Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-157/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 9,09 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 16:30 radələrində Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən “Təzə Bazarın” yaxınlığında saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli gödəkcəsinin sol ön cibindən 01 ədəd “LD” markalı siqaret qutusunun içərisindən xeyli miqdarda, yəni təmiz çəkisi 9,09 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər uzun müddət “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadan istifadə etmişdir. 18 fevral 2025-ci il tarixdə Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən “Təzə Bazarın” yaxınlığında gəzən zaman yerdə olan bir “LD” markalı siqaret qutusu onun diqqətini cəlb etmiş və həmin siqaretin qutusunu götürüb içərisinə baxan zaman içərisində tünd yaşıl rəngli, “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olduğunu görmüşdür. Ətrafda heç kəsin onu görməməsindən əmin olduqdan sonra həmin içərisində narkotik vasitə marixuana olan siqaret qutusunu götürüb gələcəkdə istifadə etmək məqsədilə cibinə qoymuş və həmin gün adını qeyd etdiyi bazarın yaxınlığında “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadən istifadə etmək istəyən zaman həmin vaxt küçədə olan üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirərək polis əməkdaşlarını olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib orada ona hüquq və vəzifələri izah etmiş daha sonra ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə, əşya və predmet varsa təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan qara rəngli gödəkcənin sol ön cibində saxladığı 1 ədəd “LD” markalı siqaret qutusunda olan “nəşə” kimi tanıdığı narkotik vasitə marixuananı çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd “LD” markalı siqaret qutusunda olan “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və siqaret qutusu ilə birlikdə çəkisi 13,68 qram olmuşdur. Bundan sonra polis əməkdaşları həmin aşkar edilmiş marixuananı zərfə qoyaraq möhürləyib götürmüş və bu barədə protokol tərtib etmişlər. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Sonra polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına aparmış və orada xidməti iş otaqlarınadn birində təkrar hüquqları ona izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər narkotik vasitə istifadə etmişdir. O, xəstəliyi olduğu üçün tapdığı marixuananı istifadə etmək istəmişdir. Tutulan zaman narkotik vasitədən istifadə etməmiş, istifadə etmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla bağlı hər hansı bir vəsatəti və şikayəti yoxdur. O, üç ay həbsdə saxlanılmış, lakin insult keçirtdiyi üçün azadlığa buraxılmışdır. Sağlamlığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 18 fevral 2025-ci il tarixdə idarəyə Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib üzərində saxlamasında və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin Cinayət-Axtarışı İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin idarənin kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. 18 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən “Təzə Bazarın” yaxınlığında olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini nümayiş etdirib Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinin əməkdaşları olduqlarını və üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaqda, daşımaqda və istifadə də şübhəli olduğunu deyərək onu saxlamışlar. Saxladıqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd “LD” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı tapdığını, əvvəllər narkotik vasitə marixuana istifadəçisi olduğunu və şəxsi istifadəsindən ötrü üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “LD” markalı siqaret qutusunda olan ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 13,66 qram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlə kağız büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzamızla təsdiq etmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin inzibati binasına aparmış, protokol tərtib edilmiş və aidiyyəti üzrə raport tərtib edərək Təqsirləndirilən şəxs təhvil vermişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Şahid2 və Şahid3 ilə birlikdə saxlamışlar. Onlar Təqsirləndirilən şəxs saxladıqları zaman o, tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara heç bir müqavimət göstərməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid2 Hüseyağa oğlu və Şahid3 ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -“Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxs qisimində cəlbetmə haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -Gəncə şəhər Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 03(üç) il 08(səkkiz) ay 26(iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. -Həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməsinə dair 17 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və onun barəsində xx.xx.2025-ci il tarixdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Məhkəmə-bioloji ekspertizasının 19 fevral 2025-ci il tarixli 16/164 nömrəli məhkəməbioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 01(bir) ədəd “LD” markalı siqaret qutusunda təmiz çəkisi 9,09 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan –qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 9,09 qram, tədqiqata cəmi sərf edildi-0.04 qram qalıq-9,05 qram - Məhkəmə-narkoloji ekspertizasının 23 aprel 2025-ci il tarixli 663 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. -“Video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və bir ədəd DVD diskə baxışdan görünür ki, Gəncə şəhər BPİ-nin CAİ-nin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin idarənin kiçik inspektoru, polis serjantı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən “Təzə Bazarın” yaxınlığında şübhəli şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin daşıyaraq üzərində saxlamasında şübhəli olduğu üçün saxlayırlar. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd “LD” markalı siqaret qustusunu təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “LD” markalı siqaret qutusu açılır və içərisindən ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin nə olduğu soruşulur, cavab olaraq həmin kütlənin “nəşə” olduğunu, tapdığını, həmin kütlədən istifadə etmək istədiyini bildirir. Həmin kütlədən heç kəsə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlə siqaret qutusu ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin siqaret qutusu ilə birlikdə ümumilikdə çəkisi 13,66 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq möhürlənir və imzalarla təsdiq edilir. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.2 və 304.1-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. - Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. - Gəncə şəhər rayonlararası Narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, xx.xx.2019-cu ildən Təqsirləndirilən şəxs həmin dispanserdə “opiodlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, götürülmüş maddi sübutlar və digər istintaq hərəkəti protokolları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs səmimi peşmançılığını və əməlini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş və o, məhkumluğu ödənilmədən yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cinayətin residivi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdən 18 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi üzrə narkoloji dispanserdə olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 9,05 qram olan narkotik vasitə marixuana məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməlidir (CPM 198.1) Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla ümumilikdə həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına cəmi 165 (yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdən 18 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay müddət müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı cəmi qalığı – 9,05 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 165 (yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №1(125)-157/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-157/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver