Məhkəmə qərarları › İş №1(125)-154/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-154/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-154/2024 13.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə, xx.xx.1962-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gəncə Dövlət Universitetində baş müəllim işləyən, Gəncə şəhəri Mahrasa bağı, bina 17, mənzil 24-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə, xx.xx.1974-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan,əvvəllər məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Bağmanlar küçəsi, 5-ci dalan, ev 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinədaircinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını əvəzsiz və hüquqa zidd ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 2021-ci ilin iyun və avqust aylarında, günü istintaqa məlum olmayan tarixlərdə Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək X4 yaxın əlaqələri olmasına və sonuncunun qızı X2 həmin unversitetə müəllimə kimə işə düzəldəcəyi barədə yalan vədlər verərək inandırıb etibarını qazanaraq, aldatma yolu ilə ümumilikdə 6000 (altı min) manat nəğd pulunu Gəncə şəhərinin ərazisində vahid niyyətlə hissə-hissə ələ keçirib sonradan vədinə əməl etməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını əvəzsiz və hüquqa zidd ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 2021-ci ilin iyun və avqust aylarında, günü istintaqa məlum olmayan tarixlərdə Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək X4 yaxın əlaqələri olmasına və sonuncunun qızı X2 həmin unversitetə müəllimə kimə işə düzəldəcəyi barədə yalan vədlər verərək inandırıb etibarını qazanaraq, aldatma yolu ilə ümumilikdə 6000 (altı min) manat nəğd pulunu Gəncə şəhərinin ərazisində vahid niyyətlə hissəhissə ələ keçirib sonradan vədinə əməl etməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxmini 2021-ci il pandemiya vaxtları evində olduğu zaman Şahid1 ona zəng edərək tanışı olduğunu və ondan bəzi məsələlər ilə bağlı məsləhət almaq isdədiyini və onun nömrəsini həmin şəxsə verdiyini bildirmişdir. O isə Elçinə yaxşı etdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra Vüqar adlı şəxs ona zəng edərək bildirmişdir ki, qohumu onun işlədiyi Gəncə Dövlət Universitetində oxuyur, o, universiteti bitirdikdən sonra universitetdə müəllim işləyə bilərmi?. O, cavab olaraq onun müəllim işləməsi üçün magistraturanı bitirməli olacağını bildirmişdir. Sonra isə Vüqar laborant işi ilə bağlı sual verdikdə o, onun üçün də magistaturanı oxumalı olacağını bildirmiş və sonra sağollaşaraq telefonu keçirmişlər. Vüqar bir neçə dəqiqə sonra təkrar ona zəng edərək universitetin yaxınlığında olduğunu və ona tort gətirdiyini bildirmişdir. O, Vüqara torta ehtiyac olmadığını bildirsədə Vüqar tortu götürməsini xahiş etmişdir. O, özünün evdə olduğunu tortu bacısı qızının götürəcəyini bildirmişdir. Bacısı qızı Mətanətə gedib tortu götürüb iş yoldaşları ilə işdə çay içməsini bildirmişdir. Bacısı qızı Mətanət oraya getdikdə ona tort əvəzinə içində pul olan zərf vermişlər. Mətanət ona tort olmadığını bildirdikdə o, zərfi evə gətirməsini bildirmişdir. Mətanət zərfi onlardan götürərək ona aparmışdır. O, zərfi açdıqda içində 500 manat pul olduğunu görmüş və dərhal Elçinə zəng edərək Vüqar adlı şəxsin ona tort adı ilə pul göndərdiyini bildirmişdir. Elçin ona işi olduğunu sabah birlikdə gedib pulu Vüqara qaytaracaqlarını bildirmişdir. Onlar səhər saat 10 radələrində universitetin qabağında kafedə görüşmüşlər. O, zərfi çıxarıb Vüqardan pulu nə üçün ona verdiyini bildirdikdə Vüqar tanışlıq məqsədilə verdiyini bildirmişdir. Elçin pulu götürüb onun üstünə atmış, o, zərfi götürüb cibinə qoymuşdur. Bu zaman iki nəfər onlara yaxınlaşmışdır. Mədət ona işlə bağlı sual verdikdə o, onlara əvvəlcə qızının diplomu almasını iş məsələsin sonra həll edə biləcəklərini bildirmişdir. Bu hadisədən sonra Vüqar bir neçə dəfə ona zəng edərək onu narahat etmişdir. O, Elçinə zəng edərək Vüqarın onu narahat etdiyini bildirmişdir. Elçin onun nömrəsini Ruslanın Vüqara verdiyini bildirmişdir. O, Ruslana zəng edərək Vüqarın onu narahat etdiyini bildirmişdir. Ruslan Vüqarın barəsində yaxşı şeylər eşitmədiyini və ona xəbərdarlıq edəcəyini bildirmişdir.O, bu hadisədən sonra Vüqarın nömrəsin silmiş, lakin Vüqar ona başqa-başqa nömrələrdən zəng edərək onu narahat etməkdə davam etmişdir.Sentyabr ayının 15-i o, işdə olduğu zaman Vüqar ona zəng edərək telefonu keçirməməsini xahiş etmiş, ona universitetin qabağında olduğunu bildirərək onunla sonuncu dəfə görüşmək istədiyini, onu birdaha narahat etməyəcəyini bildirmişdir. O, Vüqarın yanına getdikdə Vüqar uşağın işə düzəlməsi ilə bağlı ona yalvarmış, o, Vüqara onun işə düzəltmə səlahiyyəti olmadığını, bunu edə bilməyəcəyini,həmin valideyinləri gətirməsini bunun mümkün olmayacağını onlara bildirəcəyini bildirmişdir. Vüqar telefonunun götürüb qohumuna zəng etmək istədikdə balansında kifayət qədər məbləğ olmadığından onun telefonunu alıb qohumuna zəng etmişdir. Vüqar onun telefonu ilə uzun müddət danışmış və sonra onunla sağollaşaraq getmişdir. Bir müddət sonra təxmini noyabr ayında Elçin Vüqarın onlardan polisə şikayət verdiyini bildirmişdir. O, bunu öyrəndikdə dərhal Şöbəyə getmişdir. Şöbədə ona telefonu vasitəsilə kirilcə yazılan mesaj göndərildiyini bildirilmişdir. Mesajda “naraxat olmain pul rektora çatmışdır” sözləri qeyd edilmişdir. O, həmin mesajı onun göndərmədiyini, həmin mesajı Vüqarın onun telefonu vasitəsi ilə özünə göndərdiyini bildirmişdir. Vüqar dekabr ayında səs yazısı gətirərək həmin səs yazısının ona məxsus olduğunun bildirmişdir. O, həmin səs yazısının onun olmadığını bildirmişdir. Şöbədə Vüqardan həmin səsi necə yazdığı soruşulduqda o, parkda olduğu zaman qaraçı uşağından iki manat pul verərək aldığı telefon vasitəsi ilə yazdığını bildirmişdir. Sonda o, Vüqardan pul almadığını, Vüqarın ona şər atdığını bildirərək məhkəmdən ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Vüqarla əlbir olub ona şər atırlar.X8 verdiyi səs yazısında olan səs ona məxsus deyildir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona AzərbaycanRespublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, dostunun qızını Gəncə dövlət Universitetində labarant kimi işə düzəltmək qərarına gəlmişlər. Bu məsələ ilə bağlı o, Ruslana zəng edərək köməklik istəmişdir. X10 Universitetində müəllimə işləyən Amaliya müəllimənin ona kömək edə biləcəyini bildirmişdir.O, Elçin adlı şəxsdən Amaliyanın telefon nömrəsini almış və ona zəng edərək qohumunun qızının Gəncə Dövlət Universitetində işə düzəlməsi üçün nə qədər pul lazım olacağını bildirmişdir. Amaliya bunun üçün 5-6 min lazım olacağını bildirmişdir. Onlar bir neçə gün sonra Amaliya ilə görüşmək istəmişlər və onlar vaxt təyin etmişlər. Onlar görüşü təyin etdikləri yerə getmiş, Amaliyanın bacısı qızı gəlmiş və onlar içində pul və şəxsiyyət vəsiqəsi olan zərfi Amaliyanın bacısı qızına vermişlər. Bu hadisədən sonra Amaliya onun telefon zənglərinə cavab verməmişdir. Onlar ikincidəfə Amaliya ilə X9 görüşmüşlər. Bu zaman onun yanında başqa xanımda olmuşdur. O, Amaliyaya 4500 manat pul vermişdir. Amaliya ona iş həll olanda xəbər verəcəyini bildirmişdir. Sonda o, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ona 6 min manat pul vermişdir. O, pulun hamsını Amaliyaya vermişdir. Amaliya bu işin qarşılığında ona 500 manat pul vermişdir. O, Gəncə dövlət Universitetində vəzifədə çalışan bir nəfər şəxsdən orda pul ilə işə düzəlməyin mümkün olmadığını öyrənmişdir. Hətta həmin şəxsin öz uşağını orda işə düzəldə bilmədiyini öyrənmişdir. Bunu öyrəndikdən sonra Amaliyadan pulun geri qaytarılmasını tələb etmişdir. Hazırda o, zərəçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. O, Amaliya ilə alınan puldan 500 manat pulun ona çatması ilə bağlı razılığa gəlmişlər. O, telefonda Amaliyaya tort göndərəcəyini bildirmişdir. O, 500 manat pulu aldıqda Mədətdən halalıq verməsini istəmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Vüqarla çayçıda tanış olmuşdur. Vüqarla söhbət etmişlər. Vüqar ona qızının işə düzələ biləcəyi ilə bağlı yalan vədlər vermişdir. Vüqar onun qızının işə düzəlməsi üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. O, qızının işə düzəlməsi üçün 6000 manat pul vermişdir. Sonda o, ona vurulan ziyanın yarısının Vüqar tərəfindən ödənildiyini, onun Vüqardan heç bir şikayəti olmadığını, Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu bildirərək Amaliyanın cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə olan vaxt onun yanında Vüqar olmuşdur. Onlarla görüşməyə pulu almağa Amaliyanın bacısı qızı gəlmişdir. Vüqar telefonda Amaliyaya kilo yarım kanfet verəcəklərini bildirmişdir. Vüqar kilo yarım dedikdə 1500 manat pul nəzərdə tutmuşdur. Onlar içində 1500 manat pul olan zərfi Amaliyanın bacısı qızı Mətanətə vermişlər və Amaliyaya zəng edərək konfetin çatdığını bildirmişlər. Pulun qalan hissəsini çayçıda Vüqara vermiş, Vüqarın pulu Amaliyaya verib-vermədiyini görməmişdir. Onlar çayçıda Amaliya ilə görüşüb söhbət etdikdə Amaliya onu qızı işə düzələcəyinə inandırmışdır. Həmin günü Elçində orada olmuşdur. Onlar söhbət etdikdən sonra sağollaşıb ordan getmişlər. Onlar Amaliya ilə görüşdükdə İdris və Elçin orda olmuşlar. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Amaliya onun xalasıdır. O, işdən gəldiyi zaman xalası Amaliya ona tələbəsinin tort gətirəcəyini bildirmişdir. Amaliya ona gedib tortu götürüb iş yoldaşları ilə çay içməsini bildirmişdir. O, Amaliyanın dediyi yerə getmiş, iki nəfər ona yaxınlaşaraq tort əvəzinə zərf vermişdir. O, zərfi götürmüş və aparıb xalasına vermiş, sonra işə getmişdir. Daha sonra baş verən hadisələrdən onun xəbəri olmamışdır. Şahid qismində dindirilmiş Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, götürdüyü zərfin içində nə olduğunu bilməmişdir. O, xalası Amaliyanın telefonla danışdığı zaman tez-tez əsəbləşdiyini görmüşdür. Ona tort əvəzinə zərf verildiyi zaman o, tortu niyə gətirməmələri ilə bağlı onlara sual verməmişdir. O, zərfi Amaliyaya verərək işə getmişdir. Amaliyanın həmin zərfi geri qaytarıb-qaytarmaması ilə bağlı onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında Şahid4 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, o, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Samux rayonu, Ziyadlı kəndində qeydiyyatda olmaqa Gəncə şəhəri, N.Nərimanov küçəsi, bina 14, mənzil 1-də yaşayır və 15 ildir ki, Gəncə telekommunikasiya İdarəsində mütəxəssis vəzifəsində çalışır. Hal-hazırda hansı cinayət işi üzrə ifadə verməyi ona tam olaraq aydındır. Təqsirləndirilən şəxs1 doğma xalasıdır. 2021-ci ilin iyul ayınadək xalası Amaliya ilə birlikdə onun yaşadığı evdə qalmışdır. Xalası Amaliya uzun illərdir Gəncə Dövlət Universitetində bədən tərbiyəsi kafedrasında müəllim işləyir, iş yerində müsbət xarakterizə olunmuş, indiyədək heç kim onun barəsində bir dəfə olsun belə mənfi danışmamış, nə də şikayət etməmişdir. Halhazırda doğuş etməyi ilə bağlı məzuniyyətdədir, lakin çalışdığı müddətdə hər gün saat 09 radələrində işə gedir, saat 13:00-dan 14:00-dək nahar fasiləsinə çıxır və naharını xalası Amaliyanın evində edir. 2021-ci ilin iyun ayında, dəqiq xatırlamadığı tarixdə xalası Amaliyanın evində olarkən xalası ona demişdir ki, bir nəfər şəxs ona tort gətirmiş, gedib həmin tortu Gəncə Dövlət Universitetinin qarşısında həmin şəxsdən götürmək lazımdır, tortu götürüb iş yerinə aparıb orada qızlarla çay içəcək. O, xalasının tapşırığı ilə həmin yerə gedib orada təxminən 5 dəqiqə gözləmiş və heç kimin ona yaxınlaşmadığını görüb xalası Amaliyaya zəng etmişdir ki, buradadır, lakin əlində tort olan heç kim yoxdur. Xalası da demişdir ki, gözləsin, indi ona yaxınlaşacaqlar. Bu vaxt iki nəfər kişi cinsindən olan tanımadığı şəxs ona yaxınlaşmışlar və Amaliya müəllimənin bacısı qızı olduğunu soruşmuşlar və adını dəqiqləşdirmişlər. Bundan sonra onlardan biri ona bir ədəd ağ rəngli zərf vermiş və onun Amaliya müəlliməyə çatacağını bildirmişdir.Həmin zərfi götürüb onların yanından uzaqlaşaraq xalası Amaliya ilətelefonla danışmış və həmin şəxslərin ona tort deyil, bir ədəd zərf verdiyini bildirmişdir. Xalası da demişdir ki, həmin zərfi ona aparıb versin. Həmin zərfi xalasına verib oradan da işə qayıtmışdır. Həmin zərfin kim tərəfindən və hansı məqsədlə verilməsini, içərisində nə olmasını bilməmişdir. Həmin zərfi açıb içərisinə baxmaq ona maraqlı deyildi, ona görə də açıb baxmamış və həmin şəxslərdən zərfin içərisində nə olduğunu soruşmamışdır. Kiminsə əmanəti onda olanda narahat olur, bu onun xarakteridir və həmin zərfi özündə saxlaya bilməzdi. O, həmin gün işdən evə qayıdanda xalasından eşitmişdir ki, zərfdə 500 manat pul var imiş. Xalası Amaliya öz özünə gileylənmişdir ki, Vüqar adlı şəxs ona tort əvəzinə pul göndərmişdir. Lakin onun işinə qarışmağı sevmədiyi üçün çox da maraqlanmamışdır ki, nə məsələdir. O, zərfi götürən zaman tək olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Vüqar ona zəng edərək Gəncə Dövlət Universitetində məsləhət alacağı tanışı olduğunu soruşduğu zaman o, ona Amaliyadan məsləhət ala biləcəyini bildirmişdir. Amaliya onun müəlliməsi olmuşdur. O, Amaliyaya zəng edərək bir nəfərin ondan məsləhət almaq isdədiyini bildirmiş, Amaliya razılaşmışdır. Onlar bir-biri ilə əlaqə saxlamışlar. Amaliya ona zəng edərək Vüqarın ona içində pul olan zərf verdiyini bildirmiş, həmin zərfi niyə verdiyini soruşmuş, o, Amaliyaya həmin zərfi qaytarmaqlarını bildirmişdir. O, Amaliya ilə görüşüb həmin zərfi Vüqara qaytarmaq qərarına gəlmişdir. Onlar Vüqarla görüşmüş Amaliya həmin zərfi ona qaytarmışdır. Vüqar həmin zərfi götürüb cibinə qoymuşdur. Həmin vaxt Mədət və İdris oraya gəlmişlər. Vüqar Mədət və İdrisə heçnə deməmələrini istəmişdir. Bu hadisədən sonra Vüqar ona zəng edərək Amaliya müəllimə ilə əlaqə saxlaya bilmədiyini bildirmişdir. O, Vüqarla görüşmüş Vüqar ona Mətanətlə görüşmək isdədiyini, pulu ona verdiyini və ondan alacağını bildirmişdir. Bu zaman İdrisdə onun yanında olmuşdur. O, Vüqara ona birdə zəng etib onu narahat etməməmisini bildirmişdir. O, Ruslana zəng edərək Vüqarın birdə ona zəng etməməsini bildirməsini isdəmişdir. Ruslan Vüqarı başa sala bilmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1ona verilən suallara cavab olaraq bildirmişdir ki, Mətanət içində pul olan zərfi Amaliya müəlliməyə verdiyi zaman o, dərhal ona zəng etmişdir. Onlar hadisənin sabahısı günü Vüqarla görüşmüşlər. Görüşdükləri zaman zərərçəkmiş şəxs Mədətdə orda olmuşdur. Amaliya müəllimə Mədətə onun uşağının hələ oxuduğunu bildirərək diplomu aldıqdan sonra işləyə biləcəyini bildirmişdir. O, orada Amaliya kimdir ki, işə düzəltsin kimi ifadələr işlətmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. Onlar Təqsirləndirilən şəxs1 ilə görüşdükləri zaman orda Mədət, Elçin və Vüqarda olmuşdur. O, orada Amaliya müəllimədən dostunun qızının işə düzələ biləcəyini soruşduqda, Amaliya ona cavab olaraq sentyabr-oktyabr ayında Vüqarla əlaqə saxlayacağını bildirmişdir. O, başqa heçnə bilmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onların söhbətləri zamanı Amaliya müəllimə konkret işə düzəltməklə bağlı heçnə deməmişdir. Onun yanında pul söhbəti olmamışdır. Elçinin onun yanında Amaliya müəllimə ilə heç bir söhbəti olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Vüqarla Amaliya müəllimə arasında olan məsələdən xəbərdardır. Amaliya müəllimə Vüqar adlı şəxsin ona pul göndərdiyini həmin pulu ona qaytardığını bildirmişdir.Onlar Amaliya müəllimə ilə işdə olduqları zaman Amaliyaya zəng gəlmiş və Amaliya müəlimə çölə çıxmışdır. Uzun müddət keçməsinə baxmayaraq Amaliya geri qayıtmamışdır. O, çölə çıxıb Amaliyanı çağırmış, Amaliya telefonu ilə bir nəfər şəxsin danışdığını, həmin şəxs danışıb qurtardıqdan sonra gələcəyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Amaliya müəllimənin telefonu ilə danışan şəxsin üzünü görməmiş, həmin şəxsin kim olduğunu bilməmişdir.O, Vüqar adlı şəxsi Polis Şöbəsində tanımışdır. Məhkəmə iclasında ittiham tərəfinin vəsatəti əsasında Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, o, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Goranboy rayonu, Xanqərvənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Gəc Zavodu ərazisi, 1-ci küçədə yaşayır və 1991-ci ildən Gəncə Dövlət Universitetində Bədən Tərbiyəsi və İdman kafedrasında baş müəllim işləyir. Təqsirləndirilən şəxs1 1995-ci ildən tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Amaliya müəllimə də onunla eyni kafedrada baş müəllim işləyir. Hazırda hansı cinayət işi üzrə ifadə verməyi ona tam aydındır. Bununla bağlı bildirir ki, Amaliya müəlliməyə şər və böhtan atılır. Belə ki, Vüqar adlı tanımadığı, adını sonradan eşitdiyi şəxs Amaliya müəlliməyə guya iş düzəltmək üçün pul verdiyini bildirib ondan şikayət etmişdir, əslində isə o, bu söhbətlərin əvvəlcədən şahididir. Belə ki, Amaliya müəllimə ilə iş yoldaşlıqdan əlavə rəfiqə kimi yaxınlıqları vardır. 2021ci ilin yay aylarında, məzuniyyətdə olarkən Amaliya müəlliməyə zəng etmişdir ki, görüşsünlər. Həmin vaxt Amaliya müəllimə demişdir ki, hava çox isti olduğuna görə evdən çıxmaq istəmir və bildirmişdir ki, bir nəfər şəxs universitetdə işə qəbul məsələsinə görə ona tort göndərəcək, lakin o özü buna razılıq verməmiş, onu da dəvət etmişdir ki, tort vermək üçün onun evinə gəlsin. Həmin vaxt söhbət zamanı ona məlum olmuşdur ki, bir nəfər şəxs Amaliya müəlliməyə israrla işə qəbul məsələsinə görə tort adı ilə kanvertdə pul göndərmişdir. Amaliya müəllimə ondan universitetlərində işə qəbul olub-olmadığnı soruşmuş, o isə pandemiya ilə əlaqədar qəbulun dayandığını bildirmişdir. Amaliya müəllimə gileyli-gileyli bildirmişdir ki, “az buna bax ey, mən buna heç nəyə söz verməmişəm, bu mənə şirinlik adı kimi tort adı ilə 500 manat pul göndərib. Aparıb qaytaracam özünə”. Sonradan ona məlum olmuşdur ki, Amaliya müəllimə həmin pulu Vüqar adlı şəxsə geri qaytarmışdır. Daha sonra 2021-ci ilin oktyabr ayından etibarən işə çıxmağa başlamışlar. Sentyabr ayında, dəqiq xatırlamadığı tarixdə işdən çıxıb evə getməyə hazırlaşmış, həmin vaxt Amaliya müəllimə demişdir ki, onu narahat edən Vüqar adlı şəxs gəlib, onun yanına gedir və universitetin qarşısına getmişdi. Bir qədər keçmiş Amaliya müəllimin arxasınca çölə çıxdıqda müəllimə ona demişdir ki, mobil telefonunu danışmaq üçün Vüqara vermiş, onun danışıb qurtarmasını gözləyir. O isə görmüşdür ki, universitetin qarşısında ağacın yanında bir nəfər şəxs telefonla nə ilə isə məşğuldur. Bundan sonra içəri qayıdıb bir qədər gözləmiş, daha sonra Amaliya müəllimə geri qayıtmış və birlikdə evlərinə getmişlər. Sonradan ona məlum olmuşdur ki, Vüqar adlı şəxs Amaliya müəllimədən şikayət etmişdir. Araşdırma zamanı Vüqar adlı şəxs mesaj təqdim edərək həmin mesajı Amaliya müəllimənin ona yazdığını bildirmişdir. Həmin ərəfələrdə Amaliya müəllimə onun xatirinə salmışdır ki, “yadındadır, sən məni gözləyirdin. Vüqar gəlmişdi, telefonumu danışmaq adı ilə aldı?”. O isə bunu xatırladığını bildirmişdir. Həmin vaxt Amaliya müəllimə demişdir ki, Vüqar həmin ərəfədə onun telefonu ilə özünə mesaj yazıb. Hadisə ilə bağlı bildikləri bunlardır. O, Təqsirləndirilən şəxs1 bildirdiyi Vüqar adlı şəxsi tanımır, üzbəüz görməmişdir, Vüqar adlı şəxsə tam diqqət eləməmiş, ona görə xatırlamır. Sadəcə həmin halı xatırlayır. Təqsirləndirilən şəxs1 Vüqar adlı şəxsdən həqiqətən pul alıb işə düzəltmək adı ilə onu aldatmasına əminliklə deyə bilər ki, belə bir hal olmamış, qeyd edilən şəxs pulu özü mənimsəmiş, müəlliməyə şər atmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi tarix tam olaraq onun yadında qalmamışdır. Vüqar ona zəng edərək tanışını işə düzəltmək isdədiyini bildirərək məsləhət almaq isdədiyini bildirmişdir. Ondan məsləhət almaq üçün tanışı olub-olmamasını soruşduqda o, Amaliya müəllimə ilə əlaqə saxlaya biləcəklərini bildirmişdir. O, Amaliya müəlliməmin nömrəsini bilmədiyini bildirərək onlara Elçinə əlaqə saxlamalarını bildirmişdir. Elçinin nömrəsini Vüqara vermişdir. Amaliya hadisədən 1 il sonra onlara gəlmiş,o, Vüqarın ona pul verdiyini onda öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Amaliya müəllimə onun basketbol müəlliməsi olmuşdur. Amaliya müəllimə onun yanına gəldikdə Vüqarın onda şikayətçi olduğunu bildirmişdir. O, Vüqarın necə insan olduğunu bilə-bilə niyə ona yönləndirdiyini soruşmuşdur. Amaliya müəllimə Vüqarın ona şər atdığını bildirmişdir. Amaliya müəllimə ona Vüqarın 500 manat göndərdiyini həmin pulu geri qaytardığını bildirmişdir. Eyni zamanda Vüqarın Şöbəyə gedərək ondan şikayətçi olduğunu və Şöbədə ona güya 1500 manat pul verdiyini bildirdiyini demişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: - Təqsirləndirilən şəxs2 özü tərəfindən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı diskin içərisində bir nəfər kişi cinsindən olan şəxslə qadın cinsli şəxsin arasında qısa danışıq səsi mövcud olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin kişi cinsli şəxs səsinin onun özünə, qadın cinsli şəxsin səsinin isə Təqsirləndirilən şəxs1 aid olmasını bildirmişdir. Səs yazısında Təqsirləndirilən şəxs2 özünə aid olduğunu bildirdiyi kişi danışığında hərəniz çəkilibsiniz bir tərəfə, mən qalıram ortada, təkcə. Xeyir ola? Mən qalıram belə. Hamınıza zəng edirəm, Elçinə zəng edirəm götürmür, iclasdayam, sizəzəng edirəm“voopşe” götürmürsünüz. Başqa nömrə ilə zəng edən kimi götürürsünüz. Gəlirəm heç instituta da buraxmırlar. Gəlirəm-gedirəm, gəlirəm-gedirəm” ifadələri səslənir.Bundan sonra, səs yazısında qadın danışığında “iş olur ki, götürülmür də” ifadəsi səslənir. Bundan sonra, səs yazısında kişi danışığında “başa düşürəm ey, iş hamıda olur, prosta valideyn narazılıq edir.Sentyabr-oktyabr demişdiniz, baxıram ki, düzələsi deyil,bunun pulunu qaytarmaq dazımdır, istəmir də qardaş ’’ifadələri səslənir.Bundan sonra, səs yazısında qadın danışığında "Bir dəqiqə dayan, pulun min manatı Elçindədir, beş mini də ötürülüb” ifadəsi səslənir. Bundan sonra, səs yazısında kişi danışığında “İndi kimə ötürülübdür onu alın qaytarın da yəni valideyn istəmir” səslənir.Bundan sonra, səs yazısında qadın danışığında “Yox o adamdan qaytara bilməz” ifadəsi səslənir. Bundan sonra, səs yazısında kişi danışığında “Başa düşdüm, yəni lazımdırsa da siz deyin kimdədirsə mən özüm götürüm, ya valideyni gətirim özünüz danışın” ifadəsi səslənir.Bundan sonra, səs yazısında qadın danışığında “Deyə bilmərəm” ifadəsi səslənir.Bundan sonra, səs yazısında kişi danışığında “Yəni bu yaxşı qurtarmayacaq mənə burdan özünüz görürsünüz ki, heç nə qalmir mənim fikrim var idi ki, həmin o valideyn iki dənə qohumu var onlardan alardım beş-üç manat, onlardan götürərdimqazancımı, o da baxıram heç bu iş düzələsi deyil. Əgər alınmırsa mən yenə deyirəm ha yəni axır variantlara keçmək istəmirəm, nə də... ” ifadəsi səslənir.Bundan sonra, səs yazısında qadın danışığında “pul ötürülüb” ifadəsi səslənir. Bundan sonra, səs yazısında kişi danışığında “bilirəm ey yəni uje indən sonra gecdi başa düşürsünüz? Mənim qapım qırılır, pulu qaytarmaq lazımdır, vəssalam”ifadəsi səslənir. -Məhkəmə-fonoskopik ekspertizasının 22 iyul 2022-ci il tarixli 4/918 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqram tədqiqat üçün qismən yararlıdır.Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD diskdə olan nübahisəli fonoqramdakı danışığın məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir.Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışığın tədqiqi hissədə verilmiş yazılı mətnində “Ql” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, Təqsirləndirilən şəxs1 məxsusdur. -Təkrar komissyon məhkəmə-fonoskopik ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 4/1341 və 4/1355 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqram tədqiqat üçün qismən yararlıdır. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışığın məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışığın tədqiqi hissədə verilmiş yazılı mətnində“Ql”kimiişarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, Təqsirləndirilən şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. -Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs1 barəsində audio və videoyazıların (məhkəmə-audiofonoskopik) əlavə məhkəmə ekspertizası təyin edilmişdir. 08 avqust 2024-cü il tarixli 3-16-16/2-4/1044 nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində “210550647 səs” xüsusi qeydi olan “Ahuang” markalı CD-R tipli diskdə olan mübahisəli fonoqram eyniləşdirici tədqiqat üçün qismən yararlıdır.Ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində “210550647 səs” xüsusi qeydi olan “Ahuang” markalı CD-R tipli diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində “210550647 səs” xüsusi qeydi olan “Ahung” markalı CD-R tipli diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “Q1” kimi işarə olunmuş səsi və nitqi ehtimal ki, Təqsirləndirilən şəxs1 məxsusdur. - Məhkəmə-müəlliflik ekspertizasının 11 aprel 2022-ci il tarixli 4/467 nömrəli rəyində göstərilmişdir ki, tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə məhkəməmüəllifşünaslıq ekspertizasının təyin edilməsi haqqında 21 fevral 2022-ci il tarixli qərarın a) bəndindəki sualda göstərilən “Naraxat olmain pulunuz rektorda”, “Valideinin nemresidir xais edirem onunla elaqe saxlain”, “amalia mellim”, “moyalub...” və “ne zabud....” mesajlarının müəllifinin Təqsirləndirilən şəxs2 olub-olmaması, b) bəndindəki sualda göstərilən “Naraxat olmain pulunuz rektorda” məzmunlu mesajın müəllifinin Təqsirləndirilən şəxs1 olub-olmaması haqqında rəy vermək mümkün deyildir.Belə ki, ekspert rəy verə bilməməsini bununla əlaqələndirmişdir ki, tədqiq olunan mesajlar öyrənildikdə məlum olmuşdur ki, onlarda mənalı sözlərin miqdarı məhkəmə-müəllifşünaslıq ekspertizasının (eyniləşdirici tədqiqatın) aparılması üçün kifayət deyildir. Məhkəmə-müəllifşünaslıq ekspertizasında sənədin müəllifinin müəyyən edilməsi üçün mətndə ən azı 500 mənalı (əgər mətn kifayət qədər informativ olarsa, ən azı 350 mənalı sözdən ibarət olmalıdır) söz olmalıdır. - BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-6254/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 adına qeydiyyatda nəqliyyat vasitəsi yoxdur. - BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-1/2-6255/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 adına qeydiyyatda nəqliyyat vasitəsi yoxdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 9979/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 adına Gəncə şəhəri, Göygöl, Samux, Dakəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımrfaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi pxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-10040/2023 nömrəli məktubunda göstərilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl rayonu, Səmədli kəndində yerləşən 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-154, KOD 50806005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı Təqsirləndirilən şəxs2 adına işlənmişdir. Mülkin arxiv qovluğunda vətəndaşın təvəllüdü barədə məlumat aşkar edilmədi. - DİN-nin BƏSİİ-dən daxil olmuş 19.01,2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - X3 alınmış xx.xx.2022-ci il tarixli 44-01-15/01-18 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək H.Zərdabi adına X6 institutunda (indiki X4) bədən tərbiyəsi və idman kafedrasında idman klubunun sədri, 05 mart 2002-ci il tarixdən bədən tərbiyəsi və idman kafedrasında 0,5 ştat vahidi müəllimi, xx.xx.2007-ci il tarixdən həmin kafedrada tam ştat vahidi müəllim, xx.xx.2009-cu il tarixdən hal-hazıradək baş müəllim vəzifəsində çalışır. -Gəncə Dövlət Universitetindən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 kollektivin hörmət və rəğbətini qazanmış, Universitetdə eləcə də, şəhər miqyasında keçirilən mədəni-kütləvi və idman tədbirlərində, elmi konfranslarda, seminar və treniqlərdə fəal iştirak etmiş və sertifikatlarla təltif olunmuşdur. İşlədiyi müddət ərzində 12 proqramın müəllifidir. “Gəncə Dövlət Universitetinin “ Elmi Xəbərlər “ jurnalında 12 məqaləsi çap olunmuşdur. - Gəncə şəhər İcra hakimiyyətinin 21 saylı evlər idarəsindən alınmış Xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2 cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər rayonlararası psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cüil tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər rayonlararası psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cüil tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş 6000 manat məbləğində maddi ziyanın 3000 manat hissəsi Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmişdir.Onun Vüqardan heç bir şikayət və tələbi yoxdur.Onlar barışmışdır. Digər Təqsirləndirilən şəxs1 isə ziyanı ödəmədiyi üçün şikayətçidir. Qalan 3000 manat pulu ondan tələb edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirərək, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmişlər. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq cinayəti törətmiş, ona görədə məhkəmə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və məhkəməyədək istintaq dövründə verdikləri ziddiyətli ifadələri, CD-R diskində olan məlumatlarla (səs yazıları), ekspert rəyləri və digər iş materialları ilə onun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrii ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir və məhkəmə iclaslarında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və səs yazıları və ekspert rəyləri ilə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri bilavasitə öz təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs1 zəng edərək bir nəfər şəxsin Gəncə Dövlət Universitetində işə düzəlməklə bağlı ondan məsləhət almaq isdədiyini bildirmişdir, bundan sonra Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını əvəzsiz və hüquqa zidd ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 2021-ci ilin iyun və avqust aylarında, günü istintaqa məlum olmayan tarixlərdə Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək X4 yaxın əlaqələri olmasına və sonuncunun qızı X2 həmin unversitetə müəllimə kimə işə düzəldəcəyi barədə yalan vədlər verərək inandırıb etibarını qazanaraq, aldatma yolu ilə ümumilikdə 6000 (altı min) manat nəğd pulunu Gəncə şəhərinin ərazisində vahid niyyətlə hissəhissə ələ keçirib sonradan vədinə əməl etməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. O, ilkin olaraq pulu götürmək üçün bacısı qızı Mətanəti göndərmiş və əvvəlcə 1500 manat pul almış, sonra isə 4500 manat pul almışdır. Yuxarıda göstərilən hallar məhkəmə iclasında və məhkəməyədək istintaq dövründə verilmiş ziddiyyətli ifadələrlə, CD-R disklərdə olan səs yazıları, ekspertiza rəyləri ilə tam öz təsdiqini tapır. Belə ki, müdafiə tərərfinin vəsatəti əsasında CD-R diskdə olan səs yazısının Təqsirləndirilən şəxs1 məxsus olub-olmaması ilə bağlı təkrar məhkəmə fonoskopik ekspertiza təyin edilmiş və ekspertizanın rəyindən müəyyən olunmuşdur ki, CD-R tipli diskdə olan qadın səsi və nitqi ehtimal ki, Təqsirləndirilən şəxs1 məxsusdur. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində onun telefonu vasitəsi ilə Vüqara göndərilən mesajın Vüqarın özü tərəfindən göndərildiyini bildirsədə, hətta bunu onun iş yoldaşı Şahid2 gördüyünü bildirsədə, Sədaqət ifadəsində sadəcə Amaliyanın bir nəfər şəxsin onun telefonu ilə danışdığını bildirməsini demişdir. O, ifadəsində həmin şəxsin üzünü görmədiyini və həmin şəxsin telefon ilə danışdığını və yaxud mesaj yazdığını görmədiyini bildirmişdir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs pulunu əvəzsiz olaraq ələ keçirmək niyyəti yaranmış etibarlı münasibətlərdən istifadə olunması zamanı əmələ gəlmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi təqsirinin olmamasına dair ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yerini axşam saat 22:00dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Eyni zamanda məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi zərərçəkmiş və şahidlərin ifadələri, ekspert rəyləri, CD-R disk və işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 təqsirini qismən boynuna alması, zərərçəkmiş şəxslə barışması, ona vurulan ziyanı ödəməsi və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yerini axşam saat 21:00dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 716 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı zamanı 42 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs X1göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 252 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yerini axşam saat 21:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilmiş 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 252 (iki yüz əlli iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar