Məhkəmə qərarları › İş №1(125)-154/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-154/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-154/2023 06.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Təbriz küçəsi, 8-ci döngə, ev 23-də yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsi 3 qardaş marketin yaxınlığında Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs sol bud nahiyəsindən qəsdən vurmaqla, sol bud nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması–xəsarəti yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL dərəcəli xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. İndiyə kimi aralarında heç vat mübahisə narazılıq olmamışdır. xx.xx.2022ci il tarixdə təxminən saat 20 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən 3 qardaş marketin yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə rastlaşmış, bir qədər söhbət etmişlər. Söhbət edən zaman Zərərçəkmiş şəxs borca 20 manat pul istəmişdir. Zərərçəkmiş şəxs pulunun olmadığını demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs borca pul vermədiyi üçün əsəbləşərək “səndən artıq pul istəmədim borca 20 manat istədim səndə vermədin” sözlərini demişdir. Sonra əsəbləşdiyi üçün onu təhqir etmişdir. Zərərçəkmiş şəxs onunla kobud danışdığı üçün əli ilə onun üz nahiyəsindən vurmuş, ayağı daşa ilişərək yıxılmışdır. Yıxılan zaman təpiklədə sol bud nahiyəsindən vurmuş və çıxıb getmişdir. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə aralarında barışıq olmuş və zərərçəkmiş şəxsin ona qarş hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Aralarında heç vaxt mübahisə, narazılıq olmamışdır. xx.xx.2022ci il tarixdə təxminən saat 20 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində 3 qardaş marketin yaxınlığında Təqsirləndirilən şəxs ilə rastlaşmış, bir qədər söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs ehtiyacı olduğu üçün ondan borca 20 manat pul istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs pulunun olmadığını bildimişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla kobud danışaraq təhqir etmişdir. Təqsirləndirilən şəxs təhqir etdiyi üçün ona cavab qaytarmış bu səbəbdən aralarında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs yenidən təhqir edərək əli ilə üz nahiyəsindən vurmuş, ayağı burxularaq yıxılmışdır. Yıxılandan sonrada təpiklə sol bud nahiyəsindən vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsla aralarında mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs oğlu ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “МТЕ və PA” X4 şəxsin Gəncə şəhər şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli 2287 saylı « canlı şəxsin ekspertizası » rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət– sol bud nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması– bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində gəstərilən tarixə yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərə vurmaya aid edilir. (i.v 20-21); Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 may 2018-ci il tarixli 1(088)-217/2018-ci il nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 03 il müddətinə, XM-nin 128-ci maddəsi ilə 04 ay müddətinə və Azərbaycan Respublikası CMnin 126.1, 68.1, 68.1.3,.67.1 maddələri ilə 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v.54-62); Azərbaycan Respublikası DİN-nin verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1, 68.1, 68.1.3,.67.1 maddələri ilə məhkum olunmuş, xx.xx.2020-ci il tarixli qərarı ilə 09 ay 12 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v.51); Gəncə şəhər ruhi dispanserlərdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs heç bir dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər narkaloji dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq.. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar