşən Qəmərli küçəsindəki evlərinin qarşısına getmiş, Kamal ilə görüşüb söhbət edən zaman, Məqsədi də Kamalın yaşadığı evin həyətində görmüş, Kamal evin otağına gedən kimi Məqsədi yanına çağırmış və Gəncə şəhəri Avtozavod qəsəbəsi transformatorun yanında ev olduğunu, həmin evdə heç kimin yaşamadığını deyərək, həmin evdən oğurluq etməyi təklif etməklə bu barədə Kamala, eləcə də, digər şəxslərə hər hansı bir söz deməməyi tapşırmışdır. Məqsəd də heç bir tərəddüt etmədən onunla razılaşmış, sonra Məqsədlə birlikdə Kamalla sağollaşıb piyada oğurluq edəcəyi evin yaxınlığına gedib, ətrafda müşahidə kameralarının olub-olmadığını yoxlamışlar, kameraların olmadığını bildikdən sonra həmin evdən oğurluq etməyi dəqiqləşdirmişlər. xx.xx.2022-ci il tarixdə səhər saat 10-11 radələrində Məqsədin yaşadığı evin qarşısına gəlmiş, Məqsədlə görüşüb tanışı Kamal gilə getmişlər, həmin günü axşam saatlarına qədər havanın qaralmasından ötrü Kamalın yaşadığı evdə vaxt keçirmişlər, lakin Kamalın hər hansı bir şəxsə məlumat verməsindən ehtiyyat etdikləri üçün, nə o, nədəki Məqsəd oğurluq edəcəkləri barədə Kamala məlumat verməmişlər. Həmin günü qaranlıq qarışdıqdan sonra təxminən saat 21 radələrində əvvəlcədən müəyyən etdikləri evə hasardan aşaraq həyətə daxil olmuşlar, sonra isə evin birinci mərtəbəsinin pəncərələrində dəmir barmaqlıqlar olduğundan birinci o, həmin dəmir barmaqlıqların üzərinə çıxaraq evin ikinci mərtəbəsinə həyətdə olan pilləkənlə dırmaşmış, ikinci mərtəbədə olan pəncərələrdə dəmir barmaqlıqlar olmamış, ardınca da Məqsəd ikinci mərtəbəyə çıxmışdır. O, yaşadığı evdən götürdüyü və əvvəlcədən üzərində saxladığı kəlbətinlə pəncərəni açdıqdan sonra ikisi də pəncərədən içəri daxil olmuşlar, evə daxil oduqdan sonra evin birinci, ikinci, üçüncü mərtəbəsində olan mis naqilləri kəlbətinlə kəsmişlər, evin zirzəmisinə düşüb orada olan mis naqilləri kəsmişlər, bundan sonra Məqsədlə birlikə evin otaqlarında olan elektrik paylayıcılarını, elektrik ötürücü və birləşdiricilərini, o cümlədən işıq lampalarını və patronlarını kəsib götürmüşlər, sonra yenidən evin ikinci mərtəbəsinə qalxaraq evə daxil olduqları pəncərədən kəsdikləri mis naqilləri, üzərində olan birləşdiriciləri və patronları ilə birlikdə aynadan çölə atmışlar. Sonra evin birinci mərtəbəsindən Məqsədin gördüyü 01 ədəd direli, 01 ədəd laqondanı götürüb evin ikinci mərtəbəsinə qalxmışlar. Evə daxil olduqları pəncərədən girdikləri kimi də çıxmışlar və hasardan aşaraq evdən uzaqlaşmışlar. Oğurluq etdikdən sonra o və Məqsəd Kamal gilin evinin yaxınlığında olan boş sahəyə gedərək, oğurladıqları mis naqilləri həmin boş sahəlikdə yandırıb əritmişlər, həmin vaxt mis naqillərin üzərində olan birləşdiricilər, patronlar da yanıb ərimişdir. Patronların üzərində lampalarda olmuş və onlarda patronlarla birlikdə yanmışdır. Misləri qırıntılarından ayırdıqdan sonra onları əritdikləri yerin yaxınlığında olan çuxura gizlətmişlər və sonra hər ikisi öz evlərinə getmişlər. Oğurluq etdikləri günün səhəri, təxminən saat 11-12 radələrində mis naqilləri gizlətdikləri çuxurun yaxınlığında gəlib, hər ikisi əritdikləri mis naqillərin bir hissəsini götürmüşlər, həmin misin 6 kq-nı Gəncə şəhərində yerləşən Musayevin qarajı deyilən yerə əvvəllər tanıdığı metal qəbul edici Tural adlı şəxsə 60 manata satmışlar, əldə etdikləri pulu Məqsədlə iki yerə bölmüşlər. Sonra Məqsədlə birlikdə yerdə qalan mis naqili, laqondanı və direli götürməkdən ötrü yenidən həmin yerə qayıtmışlar. O, yerdə qalan əritdikləri mis naqili və laqondanı Məqsədlə birlikdə götürüb onları satmaqdan ötrü Kamalın yaşadığı evə getmişlər, Kamala atasından ona yadigar qalan laqondanı və əritdiyi mis naqilləri pula ehtiyyacı olduğuna görə satmaq istədiyini bildirmiş, Kamal ondan naqillərin və laqondanın oğurluq olub-olmadığını soruşduqda ona bu barədə narahat olmamağı, həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Sonra Kamal ondan laqondanın qiymətini soruşmuş, o da laqondanı 20 manata satmaq istəyini demişdir. Kamal ona nə səbəbə laqondadı ucuz qiymətə satdığını soruşduqda, laqondanın içərisində olan kömürlərin və paçevnikin qısa zaman ərzində sıradan çıxacağını, buna görə də, laqondanı dəyərindən daha aşağı qiymətə satdığını bildirmişdir. Sonra Kamal 2 kq ərinmiş misi 15 manata, laqondanı isə 20 manata almışdır. Kamaldan pulu qəbul etdikdən sonra Məqsədlə birlikdə onun yaşadığı evi tərk etmişlər. Yolda pulun 15 manatını Məqsədə, yerdə qalan 20 manatını isə özünə götürmüşdür. Sonra Məqsədlə sağollaşıb yaşadığı evə getmişdir. Kamaldan götürdüyü pula siqaret və yemək alıb yemişdir. Təxminən 2-3 gün sonra direli götürməkdən ötrü onu gizlətdiyi çuxurun yanına getmiş, lakin direli yerində tapmamışdır. Sonra direlin oğurlandığını düşündüyü üçün yaşadığı evə getmişdir. Bundan başqa 28 fevral 2022-ci il tarixdə təxminən saat 22 radələrində maddi imkanı zəif olduğuna görə Gəncə şəhəri Firuzə şadlıq sarayının arxa tərəfində yerləşən fərdi yaşayış evlərinin aralarında olan küçə ilə piyada yaşadığı evə gedən zaman oğurluq etmək üçün yaşayış evlərini bir-bir müşahidə edərək, onlarda yaşayış olub-olmadığını müəyyənləşdirməyə başlamış, baxış keçirən zaman bir evin həyətinin giriş darvazasının və evin otaqlarının giriş qapılarının olmadığını, həmçinin işıqların yanmadığını gördüyü üçün evin həyətinə, oradan da, evin otağına daxil olmuş, evin otaqlarına baxış keçirən zaman təmir işləri getdiyinə və yaşayış olmadığına tam əmin olmuş, sonra Məqsədi götürüb oğurluq etməkdən ötrü həmin evə geri qayıtmağa qərarlaşdırmışdır. Sonra piyada yaşadığı evə getmiş və evdən kəlbətin götürdükdən sonra piyada Məqsədin yaşadığı evə getmişdir. Məqsədlə görüşdükdən sonra piyada Firuzə şadlıq sarayının arxa tərəfində yerləşən oğurluq edəcəkləri evin yaxınlığına gəlmişlər. Saat 23 radələrində həmin yerə çatmışlar və ətrafda hər hansı bir şəxsin olmadığına tam əmin olduqdan sonra Məqsədə evin qarşısında dayanıb onu gözləməsini, hər hansı bir şəxs gələn kimi evin həyətinə daş atıb ona işarə verməsini tapşırmış, Məqsəd də razılaşmış və evin həyətinə, oradan da evin otağına daxil olmuşdur. Evin otaqlarında olan elektrik naqillərini kəsib onları bir yerə toplamış, sonra naqilləri evin həyətinə atmış, Məqsədlə birlikdə onları götürüb piyada kimsəsiz sahəyə aparmışdır. Kimsəsiz sahədə naqilləri əritdikdən sonra onları götürüb yaşadığı evə tərəf getmiş, mis naqilləri küçədə gizlətdikdən sonra yaşadığı evə daxil olmuş, Məqsəd də öz yaşadığı evə getmişdir. Ertəsi günü, yəni 01 mart 2022-ci il tarixdə təxminən saat 09 radələrində küçədən ərimiş mis naqilləri götürüb Məqsədin yaşadığı evə getmiş, sonra Məqsədlə birlikdə piyada Gəncə şəhəri Avtozavod qəsəbəsi ərazisində əlvan metalların alqı-satqısı ilə məşğul olan əvvəllər tanıdığı Əlyar adlı şəxsin yaşadığı evə getmiş, oğurladığı misin 1 kq 500 qramını Əlyara 15 manata satmış, sonra Məqsədlə birlikdə Musayevin qarajı adlanan yerdə 3 kq-nı Tural adlı şəxsə 35 manata satmış, əldə etdiyi pulu Məqsədlə yarı bölmüşdür. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanə ödədiyini və zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmamağını nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri Altunbəy küçəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Gəncə şəhəri Avtozavod qəsəbəsi təzə məhlələrdə yerləşən 3 mərtəbəli yarı tikili ona məxsusdur. xx.xx.2022-ci il tarixində saat 07 radələrində evin yanından keçərkən 2-ci mərtəbədə pəncərənin açıq olmasını görmüş və şübhələndiyi üçün evə daxil olmuş, evə daxil olan zaman evə gedən elektrik xəttinin kəsildiyini, içəri otaqlara baxdıqda isə bütün elektrik naqillərinin doğranaraq, elektrik qovşaqlarının çıxarılaraq, bir neçə lampanın çıxarılaraq oğurlandığını bundan əlavə bir ədəd direlin və bir ədəd laqondanın da oğurlandığını aşkar etmişdir. Bundan sonra 102 xidmətinə oğlu Nadir baş vermiş hadisə ilə bağlı müraciət etmiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Həmin vaxt polis əməkdaşlarına o özü ərizə ilə müraciət etmiş, baş vermiş hadisə zaman ona təxminən 3300-3500 manat maddi ziyan dəymişdir. Həmin evin naqil xətti üçün hər topda 100 metr naqil olan 12 top elektrik naqili sərf olunmuşdur. Oğurlanmış əşyaların hamısını o, özü almış, sonradan polis idarəsində ona məlum olmuşdur ki, ona məxsus yarım tikilidən oğurluq edən şəxslər X4 və Şahid1dur və həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Oğurluq hadisəsi zamanı ona məxsus evdən hər biri 4 manat dəyərində Çin istehsallı, TATALUX LİGHTİNG markalı E27 12 W TAL-08 180-265V/50Hz 2700K modelli 30 ədəd lampasını, hər biri 4 manat dəyərində “Schmeler Electrik” markalı 80 ədəd elektrik birləşdiricisi-ötürücüsünü, hər biri 4 manat dəyərində POLEMAK markalı 25 ədəd elektrik paylayıcısını, hər biri 1 manat dəyərində İran istehsallı MAHSA ELECTRİC markalı 30 ədəd işıq lampasının yuvacığını (patronunu), 1 metri 2.5 manat olan, 2000 manat dəyərində 800 metr uzunluğunda ikitelli 6-lıq mis naqili, 1 metri 2 manat olan, 800 manat dəyərində 400 metr uzunluğunda ikitelli 4-lük mis naqili, 01 ədəd 60 manat dəyərində ATEC markalı AT 8317 markalı, 180 mmlik 1350 watt güclü laqondanı,01 ədəd 40 manat dəyərində İNTERSKOL markalı, DU-16/1000 GR modelli direlimi oğurlamışlar. Oğurluq nəticəsinə onatəxminən 3300-3500 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, ərizə verərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı şikayəti və tələbi yoxdur, məhkəmədən sonuncuya yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, ailəsi ilə birlikdə Daşkəsən rayonu Mədənçilər qəsəbəsi ev 30, mənzil 18-də yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Gəncə şəhəri “Firuzə” şadlıq evinin arxa tərəfində ona məxsus yarım tikili vardır. Həmin evdə 3-cü dəfədir ki, oğurluq olur. Lakin əvvəllər onlara məxsus yarım tikilidən xırda şeylər oğurlandığı üçün heç bir yerə şikayət etməmiş, lakin 28 fevral 2022-ci il tarixdə saat 13 radələrində oğlu Musa ilə həmin yarım tikiliyə gələn zaman yarım tikilidən təxminən 100 metr uzunluğunda və 150 manat dəyərində elektirik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını müəyyən etmişlər. Ona görə də Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edərək onlara məxsus yarım tikilidən oğurluq olması barədə məlumat vermiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə etmişlər. Həmin vaxt polis əməkdaşlarına özü ərizə ilə müraciət etmişdir. Oğurlanmış elektirik naqili 2x2.5 ölçüdə olmuş, baş vermiş hadisə zaman ona 150 manat ziyan dəymişdir. Sonradan polis idarəsində ona məlum olmuşdur ki, ona məxsus yarım tikilidən oğurluq edən şəxslər X4 və Şahid1dur. Sonda o, ərizə verərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı şikayəti və tələbi yoxdur, məhkəmədən sonuncuya yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 оğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. 10 fevral 2022-ci il tarixdə təxminən saat 12 radələrində Nofərin yaşadığı evdə olan zaman Nofər ona pul əldə etmək məqsədi ilə oğurluq etməyi təklif etmiş, o da Nofərə inandığını və onun oğurluq fikri ilə razı olduğunu bildirmişdir. 12 fevral 2022-ci il tarixdə saat 14 radələrində qəsəbə ərazisində əlvan metalların alqı-satqısı ilə məşğul olan tanışı Kamalın yaşadığı evdə olan zaman Nofər Kamalın yaşadığı evə gəlmiş, Kamal evin otağına gedən kimi Nofər onu yanına çağırmış, Nofərə yaxınlaşmış və Nofər ona Gəncə şəhəri Avtozavod qəsəbəsində transformatorun yanında ev olduğunu, həmin evdə heç kimin yaşamadığını deyərək, sözügedən evdən oğurluq etməyi təklif etmiş,bu barədə Kamala eləcə də, digər şəxsə hər hansı bir söz deməməyi ciddi tapşırmışdır. Nofərdə narahat olmamağı və birlikdə oğurluq edəcəkləri barədə razılaşmışdır. Sonra Nofərlə birlikdə Kamalla sağollaşıb piyada oğurluq edəcəkləri evin yaxınlığına getmiş, evin yanında müşahidə kameralarının olub-olmadığını yoxladıqdan sonra həmin evdən oğurluq etməyi dəqiqləşdirmişlər. xx.xx.2022-ci il tarixdə səhər saat 10-11 radələrində Nofər onun yaşadığı evin qarşısına gəlmiş, Nofərlə görüşüb birlikdə tanışı Kamalın yaşadığı evə getmişdir. Həmin günü axşam saatlarına qədər havanın qaralmasından ötrü Kamalın yaşadığı evdə vaxt keçirmişlər, həmin günü qaranlıq qarışdıqdan sonra təxminən saat 21 radələrində piyada Kamalın yaşadığı evdən oğurluq edəcəkləri evin yaxınlığına getmişlər. Əvvəlcədən müəyyən etdikləri evə hasardan aşaraq həyətə daxil olmuşlar, sonra isə evin birinci mərtəbəsinin pəncərələrində dəmir barmaqlıqlar olduğundan birinci Nofər həmin dəmir barmaqlıqların üzərinə çıxaraq evin ikinci mərtəbəsinə həyətdə olan pilləkənlə dırmaşmış, evin ikinci mərtəbəsində olan pəncərələrdə dəmir barmaqlıqlar olmadığına görə, əvvəlcə Nofər ardı ilə də o, ikinci mərtəbədəki pəncərəyə dırmaşmışlar. Nofər əvvəlcədən yaşadığı evdən üzərində götürdüyü kəlbətinlə pəncərəni açdıqdan sonra ikisi də pəncərədən içəri daxil olmuşlar. Evə daxil oduqdan sonra evin birinci, ikinci, üçüncü mərtəbəsində olan mis naqilləri kəlbətinlə birlikdə kəsmişlər, həmçinin evin zirzəmisinə düşüb orda olan mis naqilləri də kəlbətinlə kəsib sellofanlara yığmışlar. Bundan sonra Nofərlə birlikə evin otaqlarında olan elektrik paylayıcılarını, elektrik ötürücü və birləşdiricilərini, o cümlədən işıq lampalarını və patronlarını kəsib götürmüşlər. Sonra yenidən evin ikinci mərtəbəsinə qalxaraq evə daxil olduqları pəncərədən kəsdikləri mis naqilləri, üzərində olan birləşdiriciləri və patronları ilə birlikdə pəncərədən çölə atmışlar, sonra evin birinci mərtəbəsindən onun gördüyü 01 ədəd direli, 01 ədəd laqondanı götürüb evin ikinci mərtəbəsinə qalxmışlar. Evə daxil olduqları pəncərədən girdikləri kimi çıxmışlar və hasardan aşaraq evdən uzaqlaşmışlar. Oğurluq etdikdən sonra o və Nofər Kamal gilin evinin yaxınlığında olan boş sahəyə gedərək, oğurladıqları mis naqilləri həmin boş sahəlikdə yandırıb əritmişlər. Oğurluq olacağından hər hansı bir şəxsin şübhə edəcəyinə görə həmin vaxt mis naqillərin üzərində olan birləşdiricilər, patronlar da yandırıb əritmişlər. Patronların üzərində lampalarda olmuş və onlarda patronlarla birlikdə yanmışdır. Sonra mis naqilləri əritdikləri yerin yaxınlığında olan çuxura gizlətmişlər və sonra hər ikisi öz evlərinə getmişlər. Oğurluq etdikləri günün səhəri, təxminən saat 11-12 radələrində mis naqilləri gizlətdikləri çuxurun yaxınlığında gəlib, hər ikisi əritdikləri mis naqilləri gizlətdikləri evdən bir hissəsini götürmüşlər. Sonra misin 6 kq-nı Gəncə şəhərində yerləşən Musayevin qarajı deyilən ərazidə metal qəbul edici Tural adlı şəxsə 60 manata satmışlar. Əldə etdikləri pulu Nofərlə bölmüşlər. Sonra Nofər ilə birlikdə yerdə qalan mis naqili, laqondanı və direli götürməkdən ötrü yenidən həmin çuxurun yaxınlığına qayıtmışlar. Nofər yerdə qalan əritdikləri mis naqili və laqondanı götürüb onları satmaqdan ötrü Kamalın yaşadığı evə getmiş, Nofər Kamala atasından ona yadigar qalan laqondanı və əritdiyi mis naqilləri pula ehtiyyacı olduğuna görə satmaq istədiyini bildirmiş, Kamal da ondan naqillərin və laqondanın oğurluq olub-olmadığını soruşduqda, Kamala bu barədə narahat olmamağı, həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. X8 laqondanı 20 manata 2 kq ərinmiş misi 15 manata almışdır. Nofər Kamaldan pulu aldıqdan sonra onun yaşadığı evi tərk etmişlər. Nofər yolda ona 15 manat vermiş, 20 manatı isə özünə götürmüşdü. Həmin pula özünə peçenyə, sok və digər şeylər almışdır. Bir neçə gündən sonra Nofər ona direlin oğurlandığını bildirmişdir. Tural və Kamil əlvan metalların alqı-satqısı ilə məşğul olmuş, nə Tural, nə də ki, Kamil onlara satdıqları əşyaların oğurluq olduğunu bilməmişlər. Bundan başqa 28 fevral 2022-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı evdə olan zaman Nofər yaşadığı evin qarşısına gəlib onu səsləmiş, küçəyə çıxıb onunla görüşmüş, Nofər ona oğurluq etmək üçün ev tapdığını, həmin evin giriş darvazasının və otağın giriş qapılarının olmadığını, qısa zaman ərzində evin otaqlarında olan mis naqilləri üzərində olan kəlbətinlə kəsib götürəcəyini, onları əridib satdıqdan sonra əldə edəcəyi gəliri onunla yarı böləcəyini bildirmişdir. O da bu barədə Nofərlə razılaşmış və onunla birlikdə piyada Firuzə şadlıq sarayının arxasında yerləşən təzə inşa edilmiş giriş darvazası olmayan evin qarşısına gəlmişlər. Nofər ona evin qarşısında dayanıb onu gözləməyini, hər hansı bir şəxs gələn kimi, evin həyətinə daş atıb ona işarə verməyini tapşırmış, o da Nofərlə razılaşdıqdan sonra küçədə bir küncə çəkilib onun geri qayıtmasını gözləmiş, təxminən 40 dəqiqədən sonra Nofər onu evin həyətinə çağırmış, ona kəlbətinlə kəsib doğradığı mis naqillərin bir hissəsini vermiş və onunla birlikdə piyada kimsəsiz sahəyə getmişlər. Orada naqilləri əritdikdən sonra onları götürmüşlər. Sonra Nofər ərinmiş mis naqilləri özü ilə birlikdə götürüb yaşadığı evə getmiş, o da Nofərdən ayrılıb yaşadığı evə getmişdir. Ertəsi günü, yəni 01 mart 2022-ci il tarixdə təxminən saat 09-10 radələrində Nofər yaşadığı evin qarşısına gəlib onu səsləmiş, onunla birlikdə Gəncə şəhəri Avtozavod qəsəbəsi ərazisində əlvan metalların alqı-satqısı ilə məşğul olan əvvəllər tanıdığı Əlyar adlı şəxsin yaşadığı evə getmiş, Nofər əritdiyi misin 1 kq 500 qramını Əlyara 15 manata satmışdır. Sonra Nofərlə birlikdə tanımadığı taksi ilə Musayevin qarajı adlanan yerə getmişlər, Nofər həmin yerdə alıcı Tural adlı şəxsə 3 kq misi 35 manata satmışdır. Sonra Nofər əldə etdiyi pulu onunla yarı bölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, rəsmi olaraq Gəncə şəhəri, Nizami prospektində Musayevin qarajı adlanan ərazidə metal qəbulu sexində mal qəbuledici işləyir. Metal sexinə gələn müştərinin təqdim etdiyi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və digər anket məlumatları qeydiyyat dəftərinə apardıqdan sonra onlardan malı qəbul edib pullarını verir. Gəncə şəhər Avtozavod qəsəbə sakinləri Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 tanıyır, onlarla əvvəllər aralarında düşmənçiliyi və ədavəti olmamışdır. Nofər və Kamil mütəmadi olaraq metal qəbulu sexinə yanına gəlib özləri ilə birlikdə gətirdikləri dəmir, aliminium, mis metallarını ona satmışlar. Qeydiyyat apardığı dəftərə baxış keçirdikdən sonra yadına düşmüşdür ki, 14 fevral 2022-ci il tarixdə Nofərdən, özü ilə yanında gətirdiyi əvvəllər Avtozavod qəsəbə sakini kimi tanıdığı Məqsəd adlı şəxsin yanında 60 manatlıq yanmış mis naqil almış, Nofərə məxsus şəxsiyyət vəsiqəsinin anket məlumatlarını qeydiyyat dəftərində qeydlərini apardıqdan sonra ona 60 manat pul vermişdir. Bundan əlavə 15 fevral 2022-ci iltarixdə Şahid2 atasına məxsus təqdim etdiyi şəxsiyyət vəsiqəsi ilə ondan 2 kq çəkidə ərinmiş mis naqil almış, bundan əlavə 01 mart 2022-ci il tarixdə Nofərdən 2 kq çəkidə yanmış mis naqil almış və ona 24 manat pul təqdim etmişdir. O, nə də ki, metal qəbulu sexinin digər işçiləri heç bir zaman oğurluq mal almamışlar. Nofərin ona oğurluq ərinmiş mis naqil satmasından xəbəri olmamış, bu barədə hər hansı bir məlumatı olsaydı ondan qeyd olunan misi almazdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, yaşadığı qəsəbədə əlvan metalların alqı-satqısı ilə məşğul olub ailəsini dolandırır. Gəncə şəhəri Avtozavod qəsəbə sakinləri Təqsirləndirilən şəxs və Şahid1 tanıyır. Nofər bir neçə dəfə Gəncə şəhəri Avtozavod qəsəbəsi ərazisində sakinlərdən ucuz qiymətə aldığı metalların üzərinə qazanc qoyaraq ona gətirib satmış, hər dəfəsində Nofərə artıqlaması ilə pul vermişdir. Dəqiq yadında qalmayan tarixdə 2022-ci ilin mart ayının əvvəllərində saat 11 radələrində Nofər Məqsədlə birlikdə onun yaşadığı evə gəlib ona 1.5 kq çəkidə ərinmiş mis naqil satmış, Nofərə 15 manat pul verdikdən sonra yaşadığı evi tərk edib getmişlər. Bir müddət ərzində qəsəbə sakinlərindən aldığı metalları yük avtomobili ilə Bakı şəhərində yerləşən metal zavoduna yola salmışdır. Nofər və Məqsəd birlikdə yalnız bir dəfə, yəni 2022-ci ilin mart ayının əvvəllərində ona ərinmiş mis naqil satmışlar. Həmin ərinmiş mis naqillərin Nofər və Məqsəd tərəfindən oğurlandığını bilsəydi, heç bir zaman onlardan misi almazdı. Məqsədlə Nofəri tanıdığına görə onlardan sənəd tələb etməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, hadisə zamanı o, Gəncə şəhəri 14 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olmuş, mütəmadi olaraq yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşadığı fərdi yaşayış evinin həyətində əlvan metalların alqı-satqısı ilə məşğul olub özünü dolandırmışdır. Yaşadığı Avtozavod qəsəbəsinin sakinlərindən dəmir, mis, alüminium metallarını, o cümlədən sıradan çıxmış məişət avadanlıqlarını ucuz qiymətə alıb onların üzərinə bir neçə manat və yaxud qəpik qoyub satmışdır. Gəncə şəhəri Nizami prospektində yerləşən Musayevin qarajı adlanan ərazidə yerləşən əlvan metal qəbulu sexində işləyən Tural adlı şəxs bəzən atası Alimin şəxsiyyət vəsiqəsi ilə əlvan metallar satmışdır. Gəncə şəhəri Avtozavod qəsəbəsi sakinləri Şahid1 və Təqsirləndirilən şəxs tanıyır. Nofər və Məqsədlə əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. Mütəmadi olaraq Nofər və Məqsəd yaşadığı evə gəlib-getmişlər. 14 fevral 2022-ci il tarixdə təxminən saat 14 radələrində Nofər ilə Məqsəd yaşadığı evə gəlmişlər, Nofər ona 01 ədəd laqondanı və 2 kq çəkidə misi təqdim edərək həmin əşyaları satmaq istədiyini bildirmiş, Nofərdən laqondanın qiymətini soruşduqda, 20 manata satmaq istədiyini demişdir. Nofərdən kimə məxsus olduğunu və nə səbəbə onu ucuz qiymətə satdığını soruşduqda, Nofər laqondanın içərisində olan kömürün və paçevnikin qısa zaman ərzində sıradan çıxacağını, buna görə də, ucuz qiymətə satdığını, atasından ona yadigar qaldığını bildirmişdir. O, Nofərə atası Alimin xasiyyətinin tünd olduğunu, laqondanın və ərinmiş misin oğurluq olub-olmadığnı soruşduqda, həm Nofər, həmdəki Məqsəd onların oğurluq olmadığını bildirmişlər. Sonra Nofərə laqonda üçün 20 manat, 2 kq mis üçün isə 15 manat pul vermiş, Nofər pulu götürdükdən sonra Məqsədlə birlikdə yaşadığı evdən getmişlər. 15 fevral 2022-ci il tarixdə təxminən saat 16 radələrində Gəncə şəhəri ərazisində işləri olduğuna görə Nofərdən aldığı 2 kq misi də özü ilə birlikdə götürüb Gəncə şəhəri Nizami prospektində yerləşən metal qəbulu sexinə gedib, orada işləyən Tural adlı şəxsə 2 kq misi 22 manata atası Alim Məmmədova məxsus şəxsiyyət vəsiqəsini nümayiş etdirməklə satmış, əldə etdiyi pul ilə yaşadığı evdə saxladığı toyuqlara dən almış və yaşadığı evə geri qayıtmışdır. Nofərdən aldığı laqondanı isə yaşadığı evdə istifadə etməkdən ötrü özündə saxlamışdır. Nofərdən aldığı 01 ədəd laqondanın və 2 kq ərinmiş misin oğurluq olduğundan xəbəri olmamışdır. Əgər həmin əşyaların oğurluq olduğunu bilsəydi, heç bir zaman onları pul verib Nofərdən almazdı. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Daşkəsən onu Mədənçilər qəsəbəsi ev 30, mənzil 18-də yaşayır və N saylı həbi hissədə sürücüişləyir. xx.xx.2022-ci il tarixdə DİN “102 xidməti”nə və Gəncə şəhər Nizami RPİ-yə onun anası Zərərçəkmiş şəxs2 müraciət etmişdir. Belə ki, Gəncə şəhəri “Firuzə” şadlıq evinin arxa tərəfində yerləşən yarım tikili onlara məxsusdur,həmin evdə 3-cü dəfədir ki, oğurluq olur. Lakin əvvəllər onlara məxsus yarım tikilidən xırda şeylər oğurlandığı üçün heç bir yerə şikayət etməmişlər. 28 fevral 2022-ci il tarixdə saat 13 radələrində o, anası Gözəllə həmin yarım tikiliyə gələn zaman yarım tikilidən təxminən 100 metr uzunluğunda və 150 manat dəyərində elektirik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını müəyyən etmişlər. Ona görə də anası Gözəl “102 xidməti”nə zəng edərək bizə məxsus yarım tikilidən oğurluq olması barədə məlumat vermiş,bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə zaman onlara 150 manat ziyan dəymiş,oğurlanmış elektirik naqili 2x2.5 ölçüdə olmuşdur.Sonradan polis idarəsində onlara məlum olmuşdur ki, onlara məxsus yarım tikilidən oğurluq edən şəxslər X4 və Şahid1dur, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X5 evindən oğurluq hadisəsi Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Altunbəyov küçəsində yerləşən, fərdi yaşayış evində baş vermiş və zərərçəkmiş şəxs oğurlanmış əşyaların yerini özü təqdim etmişdir. - xx.xx.2022-ci il tarixli “ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Altunbəyov küçəsində yerləşən, fərdi yaşayış ünvanında yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - xx.xx.2022-ci il tarixli əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid2 qanuni nümayəndəsi X3 iştirakı ilə Təqsirləndirilən şəxs aldığı 1 ədəd Atek markalı laqondanı istintaqa təqdim etmişdir. - “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid4 evindən oğurluq hadisəsi Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “Firuzə” şadlıq sarayının arxasında ünvansız ərazidə yerləşən yarımtikili evində baş vermiş və zərərçəkmiş şəxs oğurlanmış əşyaların yerini özü təqdim etmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə doğumuşdur. - xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və onun barəsində profilaktik tədbir görülməsindən ötrü cinayət işinin materiallarından ayrıca material ayrılaraq Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çamayanlarla iş üzrə komissiyaya göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2137 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunəyə əsasən üzərində markalanma yazısı olmayan, izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış, 2 jilalı, hər birinin diametri təxminən 2,5 mm olan elektrik naqilinin istifadədə olmaması nəzərə alınmaqla 1 metrinin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 2 manat, 100 metri 200 manat müəyyən edilir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 3 saylı Gəncə ərazi İdarəsinin elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Kmitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 2783 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 3909 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3820 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmaması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. 01 ədəd Çin istehsallı, TATALUX LİGHTİNG markalı E27 12WTAL-08 180- 265V/5Hz 2700K modelli lampa - 4,00 manat, 01 ədəd “Schmeler Electrik” markalı elektirik açarı-elektirik yuvası – 4,00 manat, 01 ədəd POLEMAK markalı elektirik paylayıcısının alt qutusu ilə üz qapağı birlikdə - 1,10 manat, 01 ədəd qara rəngli, İran istehsallı MAHSA Electric markalı işıq lapmasının yuvacığı (patronu) – 0,90 manat, 01 metr üzərində markalanma göstəriciləri olmayan, ağ rəngli, izolyasiyalı, iki jilalı 2x4 mm mis naqili – 2,00 manat, 01 metr üzərində marklanma göstəriciləri olmayan, ağ rəngli, izolyasiyalı, iki jilalı 2x6 mm mis naqil – 2.50 manat, Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4148 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların istifadədə olması nəzərər alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş “ATEC” markalı, “AT 8317” model, 180 mm-lik 1350 Watt laqonda - 50,00 manat, Ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İNTERSKOL” markalı, “DU-16/1000 GR” modelli direl – 30,00 manat, Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. - Göygöl rayon İHB-nın Xəqani kənd İƏD-si üzrə nümayəndəsinin 10 iyun 2022-ci il tarixlidə verdiyi xasiyyətnamədən görünür ki, Göygöl rayonu Xaqani kəndində qeydiyyatda olan Cümşüdov X1 qeydiyyatda olsa da, Gəncə şəhərində yaşayır və barəsində İcra Nümayəndəliyinə şikayət xarakterli material daxil edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, hadisəni törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan Şahid1 cinayət törətməyə cəlb etməsini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının CM-nin 85.4-1-ci maddəsində nəzərdə tutulmuş həddə təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Hal-hazırda Təqsirləndirilən şəxs faktiki olaraq Gəncə şəhərinin ərazisində yaşasa da, onun rəsmi qeydiyyatı Göygöl rayonu Xaqani kəndi olduğu üçün gələcəkdə onun qeydiyyatda olduğu ərazi üzrə müəyyən sənədlər almaq üçün Göygöl rayonuna getmək zərurəti yarana bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək, qeydiyyatda olduğu Göygöl rayonu və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut – 01 ədəd 50 manat dəyərində ATEC markalı AT 8317 modelli, 180 mmlik 1350 watt güclü laqonda sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 150 (yüzəlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək, qeydiyyatda olduğu Göygöl rayonu və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd 50 manat dəyərində ATEC markalı AT 8317 modelli, 180 mmlik 1350 watt güclü laqonda sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-154/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-154/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver