Məhkəmə qərarları › İş №1(125)-155/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-155/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-155/2025 30.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsvə müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Daşkəsən rayonu, Muşavaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli,subay, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ozan küçəsi, ev 113-də qeydiyyatda olmaqlayaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür ona görə ki o, 11 iyun 2024-cü il tarixdə saat 13:05 radələrində ictimai yer olan Gəncə şəhəri, Atatürk prospekti 265 ünvanında yerləşən “Al” marketin qarşısında bacısı Zərərçəkmiş şəxs onun şərəf-ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaydığı üçün xüsusi ittiham qaydasında Gəncə Şəhər Məhkəməsinə barəsində şikayət etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək zor tətbiq etməklə, sağ yumruğu ilə qəsdən Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə zərbə vuraraq ona “burun sümüyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun nahiyəsinin qançırı-şişkinliyi” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, həmçinin sonuncunun əlində olan ona məxsus mavi rəngli “RedmiNote8” markalı mobil telefon yerə düşərək arxa hissəsinin çatlaması ilə Zərərçəkmiş şəxs 90 manat məbləğində maddi ziyan vurmaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:05 radələrində Gəncə şəhəri, Atatürk prospekti 265 ünvanında yerləşən “Al” marketin qarşısında bacısı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sağ yumruğu ilə qəsdən sonuncunun burun nahiyəsinə bir dəfə zərbə vuraraq “burun sümüyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun nahiyəsinin qançırı-şişkinliyi” ilə müşaiyət olunun sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül xəsarət yetirmiş, həmçinin sonuncunun əlində olan mavi rəngli “RedmiNote8” markalı mobil telefon yerə düşərək arxa hissəsinin çatlamasına görə ona 90 manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, 11 iyun 2024-cü il tarixdə saat 12 radələrində bacıları Zərərçəkmiş şəxs, Şahid1 və vəkil Şahid4 Gəncə Şəhər Məhkəməsinin inzibati binasında görmüşdür. Sonra məhkəmədən çıxıb yolu keçdikdə bacısı Zərərçəkmiş şəxs onun qarşısına keçərək mobil telefon ilə onu videoya çəkməyə başlamış və “rahatlandınızmı?” deyə bildirmiş, bu zaman cavab verməyərək üzünü çevirib yolunu dəyişmiş, sonra Səxavət yenə qarşısına keçib telefon ilə çəkəndə Səxavətə "mənim şəkliminiyə çəkirsən?” sualını vermiş və çıxıb getmişdir. Ertəsi gün bacısı Zərərçəkmiş şəxs döyməyi ilə bağlı barəsində polis idarəsində şikayət olmasını eşitmişdir. Oktyabr ayında isə müstəntiq onu çağırıb bacısı Səxavətin burnunu qırdığını və bununla bağlı ekspertiza rəyinin olduğunu bildirmişdir. İfadəsinin sonunda o, bacısı Səxavəti vurmadığını, ona şər böhtan atıldığını, özünün l qrup əlil olmasını nəzərə çatdıraraq barəsində bəraətverici hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs bacısı olduğunu qeyd edərək bildirmişdir. O bundan başqa bildildirmişdir ki, daha öncə bacıları Təqsirləndirilən şəxs və Siyasət Əsgərovanı şərəf və ləyaqətini alçaltdığı üçün onların barəsində xüsusi-ittiham qaydasında məhkəməyə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsindən qətnaməni almağa getmiş və həmin vaxt bacısı Tünzalə və Siyasət də məhkəmədə olmuşlar. O,binadan çıxaraq məhkəmənin qarşısında yolu keçən zaman Tünzalə və Siyasət da arxasınca gəlmiş, bu zaman Tünzalə ona yaxınlaşaraq “sənin axırına çıxacam, telefonunu qıracam. Niyə məni məhkəməyə vermisən?”deyə üzərinə hücum etmiş, bacısı Siyasət onun qollarından tutmuş, digər bacısı Tünzalə isə yumruqla burnuna vurmuş və telefonunu qırmışdır. Sonra baş vermiş hadisə ilə bağlı 102 xidməti zəng mərkəzinə məlumat vermiş, bundan sonra bölməyə çağırılaraq ərizəsi və izahatı alınmış, daha sonra ekspertizaya müraciət etdikdə burnunda sınıq olması məlum olmuşdur. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə qərarı almaq üçün gəlmiş və məhkəmədən çıxıb yolu keçdikdə “Al” marketin qarşısında bacıları Tünzalə və Siyasət onların arxaları ilə gəlib uca səslə “gəlib o telefonu əlindən alıb qıracam” deyə üzərinə hücum etmişdir, o, əməliyyatdan çıxdığı üçün qorxub kənara çəkilmişdir. Siyasət Səxavətin qollarından tutmuş, Tünzalə isə onu yumruqla bir neçə dəfə burnundan vurmuşdur. Mübahisə 5-6 dəqiqə davam etmiş və mübahisə zamanı Səxavətin burnu qanamışdır. Daha sonra Səxavət baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermiş və təhqiqatçı tərəfindən Polis İdarəsinə çağırılaraq ifadəsi alınmışdır. Daha sonra onlar 3 nömrəli xəstəxanaya getmiş, Səxavətin burnu rentgen olunduqda burnunda sınıq olması bəlli olmuşdur. Sonra Bakı şəhərində Səxavət yenidən ekspertizadan keçmişdir. Sədrlik edənin sualına cavab olaraq hadisə yerində çoxlu adamın olduğunu, lakin heç kəsin köməyə gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, o, “Al” marketdə satıcı işləyir, hadisə vaxtı mağazanın içində olmuşdur. O, hadisəni görmədiyini, lakin xx.xx.2024-cü il tarixdıə küçədən qışqırıq səsi eşitdiyini bildirmişdir. Ona müdriyyət tərəfindən iş zamanı çölə çımağa icazə verilmədiyi üçün o, mağazadan çıxmamış və qışqıran şəxslərin kim olmasını görmədiyini qeyd etmişdir. Məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.Belə ki, o, 2024-cü ilin fevral ayından Gəncə şəhəri, Atatürk prospektində Gəncə şəhər Məhkəməsinin qarşısında yerləşən “Al” marketdə satıcı-kassir işləyir. 11 iyun 2024- cü il tarixdə saat 13 radələrində işlədiyi “Al” marketdə imiş, bu zaman marketin qabağında səsküy eşitmiş, lakin qaydalara uyğun olaraq iş vaxtlarında marketdən kənara icazə verilmədiyi üçün o, marketdən çıxmamışdır. Marketin içərisindən həyətə baxan zaman bir neçə qadının səsləri gəlmiş, daha sonra isə səs-küy kəsilmişdir. Hadisə zamanı o, “Al” marketin içərisində imiş, küçədən səs-küy eşitmiş, lakin dava-dalaşı görməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində hadisəni görmədiyini, işlədiyi “Al” marketin qarşısında qışqırıq səsini eşitdiyini, lakin səsin tam aydın gəlmədiyini bildirmişdir. Mağazada işlədiyindən və çölə çıxa bilməmiş və mübahisənigörmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, o, Şahid1 və Zərərçəkmiş şəxs digər cinayət işində hüquqlarını müdafiə etdiyi üçün tanıyır. Hadisə günü nahar fasiləsinə gedərkən “AL” marketin qarşısında təsadüfən Zİyafəti və Səxavəti görüb salamlaşmış və həmin an digər bacı Tünzalə məhkəmədən çıxaraq səs-küylə qışqıra-qışqıra onlara yaxınlaşmışdır. Bu zaman Səxavət Tünzalə ilə arasında mübahisə olarsa gələcəkdə sübut kimi təqdim etmək üçün videoya çəkmək üçün telefonunu çıxartmışdır. Bundan sonra o, çıxıb getmişdir. İfadəsinin sonunda bacılar arasında baş vermiş mübahisəni görmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -30 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan RespublikasıCM-nin 128-ci maddəsi ilə240550634 nömrəli cinayət işinin başlanması vəicraata qəbul edilməsi qərara alınmışdır.(i. v.1); -11 iyun 2024-cü il tarixli “hadisə yerinə baxış keçirmə haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Atatürk prospekti 265 ünvanında yerləşən “Al” marketin qarşısındaZərərçəkmiş şəxsva dalaşın baş verdiyi yeri əli ilə əyani şəkildə göstərmişdir. (i.v. 6-8); - Məhkəmə-Tibbi Ekspertiza və X1 21 iyun 2024-cü il tarixli, 863 saylı rəyinə əsasənƏsgərovaSəxavət Hilal qızının bədəni üzərində aşkar edilmiş xəsarət - burun sümüyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun nahiyəsinin qançırı şişkinliyi bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsvir hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir.(i.v. 18); - 30 sentyabr 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 1 ədəd göy rəngli “RedmiNote8” markalı mobil telefonun arxa hissəsindəçatlar mövcuddur.(i.v. 55-58); - 01 oktyabr 2024-cü il tarixli“diskə baxış keçirilməsi haqqında” protokolvəcinayət işinə əlavə edilmiş DVD diskdən görünür ki, 11 iyun 2024-cü il tarixdə saat 13:05-də Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin inzibati binasının qarşısından əynində boz rəngli köynək olan, mavi rəngli şalvar olan, sağ əlində sarı rəngli sellofon torba, sol əlində qara rəngli əl çantası olan Təqsirləndirilən şəxs və onun bacısı əynində göy rəngli cins şalvar, tünd göy rəngli köynək, sol əlində çanta olan saçı sarı rəngdə olan X2 piyada yolu soldan sağa keçirlər, həmin an yolun sağ səkisi ilə əynində qara rəngli don, əlində çanta olan Şahid1 və onun bacısı əynində qırmızı rəngli köynək olan Zərərçəkmiş şəxs Gəncə şəhəri, Atatürk prospekti ilə üzü Gəncə şəhəri 1 saylı vəkil bürosu istiqamətində piyada gedən zaman “Al” marektin qarşısında dayanaraq əynində sarı rəngli köynək, sol əlində ağ rəngli çanta olan GəncəRegional vəkil bürosunun vəkili Şahid4 ilə söhbət edirlər, bir neçə saniyə sonra Şahid4 oradan uzaqlaşır, bu zaman həmin yerə Təqsirləndirilən şəxsvə Zərərçəkmiş şəxs gəlir “Al” marketin qarşısında Təqsirləndirilən şəxsvə Zərərçəkmiş şəxssözlə mübahisə edirlər, daha sonra isə aralarında dava-dalaş baş verir, ətrafda olan şəxslər dayanaraq onlara baxırlar, daha sonra isə Zərərçəkmiş şəxsvə onun bacısı Şahid1 bir-birlərindən aralaşıb oradan uzaqlaşıb çıxıb gedirlər, bundan sonra görüntü dayanır.(i.v. 59); - Gəncə şəhər Narkoloji Dispanserinin 02 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur.(i.v. 61); - Gəncə şəhər Psixonevroloji Dispanserinin 02 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur.(i.v. 62); - 12 oktyabr 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxsilə Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə şahid X2, şahidlər Şahid1ilə Təqsirləndirilən şəxsarasında üzləşdirilməaparılmışdır(i.v. 82-90); - Gəncə şəhər Məhkəməsinin 1(125)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasənŞahid1 və Zərərçəkmiş şəxs Azərbaycan RespublikasıCM-nin 177.2.1, 177.2.3 və177.2.4-cü maddələri ilə təqsirli bilinərək onlara 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir(i.v. 100-141); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 150); - Məhkəmə-Tibbi Ekspertiza və X1 25 noyabr 2024-cü il tarixli, T09/2025 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı-şişkinliyi olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbə nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, xəsarətin xarakter və lokalizasiyası şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. (i.v. 170-172); - 07 mart 2025-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır .(i.v.176); - 07 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (i. v. 180); -07 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin221.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib-bilməməsi ilə bağlı fikir bildirməmişdir. (i. v. 199-200); -07 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i. v. 202); - 05 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təhlükəsiz şəhər kamerasından əldə edilmiş 01 ədəd DVD diskdə olan video görüntü maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.Zərərçəkmiş şəxs məxsus“RedmiNote8” markalı mobil telefoncinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə təhvil verilmişdir. İş üzrə təqsirləndirilən zərərçəkmiş və şahidlərin ifadələri, baxış protokolları, ekspert rəyləri, həmçinin digər istintaq sənədləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir. (i. v.240-252) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsifedilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o,xx.xx.2024-cü il tarixdə saat 13:05 radələrində ictimai yer olan Gəncə şəhəri, Atatürk prospekti 265 ünvanında yerləşən “Al” marketin qarşısında bacısı Zərərçəkmiş şəxs onun şərəf-ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaydığı üçün xüsusi ittiham qaydasında Gəncə şəhər Məhkəməsinə barəsində şikayət etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək zor tətbiq etməklə, sağ yumruğu ilə qəsdən Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə zərbə vuraraq ona “burun sümüyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun nahiyəsinin qançırı-şişkinliyi” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, həmçinin sonuncunun əlində olan ona məxsus mavi rəngli “RedmiNote8” markalı mobil telefon yerə düşərək arxa hissəsinin çatlaması ilə Zərərçəkmiş şəxs 90 manat məbləğində maddi ziyan vurmaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti”adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinindəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetməpredmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, “Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz”. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs bacıdırlar, onların arasında mübahisənin yaranmasına səbəb şəxsi münasibətlərindən irəli gəlmişdir. Belə ki, onların arasında uzun illərdir mülki mübahisə və şəxsi ədavət olması məhkəmə iclasında verdikləri ifadələrdən və onların arasındakı qərəzli münasibətlərdən aydın şəkildə görünmüşdür. Həmçinin cinayət işinin materiallarında olan Gəncə şəhər Məhkəməsinin 1(125)-28/2024 saylı, xx.xx.2024cü il tarixli hökmünə əsasən Şahid1 və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və177.2.4-cü maddələri ilə təqsirli bilinərək onlara 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan başqa da məhkəmə iclasında təqsirləndirlən və zərərçəkmiş şəxsin verdikləri ifadədən görünür ki, onlar arasında mülki mübahisə olmuş, hadisə günü də Təqsirləndirilən şəxs barəsində çıxarılmış qətnaməni götürmək üçün Gəncə Şəhər məhkəməsinə gəlmiş, bu zaman o, Zərərçəkmiş şəxs ilə rastlaşmış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı T.Əsgə rovabacısı Zərərçəkmiş şəxs yumruqla vuraraq ona yüngül xəsarət yetirmişdir. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, hadisə vaxtı təqsirləndirilən şəxs ictimai qaydanı pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməmiş, cinayət hadisəsi tərəflər arasındaillərdir davam edən şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə olmuşdur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictimai yer olan Gəncə şəhəri, Atatürk prospekti 265 ünvanında yerləşən “Al” marketin qarşısındabaş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, bildirilməlidir ki, hadisə mağazanın qarşısında baş versə də, hadisə qısa vaxtda olduğundan ətrafdakı insanlar fikir verməmiş və yaxud onların diqqətini cəlb etmədiyindan onlara yaxınlaşan olmamışdır. Məhkəmə iclasında iş üzrə dindirilmiş şahidlər Təqsirləndirilən şəxsvə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisəni görmədiklərini, sadəcə səs eşitdiklərini bildirmişlər. Sadalanan halları və qanunvericiliyin normalarını əsas götürərək qeyd edilməlidir ki, xuliqanlıq cəmiyyətə, ictimai qaydaya, kənar şəxslərə qarşı şəxsin subyektiv münasibətini, etinasızlığını, qəsdini ifadə edir. Lakin hazırkı baxılan cinayət işi üzrə hadisənin baş verməsi sırf şəxsi münasibətlərdən yaranan mübahisəni özündə ehtiva edir. Eyni zamanda nəzərə alınmalıdır ki, hadisə baş verən günü təqsirləndirilən şəxs kənar şəxslərə qarşı hər hansı hörmətsizlik göstərməmişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin telefonla onu çəkməsinə əsəbləşərək əli ilə telefonu itələməsi telefonunun yerə düşməsinə və burnunun sınmasına səbəb olması cəmiyyətə və digər şəxslərə hörmətsizlik kimi yox, yalnız Zərərçəkmiş şəxs yönəlmiş əməl hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə məhkəmə, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətləri zəminində başlamış münaqişə gedişində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsifedilməlidir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki,Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, şəxsi münasibətlər zəminində yaranan, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, mübahisə və ya dava-dalaş gedişində sağlamlığa yüngül zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxsəməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxsəməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxsqəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsifedilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin128-ci maddəsi ilə tövsif edilərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qadın olmasını, l dərəcəli əlil olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar muəyyənedilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ona görə də, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların olduğunu cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədənsaxlanılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və “Redmi Note 8” markalı mobil telefonun mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli cərimə cəzasını çəkməyə başladığı gündən hesablansın. Hökmün icrası Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, “RedmiNote 8” markalı mobil telefonun mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar